Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə97/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   93   94   95   96   97   98   99   100   ...   125
 
 
153 
 
 
YARALAR 
 
Heç bilmirəm kimə deyim dərdimi, 
Nə yamandı ürək yeyən yaralar. 
Xəncəri hicrandan, həsrətdən deyib, 
Sağalmaz qəddimi əyən yaralar. 
 
Könül, Tanrı verdi sənə qəm-qəhər, 
Nə mollanı çağır, nə qulu-Qənbər, 
İstər imam gəlsin, istər peyğəmbər, 
Heç sağalmaz fələk döyən yaralar. 
 
Azaflı, min oxun bir şikar vurmaz, 
Qaldın tənəzzüldə, taleyin durmaz, 
Dilin yarasını dərman qurtarmaz, 
Bir də  
məhəbbətdən dəyən yaralar… 
 
 


 
 
Seçmə aşıq şeirləri 
 
154 
 
AĞARMAYIN,  
A SAÇLARIM, AMANDI
 
 
Cavanlığın, məhəbbətin eşqinə, 
Ağarmayın, a saçlarım, amandı. 
Əhdi-peyman, sədaqətin eşqinə, 
Ağarmayın, a saçlarım, amandı. 
 
Haqq aşığı yaranıbdı qəm çəkə, 
Ürəyimə saldın qara xal, ləkə, 
And verirəm saf vicdana, məsləkə, 
Ağarmayın, a saçlarım, amandı. 
 
Olmazmı ki, qəm çəkincə güləsən, 
Nədən oldu, yanıb döndün külə sən. 
Qırx yaşına çatmamısan hələ sən, 
Ağarmayın, a saçlarım, amandı. 
 
Elə bildim dağ başını qar alıb, 
Ayaz vurub, çiçəkləri saralıb, 
Görən deyir, aşıq daha qocalıb, 
Ağarmayın, a saçlarım, amandı. 
 
Baş titrəyər, əl uçunar, zar ağlar, 
Ney inildər, saz sızıldar, tar ağlar, 
Həsrət ilə baxar, baxar, yar ağlar, 
Ağarmayın, a saçlarım, amandı. 
 
Azaflıyam, ağ saçlarım bir yana, 
Gənclik getdi, könül oldu virana. 
Deyəcəklər, dözəmmədi zindana, 
Ağarmayın, a saçlarım, amandı. 
 
 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin