185
DÜġƏR
Camalını görən batıb sevincə
Bir an gözlərini qoyarmı dincə.
O
qədər gözəlsən,
o qədər incə
Gül toxunsa yanağına iz düşər.
Dodaqların nə qaymaqdı, nə baldı,
Elə gendən dadı damaqda qaldı,
Heç bilmirəm buxağında nə xaldı,
Hər kim görsə ürəyinə köz düşər.
Daha ötüb şimşək kimi çaxışım,
Gözəllərlə bozalaşmır naxışım,
Baxışınla qoşalaşdı baxışım,
Qırpındım ki, bir-biriylə öc düşər.
Seçmə aşıq şeirləri
186
BĠLĠNMƏZ
Elə dəyişib ki,
insanlar, Allah,
Namərddi, ya mərddi, düzü, bilinməz.
Geyilmiş,
üzülmüş paltar kimidi,
Astarı bilinməz, üzü bilinməz.
Baxışı qeybdən, yerişi asta,
Bıçağı
arxadan saplanar dosta,
Çörəyi çıxıbdı dizinin üstə,
Nə verər əlinin duzu bilinməz.
Dinər yastı-yastı, danışar ögəc,
Qəlbində xəyanət,
fikirləri kəc,
Qabaq keçi
kimi əyriyə erkəc,
Hara istər çəkər izi bilinməz.