Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə58/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   54   55   56   57   58   59   60   61   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Emosional zəka – qəlb
Kontekstual zəkanın əvəzləyicisi deyil, tamamlayıcısı olaraq 
emosional zəka, dördüncü sənaye inqilabının əhəmiyyəti getdikcə 
artan xüsusiyyətidir. Yale Universiteti Emosional Zəka Mərkəzin-
dən olan idarəetmə psixoloqu Deyvid Karuzonun [David Caruso] 
qeyd etdiyi kimi emosional zəka kontekstual zəkanın əksi və ya qəl-
bin ağıl üzərindəki qələbəsi kimi görünməməlidir. Emosional zəka 
bu ikisinin unikal kəsişməsidir.
71
Akademik ədəbiyyatda, emosio-
nal zəkanın liderlərə daha yenilikçi ola bilmək və dəyişikliyin əsas 
oyunçularına çevrilmək imkanını təqdim etdiyi qeyd edilir. 
Biznes liderlər və siyasətçilər üçün emosional zəka, dördüncü sə-
naye inqilabı dövründə uğur baxımından olduqca böyük əhəmiy-
yəti olan bacarıqların – özünü dərketmə, özünü tənzimləmə, moti-
vasiya, empati və sosial bacarıqlar – əsasını təşkil edir.
72 
Emosional 
zəka sahəsində ixtisaslaşan elm adamları böyük qərarvericilərin 
orta statistik qərarvericilərdən fərqlənməsinin səbəbi kimi onların 
emosional zəka səviyyələrini və bu xüsusiyyəti daim təkmilləşdirə 
bilmələrini göstərirlər.
Fasiləsiz və intensiv dəyişikliklə xarakterizə olunan bir dünya-
da yüksək emosional zəkaya sahib olan liderlər baxımından zən-


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
124
gin olan qurumlar yalnız daha yaradıcı olmaqla qalmayacaq, eyni 
zamanda daha çevik və dayanıqlı – köklü dəyişikliyin öhdəsindən 
gəlmək üçün başlıca xüsusiyyət - olacaqdır. Funksiyalararası əmək-
daşlığı instutlaşdırmaq, ierarxiyaları düzləşdirmək və yeni fikirlərin 
bir nəslini cəsarətləndirmək üçün lazım olan rəqəmsal təfəkkür ta-
mamilə emosional zəkadan asılıdır.
Mənəvi zəka – ruh
Dördüncü sənaye inqilabında səmərəli nəticələr əldə edə bilmək 
üçün kontekstual və emosional zəka ilə yanaşı, zəruri olan üçüncü 
əsas komponent mənəvi zəka adlandırdığım zəka növüdür. Latınca 
“spirare” sözündən yaranan mənəvi zəka, fasiləsiz məna və məqsəd 
axtarışı ilə bağlıdır. Yaradıcı itkiləri qidalandırmağı və bəşəriyyəti 
ortaq tale hissinə əsaslanan yeni bir kollektiv və əxlaqi şüura çatdır-
mağı hədəfl əyir.
Burada açar fikir paylaşmaqdır. Əvvəldə də qeyd etdiyim kimi, 
əgər texnologiya mən-mərkəzçi bir cəmiyyət istiqamətində hərəkət 
etməyimizin mümkün səbəblərindən biridirsə, o zaman diqqəti bu 
mənliyə cəlb etmək trendini təsiredici bir ortaq məqsəd hissi ilə 
yenidən tarazlamaq mütləq bir məcburiyyətdir. Bu mövzuda hamı-
mız eyni gəmidəyik və kollektiv olaraq paylaşılan məqsədi müəyyən 
edə bilməsək, o zaman dördüncü sənaye inqilabının çağırışları ilə 
bacarmamaq və onun bütün faydalarından yararlana bilməmək ris-
ki ilə qarşı-qarşıya qala bilərik. 
Bunu edə bilmək üçün əsas olan inamdır. Yüksək inam səviyyəsi, 
iştirakçılığı və qrup işini dəstəkləyəcəkdir. Bu isə əsasını əməkdaşlıq 
innovasiyasının təşkil etdiyi dördüncü sənaye inqilabında heç vaxt ol-
madığı qədər təcili bir ehtiyaca çevrilmişdir. Çox fərqli komponentlər 
və məsələlərdən söhbət getdiyi üçün bu əməkdaşlıq prosesi yalnız bir 
inam mühitində uğurlu ola bilər. Nəticədə, innovasiyanın ortaq fayda 
istiqamətində inkişafının təmin edilməsində bütün sosial maraqlı tərəf-
lərin rolu vardır. Əgər sosial maraqlı tərəfl ərin əsas qruplarından hər 
hansı biri bunun əksini hiss edərsə, o zaman inam sarsılacaqdır.


QAR
Ş
IDAKI YOL
125
Heç nəyin artıq sabit qalmadığı bir dünyada inam ən dəyərli xü-
susiyyətlərdən birinə çevrilmişdir. Qərarvericilər yalnız cəmiyyətin 
içində olarlarsa və qərarları hər zaman şəxsi məqsədlərin arxasınca 
düşmək əvəzinə ortaq mənafelərə uyğun şəkildə qəbul edərlərsə, o 
zaman inam qazana və onu qoruya bilərlər.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin