Dünya: iradə və təsəvvür kimi


§ 25  Biz bilirik ki, çoxluq, ümumiyyətlə, zəruri olaraq zamanla



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə11/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   7   8   9   10   11   12   13   14   ...   57
§ 25 

Biz bilirik ki, çoxluq, ümumiyyətlə, zəruri olaraq zamanla 

və  məkanla  şərtlənmişdir  və  yalnız  onlarda  düşünülə  bilər;  bu 

baxımdan  biz  onları  principium  individuationis  adlandırırıq. 

Amma zamanı və məkanı biz əsas qanununun növləri kimi qəbul 

etdik  və  bütün  idrakımız  a  priori  olaraq  onda  ifadə  olunur, 

amma, bu yuxarıda göstərildiyi kimi, məhz a priori  bilik olaraq 

şeylərin  yalnız  dərk  olunanlığına  aiddir,  onların  özlərinə  aid 

deyildir,  yəni  özündə  şeyin  xassəsi  olaraq  deyil,  yalnız  

idrakımızın  forması  olaraq  çıxış  edir;  sonuncu  isə  özlüyündə 

idrakın  hər  hansı  bir  formasından,  hətta  ən  ümumi  olanından 

belə  azaddır,  idrakın  ən  ümumi  forması  isə  obyektin  subyekt 

üçün  varlığıdır,  başqa  sözlə,  o,  nəsə  təsəvvürdən  tamamilə 

fərqli  olandır.  Və  budur  əgər  bu  özündə  şey,  mənim,  yəqin  ki, 

kifayət  qədər  sübut  etdiyim  və  aydınlaşdırdığım  kimi, 

iradədirsə,  onda  özlüyündə  və  özünün  təzahüründən  asılı 

olmayaraq  o,  zamanın  və  məkanın  xaricindədir,  buna  görə  də 

çoxluq  tanımır  və  deməli,  vahiddir;  amma,  deyilənlərə  uyğun 

olaraq, o, fərdin və ya anlayışın vahid olduğu kimi vahid deyildir, 

o,  o  mənada  vahiddir  ki,  ona  çoxluq  imkanı,  şərti    principium 



individuationis  lazımdır.  Birlikdə  iradənin  obyektliyini  təşkil 

edən şeylərin məkan və zaman daxilində çoxluğu buna görə də 

onun  özünə  aid  deyildir  və  iradə,  bu  çoxluğa  baxmayaraq, 

bölünməz  olaraq  qalır.  Onun  məsələn,  az  hissəsi  daşda  və  çox 

hissəsi  insanda  mövcud  deyildir,  belə  ki,  hissənin  və  bütövün 

münasibəti  müstəsna  dərəcədə  məkana  məxsusdur  və  biz  bu 

seyr formasından üz çevirən kimi o, hər hansı bir mənanı itirir; 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

"daha  çox"  və  "daha  az"  yalnız  hadisəyə,  təzahürə,  yəni 



təcəssüm  görüntüsünə  aiddir,  bu  isə  bitkidə  daşa  nisbətən, 

heyvanda  bitkiyə  nisbətən  daha  yüksək  dərəcəyə  malikdir. 

İradənin zahirən aşkarlanması, onun təcəssümü həmin o sonsuz 

pillələrə malikdir ki, bunlar zəif işartı ilə Günəşin parlaq şüaları 

arasında,  güclü  səslə  sakit  əks-səda  arasında  mövcuddurlar. 

Aşağıda 


biz 

görüntünün 

bu 

dərəcələrinin 



nəzərdən 

keçirilməsinə  qayıdacağıq,  onlar  iradənin  təcəssümünə,  onun 

mahiyyətinin  əks  olunmasına  aiddirlər.  Amma  onun  özünə 

təcəssüm dərəcələrindən daha az aidiyyəti olan - onun müxtəlif 

pillələrdə  təzahürlərinin  çoxluğudur,  yəni  hər  bir  formanın 

fərdlərinin  və  ya  hər  bir  qüvvənin  ayrıca  aşkarlanmalarının 

çoxluğudur,  zira  bu  çoxluq  bilavasitə  olaraq  zamanla  və 

məkanla  şərtlənmişdir  ki,  iradənin  özü  heç  bir  vaxt  onların 

hökmü  altında  deyildir.  O,  eyni  bütövlükdə  və  eyni  qüvvə  ilə 

milyonlarla  palıd  ağacında  təzahür  olunduğu  kimi,  bir  palıd 

ağacında  da  təzahür  olunur:  onların  sayı,  onların  məkan  və 

zaman  daxilində  şaxələnməsi  onun  üçün  heç  bir  əhəmiyyətə 

malik  deyildir,  yalnız  məkan  və  zaman  daxilində  dərk  edən  və 

elə  orada  da  dəfələrlə  təkrar  olunmuş  və  səpələnmiş  fərdlərə 

aiddir,  amma,  onların  öz  çoxluğu  isə,  həmçinin  onun  özünə 

deyil, yalnız onun təzahürünə aiddir. Buna görə də demək olar 

ki,  əgər,  per  impossibile  *bunun  mümkün  olmamasına 

baxmayaraq],  yeganə  varlıq,  hətta  ən  əhəmiyyətsizi  belə 

tamamilə  məhv  edilmiş  olsaydı,  onda  onunla  birlikdə  bütün 

dünya  məhv  olmalı  idi.  Bu  hissi  böyük  mistik  Angelus  Silezius 

belə ifadə etmişdir:  

         Mən bilirəm ki, mən olmadan  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

        Tanrı bir an belə yaşaya bilməz:  



        Mən yox olsam o da  

       Həsrətdən canını tapşırar

6

. 

Bütün  Kainatın  ölçüyəgəlməz  kəmiyyətinin  hər  bir  kəs 

tərəfindən  anlaşılmasını  yaxınlaşdırmaq  üçün  bir  çox  səylər 

edilmişdir  və  bu,  ibrətamiz  düşüncələr  üçün  əsas  vermişdir,– 

məsələn,  torpağın  və  xüsusən  insanın  nisbi  kiçikliyi  barədə  və 

sonra  kontrast  olaraq  bu  kiçik  insanda  ruhun  böyüklüyünü 

göstərmişlər  ki,  onun  sayəsində  də  o,  bu  dünyanın 

möhtəşəmliyini  aşkara  çıxarmaq,  dərk  etmək  və  hətta  ölçmək, 

və  i.a.  iqtidarındadır.  Bütün  bunlar  çox  gözəldir!  Amma    mən 

dünyanın  ölçüyəgəlməzliyi  barədə  düşünəndə  ən  vacib  hal 

olaraq  onu  görürəm  ki,  təzahürü  olaraq  dünyanın  o  nə  olursa-

olsun  çıxış  etdiyi  daxili  mahiyyət,  -  özünün  həqiqi  nüvəsini 

sonsuz məkana yaya və parçalaya bilməz və bu sonsuz ənginlik 

yeganə  olaraq  onun  təzahürünə  məxsusdur,  onun  özü  isə 

təbiətin  hər  bir  şeyində,  hər  bir  canlı  varlıqda  bütövlükdə  və 

şəriksiz  olaraq  iştirak  edir.  Elə  buna  görə  də,  əgər  biz  öz 

diqqətimizi  ayrıca  bir  şeyin  üzərində  cəmləşdiririksə,  heç  nə 

itirmirik,  və  həqiqi  müdriklik  bu  sərhədsiz  dünyanı  ölçməklə 

əldə  olunmur,  daha  məqsədəuyğun  olardı  ki,  şəxsən  bütün 

sonsuz məkanı gəzib dolaşmayasan, nəsə ayrıca bir şeyi tamam 

tədqiq  edə,  onun  həqiqi  və  əsl  varlığını  tam  dərk  edəsən  və 

anlayasan.  

Buna  uyğun  olaraq,  növbəti  kitabda  müfəssəl  tədqiqin 

predmeti, Platonun hər bir şagirdinə özlüyündə aydın olan belə 

bir  fikir  olacaqdır:  iradənin  təcəssümünün  saysız-hesabsız 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

fərdlərdə  ifadə  olunaraq,  onların  nail  olunmamış,qatılmamış 



nümunələri  kimi  qarşıda  duran  və  ya  şeylərin  əbədi  formaları 

kimi  özləri  zamana  və  məkana  –  fərdlərin  mühitinə  -  daxil 

olmayan,  oluşmaya  və  müxtəlif  dəyişikliklərə  məruz  qalmayan, 

və  əbədi  mövcud  olaraq  sarsılmaz,  dəyişməz  qalan,hərçənd  ki, 

əbədi oluşan və heç vaxt var olmayan, təkcəli şeylər ortaya  çıxır 

və  yox  olurlar,  müxtəlif  pillələri  –  iradənin  təcəssümünün  bu 

pillələri,  mən  deyirəm  ki,  Platon  ideyaları  olmaqdan  başqa  bir 

şey  deyildir.  Mən  bu  barədə  burada  ondan  ötrü  qabaqcadan 

xatırlayıram  ki,  sonradan  ideya  sözündən  məhz  bu  mənada 

istifadə  edim,  yəni  ideyanı  məndə  həmişə  onun  həqiqi  və  ilkin 

mənasında  başa  düşmək  lazımdır,  o  mənada  ki,  bunu  ona 

Platon  vermişdir  və  heç  bir  halda  onu  nəzərdə  tutmaq  lazım 

deyildir  ki,  burada  söhbət  sxolastik  ehkamçı  Zəkadan  törəyən 

abstraksiyalar barədə gedir, bu abstraksiyaları işarə etmək üçün 

Kant da elə o qədər namünasibdir, çünki Platon tərəfindən daxil 

edilmiş  və  yerində  işlənmiş  sözdən  o,  düzgün  istifadə 

etməmişdir

7

.  Beləliklə,  mən  ideya  termini  altında  iradənin 



təcəssümünün  hər  bir  müəyyən  və  möhkəm  pilləsini  başa 

düşürəm,  çünki  iradə  özündə  şeydir  və  buna  görə  də  çoxluğa 

yaddır;  bu  pillələr  müəyyən  şeylərə  onların  əbədi formaları,  və 

ya nümunələri kimi aiddir. Bu məşhur Platon ehkamının ən qısa 

və  yığcam  ifadəsini  bizə Laertli Diogen  verir  (3, 13):  "Ona  görə 

də  Platon  deyir  ki,  ideyalar  təbiətdə  nümunələrin  yerini 

tuturlar, qalan bütün hər  şey isə onların oxşarı olmaqla onlara 

bənzəyir.»  "İdeya"  sözündən  Kant  tərəfindən  sui-istifadə 

barəsində  mən  daha  heç  nə  deməyəcəyəm:  bu  barədə  zəruri 

olan hər bir şey əlavədə deyilmişdir.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

 



§ 26 

İradənin  təcəssümünün  aşağı  pilləsi  təbiətin  ümumi 

qüvvələridir,  onlar  qismən  istisna  olmadan  hər  bir  materiyada 

aşkara  çıxırlar,  məsələn,  ağırlıq,  keçirməzlik  kimi,  qismən  isə 

bütün, ümumiyyətlə, mövcud materiyanı öz aralarında bölürlər, 

belə  ki,  onlardan  biri  digəri  üzərində,  başqa  birisi  isə  başqa 

materiya  üzərində  hökmranlıq  edir,  məhz  elə  buradan  da  o  öz 

spesifik  fərqlərini  qazanır:  möhkəmlik,  axıcılıq,  elastiklik, 

elektrik,  maqnetizm,  kimyəvi  xassələr  və  bu  qəbildən  olan  hər 

cür keyfiyyət belədir. 

Özlüyündə onlar iradənin bilavasitə təzahürləridir, eləcə 

də  insan  fəaliyyəti  və  bu  keyfiyyətdə  də  insan  xarakteri  kimi  

əsasdan  məhrum  olandırlar;  insan  əməlləri  kimi  yalnız  onların 

ayrıca təzahürləri əsas qanununa tabedir, onların özləri isə heç 

bir  vaxt  nə  təsir,  nə  də  səbəb  adlana  bilməzlər:  onlar  bütün 

səbəblərin  və  təsirlərin  öncədən  gələn  və  güman  olunan 

şərtləridir,  bu  şərtlərdə  onların  öz  məxsusi  mahiyyəti  aşkara 

çıxır. Buna görə də ağırlığın, elektrikin səbəbi barədə soruşmaq 

mənasızdır,  onlar  –  əzəli  qüvvələrdir;  doğrudur,  onların 

aşkarlanması  səbəblər  və  təsirlər  üzrə  baş  verir,  belə  ki, 

qüvvələrin  hər  bir  ayrıca  təzahürünün  səbəbi  vardır,  bu  səbəb 

də  öz  növbəsində  elə  həmin  ayrıca  təzahürdür  və  o, 

müəyyənləşdirir  ki,  verilmiş  qüvvə  burada  aşkara  çıxmalı,  bu 

zamanda  və  bu  məkanda  çıxış  etməlidir;  amma  qüvvənin  özü 

heç bir halda nə səbəbin təsiri, nə də təsirin səbəbi deyildir. Elə 

buna  görə  də,  belə  demək  düzgün  deyildir  ki,  "ağırlıq  –  daşın 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

düşməsinin  səbəbidir;  səbəb  kimi  burada  daha  çox  yerin 



yaxınlığı  çıxış  edir,  ona  görə  ki,  o,  daşı  özünə  cəzb  edir.  Yeri 

götürün – və daş düşməyəcəkdir, baxmayaraq ki, ağırlıq yerində 

qalmışdır.  Qüvvənin  özü  səbəblər  və  təsirlər  zəncirinin 

tamamilə  xaricindədir,  bu  zəncir  zamanı  nəzərdə  tutur,  zira 

yalnız  ona  münasibətdə  mənaya  malikdir;  amma  qüvvə 

zamanın  da  xaricindədir.  Ayrıca  dəyişikliyin  öz  səbəbi  kimi 

qüvvə  deyil,  yenə  də  ayrıca  dəyişiklik  çəxış  edir,  o  isə  yalnız, 

qüvvənin  ifadəçisi  kimi  çıxış  edir.  Səbəb  nə  qədər  saysız-

hesabsız  baş  versə  də  zira  səbəbə  təsirlilik  verən  təbiət 

qüvvəsidir,  o,  özlüyündə  əsasdan  məhrumdur,  yəni  səbəblərin 

zəncirindən  və  ümumiyyətlə,  əsas  qanunundan  tamamilə 

kənardadır; fəlsəfə onu iradənin bilavasitə obyektliyi kimi qəbul 

edir,  iradə  isə  –  bütün  təbiətin  "özündəsidir";  etiologiyaya 

qaldıqda  isə,  o    verilmiş  halda  fizika  olaraq,  onu  əzəli  qüvvə, 

yəni qualitas occulta kimi göstərir.  

İradənin  obyektliyinin  yüksək  pillələrində,  xüsusən 

insanda  biz  fərdi  xarakterlərin  böyük  miqyaslı  müxtəlifliyi 

şəklində, yəni bitkin şəxsiyyət şəklində fərdiliyin xeyli dərəcədə 

təzahürünü  görürük,  həmin  bu  bitkin  şəxsiyyət  artıq  həm  də 

zahirən  ifadə  olunur,–  bədənin  ümumi  quruluşu  da  daxil 

olmaqla fərdi fizionomiyanın kəskin cizgiləri ilə. Belə bir fərdiliyə 

belə  bir  dərəcədə  heç  bir  heyvan  malik  deyildir;  yalnız  ali 

heyvanların  ona  bir  qədər  oxşarlığı  vardır,  amma  onların 

üzərində də hələ ki, türün xarakteri tamamilə hakimdir və buna 

görə  də  onlarda  fərdi  fizionomiya  azdır.  Biz  nə  qədər  aşağı 

eniriksə,  növün  ümumi  xarakterində  fərdi  xarakterli  hər  hansı 

bir  iz  bir  o  qədər  çox  itirilir  və  yalnız  birincinin  fizionomiyası 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

qalır. Türün fizioloji xarakterini bilərək, biz fərddən nəyi gözləyə 



biləcəyimizi də tamamilə bilirik, bəşərə münasibətdə isə hər bir 

fərd  ayrıca  tədqiqatı  tələb  edir  və  onun  əməllərini  müəyyən 

dəqiqliklə  qabaqcadan  söyləmək  qeyri-adi  dərəcədə  çətindir, 

ona  görə  ki, zəka  ilə  birgə  hiyləgərlik  imkanı  da meydana  çıxır. 

Ehtimal  ki,  insan  nəslinin  bütün  başqalarından  bu  fərqi  ilə  o 

bağlıdır  ki,  beyin  qırışları  quşlarda  tamamilə  olmadığı, 

gəmiricilərdə çox zəif olduğu  və hətta ali heyvanlarda belə hər 

bir  fərddə  onlar  hər  iki  tərəfə  insandakından  daha  simmetrik 

yerləşir və daha dayanıqlı şəkildə təkrarlanır

*



Bunun ardınca qeyd edək ki, insanı bütün heyvanlardan 

fərqləndirən belə bir məxsusi fərdi xarakter fenomeninə bir də 

o nöqteyi-nəzərdən baxmaq lazımdır ki, heyvanlarda cinsi həvəs 

ödənilmə  obyektini  elə  bir  nəzərə  çarpan  seçim  olmadan 

axtarır,  halbuki,  insanda  bu  seçim  –  özü  də  hər  hansı  bir 

refleksiyadan  asılı  olmayaraq,  instinktiv  olaraq  –  o  dərəcəyə 

çatır ki, qüdrətli bir ehtirasa çevrilir. Və eyni zamanda, hər hansı 

bir  insanı  iradənin,  hətta  məlum    ölçüdə  xüsusi  ideyanın 

əlahiddə  xüsusi  müəyyən  və  səciyyələnmiş  təzahürü  kimi 

nəzərdən  keçirmək  mümkündür,  heyvanlarda  isə  bu  fərdi 

xarakter,  ümumiyyətlə,  yoxdur  və  yalnız  növ  özünün 

özünəməxsus  əhəmiyyətini  saxlayır;  biz  insandan  nə  qədər  çox 

uzaqlaşırıqsa,  xarakterin  izi  bir  o  qədər  də  çox  itirilmiş  olur  və 

bitkilər,  nəhayət,  torpağın  və  iqlimin  və  başqa  xarici 

təsadüflərin əlverişli və ya əlverişsiz təsirləri ilə izaha tamamilə 

                                                           

*Wenzel,  De  structura  cerebri  hominis  et  brutorum  1812,  cap.  3.-

Cuvier, Leçons de’anat. comp. lecon 9, art. 4 -5.-Vicq de’Azyr, Hist. 

de l’accad.d. sc.de Paris, 1783, səh. 470, 483 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

yatımlı  olan  xüsusiyyətlərindən  savayı  heç  bir  başqa  fərdi 



xüsusiyyətlərə  malik  deyillər;  nəhayət,  təbiətin  qeyri-üzvi 

sahəsində  hər  hansı  bir  fərdilik  qəti  olaraq  yox  olur.  Yalnız 

kristalı  müəyyən  dərəcədə  fərd  kimi  nəzərdən  keçirmək 

mümkündür:  o,  müəyyən  istiqamətlərdə  canatmanın  donmuş 

vəhdətidir,  bu  donuqluq  isə,  həmin  canatmanın  izini 

möhkəmləndirir;  o,  eyni  zamanda  özünün  məxsusi  əsas 

formasının ideyanın vəhdəti ilə əlaqələnən aqreqatıdır, necə ki, 

ağac  –  ayrıca  bitən  liflərin  aqreqatıdır,  bu,  yarpağın  hər  bir 

damarcığında, hər bir yarpaqda, hər bir budaqda nəqş və təkrar 

olunur  və  bu  müəyyən  dərəcədə  ağacın  hər  bir  hissəsini  daha 

böyükdən  parazitliklə  qidalanan  ayrıca  bitki  kimi  nəzərdən 

keçirməyə imkan verir, belə ki ağac, kristala oxşar olaraq, kiçik 

bitkilərin  sistematik  aqreqatıdır,  baxmayaraq  ki,  yalnız  bütöv 

bölünməz  ideyanın,  yəni  iradənin  təcəssümünün  bu  müəyyən 

pilləsinin tam ifadəçisidir. Amma eyni qəbildən olan kristalların 

fərdləri öz aralarında xarici təsadüflərdən irəli gələn fərqlərdən 

savayı  başqa  fərqlərə  malik  ola  bilməzlər:  hətta  hər  bir  növü 

istənilən şəkildə böyük və ya kiçik kristallara çevirməyə məcbur 

etmək  mümkündür.  Özlüyündə  fərdi,  yəni  fərdi  xarakter 

əlamətlərinə  malik  olan  fərdi  isə  qeyri-üzvi  təbiətdə  tapmaq 

qətiyyən mümkün deyildir.  

Onun  bütün  hadisələri,  təzahürləri  –  təbiətin  ümumi 

qüvvələrinin  aşkarlanmasıdır,  yəni  iradənin  təcəssümünün  elə 

pillələrinin  aşkarlanmasıdır  ki,  onlar  (üzvi  təbiətdə  baş  verənin 

əksinə  olaraq)  qətiyyən  ideyanın  bütövlüyünü  qismən  ifadə 

edən  fərdiyyətlərin  fərqləri  vasitəsilə  obyektivləşmirlər,  yalnız 

növdə aşkara çıxırlar və onu hər bir ayrıca təzahürdə tam və hər 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

hansı  bir  sapma  olmadan  təqdim  edirlər.  Belə  ki,  zaman, 



məkan,  çoxluq  və  səbəblə  şərtlənmə  iradəyə  və  ideyaya 

(iradənin  obyektivasiyasının  pillələri  kimi)  deyil,  iradənin  yalnız 

ayrıca  təzahürlərinə  aiddir,  təbiətin,  məsələn,  ağırlıq  və  ya 

elektrik  kimi  qüvvələrinin  bütün  milyonlarla  təzahürlərində  o, 

özlüyündə  tamamilə  eyni  qaydada  ifadə  olunmalıdır  və  yalnız 

xarici  şərait  hadisənin,  təzahürün  şəklini  dəyişdirə  bilər.  Bu, 

onun  mahiyyətinin  onun  bütün  təzahürlərində  vəhdətidir,  bu 

onların  baş  verməsində  dəyişməz  daimilikdir,  əgər  şərait 

səbəbiyyətə uyğun olaraq yalnız bunun üçün verilmişdisə, onda, 

bu vəhdət təbiət qanunu adlanır. Onu təcrübədə bir dəfə dərk 

etməklə,  təbiətin  xarakteri  onda  ifadə  olunmuş  və  onda  olan 

qüvvəsinin  təzahürünü  qabaqcadan  dəqiqliklə  söyləmək  və 

hesablamaq  mümkündür.  Amma  iradənin  təcəssümünün  aşağı 

pillələrində  hadisələrin  bu  qanunauyğunluğu  məhz    onları 

həmin  o  iradənin  daha  yüksək  pillələrdə,  yəni  onun 

təcəssümünün  daha  aydın  pillələrində  –  heyvanlarda, 

insanlarda  və  onların  əməllərində  təzahürlərindən  əsaslı 

surətdə fərqləndirən şeydir, burada fərdi xarakterin daha güclü 

və  ya  zəif  aşkarlanması  və  bir  çox  hallarda  müşahidəçiyə  gizli 

qalan  motivlərin  (zira  onlar  idrakdadırlar)  hakimiyyəti 

hadisələrin hər iki növünün daxili mahiyyətinin eyniyyətini dərk 

etməyə bu vaxta qədər çox mane olmuşdur.  

İdeyanın deyil, xüsusi olanın idrakından çıxış etsək, onda 

təbiət  qanunlarının  qüsursuzluğu  nəsə  valehedici  görünür, 

bəzən  demək  olar  ki,  insanı  həyəcandan  titrədir.  Heyrətə 

gəlmək  olar  ki,  təbiət  öz  qanunlarını  bir  dəfə  də  unutmur, 

məsələn, əgər təbiət qanunu tələb edirsə ki, məlum maddələrin 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

qarşılaşması zamanı, müəyyən şərtlər daxilində hansısa kimyəvi 



birləşmə,  hansısa  qazların  yaranması  və  ya  yanma  baş  versin, 

onda  həmişə  bu  şərtlər  bizim  səyimizləmi  və  ya  tamamilə 

təsadüfi  olaraqmı  uzlaşdığı  anda  (bu  zaman  gözlənilməz  

dəqiqlik daha çox heyrət doğurur) min il bundan qabaq olduğu 

kimi, elə indi də olmalı olan hadisə dərhal, hansısa təxirə salma 

olmadan baş verir. 

Bu  möcüzə  bizi  o  zaman  daha  çox  heyrətə  gətirir  ki, 

hadisə nadir hallarda meydana çıxan mürəkkəb kombinasiyalar 

zamanı  baş  verir:  məsələn,  o  zaman  ki,  bəzi  metallar  öz 

aralarında bir-biri ilə və oksidləşmiş maye ilə təmasa girirlər və 

bu dövrənin qütbləri arasına daxil edilmiş gümüşü lövhəciklərdə 

qəflətən yaşıl alov yaranır; və ya müəyyən şəraitdə bərk almaz 

karbon  qazına  çevrilir.  Bizi  o  zaman  təbiət  qüvvələrinin 

ruhabənzər bir şəkildə hər yeri sarması və adi hadisələr zamanı 

ağlımıza  gəlməyən  şey  heyrətə  gətirir,  məhz  o  şey  ki,  sehrli 

tilsimdə  ruhun  qaçılmaz  bir  tərzdə  meydana  çıxması  arasında 

nağılvari  əlaqə  kimi  səbəb  və  təsir  arasındakı  əlaqə  mahiyyəti 

etibarı ilə elə həmin ovsunda sirlidir. Əgər biz  fəlsəfi cəhətdən 

dərindən  dərk  etsək  ki,  təbiət  qüvvəsi  –  iradənin,  yəni  bizim 

daxilimizdə  ən  dərin  mahiyyətimiz  kimi  dərk  etdiyimizin 

təcəssümünün    müəyyən  pilləsidir  və  bu  iradənin  özü  öz 

təzahüründən  və  onun  formalarından  fərqli  olaraq  zamanın  və 

məkanın  xaricindədir,  buna  görə  də  onlarla  şərtlənən  çoxluq 

ona,  onun  təcəssümünün    bilavasitə  pilləsinə,  yəni  ideyaya 

deyil,  yalnız  sonuncunun  təzahürlərinə  məxsusdur,  səbəbiyyət 

qanunu  isə  yalnız  zamana  və  məkana  münasibətdə,  müxtəlif 

ideyaların  çoxdəfəli  təzahürlərinin  onlarda baş  vermə  yerini  və 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

nizamını  müəyyənləşdirərək  qüvvəyə  malik  olur,  iradə  bu 



ideyalarda açılır, – mən deyirəm ki, əgər, Kantın böyük təliminin 

daxili mənası bizim üçün o şüurda açılarsa ki, məkan, zaman və 

səbəbiyyət özündə şeyə deyil, yalnız hadisəyə, təzahürə xasdır, 

onlar  özündə  şeyin  xassələri  deyil,  yalnız    idrakımızın 

formalarıdır, onda biz başa düşərik ki, təbiət qüvvəsinin təsirinin 

qanunauyğunluğu  və  dəqiqliyi,  onun  bütün,  milyonlarla 

təzahürlərin  mükəmməl  oxşarlığı,  onların  baş  verəcəklərinin 

qaçılmazlığı  qarşısında  heyrət,  doğrudan  da  uşağın  və  ya 

vəhşinin heyrətinə oxşayır, o kəslərin heyrətinə oxşayır ki, onlar 

çiçəyi  ilk  dəfə  çoxtilli  şüşə  vasitəsilə  nəzərdən  keçirərək,  onlar 

tərəfindən  görünən  saysız-hesabsız  çiçəklərin  mükəmməl 

oxşarlığına heyran qalırlar və onların hər birində yarpaqları bir-

bir  sayırlar.  Beləliklə,  hər  hansı  bir  ümumi  əzəli  təbiət  qüvvəsi 

özünün  daxili  mahiyyətində  iradənin  daha  aşağı  pillədəki 

təcəssümündən  başqa  bir  şey  deyildir;  biz  hər  bir  belə  pilləni 

Platon mənasında əbədi ideya adlandırırıq. Təbiət qanunu isə – 

ideyanın  öz  təzahür  formasına  münasibətidir.  Bu,  forma  – 

zaman,  məkan  və  səbəbiyyətdir  ki,  bunlar  da  öz  aralarında 

zəruri və ayrılmaz əlaqədə və tənasübdədirlər. Zaman və məkan 

vasitəsilə  ideya  saysız-hesabsız  hadisələrlə  çoxalır;  onların 

çoxluq  formalarını  qəbul  etdiyi  nizam  isə  ciddi  olaraq 

səbəbiyyət  qanunu  ilə  müəyyənləşir:  o,  müxtəlif  ideyaların 

təzahürlərinin bir-birindən ayrılması üçün sanki o normanı təşkil 

edir  ki,  məkan,  zaman  və  materiya  onlar  arasında  bu  normaya 

uyğun  olaraq    bölünür.  Verilmiş  forma  buna  görə  də  mövcud 

olan bütün materiyanın eyniyyətinə zəruri olaraq şamil edilir və 

materiya  bütün  bu  müxtəlif  hadisələrin  ümumi  substratı  kimi 

çıxış edir. Əgər onların hamısına, onların öz aralarında bölüşməli 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

olduqları  bir  ümumi  materiya  göstərilməsəydi,  onda  onların 



iddialarını  müəyyənləşdirən  belə  bir  qanuna  ehtiyac  olmazdı: 

onlar  hamısı  birlikdə  və  bir-birinin  yanında  sonsuz  zamanın 

axınında  sonsuz  məkanı  doldura  bilərdilər.  Deməli,  yalnız  ona 

görə  ki,  əbədi  ideyaların  bütün  bu  təzahürlərinə  eyni  bir 

materiya  göstərilmişdir,  onların  baş  verməsinin  və  fəaliyyətini 

dayandırmasının  qanunu  da  mövcud  olmalıdır,  başqa  cür  heç 

biri  öz yerini başqasına verməzdi. Beləliklə, səbəbiyyət qanunu 

mahiyyəti etibarı ilə substansiyanın daimiliyi qanunu ilə bağlıdır: 

onlar yalnız bir-birindən qarşılıqlı  məna kəsb edirlər, məkan və 

zaman da onlara qarşı elə həmin münasibətdədir. Zira məkan – 

eyni materiyada əks təyinlərin xalis imkanıdır. Elə buna görə də, 

əvvəlki  kitabda  biz  materiyaya  zamanın  və  məkanın 

birləşdirilməsi 

kimi 


tərif 

vermişik; 

bu 

birləşdirilmə 



substansiyanın  saxlanılması  zamanı  aksidensiyaların  bir-birini 

əvəz  etməsində  təzahür  olunur,  bunun  ümumi  imkanını  isə 

məhz səbəbiyyət və ya təşəkkül, oluşma verir. Elə buna görə də, 

biz həmçinin demişdik ki, materiya – bütövlükdə səbəbiyyətdir. 

Biz  dərrakəyə  səbəbiyyətin  subyektiv  korrelyatı  kimi  tərif 

vermişik və demişdik ki, materiya (yəni, bir təsəvvür kimi bütün 

dünya)  yalnız  dərrakə  üçün  mövcuddur  və  o,  onun  zəruri 

korrelyatı olaraq onun şərti, onun daşıyıcısıdır. Mən bu barədə 

burada  yalnız  onun  üçün  ötəri  deyirəm  ki,  birinci  kitabda  şərh 

olunanları  xatırladım.  Hər  iki  kitabın  tam  anlamı  üçün  onların 

daxili  əlaqəsini  nəzərdə  tutmaq  lazımdır,  zira  gerçək  dünyada 

onun  iki  tərəfi  kimi  ayrılmaz  bir  tərzdə  birləşən  o  iradə  və 

təsəvvürü ayrılıqda aydın bir şəkildə dərk etmək üçün mənim iki 

kitabımla  iki yerə bölünmüşdür.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

Ola  bilər,  nümunədə  onu  da  aydınlaşdırmaq  artıq 



olmayacaqdır  ki,  səbəbiyyət  qanunu  necə  yalnız  zamana  və 

məkana  və  onların  hər  ikisinin  birləşməsinə  –  materiyaya 

münasibətdə  mənaya  malikdir,  ona  görə  ki,  o,  təbiət 

qüvvələrinin 

təzahürlərinin 

materiyanı 

öz 

aralarında 



bölüşdükləri  sərhədləri  müəyyənləşdirir,  halbuki  təbiətin  əzəli 

qüvvələrinin  özləri  isə  özündə  şey  olaraq  əsas  qanununa  tabe 

olmayan  iradənin  bilavasitə  təcəssümləri  kimi  o  formaların 

xaricindədirlər ki, yalnız onların sahəsində hər hansı bir etioloji 

izah  qüvvəyə  və  mənaya  malikdir,  odur  ki,  o,  təbiətin  daxili 

mahiyyətini  heç  bir  vaxt  açıb  göstərə  bilməz.  Bu  məqsədlə 

mexanikanın  qanunlarına  uyğun  olaraq  qurulmuş  maşını 

təsəvvür edək. Dəmirdən düzəldilən ağırlıq daşları öz ağırlığı ilə 

hərəkətə  başlanğıc  verir;  mis  təkərlər  öz  ətaləti  ilə  müqavimət 

göstərir, linglər,  (açarqolları) öz keçirməzliyi ilə bir-birini itələyir 

və  yuxarı  qaldırır  və  i.a.  Burada  ağırlıq,  ətalət,  keçirməzlik  – 

əzəli, izah edilə bilməyən qüvvələrdir; mexanika yalnız o şərtləri 

göstərir  ki,    onlar  olduqda  bu  aşkara  çıxır,  təzahür  olunur  və 

müəyyən  materiya,  zaman  və  yer  üzərində hökmranlıq edirlər; 

mexanika  bunun  baş  verdiyi  üsulu  da  göstərir.  Amma  budur, 

məsələn,  güclü  maqnit

 

dəmir  çəki  daşlarına  təsir  göstərə  və 



ağırlığı  dəf  edə  bilər:  maşının  hərəkəti  dayanar  və  materiya 

dərhal təbiətin tamamilə başqa qüvvəsinin meydanına çevrilər, 

bu  qüvvənin  etioloji  izahı  da  həmçinin  onun  meydana 

çıxmasının şərtlərindən – maqnetizm qüvvəsindən savayı başqa 

heç  nə  vermir.  Və  ya  bu  maşının  dairələrini  sink  lövhələrin 

üzərinə  qoyaq  və  onların  arasına  oksidləşmiş  maye  buraxaq: 

maşının  materiyası  dərhal  başqa  əzəli  qüvvəyə  –  qalvanizmə 

tabe  olacaqdır,  həmin  bu  qüvvə  də  öz  təzahürləri  ilə  açılaraq 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

onun  üzərində  öz  qanunlarına  görə  hökm  etməyə 



başlayacaqdır; və etiologiya da sonuncular üçün  onların uyğun 

olaraq  baş  verdikləri  şəraitdən  və  qanunlardan  savayı  heç  nə 

göstərə  bilməz.  Bunun  ardınca  qeyd  etmək  olar  ki,  əgər  biz 

temperaturu  yüksəltsək,  və  buraya  xalis  oksigeni  buraxsaq, 

onda  bütün  maşın  yanacaqdır;  yəni  yenə  də  tamamilə  başqa 

təbiət  qüvvəsi,  kimyəvilik  verilmiş  zamanda,  verilmiş  yerdə 

materiya  üzərində  öz  olunmaz  hüquqlarını  bəyan  edir  və  bu 

onun  daxilində  iradənin  təcəssümünün  müəyyən  pilləsi,    bir 

ideya kimi təzahür olunur. Bundan sonra alınmış metal xəlitəsini 

turşu ilə birləşdirək və bu halda duz alınacaq, kristallar meydana 

çıxacaqdır:  bu,  başqa  bir  ideyanın  təzahürüdür,  o  ideyanın  ki, 

onun  özü  yenə  də  tamamilə  qətiyyən  izaha  gələn  deyildir, 

halbuki,  onun  təzahürü  şəraitdən  asılı  olaraq  baş  vermişdir, 

etiologiya  bu  şəraiti  də  göstərə  bilər.  Kristallar  aşınır,  başqa 

maddələrlə  qarışır,  onlardan  isə  nəbatat  –  iradənin  yeni 

təzahürü yüksəlir.  

Və  bu  qərarlaşmış  qalan  materiyanı  sonsuzluğa  kimi 

izləmək  və  müşahidə  etmək  olardı  ki,  təbiətin  gah  bu,  gah  da 

digər qüvvəsi onun üzərində ixtiyar əldə edir və qaçılmaz olaraq 

ona  sahib  olur  ki,  irəli  çıxsın  və  öz  varlığını  göstərsin.  Bu 

hüququn həyata keçməsini, onun zamanda və məkanda keçərli 

olduğu  nöqtəni  səbəbiyyət  qanunu  verir,  amma  hər  halda  ona 

əsaslanan izah yalnız bu hədlərə qədər gəlib çatır. Qüvvənin özü 

iradənin  təzahürüdür  və  o  özlüyündə  əsas  qanununun 

formalarına tabe deyildir, yəni əsasdan məhrum olandır. O hər 

hansı bir zamanın xaricindədir, hər yerdədir və dəyişməz olaraq 

o şəraiti gözləyir ki, irəli çıxa, müəyyən materiya üzərində buna 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

qədər  hökmranlıq  edən  başqa  qüvvələri  sıxışdıraraq  ona  sahib 



ola  bilsin.  Hər  hansı  bir  zaman  yalnız  onun  təzahürü  üçün 

mövcuddur, onun özü üçün isə, kimyəvi qüvvələr zaman heç bir 

əhəmiyyətə malik deyildir: bütöv minilliklər ərzində materiyanın 

daxilindəki  reagentlərə  toxunma  onları  azad  edincəyə  qədər 

mürgüləyir və onlar bu zaman təzahür olunurlar; amma zaman 

qüvvələrin özləri üçün deyil, yalnız bu təzahür üçün mövcuddur. 

Qalvanizm  minilliklər  ərzində  misdə  və  sinkdə  mürgüləyir  və 

onlar  rahatca  gümüşün  yanında  yatırlar,  zəruri  şərait  olduqda  

isə  bütün  bu  üç  metal  bir-birinə  toxunacaq  və  labüd  olaraq 

alışacaqdır. Hətta üzvi aləmdə biz görürük ki, quru dən özünün 

mürgüləməkdə olan qüvvəsini necə qoruyub saxlayır, həmin bu 

qüvvə  də,  nəhayət,  əlverişli  şərait  olduğu  zaman  bitki  olaraq 

yüksəlir

*



                                                           

*

 16 sentyabr 1840-cı ildə cənab Pettiqru London Sitinin ədəbi və elmi 



İnstitutunda,  qədim  Misir  barədə  mühazirəsində  ser  Q.Vilkinsonun 

Fiva  sərdabələrinin  birində  tapdığı  buğda  dənələrini  nümayiş 

etdirmişdir,  bu  buğdalar,  yəqin  edilir  ki,  otuz  əsr  idi  ki,  burada 

qalmışdı. Onlar hermetik olaraq tıxanmış vazada tapılmışdı. Vilkinson 

on iki buğdanı əkmiş və beş fut hündürlüyündə bitki əldə etmişdi ki, 

onun da toxumu tamamilə yetişmişdi. ("Time" qəzetindən, 21 sentyabr 

1840-cı  il).  –  eynilə  bu  tərzdə  London  Tibb-təbabət  cəmiyyətində 

1830-cu ildə Holton Misir mumiyasının əlində tapılan kök yumrusunu 

nümayiş  etdirmişdir,  buraya  o,  ehtimal  ki,  dini  mülahizələr  üzündən 

qoyulmuşdu  və  burada  ən  azı  2000  il  qalmışdı.  Holton  onu  gül 

dibçəyində  əkmiş  və  orada  o,  dərhal böyümüş  və  yaşıllaşmışdır.  Bu, 

fakt,  haqqında  Medical  Journal  (1830)  və  Journal  of  the  Royal 



Institution  of  Great-Britain,  (oktyabr  1830,  səh.  196.)  jurnallarında 

xəbər verilir. Sonuncuda deyilir: "Londonda c-b Qrimstounun bağında 

indi o noxud sarmaşığı məhsul verir ki, onu c-b Pitteqru və Britaniya 

muzeyinin  məmurları  Misir  sarkofaqının  vazasından  çıxarmışdılar, 

burada  o,  2844  il  qalmışdı.»  ("Time"  16  avq.  1844).  Əhəngdaşında 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

Əgər  bu  düşüncələr  təbiət  qüvvəsi  ilə  onun  bütün 



təzahürləri arasındakı fərqi bizim üçün aydınlaşdırdısa, əgər bizə 

anlatdısa  ki,  bu,  təcəssümünün  müəyyən  pilləsində  iradənin 

özüdür,  çoxluq  məkan  və  zaman  sayəsində  yalnız  təzahürlərə 

xasdır  və  səbəbiyyət  qanunu  –  yalnız  ayrıca  hadisələr, 

təzahürlər 

üçün 


zamanda 

və 


məkanda 

yerin 


müəyyənləşdirilməsidir, onda biz Malbranşın təsadüfi səbəblər, 

causes  occasionelles  barədə  təliminin  tamamilə  düzgün 

olduğunu  və  dərin  məna  daşıdığını  başa  düşərik

8

.  "Həqiqətin 



axtarışları"nda,  xüsusən  altıncı  kitabın  ikinci  hissəsinin  üçüncü 

fəslində  və  bu  fəslə  aid  olan  əlavələrdə  –  "İzahlarda"  -  şərh 

olunduğu  kimi  bu  təlimi  mənim  indiki  izahlarımla  müqayisə 

etməyə  və  orada  fikirlərin  istiqamətinin  bütün  fərqliliyinə 

baxmayaraq, hər iki nəzəriyyənin tam üst-üstə düşməsinə əmin 

olmağa  çox  dəyərdi.  Mən  qeyri-ixtiyari  olaraq  təəccüblənirəm 

ki,  bütövlükdə  onun  dövrünün  ona  zorla  aşıladığı  pozitiv 

ehkamların  hakimiyyəti  altında  olan  və  onun  məngənəsində 

əzab  çəkən  Malbranş  həqiqəti  bu  qədər  uğur  və  düzgünlüklə 

necə əldə etmişdir və onu bu ehkamlarla, ən azı, onların dili ilə 

necə birləşdirmişdir.  

Bəli,  həqiqətin  qüvvəsi  ehtimal  ağlagəlməz  dərəcədə 

böyük və gözlənilməz dərəcədə inadcıldır.  Onun izlərini biz bir 

çox  hallarda  müxtəlif  zamanların  və  xalqların  bütün,  hətta  ən 

əcaib  və  cəfəng  ehkamlarında  tapırıq,  doğrudur,  belə  qəribə 

cəmiyyətdə,  o,  təəccüblü  qarışıqlıq  içərisində  olsa  da,  onu  hər 

                                                                                                                             

tapılmış  canlı  qurbağalar  da  güman  etməyə  imkan  verir  ki,  əgər 

sonuncu  qış  yuxusundan  irəli  gəlirsə  və  xüsusi  şərtlər  gözlınilirsə, 

hətta heyvani həyat belə bütöv minilliklər ərzində ləngiməyə qadirdir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

halda tanımaq olur.  Belə halda o, sanki bir bitkiyə bənzəyir ki, 



bu,  böyük  daşların  altında  cücərir,  amma  hər  halda  gərginlik 

içərisində işığa doğru can atır, dolayı da olsa, korlanmış da olsa, 

zəifləmiş,  solmuş  olsa  da  özünə  yol  açır,  bəzən  parlayır,  bəzən 

sönür, – amma hər halda işığa doğru gedir.  

Malbranş,  əlbəttə,  haqlıdır:  hər  hansı  bir  təbii  səbəb  – 

təsadüfi  səbəbdir,  o,  yalnız  təsadüfü  verir,  vahid  və  bölünməz 

iradənin  təzahürü  üçün  bəhanə  verir,  o  vahid  və  bölünməz 

iradə    üçün  ki,  "özlündə"  bütün  şeylər  odur  və  bütün  bu 

görünən  dünya  onun  təcəssümünün  pillələridir.  Yalnız  verilmiş 

yerdə və verilmiş zaman baş vermə, aşkarlanma səbəbdən irəli 

gəlir  və  bu  mənada  ondan  asılıdır,  amma  bütövlükdə 

təzahür,hadisə onun daxili məğzi  ondan doğmur və ondan asılı 

deyildir:  sonuncu  –  iradənin  özüdür  ki,  ona  da  əsas  qanunu 

tətbiq  oluna  bilməz  və  o,  elə  buna  görə  də,  əsasdan  məhrum 

olandır. Dünyada heç bir şey şərtsiz olaraq və ümumiyyətlə, öz 

mövcudluq səbəbinə malik deyildir, yalnız o səbəbə malikdir ki, 

o,  nədən  məhz  indi  və  nədən  məhz  buradadır.  Niyə  daş  gah 

ağırlığı,  gah  ətaləti,  gah  elektriki,  gah  kimyəvi  xassəni  aşkara 

çıxarır,  bu,  səbəblərdən,  xarici  təsirlərdən  asılıdır  və  onlardan 

çıxış  edilərək  izah  oluna  bilər;  amma  bu  xassələrin  özləri,  yəni 

daşın onlardan ibarət olan və deməli, bütün göstərilən üsullarla 

təzahür  olunan  bütün  mahiyyəti,  onun,  ümumiyyətlə,  necə 

varsa, elə olması və ümumiyyətlə mövcud olması,– əsasa malik 

deyildir,  bu,  əsasdan  məhrum  olan  iradənin  üzə  çıxmasıdır. 

Deməli, hər hansı  bir  səbəb təsadüfi  səbəbdir.  Şüursuz  təbiətə 

münasibətdə  biz  belə  bir  nəticəyə  gəlib  çıxdıq,  amma 

hadisələrin  vaqe  olma  məqamını  artıq  nə  səbəb,  nə  də 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

qıcıqlandırıcılar  deyil,  motivlər  müəyyənləşdirdiyi  yerdə,  yəni 



heyvanlarda  və  insanlarda  da  məsələ  eynilə  bu  cürdür.  Zira 

orada  olduğu  kimi,  burada  da,  öz  manifestasiya  dərəcələrində 

çox  müxtəlif  olan,  öz  hadisələrində,  təzahürlərində  çoxalan  və 

onlara münasibətdə əsas qanununa tabe olan, amma özlüyündə 

bütün  bunlardan  azad  olan  elə  həmin  iradə  təzahür  olunur. 

Motivlər  insanın  xarakterini,  onun  daxili  mənasını  və 

məzmununu  deyil,  yalnız  bu  xarakterin  təzahürünü,  yəni  onun 

əməllərini, onun həyat yolunun zahiri simasını müəyyənləşdirir; 

onun  daxili  mənası  və  məzmunu  isə  xarakterdən  doğulur,  bu 

isə,  iradənin  bilavasitə  təzahürüdür,  yəni  əsasdan  məhrum 

olandır. Nədən insanların biri zalım, başqası isə xeyirxahdır, bu, 

motivlərdən  və  xarici  təsirlərdən,  məsələn,  öyüdlərdən  və 

nəsihətlərdən asılı deyildir və bu mənada qəti olaraq izah oluna 

bilməyəndir.  Amma  zalım  öz  zalımlığını  onun  yaxın  ətrafında 

baş  verən  xırdaçı  yalançılıqda,  məkrli  əməllərdə  və  alçaq 

fırıldaqçılıqdamı aşkara çıxarır, yoxsa o, bir qəsbkar olaraq özgə 

xalqları  zülməmi  düçar  edir,  bütöv  dünyanı  dəhşətəmi  gətirir, 

milyonların  qanınımı  axıdır,  –  bu,  onun  təzahürünün  zahiri 

forması,  onun  mühüm  olmayan  hissəsidir  və  o,  talenin  ona 

göndərdiyi  şəraitdən,  ətraf  xarici  təsirlərdən,  motivlərdən 

asılıdır,  amma  onlardan  çıxış  edərək  onun  bu  motivlərə  tabe 

olduğunu  heç bir  vaxt  izah  etmək  olmaz,  o,  iradədən  çıxış  edir 

və bu insanda həmin iradənin təzahürüdür.  

Bu  barədə  dördüncü  kitabda  danışılacaqdır.  Xarakterin 

öz xassələrini inkişaf etdirdiyi üsul şüursuz təbiətin hər hansı bir 

cisminin  öz  xassələrini  necə  aşkara  çıxarmasına  tamamilə 

oxşardır. Su ona xas olan bütün xassələrlə su olaraq qalır, amma 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

 

o,  sakit  göldə  onun  sahilinimi  əks  etdirir  və  ya  köpüklənərək 



qayalaramı  çırpılır  və  ya,  süni  olaraq  istiqamətləndirilərək, 

yuxarıya,  yüksəkliyəmi  sıçradılır,–  bütün  bunlar  xarici 

səbəblərdən  asılıdır  və  onlardan  hər  hansı  biri  onun  üçün 

təbiidir;  şəraitdən  asılı  olaraq  o,  hər  bir  halda  öz  xarakterinə 

sadiq qalaraq və həmişə yalnız xarakterini aşkara çıxararaq hər 

bir  şeyə  eyni  dərəcədə  hazır  olmaqla  bu  və  ya  başqa  xassəni 

aşkara çıxarır. Eləcə də, hər bir insan xarakteri istənilən şəraitdə 

açılır;  amma  buradan  doğulan  hadisələr  verilmiş  şəraitə  uyğun 

olacaqdır.  

 

 




Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin