189
ARZULAR
Gözüm rahinində, ey kamil usta,
Maraqlı özünü könlüm arzular.
Ucadan, gah pəstən xırd
eylədiyin,
Şəkər tək sözünü könlüm arzular.
Ah çəkif, üz yırtıf etmə günahı,
Göylər də götürməz bu qədər ahı,
Sinəndə quruluf haqqın dərgahı,
Kəlamlar düzünü könlüm arzular.
Əliyəm, saralıf solan, ay Səlim,
Bulud tək boşalıf dolan, ay Səlim,
Ağçallı, göyçallı olan, ay Səlim
Mübarək üzünü könlüm arzular.
Seçmə aşıq şeirləri
190
GÜLƏ MƏN
Eşq əhlini qəmli gördüm həmişə,
Görmədim ki, bir ürəkdən gülə mən.
Yandım naləsinə şeyda bülbülün
Baxıf gördüm xar qonufdu gülə mən.
İstəməzdim qönçə açıf gül olsun,
Bülbül gülə, gül bülbülə gül olsun,
Güllər açıf xalçalara gül olsun,
Heyran qalım hər naxışa, gülə mən.
Aydır, Əli, gözüm düşüf Gülgəzə,
Baxdım vuruf, bir yanağı gülgəzə.
Seyrə çıxıf çəmənimdə gül gəzə
Könül verəm, o sevdiyim Gülə mən.
|