§ 39
Estetik həzz özlüyündə iradəyə əks olaraq xalis, əyani
idrakdan doğan heyranlıq olduğu üçün, bu həzzin subyektiv
momentini ön plana çəkən yuxarıdakı bütün bu düşüncələrə
ülvilik hissi adlandırılan əhval-ruhiyyənin bilavasitə olaraq
onlarla bağlı olan aşağıdakı izahı qovuşur.
Artıq yuxarıda qeyd olunmuşdur ki, xalis seyrə qərq
olmaq o zaman bütün hər şeydən daha asandır ki, bu zaman
predmetlər ona qarşı gəlir, yəni özlərinin müxtəlif və bununla
da, müəyyən və aydın formaları ilə asanlıqla öz ideyalarının
nümayəndələri olurlar, – obyektiv mənada gözəllik elə bundan
ibarətdir. Gözəl təbiət bu xassəyə əsasən malikdir və ona görə
hətta ən hissiyyatsız insana belə bir anlıq da olsa estetik həzz
verir. Diqqəti o da özünə cəlb edir ki, xüsusən bitki aləmi estetik
seyrə daha çox cəlb edir və sanki bunu özü istəyir; hətta belə
demək istəyirsən: bitkilərin bu cür həssaslığı onunla bağlıdır ki,
bu üzvi varlıqların özləri heyvani orqanizmlər kimi idrakın
*
II cildin 33-cü fəsli buraya aiddir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
312
bilavasitə obyekti kimi çıxış etmirlər, və buna görə də, kor arzu
dünyasından təsəvvür dünyasına keçmək üçün başqa bir başa
düşən fərdə ehtiyacları vardır; və onlar bilavasitə olaraq
məhrum olduqlarına heç olmasa dolayı yolla nail olmaqdan
ötrü belə bir keçid üçün sanki qəribsəyirlər. Özü də, mən
burada bu riskli və fantaziya həddində ola bilən fikri tamamilə
kənara qoyuram, zira təbiətin yalnız çox səmimi və
fədəkarcasına seyri onu oyada bilər və ya ona bəraət qazandıra
bilər
*
. Və budur, təbiətin bu həssaslığı, onun formalarının
görkəmliliyi və aydınlığı, bu formalarda,anlarda bizi məftun
edən fərdiləşmə ideyaları bizi hələ ki, iradəyə tabe olan
idrakdan, yalnız münasibətlərin idrakından estetik seyrə gətirir
və bununla da bizi idrakın iradəsiz subyektinə qədər yüksəldir, –
o vaxta qədər ki, bizə təsir edən şey gözəllik, bizdə oyanan isə
gözəllik hissi olur. Amma əgər önəmli obrazları bizi xalis seyrə
cəlb edən predmetlər ümumiyyətlə özünün obyektliyində –
insan bədənində ifadə olunduğu kimi insani iradəyə
düşməncəsinə münasibətdədirsə, onunla mübarizə aparırsa,
onu özünün dəfolunmaz üstünlüyü ilə hədələyirsə və ya özünün
ölçüyə gəlməz əzəməti ilə onu heç nə oluncaya qədər alçaldırsa
və əgər tamaşaçı bununla belə öz iradəsinin üstünə gələn
düşməncəsinə münasibətə diqqət yetirmirsə və onu
qavradığına və dərk etdiyinə baxmayaraq, ondan şüurlu olaraq
*
İndi məni o agahlıq daha çox sevindirir və heyrətə gətirir ki, mən bu
fikri çəkinərək və ehtiyatla söylədikdən 40 il keçdikdən sonra məlum
olur ki, müqəddəs Avqustin onu artıq söyləmişdir: "Bitkilər hisslərə
onların bu görünən dünyanı gözəlləşdirən müxtəlif formalarını
qavramaq imkanını verirlər, onlar bilə bilmədikləri üçün, sanki dərk
edilmiş olmaq istəyirlər" ("İlahi şəhər barədə " XI, 27).
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
313
üz
döndərirsə,
əgər
o
öz
iradəsindən
və
onun
münasibətlərindən zorakı olaraq əl çəkərək və özünü müstəsna
olaraq idrakın ixtiyarına buraxaraq, bir xalis iradəsiz subyekt
olaraq iradə üçün dəhşətli olan bu predmetləri sakit bir tərzdə
seyr edirsə, onların yalnız hər hansı bir münasibətə yad olan
ideyasını qavrayırsa və buna görə də, həvəslə onların seyrinə
dayanırsa və bununla da, özü, öz şəxsiyyəti, öz arzusu və hər
cür arzu üzərində yüksəlirsə – o zaman onun daxilini ülvilik hissi
doldurur, o, yüksəliş vəziyyətində olur və buna görə də, belə bir
vəziyyəti doğuran predmet də, həmçinin ülvi adlanır. Beləliklə,
ülvilik hissi gözəllik hissindən aşağıdakılarla fərqlənir: gözəllik
halında xalis idrak mübarizə olmadan üstünlük qazanır, ona
görə ki, obyektin gözəlliyi, yəni onun ideyasının dərk olunmasını
asanlaşdıran xassə müqavimət olmadan və buna görə də,
sezilmədən şüurdan iradəni və münasibətlərin ona xidmət
edən idrakını uzaqlaşdırır, bu şüuru idrakın xalis subyektinə
çevirir, belə halda iradədən, hətta xatirə belə qalmır; əksinə,
ülvilik halında xalis idrakın bu vəziyyəti yalnız bu obyektin
iradəyə əlverişsiz kimi tanınan münasibətlərindən şüurlu və
zorakı uzaqlaşma, iradə və ona aid olan idrak üzərində azad və
şüurlu yüksəliş yolu ilə əldə olunur. Bu yüksəlişə yalnız şüurlu
olaraq nail olmaq deyil, həm də onu əldən buraxmamaq
lazımdır və buna görə də, o, daimi olaraq iradə barədə xatirə ilə
müşayiət olunur, amma nədənsə qorxmaq və ya nəyisə
arzulamaq kimi xüsusi iradə, fərdi istək barədə deyil,
ümumiyyətlə insani iradə barədə, çünki o, özünün ümumi
ifadəsini öz obyektliliyində – insan bədənində - tapır. Elə ki,
yalnız iradənin real ayrıca aktı şüura gerçək şəxsi bəla və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
314
predmet tərəfdən təhlükə şəklində daxil olur və dərhal bununla
həyəcanlanmış olan fərdi iradə üstünlük qazanır, seyrin
sükunətini, rahatlığını qeyri-mümkün edir və ülvilik təəssüratı
öz yerini qorxuya verərək yox olur, qorxunun təsiri altında da
fərdin xilas olma meyli hər hansı bir başqa fikri sıxışdırıb aradan
çıxarır. Bir neçə nümunə estetik ülviliyin bu nəzəriyyəsini
aydınlaşdırmaqda və onu hər hansı bir şübhə xaricində
qoymaqda çox kömək edəcəkdir; bununla birgə onlar
göstərəcəklər ki, ülvilik hissinin dərəcələri nə qədər də
müxtəlifdir. Zira sonuncunun gözəllik hissi ilə əsas şeydə, yəni
xalis iradəsiz idrakda və onu qaçılmaz olaraq müşayiət edən,
əsas qanunu ilə müəyyənləşən hər cür münasibətlərin xaricində
dayanan ideyaların idrakında eyni olması, və ondan yalnız bir
əlavə anda, yəni, subyektin seyr edilən obyektin ümumiyyətlə
iradəyə qarşı dərk olunmuş düşmən münasibəti üzərində
yüksəlməsi ilə fərqlənməsi üzündən, bu əlavə anın qüvvə iləmi,
aydınlıqlamı, səbatlılıqlamı və yaxınlıqlamı, yoxsa zəifliklə,
uzaqlıqla
və
yalnız
təzəcə
fikirdə
tutulma
ilə
səciyyələnməsindən asılı olaraq ülviliyin bir çox dərəcələri və
gözəllik olandan ülvili olana bir çox keçidlər meydana çıxır. Mən
şərh məqsədi ilə öncə ülvilik təəssüratının bu keçidlərinin və
ümumiyyətlə,
daha
zəif
dərəcələrin
nümunələrinin
göstərilməsini daha əlverişli hesab edirəm, baxmayaraq ki,
estetik qavrama qabiliyyətlərinin ümumiyyətlə çox böyük
olmayan və fantaziyası o qədər də canlı olmayan kəslər bu
təəssüratın yalnız sonrakı, daha yüksək və daha aydın
dərəcələrinin nümunələrini başa düşəcəklər; qoy belə oxucular
yalnız onlara diqqət yetirsinlər, yuxarıda xatırlanan təəssüratın
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
315
xeyli zəif dərəcələrini əvvəlki nümunələrini isə kənara
qoysunlar.
İnsanın, eyni zamanda, həm arzunun ipə-sapa yatmayan
kor coşqusu (öz fokusu kimi genitaliyaların qütbü ilə
səciyyələnən) və həm də xalis idrakın əbədi, azad, işıqlı subyekti
(beynin qütbü ilə səciyyələnən) olduğu kimi, bu əksliyə uyğun
olaraq, günəş eyni zamanda həm işığın, həm idrakın ən
mükəmməl növünün şərti və ona görə də şeylərin içərisində ən
çox sevinc doğuranının mənbəyidir, həm də istiliyin, həyatın
birinci şərtinin, yəni iradənin yüksək pillələrdə hər cür
təzahürünün mənbəyidir. Elə buna görə də, o şey ki, iradə üçün
istilikdir, o, idrak üçün – işıqdır. Ona görə də, işıq - gözəllik
tacında ən böyük almazdır və hər bir gözəl şeyin dərk
olunmasına həlledici təsir göstərir: onun iştirakı, ümumiyyətlə,
vacib şərt kimi çıxış edir; onun uğurlu paylanması ən gözəl
olanın belə gözəlliyini gücləndirir. Amma o, xüsusən
arxitekturada gözəlliyin gücləndirilməsi üçün əlverişlidir; özü də,
o, hətta ən əhəmiyyətsiz predmeti belə gözəl edə bilər. Və
budur, sərt qışda, təbiətin ümumi donması zamanı biz görürük
ki, aşağıda dayanan, nəhəng daşlarda əks olunan günəşin
şüaları necə işıq saçır, amma qızdırmırlar, yəni iradə üçün deyil,
idrakın yalnız xalis növü üçün əlverişlidirlər, – işığın bu nəhəng
daşlarda gözəl oyununun bu mənzərəsi bizi xalis idrak
vəziyyətinə gətirir, eləcə də hər hansı bir digər gözəllik; amma
bu vəziyyət elə həmin şüalarla gətirilən istiliyin çatışmamasını,
yəni həyatverici başlanğıcın kifayət qədər olmamasını yüngülcə
xatırlatmaqla burada iradənin maraqları üzərində müəyyən
dərəcədə yüksəlməni tələb edir, hər cür arzudan uzaq olan və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
316
buna görə də, gözəllik hissindən ülvilik hissinə keçid kimi
təzahür olunan xalis idrakda qalmağa sakit çağırışı özündə
ehtiva edir. Bu, gözəllikdə ülviliyin ən zəif iştirakıdır – onun özü
burada yalnız o qədər də böyük olmayan dərəcədə çıxış edir.
Demək olar ki, elə bu cür zəif nümunə də – aşağıdakıdır.
Açıq üfüqdə olan elə xəlvət bir guşəyə çəkilək ki, burada
səmada bircə belə bulud olmasın, ağaclar və bitkilər tamamilə
hərəkətsiz olan havada uçsun, burada heyvanlar olmasın,
insanlar gözə görünməsin, sular dalğalanmasın, dərin sükut
hökm sürsün. Belə bir şəraiti sanki ciddiliyə, hər cür arzudan və
onun ehtiyaclarından uzaq olan seyrə səsləyir və artıq elə təkcə
bu, boş, issiz və son dərəcə dinc təbiətə ülvilik çaları verir. Zira
o, daimi canatma və nailiyyəti tələb edən iradə də, heç bir
obyekti, nə əlverişlisini, nə əlverişsiz olanı təklif etmir və buna
görə də, yalnız xalis seyrin sükunəti qalır; ona qabil olmayan
kəsi isə məşğul olmayan iradənin boşluğu, sıxıntı və öz
bivecliyindən doğulan xəcalət öz ağuşuna alır. Ətrafın bu xaliliyi,
boşluğu intellektual ləyaqətimizin ölçüsüdür, bunun üçün
ümumiyyətlə yaxşı meyar kimi bizim tənhalığa dözmək və
tənhalığı sevmək qabiliyyətimiz çıxış edir. Təsvir olunmuş şərait
ülviliyin zəif dərəcədə nümunəsini verir, ona görə ki, onda
sakitliyi və özünə yetərliliyində xalis idrak vəziyyətinə və özünə
kontrast olaraq daim boşuna çabalamağa ehtiyacı olan iradənin
asılılığı və kasadlığı barədə xatırlatma da qarışır. Bu, ülviliyin
məhz o növüdür ki, Şimali Amerikanın dərinliklərində sonsuz
preriyaların mənzərəsi onunla şöhrət tapır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
317
Amma indi təsəvvür edək ki, belə bir yer hətta
bitkilərdən belə məhrumdur və ətrafda yalnız çılpaq qayalar
görünür; o zaman bizim mövcudluğumuz üçün zəruri olan üzvi
bütün hər şeyin yoxluğu artıq bizim iradəmizi həyəcanla
doldurar və səhra dəhşətli xarakter alar; əhval-ruhiyyənin
faciəviliyi güclənər və xalis idraka yüksəlmək yalnız iradənin
mənafeyindən daha dərindən uzaqlaşma yolu ilə mümkün
olacaqdır və əgər xalis idrak vəziyyəti bizi bir müddət öz
ağuşuna alarsa, onda ülvilik hissi aşkar bir tərzdə təzahür
olunar.
Onu daha yüksək dərəcədə aşağıda göstərilən şərait
oyada bilər: təbiətin coşqun təlatümü; qorxunc, qara buludların
yaratdığı yarızülmət; böyük, çılpaq, bir-birinə sıxılaraq üfüqü
bağlayan sallanmış qayalar; köpüklənən, səsli-küylü sular; izsiz
səhra; dərələrdə əsən küləyin uğultusu. Bizim asılılığımız,
təbiətlə düşmənsayağı mübarizəmiz, onun tərəfindən
sındırılmış iradəmiz bizim qarşımızda indi aydın bir şəkildə çıxış
edir; amma hələ ki, şəxsi sıxıntı üstünlük əldə etmir və biz
estetik seyrdə qalırıq, o vaxta qədər estetik seyrdə qalırıq ki,
təbiətin bu mübarizəsi sınmış iradənin bu obrazı içərisindən
idrakın xalis subyekti boylanır və sakit bir tərzdə, təmkinlə,
laqeyd bir halda (unconcerned) o şeylərin ideyalarını dərk edir
ki, onlar iradə üçün dəhşətli və qorxuludur. Ülvilik hissi də elə
bu təzaddan ibarətdir.
Təəssürat o zaman daha güclü olur ki, bu zaman biz öz
qarşımızda təbiətin hiddətlənmiş qüvvələrinin irimiqyaslı
mübarizəsini görürük, bu zaman, təsvir olunmuş şəraitdə,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
318
yuxarıdan gələn axın öz gurultusu ilə bizi öz səsimizi eşitmək
imkanından məhrum edir; və ya o zaman ki biz fırtınadan
lərzəyə gələn ucsuz-bucaqsız dənizin kənarında, sahilində
dayanırıq: ev böyüklüyündə olan dalğalar yüksəlir və enir,
özünün bütün qüvvəsi ilə sıldırım, yalçın qayalara çırpılır və
köpüyü yüksəklərə qaldırır; tufan uğuldayır, dəniz nərildəyir,
qara buludlar ildırımın zərbələrindən işıq saçır, və şimşəyin
gurultusu tufanın və dənizin səsini boğur. O zaman bu
mənzərənin təmkinli tamaşaçısında onun şüurunun ikili təbiəti
özünün son dərəcə aydınlığına nail olur: o, özünü fərd olaraq,
iradənin fani təzahürü olaraq hiss edir, bu təzahür həmin
qüvvələrin kiçicik zərbəsi tapdanıb, əzilə bilər; o, özünü bu
qüdrətli təbiət qarşısında aciz görür, özünü onun ixtiyarında
təsadüfün hökmü altında olan, azman qüvvələr önündə yox
olan heç nə kimi hiss edir; və bununla birgə o, özünü idrakın
əbədi sakit subyekti kimi hiss edir, idrakın həmin bu əbədi sakit
subyekti isə obyektin şərti olaraq bütün bu dünyanın
daşıyıcısıdır və təbiətin dəhşətli mübarizəsi yalnız onun
təsəvvürüdür, onun özü isə ideyaların asudə qavrayışında
azaddır, hər hansı bir arzu və hər hansı bir ehtiyac ona yaddır.
Ülviliyin tam təəssüratı, bax, budur; onun üçün burada səbəb
kimi isə fərdi məhv olma ilə hədələyən və ondan ölçüyəgəlməz
dərəcədə üstün olan qüvvənin yaratdığı mənzərə çıxış edir.
Əgər məkan və zaman daxilində elə bir sadə əzəməti
təsəvvür etsək ki, onun ölçüyəgəlməzliyi qarşısında fərd heç
nədir, onda o, tamamilə başqa bir qaydada meydana çıxır. Biz
bu təəssüratın daxili mahiyyətinin şərhində Kantla tamamilə
fərqli mövqe tutmağımıza və burada nə əxlaqi refleksiyaların,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
319
nə də sxolastik fəlsəfənin hipostazlaşdırılmış mahiyyətlərinin
heç bir iştirakını qəbul etməməyimizə baxmayaraq, Kantın
terminlərini və onun düzgün təsnifatını saxlayaraq ülviliyin
birinci növünü dinamik ülvilik, ikinci növünü isə – riyazi ülvilik
adlandıra bilərik
15
.
Məkan və zaman daxilində sonsuz böyük dünya barədə
düşüncələrdə özümüzü itirəndə, keçmiş və bundan sonra
gələcək minilliklər barədə düşünəndə və ya gecənin səması
həqiqətən saysız-hesabsız dünyaları bizim gözlərimiz önünə
gətirəndə və beləliklə kainatın ölçüyəgəlməzliyi qeyri-iradi
olaraq bizim şüurumuza nüfuz edəndə, – o zaman biz özümüzü
heçlik qədər kiçik hiss edirik, hiss edirik ki, bir fərd, bir canlı
bədən, iradənin bir keçici, ötəri təzahürü olaraq sanki okeanda
bir damla kimi biz yox oluruq, boşluq içərisində əriyirik. Amma
eyni zamanda, bizim bu cür şəxsi heçnəliyimizin kabusuna, bu
doğru olmayana və imkansızlığa qarşı, şeyin bilavasitə dərki
yüksəlir ki, bütün bu dünyalar yalnız bizim təsəvvürümüzdə
mövcuddur, onlar – xalis idrakın əbədi subyektinin
modifikasiyalarıdır, o subyektin ki, fərdiliyimiz barədə unudan
kimi biz özümüzü onunla dərk edirik və o, bütün dünyaların və
bütün zamanların zəruri, şərtləndirici daşıyıcısıdır. Dünyanın
öncə bizi təşvişə salan nəhəngliyi indi bizim daxilimizdə uyuyur:
bizim ondan asılılığımız onun bizdən asılılığı tərəfindən məhv
edilir. Bütün bunlar, amma, dərhal bizim refleksiyanın
predmetinə çevrilmir, yalnız onun öncədən duyulması kimi
təzahür olunur ki, biz dünya ilə müəyyən mənada (yalnız fəlsəfə
tərəfindən izah olunan mənada) vahidik, və buna görə də, onun
ölçüyəgəlməzliyi bizi sıxıntılara məruz qoymur, əksinə, bizi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
320
yüksəldir. Bu, – şeyin öncədən duyulmasıdır ki, o vedaların
upanişadalarında
dəfələrlə
müxtəlif
formalarda
ifadə
olunmuşdur, artıq xatırladığımız kəlamda: "Mən məcmu halında
bütün bu yaradıqlaram, və, məndən savayı heç nə yoxdur"
(Oupnek'hat, c. 1, səh. 122). Bu, öz şəxsi fərdiliyi üzərində
yüksəlmə, ülvilik hissidir. Biz riyazi cəhətdən ülvi olanı artıq
hansısa bir məkan sayəsində tamamilə bilavasitə olaraq
qavrayırıq. Bu məkanın kainatla müqayisədə kiçik olmasına
baxmayaraq, bizim üçün onun bilavasitə müşahidə oluna
bilməsi öz böyüklüyünün hər üç ölçüsü ilə bizə təsir edir, bu
böyüklük bizim bədənimizin ölçülərini, demək olar
ki, sonsuz
dərəcədə kiçik göstərmək üçün kifayətdir. Qavrayış üçün heç nə
verməyən açıq məkan heç bir vaxt belə bir təsir göstərə bilməz:
o, bütün ölçülərdə məhdudiyyətlər sayəsində bilavasitə olaraq
qavranılmalıdır, – məsələn, Romanın Pyotr məbədində və ya
Londonun Pavel məbədində yüksək və böyük tağ-tavan,günbəz
belədir. Ülvilik hissi burada bizim bədənimizin o böyüklük
qarşısında yox olmaqda olan heçliyinin dərk olunmasından
doğulur ki, onun özü digər tərəfdən, yalnız bizim
təsəvvürümüzdə yatır və onun daşıyıcısı dərk edən subyekt
olaraq bizik; başqa sözlə, burada və hər yerdə, bu hiss bizim bir
fərd, iradənin bir təzahürü olaraq mənimizin əhəmiyyətsizliyi və
asılılığı ilə bizim özümüzü idrakın xalis subyekti olaraq dərk
etməyimiz arasındakı kontrast ucbatından meydana çıxır. Hətta
ulduzlu səma belə, əgər ona refleksiya olmadan baxılsa, yalnız
daş qibləyə oxşar şəkildə təsir göstərir və əsl böyüklük kimi
deyil, yalnız yaradan böyüklük kimi təsir göstərir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
321
Seyrimizin bəzi predmetləri ülvilik təəssüratını onunla
oyadırlar ki, həm onların məkanca böyüklüyü, həm də onların
çox əski qədimliyi, yəni zaman davamiyyəti sayəsində biz
özümüzü onlarla bir sırada heçlik olacaq dərəcədə kiçik hiss
edirik və buna baxmayaraq onların seyrinin bəxtiyarlığına qərq
oluruq; yüksək dağlar, Misir piramidaları, uzaq keçmişin nəhəng
xarabalıqları belədir.
Ülviliyin tərəfimizdən verilmiş izahı etik sahəyə, yəni,
xarakterin ülviliyi adlandırılana da tətbiq oluna bilər. Və o öz
mənbəyini ondan götürür ki, iradə onu oyada bilən
predmetlərlə oyanmır, amma onların da üzərində idrak
üstünlük əldə edir. Bu cür xarakterli insan insanlara xalis
obyektiv nöqteyi-nəzərdən baxacaqdır, onların onun iradəsinə
qarşı
malik
ola
biləcəkləri
münasibətlərə
görə
qiymətləndirməyəcəkdir; məsələn, o, onların nöqsanlarını,
hətta onların onun özünə qarşı nifrətlərini və haqsızlıqlarını da
görəcəkdir, amma buna cavab olaraq, onlara qarşı nifrətə sövq
etməyəcəkdir; o, paxıllıq hiss etmədən, onlara daha sıx
yaxınlaşmaq arzusu olmadan onların xoşbəxtliyinin şahidi
olacaqdır, onların yaxşı məziyyətlərini etiraf edəcəkdir. O, heç
bir şəhvət olmadan qadınların gözəlliyinə heyran olacaqdır.
Şəxsi xoşbəxtlik və ya bədbəxtlik onu güclü bir tərzdə narahat
etməyəcəkdir, – o, Hamlet Horatsio - onu təsvir etdiyi kimi qalır:
Sən əzabı görmüsən,
Əzab çəkdiyini göstərmədən
Sən bütün hər şeyə dözürsən və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |