1942, Polşa
149
DAĞLAR
Ürəyimdə kədər, başımda tufan,
Gəzirəm dərdimə çaranı, dağlar.
Siz sual eyləyin, nə üçün qoymur
Fələk düz yolunda duranı, dağlar?
Mənzilim – qəfəslər, yollarım – incə,
Qara yoxuşlardan çıxmıram dincə.
Tapmadım könlümə bircə əyləncə,
Arayım, axtarım haranı, dağlar?
Dönün Şərqə tərəf, diqqətlə baxın,
Qafqaz silsiləsi uzaqdır, yaxın;
Yenə görünürmü buluddan axın?
Onlar uzaq salıb aranı, dağlar.
Od tutub sinəsi bax, yerin, göyün,
Matəmə çevrilib hər şənlik, düyün.
Hər gözdə bir xəyal, ürəkdə düyün,
Könüldə qışların boranı, dağlar.
Deyin pərilərə xananı qursun,
Zümrüd tellərindən yaylıq toxusun.
Marallar açdıqca yağışlar yusun,
sinəmdən göz açan yaranı, dağlar.
Min belə işgəncə, yüz belə hicran
Məni Vətənimdən ayırmaz, inan!
Çox da fəxr etməsin amansız zaman,
Uzun sürməz onun dövranı, dağlar.
Düşünsəm də sonsuz göylərdən dərin,
Ana müqəddəsdir, Vətənsə şirin!..
Daşqınam, oğluyam qoca Azərin,
Tale nəsib etsin oranı, dağlar...
1943, Almaniya
|