Bilinməyən, həm müsbət, həm də mənfi ola biləcək təsirlər -
Əyləncə sektorunda yeni bir seqmentin yaranması;
-
Dərhal məlumatın artması.
Hazırda reallaşan dəyişiklik Artıq indidən bazarda satılan eynəklər (“Google”dan başqa is-
tehsalçılar da var) aşağıdakıları edə bilir:
-
Üçölçülü bir obyekti gil kimi qəlibləməyi mümkün edərək,
sərbəst şəkildə manipulyasiya etməyinizə imkan yaradır;
-
Nəyisə gördüyünüz zaman ehtiyacınız olan geniş, canlı in-
formasiyanı eynilə beyinin işlədiyi şəkildə təqdim edir;
-
Yanından keçdiyiniz restoranın menyusunu sizə göstərə
bilir;
-
Hər hansı bir rəsm və ya videonu hər hansı növ kağızın üzə-
rində əks etdirə bilir.
Mənbə: http://www.hongkiat.com/blog/augmented-reality-smart-glasses/
Ə
LAV
Ə
: D
Ə
R
İ
N D
Ə
Y
İŞİ
KL
İ
KL
Ə
R
143 Dəyişiklik 4. Geyinilə bilən internet Dönüş nöqtəsi: İnsanların 10%-nin internetə bağlanıla bilən
paltar geyinməsi
2025-ci ildə: Sorğuda iştirak edənlərin 91%-nin fikrinə görə bu
mümkün olacaqdır.
Texnologiya getdikcə daha çox fərdiləşir. Kompüterlər daha
əvvəl geniş salonlarda quraşdırılırdı, sonra masaların üzərində və
bunun ardınca da insanların dizlərinin üstündə istifadə olunma-
ğa başladılar. İndi isə artıq insanların cibindəki mobil telefonların
içində yerləşiblər. Lakin qısa bir zaman içində birbaşa paltar və ak-
sesuarlarda olacaqlar.
2015-ci ildə bazara təqdim edilən “Apple Watch” internetə
qoşulub və ağıllı telefonun sahib olduğu bütün funksional baca-
rıqların bir çoxuna sahibdir. Zaman keçdikcə paltarlar və onların
üzərindəki digər təchizatlar insanları internetə qoşa biləcək quraş-
dırılmış çiplərə sahib olacaqlar.
Müsbət təsirlər -
Daha müsbət tibbi nəticələr insanların ömrünü uzadacaqdır;
-
Daha çox özünü təminetmə;
-
Özü-özünə idarə edilən tibbi xidmətlər;
-
Daha yaxşı qərarvermə;
-
İtən uşaqların sayında azalma;
-
Fərdiləşən paltarlar (dərzilik, dizayn).
Mənfi təsirlər -
Gizlilik / potensial nəzarət;
-
Reallıqdan qaçış / asılılıq;
- Məlumatların
təhlükəsizliyi.