Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə57/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   53   54   55   56   57   58   59   60   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

121
Qar
ş
ı
dak
ı
 yol
Dördüncü sənaye inqilabı köklü dəyişikliyin hərəkətverici qüv-
vəsi ola bilər, lakin onun təmsil etdiyi çağırışlar bizim əsərimizdir. 
Bu səbəbdən, bunlarla məşğul olmaq və onlardan faydalanmaq 
üçün yenicə formalaşan mühitə uyğunlaşmaq və inkişaf etmək 
məqsədilə lazım olan dəyişiklikləri və siyasətləri reallaşdırmaq bi-
zim əlimizdədir.
Biz bu çağırışlarla yalnız ağlımızın, qəlbimizin və ruhumuzun 
kollektiv müdrikliyini səfərbər etmək yolu ilə mənalı şəkildə məş-
ğul ola bilərik. Buna nail ola bilmək üçün dörd müxtəlif zəka nö-
vünü bəsləyib tətbiq edərək köklü dəyişikliyin potensialına uyğun-
laşmaq, onu formalaşdırmaq və istifadə etmək məcburiyyətində 
olduğumuzu düşünürəm:

Kontekstual (ağıl) – biliyimizi necə anlayır və onu necə 
tətbiq edirik;

Emosional (qəlb) – düşüncə və hisslərimizi necə işləyib 
bütövləşdiririk və özümüzlə və digərləri ilə necə münasibət 
qururuq;

Mənəvi (ruh) – fərdi və ortaq məqsəd anlayışımızı, inam 
və digər məziyyətləri dəyişikliyə təsir etmək və ortaq fayda 
uğrunda necə istifadə edirik;

Fiziki (bədən) – istər fərdi, istərsə də sistemli transforma-
siya üçün zəruri olan enerjini tətbiq etmək mövqeyində 
olmaq üçün özümüzün və ətrafımızdakıların şəxsi sağlam-
lığına və rifahına necə yanaşırıq və onları necə qoruyuruq.


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
122
Kontekstual zəka – ağıl
Yaxşı liderlər kontekstual zəkanı anlayır və ondan məharətlə 
istifadə edirlər.
69
Kontekst, ortaya çıxmaqda olan trendləri təxmin 
etmə və əsas nöqtələri birləşdirmə bacarığı və istəyi kimi izah edilir. 
Bunlar nəsillər boyunca eff ektiv liderliyin ümumi xüsusiyyətləri ol-
muş və hazırda, dördüncü sənaye inqilabı dövründə də uyğunlaşma 
və sağ qalmanın əsas şərtidir. 
Kontekstual zəkanı inkişaf etdirmək üçün qərarvericilər əvvəlcə 
müxtəlif şəbəkələrin dəyərini anlamalıdırlar. Onlar yalnız yüksək 
səviyyədə əlaqədə olduqları və ənənəvi sərhədləri aşmaqla şəbəkələr 
daxilində yerləşdikləri halda ciddi pozulma səviyyələri ilə üzləşə 
bilərlər. Qərarvericilər gündəlikdəki məsələ ilə bağlı olan hər kəslə 
birlikdə olmaq qabiliyyəti daşımalı və buna hazır olmalıdırlar. Bu-
nunla da, biz daha əlaqəli və əhatəedici olmağa çalışmalıyıq.
Baş verənlərlə bağlı kompleks bir baxış bucağı formalaşdırmaq 
ancaq biznes, hökumət, vətəndaş cəmiyyəti, dini kəsim, akademiya 
və gənc nəsildən olan liderləri bir yerə toplayaraq və onlarla əmək-
daşlıq edərək mümkün ola bilər. Bundan başqa, bu, dayanıqlı dəyi-
şiklik ilə nəticələnəcək kompleks fikir və həll yollarını inkişaf etdir-
mək və tətbiq etmək baxımından da əhəmiyyətlidir.
Bu, mənim ilk dəfə, 1971-ci ildə nəşr edilən bir kitabda təklif et-
diyim çox tərəfdaşlı nəzəriyyənin təməl prinsipidir (Dünya İqtisadi 
Forumu icması bunu çox vaxt Davos Ruhu adlandırır).
70
Sektorlar 
ilə peşələr arasındakı sərhədlər sünidir və onların artan dərəcədə 
əngəlləyici olduqları görünür. Şəbəkələrin gücündən istifadə edib 
eff ektli əməkdaşlıqlar quraraq bu əngəlləri aradan qaldırmaq hər 
zaman olduğundan daha böyük əhəmiyyət qazanmışdır. Müxtəlif-
lik nümayiş etdirən qruplar qurmaqla bağlı verdiyi sözün üzərində 
durmayan və ya bunu bacara bilməyən şirkət və təşkilatlar rəqəmsal 
dövrdə köklü dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkəcəkdir. 
Liderlər zehni və konseptual çərçivələrini və təşkilatlanma prin-
siplərini dəyişdirməyi də bacarmalıdırlar. Hazırda, kökündən, sürət-


QAR
Ş
IDAKI YOL
123
lə dəyişən dünyada siloslar içində düşünmək və gələcəklə bağlı sabit 
fikirlərə sahib olmaq zəmanənin gerisində qalmaq deməkdir. Filo-
sof Aysayah Berlin [Isaiah Berlin] 1953-cü ildə yazdığı məqaləsin-
də təqdim etdiyi dilemmada “Yazıçıların və fikir adamlarının kirpi 
olmaqdansa, tülkü olması daha yaxşıdır” ifadəsinə yer verməsinin 
səbəbi budur. Artan dərəcədə mürəkkəb və kökündən dəyişən bir 
mühitdə iş görmək kirpinin dar və sabit diqqət mərkəzindən daha 
çox tülkü zəkasını və sosial çevikliyini tələb edir. Təcrübədə bu, li-
derlərin artıq siloslar içində düşünə bilməyəcəyi deməkdir. Onların 
problemlərə, məsələlərə və çağırışlara olan yanaşmaları kompleks, 
çevik və uyğunlaşa bilən olmalı və davamlı olaraq müxtəlif məna-
feləri və baxışları inteqrasiya edə bilməlidirlər.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin