Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə62/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   58   59   60   61   62   63   64   65   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

135
Ə
lav
ə
: D
ə
rin D
ə
yi
ş
iklikl
ə
r
Dördüncü sənaye inqilabında proqram təminatı texnologiyala-
rının reallığa çevirdiyi rəqəmsal əlaqə cəmiyyəti köklü dəyişikliyə 
məruz qoyur. Yaratdığı təsirin miqyası və reallaşan dəyişikliklərin 
sürəti bəşəriyyət tarixindəki bütün əvvəlki sənaye inqilablarından 
çox fərqli şəkildə inkişaf edən bir transformasiyanı gündəliyə gə-
tirir. 
Dünya İqtisadi Forumunun Proqram təminatı və Cəmiyyətin 
Gələcəyi ilə bağlı Qlobal Gündəlik Şurası 800 üst səviyyəli mene-
cerlər arasında bir araşdırma sorğusu təşkil edərək, biznes liderləri-
nin bu oyun dəyişdirici texnologiyaların ictimai sahəyə əhəmiyyətli 
dərəcədə daxil olacağı təxmini tarix haqqında və bu dəyişikliklərin 
fərdlər, təşkilatlar, hökumətlər və cəmiyyətlər üzərindəki mümkün 
təsirləri barədə fikirlərini öyrəndi. 
“Dərin Dəyişiklik – Texnologiyanın Dönüş Nöqtələri və Sosi-
al Təsiri” adlı araşdırma hesabatı 2015-ci ilin sentyabr ayında nəşr 
edildi.
76
Aşağıda bu araşdırmada təqdim edilən 21 texnoloji dəyi-
şiklik və 2 əlavə texnoloji dəyişikliyə yer verilmiş, həmçinin də bu 
texnologiyaların dönüş nöqtələri və bazara daxil olacaqları tarixlər 
qeyd edilmişdir. 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
136
Dəyişiklik 1. İmplantasiya oluna bilən 
texnologiyalar
Dönüş nöqtəsi: 
İmplantasiya oluna bilən ilk mobil telefonun 
bazara çıxması
2025-ci ildə:
Sorğuda iştirak edənlərin 82%-nin fikrinə görə bu 
mümkün olacaqdır.
İnsanlar getdikcə cihazlara daha çox bağlanırlar və bu cihazlar 
getdikcə daha çox onların bədənləri ilə əlaqəli hala gəlir. Cihazlar 
artıq geyinilə bilməklə yanaşı, həm də bədənlərə implantasiya edilə 
bilir. Bu şəkildə rabitə, yerləşmə, davranışların izlənilməsi və tibbi 
funksiyaların yerinə yetirilməsini təmin edirlər. 
Ürəyi işlək vəziyyətə gətirən batareyalar və koklear implantlar 
hələ sadəcə başlanğıc məhsullarıdır. Ardıcıl olaraq bir çox yeni tibbi 
cihaz bazara təqdim edilir. Bu cihazlar xəstəliklərin parametrlərini 
müəyyənləşdirə biləcək, insanların xəstəliklərə qarşı tədbirlər gör-
məsini təmin edəcək, nəzarət mərkəzlərinə məlumat göndərəcək 
və ya ehtiyac olduğu zaman avtomatik olaraq dərman qəbul etdirə 
biləcəkdir.
Ağıllı bədən döymələri və digər unikal çiplər kimliyin və yerin 
müəyyən edilməsinə yardım edə bilərlər. Ehtimal ki, implantasiya 
edilən cihazlar “quraşdırılmış” bir mobil telefon vasitəsilə normal 
halda sözlə ifadə edilən fikirlərin çatdırılmasına kömək edəcəklər. 
Həm də onlar beyin dalğalarını və ya başqa siqnalları oxuyaraq, ifa-
də edilə bilməyən düşüncələri və ya ruhi vəziyyətləri çatdıra bilə-
cəklər. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin