Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri


Bilinməyən, həm müsbət, həm də mənfi ola



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə65/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   61   62   63   64   65   66   67   68   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Bilinməyən, həm müsbət, həm də mənfi ola 
biləcək təsirlər

Rəqəmsal miras / ayaq izləri;

Daha çox hədəfl ənmiş reklam;

Daha çox hədəfl ənmiş məlumat və xəbər;
- Fərdi 
profilləmə;

Davamlı kimlik (anonimliyin olmaması);

Onlayn sosial hərəkat formalaşdırmanın asanlaşması (siya-
si qruplar, maraq qrupları, hobbi qrupları, terrorist qruplar);
Hazırda reallaşan dəyişiklik

Əgər üç ən böyük məşhur sosial media saytını bir ölkə kimi 
təsəvvür etsək, görərik ki, onlar Çindən 1 milyard daha çox 
əhaliyə sahibdirlər (Şəkil 1).
Şəkil 1. Sosial media saytlarının aktiv istifadəçilərinin dünyada-
kı ən böyük ölkələrin əhali sayı ilə müqayisəsi
Ən böyük 10 əhali (milyon)
Mənbə: http://mccrindle.com.au/the-mccrindle-blog/social-media-and-narcissism


Ə
LAV
Ə
: D
Ə
R
İ
N D
Ə
Y
İŞİ
KL
İ
KL
Ə
R
141
Dəyişiklik 3. Yeni interfeys kimi baxış
Dönüş nöqtəsi: 
Eynəklərin (tibbi) 10%-nin internetə qoşulmuş 
olması
2025-ci ildə:
Sorğuda iştirak edənlərin 86%-nin fikrinə görə bu 
mümkün olacaqdır.
Eynəklərin, qulaqcıqların və göz-izləmə cihazlarının potensial 
olaraq “intellektli” hala gəlməsi, gözün və baxışın internetlə və qo-
şulmuş cihazlarla əlaqələndirmə vasitəsinə çevrilməsi baxımından 
“Google Glass” bir neçə mümkün yoldan yalnız biridir.
Baxış vasitəsi ilə internet tətbiqlərinə və verilənlərə birbaşa çıxış 
imkanı fərdin təcrübələrini təkmillədirə, ötürə və ya müxtəlif üçöl-
çülü reallıqları təqdim edə biləcək şəkildə zənginləşdirə bilər. Eyni 
qaydada, yeni göz-izləmə texnologiyaları sayəsində cihazlar vizual 
interfeyslərdən istifadə edərək məlumatı ötürə bilir və beləliklə, 
gözlər informasiya ilə qarşılıqlı əlaqəyə girmə və ona reaksiya vermə 
mənbəyinə çevrilir. 
Baxışın təlimatlandırma, vizuallaşdırma və qarşılıqlı əlaqə qur-
ma fəaliyyətləri üçün birbaşa və dərhal interfeysə çevrilməsi öyrən-
mə, naviqasiya, təlimatlandırma, məhsul və xidmətlərin istehsalı 
üçün əks əlaqə (
ing. feedback
), əylənmə və fiziki məhdudiyyətli in-
sanlara yardım etmə tərzlərini dəyişə bilər və insanlara daha yaxşı 
yaşamaq yolunda köməkçi ola bilər. 
Müsbət təsirlər

İstiqaməti tapma və iş/şəxsi fəaliyyətlər üçün informasiya 
ilə təchiz edilmiş qərarlar qəbul edilməsi məqsədilə fərdə 
dərhal məlumatların çatdırılması;

Emalda, tibbi xidmətlərdə/cərrahiyədə və xidmətlərin təq-
dim edilməsində vizual köməkçi vasitələrdən istifadə etmə 
və ya məhsul və xidmət istehsal etmə gücünün artırılması;


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
142

Fiziki məhdudiyyətli insanların qarşılıqlı təsirlərini və 
hərəkətlərini idarə edə bilmə və dünyanı danışma, yazma, 
yerdəyişmə və üçölçülü təcrübələr yolu ilə yaşama bacarığı.
Mənfi təsirlər

Zehni diqqətsizliyin qəzalara səbəb olması;

Mənfi üçölçülü təcrübələrin travmalar yaratması;

Asılılığın və reallıqdan qaçışın artması.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin