DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
116
noz verə bilən Sİ əsaslı bir robotdan, yoxsa bizi illərdir tanıyan və
güvəndiyimiz bir həkimdənmi məsləhət alaq?
Bu misallara və onların insanlar üçün doğuracağı nəticələrə
baxdığımız zaman, qeyri-müəyyən bir bölgədə, daha əvvəl yaşadıq-
larımıza heç oxşamayan bir insan transformasiyasının astanasında
olduğumuzu görürük.
Başqa bir əhəmiyyətli məsələ, süni intellektin və maşın öyrənmə-
sinin təxminetmə gücü ilə bağlıdır. Əgər hər hansı bir vəziyyətdəki
davranışımız təxmin edilən vəziyyətə gəlirsə, bu təxmindən uzaqlaş-
ma azadlığımız nə qədər olacaq? Bu insanların robot kimi hərəkət
etməyə başladığı bir dünya doğura bilərmi? Bu daha çox fəlsəfi
bir sualı da gündəmə gətirir: Müxtəlifl iyimizin və demokratiyanın
mənbəyi olan fərdiliyimizi rəqəmsal dövrdə necə qoruyacağıq?
Dostları ilə paylaş: