Ə
LAV
Ə
: D
Ə
R
İ
N D
Ə
Y
İŞİ
KL
İ
KL
Ə
R
153
Dəyişiklik 8. Əşyaların interneti və əşyalar üçün
internet
Dönüş nöqtəsi:
1 trilyon sensorun internetə qoşulması.
2025-ci ildə:
Sorğuda iştirak edənlərin 89%-nin fikrinə görə bu
mümkün olacaqdır.
Hesablama gücünün davamlı yüksəlməsi və aparat təminatı qiy-
mətlərinin aşağı düşməsi nəticəsində (hələ də Moore Qanununa
90
uyğun şəkildə) sözün tam mənasında hər şeyin internetə bağlı və-
ziyyətə gəlməsi iqtisadi baxımdan mümkün olacaqdır. Ağıllı sen-
sorlar artıq indidən çox rəqabətli qiymətlərlə əlçatandır. Bütün
əşyalar ağıllı və internetə qoşulmuş vəziyyətə gələcəklər və bu da
daha çox ünsiyyəti və getdikcə artan analitik bacarıqlara sahib olan
verilənlərə əsaslanan yeni xidmətləri ortaya çıxaracaqdır.
Yeni bir araşdırma, sensorlardan heyvanların sağlamlığını və
davranışını müşahidə etmək məqsədilə necə istifadə edilə biləcəyi-
ni nəzərdən keçirmişdir.
91
Bu araşdırma, mal-qaraya bağlanmış sen-
sorların mobil telefon vasitəsilə öz aralarında əlaqə qura biləcəklə-
rini və mal-qaranın vəziyyəti ilə bağlı hər hansı bir yerdən real vaxt
rejimində məlumat ötürə biləcəklərini ortaya çıxarmışdır.
Mütəxəssislər, gələcəkdə hər (fiziki) məhsulun hər yerdə rabitə
infrastrukturuna qoşula biləcəyini irəli sürür və sensorların hər yer-
də insanlara ətrafl arını qavrama imkanı yaradacağından bəhs edirlər.
Dostları ilə paylaş: