Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə114/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   110   111   112   113   114   115   116   117   ...   125
 
 
181 
 
KĠMĠ 
Kaş rəssam olaydım, elə rəssam ki
Çəkəydim bəxtimi olduğu kimi. 
Yazmaqla nə olsun, onda görəydim, 
Arzumu-eşqimi olduğu kimi. 
Eşqimin tufanın, boranın, yazın, 
Solmuş çiçəklərin, yox olmuş izin. 
Çəkəydim gözlərin sevdiyim qızın, 
Süzülüb xəyala daldığı kimi. 
Sücaət, mənalı yaşa, yarat, an, 
Vəfasıza ağrı gizlət, yara dan. 
Salmasın heç kəsi bir də yaradan
Məni nəzərindən saldığı kimi. 
 
 


 
 
Seçmə aşıq şeirləri 
 
182 
 
ANAMIN 
 
Deyin, dustaqları buraxacaqlar, 
qoy qəm bozartmasın üzün anamın. 
Deyin, qırılacaq zülmün zənciri
birtəhər başını yozun anamın. 
 
Zəhər gizlənibmiş aşımın altda, 
Bir dərya var imiş qaşımın altda… 
Yastıq daşa dönür başımın altda, 
Burda hardan alım dizin anamın? 
 
Taleyi şil-şikəst, fikri sağ oldum
Sevinci bir zərrə, dərdi dağ oldum. 
Gah əsir, gah xəstə, gah dustaq oldum, 
Qoymadım quruya gözün anamın. 
 
Talanmış ömürdü, gündü, neyləyim
Baxtımın çırağı söndü neyləyim. 
Sevinci fəğana döndü, neyləyim, 
Söhbəti nəğmədən həzin anamın. 
 
Sücaət, etdilər talan ömrümü
Kor olsun daşlara çalan ömrümü. 
Talanan talanıb, qalan ömrümü 
Ömrünün üstünə yazın anamın. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin