§ 27
Beləliklə, əgər təbiət qüvvələri və onların təzahürləri
barədə bütün əvvəlki düşüncələrdən bizim üçün aydın oldu ki,
səbəbiyyət izahı nə qədər uzağa gedə bilər və əgər bütün
hadisələrin məzmununu onların sadəcə olaraq formasına və
başqa heç nəyə aid etmək meylinə məruz qalmaq istəmirsə, o,
harada dayanmalıdır,– onda biz indi ümumi cizgilərdə
müəyyənləşdirə bilərik ki, hər cür etiologiyadan nə tələb etmək
mümkündür. O, təbiətdə bütün hadisələr üçün səbəblər
axtarmalıdır, yəni o şəraiti axtarmalıdır ki, dolduqda onlar
hökmən baş verirlər, sonra isə müxtəlif şəraitlərlə müşayiət
olunan müxtəlif hadisələri o, hər bir hadisədə fəaliyyət göstərən
və onun səbəbi kimi güman olunana – təbiətin əzəli qüvvələrinə
müncər etməlidir və bu zaman hadisədəki fərqin qüvvədəki
fərqdənmi, yoxsa yalnız bu qüvvənin aşkar olunduğu şəraitdəki
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
fərqdənmi baş verdiyini ciddi olaraq fərqləndirməlidir və eyni
qüvvənin aşkarlanması kimi çıxış edəni müxtəlif təzahürləri
müxtəlif qüvvələrin müxtəlif şəraitlərdə təzahürləri hesab
etməkdən və əksinə, ilkin olaraq müxtəlif qüvvələrə məxsus
olanı eyni qüvvənin aşkarlanması hesab etməkdən də də eyni
dərəcədə ehtiyatlanmalıdır. Bunun üçün də bilavasitə
mühakimə qabiliyyəti lazımdır; elə buna görə də, fizikada
anlamı genişləndirmək qabiliyyətində olan insanlar bu qədər
azdır, amma onun daxilində təcrübəni genişləndirməyi hamı
bacarır. Tənbəllik və nadanlıq əzəli qüvvələrə tələsik istinad
meylini doğurur ki, bu da, özünün ironik olaraq şişirdilmiş
ifadəsini sxolastik entitates və quidditates-də tapır. Mən onların
dirçəldilməsinə kömək etməyi bütün hər şeydən daha az
istərdim. Fiziki izah əvəzinə iradənin təcəssümünə istinad
etmək Tanrının yaradıcı qüdrətinə istinad kimi yolverilməzdir.
Zira fizika səbəbləri tələb edir, iradə isə heç bir vaxt səbəb ola
bilməz, onun hadisəyə münasibəti qətiyyən əsas qanununa görə
qurulmur, amma özlüyündə iradə olan şey, digər tərəfdən,
təsəvvür olaraq mövcuddur, yəni hadisə, təzahür kimi çıxış edir.
Özlüyündə, bu statusda o, hadisənin formasını təşkil edən
qanunlara uyğundur, məsələn, hər bir hərəkət, həmişə iradənin
təzahürü olmasına baxmayaraq, hər halda səbəbə malik
olmalıdır, bu səbəbdən çıxış edərək, yəni ümumiyyətlə deyil,
onun daxili mahiyyəti baxımından deyil, yalnız ayrıca hadisə
olaraq onu müəyyən zamana və yerə münasibətdə izah etmək
mümkündür. Bu səbəb – daş nümunəsində mexaniki səbəbdir,
insanın hərəkətində motivdir, amma o, olmaya bilməz. Əksinə,
müəyyən qəbildən olan bütün hadisələrin ümumi, vahid
mahiyyəti o müqəddimədir ki, o olmadan səbəbiyyət izahı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
mənaya və əhəmiyyətə malik olmazdı, – bu, təbiətin ümumi
qüvvəsidir ki, o, fizikada qualitas occulta qalmalıdır, ona görə ki,
burada etioloji izah başa çatır və metafizik izah başlanır. Amma
səbəblər və əməllər zənciri heç bir vaxt istinad oluna bilən əzəli
qüvvə ilə kəsilmir, bu zəncir özünün ilk həlqəsi olaraq əzəli
qüvvəyə heç bir vaxt yetişmir; zəncirin ən yaxın həlqəsi, eləcə
də ən uzaqda olanı əzəli qüvvənin varlığını, eyni dərəcədə
nəzərdə tutur, başqa cür isə onlar heç nəyi izah edə bilməzdilər.
Bir sıra səbəblər və təsirlər ən müxtəlif qüvvələrin təzahürü ola
bilər ki, o, onların ardıcıllıqla aşkarlanmasını idarə edir, mənim
yuxarıda metal maşının nümunəsində izah etdiyim kimi; amma
bu əzəli, bir-birindən çıxarılmayan qüvvələrin arasındakı fərq
səbəblər zəncirinin vəhdətini və onun bütün həlqələri
arasındakı əlaqəni qətiyyən dayandırmır, kəsmir. Təbiətin
etiologiyası və təbiətin fəlsəfəsi heç bir vaxt bir-birinə mane
olmur, eyni predmeti müxtəlif baxış bucaqlarından nəzərdən
keçirərək, əksinə, əl-ələ tuturlar. Etiologiya izah olunmalı olan
ayrıca hadisəni zəruri olaraq meydana çıxaran səbəblər barədə
hesabat verir və özünün bütün izahlarının əsası olaraq bütün bu
səbəblərdə və nəticələrdə fəaliyyət göstərən ümumi qüvvələri
üzə çıxarır; o, bu qüvvələri, onların miqdarını, onların fərqini və
nəhayət, bütün o təsirləri dəqiq müəyyənləşdirir ki, orada hər
bir qüvvə şəraitin müxtəlifliyinə uyğun olaraq müxtəlif tərzdə
ona xas olan, dəyişməz qayda üzrə onun tərəfindən durmadan
inkişaf etdirilən xarakterə daimi uyğunluqla təzahür olunur ki,
bu qayda da, təbiət qanunu adlanır. Elə ki fizika bütün bunları
və bütün cəhətlərdə tam yerinə yetirdi, o, öz mükəmməlliyinə
yetişəcəkdir; o zaman qeyri-üzvi təbiətdə heç bir məchul qüvvə,
elə bir təsir qalmayacaqdır ki, bu, müəyyən şəraitdə təbiətin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
qanununa uyğun olaraq meydana çıxan həmin qüvvələrdən
birinin təzahürü olaraq aşkar edilməmiş olsun. Və hər halda
təbiət qanunu yalnız təbiətdə aşkar edilmiş qayda olaraq qalır,
bu qaydaya görə, məlum şəraitin meydana çıxdığı hər bir halda
o, fəaliyyət göstərir; buna görə də təbiət qanununu hər halda
ümumiləşdirilmiş
fakt,
un
fait
generalise
kimi
müəyyənləşdirmək
olar,
təbiətin
bütün
qanunlarının
tamamlanmış təsviri isə yalnız faktların tam registri olardı.
Bütün təbiətin bundan sonra nəzərdən keçirilməsi
morfologiya ilə tamamlanır, morfologiya üzvi təbiətin bütün
daimi formalarını sadalayır, müqayisə və təsnif edir. O, ayrıca
varlıqların meydana çıxma səbəbi barədə az şey deyə bilər, zira
belə bir səbəb kimi hamıda doğuluş çıxış edir, doğuluş
nəzəriyyəsi isə öz-özlüyündə mövcuddur, və generatio
aequivoca *özündən törəmə+ yalnız nadir hallarda təsadüf
olunur. Sonuncuya, ciddi deyilsə, o üsul da aiddir ki, iradənin
obyektliyinin bütün aşağı pillələri, yəni bütün fiziki və kimyəvi
hadisələr ayrıca hallarda onun vasitəsilə aşkara çıxır və bu
aşkarlanma şəraitinin göstərilməsi də etiologiyanın vəzifəsini
təşkil edir. Fəlsəfə isə hər yerdə və deməli ki, həm də təbiətdə,
yalnız ümumini nəzərdən keçirir; əzəli qüvvələrin özləri onun
predmeti olaraq çıxış edir, və o, onlarda bu dünyanın daxili
mahiyyətini, "özündəkini" təşkil edən iradənin təcəssümünün
müxtəlif pillələrini dərk edir, iradədən mücərrədləşərək, fəlsəfə
bu dünyanı yalnız subyektin təsəvvürü hesab edir. Əgər
etiologiya, fəlsəfəyə yol açmaq və onun təlimini nümunələrlə
təsdiq etmək əvəzinə, düşünsə ki, onun məqsədi əksinə olaraq,
bütün əzəli qüvvələri, – hansısa biri, ən ümumi olanı, məsələn,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
keçirməzlik istisna olunmaqla təkzib etməkdir və belə təsəvvür
edərək ki, o, bu qüvvəni tam başa düşmüşdür, bütün digər
qüvvələri zorla ona müncər etməyə çalışır, – o, bununla da
özünü öz dayağından məhrum edir və həqiqət əvəzinə yalnız
yanılmanı verə bilər. Təbiətin məzmunu o zaman forma
tərəfindən sıxışdırılır, hər bir şey şəraitin təsirinin ayağına
yazılır, şeylərin daxili mahiyyəti üçün isə heç nə qalmır. Əgər
belə bir yol həqiqətən də uğura gətirib çıxarsaydı, onda,
dünyanın sirrini son nəticədə, artıq deyildiyi kimi, riyazi məsələ
həll etmiş olardı. Amma məhz bu yola o zaman daxil olurlar ki,
artıq xatırlandığı kimi, hər hansı bir fizioloji təsiri formaya və
tərkibə müncər etmək istəyirlər, məsələn, elektrikə, onu isə öz
növbəsində – kimyəviliyə, kimyəviliyi isə – mexanikliyə.
Sonuncu səhvi, məsələn, Dekart və bütün atomistlər etmişlər,
onlar dünyəvi cisimlərin hərəkətini hansısa flüidin təkanına,
keyfiyyətləri isə atomların birləşməsinə və formasına müncər
etmişlər və təbiətin bütün hadisələrini keçirməzliyin və
sürtünmənin sadə fenomenləri olaraq izah etməyə çalışmışlar.
Bu baxışlardan imtina edilməsinə baxmayaraq, bizim günlərdə
elektrik, kimyəvi və mexaniki istiqamətlərin fizioloqları eynilə bu
tərzdə hərəkət edirlər, onlar inadla bütün həyatı və orqanizmin
bütün funksiyalarını onun elementlərinin "formasından və
tərkibindən" çıxış edərək izah etmək istəyirlər. Fizioloji izahın
məqsədi üzvi həyatı fizika tərəfindən öyrənilən ümumi
qüvvələrə
müncər
etməkdən
ibarətdir,
–
Mekkelin
"Fiziologiyanın arxivi" əsərində məhz belə deyilmişdir (1820,
c.5, səh.185). Və Lamark özünün "Zoologiyanın fəlsəfəsi"
əsərində həyatı istiliyin və elektrikin sadə təsiri hesab edir
"Birlikdə həyatın mahiyyət və səbəbini təşkil etmək üçün istilik
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
və elektrik materiyası tam kifayət edər (c.2, fəsil 3, səh.16).
Buna uyğun olaraq, istilik və elektrik əslində özündə şey,
heyvani və bitki dünyası isə onun təzahürü olmalıdır. Bu fikrin
cəfəngliyi yuxarıda xatırlanan kitabın 306-cı səhifəsində özünü
xüsusilə kəskin şəkildə büruzə verir. Məlumdur ki, bütün bu
iflasa uğramış baxışlar yeni dövrdə görünməmiş bir həyasızlıqla
yenidən meydana çıxmışdır. Əgər onlara diqqət yetirilsə, onda
onların son əsasında belə bir güman yatır ki, guya orqanizm –
yalnız fiziki, kimyəvi və mexaniki qüvvələrin təzahürlərinin
aqreqatıdır, onlar burada təsadüfi toplaşaraq, heç bir sonrakı
məna olmadan, təbiətin bir oyunu olaraq orqanizmi
yaratmışlar. Belə bir baxışa uyğun olaraq, heyvanın və ya
insanın fəlsəfi cəhətdən nəzərdən keçirilən orqanizmi xüsusi
ideyanın ifadəçisi, yəni onun özü bilavasitə olaraq iradənin
müəyyən yüksək pillədə obyektliyi deyildir, amma onun
daxilində yalnız o ideyalar təzahür olunur ki, onlar iradəni
elektrikdə, kimyəvilikdə, mexaniklikdə obyektivləşdirirlər;
orqanizm, deməli, buludlardan və ya stalaktitlərdən qurulmuş
insan və heyvan fiqurları kimi elə bu cür də təsadüfi olaraq bu
qüvvələrin üst-üstə düşməsindən bir bütöv halına salınmışdır,
ona görə də bu özlüyündə az maraqlıdır. Biz indi görəcəyik ki,
orqanizmin fiziki və kimyəvi izahları hər halda müəyyən
dərəcədə qanuni və faydalıdır; mən göstərəcəyəm ki, həyati
qüvvə qeyri-üzvi təbiətin qüvvələrindən şübhəsiz ki istifadə
edir, amma heç bir halda onlardan ibarət deyildir, necə ki
dəmirçi çəkicdən və zindandan ibarət deyildir. Elə buna görə də,
onlardan, məsələn, kapilyar qüvvədən və endosmosdan çıxış
edərək həyatın, hətta bitki həyatı kimi sadə formasını belə izah
etmək olmaz, heyvanların həyatı barəsində isə bu mənada heç
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
danışmağa dəyməz. Aşağıdakı mülahizə bu, kifayət qədər çətin
tədqiqata doğru bizə yol açacaqdır.
Bütün deyilənlərə uyğun olaraq, təbiətşünaslıq iradənin
təcəssümünün bütün yüksək pillələrini aşağı pillələrə müncər
etməyi arzu edərək yanılır, zira, təbiətin əzəli və müstəqil
qüvvələrinin qəbul edilməməsi və inkarı xüsusi qüvvələrin o
yerdə güman edilməsi qədər səhvdir ki, orada əslində artıq
məlum olan qüvvələrin yalnız spesifik təzahür üsulu yer alır. Elə
buna görə də, Kant haqlı olaraq deyir ki, ot saplağının
Nyutonunu gözləmək cəfəngdir, yəni elə insanı ki, o, ot
saplağını fiziki və kimyəvi qüvvələrin təzahürlərinə gətirib
çıxarsın və göstərsin ki, o, onların təsadüfi qovuşmasıdır, yəni
sadəcə olaraq təbiətin oyunudur ki, burada da müstəqil ideya
qətiyyən təzahür olunmur, başqa sözlə, iradə burada bilavasitə
olaraq yüksək və xüsusi pillədə aşkar olmur, yalnız qeyri-üzvi
təbiətin hadisələrində çıxış etdiyi kimi və yalnız təsadüfi olaraq
– ot saplağı formasında qarşıda durur. Sxolastlar belə bir şeyə
heç bir vəchlə imkan verməzdilər, tamamilə haqlı olaraq
deyərdilər ki, bu, forma substantialisin tam inkarı və onun
forma accidentalisə endirilməsidir. Zira aristotelsayağı forma
substantialis
9
eynilə o şeyi bildirir ki, mən onu iradənin məlum
şeydə təcəssümü adlandırıram.
Lakin digər tərəfdən, diqqətdən qaçırmaq olmaz ki,
bütün ideyalarda, yəni üzvi təbiətin bütün formalarında eyni
iradə aşkara çıxır, yəni təsəvvür, obyektlik formasını alır. Onun
vəhdəti buna görə də özünü onun hadisələrinin daxili
qohumluğu
ilə
ifadə
etməlidir.
Sonuncu
onun
obyektivləşməsinin bütün təzahürün daha aydın olduğu yüksək
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
pillələrində,yəni bitki və heyvanat aləmlərində bütün formaları,
bütün hadisələrdə təkrarlanan əsas tip ilə açılıb, üzə çıxır. Buna
görə də o bu əsrdə fransızlar tərəfindən yaradılmış gözəl zooloji
sistemlərin aparıcı prinsipi oldu; o, özünün ən böyük tamlığında
müqayisəli anatomiyada l'unite de plan, l'uniformite de
l'element anatomique *planın vəhdəti, anatomik elementin
eynicürlüyü] kimi yerinə yetirilir. Onun axtarışları Şellinq
məktəbi naturfilosoflarının əsas məşğuliyyəti və ya hər hansı bir
halda, ən tərifəlayiq meyli idi və onların bu cəhətdən, hətta
müəyyən xidmətləri də vardır, baxmayaraq ki, onların təbiətdə
analogiya axtarışları bir çox hallarda söz oyununa çevrilir. Onlar
ədalətli olaraq, həmçinin qeyri-üzvi təbiətin ideyalarında,
məsələn, elektrik və maqnetizm, kimyəvi cazibə və ağırlıq
arasında mövcud olan bu ümumi qohumluğu və ailə oxşarlığını
göstərirdilər. Elektrik və maqnetizm arasındakı bu ümumilik
sonradan müəyyənləşdirildi. Onlar xüsusən qütbləşməni, yəni
qüvvənin iki, keyfiyyət etibarı ilə müxtəlif, əks və birləşməyə
can atan fəaliyyətə parçalanmasını göstərirdilər. Qütbləşmə
daha çox məkan baxımından – əks tərəflərə bölünmə ilə,– ifadə
olunur və təbiətin maqnitdən və kristaldan tutmuş insana kimi
demək olar ki, bütün hadisələrini əhatə edir. Amma Çində isə
bunun dərk olunması qədim zamanlardan in və yan əksliyi
barədə təlim vasitəsilə geniş yayılmışdı
10
. Və dünyanın bütün
şeyləri eyni iradənin obyektliyi olduqlarından və buna görə də
öz aralarında, öz daxili varlıqlarında, eyni olduqlarından,
onlarda təkcə bu aşkar analogiya olmamalıdır və hər bir
naqislikdə təkcə yaxındakı daha yüksək dərəcəli mükəmməlliyin
olmasına işarənin izi, eyhamı,rüşeymi olmamalıdır, amma bütün
bu formalar yalnız təsəvvür kimi dünyaya xas olduğundan, – biz
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
güman edə bilərik ki, təsəvvürün artıq ən ümumi formalarında,
hadisələr dünyasının bu əsl və əsas dayağında, yəni məkan və
zaman daxilində bu formaları dolduran əsas tipi, eyhamı,
rüşeymini tapmaq və göstərmək olar. Görünür, bu barədə
dumanlı fikir kabbalanın
11
və pifaqorçuların bütün riyazi
fəlsəfəsinin, həmçinin də " İ tszin"də çinlilərin mənbəyi
olmuşdur; Şellinq məktəbində də, onun təbiətin bütün
hadisələri arasındakı analogiyanı açıb göstərməyə yönələn
müxtəlif meyllərində, təbiətin qanunlarını yalnız bircə məkan və
zaman qanunlarından çıxarmağa yönəlik bəzi, - doğrudur ki,
uğursuz, - səylərə rast gəlinir. Özü də, bilmək olmaz ki, hər iki
meyli kimin dahiyanə zəkası, haçan və hansı dərəcədə həyata
keçirəcəkdir.
Baxmayaraq ki, heç bir vaxt hadisə və özündə şey
arasındakı fərqi diqqətdən qaçırmaq lazım deyildir və buna görə
də iradənin bütün ideyalarda obyektivləşdirilmiş eyniyyətini heç
bir vaxt onun təzahür olunduğu ayrıca ideyaların özlərinin
eyniyyətinə çevirmək olmaz (zira o, öz obyektliyinin müəyyən
pillələrinə malikdir), yəni, məsələn, kimyəvi və ya elektrik
cazibəsini heç bir vaxt ağırlıq qüvvəsi ilə cazibəyə müncər etmək
olmaz, baxmayaraq ki, onların daxili analogiyası dərk
olunmuşdur və birincilərdə sonuncunun bir növ yüksək
potensiyasını görmək mümkün olardı; baxmayaraq ki, bütün
heyvanların quruluşunda mövcud olan daxili analogiyada eyni
dərəcədə onların növlərini qarışdırmaq, onları eyniləşdirmək və
ya onların daha mükəmməl növlərini daha az mükəmməl
növlərin variasiyaları hesab etmək hüququ vermir, nəhayət,
baxmayaraq ki, fizioloji funksiyalar da heç bir vaxt kimyəvi və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
fiziki proseslərə müncər edilə bilməzlər, amma bu metoda
müəyyən dərəcədə bəraət qazandırılması üçün böyük ehtimal
dərəcəsi ilə aşağıdakıları güman etmək mümkündür.
Əgər aşağı pillələrdə, yəni qeyri-üzvi dünyada iradənin
təcəssümünün təzahürlərindən bir çoxu öz aralarında
mübarizəyə girişirlərsə də (zira onlardan hər biri, səbəbiyyətlə
istiqamətlənərək mövcud materiyaya sahib olmağa səy edir, bu
rəqabətdən ali ideyanın təzahürü meydana çıxır ki, bu ali ideya
da bütün əvvəlkilər, daha az mükəmməl olanlar üzərində
qələbə çalır, amma elə qələbə çalır ki, onların mahiyyətinin
tabeli vəziyyətdə saxlanılmasına yol verir, özü isə onun
müəyyən analogiyasını özünə qəbul edir; belə bir proses yalnız
iradənin bütün ideyalarda təzahür olunan eyniyyəti və onun
getdikcə daha yüksək təcəssümə can atması vasitəsilə anlaşıqlı
olur. Elə buna görə də, biz, məsələn, sümüklərin bərkiməsində
kristallaşmanın
aşkar
analogiyasını
görürük,
belə
bir
kristallaşma ilkin olaraq əhəng üzərində hakim idi, baxmayaraq
ki, sümükləşmə heç bir vaxt kristallaşmaya müncər edilə bilməz.
Ətin bərkiməsində bu analogiya daha zəif təzahür olunur.
Heyvan bədənində şirələrin tərkibi və həmçinin də sekresiya
kimyəvi birləşmənin və ayrılmanın analogiyasıdır; hətta
sonuncuların qanunları burada hələ də fəaliyyət göstərir, amma
tabeli və əsaslı surətdə modifikasiya olunmuş, ali ideya
tərəfindən məğlubiyyətə uğradılmış şəkildə; elə buna görə də,
həmin kimyəvi qüvvələr orqanizmin xaricində ikən heç bir vaxt
belə şirələr istehal etmir:
Encheiresis naturae – adlandırır
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Kimya bütün bunları: özü isə duymur
Özünə güldüyünü
12
.
Bir neçə ideya və ya iradənin bir neçə təcəssümləri
üzərində belə bir qələbədən meydana çıxan daha mükəmməl
ideya tamamilə yeni xarakter kəsb edir,– məhz onunla ki,
məğlubiyyətə uğradılmış hər bir ideyadan o, dərəcəsinə görə
daha yüksək olan analogiyanı özünə qəbul edir: iradə yeni, daha
aşkar tərzdə obyektivləşir, yəni, öncə generatio aequivoca
vasitəsilə, sonra isə verilmiş rüşeymlə assimilyasiya vasitəsi ilə
üzvi şirə, bitki, heyvan, insan meydana çıxır. Beləliklə, aşağı
təzahürlərin mübarizəsindən yüksək təzahürlər meydana çıxır
ki, bunlar da, aşağı təzahürləri udur, amma onların hamısının
meyllərini daha yüksək dərəcədə həyata keçirirlər. Beləliklə,
burada artıq aşağıdakı qanun hökmranlıq edir: serpens nisi
serpentem comederit, non fit draco ( ilan ilanı yeməsə, əjdaha
boy atmaz).
Çox istərdim ki, bu fikirlərin məzmununa xas olan
qaranlığı şərhin aydınlığı ilə dəf etmək mənə nəsib olsun; amma
çox yaxşı görürəm ki, mənim, ümumiyyətlə, başa düşülməyim
və düzgün başa düşülməyim üçün oxucunun öz məxsusi
düşüncəsi də köməyimə gəlməlidir.
Mənim nöqteyi-nəzərimə uyğun olaraq, orqanizmdə
kimyəvi və fiziki fəaliyyətin izlərini göstərmək olar, amma heç
bir vaxt onu onlardan çıxış edərək izah etmək olmaz, zira o, əsla
belə qüvvələrin birləşmiş təsirindən, yəni təsadüfi olaraq
meydana çıxan fenomen deyildir, aşağı qüvvələri köləedici
assimilyasiya vasitəsilə özünə tabe etdirən ali ideyadır, belə ki,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
özünü bütün ideyalarda obyektivləşdirən vahid iradə özünün
mümkün olan daha yüksək təcəssüm meylində öz təzahürünün
aşağı pillələrini onların mübarizəsindən sonra burada qurban
verir ki, daha yüksək pillələrdə, daha qüdrətli bir tərzdə təzahür
olunsun. Mübarizəsiz qələbə yoxdur: ali ideya, və ya iradənin
təcəssümü yalnız aşağılar üzərində qələbə çalaraq təzahür
oluna bilər; amma o, onların əks-təsirinə məruz qalır, belə ki,
onlar məğlubiyyətə uğramalarına baxmayaraq, hələ də öz
mahiyyətlərinin müstəqil və tam aşkara çıxarılmasına səy
etməkdə davam edirlər. Dəmir parçasını artıq yuxarı qaldırmış
maqnit ağırlıqla mübarizə aparmağı davam etdirir, ağırlıq isə
iradənin ən aşağı təcəssümü olaraq ilk növbədə bu dəmirin
materiyasına hüquqa malikdir və maqnit bu əbədi mübarizədə,
hətta güclənir də, ona görə ki, müqavimət bir növ onu daha çox
güc toplamağa məcbur edir, – eləcə də iradənin hər hansı bir, o
cümlədən insanda aşkara çıxan çoxlu fiziki və kimyəvi
qüvvələrlə uzun mübarizəyə davam gətirir, fiziki və kimyəvi
qüvvələrin bu çoxluğu isə daha aşağı ideyalar olaraq həmin
materiya üzərində ilkin hüquqa malikdirlər. Elə buna görə də,
sizin ağırlığı dəf edərək uzun müddət yuxarıda saxladığınız əliniz
aşağı düşür; elə buna görə də, özünü dərk edən orqanizm
ideyasının fiziki və kimyəvi qanunlar üzərində qələbəsini ifadə
edən sağlamlığın fərəhli hissi bir çox hallarda tez-tez pozulur, bu
qanunlar ilkin olaraq bədənin şirələri üzərində hakimiyyətə
malik idilər və əslində, bu hiss həmişə məlum, bu və ya digər
dərəcədə çox olan halsızlıqla müşayiət olunur; sonuncu
yuxarıda xatırlanan qüvvələrə əks-təsirdən irəli gəlir, və bunun
nəticəsində də həyatımızın artıq bitki məqamı həmişə yüngül
bir əzabla bağlı olur. Elə buna görə də, həzm bütün heyvani
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
funksiyalara dov gəlir: təbiətin kimyəvi qüvvələrini assimilyasiya
yolu ilə dəf etmək üçün bütün həyati qüvvəni köməyə çağırır.
Buradan da, ümumiyyətlə, fiziki həyatın bütün məşəqqətləri,
yuxunun və nəhayət, ölümün qaçılmazlığı irəli gəlir, zira təbiətin
məğlubiyyətə uğradılmış qüvvələri tez və ya gec əlverişli
şəraitdən istifadə edərək daimi uğur tərafindən taqətdən
salınmış, onların əlindən alınmış materiyanı, orqanizmdən geri
alır və öz mahiyyətinin maneəsiz təzahürünə nail olur. Buna
görə, demək olar ki, hər hansı bir orqanizm inikası olduğu
ideyanı təmsil edir, bu orqanizm isə öz qüvvəsinin o
hissəsindən məhrumdur ki, bunu onun materiyasını ondan geri
almaq istəyən aşağı ideyaların dəf olunmasına sərf etmişdir.
Görünür ki, Yakob Böme əslində bütün insanların və
heyvanların bədəninin, hətta bütün bitkilərin də yarı ölü
olduğunu deyərkən gözünün önündən bu keçmişdir. İradənin
obyektliyinin daha aşağı pillələrini ifadə edən təbiət qüvvələrini
dəf etmək orqanizmə hansı dərəcədə nəsib olduğundan asılı
olaraq, o, öz ideyasının az və ya çox dərəcədə mükəmməl
ifadəçisi olur, yəni öz türünə, növünə xas olan gözəllik idealına
daha yaxın olur və ya ondan da uzağa gedib çıxır.
Beləliklə, biz təbiətdə hər yerdə rəqabət, mübarizə,
qələbənin daimi olmamasını görürük və nəticədə biz başa
düşəcəyik ki, iradəyə xas olan öz içində ikiləşmə bundan
ibarətdir. İradənin təcəssümünün hər bir pilləsi başqa bir
pillənin materiyasına, məkanına, zamanına iddia edir. Daimi
olaraq bir yerdə qalan materiya öz formasını fasiləsiz olaraq
dəyişdirməlidir, zira səbəbiyyətlə istiqamətlənən mexaniki,
fiziki, kimyəvi, üzvi hadisələr acgözlüklə aşkara çıxmağa
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
çalışaraq bir- birindən materiyanı qoparıb alırlar: hər biri öz
ideyasını açıb göstərmək istəyir. Bu rəqabəti bütün təbiətdə
izləmək mümkündür, və hətta təbiət özü yalnız onun sayəsində
mövcuddur: "Əgər şeylərdə mübarizə olmasaydı, bütün hər bir
şey vahid olardı, Empedokl belə deyir" (Aristotel, Metafizika,
V.,5); axı bu rəqabətin özü – iradəyə xas öz içində ikiləşmənin
yalnız təzahürüdür. Bu ümumi mübarizə ən aşkar bir şəkildə
heyvanlar aləmində ifadə olunur: o, bitki aləmi ilə qidalanır və
öz növbəsində onun da daxilində hər bir heyvan qurbana və
başqasının qidasına çevrilir, yəni vaxta qədər öz ideyası ifadə
olunmuş materiyanı əldən verməlidir, bu materiya başqa
ideyanı ifadə etməlidir, ona görə ki, hər hansı bir heyvan öz
mövcudluğunu yalnız başqalarının aramsız olaraq məhv
edilməsi vasitəsi ilə qoruyub saxlaya bilər; beləliklə, həyata
yönümlü iradə hər bir yerdə öz- özünü udur və müxtəlif
şəkillərdə özü özünün qidası kimi çıxış edir və nəhayət, insan
nəsli özünün bütün başqaları üzərində qələbəsi ilə təbiətdə
yalnız öz istehlakı üçün fabrikat görür; amma elə həmin bu tür
(bunu biz dördüncü kitabda başa düşəcəyik) də özlüyündə eyni
mübarizəni, iradənin özündəikiləşməsini dəhşətli aydınlıqla
təzahür etdirir, və homo homini lupus *insan insanın
canavarıdır+ baş verir
13
. Və eyni mübarizə, eyni kölələşdirmə ilə
biz iradənin obyektliyinin aşağı pillələrində də rastlaşırıq. Bir çox
həşəratlar (xüsusən – ixnevmonlar) öz yumurtalarını dərinin
üzərinə qoyurlar, hətta başqa həşəratların sürfəsinin bədəninə
yerləşdirirlər ki, onların tədricən məhv edilməsi – yumurtadan
çıxan nəslin birinci, ilk işi olsun. Gənc polip qoca polipdən budaq
formasında bitir və nəticədə ondan ayrılır, amma ayrılmazdan
öncə hələ ki, onun üzərində oturur və artıq qida uğrunda
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
onunla mübarizə aparır, belə ki onlardan biri qidanı başqasının
ağzından dartıb çıxarır (Trembley Polypod. II. səh. 110 və III,
səh. 165). Amma bu baxımdan ən parlaq nümunə Avstraliya
qarışqa-buldoqudur (bulldog-ant): əgər onu kəssək, onun ayrı-
ayrı hissələri – başı və quyruğu arasında mübarizə başlanır;
birinci öz çənəsi ilə hücuma keçir, sonuncu isə onun hücumunu
öz sancmaları ilə cəsarətlə dəf edir; mübarizə adətən, bir qayda
olaraq təxminən yarım saat davam edir, o vaxta qədər davam
edir ki, hissələr taqətdən düşərək ölür və ya onları başqa
qarışqalar sürüyüb aparır (Hofittin Qosinyanın Messencertində
17 noyabr 1855-ci il tarixdə çap olunmuş məktubundan). Bu,
hadisə hər dəfə təkrar olunur. Missuri sahillərində bəzən elə
qüdrətli palıd ağaclarına rast gəlinir ki, onların gövdə və
budaqları yabanı üzüm tənəkləri ilə elə o dərəcədə sarınmış və
bağlanmışlar ki, onun altında palıdların sanki nəfəsi kəsilir və
onlar, burada solmağa məhkumdur. Eyni şeyi, hətta aşağı
pillələrdə də müşahidə etmək mümkündür, məsələn, o yerdə ki,
orada su və kömür üzvi assimilyasiyanın təsiri ilə bitki şirəsinə,
bitki və çörək isə qana çevrilir; kimyəvi qüvvələrin təsirinin tabe
rola endirildiyi və heyvani ifrazatın (sekresiyanın) baş verdiyi hər
yerdə bu, olur. Eyni şey qeyri-üzvi təbiətdə də müşahidə olunur,
məsələn, çökən kristallar öz aralarında rastlaşır, bir-biri ilə
çulğaşır və bir-birinə o qədər mane olurlar ki, xalis kristallaşmış
formanı təqdim edə bilmirlər, o zaman demək olar ki, hər bir
qövs, iradənin təcəssümünün nə qədər aşağı pillələrində olursa-
olsun, bu mübarizəsinin möhürünü özündə daşıyır; və ya
maqnit özünün maqnit qüvvəsini məcburən dəmirə ötürür ki,
burada öz ideyasını təzahür etdirə bilsin; və ya qalvanizm
kimyəvi oxşarlıq üzərində qələbə çalır, ən möhkəm birləşmələri
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
dağıdır, kimyəvi qanunları o dərəcədə pozur ki, duzun mənfi
qütbündə parçalanan turşu öz yolunda rastlaşdığı qələvilərlə
birləşməyərək müsbət qütbə çatmağa məcbur olur və hətta ona
düşən lakmusu qırmızı rəngə boyamağa belə cəsarət belə etmir.
Böyük ölçülərdə bu, mərkəzi cisimlə planet arasındakı
münasibətdə aşkar olur: sonuncu, özünün müxtəlif asılılıqlarına
baxmayaraq, orqanizmdə kimyəvi qüvvələrə oxşar olaraq hər
halda müqavimət göstərir; mərkəzəqaçan və mərkəzdənqaçan
qüvvələr arasında daimi rəqabət buradan meydana çıxır və bu
rəqabət kainatın hərəkətini qoruyub saxlayır və özü artıq
iradənin hadisələrinə xas olan o ümumi mübarizəni ifadə edir ki,
burada biz onu nəzərdən keçiririk. Zira, hər hansı bir cisim
iradənin təzahürü kimi nəzərdən keçirilməli olduğu, iradənin
özü isə zəruri olaraq canatma kimi ifadə olunduğu üçün, hər bir
kürəyəbənzər dünyəvi cismin əzəli vəziyyəti sükunət deyil,
hərəkət olmalıdır, irəliləyən, fasiləsiz, sonsuz məkana yönələn
məqsədsiz canatma. Buna nə ətalət qanunu, nə səbəbiyyət
qanunu zidd deyildir, zira birincinin təsiri ilə özlüyündə materiya
üçün sükunət də, hərəkət də fərqsizdir və elə buna görə də
onun ilkin vəziyyəti eyni dərəcədə həm hərəkət, həm də
sükunət ola bilər, odur ki, onu hərəkətdə qarşılayarkən, bizim
güman etmək üçün əsasımız yoxdur ki, hərəkətdən öncə
sükunət vəziyyəti olmuşdur və baş vermiş hərəkətin səbəbi
barədə soruşmalı deyilik və əksinə, əgər biz onu sükunətdə
tapmışıqsa, biz sükunətdən öncə gələn hərəkəti güman etmək
üçün və onun dayanmasının səbəbini soruşmaq üçün əsasa
malik deyilik. Elə buna görə də, mərkəzdənqaçan qüvvə üçün ilk
təkan axtarmaq lazım deyildir: o, Kantın və Laplasın
14
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
hipotezinə görə, planetdə mərkəzi cismin ilkin dövranının
qalığıdır, planetlər onun sıxılması zamanı ondan ayrılmışlar. Bu
cismin özünə isə hərəkət xasdır və o, hər halda fırlanır və eyni
zamanda, sonsuz məkanda sürətlə gedir və ya, ola bilər ki, bizə
görünməyən daha böyük mərkəzi cismin ətrafında dövr edir.
Belə bir baxış astronomların mərkəzi günəş barədə hipotezi ilə
və bizim bütün günəş sisteminin və ola bilər, bütün ulduz
qruplarının mərkəzi günəşlə birgə qeydə alınmış yerdəyişməsi
ilə tamamilə uzlaşır, – həmin yerdəyişmə sonsuz məkanda,
əlbəttə ki, hər hansı bir mənasını itirir (mütləq məkanda
hərəkət sükunətdən fərqlənmir) və bununla da, özünün
bilavasitə olaraq məqsədsiz canatması və uçuşu ilə heçliyin, o
məqsədsizliyin ifadəçisi olur ki, onu biz bu kitabın sonunda
bütün təzahürlərində iradənin canatması kimi qəbul etməli
olacağıq; buna görə də hər halda sonsuz məkan və sonsuz
zaman iradənin bütün hadisələrinin onun mahiyyətinin ifadəsi
üçün nə qədər vardırlarsa da ən ümumi və əsas formaları
olmalıdır.
İradənin bütün hadisələrinin ara mübarizəsini biz,
nəhayət, özlüyündə xalis materiyada da görə bilərik, çünki onun
hadisəsinin mahiyyəti Kant tərəfindən düzgün olaraq dəfetmə
və cazibə qüvvəsi kimi adlandırılmışdır, odur ki, onun
mövcudluğunun özü əks qüvvələrin mübarizəsi ilə bağlıdır.
Materiyanın bütün kimyəvi müxtəlifliyindən ayrılaq və ya öz
fikrimizlə səbəblər və təsirlər zəncirindəki o yerə baş vuraq ki,
orada hələ ki kimyəvi fərqlər yoxdur, – və o zaman bizdə xalis
materiya, kürəyəbənzər dünya qalacaqdır ki, onun da həyatı,
yəni iradənin təcəssümü cazibə və dəf etmə qüvvələri arasında
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
yuxarıda adı çəkilən mübarizədən ibarətdir: birinci, ağırlıq
şəklində bütün tərəflərdən mərkəzə can atır, ikinci isə,
keçirməzlik şəklində, öz ətaləti və ya elastikliyi ilə ona əks-təsir
göstərir və bu daimi həmlə və dəf etməni iradənin ən aşağı
pillədə obyektliyi kimi qiymətləndirmək olar, – artıq orada onlar
onun xarakterini ifadə edirlər.
Belə ki, biz bu aşağı pillədə görürük ki, iradə kor həvəs
kimi, hər hansı bir bilavasitə olunmasından uzaq olan tutqun,
səssiz bir həmlə kimi meydana çıxır. Bu, onun təcəssümünün ən
sadə və ən zəif növüdür. Belə bir kor həvəslə, belə bir şüursuz
həmlə ilə o bütün qeyri-üzvi təbiətdə, fizikanın və kimyanın
məşğul olduqları bütün ilkin qüvvələrdə təzahür olunur (onları
kəşf etməyə və onların qanununu dərk etməyə çalışaraq) və
onlardan hər biri bizim qarşımızda özlüyündə fərdi xarakterin
heç bir izini daşımayan milyonlarla tamamilə eynicinsli və
qanunauyğun hadisələr kimi durur – o, yalnız zamanda və
məkanda, yəni principium individuations qüvvəsi ilə, şüşənin
üzləri təsviri dəfələrlə təkrar etdiyi kimi çoxalır.
İradə
pillədən-
pilləyə
getdikcə
daha
aydın
obyektivləşərək, amma bitki aləmində onun hadisələrinin
əlaqəsi olaraq artıq əslində səbəblər deyil, qıcıqlandırıcılar çıxış
edir və o, burada hələ ki, tamamilə şüursuz olaraq, məchul
hərəkətverici qüvvə kimi fəaliyyət göstərir; nəhayət, heyvani
hadisənin bitki cəhətində – hər bir heyvanın yenidən
yaradılmasında və inkişafında və onun daxili iqtisadının
dəstəklənməsində o, hələ belədir: orada iradənin təzahürünü
zəruri olaraq hər halda yalnız qıcıqlandırıcılar müəyyənləşdirir.
İradənin obyektliyinin daha yüksək pillələri, nəhayət, o nöqtəyə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
gətirib çıxarır ki, ideyanı təmsil edən fərd burada artıq
assimilyasiya üçün zəruri qidanı yalnız qıcıqlandırıcılar sayəsində
yaranan
hərəkətlər
vasitəsilə
ala
bilməz,
zira
belə
qıcıqlandırıcını gözləmək lazım gələrdi, halbuki, qida isə burada
xüsusi olaraq müəyyənləşmişdir və hadisələrin artmaqda olan
müxtəlifliyi zamanı basırıq, qələbəlik, çaxnaşma o qədər
böyükdür ki, bu hadisələr bir-birinə mane olur və yalnız
qıcıqlandırıcılar vasitəsilə hərəkətə gətirilən fərdlərin özləri
üçün qida tapacaqlarını gözlədikləri təsadüf burada həddindən
artıq əlverişsiz olmuş olardı. Elə buna görə də qidanı axtarmaq
lazımdır, onu o andan başlayaraq seçmək lazımdır ki, heyvan
daxilində şüursuz olaraq boy atdığı yumurta qabığını və ya ana
bətnini tərk edir. Elə buna görə də, burada motivlərə görə
hərəkət və – onun xatirinə – idrak zəruri olur, idrak iradənin
təcəssümünün bu pilləsində fərdin qorunub saxlanılması və
nəslin davam etdirilməsi üçün yardımçı vasitə olaraq meydana
çıxır. O, beyin və ya böyük sinir düyünü vasitəsilə təmsil
olunaraq üzə çıxır, necə ki, obyektivləşən iradənin hər hansı bir
başqa canatması və ya təyinatı hansısa orqanla təmsil olunur,
yəni özünü orqan şəklində təqdim etmək üçün aşkara çıxarır
*
.
Amma bu yardımçı vasitə, bu
ilə birgə dərhal
bir təsəvvür kimi, özünün bütün formaları, obyekti və subyekti
ilə, zamanla, məkanla, çoxluq və səbəbiyyətlə dünya meydana
çıxır. Dünya indi özünün ikinci tərəfini göstərir. Bu, vaxta qədər
o, yalnız iradə idi, indi o, həm də təsəvvür olur, dərk edən
subyektin obyektinə çevrilir. Bu vaxtadək qaranlıqda çox
*
II cildin 22 fəsli, həmçinin də mənim «Təbiətdə iradə barədə»
əsərimin bir sıra yerləri buraya aiddir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
əminliklə və səhvsiz öz şövqünün ardınca gedən iradə, bu
pillədə özünün, hətta ən mükəmməl və ən mürəkkəb
təzahürlərinin toqquşmasından yarana bilən zərəri ləğv etmək
üçün zəruri olan vasitə kimi işıq yandırır. İradənin bu vaxta
qədər qeyri-üzvi təbiətdə və xalis bitki aləmində fəaliyyətinin
nöqsansız düzgünlüyü və qanunauyğunluğu ona əsaslanmışdır
ki, o, yalnız özünün əzəli mahiyyətində, kor həvəs, iradə olaraq,
kömək olmadan, amma həm də ikinci tərəfdən, tamamilə başqa
dünya, təsəvvür kimi dünya tərəfdən, maneə olmadan
yaratmışdır. Təsəvvür kimi dünya iradənin öz məxsusi varlığının
izi olmuş olsa da, amma hər halda tamamilə başqa təbiətə
malikdir və indi onun hadisələrinin qəlpəciyinə soxulur. Elə
buna görə də, onun qüsursuz əminliyi bundan sonra yox olur.
Heyvanlar artıq illüziyaya və yalana meyllidirlər. Halbuki,
onlarda yalnız əyani təsəvvürlər vardır, anlayışlar, refleksiya
yoxdur; buna görə də onlar indiyə bağlıdırlar və gələcəyi görə
bilməzlər.
Görünür ki, zəkalılıqdan məhrum olan bu idrak öz
məqsədi üçün heç də həmişə kifayət olmamışdır və bəzən
köməyə ehtiyacı olmuşdur. Zira bizim qarşımızda belə bir
olduqca diqqətəlayiq fakt dayanır ki, hadisələrin hər iki növündə
iradənin kor fəaliyyəti və idrakla işıqlanan fəaliyyəti heyrətamiz
bir tərzdə bir birinin daxilinə nüfuz edirlər. Belə ki, bir tərəfdən,
heyvanların əyani idrak və onun motivləri tərəfindən idarə
olunan hərəkətlərində biz bu motivlər olmadan, yəni kortəbii
olaraq fəaliyyət göstərən iradənin zərurəti ilə baş verən başqa
hərəkətləri də görürük, – bədii coşqular belədir: onlar nə
motivlər, nə də idrak tərəfindən idarə olunur, amma, elə bir
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
görkəmə malikdirlər ki, guya onların yaratdıqları, hətta
mücərrəd, zəkavi motivlərin təsiri ilə baş verir. Başqa, əks faktla
biz orada rastlaşırıq ki, burada, əksinə, idrakın işığı kortəbii
olaraq fəaliyyət göstərən iradənin emalatxanasına nüfuz edir və
insan orqanizminin bitkisəl funksiyalarını maqnetik aydınlıqla
işıqlandırır. Nəhayət, o yerdə ki, iradə öz təcəssümünün ən
yüksək dərəcəsinə nail olur, heyvanlarda meydana çıxan
dərrakəvi idrak artıq orada kifayət deyildir. Heyvanlarda
meydana çıxan dərrakəvi idrak məlumatlarını hisslərdən alır
(buradan da indi ilə məhdudlanan sadə seyr alınır): insan, bu
mürəkkəb, çoxtərəfli, inkişaf etməyə qabil olan, tələbatlarla
dolu olan və saysız-hesabsız zərbələr üçün açıq olan məxluq öz
varlığını müdafiə etmək üçün ikiqat idrakın işığını almalı idi;
onun əyani idrakına onun nəsə yüksəldilmiş dərəcəsi, refleksiya
– abstrakt anlayış qabiliyyəti kimi zəka – qoşulmalı idi. Onunla
birlikdə gələcəyi və keçmişi görə bilən düşüncə və onun nəticəsi
– ətraflı düşünmə, qayğıkeşlik, öncədən düşünülmüş, indidən
asılı olmayan fəaliyyət qabiliyyəti və nəhayət öz məxsusi
iradəsinin qərarlarının özlüyündə tam aydın bir şəkildə dərk
olunması meydana çıxdı. Əgər artıq əyani idrakla birgə illüziya
və aldatma imkanı da doğulmuşdusa və bununla da, iradənin
şüursuz coşqusunun əvvəlki qüsursuzluğu pozulmuşdusa və
idrak tərəfindən idarə olunan sahəyə iradənin üzə çıxmaları
olaraq instinkt və bədii şövq idrakın köməyinə gəlməli idisə, –
onda, zəkanın meydana çıxması ilə bu əminlik və iradənin
aşkarlanmalarının bu əminlik və qüsursuzluğu (bu əks qütbdə,
qeyri-üzvi təbiətdə, hətta ciddi qanunauyğunluq şəklində ifadə
olunur) demək olar ki, tamamilə yox olur: instinkt tamamilə geri
çəkilir, indi bütün hər bir şeyin əvəzini verməli olan düşüncə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
(birinci kitabda izah olunduğu kimi) inamsızlıq və tərəddüd
doğurur, yanılma mümkün olur, bu da, bir çox hallarda iradənin
əməllərdə adekvat təcəssümünə mane olur. Zira baxmayaraq ki,
iradə xarakterdə artıq özünün müəyyən və əyilməz istiqamətini
qəbul edir və buna uyğun olaraq, motivlərin sövq etdiyi arzunun
özü dəyişməz olaraq meydana çıxır, yanılma hər halda onun
təzahürünü təhrif edə bilər, ona görə ki, bu halda illüzor
motivlər gerçək motivlərə oxşar olaraq təsir göstərir və onları
məhv edir
*
; məsələn, xürafat insanı onun verilmiş şəraitdə
iradəsinin normal təzahürünə tamamilə əks olan əməllərə sövq
edən uydurulmuş motivləri qarşıya qoyduğu zaman belə olur:
Aqamemnon öz qızını qurban verir
15
, xəsis, xalis eqoizmdən
çıxış edərək, gələcəkdə yüz qat artıq əvəzini alacağına ümid
edərək, sədəqə paylayır və s.
Beləliklə, ümumiyyətlə, bütün idrak, həm zəkavi, həm də
xalis əyani idrak ilkin olaraq iradənin özündən meydana çıxır,
fərdin və nəslin qorunub saxlanılmasının sadə
vasitəsi
və bədənin hər hansı bir orqanı kimi onun təcəssümünün
yüksək pillələrinin mahiyyətinə aiddir. Təyinatı əzəldən iradəyə
xidmət etmək, onun məqsədlərinin yerinə yetirilməsi üçün olan
o, bütün heyvanlarda və demək olar ki, bütün insanlarda,
bütövlükdə və tamamilə ona xidmət edir. Bununla belə, biz
üçüncü kitabda görəcəyik ki, idrak ayrıca insanlarda bu xidməti
*
Sxolastlar elə buna görə də haqlı deyildilər causa finalis movet pop
secundum suum esse reale, sed secundum esse cognitum (son səbəb
özünün real mahiyyətinə görə yox, dərk edilmişin mahiyyətinə görə
təsir göstərir). Bax. Suares, Disp. metaph., disp. 23, § § 7 və 8.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
roldan azad da ola, öz üzərindən boyunduruğu ata və hər hansı
bir məqsəddən, arzudan azad bir şəkildə, dünyanın güzgüsü
kimi öz-özlüyündə mövcud ola bilər, incəsənət də elə buradan
meydana çıxır; nəhayət, dördüncü kitabda biz görəcəyik ki, bu
cür bilik, əgər o, iradəyə əks- təsir göstərirsə, onun
özünüməhvinə, yəni tam itaətə gətirib çıxara bilər, tam itaət isə
hər hansı bir fəzilətin və müqəddəsliyin son məqsədi və
məhrəm, pünhan mahiyyəti, dünyanın xilasıdır.
§ 28
Biz iradənin obyektivləşdiyi hadisələrin, təzahürlərin çox
böyük müxtəlifliyini və fərqini nəzərdən keçirdik, biz onların
özarası mübarizəsini, eləcə də sonsuz və barışmaz mübarizəsini
gördük. Lakin bizim bütün əvvəlki analizimizə uyğun olaraq,
iradənin özü özündə şey kimi qətiyyən bu çoxluqdan, bu
əvəzlənmədən ibarət deyildir. Platon ideyalarının, yəni
təcəssüm pillələrinin fərqi, onlardan hər birinin təzahür
olunduğu fərdlərin çoxluğu, formaların materiya uğrunda
mübarizəsi – bütün bunlar iradəyə aid deyildir, yalnız onun
təcəssüm üsulu kimi çıxış edir və yalnız sonuncunun sayəsində
iradəyə vasitəli, dolayı aidiyyətə malikdir və bunun təsiri ilə də
onun mahiyyətinin təsəvvür üçün ifadə olunmasına xidmət edir.
Sehrli çıraq bir çox müxtəlif mənzərələri göstərdiyi kimi, eyni
atəş bütün onları görünən etdiyi,özü də bu zaman eləcə də öz
yanaşılığında bütün dünyanı dolduran və bir-birini sıxıntılara
məruz qoyan müxtəlif hadisələrdə yalnız vahid iradə təzahür
edir və bütün hər bir şey onun görüntüsü, obyektliyi olaraq
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
qarşıda durur, o isə, bu növbələşmədə hərəkətsiz qalır: yalnız
iradə özündə şeydir, hər hansı bir obyekt isə Kantın dili ilə
deyilsə – hadisə, fenomendir.
Baxmayaraq ki, bir ideya (Platon ideyası) olan insanda
iradə ən aydın və mükəmməl təcəssüm kəsb edir, bununla belə,
sonuncu özü-özlüyündə iradənin bütün mahiyyətini ifadə edə
bilməmişdir. Özünün lazımi mənasında təzahür olunmaq üçün
insan ideyası təkcə və təcrid edilmiş şəkildə çıxış edə bilməzdi,
o, aşağı aparan pillələrin vasitəsi ilə, bütün heyvani
formalardan, bütün bitki aləmindən keçərək, düz qeyri-üzvi
dünyaya kimi irəliləməli idi; bütün bunlar iradənin tam
təcəssümünə qədər yalnız bir- birlərini tamamlayırlar və onlar
insan ideyası ilə nəzərdə tutulurlar, necə ki, ağacın çiçəkləri
yarpaqları, budaqları, gövdəni və kökü nəzərdə tutur; onlar o
piramidanı təşkil edirlər ki, onun zirvəsi – insandır. Müqayisəni
xoşlayanlar üçün belə demək olar: onların meydana çıxması
insanın təzahürünü zəruri olaraq müşaiyət edir, tam işıq bütün
yarımkölgələrin tədrici qradasiyaları ilə müşayiət olunur, elə
onların sayəsində də qaranlıqda itirilir; və ya onları insanın əks-
sədası adlandırmaq olar və belə demək olar ki, heyvan və bitki –
insanın getdikcə azalmaqda olan kvintası və tersiyası, qeyri-üzvi
aləm isə – aşağı oktavasıdır
16
. Amma bu sonuncu müqayisənin
bütün sərrastlığı bizim üçün yalnız o zaman aydın olacaqdır ki,
bu zaman biz növbəti kitabda musiqinin dərin mənasına nüfuz
etməyə çalışacağıq və başa düşəcəyik ki, yüksək hərəki səslərin
nizamlı bir tərzdə birləşməsində inkişaf edən melodiya
müəyyən mənada refleksiya sayəsində nizam əldə edən kimi
özü ilə həyatı və insanın meylini təsvir edən kimi nəzərdən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
keçirilə bilər, halbuki, müşayiət edən alətlərin rabitəsiz səsləri
və daxilindən musiqinin tamlığı üçün zəruri olan harmoniyadan
doğulan, ahəstə bas qalan heyvani və şüursuz təbiətin inikası
olaraq çıxış edir. Amma bu barədə mən yeri gəldikdə
danışacağam
ki,
bu,
orada
artıq
belə
paradoksal
səslənməyəcəkdir.
Amma biz görürük ki, bu daxili, iradənin adekvat
obyektliyindən ayrılmayan, onun təzahürlər pilləkəninin
zərurəti onların özlərinin bütövlüyündə, həm də zahiri zərurətlə
ifadə olunmuşdur, o zərurətlə ki, insan onun təsiri ilə özünün
qorunub saxlanması üçün heyvanlara ehtiyac duyur, onlar pillə-
pillə bir-birinə və sonra bitkilərə, onlar isə öz növbəsində
torpağa, suya, kimyəvi elementlərə və onların birləşmələrinə,
planetə, günəşə, günəş ətrafında fırlanmaya və hərəkətə,
ekliptikanın əyilməsinə və i.a. ehtiyac duyurlar. Mahiyyəti
etibarı ilə bu, o səbəbdən baş verir ki, iradə öz-özünü yeməlidir,
zira ondan savayı heç nə yoxdur və o, ac iradədir. Buradansa
əbəs vurnuxma, xiffət və əzab gəlir.
Hadisələrinin
sonsuz
fərqli
cəhətlərində
və
çoxcəhətliliyində iradənin vahidliyinin yalnız özündə şey olaraq
dərk olunması təbiətin bütün yaratdıqlarının füsunkar, aşkar
analogiyasının açılmasına həqiqi bir açar verir, o ailə oxşarlığını
üzə çıxarmaq üçün açar verir ki, bu, onlarda eyni naməlum
mövzunun variasiyalarını görməyə məcbur edir, – eyni qayda ilə
dünyanın harmoniyasının, dünyanın bütün hissələrinin mühüm
əlaqəsinin, onların bizim təzəcə nəzərdən keçirdiyimiz tədrici
nizamının zəruriliyinin aydın və dərindən dərk olunması elə bir
idrakdır ki, o, bizə təbiətin bütün üzvi yaradıqlarının daxili
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
mahiyyətinin doğru və kifayət dərəcədə olan anlamını və
təkzibolunmaz məqsədəuyğunluğunun mənasını verir ki, bu
məqsədəuyğunluğu biz onların nəzərdən keçirilməsi və
müzakirə edilməsi zamanı hətta a priori olaraq nəzərdə tuturuq.
Bu məqsədəuyğunluq ikili təbiətlidir: qismən daxili, yəni
ayrıca orqanizmin bütün hissələrinin elə uyğunluğudur ki, bu
orqanizmin və onun nəslinin saxlanılması ondan irəli gəlir, bu
da, belə bir sistemin məqsədi kimi qarşıda durur; qismən isə bu
məqsədəuyğunluq
zahiridir,
yəni,
qeyri-üzvi
təbiətin,
ümumiyyətlə, üzvi təbiətə və ya üzvi təbiətin ayrıca hissələrinin
bir-birinə münasibətidir, bu münasibət bütün üzvi təbiətin və ya
heyvanların ayrıca cinslərinin (türlərinin) saxlanılmasını və buna
görə də, bizə elə gəlir ki, bu məqsədin vasitəsini mümkün edir.
Daxili məqsədəuyğunluq mühakiməmizin nizamına
aşağıdakı qaydada daxil olur. Əgər, şərh olunanlara uyğun
olaraq, təbiətdə növlərin bütün fərqləri və fərdlərin bütün
çoxluğu iradəyə deyil, yalnız onun obyektliliyinə və sonuncunun
formasına aiddirsə, onda buradan qaçılmaz olaraq belə bir
nəticə çıxır ki, iradə bölünməzdir və bütövlükdə hər bir hadisəyə
xasdır, baxmayaraq ki, onun təcəssüm dərəcələri, ideyalar
(Platon ideyaları) çox müxtəlifdir. Daha çox anlaşılmaq üçün biz
bu müxtəlif ideyaları iradənin ayrıca və özlüyündə sadə aktları
kimi nəzərdən keçirə bilərik, bu aktlarda onun mahiyyəti az və
ya çox dərəcədə ifadə olunur; fərdlər isə – yenə də ideyaların,
yəni, yuxarıda adları çəkilən aktların zamanda, məkanda,
çoxluqda təzahürüdür. Obyektliliyin aşağı pillələrində belə bir
akt (və ya ideya) hadisənin özündə öz vahidliyini qoruyub
saxlayır, halbuki, yüksək pillələrdə o, özünün təzahürü üçün
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
vəziyyətlərin və zamanda üzə çıxmaların bütöv bir sırasına
ehtiyac duyur ki, bunlar da yalnız öz məcmusunda onun
mahiyyətinin ifadəsini tamamlayırlar. Belə ki, məsələn, təbiətin
hansısa ümumi qüvvəsində təzahür olunan ideya həmişə yalnız
bir sadə aşkarlanmaya malikdir, hətta o, xarici şəraitdən asılı
olaraq müxtəlif cür ifadə olunmuş olsa da başqa cür onun
eyniyyətini göstərmək mümkün olmazdı, bu isə o fərqlərin
aradan qaldırılması ilə əldə olunur ki, onlar xarici şəraitdən
doğulurlar. Belə ki, kristalın yalnız bir həyati təzahürü vardır ki,
bu da onun kristallaşmasıdır. O, sonra özünün tam yetərli,
bitkin və qəti ifadəsini donmuş formada, bu ani həyatın
meyitində alır. Amma artıq bitki təzahürü olduğu ideyanı ifadə
edir, amma dərhal və sadə aşkarlanma ilə deyil, öz orqanlarının
ardıcıl inkişaf mərhələlərində, zaman daxilində. Heyvan öz
orqanizmini yalnız oxşar qaydada, bir çox hallarda olduqca
müxtəlif olan formaların ardıcıllığında (metamorfoz) inkişaf
etdirmir, həm də bu formanın özü, bu pillədə artıq iradənin
obyektliyi olmasına baxmayaraq, onun ideyasının tam ifadəsi
üçün kifayət qədər olmur: sonuncu yalnız heyvanın hərəkətləri
ilə tamamlanır, bu hərəkətlərdə onun bütün növ üçün eyni olan
empirik xarakteri ifadə olunur; yalnız o, yəni bu xarakter
ideyanın tam açılmasıdır, özü də o, özünün əsas şərti kimi
müəyyən orqanizmi nəzərdə tutur. İnsanda, hər bir fərddə isə
xüsusi empirik xarakter mövcuddur ki, bu, bizim dördüncü
kitabda görəcəyimiz kimi, hətta növ xarakterinin də tam
məhvinə qədər gəlib çatır, yəni, – bütün arzuların özünüməhvi
vasitəsilə. Zaman daxilində zəruri inkişafın təsiri və ayrıca
əməllərə bu parçalanma ilə şərtlənən şey empirik xarakter kimi
dərk olunur, – hadisənin zaman formasından təcrid olma
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
halında bu, Kantın ifadəsinə görə mücərrəd, ağılla dərk olunan
xarakter kimi qarşıda dayanır, Kantın əbədi xidməti - bu fərqin
izlənilməsi və azadlıq və zərurət arasında, yəni əslində özündə
şey olaraq iradə ilə onun zaman daxilində hadisəsi arasında
münasibətlərin şərh olunmasıdır
*
Mücərrəd xarakter, beləliklə, ideyaya və ya, daha
doğrusu, əzəli iradə aktı ilə üst-üstə düşür, əzəli iradə aktı onun
daxilində aşkara çıxır: bu mənada, mücərrəd xarakterin, yəni
iradə aktının zamandankənar bölünməmiş təzahürü olaraq
yalnız hər bir insanın deyil, həm də heyvanların hər bir
növünün, bitkilərin hər bir növünün, və hətta qeyri-üzvi təbiətin
hər hansı bir əzəli qüvvəsinin empirik xarakterini nəzərdən
keçirmək lazımdır. Yeri gəlmişkən, mən diqqəti o sadəlövhlüyə
yönəltmək istərdim ki, onunla hər bir bitki yalnız öz forması ilə
özünün bütün xarakterini ifadə edir və açıq bir şəkildə açıb
göstərir, özünün bütün varlığını və arzusunu aşkara çıxarır,
bitkilərin fizionomiyası elə buna görə də bu qədər maraqlıdır;
halbuki, heyvan ideyasını dərk etmək üçün onu artıq onun
hərəkətlərində və həyatında müşahidə etmək zəruridir, insan
isə dərin öyrənilmə və sınaq tələb edir, belə ki, zəka insanı
yüksək dərəcədə özünü başqa cür göstərməyə (cildə girməyə)
qabil edir. Heyvan insandan nə dərəcədə daha çox
*
Bax. "Xalis zəkanın tənqidi"ndə "Dünyada hadisələrin doğuluşunun
topluluğu barədə kosmoloji ideyaların həlli", səh. 560-586, 5-ci nəşr.
və səh. 532, 1- ci nəşr, və "Praktik zəkanın tənqidi, 4-cü nəşr., səh.
169-179; Rozenkrantsın nəşri, səh. 224 sl. Mənim əsas qanunu
haqqında traktatımla müqayisə et, § 43.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
sadəlövhdürsə, bitki də heyvandan elə o dərəcədə daha çox
sadəlövhdür. Heyvanda biz həyata olan iradəni insanda
olduğundan, necə deyərlər, daha çılpaq bir şəkildə görürük
insanda iradə idrakla o qədər geyindirilmiş və o cildə girmək
qabiliyyəti ilə o qədər örtülmüşdür ki,
onun həqiqi mahiyyəti
demək olar ki, yalnız təsadüfi olaraq və yalnız hərdənbir
aşkarlanır. O, bitkidə tamamilə çılpaq, amma xeyli dərəcədə zəif
ifadə olunur – niyyət və məqsəd olmadan sadəcə olaraq
mövcud olmaya yönəmli kor həvəs kimi. Zira bitki özünün bütün
varlığını elə ilk baxış zamanı və tam məsumluqla açıb göstərir.
Bu məsumluq ondan heç nə itirmir ki, bütün heyvanlarda ən
gizli yeri tutan cinsi orqanları bitki ən yuxarıda – baxılmaq üçün
- qoyur. Bitkinin bu məsumluğu onun şüursuzluğuna
əsaslanmışdır: ümumiyyətlə arzulamaq günah deyil, şüurlu
arzulamaq günahdır. Hər bir bitki hər şeydən öncə öz vətəni,
onun iqlimi, çıxdığı torpağın təbiəti barədə danışır. Elə buna
görə də, hətta az təcrübəli olan kəs də asanlıqla ayırd edir ki,
ekzotik bitki tropik və ya mülayim qurşağamı məxsusdur və o,
harada yetişir – sudamı, bataqlıqdamı, dağlardamı və ya
çəməndəmi. Bundan başqa hər bir bitki öz növünün spesifik
iradəsini elə ifadə edir və elə bir şey danışır ki, bunu hər hansı
başqa bir dildə ifadə etmək olmaz.
İndi isə deyilənləri orqanizmlərin teleoloji baxımdan
nəzərdən keçirilməsinə tətbiq etməyə səy edək, çünki o, onların
daxili məqsədəuyğunluğuna aiddir. Əgər qeyri-üzvi təbiətdə
hər yerdə vahid iradə aktı kimi nəzərdən keçirilməli olan ideya
özünü, həmçinin yalnız bir və həmişə eyni təzahürdə üzə
çıxarırsa və buna görə də belə də demək olarsa ki, burada
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
empirik xarakter bilavasitə olaraq mücərrəd xarakterin
vəhdətilə əlaqəlidirsə və bir növ onunla üst-üstə düşürsə, bu
səbəbdən də, burada daxili məqsədəuyğunluq aşkara çıxarıla
bilməzsə; Əgər, əksinə, bütün orqanizmlər ideyanı inkişafın bir
birinin ardınca müxtəlif hissələrinin yanaşılığında onların
çoxcəhətliliyi ilə şərtlənən ardıcıllığı ilə ifadə edirlərsə, onların
empirik xarakterinin təzahürlərinin cəmi mücərrəd xarakteri
yalnız onların birgəliyində ifadə edirsə, – onda hissələrin
yanaşılığının və inkişafın ardıcıllığının bu zəruriliyi ifadə olunan
iradə aktının üzə çıxan məqsədinin vəhdətini hər halda məhv
etmir, əksinə, bu vəhdət öz ifadəsini xatırlanan hissələrin və
ayrıca inkişafların səbəbiyyət qanununa görə bir-birilə
calaşmasında və zəruri tənasüblərində tapır. Belə ki, həm bütün
ideyada, həm də ayrıca aktda vahid, bölünməz və buna görə də
öz özü ilə tamamilə eyni olan iradə aşkara çıxır, baxmayaraq ki,
onun təzahürü hissələrin və vəziyyətlərin fərqinə parçalanır, o,
hər halda bu vəhdəti onların tam uzlaşmasında yenidən aşkara
çıxarmalıdır; bu, bütün hissələrin öz aralarında zəruri
nisbətlərinin və asılılıqlarının təsiri ilə baş verir, bunun
sayəsində də hadisədə ideyanın vəhdəti bərpa olunur. Bunun
nəticəsində də biz orqanizmin belə müxtəlif hissələrini və
funksiyalarını bir-birinin qarşılıqlı vasitələri və məqsədi kimi,
orqanizmin özünü isə – onların hamısının son məqsədi kimi
tanıyırıq. Deməli, həm vahid ideyanın orqanizmin hissələrinin və
vəziyyətlərinin çoxluğuna parçalanması, həm də onun
vəhdətinin bu hissələrin və funksiyaların zəruri qaydada
birləşdirilməsi ilə bərpası onun təsiri ilədir ki, onlar səbəb və
təsirdir, yəni bir-birinin vasitəsi və məqsədidir, – həm bu və
həm də o, özlüyündə təzahür olunan iradəyə, özündə şeyə deyil,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
yalnız onun məkan, zaman və səbəbiyyət daxilində hadisəsinə,
təzahürünə xasdır (bütün bunlar – əsas qanununun növləri,
hadisələrin formalarıdır), yalnız onun üçün mühümdür. Onlar
iradə kimi dünyaya deyil, təsəvvür kimi dünyaya aiddirlər: onlar
o üsula aiddirlər ki, iradə onun vasitəsilə obyekt olur, yəni öz
obyektliyinin verilmiş pilləsində təsəvvür olur. Bu, ola bilər ki,
bir qədər çətin nəzəriyyənin mənasına nüfuz edən kəs Kantın
təlimini tamamilə anlayacaqdır, Kantın təliminin mahiyyəti isə
ondan ibarətdir ki, həm üzvi olanın məqsədəuyğunluğu, həm də
qeyri-üzvi olanın qanunauyğunluğu təbiətə yalnız bizim
dərrakəmiz vasitəsilə gətirilir, buna görə də, həm bu, həm də o,
özündə şeyə deyil, yalnız hadisəyə, təzahürə xasdır. Qeyri-üzvi
təbiətin qanunauyğunluğunun dəyişməz daimiliyi qarşısında
yuxarıda xatırlanan heyrət mahiyyəti etibarı ilə o heyrətlə
eynidir ki, bu, bizdə üzvi təbiətdə məqsədəuyğunluğa
münasibətdə doğulur, zira hər iki halda bizi yalnız ideyanın əzəli
vəhdəti heyrətə gətirir ki, bu da, təzahür üçün çoxluq və
müxtəliflik formasını qəbul etmişdir
*
.
Məqsədəuyğunluğun bizim təsnifat üzrə ikinci növünə,
yəni, zahiri məqsədəuyğunluğa qaldıqda isə, onu deməliyik ki,
xarici məqsədəuyğunluq orqanizmlərin daxili iqtisadında deyil,
kənardan, qeyri-üzvi təbiətdən və bir-birindən aldıqları dəstək
və köməkdə təzahür olunur, o da həmçinin, ümumiyyətlə,
özünə izahı indicə müəyyənləşdirilmiş nəzəriyyədə tapır, zira
bütün dünya özünün bütün hadisələri ilə vahid və bölünməz
*
Müqayisə et. «Təbiətdə iradə barədə» –"Müqayisəli anatomiya"
rubrikasının sonu.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
iradənin obyektliyidir, ayrıca səslərə münasibətdə harmoniya
kimi, bütün başqa ideyalara aid olan ideyadır, buna görə də,
iradənin belə bir vəhdəti onun bütün hadisələrinin öz aralarında
uzlaşmasında da aşkara çıxmalıdır. Amma əgər biz təbiətin
müxtəlif hissələrinin bu xarici məqsədəuyğunluğunun və onların
qarşılıqlı uzlaşmasının təzahürlərinə bir qədər yaxınlaşsaq, bu
fikri müqayisə olunmaz dərəcədə daha yaxşı aydınlaşdıra
bilərik; belə tədqiqat eyni zamanda əvvəlki tədqiqatlara da işıq
salar. Və biz aşağıdakı analogiyanı nəzərdən keçirərək, öz
məqsədimizə daha yaxşı gəlib çatarıq.
Hər bir ayrıca insan büsbütün fərdi olduğu və onun
xarakteri tam olaraq növün xarakterinə daxil olmadığı üçün,
onu iradənin təcəssümünün müstəqil aktına uyğun gələn xüsusi
ideya kimi nəzərdən keçirmək olar. Bu aktın özü, oxşar nöqteyi-
nəzərdən, insanın mücərrəd xarakteridir, empirik xarakter isə
onun aşkarlanmasıdır. Empirik xarakter bütövlükdə mücərrəd
xarakterlə müəyyənləşir ki, bu da, əsasdan məhrum olan
iradədir, yəni özündə şey olaraq əsas qanununa (hadisənin,
təzahürün formasına) tabe olmayandır. Empirik xarakter həyat
yolu boyunca mücərrəd xarakterin izi olaraq çıxış etməlidir və
sonuncunun mahiyyətinin tələb etdiyindən başqa bir şey ola
bilməz. Amma bu şərtlənmişlik həyat yolunun ikinci dərəcəli
təzahürlərini deyil, yalnız mühüm təzahürlərinə şamil olunur.
Belə ikinci dərəcəli məqamlara hadisələrin və əməllərin, empirik
xarakterin aşkar olunduğu bu materialın ən yaxın təyini aiddir.
Onlar motivləri təlqin edən xarici şəraitlə müəyyənləşir,
xarakter öz təbiətinə uyğun olaraq bu motivlərə reaksiya verir,
belə ki, motivlər çox müxtəlif ola bilər, onda empirik xarakterin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
xarici forması, yəni həyati yolunun müəyyən faktiki və ya tarixi
quruluşu onların təsirinə uyğun təşəkkül tapmalıdır. Bu quruluş
olduqca müxtəlif ola bilər, amma bu hadisənin, bu təzahürün
mahiyyəti, onun məzmunu eyni olaraq qalır; məsələn, vacib
deyildir ki, oyun qoz və ya çələng uğrundadır, vacib olan odur ki,
oyunda aldadırsan, yoxsa təmiz oynayırsan, – vacib olan budur;
sonuncu mücərrəd xarakterlə, birinci isə xarici təsirlərlə
müəyyənləşir. Bu və ya digər mövzuya dair yüz variant ola
bildiyi kimi, eləcə də eyni xarakter yüzlərlə müxtəlif həyat
yollarında təzahür oluna bilər. Amma xarici təsirlər nə qədər
çoxcəhətli olursa olsun, buna baxmayaraq həyat yolunda ifadə
olunan empirik xarakter, necə həyata keçirilməsindən asılı
olmayaraq, öz təcəssümünü faktiki şəraitin mövcud materialına
uyğunlaşdıraraq,
mücərrəd
xarakteri
dəqiq
obyektivləşdirməlidir
O halda biz xarici şəraitin əhəmiyyətli dərəcədə
xarakterlə müəyyənləşən bu həyati yola təsirinə analoji olan
nəyisə güman etməliyik ki, əgər özümüz üçün təsəvvür etmək
istəyiriksə ki, iradə öz təcəssümünün əzəli aktında müxtəlif
ideyaları necə müəyyənləşdirir, o ideyaları ki, o, onlarda
obyektivləşir, yəni təbiətin bütün varlıqlarının müxtəlif
formaları, o, onlar üzrə öz təcəssümünü bölür və buna görə də
hadisədə
onlar
öz
aralarında
zəruri
olaraq
əlaqələndirilməlidirlər. Biz güman etməliyik ki, vahid iradənin
bütün bu təzahürləri arasında ümumi qarşılıqlı tabeçilik və bir-
birinə uyğunlaşma baş vermişdir, özü də hər hansı bir
müvəqqəti təyini bir kənara tullamaq lazımdır, necə ki, biz bunu
indi daha aydın bir şəkildə görəcəyik, zira ideya zamanın
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
xaricindədır. Bunun təsiri ilə də, hər bir hadisə daxil olduğu
ətraf şəraitə uyğunlaşmalı idi, sonuncu da, öz növbəsində ona
uyğunlaşmışdır, baxmayaraq ki, zamansa o, xeyli sonra
meydana gəlmişdir; və biz bu consensus naturaeni [təbiətdə
razılıq+ hər yerdə müşahidə edirik. Elə buna görə də, hər bir
bitki öz torpağına və iqliminə, hər bir heyvan isə onu
yedizdirməli olan öz təbii mühitinə və öz qurbanına uyğun gəlir
və o, bu və ya başqa üsulla öz təbii düşmənindən müəyyən
dərəcədə müdafiəsidir; elə buna görə də, göz işığa və onun
sınma qabiliyyətinə, ağ ciyərlər və qan – havaya, üzmə qovuğu –
suya, su itinin gözü – onun mühitinin dəyişkənliyinə, dəvənin
mədəsində su daşıyan hüceyrələr – Afrika səhralarının
quraqlığına, nautilusun yelkəni – onun çanağını qovan küləyə
uyğunlaşmışdır; və beləliklə, xarici məqsədəuyğunluğunun ən
spesifik və ən möcüzəvi təzahürlərinə enərək, getdikcə daha
irəli getmək olar
*
.
Amma bu zaman hər hansı bir zaman münasibətlərindən
təcrid olunmaq lazımdır, belə ki, sonuncular ideyanın özünə
deyil, yalnız onun təzahürünə müəyyən münasibətdə ola
bilərlər. Elə buna görə də, bizim izaha geriyə də qüvvə vermək
mümkündür, yəni güman etmək olar ki, yalnız hər bir növ
mövcud şəraitə uyğunlaşmamışdır, həm də, zaman baxımından
öncə gələn bu şərait də, həmçinin gələcək varlıqlara
uyğunlaşmışdır. Zira bütün dünyada eyni, bir iradə
obyektivləşir: o, zamanı tanımır, belə ki, əsas qanununun bu
*
Bax. «Təbiətdə iradə barədə», "Müqayisəli anatomiya"
rubrikası.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
forması nə ona, nə də onun əzəli obyektliliyinə – ideyalara aid
deyildir, yalnız o aid olduqları üsula, fərdlər tərəfindən dərk
olunurlar, yəni ideyaların təzahürünə aiddir. Elə buna görə də,
iradənin təcəssümünü ideyalara bölən üsulun indi nəzərdən
keçirdiyimiz halında zaman ardıcıllığı qətiyyən əhəmiyyətə malik
deyildir və ideyaları, təzahürləri özlüyündə onları özünə tabe
etdirən
səbəbiyyət
qanununa
uyğun
olaraq,
zaman
ardıcıllığında daha əvvəl meydana çıxmışlar, bunun vasitəsilə isə
təzahürləri sonradan meydana çıxanlarla müqayisədə heç bir
üstünlük əldə etməmişlər; əksinə, sonuncular – iradənin ən
mükəmməl təcəssümlərdir və əvvəlkilər onlara onlar özlərindən
əvvəlkilərə o uyğunlaşdığı dərəcədə uyğunlaşmalı idilər.
Beləliklə, planetlərin axını, ekliptikanın əyilməsi, yerin
fırlanması, qurunun dənizdən ayrılması, atmosfer, işıq, istilik və
bütün oxşar hadisələr əsas basın harmoniyada oynadığı rolu
təbiətdə oynayırlar, onlar canlı varlıqların gələcəkdə meydana
çıxacaq nəsillərini qabaqlayaraq onlara uyğunlaşmışlar, onlar
onların daşıyıcısı və dayağı olmalı idilər. Eynilə elə bu tərzdə
torpaq bitkilərin qidası olmağa, bitkilər – heyvanların qidası
olmağa, sonuncular isə – başqa heyvanların qidası olmağa və
həmçinin
də,
əksinə,
bütün
sonrakılar
əvvəlkilərə
uyğunlaşmışlar. Təbiətin bütün hissələri öz aralarında uzlaşırlar,
zira onların hamısında vahid iradə təzahür olunur; zaman
ardıcıllığı isə onun əzəli və yeganə adekvat obyektliliyinə (bu
ifadəni növbəti kitab izah edəcəkdir) – ideyalara tamamilə
yaddır. Hətta indi, nəsillərin artıq meydana çıxmadığı və yalnız
özlərini qoruyub saxlamalı olduqları bir vaxtda da biz bəzən hələ
də təbiətin gələcəyə yönümlü, zamandan təcrid olan, əslində
tədbirli olan qayğıkeşliyi ilə rastlaşırıq, biz indi mövcud olanın
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
hələ bundan sonra yalnız hələ baş verməli olana
uyğunlaşdırılmasını görürük. Belə ki, quş hələ tanımadığı
balaları üçün yuva qurur; qunduz təyinatı ona məlum olmayan
məskən yaradır; qarışqa, çöl siçanı, arı onlardan ötrü naməlum
olan qış üçün ərzaq ehtiyatı toplayır; hörümçək, mirmelion
sanki düşünülmüş hiyləgərliklə öz gələcək, onlara bəlli olmayan
şikarları üçün cələ qurur; həşəratlar öz yumurtalarını elə yerə
qoyurlar ki, gələcək nəsil orada özünə qida tapa bilsin.
Çiçəklənmə zamanı ikievli valisneriyanın dişi çiçəyi özünün bu
vaxta qədər onu suyun dibində saxlayan saplağının spiralını açır
və bununla da, suyun üstünə qalxır, suyun dibində yaşayan
erkək çiçək məhz o zaman öz həyatını qurban verərək özünün
qısa saplağından ayrılır, səthə çıxır və orada, su ilə üzərək dişi
çiçəyi tapır; sonuncu isə, mayalanma baş verdikdən sonra öz
spiralını daraldır və suyun dibinə qayıdır ki, burada bəhər yetişə
bilsin
*
.
Və burada mən erkək maral böcəyinin sürfəsi barədə
ikinci dəfə xatırlatmalıyam, o, özünün metamorfozası üçün
ağacda dişidən iki dəfə böyük yuva açır, o, bunu öz gələcək
buynuzları üçün yer saxlamaq üçün edir. Beləliklə, heyvanların,
ümumiyyətlə, instinkti bütün təbiətin teleologiyasını bizə hər
şeydən daha yaxşı izah edir
17
. Zira instinktin öz fəaliyyətində
şüurlu məqsədə qətiyyən malik olmamasına baxmayaraq, onun
bir növ şüurlu məqsəd tərəfindən idarə edilməsinə oxşar
olaraq, təbiətin də bütün yaradıcılığı şüurlu məqsədlə idarə
*
Chatin, Sur la Valisneria spiralis, Compies rendus de l'acad. d.
sc., Nr. 1 3, 1855.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
olunana bənzəyir: təbiətin həm xarici, həm də daxili
teleologiyasında bizim vasitə və məqsəd kimi düşünməli
olduğumuz vahid iradənin bu vaxta qədər özü özü ilə uzlaşan
vəhdətinin yalnız bizim idrak üsulumuz üçün hər yerdə zaman
və məkanda bölünən təzahürüdür. Lakin hadisələrin bu
vəhdətdən irəli gələn qarşılıqlı uyğunlaşması və tabeçiliyi
yuxarıda şərh olunmuş o daxili əksliyi, o daxili qarşıdurmanı
aradan qaldıra bilməz ki, bu, iradəyə xasdır və təbiətin ümumi
mübarizəsində aşkar olur. Harmoniya yalnız o ölçüdə yayılır ki,
dünyanın və onun varlıqlarının səbatlılığını mümkün edə bilsin,
bu olmadan onlar çoxdan məhv olmuş olardı. Elə buna görə də,
o, fərdlərin deyil, yalnız növlərin ümumi həyat şəraitinin
saxlanılmasına şamil edilir. Əgər, beləliklə, bu harmoniyanın və
uyğunlaşmanın sayəsində üzvi aləmin növləri və təbiətin qeyri-
üzvi aləmdəki ümumi qüvvələri yanaşı mövcuddurlarsa və
hətta bir-birlərini dəstəkləyirlərsə, onda, digər tərəfdən,
iradənin bütün bu ideyalarında obyektivləşdirilmiş daxili
qarşıdurma yuxarıda xatırlanan növlərin fərdlərinin ara
mübarizəsində və təbiətin xatırlanan qüvvələrinin hadisələrinin
yuxarıda göstərildiyi kimi aramsız məhvedici müharibəsində
ifadə olunur. Bu müharibənin teatrı və predmeti – materiyadır,
onlar onu, həmçinin də məkanı və zamanı növbə ilə bir-birindən
almağa çalışırlar; axı sonuncular, əslində səbəbiyyət forması ilə
birləşərək, birinci kitabda izah olunduğu kimi, materiyanı təşkil
edirlər
**
.
**
II cildin 26-cı və 27-ci fəsilləri buraya aiddir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
§ 29
Mən öz əsərimin ikinci əsas hissəsini burada o ümidlə
tamamlayıram ki, bu fikir elə buna görə də ilk dəfə onu doğuran
bircə dəfə də söylənilməmiş fikrin ilk təsviri zamanı mümkün
olan fərdiliyin izlərindən tamamilə azad oluna bilməz, – o
ümidlə ki, mənə aşağıdakıları sübut etmək nəsib olmuşdur:
bizim yaşadığımız və daxilində qərar tutduğumuz bu dünya öz
mahiyyətinə görə bütövlükdə iradədir və eyni zamanda?
bütövlükdə təsəvvürdür; bu təsəvvür artıq özlüyündə formanı,
yəni, obyekti və subyekti nəzərdə tutur və buna görə də o,
nisbidir; və əgər biz soruşsaq ki, bu formanın, eləcə də, ona
tabe olan və əsas qanunu ilə ifadə olunan bütün formaların
aradan qaldırılmasından sonra nə qalır, onda bu, təsəvvürdən
fərqlənən qalıq, toto genere, iradədən savayı başqa heç nə ola
bilməz, iradə buna görə də əsl özündə şeydir. Hər bir kəs öz-
özünü bu iradə ilə dərk edir, dünyanın daxili mahiyyəti bu
iradədən ibarətdir, o, özünü dərk edən subyekt kimi tanıyır ki,
onun da təsəvvürü bu mənada yalnız subyektin öz zəruri
daşıyıcısı kimi şüuruna münasibətdə mövcud olan bütün
dünyadır. Beləliklə, bu ikili mənada hər bir kəs öz-özlüyündə
bütün dünya, mikrokosmdur və dünyanın hər iki tərəfini
tamamilə və bütövlükdə özündə tapır. Və onun öz mahiyyəti
kimi dərk etdiyi şey - bütövlükdə bütün dünyanın,
makrokosmun mahiyyətidir; dünya elə onun özü kimi
bütövlükdə iradə və bütövlükdə təsəvvürdür və başqa heç nə
yoxdur. Beləliklə, biz görürük ki, makrokosmu nəzərdən keçirən
Fales fəlsəfəsi, mikrokosmu nəzərdən keçirən Sokrat fəlsəfəsi,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
və onların hər ikisinin predmeti kimi mikrokosmu nəzərdən
keçirən fəlsəfə burada öz aralarında üst-üstə düşür
18
.
Amma ilk iki kitabda şərh olunanlar iki növbəti kitabda
sərh olunacaqların sayəsində böyük tamlıq və buna görə də və
böyük inandırıcılıq kəsb edir, burada mən ümid edirəm ki, o
məsələlər də özlərinin həllini tapacaqdır ki, onlar əvvəlki şərhin
gedişində qarşımızda tutqun və ya aydın bir şəkildə dayana
bilərdi.
Hələlik isə belə məsələlərdən birinin nəzərdən
keçirilməsi üzərində dayanaq, ona görə ki, o, əslində, o vaxta
kimi yarana bilər ki, biz hələ ki, əvvəlki təsvirin mənasına tam
nüfuz etməmişik və məhz ona görə də, o, onun
mənimsənilməsinə yardım edə bilər. O, aşağıdakılardan
ibarətdir. Hər bir iradə – nəyəsə yönümlü olan iradədir, o öz
arzusunun obyektinə, məqsədinə malikdir; beləliklə, bizə
dünyanın daxili mahiyyəti kimi təqdim olunan iradə son
nəticədə nə istəyir və ya nəyə can atır? Bu sual da bir çox başqa
suallar özündə şey ilə hadisənin qarışdırılmasına əsaslanmışdır.
Əsas qanunu (onun bir növü olaraq səbəbiyyət qanunu çıxış
edir) özündə şeyə deyil, yalnız hadisəyə şamil olunur. Əsası hər
bir yerdə yalnız özlüyündə hadisələr, ayrıca şeylər üçün
göstərmək olar, amma onu heç bir vaxt iradənin özü üçün və ya
onun adekvat olaraq obyektivləşdiyi ideya üçün axtarmaq
olmaz. Belə ki, təbiətdə hər bir kəsdən ayrıca hərəkətin və ya
ümumiyyətlə, dəyişikliyin səbəbi barədə, yəni bu dəyişikliyi
zəruri olaraq doğuran hal barədə soruşmaq mümkündür, amma
heç bir vaxt təbiətin öz qüvvəsinin səbəbini axtarmaq olmaz, bu
səbəb həm verilmiş, həm də saysız-hesabsız oxşar hadisələrdə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
aşkar olur: və buna görə də, ağırlığın, elektrikin və s. səbəbini
soruşmaq tamamilə mənasızdır. Yalnız o halda, əgər göstərilmiş
olsaydı ki, ağırlıq, elektrik – təbiətin əzəli və özünəməxsus
qüvvələri deyildir, onun daha ümumi, artıq məlum olan
qüvvəsinin yalnız təzahür üsullarıdır, – yalnız o zaman səbəb
barədə soruşmaq olardı, o barədə ki, bu təbiət qüvvəsi niyə
burada ağırlıq hadisələrini, orada isə elektrik hadisələrini
törədir. Bütün bunlar barədə yuxarıda təfsilatı ilə danışılmışdır.
Eynilə bu cür, dərk edən fərdin hər hansı bir ayrıca iradə
aktının (onun özü isə özündə şey olaraq iradənin yalnız bir
hadisəsidir) zəruri olaraq motivi vardır və o olmadan bu akt heç
bir vaxt baş verməzdi; amma maddi səbəb olaraq yalnız onun
təyinini özündə ehtiva edir ki, bu zaman, bu yerdə, bu
materiyada təbiətin bu və ya başqa qüvvəsinin aşkarlanması baş
verməlidir, eləcə də motiv yalnız bu zaman, bu yerdə, bu
şəraitdə dərk edən varlığın iradə aktını müəyyənləşdirir, –
tamamilə xüsusi olan bir şey kimi; amma heç bir halda o, onu
müəyyənləşdirmir ki, verilmiş varlıq, ümumiyyətlə, nə istəyir və
nədən məhz belə istəyir: bu, mücərrəd xarakterin təzahürüdür,
mücərrəd xarakter isə iradənin özüdür, əsas qanunu sferasının
xaricində qalan özündə şey olaraq əsasdan məhrum olandır. Elə
buna görə də, hər bir insanın daimi məqsədləri və motivləri
vardır ki, onlar onun fəaliyyətini idarə edirlər və o, həmişə
özünün ayrıca əməlləri barədə hesabat verə bilər; amma əgər
ondan soruşulsa ki, ümumiyyətlə, niyə mövcud olmaq istəyir,
onda o, cavab tapmazdı və hətta sualın özü ona cəfəng
görünərdi: bu anlaşılmazlıqda, əslində, o şeyin dərki əks
olunmuş olardı ki, onun özü iradə olmaqdan başqa bir şey
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
deyildir ki, onun da istəyi, ümumiyyətlə, öz-özlüyündə aydındır
və yalnız öz ayrıca aktları üçün zamanın hər bir anında motivlər
üzrə konkret təyinə ehtiyacı vardır.
Və həqiqətən də, hər hansı bir məqsədin, hər hansı bir
sərhədin olmaması özlüyündə iradənin mahiyyətinə aiddir, zira
o, sonsuz canatmadır. Yuxarıda mərkəzdənqaçma qüvvəsi
barədə xatırlatdığım zaman mən artıq buna toxunmuşdum. Bu,
hər şeydən daha sadə şəkildə iradənin obyektliyinin aşağı
pilləsində, yəni cazibədə aşkar olur, son məqsədin aşkar bir
surətdə mümkün olmaması halında bu cazibənin daimi
canatması diqqəti çəkir. Zira əgər, hətta mövcud olan bütün
materiya cazibənin iradəsi ilə bir topaya yığılsaydı, onda cazibə
onun daxilində mərkəzə doğru can ataraq, hələ də bərklik və ya
elastiklik olaraq keçirilməzliklə mübarizə aparmaqda davam
edərdi, buna görə də materiyanın canatmasını həmişə yalnız
ləngitmək mümkündür, amma heç bir vaxt onu həyata keçirmək
və ya ödəmək mümkün deyildir. Və iradənin bütün
hadisələrinin canatmaları ilə bağlı məsələ də belədir. Həyata
keçirilmiş hər bir məqsəd beləcə – sonsuzluğa kimi yenə də yeni
bir canatmanın başlanğıcına çevrilir. Bitki öz hadisəsini
rüşeymdən tutmuş saplaq və yarpaq vasitəsilə çiçəyə və bara
qədər çatdırır, bar isə öz növbəsində yeni rüşeymin, yenə də
köhnə yolu keçən yeni fərdin yalnız başlanğıcı kimi çıxış edir və
beləcə – zamanların sonsuzluğuna kimi davam edir. Heyvanın
da həyat yolu belədir: doğuş – onun zirvəsidir; ona çataraq,
birinci fərdin həyatı sürətlə və ya yavaşca tənəzzülə doğru
gedir, yeni fərd təbiət üçün növün saxlanılmasının rəhnidir və o
da eyni hadisəni təkrar edir. Hətta materiyanın hər bir
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
orqanizmdə əbədi yeniləşməsinə də fasiləsiz mübarizənin və
əvəzlənmənin bu sadə fenomeni kimi baxmaq lazımdır,
fizioloqlar indi bunu daha hərəkət zamanı sərf olunmuş
maddənin zəruri əvəzlənməsi hesab etmirlər, zira maşının
mümkün köhnəlməsi qidalanmanın daimi axını üçün qətiyyən
ekvivalent ola bilməz: iradənin mahiyyətinin açılmasına əbədi
təşəkkül, sonsuz axın xasdır. Eləcə də, o, nəhayət, insan
canatmaları və arzularında da gözə çarpır: onlar həmişə aldadıcı
bir tərzdə bizə təlqin edirlər ki, guya onların mövcudluğu
iradənin son məqsədidir; amma onlar elə yalnız ödənildikləri
halda öz əvvəlki simalarını itirirlər və buna görə də tezliklə
unudulurlar, bizim üçün köhnəlirlər və biz mahiyyəti etibarı ilə
həmişə onları yoxa çıxmış əlamətlər kimi kənara tullayırıq,
baxmayaraq ki, bunu etiraf etmirik. Əgər o varsa
xoşbəxtliyimizə qaldıqda isə qeyd edək ki, o, arzudan
ödənilməyə və ondan yeni arzuya əbədi keçid ayinini qoruyub
saxlamaq üçündür, əgər bizdə nəsə arzu etmək və nəyə can
atma hələ qalıbsa, onda arzudan ödənilməyə və ondan yeni
arzuya əbədi keçid oyununun sürətli gedişi xoşbəxtlik, astaca
gedişi isə əzab adlanır; xoşbəxtlik dəhşətlə ifadə olunan
quruyub qalmanın, həyatı ölgünləşdirən yorucu darıxdırıcılığın,
məhvedici languor-un baş verməməsi üçündür.
Bütün bunların nəticəsində, iradə onun idrakla
işıqlandığı yerdə və indi burada nə istədiyini həmişə bilir,
amma, ümumiyyətlə, nə istədiyini heç bir vaxt bilmir; onun hər
bir ayrıca aktı məqsədə malikdir, – ümumi arzu isə buna malik
deyildir, necə ki, təbiətin hər hansı bir ayrıca hadisəsi özünün
verilmiş yerdə və verilmiş zamanda baş verməsi üçün kafi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
səbəblə müəyyənləşir, amma, ümumiyyətlə, onda aşkara çıxan
qüvvə səbəbə malik deyildir, zira sonuncu – özündə şeyin,
əsasdan məhrum olan iradənin təzahür pilləsidir.
İradənin bütövlükdə yeganə özünüdərki – bütövlükdə
təsəvvür, bütün əyani aləmdir. O, onun obyektliyi, onun kəşfi,
onun güzgüsüdür. Onun bu keyfiyyətdə özünü necə göstərməsi
isə bizim sonrakı düşüncələrimizin predmetini təşkil edəcəkdir
*
.
*
II cildin 28-ci fəsli buraya aiddir.
ÜÇÜNCÜ KİTAB
Dostları ilə paylaş: |