T
Ə
S
İ
RL
Ə
R
119
bir insanın müşahidə olunduğunu bildiyi zaman davranışının daha
konformist və adekvat vəziyyətə gəldiyini göstərən çoxlu sayda
araşdırmalar mövcuddur.
Şübhəsiz ki, bu kitab gizliliyin mənası ilə bağlı uzun fikirlərə
dalınacaq və ya məlumatlara sahib olmaqla bağlı sualların cavab-
landırılacağı bir yer deyildir. Lakin, mən özümüzə aid məlumatlar
üzərindəki nəzarəti itirməyin həyatımıza olan təsiri kimi bir çox
təməl məsələ ilə bağlı müzakirənin qarşıdakı illərdə daha da inten-
sivləşəcəyini gözləyirəm (bax: Haşiyə I: Sağlamlığın və gizliliyin
sərhədləri).
Bu məsələlər çox qarışıqdır. Mümkün psixoloji, əxlaqi və sosial
nəticələr haqqında düşünməyə daha yeni başlayırıq. Şəxsi olaraq
mən gizliliklə bağlı bu problemi təxmin edirəm: bir insanın həyatı
tamamilə şəff af, kiçik və ya böyük yersiz davranışları hər kəs tərəfin-
dən bilinən vəziyyətə gəldiyi zaman liderlik məsuliyyətini öz üzə-
rinə götürmək cəsarətini kim göstərə biləcəkdir?
Dördüncü sənaye inqilabı texnologiyanı şəxsi həyatımızın hər
şeyə nüfuz edən əhəmiyyətli bir hissəsinə çevirir və bu böyük texno-
loji dəyişikliyin mənliyimizə necə təsir göstərəcəyini hələ yeni an-
lamağa başlayırıq. Nəhayət ki, texnologiyanın köləsi olmaq əvəzinə
onun bizə xidmət etməsini təmin etmək vəzifəsi hamımıza aiddir.
Kollektiv səviyyədə texnologiyanın qarşımıza çıxardığı çağırışların
düzgün başa düşülməsini və təhlil edilməsini təmin etməyə məc-
buruq. Ancaq bu yolla dördüncü sənaye inqilabının sağlamlığımızı
pisləşdirəcəyindən daha çox yaxşılaşdıracağına əmin ola bilərik.
Dostları ilə paylaş: