Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə50/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   46   47   48   49   50   51   52   53   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Haşiyə G: Zəifl əyən vətəndaş
“Zəifl əyən vətəndaş” termini, biri gücləndirici, digəri isə zəifl ə-
dici iki trendin qarşılıqlı təsirindən yaranan dinamikanı izah edir. 
Bir tərəfdən fərdlər məlumat yığma, ötürmə və tərtibetmə fəaliy-
yətlərini onlar üçün asanlaşdıran texnoloji dəyişikliklər vasitəsilə 
gücləndiklərini hiss edirlər və mülki həyata qoşulmanın yeni yolla-


 T
Ə
S
İ
RL
Ə
R
111
rını sınaqdan keçirirlər, digər tərəfdən isə fərdlər, vətəndaş cəmiy-
yəti qrupları, sosial hərəkatlar və yerli icmalar ənənəvi səsvermə və 
seçki prosesləri də daxil olmaqla, qərar qəbuletmə proseslərində 
iştirak etməkdən artan ölçüdə məhrum edildiklərini, milli və regio-
nal idarəetmənin hakim qurumlarına və güc mənbələrinə səslərini 
eşitdirmək, onlara təsir göstərmək bacarıqları baxımından zəifl ə-
diklərini görürlər. 
Ən uc nöqtədə, hökumətlərin müxtəlif texnologiyaları bir yerə 
toplayaraq, özlərinin və şirkətlərin fəaliyyətləri ətrafında şəff alığı 
təmin etmək və dəyişikliyi dəstəkləmək istəyən vətəndaş cəmiyyəti 
təşkilatlarının və fərdi qrupların hərəkətlərini təzyiq altında saxla-
maq və ya əzmək üçün istifadə etməsi kimi çox real bir təhlükə də 
mövcuddur. Dünyanın bir çox ölkəsində hökumətlərin vətəndaş 
cəmiyyəti qruplarının müstəqilliyini məhdudlaşdırmaq və onların 
fəaliyyətlərini müəyyən çərçivəyə salmaq məqsədilə təqdim etdiyi 
qanunların və digər siyasətlərin vətəndaş cəmiyyətinin sahəsini da-
raltmasına dair sübutlar vardır. Dördüncü sənaye inqilabının alət-
ləri sağlam açıq cəmiyyətlərə zərər verə biləcək tərzdə nəzarətin və 
nəzarət vasitələrinin yeni formalarını ortaya çıxarır.
Mənbə: 
Global Risks Report 2016, World Economic Forum
Misal olaraq, “Facebook”dakı səsinizi-bəlli-edin mesajlarının 
təsiri ilə bağlı aparılan bir araşdırma “təxminən 60000 seçicinin 
birbaşa, 280000 seçicinin isə sosial təsirlərlə birlikdə dolayı şəkildə 
qoşulması nəticəsində toplam 340000 əlavə səsin ortaya çıxdığı-
nı” müəyyən etmişdir.
59 
Bu araşdırma, rəqəmsal media platforma-
larının onlayn istehlak etdiyimiz medianı seçmək və dəstəkləmək 
məsələlərində sahib olduğu gücü izah edir. Eyni zamanda, onlayn 
texnologiyaların sivil iştirakın (yerli, regional və ya milli təmsilçilə-


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI
112
ri seçmək kimi) ənənəvi formalarını yeni innovativ yollarla seçərək 
vətəndaşlara öz icmalarına təsir göstərən qərarlar üzərində daha çox 
birbaşa təsirə malik olmaq imkanı verdiyini göstərir.
Bu hissədə təhlil edilən bütün təsirlərdə olduğu kimi, dördün-
cü sənaye inqilabının bir tərəfdən önəmli riskləri ortaya çıxardığı 
halda, digər tərəfdən böyük fürsətlər təqdim etdiyi aydın olur. Bu 
inqilab dərinləşdikcə, dünyanın qarşısına çıxacaq əsas vəzifələrdən 
biri bunun sosial uyğunlaşma üçün təmin edəcəyi faydalar və təşkil 
edəcəyi təhdidlər haqqında daha çox və daha yaxşı məlumatın necə 
əldə ediləcəyidir. 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin