Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə18/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

333 



qədər  gətirmək,  yəni  ağırlıq,  ilişmə,  ətalət,  bərklik  -  daşın 

ümumi  xassələridir,  bunlar  iradənin  ilkin,  ən  sadə,  ən  çox 

azaldılmış  görünən  təzahürləridir,  təbiətin  general-baslarıdır, 

sonra isə, onlarla yanaşı, bir çox münasibətlərdə onların əksliyi 

olan  işıq.  Hətta  iradənin  obyektliyinin  bu  dərin  pilləsində  belə 

biz  artıq  görürük  ki,  onun  mahiyyəti  çəkişmədə,  ixtilafda  ifadə 

olunur:  axı  əslində  ağırlıq  və  ətalət  arasındakı  mübarizə 

arxitektura sənətinin yeganə estetik materialını təşkil edir, onun 

vəzifəsi  –  ən  müxtəlif  üsullarla  bu  mübarizəni  tam  aydınlığı  ilə 

üzə çıxarmaqdır. O, onu onunla həll edir ki, bununla dəfedilməz 

qüvvələri  ödənilməyə  aparan  ən  qısa  yolu  bağlayır  və  onları 

dolayı  yolda  ləngidir,  bunun  da  nəticəsində  mübarizə  uzun 

müddətli  olur  və  qüvvələrin  tükənməyən  canatması  müxtəlif 

görünən, gözlə görünə bilən təzahürü alır.  

Tikilinin  öz  ilkin  meyllərinin  ixtiyarına  buraxılan  bütün 

kütləsi  sadəcə  olaraq  yer  kürəsi  ilə  son  dərəcə  möhkəm 

bağlanan    bir  yığın,  qalaq,  topa  olmuş  olardı,  ağırlıq  (verilmiş 

halda iradə onunla təzahür olunur) onu aramsız (o da həmçinin 

iradənin obyektliyidir) olaraq yer kürəsinə doğru çəkir və ətalət 

isə buna müqavimət göstərir. Amma memarlıq məhz bu meylin, 

bu  yönümün  bilavasitə  ödənilməsinə  yol  vermir  və  ona  yalnız 

vasitəli,  dolayı  yolda  ödənilmə    imkanı  saxlayır.  Belə  ki, 

məsələn,  tir  torpağa  yalnız  dirək  vasitəsilə  təzyiq  edə  bilər; 

tağtavan,  qübbə  özü  özünü    saxlamalıdır  və  yalnız  dayaqlar 

vasitəsilə o, özünün yer kütləsinə olan meylini ödəyə bilər və s. 

Amma  məhz  bu  məcburi  dolayı  yollarlda,  məhz  bu  sıxıntıların 

sayəsində  kobud  daş  kütləsinə  xas  olan  qüvvələr  bütün 

aydınlığında və çoxcəhətliliyində aşkara çıxır və memarlığın xalis 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

334 



estetik məqsədi bundan o tərəfə gedə bilməz. Elə buna görə də, 

tikilinin gözəlliyi insanın xarici, ixtiyari məqsədindən deyil (çünki 

bina  utilitar  arxitekturaya  aiddir),  hər  bir  hissənin  aşkar 

məqsədəuyğunluğundan  ibarətdir  və bilavasitə  olaraq bütövün 

dəstəklə  saxlanılması  üçündür,  odur  ki,  hər  hansı  bir  hissənin 

yerləşməsi,  böyüklüyü  və  forması  bütövlə  elə  bir  zəruri 

münasibətdə  olmalıdır  ki,  əgər  onun  hər  hansı  bir  hissəsi 

götürülsə,  o,  hökmən  uçmuş  olsun.  Zira  yalnız  o  zaman  ki,  hər 

bir  hissə  davam  gətirə  biləcəyi  qədər  davam  gətirir,  və  hər  bir 

hissə  özünə  dayağı  məhz  orada  və  məhz  belə  etməli  olduğu 

şəkildə tapır, – yalnız bu zaman ətalət ilə ağırlıq arasında həyatı 

təşkil edən o yarış, o mübarizə üzə çıxır, onlar özlüyündə daşın 

iradəsini təzahür etdirirlər və o zaman iradənin obyektliyinin bu 

son  dərəcə  dərin  pillələri  aydın  bir  şəkildə  aşkara  çıxar.  Eynilə 

bu  cür  göstərmək  olar  ki,  hər  bir  hissənin  forması  özbaşına 

olaraq  müəyyənləşməməlidir,  öz  təyinatına  və  bütövə 

münasibətinə  uyğun  olaraq  müəyyənləşməlidir.  Sütun  –ən 

sadə,  yalnız  dayağın  öz  təyinatı  ilə  müəyyənləşən  formasıdır; 

burulmuş  sütun  zövqsüzdür,  dördbucaqlı  dirək  isə  gerçəklikdə 

dəyirmi  sütuna  nisbətən  daha  az  sadədir,  baxmayaraq  ki, 

təsadüf  ucbatından  onu  ucaltmaq  da  daha  asandır.  Eynilə  bu 

cür          frizin,  tirlərin,  tağtavanın,  günbəzin  forması  tamamilə 

özlərinin  təyinatı  ilə  müəyyənləşir  və  bunun  da  sayəsində  öz-

özünə izah olunurlar. Kapitell bəzəkləri və s. arxitekturaya deyil, 

heykəltəraşlığa aiddir, arxitektura isə onları sadəcə olaraq əlavə 

bəzək kimi qəbul edir, amma onları tamamilə aradan qaldıra da 

bilərdi.  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

335 



Deyilənlərə uyğun olaraq, arxitektura əsərini anlamaq və 

ondan  estetik  zövq  almaq  üçün  onun  materiyasını  onun 

ağırlığında, 

onun 


ətalətində 

və 


onun 

tutuşmasında, 

bəndlənməsində bilavasitə  və əyani olaraq bilmək zəruridir və 

əgər  biz  inşaat  materialı  olaraq  pemzanı  aşkar  etsəydik,  bizim 

belə bir əsərdən aldığımız zövq dərhal azalmış olardı, zira o, bizə 

o  zaman  nə  isə  bir  dekorasiya  kimi  görünərdi.  Onun  daşdan 

olduğunu  nəzərdə  tutduğumuz  halda,  onun  ağacdan  olması 

barədə  xəbər  də  bizə  demək  olar  ki,  belə  təsir  göstərərdi:  bu, 

ətalət  və  ağırlıq  arasındakı  münasibəti  və  ona  görə  də  bütün 

hissələrin  əhəmiyyətini,  zəruriliyini  dəyişir  və  pozur,  belə  ki, 

ağacdan  hazırlanan  tikilidə  təbiətin  yuxarıda  xatırlanan 

qüvvələri  xeyli  zəif  təzahür  olunur.  Elə  buna  görə  də,  ağacın 

istənilən  formanı  qəbul  edə  bilməsinə  baxmayaraq,  ağacdan 

əslində bədii-arxitektura əsəri yaratmaq olmaz: bu, yalnız bizim 

nəzəriyyə ilə izah olunur. Amma əgər, nəhayət, bizə desəydilər 

ki, görünüşü bizə zövq verən tikili çəkisinə və tərkibinə görə son 

dərəcə  eyni  olmayan,  amma  adi  gözlə  ayırd  edilə  bilməyən 

tamamilə  müxtəlif  materiallardan  ibarətdir,  onda  bunun 

sayəsində,  bütün  bina  bizim  üçün  anlaşılmaz  bir  dildə  yazılmış 

şeir  qədər  dərk  edilməz  olmuş  olardı.  Bütün  bunlar  sübut  edir 

ki,  arxitektura  bizə  sadəcə    riyazi    deyil,  dinamik  olaraq  təsir 

göstərir və onun vasitəsilə bizimlə yalnız, sadəcə olaraq, forma 

və  simmetriya  deyil,  həm  də  təbiətin  yuxarıda  xatırlanan  əsas 

qüvvələri danışır, bunlar, ilkin ideyalardır, iradənin obyektliyinin 

aşağı pillələridir.  Binanın və onun hissələrinin mütənasibliyi, bir 

tərəfdən,  hər  bir  hissənin  bütövü  qoruyub  saxlamaq  üçün 

bilavasitə  məqsədəuyğun  olmasının  nəticəsi  kimi  təzahür 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

336 



olunur;  digər  tərəfdən,  o,  bütövün  müşahidə  olunmasını  və 

anlaşılmasını  asanlaşdırır;  və  nəhayət,  mütənasib  fiqurlar  

özlüyündə  məkanın  qanunauyğunluğunu  aşkara  çıxararaq 

gözəlliyə  yardım  göstərirlər.  Amma  bütün  bunlar  yalnız  ikinci 

dərəcəli  əhəmiyyətə  və  zərurətə  malikdirlər,  qətiyyən  əsas 

cəhəti  təşkil  etmirlər,  ona  görə  ki,  hətta  simmetriyanın 

lazımlılığı belə şərtsiz  deyildir, zira axı xarabalıqlar da gözəldir.  

Arxitektura  əsərləri  işığa  münasibətdə  tamamilə  xüsusi 

bir  vəziyyətdədirlər:  günəş  işığının  tam  parıltısında,  mavi 

səmanın fonunda onlar ikiqat gözəllik kəsb edirlər və ay işığında 

isə tamamilə başqa təəssürat yaradırlar. Elə buna görə də, gözəl 

arxitekturalı binanın ucaldılması zamanı həmişə işıq effektlərinə 

və şərqin harada olmasına xüsusi diqqət yetirirlər. Baxmayaraq 

ki,  bütün  bunlar  əsasən  ona  əsaslanmışdır  ki,  yalnız  parlaq  və 

güclü  işıqlandırma  bütün  hissələri  və  onların  qarşılıqlı 

münasibətlərini tam aşkara çıxarır, amma mən, bundan savayı, 

həm  də  düşünürəm  ki,  arxitektura  ağırlıq  və  ətalətlə  eyni 

zamanda  və  eyni  hüquqda  onlara  tamamilə  əks  olan  işığın 

mahiyyətini  də  aşkara  çıxarmağa  təyinatlıdır.  Məhz  işıq 

udularaq, ləngiyərək, böyük, qeyri-şəffaf, kəskin  haşiyələnən və 

çürbəcür  formalaşmış  kütlələrdə  əks  olunaraq,  bütün  bunlarla 

öz  təbiətini  və  xassələrini  onların  xalisliyində  və  aydınlığında, 

tamaşaçıya  böyük  həzz  verərək  üzə  çıxarır,  ona  görə  ki,  işıq  – 

idrakın  ən  mükəmməl  əyani  üsulunun  şərti  və  obyektiv 

korrelyatı kimi şeylərin ən çox fərəhli olanıdır. 

Memarlığın  aydın  seyrə  qədər  aparıb  çıxardığı  ideyalar 

iradənin  obyektliyinin  aşağı  pillələri  olduğundan  və  deməli,  bu 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

337 



sənətin  üzə  çıxardığının  obyektiv  əhəmiyyəti  müqayisə  ilə 

götürüldükdə  o  qədər  də  böyük  olmadığından,  onda  gözəl  və 

məharətlə  işıqlandırılmış  binanın  görüntüsü  zamanı  bizim 

aldığımız  estetik  həzz  ideyanın  qavranılmasından  daha  çox, 

onun  bu  qavrayışdan  ayrılmaz  olan  subyektiv  korrelyatındadır, 

yəni  o,  əsasən  ondan  ibarətdir  ki,  belə  bir  mənzərənin  seyr 

olunması zamanı  insan fərdə  xas olan,  iradəyə  xidmət  edən  və 

əsas qanununa əməl edən idrak üsulundan xilas olur və idrakın 

xalis,  iradəsiz  subyektinədək  yüksəlir;  başqa  sözlə,  estetik  həzz 

iradənin  hər  hansı  bir  əzabından  və  fərdilikdən  azad  edilmiş 

xalis  seyrdən  ibarətdir.  Bu  baxımdan  arxitekturanın  əksi  və 

sənətlər cərgəsində başqa qütbü dramdır,  dram ən əhəmiyyətli 

ideyalarını    idraka  verir,  buna  görə  də,  ondan  alınan  estetik 

həzzdə obyektiv tərəf həlledici üstünlük qazanır.  

Arxitektura  təsviri  sənətdən  və  poeziyadan  onunla 

fərqlənir ki, o, əksi, surəti, şəkli deyil, şeyin özünü verir, o, dərk 

edilmiş  ideyanı  onlar  kimi  təzədən  yaratmır  və  tamaşaçını 

sənətkarın  özünün  gözləri  ilə  təmin  etmir,  amma  burada 

sənətkar  yalnız  obyekti  tamaşaçıya  uyğunlaşdırır,  ideyanın 

qavranılmasını  onunla  asanlaşdırır  ki,  gerçək  fərdi  obyekti  öz 

mahiyyətini  aydın  və  tam  bir  şəkildə  açıb  göstərməyə  məcbur 

edir. 


 Arxitekturanın  yaradıqları  başqa  incəsənət  əsərlərinin 

əksinə olaraq çox nadir hallarda xalis estetik məqsədlərə qədər 

yüksəlir,  əksinə,  sonuncular başqa,  incəsənətə  yad  olan  utilitar 

məqsədlərə  tabe  olur.  Rəssam-arxitektorun  böyük  xidməti  də 

məhz  ondan  ibarətdir  ki,  onların  kənar  mülahizələrdən 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

338 



asılılığına baxmayaraq, hər halda xalis estetik məramları həyata 

keçirsin;  o,  buna  onunla  nail  olur  ki,  hansı  estetik-arxitektonik 

gözəlliyin  məbəd  üçün,  hansı  estetik-arxitektonik  gözəlliyin 

saray üçün, hansı estetik-arxitektonik gözəlliyin cəbbəxana üçün 

və  s.  uyğun  gəldiyini  və  yararlı  olduğunu  düzgün 

qiymətləndirərək,  ixtiyari  olaraq  verilmiş  məqsədlə  estetikliyi 

müxtəlif  tərzdə  və  bacarıqla  barışdırır.  Sərt  iqlim  faydalılığını, 

tələbatlarını,  tələblərini  nə  qədər  çox  gücləndirirsə,  onları  nə 

qədər  konkretliklə  müəyyənləşdirirsə  və  tətbiqini  vacib  bilirsə, 

bununla  da  arxitektura  gözəlliyə  daha  az  meydan  verir. 

Hindistanın,  Misirin,  Yunanıstanın  və  Romanın  yumşaq 

iqlimində  zərurətin  tələbləri  zəif  idi  və  bir  o  qədər  də  təkidli 

deyildi,  memarlıq  burada  özünün  estetik  məqsədlərinə  son 

dərəcə azad bir şəkildə can ata bilərdi. Şimal səması altında isə 

onlar  onun  üçün  güclü  bir  tərzdə  məhdudlaşmışdı:  o  yerdə  ki, 

hovular,  itiuclu  damlar  və  qüllələr  tələb  olunurdu,  arxitektura, 

öz məxsusi  gözəlliyini  yalnız  çox dar  sərhədlər  daxilində  inkişaf 

etdirmək  imkanına  malik  olaraq,  heykəltəraşlıqdan  daha  çox 

bəzək  əxz  etməyə  məcbur  idi,  bu  isə,  qotik  memarlığın 

nümunəsində görünür.  

Amma  əgər  arxitektura  bu  baxımdan,  zərurilik  və 

faydalılıq 

tələbləri 

üzündən 


böyük 

sıxıntılara 

məruz 

qalmalıdırsa,  onda,  digər  tərəfdən,  məhz  onlar  onun  üçün 



qüdrətli  dayaq  olarlar,  ona  görə  ki,  öz  yaradıqlarının  böyük 

ölçüləri  və  bahalı  olması  və  özünün  estetik  təsir  sferasının 

məhdudluğu  halında  o,  bir  incəsənət  olaraq  qətiyyən  özünü 

qoruyub  saxlaya  bilməzdi,  əgər  o,  eyni  zamanda,  faydalı  və 

zəruri sənət olaraq insanın əl işləri içərisində möhkəm və şərəfli 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

339 



yer tutmasaydı. Sonuncunun olmaması, yoxluğu məhz odur ki, o 

başqa  bir  sənəti  arxitektura  ilə  onun  sanki  bir  bacısı  olaraq  bir 

sıraya qoymağa mane olur, baxmayaraq ki, estetik cəhətdən o, 

ona  əslində  tamamilə  uyğun  gəlir:  mən  hidravlika  sənətini 

nəzərdə tuturam. Zira, ağırlığın ətalət ilə bağlanmış şəkildə üzə 

çıxdığı  yerdə  arxitekturanın  ağırlıq  ideyası  üçün  etdiyini, 

hidravlika  elə  həmin  ideya  üçün  o  yerdə  edir  ki,  burada  ona 

axıcılıq,  yəni  formasızlıq,  böyük  hərəkətlilik  və  şəffaflıq  birləşir. 

Köpüklərlə  və  gurultu  ilə  qayalardan  axan  şəlalə,  sakit  tozla 

səpələnən  kataraktlar,  fontanların  gözəl  sütunları  axıcı,  ağır 

materiya  ideyalarını  elə  aşkara  çıxarır  ki,  inert  materiya 

ideyalarını  arxitektura  yaradıqları  məhz  o  cür  inkişaf  etdirir. 

Utilitar hidravlikada sənət özünə ona görə heç bir dayaq tapmır, 

ki,  onların  məqsədləri  adətən,  bir  qayda  olaraq  öz  aralarında 

uzlaşmır,  və  onları  yalnız  istisna  hallarında  birləşdirmək 

mümkündür,  necə  ki,  biz  bunu  Romada  Trevi  fontanında 

görürük

*

.  



 

§ 44 


 Sənətlərin  yuxarıda  xatırlanan  hər  ikisi  iradənin 

obyektliyinin  aşağı  pillələri  üçün  nədirlərsə,  bitki  təbiətinin  ali 

pilləsi  üçün  o,  məlum  dərəcədə  park  sənətidir.  Yerin  landşaft 

gözəlliyi əksər hallarda təbiətin burada birləşən predmetlərinin 

müxtəlifliyinə  və  ona  əsaslanır  ki,  sonuncular  öz  aralarında 

aydın bir şəkildə mərzlənmiş, ayrılmışlar hər biri aşkar bir tərzdə 

                                                           

*

 II cildin 35-ci fəsli buraya aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

340 



ayrıca  çıxış  edir  və  hər  halda  nizamlı  əlaqəni  və  əvəzlənməni 

təqdim  edir.  Bu  iki  şərtin  köməyinə  park  sənəti gəlir;  amma  o, 

öz  materialı  üzərində  elə  bir  dərəcədə  hökmranlıq  etməkdən 

uzaqdır  ki,  bunu  memarlıq  öz  materialı  üzərində  edir  və  buna 

görə  də,  onun  təsiri  məhduddur.  Onun  göstərdiyi  gözəllik, 

demək  olar  ki,  bütövlükdə  təbiətə  məxsusdur,  onun  özü  isə, 

buraya az şey əlavə edir; digər tərəfdən,  əgər təbii şərait onun 

üçün əlverişsizdirsə, o, demək olar ki, gücsüzdür və o yerdə ki, 

təbiət ona kömək etmir, ona əks gedir, bu yerdə onun nəticələri 

əhəmiyyətsizdir.           

Bitki  aləminin  özü,  hər  yerdə  sənətin  köməyi  olmadan 

özünü  estetik  həzz  üçün  təklif  etdiyi  sənətin  obyekti  olduğu 

ölçüdə,  o,  başlıca  olaraq  landşaft  rəngkarlığına  aiddir. 

Sonuncunun  sahəsində  onunla  birlikdə  bütün  digər  şüursuz 

təbiət  yatır.  Natürmortlarda  və  sadəcə  olaraq  arxitekturanın, 

xarabalıqların, məbədin interyerlərinin və s. rəsmlərində estetik 

həzzin  subyektiv  tərəfi  üstünlük  təşkil  edir:  onların  bizdə 

oyatdıqları 

sevinc 

təsvir 


olunan 

ideyaların 

bilavasitə 

qavranılmasından  daha  çox,  bu  qavrayışın  subyektiv 

korrelyatından  –  xalis,  iradəsiz  idrakdan  -  ibarətdir;  zira,  eyni 

zamanda,  sənətkar  bizi  şeylərə  onun  gözləri  ilə  baxmağa 

məcbur etdiyi zaman, biz bununla birgə özümüz burada idrakla 

onlara  tam  qərq  olmaq  üçün  zəruri  olan  əks  olunmuş  duyğu, 

dərin  ruhi  rahatlıq  hissi    və  iradənin  tam  sükutu  ilə,  bu  cansız 

predmetlərə  nüfuz  edirik.  Biz  bütövlükdə  bu  predmetləri  elə 

həmin məhəbbətlə, yəni verilmiş halda elə həmin obyektivliklə 

qavrayırıq. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

341 



Əsl 

landşaft 

rəngkarlığının 

yaratdığı 

təəssürat, 

ümumiyyətlə,  götürüldükdə,  həmçinin  bu  növə  aiddir;  amma 

onun  daxilində  ifadə  olunan  ideyalar  iradənin  obyektliyinin 

daha  yüksək  pillələri  kimi  mənaca    daha  artıq  əhəmiyyətli 

olduğundan,    estetik  həzzin  obyektiv  tərəfi  burada  daha  güclü 

çıxış  edir  və  subyektiv  tərəfi  müvazinətə  gətirir.  Xalis  idrak 

özlüyündə  artıq  əsas  anı  təşkil  etmir:  dərk  edilmiş  ideya, 

iradənin  təcəssümünün  yüksək  pilləsində  təsəvvür  kimi  dünya 

da eyni qüvvə ilə təsir göstərir. 

 Daha  yüksək  pilləni  heyvanların  rəssamlıqda  və 

heykəltəraşlıqda  təsviri  üzə  çıxarır;  sonuncu  bizdə  antik 

dünyanın  qalıqlarında  xeyli  dərəcədə  saxlanılmışdır,  məsələn, 

Venesiyanın, Monte kavallonun tunc və mərmər atlarında, elcin 

relyeflərində,  həmçinin  də  Florensiyada;  orada  isə  –  antik 

qaban, ulayan canavarlar, bundan sonra – venesian arsenalının 

aslanları,  Vatikanda  isə,  –  əsasən  antik  dövrün  vəhşiləri  ilə 

doldurulmuş bütöv zal və s. vardır. Bu təsvirlərdə estetik həzzin 

obyektiv tərəfi subyektiv tərəf üzərində qəti üstünlük əldə edir. 

Doğrudur, burada da hər hansı bir estetik seyrdə olduğu kimi bu 

ideyaları  dərk  edən,  öz  iradəsini  ram  edən  subyektin  sakitliyi 

iştirak  edir,  amma  o,  hiss  olunmur,  ona  görə  hiss  olunmur  ki, 

təsvir  olunan  iradənin  vurnuxmaları  və  coşquları  bizi  məyus 

edir. Burada  gözlərimiz qarşısında həmin o iradə çıxış edir ki, o, 

bizim öz məxsusi mahiyyətimizi də təşkil edir və elə obrazlarda 

çıxış  edir  ki,  orada  onun  təzahürü  yumşaldılmır  və  ləngidilmir, 

bu  təzahürün  qarşısı  bizdə  olduğu  kimi  dərrakəviliklə

 

alınmır, 



amma  bunun  əvəzində  burada  o,  daha  kəskin  cizgilərlə  və 

riyakarlıq,  cildə  girmə  olmadan,  sadəlövhlüklə  və  açıq,  tam 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

342 



işıqlandırılmış  bir  şəkildə  (bizim  heyvanlara  marağımız  da 

əslində buna əsaslanır) o qədər əyani olaraq ifadə olunur ki, bu, 

qroteskə gedib çatır.  Növlərin xarakter əlamətləri bitki aləminin 

təsvirində  artıq  sezilir,  amma  onlar  yalnız  formalarda  aşkara 

çıxırlar;  burada  isə  onlar  daha  əhəmiyyətli  olur  və  yalnız  zahiri 

simada  deyil,  həm  də  əməllərdə,  pozada  və  jestlərdə  ifadə 

olunur,  baxmayaraq  ki,  bu,  hər  halda  fərdin  deyil,  növün 

xarakteridir.  

Bu  yüksək  pillələrin  idrakını  biz  rəngkarlıqda  özgə  bir 

vasitəçiliklə  əldə  edirik;  bitkilərin  xalis  seyri  və  azad,  təbii  və 

sakit  halda    heyvanların  müşahidə  olunması  yolu  ilə  biz  ona 

bilavasitə  olaraq  aid  olan  da  ola  bilərik.  Onların  müxtəlif, 

təəccüb  doğuran  formalarının,  onların  davranışının  və 

vərdişlərinin  obyektiv    nəzərdən  keçirilməsi  təbiətin  böyük 

kitabının ibrətamiz səhifəsini üzə çıxarır, həqiqi signature rerum 

*şeylərin  özünü  bəlirləməsinin+  sirrini  açır:

*

  biz  onun  daxilində 



iradənin aşkarlanmasının müxtəlif dərəcə və üsullarını görürük, 

bu iradə bütün varlıqlarda eyni olmaqla, hər bir yerdə eyni şeyi 

istəyir  ki,  bu  da,  son  dərəcə  müxtəlif  xarici  şəraitlərə 

uyğunlaşma  və  eyni  mövzuda  variasiyaların  oxşar  çoxluğuna 

kimi  çıxış  edən  sonsuz  dəyişikliklərdə  və  müxtəlif  formalarda 

                                                           

*

  Yakob  Böme  özünün  De  signature  renim  (fəsil.  1,  §  15,  16,  17) 



kitabında  deyir:  ―Təbiətdə  elə  bir  şey  yoxdur  ki,  o,  özünün  daxili 

obrazını  həmçinin  zahirdən  də  göstərməmiş  olsun:  zira  daxili  olan 

daimi  olaraq  açılıb  göstərilməyə  can  atır...  Hər  bir  şeyin  açılıb 

göstərilmək üçün öz dili vardır... və bu, təbiətin dilidir, hər hansı bir 

şey öz keyfiyyətindən çıxış edərək bu dildə danışır və  özünü həmişə 

açıb göstərir və ifadə edir... Zira hər bir şey öz anasını göstərir, anası 

isə, beləliklə cövhər və formanın qurulmasına iradə verir ―. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

343 



varlıq,həyat olaraq obyektivləşir. Əgər, amma bizə onların daxili 

mahiyyətinin açmasını müşahidəçi, həmçinin də refleksiya üçün 

vermək lazım idisə və özü də yalnız bir sözlə vermək lazım idisə, 

onda  bunun  üçün  o  sanskrit  düsturundan  istifadə  etmək  daha 

yaxşı olardı ki, ona hinduistlərin müqəddəs kitablarında tez-tez 

rast gəlinir və o, mahavakya, yəni böyük söz adını daşıyır: "Tat 



twam asi" belə deməkdir: “Bu yaşayan sənsən”.  

 

§ 45 



Nəhayət,  tarixi  rəngkarlığın  və  heykəltəraşlığın  böyük 

vəzifəsi - o ideyanı bilavasitə əyani olaraq təsəvvür etməkdir ki, 

iradə  burada  öz  təcəssümünün  ali  dərəcəsinə  nail  olur.  Estetik 

həzzin obyektiv tərəfi burada şərtsiz olaraq üstünlük təşkil edir, 

estetik həzzin subyektiv tərəfi isə arxa plana keçir. Qeyd etmək 

lazımdır  ki,  bu  sənətin  ən  yaxın,  daha  aşağı  pilləsində, 

heyvanların təsvirində xarakterik olan cəhət gözəlliklə tamamilə 

eynidir: ən çox xarakterik olan aslan, canavar, at, qoyun, öküz – 

hökmən  həm  də  ən  gözəl  olanıdır.  Bunun  səbəbi  isə  odur  ki, 

heyvanlarda  fərdi  xarakter  deyil,  yalnız  tür,  növ  xarakteri 

mövcuddur.  İnsanın  təsviri  zamanı  isə  tür,növ  xarakteri  fərdin 

xarakterindən  ayrılır:  birinci  gözəllik  adlanır  (xalis  obyektiv 

mənada), ikinci isə xarakter və ya ifadə adını saxlayır, və burada 

yeni  çətinlik  meydana  çıxır:  onların  hər  ikisini  eyni  fərddə 

mükəmməlliklə təsəvvür etmək çətinliyi.  

İnsan  gözəlliyi  –  iradənin  dərk  olunanlığının    ən  yüksək 

pilləsində  onun  ən  mükəmməl  təcəssümünü  seyr  edilən 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin