Seçmə aşıq şeirləri
148
BORSUNLU MƏZAHĠR DAġQIN
(1908 - 1979)
QALDI
O gün ki, ayrıldım ana vətəndən,
Yarımın bağbansız bağları qaldı.
Alagöz çiçəkli, tər bənövşəli
Sevgi bostanının tağları qaldı.
Köç başlandı, karvan yola düzüldü,
Şəhla gözdən qanlı yaşlar süzüldü.
Haray, ellər, əlim yardan üzüldü,
Sinəmdə hicranın dağları qaldı.
Yaz kağıza, söylədikcə
qələm
mən,
Dərdim çoxdur, gərək sənlə böləm mən,
Müşkül olar innən belə güləm mən,
Sevib-sevilmənin çağları qaldı.
Çal, aşıq, dinlənsin sazın telləri,
Aparsın naləsin Qərbin yelləri.
Səfalı Qafqazın gözəl elləri,
Sərin yaylaqları, dağları qaldı.
Könül deyir: Daşqın, harayla yarı,
Həsrətəm, ölməmiş bir görüm barı.
Baxmaqdan gözlərim Vətənə sarı,
Qarası əriyib, ağları qaldı...
Dostları ilə paylaş: |