Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə59/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   55   56   57   58   59   60   61   62   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Fiziki zəka – bədən
Kontekstual, emosional və mənəvi zəka - bunların hamısı dör-
düncü sənaye inqilabı ilə ayağlaşa bilmək və ondan faydalanmaq 
üçün əhəmiyyətli xüsusiyyətlərdir. Ancaq onların zəkanın dör-
düncü növündən, yəni şəxsi sağlamlığı təmin etmə və dəstəkləmə 
fəaliyyətlərini özündə cəmləşdirən fiziki zəkadan həlledici dəstək 
almağa ehtiyacları vardır. Bu çox əhəmiyyətlidir, çünki dəyişikliyin 
sürəti artdıqca, mürəkkəblik və qərar qəbuletmə prosesinə daxil 
olan oyunçuların sayı artdıqca, təzyiq altında sağlam və soyuqqanlı 
qalma ehtiyacı daha böyük əhəmiyyət qazanır. 
Ətraf mühitin genlərimizin ifadəsini dəyişdirmə prosesi olan 
epigenetika, biologiyanın son illərdə sürətlə inkişaf edən sahələ-
rindən biridir. Bu elm sahəsi, yuxu, qidalanma və idmanın həyatı-
mızdakı həlledici əhəmiyyətini mübahisəsiz bir şəkildə sübut edir. 
Məsələn, müntəzəm idman etmənin düşüncə və hisslərimiz üzərin-
də müsbət təsiri vardır. Belə ki, bu, performansımıza və bacarma 
gücümüzə birbaşa təsir göstərir.
Fiziki bədənlərimizi, ağlımız, hisslərimiz və ümumi şəkildə dünya 
ilə harmoniya şəraitində saxlaya bilmənin yeni yollarını tapmaq və bu 
istiqamətdə peşəkarlaşmaq böyük əhəmiyyət kəsb edir. Tibb elmi, ge-
yinilə bilən cihazlar, implant texnologiyalar və beyin araşdırmaları kimi 
bir çox sahədə əldə edilən böyük irəliləyişlər hesabına bütün bu möv-
zularda daha çox yeni şeylər öyrənirik. Əlavə olaraq, tez-tez söylədiyim 
kimi, bir lider qarşı-qarşıya qaldığımız bir çox sinxron və mürəkkəb ça-
ğırışlara eff ektli cavab verə bilmək üçün “sağlam sinirlərə” sahib olma-
lıdır. Dördüncü sənaye inqilabının fürsətlərini araşdırmaq və onlardan 
faydalanmaq yolunda bunun əhəmiyyəti daha da artacaqdır. 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin