Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
344
formada tam ifadə olunan, ümumiyyətlə, insan ideyasını
bildirən obyektiv ifadədir. Amma gözəlliyin obyektiv tərəfi
burada nə qədər güclü bir tərzdə çıxış etsə də, subyektiv tərəf
hər halda onun dəyişməz yol yoldaşı olaraq qalır və məhz ona
görə ki, heç bir obyekt bizi son dərəcə gözəl insani obraz və
sima qədər sürətlə xalis estetik seyrə cəlb etmir, onu
gördüyümüz zaman ani olaraq dillə ifadə oluna bilməyən, bizə
əzab verən hər bir şeydən daha yüksəkliyə ucaldan misilsiz
sevinc bizi öz qoynuna alır; və bu, yalnız onun sayəsində
mümkündür ki, iradənin bu ən aşkar və ən xalis bir şəkildə dərk
oluna bilməsi bizdə xalis idrak vəziyyətini o qədər asanlıqla və o
qədər sürətlə meydana çıxarır ki, xalis estetik sevinc davam
etdikcə, bizim şəxsiyyətimiz, bizim daimi əzablarla müşayiət
olunan arzumuz bir o qədər sürətlə yox olur; elə buna görə də,
Höte belə demişdi: "İnsan gözəlliyini görə bilən kimsəyə heç bir
pis şey toxuna bilməz: o, özünü özü və dünya ilə harmoniyada
hiss edir"
20
.
Təbiətin gözəl insan siması yaratmağa necə müyəssər
olduğunu biz özümüz üçün belə izah etməliyik: iradə fərddə
yüksək pillədə obyektivləşərək, əlverişli şərait və öz məxsusi
qüvvəsi sayəsində bütün maneələri və iradənin aşağı
pillələrdəki təzahürlərinin ona göstərdiyi müqaviməti tamamilə
dəf edir, məsələn, o, öncə onların hamısına məxsus olan
materiyanı hökmən onlardan almalıdır. Bunun ardınca qeyd
etmək lazımdır ki, iradənin ali pillələrdəki təzahürü həmişə öz
formasına görə çoxcəhətlidir: ağac artıq - bitki liflərinin yalnız
sonsuz olaraq təkrarlanan sistematik aqreqatıdır; pillə nə qədər
yuxarıdadırsa, bu mürəkkəblik də bir o qədər artır və insan
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
345
bədəni tamamilə müxtəlif hissələrin ən ali dərəcədə mürəkkəb
sistemidir, bunlardan hər biri isə bütövə tabe olmasına
baxmayaraq, müstəqil həyata, vita propriaya malikdir; və
budur, bütün bu hissələrin etibarlı bir tərzdə tabe olması və öz
aralarında uzlaşdırılması üçün, onların harmonik olaraq bütövün
yaradılmasına çalışmalarından ötrü və heç nəyin ifrat ölgün,
sısqa olmamasından ötrü, – nəticəsi gözəllik olan bütün bu
nadir şərtlər ideal bir şəkildə döyülüb hazırlanmış tür
xarakteridir. Təbiətdə məsələnin qoyuluşu belədir. Amma
incəsənət özünü necə aparır? Deyirlər ki, təbiəti təqlid edir.
Amma onun uğurlu və təqlid olunmağa layiq yaratdığını
sənətkar hansı əlamətə görə tanıyır, dərk edir və əgər o gözəlliyi
artıq
təcrübəyə
qədər
bilmirsə,
onu
uğursuzcasına
yaradılmışların içərisindən necə tapacaqdır? Və bundan başqa,
məgər təbiət haçansa tamamilə gözəl olan bir insanı yaradıbmı?
Bu suala belə cavab verildi ki, sənətkar ayrıca insanlara
səpələnmiş gözəl cizgiləri yığmalı və onlardan bir gözəl bütöv
təşkil etlməlidir, – bu, yanlış və mənasız baxışdır. Zira bir daha
sual meydana çıxır: sənətkar necə bilə bilər ki, bu formalar
gözəldir, yoxsa, yox? Bəli, biz görürük ki, təbiətin təqlidi
sayəsində əski alman sənətkarları gözəllikdə necə də uğur
qazanmışlar. Elə təkcə onların çılpaq fiqurlarına baxın.
Gözəlliyin xalis a posteriori olaraq və müstəsna olaraq
təcrübi yolla tamam dərk olunması qətiyyən mümkün deyildir:
o, həmişə ən azı, qismən a prioridir. Baxmayaraq ki, əsas
qanununun bizə a priori olaraq məlum olan növlərinə nisbətən
tamamilə başqa xarakterə malikdir. Onlar özlüyündə təzahürün
ümumi formasına aiddirlər, çünki o, ümumiyyətlə, idrak
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
346
imkanını əsaslandırır, bütün təzahür olunanlar kimi istisna
tanımayan ümumiyə aiddir və bu idrakdan riyaziyyat və xalis
təbiətşünaslıq çıxır, halbuki, a priori olaraq idrakın gözəlliyin
təsvirini mümkün edən başqa növü kimi təzahürlərin formasına
deyil, məzmununa, təzahür olunanın necə olmasına deyil, nə
olmasına
aiddir.
Bizim
hamımızın
insani
gözəlliklə
qarşılaşdığımız zaman onu tanımağımız (əsl sənətkarda bu, elə
bir aydınlıqla baş verir ki, o, sanki onu heç bir vaxt görmədiyi
kimi göstərir, və öz təsvirində təbiəti belə üstələyir) –yalnız ona
görə mümkündür ki, ali pillədə adekvat təcəssümü burada
qiymətləndirilməli və tapılmalı olan iradə - biz özümüzük. Yalnız
buna görə də, biz həqiqətən təbiətin təsvir etməyə can
atdığının antisipasisiyasına malikik (məhz bu da, bizim öz
məxsusi mahiyyətimizi təşkil edən iradədir); bu antisipasiya
həqiqi dahidə elə bir bəsirətlə müşayiət olunur ki, o, ayrıca
şeydə onun ideyasını dərk edərək, təbiəti sanki yarımsözdən
başa düşür və haqqında onun yalnız kəkələməyə başladığını
aydın bir şəkildə ifadə edir: möhkəm mərmər üzərində o, forma
gözəlliyini elə həkk edir ki, bunu etmək minsaylı səylərinə
baxmayaraq təbiətə nəsib olmamışdır və bu gözəlliyi o, təbiətə
göstərir, sanki ona üz tutaraq deyir: "Sənin demək istədiyin,
bax, budur!" və bilicinin cavabı eşidilir: "Bəli, məhz budur!"
Dahi yunan yalnız bu yolla insan obrazının prototipini
tapmağı və onu heykəltəraşlıq məktəbinin əsas qanunu olaraq
müəyyənləşdirməyi bacarmışdı və yalnız belə bir antisipasiya
sayəsində bizim hamımız gözəlliyi o yerdə tanımaq
iqtidarındayıq ki, bu yerdə o, ayrı-ayrı hallarda təbiətə
həqiqətən də müyəssər olmuşdur. Bu, antisipasiya - idealdır; o,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
347
– ideyadır, çünki o, ən azı, onun yarısı a priori olaraq dərk
olunmuşdur, və təbiət tərəfindən a posteriori veriləni özü ilə
tamamlayaraq incəsənət üçün praktik ana çevirir. Sənətkar
tərəfindən gözəlliyin belə bir a priori olaraq antisipasiya imkanı,
eləcə də bilici tərəfindən onun a posteriori olaraq idrakı onunla
izah olunur ki, sənətkar və bilici özləri - təbiətin "özündə"
olanıdırlar, iradəni obyektivləşdirənidirlər. Zira, Empedoklun
dediyi kimi, oxşar olan yalnız oxşar olan tərəfindən dərk olunur:
yalnız təbiət öz-özünü anlaya bilər; yalnız təbiət öz-özünü dərk
edir, amma, həmçinin ruh da yalnız ruh tərəfindən qavranılır
*
.
Belə bir yanlış təsəvvür mövcuddur ki, (baxmayaraq ki, o
Ksenofonta görə Sokrat tərəfindən deyilmişdir. Stobaei Floril.,
vol. 2, r.384), guya yunanlar insan gözəlliyinin müəyyənləşmiş
idealını tamamilə empirik olaraq, ayrı-ayrı gözəl hissələrin
yanaşı qoyulması, burada dizin, orada isə əlin çılpaqlaşdırılması
və qeyd olunması yolu ilə tapmışlar, – bu təsəvvür poeziyaya
münasibətdə də tam analogiyaya malikdir; güman edirlər ki,
məsələn, Şekspir öz dramlarının sonsuz dərəcədə müxtəlif,
doğruyaoxşar, sınaqdan çıxarılmış və dərindən düşünülmüş
xarakterlərini görmüş və öz həyat təcrübəsində onları yenidən
canlandırmışdır. Belə bir fikrin mümkünsüz və cəfəng olmasını
*
Sonuncu cümlə – Helvetsinin il n'y a que l'esprit qui sente l'esprit
ifadəsinin tərcüməsidir, birinci nəşrdə bu barədə xatırlatmağı mən
lazım bilməmişdim. Amma o zamandan bəri, Hegelin yalançı
müdrikliyinin səfehləşdirici təsiri ucbatından bizim dövr elə tənəzzül
etmiş və o qədər kobudlaşmışdır ki, başqasının gözünə burada da "ruh
və təbiət" arasında əksliyə bir eyham görünə bilər; buna görə də mən
belə bir vulqar filosofelemolazin mənə şamil edilməsindən özümü qəti
olaraq kənarlaşdırmağa məcburam.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
348
sübut etməyə də ehtiyac yoxdur: aşkardır ki, dahinin öz təsviri
sənət əsərlərini ona öncədən görmə və gözəlliyə yalnız
qabaqcadan heyran olma yolu ilə yaratdığına oxşar olaraq,
poeziya əsərlərini də o, oxşar qaydada xarakterik olanı öncədən
görmə ilə yaradır; doğrudur, hər iki halda, onun elə bir sxem
kimi təcrübəyə ehtiyacı vardır ki, yalnız o, a priori olaraq
dumanlı dərk olunanı tam aydınlığa gətirib çıxara bilər ki,
düşünülmüş təsvir imkanı da elə bu cür alınır.
Biz insan gözəlliyinin yuxarıda iradənin ali pillədə dərk
oluna bilməsinin ən mükəmməl təcəssümü kimi təyin etmişik.
O, yalnız məkan daxilində yerləşən və zamana qarşı, məsələn,
hərəkətin malik olduğu zəruri münasibətə malik olmayan forma
ilə ifadə olunur. Buna görə də, biz belə deyə bilərik: iradənin
yalnız təkcə məkan təzahüründə adekvat təcəssümü – obyektiv
mənada gözəllikdir. Bitki iradənin məhz belə müstəsna olaraq
məkan təzahürü olmaqdan başqa bir şey deyildir, zira heç bir
hərəkət və deməli, heç bir zaman münasibəti (onun artımından
başqa) onun mahiyyətinin ifadə olunmasına məxsus deyildir:
bitkinin özünün görünüşü artıq onun bütün mahiyyətini ifadə
edir və onu açıq bir şəkildə göstərir. Halbuki, heyvanın və
insanın onlarda təzahür olunan iradənin tam aşkara çıxarılması
üçün daha bir sıra əməllərə ehtiyacları var, bunun da
nəticəsində həmin bu hadisə onlarda zamana qarşı bilavasitə
münasibət kəsb edir. Bütün bunlar əvvəlki kitabda artıq izah
olunmuşdur, amma bizim indiki düşüncələrimizlə aşağıdakı
qaydada bağlıdır. İradənin xalis məkan təzahürünün onu hər bir
verilmiş pillədə tamamilə və ya qismən obyektivləşdirə
bilməsinə oxşar olaraq (gözəlliyi və ya eybəcərliyi təşkil edən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
349
budur), həm də iradənin müvəqqəti təcəssümü, yəni əməl, özü
də bilavasitə əməl, yəni hərəkət onun daxilində təzahür olunan
iradəyə heç bir yad qatışıq olmadan, artıqlıq və çatışmazlıq
olmadan, hər dəfə yalnız verilmiş müəyyən iradə aktını ifadə
edərək tamamilə uyğun gələ bilər və ya əməl və onda təzahür
olunan iradə öz aralarında yanlış tənasübdə ola bilərlər. Birinci
halda hərəkət zərifliklə baş verir, sonuncu halda isə – ondan
məhrumdur. Və gözəlliyin ümumiyyətlə iradənin xalis məkan
təzahüründə onun uyğun təsviri olmasına oxşar olaraq, eləcə
də, zəriflik iradənin zaman təzahüründə onun uyğun və
mütənasib təsviridir, yəni hər hansı bir iradə aktının onu
obyektivləşdirən hərəkətdə və pozada tamamilə düzgün və
mütənasib ifadəsidir. Hərəkət və poza artıq bədəni nəzərdə
tutduqları üçün, Vinkelmanın sözləri çox doğru və dəqiqdir:
"Zəriflik, incəlik hərəkətdə edən şəxsin hərəkətə olan
özünəməxsus münasibətidir (Əsərləri, c.1, səh.258). Öz-
özlüyündə aydındır ki, bitkilərə gözəlliyi aid etmək olar,incəliyi
isə aid etmək mümkün deyildir, olsa-olsa bu yalnız məcazi
mənada olar; halbuki, heyvanlar və insanlar həm buna, həm də
digərinə malikdirlər: onlar həm gözəl, həm də zərifdirlər.
Deyilənlərə uyğun olaraq, zəriflik, incəlik ondan ibarətdir ki, hər
bir hərəkət və poza məqsədsiz, bihudəliyə keçən heç bir artıqlıq
və ya qeyri-təbiilik, yapma, süni hərəkət məhdudluğuna gətirib
çıxaran heç bir çatışmazlıq olmadan ən yüngül, mütənasib və
əlverişli üsulla yerinə yetirilmiş və buna görə də, öz təyinatını və
ya iradə aktını adekvat olaraq ifadə etmiş olsun. Zəriflik,
qəşənglik özünün şərti kimi bütün üzvlərin tam mütənasibliyini,
düzgün və harmonik bədən quruluşunu nəzərdə tutur, ona görə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
350
ki, bütün pozaların və hərəkətlərin tam yüngüllüyü və aşkar
məqsədəuyğunluğu yalnız bu zaman mümkündür; beləliklə,
zəriflik, qəşənglik heç bir vaxt müəyyən dərəcədə fiziki gözəllik
olmadan mümkün deyildir. Onların hər ikisi tamamilə və bir-biri
ilə birgə iradənin təcəssümünün ən yüksək pilləsində onun ən
aydın təzahürünü təşkil edir.
Bəşəriyyətin xüsusiyyəti, yuxarıda xatırlandığı kimi,
ondadır ki, onda növ, tür xarakteri fərdi xarakterdən ayrılmışdır,
və buna görə də, hər bir insan, əvvəlki kitabda dediyim kimi,
məlum dərəcədə tamamilə müstəqil bir ideyanı ifadə edir. Elə
buna görə də, məqsədi bəşəriyyətin ideyalarının təsviri olan
sənətlər üçün, növün,turun xarakteri olaraq gözəlliklə yanaşı
qarşıda həm də əsasən xarakter adını daşıyan fərdi xarakteri
ifadə etmək vəzifəsi dı durur; amma hər halda sonuncu da onlar
üçün fərdə onun müstəsnalığında xas olan nəsə təsadüfi olan
bir şey kimi deyil, bəşəriyyət ideyasının məhz bu fərddə xüsusi
olaraq çıxış edən tərəfi kimi mühümdür, fərdin təsviri onun
aşkara çıxarılmasına xidmət edir. Elə buna görə də, xarakter,
özlüyündə fərdi olmasına baxmayaraq, hər halda ideal olaraq
qavranılmalı və təsvir edilməlidir, yəni onun daxilində onun,
ümumiyyətlə, bəşəriyyət ideyası üçün əhəmiyyəti aşkara
çıxarılmalıdır (onun təcəssümünə o, özünəməxsus bir şəkildə
yardım göstərir); başqa cür olsa, təsvir portret olacaqdır,
özlüyündə xüsusinin bütün təsadüfi elementlərlə yenidən
yaradılması olacaqdır. Özü də, hətta elə portret də, Vinkelmanın
dediyi kimi, fərd idealını təqdim etməlidir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
351
Bu, ideal qavranılmalı olan, bəşəriyyət ideyasında xüsusi
tərəfin aşkara çıxarılmasına xidmət edən bu xarakter qismən
dəyişməz fizionomiyada və bədən quruluşunda, qismən də
keçici, ötəri affektlərdə və ehtiraslarda, dərk etmənin və
arzunun
bu
qarşılıqlı
modifikasiyasında
(şəklini
dəyişdirməsində) gözlə görünə bilən dərəcədə ifadə olunur,
bütün bunlar birlikdə isə sifətdə və hərəkətlərdə əks olunur.
Fərd həmişə bəşəriyyətə məxsus olduğundan, digər tərəfdənsə,
bəşəriyyət həmişə fərddə özü də və hətta sonuncuya xas olan
ideal əhəmiyyətliliklə aşkara çıxdığından, nə gözəllik xarakteri
əzib susdura bilir, nə də xarakter – gözəlliyi: zira növ
xarakterinin fərdi xarakter tərəfindən susdurulması karikatura
yaradır, fərdi xarakterin növ xarakteri tərəfindən susdurulması
isə nəsə əhəmiyyətsiz bir şey verir. Elə buna görə də, gözəlliyə
can atan təsvir (bununla əsasən heykəltəraşlıq məşğul olur) onu
(yəni, növ xarakterini) həmişə fərdi xarakterin köməyi ilə bir
qədər modifikasiya edir və onda həmişə müəyyən bir fərdi
obrazda bəşəriyyət ideyasını ifadə edir, hansısa xüsusi bir cəhəti
seçib qeyd etməklə; zira insan fərdi özlüyündə məlum dərəcədə
özvarlıqlı ideyanın ləyaqət möhürünü daşıyır, bəşəriyyət
ideyasının mühüm əlaməti isə ondan ibarətdir ki, o, öz ifadəsini
özvarlıqlı önəmlə malik fərdlərdə tapır. Elə buna görə də, qədim
müəlliflər öz əsərlərində onlar tərəfindən aydın bir şəkildə dərk
olunmuş gözəlliyi bir fiqurla deyil, müxtəlif xarakter daşıyan bir
çox fiqurlarla ifadə edirdilər, sanki bu gözəllik hər dəfə başqa
tərəfdən qavranılır və buna görə də, o, Apollonda Vakxa
nisbətən başqa cür, Herkulesdə fantinoya nisbətən başqa cür
təsvir olunmuşdur; bundan əlavə, xarakterik olan cəhət gözəlliyi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
352
sıxışdıra da bilər və nəhayət, hətta, məsələn, sərxoş Selenada,
Favnda və s. olduğu kimi eybəcərliyə də keçə bilər. Amma əgər
xarakterik olan cəhət növün xarakterinin susdurulmasına, yəni
qeyri-təbiliyə gəlib çatırsa, onda o, karikaturaya çevrilir.
Zəriflik gözəlliyə nisbətən daha az dərəcədə xarakterik
olanın müdaxiləsi ilə sıxıntılara məruz qala bilər: xarakterin
ifadə olunması hansı pozaları və hərəkətləri tələb edirsə-etsin,
onlar verilmiş şəxsə ən çox uyğun gələn bir tərzdə, ən
məqsədəuyğun və asan üsulla yerinə yetirilməlidir. Buna, yalnız
heykəltəraş və rəngkar deyil, hər hansı bir yaxşı aktyor da əməl
edəcəkdir, başqa cür olsa, burada bu karikatura – təhrif
olunmuş, şişirdilmiş obraz meydana çıxır.
Heykəltəraşlıqda gözəllik və zəriflik həmişə əsas rol
oynayırlar. Ruhun affektdə, ehtiraslarda, dərk etmənin və
arzunun yalnız sifətin ifadəsində və jestikulyasiyada təsvir oluna
bilən qarşılıqlı oyununda irəli gələn həqiqi xarakteri rəngkarlığın
üstünlük təşkil edən xüsusiyyətidir. Zira heykəltəraşlıq
sferasının xaricində qalan gözün və işığın gözəlliyə çox yardım
göstərməsinə baxmayaraq, onlar xarakter üçün daha da
mühümdürlər. Bunun ardınca qeyd etmək lazımdır ki, gözəllik
müxtəlif nöqteyi-nəzərlərdən seyr olunduğu zaman daha
dolğun bir şəkildə aşkara çıxır; əksinə, ifadə, xarakter isə bir
nöqteyi-nəzərdən də tamamilə dərkolunandır.
Gözəllik, görünür ki, heykəltəraşlığın əsas məqsədini
təşkil etdiyindən, Lessinq o faktı izah etməyə çalışmşdır ki,
Laokoon qışqırmır, amma qışqırığın gözəlliklə bir araya
sığmaması üzündən qışqırmır
21
. Bu predmetin Lessinqə xüsusi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
353
kitab üçün mövzu və ya, ən azı, çıxış nöqtəsi olaraq xidmət
etdiyini və onun barəsində Lessinqə qədər və Lessinqdən sonra
çox yazıldığını nəzərə alaraq, bu məsələ ilə bağlı mənim də
epizodik olaraq bir söz deməyim rəvadır, baxmayaraq ki, belə
bir xüsusi tədqiqat özlüyündə bizim yalnız ümumi məsələlərə
yönəmlik mülahizələrimizlə bağlı deyildir.
§ 46
Laokoonun o məşhur qrupda qışqırmaması aşkardır və
bu fakt qarşısında ümumi, daimi heyrət onunla izah olunur ki,
onun vəziyyətində bizim hamımız qışqırardıq; bəli, bunu təbiət
də tələb edir, belə ki, güclü fiziki ağrı və böyük fiziki qorxunun
qəfil tutması zamanı dinməz bir səbrə gətirə bilən bütün
refleksiya şüurdan tamamilə sıxışdırılıb çıxarılır və təbiət
qışqırıqla öz buxovlarını dağıdır, bununla da eyni zamanda
xilaskarı köməyə çağıraraq və hücum edəni qorxudaraq. ağrı və
qorxunu ifadə edir, artıq Vinkelman buna görə qışqıran
olmamasını, yoxluğunu sezmişdi; amma bu halda sənətkara
bəraət qazandırmağı arzu edərək, o, Laokoonu özlüyündə stoikə
çevirmişdi ki, o da, secundum naturam [təbiətə uyğun olaraq+
olaraq qışqırmağı özünə ar bilir və öz əzabına, həmçinin onun
ifadə olunmasından özünü saxlama səyini də qoşur, bu səy də
faydasızdır; Vinkelman buna görə də, Laokoonda "ağrı ilə
mübarizə aparan və öz əzablarının ifadəsini üzə çıxarmamağa və
boğmağa səy edən böyük insanın möhkəm ruhunu görür, o,
Vergilidə olduğu kimi ucadan fəryad etmir, amma ondan qopan
yalnız boğuq bir ahdır" və i.a. (Əsərləri, c. VII, səh. 98; eyni şey
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
354
təfsilatı ilə isə, c . VI, səh. 104 və növbəti səhifələr). Budur,
Lessinq Vinkelmanın bu fikrinə yuxarıda göstərilən düzəlişi
etməklə onu öz "Laokoon"unda tənqidə məruz qoymuşdur:
psixoloji izah əvəzinə o, xalis estetik izahı təklif etmişdir, yəni,
qədim incəsənətin gözəllik prinsipi qışqırtının ifadə olunmasına
yol vermir. Onun başqa, əlavə arqumenti, guya sənətin
hərəkətsiz təsvirində keçici, ötəri olanı öz təbiətinə görə
qısamüddətli halı təsvir etmək olmaması arqumenti
22
özünə əks
olan, gözəl fiqurlarla ifadə olunan yüzlərlə nümunəyə malikdir,
bu fiqurlar ötüb keçən hərəkətlərdə - rəqs edən, mübarizə
aparan , nəyisə tutduqları zaman - yaxalanmışlar. Bundan
başqa, Höte özünün Laokoon barədə, "Propiley"i açan
məqaləsində (səh. 8) belə bir keçici, ötəri anın seçimini hətta
birbaşa olaraq zəruri hesab edir. Bizim günlərdə Hirt (Hirt,
Horen, 1797, 10-cu məqalə) bütün hər bir şeyi ifadənin yüksək
reallığına müncər edərək məsələni belə həll etmişdir: Laokoon
ona görə qışqırmır ki, o, boğulduğu üçün ölümə yaxındır və artıq
qışqırmaq iqtidarında deyildir. Nəhayət, Fernov (Römische
Studien, c. I, səh. 426 və sonrakı səhifələr.), bu üç mövqeni
araşdıraraq və ölçüb-biçərək, özü yeni heç nə söyləməsə də,
bütün bü üç fikri yalnız birləşdirmiş və barışdırmışdır.
Mən təəccüblənməyə bilmirəm ki, belə dərin düşünən
və itiağıllı yazıçılar səbəbi tamamilə yaxında olan və xürafatsız
tədqiqatçıya dərhal görünən şeyi izah etmək üçün cidd- cəhdlə
uzaqdan yetərsiz əsasları çəkib gətirər, psixoloji, hətta fizioloji
arqumentlərdən möhkəm yapışırlar; mən xüsusən ona
təəccüblənirəm ki, düzgün izaha bu dərəcədə yaxınlaşan
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |