Dünya: iradə və təsəvvür kimi



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə13/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   9   10   11   12   13   14   15   16   ...   57
BİR TƏSƏVVÜR OLAN DÜNYA 

HAQQINDA 

 

 

 

İKİNCİ DÜŞÜNCƏ: 

ƏSAS QANUNUNDAN ASILI OLMAYAN TƏSƏVVÜR- 

PLATON İDEYASI: İNCƏSƏNƏTİN OBYEKTİ 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

259 



 

 





 



 





 





 




,  




 



 





 








 



 





 





 




 




 



,  




σ 



 





 





;  

        


 

(Yaranmayan, meydana çıxmayan,  

Həmişə var olan nədir,  

Həmişə yaranan və məhv olan,  

                        amma heç bir var olmayan nədir?)                                                                     

 

                                                         Platon

1

  

                               



 

 

 



 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

260 



 

 

 



 

 

§ 30 



Birinci  kitabda  biz  dünyanı  sadə  bir  təsəvvür,  subyekt 

üçün  obyekt  kimi  təsvir  etmişdik;  ikinci  kitabda  biz  onu  başqa 

tərəfdən nəzərdən keçirdik və gördük ki, o, iradədir, çünki məhz 

sonuncu  -  dünya  təsəvvürün  fövqündə  nədirsə  odur,  bax  belə 

buna  uyğun  olaraq,  biz  həm  bütövlükdə,  həm  də  hissələrində 

götürülən    təsəvvür  dünyanı  iradənin  obyektliyi    adlandırmışıq 

və  bu,  o  mənanı  verir  ki,  iradə  obyektə,  yəni  təsəvvürə 

dönmüşdür. Bundan sonra yada salaq ki, belə təcəssüm bir çox, 

amma  müəyyən  pillələrə  malikdir  ki,  onlar  üzrə  iradənin 

mahiyyəti ardıcıllıqla artan aydınlıqla və tamlıqla təsəvvürə daxil 

olur,  yəni  obyekt  olaraq  təsəvvür  olunur.  Bu  pillələrdə  biz  elə 

orada  da  artıq  Platonun  ideyalarını  tanımışıq,  çünki  məhz  bu 

pillələr təbiətin bütün, həm üzvi, həm də qeyri-üzvi cisimlərinin 

müəyyən şəkilləri və ya ilkin, dəyişməz formaları və xassələridir, 

həmçinin  də  təbiətin  qanunlarına  uyğun  olaraq  aşkara  çıxan 

ümumi qüvvələrdir. Beləliklə, bütün bu ideyalar saysız-hesabsız 

fərdlərdə  və  təfərrüatlarda  ifadə  olunur  və  onlara  ilkin 

obrazların  öz  təqlidlərinə  yanaşdıqları  kimi  münasibət 

göstərirlər.  Belə  fərdlərin  çoxluğu  yalnız  zaman  və  məkan 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

261 



sayəsində  təsəvvür  oluna  bilər,  onların  meydana  gəlməsi  və 

məhv  olması  isə  –  yalnız  səbəbiyyət  sayəsində  təsəvvür  oluna 

bilir və biz bütün bu formalarda yalnız əsas qanununun müxtəlif 

növlərini  görüb  tanımışıq,  əsas  qanunu  isə  hər  hansı  bir 

sonluluğun,  hər  hansı  bir  fərdiləşmənin  sonuncu  prinsipi  və 

təsəvvürün  ümumi  formasıdır,  çünki  o,  fərdin  özlüyündə 

idrakına daxil olur. İdeya isə bu prinsipin hökmü altında deyildir, 

elə buna görə də, nə çoxluq, nə də dəyişkənlik ona xas deyildir. 

Eyni  zamanda,  onun  ifadə  olunduğu  fərdlər  saysız-hesabsızdır, 

aramsız olaraq meydana çıxır və yox olurlar, o isə, dəyişməz və 

özünə  bərabər  olaraq  qalır  və  onun  üçün  əsas  qanunu  heç  bir 

əhəmiyyətə malik deyildir. Belə ki, bu qanun o formadır ki, onu 

subyektin hər hansı bir idrakı qəbul edir, o, bir fərd olaraq dərk 

etdiyindən, ideyalar özlüyündə fərdin idraki sferasının tamamilə 

xaricində  olmalıdır.  Elə  buna  görə  də,  əgər  ideyalar  idrakın 

obyekti  olmalıdırlarsa,  onda  bu,  yalnız  dərk  edən  obyektdə 

fərdiliyin  aradan  qaldırılması  zamanı  mümkündür.  Bizim 

qarşımızda  indi  bu  fikrin  daha  yaxından  və  daha  təfsilatlı  izahı 

ilə məşğul olmaq durur.  

 

§ 31 



Öncə, daha bir çox mühüm qeyd. Ümid edirəm ki, ikinci 

kitabda  mənə  aşağıdakıları  sübut  etmək  nəsib  olmuşdur:  Kant 

fəlsəfəsində özündə şey adlanan və onun bu qədər əhəmiyyətli, 

amma  tutqun  və  paradoksal  təlim  hesab  edilən  (xüsusən  də 

Kant  tərəfindən  daxil  edilən  üsul  sayəsində,  yəni,  – 

əsaslandırılmışdan  əsasa  aparan  nəticə  ilə)  fəlsəfəsinin  məhək 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

262 



daşı,  hətta  mən  deyirəm  ki,  onun  zəif  tərəfi,  -  əgər  ona 

tamamilə  başqa  yolla,  bizim  seçdiyimiz  yolla  yaxınlaşsaq  onda, 

bu 

anlayışın 



genişləndirilmiş 

və 


müəyyənləşdirdiyimiz 

sferasında.  o,  iradədən  başqa  bir  şey  olmayacaqdır,    Bunun 

ardınca ümid edirəm ki, bütün bu şərh olunanlardan sonra heç 

kəs  özlüyündə  dünyanı  təşkil  edən  bu  iradənin  təcəssümünün 

müəyyən  pillələrinin,  Platonun  yüzilliklər  ərzində  müxtəlif  cür 

köklənmiş  bir  çox  zəkanın    düşüncələrinin,  mübahisələrinin, 

gülüşünün  və  ehtiramının  predmeti  olmuş,  onun  təliminin  ən 

əsas,  amma,  eyni  zamanda,  həm  də  ən  tutqun  və  paradoksal 

ehkamı kimi tanınan əbədi ideyaların və ya dəyişməz formaların 

(ειδη) mövcudluğuna şübhə etməyəcəkdir. 

Əgər iradə bizim üçün özündə şeydirsə və ideya iradənin 

müəyyən pillədə bilavasitə obyektliyidirsə, onda biz görürük ki, 

Kantın  özündə  şeyi  və  Platon  üçün  οντωσ  ον  (həqiqi  varlıq) 

ideya,  –  Qərbin  iki  ən  böyük  mütəfəkkirinin  iki  böyük  tutqun 

paradoksu  bir-birilə  eyni  olmadıqlarına  baxmayaraq,  bir-biri  ilə 

öz  aralarında  çox  yaxın  münasibətdədir  və  yalnız  bir  təyinlə 

fərqlənirlər.  

Hər iki böyük paradoks – öz yaradıcılarının fərdiliklərinin 

son  dərəcə  fərqli  olması  ucbatından  bu  qədər  qeyri-oxşar 

səslənsələr  də,  məhz  özlərinin  bütün  daxili  uyğunluğunda  və 

yaxınlığında bir-birlərinin, hətta ən yaxşı qarşılıqlı şərhi kimi çıxış 

edirlər və eyni bir məqsədə gətirən iki tamamilə müxtəlif yolla 

oxşayırlar.  Bunu  bir  neçə  sözlə  aydınlaşdırmaq  mümkündür. 

Kantın  dedikləri,  mahiyyəti  etibarı  ilə  aşağıdakılara  aiddir: 

"Zaman, məkan və səbəbiyyət – özündə şeyin təyinləri deyildir, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

263 



yalnız onun hadisəsinə aiddirlər, zira onlar  idrakımızın forması 

olmaqdan başqa bir şey deyillər. Belə ki, hər hansı bir çoxluq və 

hər  hansı  bir  meydana  gəlmə  və  yox  olma  yalnız  zamanda, 

məkanda  və  səbəbiyyət  daxilində  mümkündür,  onda  buradan 

belə bir nəticə çıxır ki, onlar özündə şeyə deyil, yalnız hadisəyə 

xasdırlar.  Amma    idrakımız  göstərilən  formalarla  şərtlənmişdir; 

buna  görə  də  bütün  təcrübə  –  yalnız  hadisənin  dərk 

olunmasıdır,  özündə  şeyin  dərk  olunması  deyildir,  və,  deməli, 

onun  qanunları  özündə  şeyə  tətbiq  oluna  bilməzlər.  Deyilənlər 

hətta  bizim  öz  Mənimizi  də  əhatə  edir  və  biz  bunu  onun 

özülündə ola biləcəyi bir şey kimi deyil, yalnız hadisə kimi dərk 

edirik.  Budur,  Kantın  təliminin  mənası  və  məzmunu    nəzərdən 

keçirdiyimiz  -  münasibətdədir.  Platon  isə  deyir:  "hisslərimizin 

qavradığı bu dünyanın şeyləri əsla həqiqi varlığa  malik deyillər: 

onlar – həmişə təşəkkül tapmaqda olan, amma heç bir vaxt var 

olan  deyillər;  onlar  yalnız  nisbi  varlığa  malikdirlər  və  hamısı 

yalnız  qarşılıqlı  münasibətdə  və  onun  sayəsində  mövcuddur,  – 

buna  görə  də  bütün  bunları,  həmçinin  yoxluq  (olmama)  da 

adlandırmaq  mümkündür.  Onlar,  deməli,  əsl  biliyin  (επιοτημη) 

obyektləri deyillər, zira belə bir bilik yalnız o barədə ola bilər ki, 

o, özlüyündə və özü üçün və həmişə eyni qaydada mövcuddur: 

onlar – yalnız duyğudan doğulan rəyin obyektləridir (δοξα μετ´ 

αιουηςεωσ  αλογου).  Hələ  ki  biz  onların  qavrayışı  ilə 

məhdudlaşırıq,  biz  o  kəslərə  oxşayırıq  ki,  onlar  qaranlıq 

mağarada  oturmuşlar  və  elə  möhkəm  bağlıdırlar  ki,  hətta 

başlarını  belə  döndərə  bilmirlər  və  onların  arxasında  yanan 

odun  işığında  qarşıdakı  divarda  onlarla  odun  arasından  keçən 

gerçək  şeylərin  yalnız  siluetlərini  görürlər,  –  və  hətta  bir-birini 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

264 



və  özü  -özünü  hər  bir  kəs  yalnız  divarda  kölgə  kimi  görür. 

Onların  müdrikliyi  yalnız  bu  kölgələrin  əvəzlənməsinin 

təcrübədə dərk edilmiş öngörümündən ibarət ola bilər. Yalnız o, 

həqiqi  varlıq  (οντωσ  ον) adlandırıla  bilər,  zira  o, həmişə  vardır, 

amma heç bir vaxt təşəkküldə olmur və başqa bir  keçici deyildir 

bu–  siluetlərin  və  kölgələrin  ilkin  real  obrazları,  əbədi 

ideyalardır,  bütün  şeylərin  ilkin  formalarıdır.  Onlara  çoxluq  xas 

deyildir,  zira  onlardan  hər  biri  öz  mahiyyətinə  görə  yalnız 

vahiddir, onun özü ilkin obraz olduğundan, onun şəkilləri və ya 

kölgələri  onunla  eyniadlıdır,  eyni  qəbildən  olan  ayrıca,  ötəri 

şeylərdir. Onlara həmçinin meydana gəlmə və yox olma da xas 

deyildir,  zira  onlar  həqiqətən  var  olandır,  amma  onların  yoxa 

çıxan  şəkilləri  kimi  heç  bir  vaxt  təşəkküldə olan  və  keçici,  ötəri 

olan  deyildir,  (amma  bu  iki  mənfi  təyində,  müqəddimə  kimi  o, 

zəruri  olaraq  ehtiva  olunur  ki,  zaman,  məkan  və  səbəbiyyət 

ideyalar üçün heç bir əhəmiyyətə və qüvvəyə malik deyildir, və 

ideyalar  onlarda  mövcud  deyildir.  Buna  görə  də,    yalnız  onlara 

münasibətdə əsl bilik mövcuddur, belə ki, sonuncunun obyekti 

kimi  yalnız  o  çıxış  edə  bilər  ki,  o,  həmişə  və  bütün 

münasibətlərdə  (yəni,  özlüyündə)  mövcuddur,  nöqteyi-

nəzərdən  asılı  olaraq  həm  mövcud  olan,  həm  də  mövcud 

olmayansa onun obyekti kimi çıxış edə bilməz». Platonun təlimi 

belədir.  

O  da  aşkardır  və  sonrakı  izahatı  tələb  etmir  ki,  hər  iki 

nəzəriyyənin  daxili  mənası  tamamilə  eynidir,  onların  hər  ikisi 

görünən  dünyanı  özlüyündə  heç  nə  olan  və  mənasını  və  əxz 

edilmiş  reallığını  yalnız  onda  ifadə  olunandan  alan  (Kant  üçün 

bu – özündə şey, Platon üçün isə – ideyadır) bir təzahür hesab 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

265 



edirlər;  hər  iki  təlimin  mənasına  görə,  bu  ifadə  olunana, 

həqiqətən  var  olana  təzahürün,  hadisənin,  hətta  ən  ümumi  və 

əsas  formaları  tamamilə  yaddır.  Kant  bu  formaları  qəbul 

etməmək  üçün,  onları  bilavasitə  olaraq  abstrakt  terminlərə 

ehtiva  etdirmişdir  və  təzahürün  sadə  formaları  kimi  zamanda, 

məkan 


daxilində 

və 


səbəbiyyətdə 

özündə 

şeyin 

mövcudluğundan  birbaşa  olaraq  imtina  etmişdir;  Platon  isə  bu 

fikrin  ifrat  ifadəsinədək  yetməmiş  və  öz  ideyalarını  bu 

formalardan yalnız, dolayı şəkildə məhrum etmişdir, ideyalarda 

o  şeyi  inkar  etmişdir  ki,  o,  yalnız  belə  formaların  təsiri  ilə 

mümkündür,  yəni  eynicinslinin  çoxluğunu,  meydana  gəlmə  və 

yox  olmanı  inkar  etmişdir.  Baxmayaraq  ki,  bu,  artıqdır,  amma 

mən hər iki mütəfəkkirin diqqətəlayiq və mühüm uyğunluğunu 

daha  bir  nümunə  ilə  əyani  olaraq  izah  edəcəyəm.  Budur,  sizin 

qarşınızda  tam  həyat  fəaliyyətilə  aşıb-daşan  bir  heyvan 

dayanmışdır. Platon deyəcəkdir: “Bu heyvan – həqiqi yox, yalnız 

görünən  varlıqdır,  fasiləsiz  təşəkkülə,  nisbi  mövcudluğa 

malikdir,  bu  mövcudluğu  eyni  dərəcədə  həm  varlıq,  həm  də 

yoxluq  adlandırmaq  olar.  Həqiqi  varlıq  –  yalnız  ideyadır,  bu 

heyvanda  əks  olunan  ideya,  və  ya  özündə  heyvandır  ki,  (αετο 

υηριον) bu da heç nədən asılı deyildir və özlüyündə və özü üçün 

mövcuddur  (καυ’  εαυτο,  αει  ωσ  αυτωσ),  keçici  deyildir, 

mənşəyini  nədənsə  götürən  deyildir,  daimi  olaraq  eynidir  (αει 

ον, και μηδεποτε ουτε γιγνομενον, ουτε απολλυμευου *həmişə 

var olan və heç bir vaxt yaranan və məhv olan deyildir]); biz bu 

heyvanda onun ideyasını dərk etdiyimizə görə,  tamamilə fərqi 

yoxdur və vacib deyildir ki, indi bizim qarşımızda dayanan məhz 

bu  heyvandır,  yoxsa  onun  min  il  bundan  əvvəl  yaşamış 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

266 



əcdadıdırmı; fərqi yoxdur ki, o, buradamı mövcuddur və ya uzaq 

ölkədəmi, o, bizim qarşımızda belə və ya başqa cürmü, bu və ya 

başqa  vəziyyətdəmi  dayanmışdır  və  bu  və  ya  başqa  əməlimi 

törədir,  nəhayət,  o,  öz  türünün  məhz  bu,  yoxsa  hansısa  başqa 

bir  fərdidirmi:  bütün  bunlar  heç  nə  demək  deyildir  və  yalnız 

təzahürə aiddir, yalnız heyvan ideyası həqiqi varlığa malikdir və 

gerçək  idrakın  predmeti  kimi  çıxış  edir”.  Platon  belə  demiş 

olardı.  Kant  isə  təxminən  aşağıdakı  qaydada  ifadə  edərdi:  “Bu 

heyvan  –  zaman,  məkan  və  səbəbiyyət  daxilində  hadisə, 

təzahürdür,  onlar  məcmu  halda  bizim  idraki  qabiliyyətimizə 

qoyulmuş  təcrübə  imkanının  a  priori    şərtləridir,  özündə  şeyin 

tərifləri (təyinləri) deyildir; elə buna görə də, bu heyvan, biz onu 

verilmiş  zamanda,  verilmiş  yerdə,  təcrübənin  əlaqəsində 

meydana  çıxan  bir,  yəni  səbəblər  və  təsirlər  zəncirində  və 

qaçılmaz  olaraq  keçici,  ötəri  olan  bir  fərd  kimi  qavradığımız 

üçün, – özündə şey deyildir, yalnız bizim idrak üçün əhəmiyyətə 

malik  olan  hadisədir.  Bu  heyvanı  özlüyündə  olduğu  kimi,  yəni 

zaman,  məkan  və  səbəbiyyət  daxilində  yatan  təyinlərdən  asılı 

olmayaraq  dərk  etməkdən  ötrü,  idrakın  bizim  üçün  yeganə 

olaraq mümkün olan üsulu - hisslər və dərrakə vasitəsilə həyata 

keçirilən üsul deyil, başqa bir üsul zəruridir”. 

Kanta  məxsus  ifadəni  Platonsayağı  ifadəyə  daha  çox 

yaxınlaşdırmaq  üçün  belə  demək  olardı:  zaman,  məkan  və 

səbəbiyyət  –    intellektimizin  elə  quruluşudur  ki,  onun  təsiri 

üzündən  hansısa  qəbildən  olan  yalnız  bir  varlıq  bizə  eynicinsli, 

daimi olaraq yaranan yenidən və keçici, ötəri varlıqların sonsuz 

ardıcıllıqdakı  çoxluğu  kimi  təqdim  olunur.  Şeylərin  belə  bir 

quruluşun  köməyi  ilə  və  ona  uyğun  olaraq  qavranılması,  – 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

267 



immanent  qavrayışdır;  eyni  şey,  öz  şərtlənmiş  anlarının    dərk 

olunması  ilə  müşayiət  olunduqda  isə,  –  bu,  transsendental 

qavrayışdır. Sonuncu xalis zəkanın tənqidi vasitəsilə in abstracto 

olaraq  əldə  edilir;  amma  o,  istisna  olaraq,  həmçinin  intuitiv 

olaraq  da  meydana  gələ  bilər  (sonuncu  –  artıq  mənim 

əlavəmdir,  bunu  isə  mən  bu  üçüncü  kitabın  köməyi  ilə  izah 

etməyə çalışacağam.) 

Əgər bizdə Kantın təlimini haçansa həqiqətən anlamış və 

mənimsəmiş  olsaydılar,  əgər  Kantın  zamanından  başlayaraq 

Platonu  mənimsəsəydilər,  əgər  onlardan  birinin  texniki 

ifadələrilə  atışmaq  və  başqasının  üslubunu  parodiya  etmək 

əvəzinə,  hər  iki  müəllimin  nəzəriyyələrinin  daxili  mənasını  və 

məzmununu  dərindən  dəqiq  və  ciddi  düşünsəydilər,  onda, 

yəqin  ki,  çoxdan  görmüş  olardılar  ki, bu böyük müdriklərin hər 

ikisi  öz  aralarında  nə  qədər  də  bir-birinə  uyğundurlar,  – 

görərdilər  ki,  hər  iki  təlimin  həqiqi  mənası  və  son  məqsədi 

tamamilə  eynidir.  O  zaman  nəinki  Platonu  Leybnitslə  aramsız 

olaraq  müqayisə  etməkdən  əl  çəkərdilər,  Leybnitsdə  uyuyan 

onun  ruhu  deyildir,  və  ya  onu,  hətta  indi  sağ  olan  məşhur  bir 

cənabla


*

  (qədim  dünyanın  böyük  mütəfəkkirinin  kölgəsi 

üzərində  bir  istehza  kimi)  müqayisə  etməzdilər  və  

ümumiyyətlə, indi olduğundan daha irəli gedərdilər və ya, daha 

doğrusu, son qırx il ərzində baş verdiyi kimi belə bir biabırçılıqla 

geri çəkilməzdilər. O zaman gah bir, gah da digər boşboğaza izn 

verməzdilər  ki,  onları  ələ  salsın  və  belə  ləyaqətlə  özünü  bəyan 

                                                           

*

 F.Q.Yakobi. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

268 



edən  XIX  yüzillik  Almaniyada  Kantın  qəbri  üzərində  oynanılan 

fəlsəfi  məzhəkələrlə  açılmazdı  (qədim  insanlar  bunu  bəzən 

qohumlarını  dəfn  etdikləri  zaman  edərdilər)  ki,  bu  zaman  biz 

başqa  xalqlar  tərəfindən  haqlı  gülüşlərə  məruz  qalırdıq,  –  zira 

ciddi  və  hətta  ifrat  dərəcədə  ciddi,  zabitəli  almanlara  belə 

təlxəklik  qətiyyən  yaraşmır.  Amma  həqiqi  filosofların  əsl 

publikası  o  qədər  azsaylıdır  ki,  yüzilliklər,  hətta  anlayan 

şagirdləri  belə  onlara  yalnız  xəsisliklə  verir.  –  "Tirsonlular 

çoxdur,  vakxantlar  isə  azdır"

2

.  "Fəlsəfəni  ona  görə  lazımınca 



qiymətləndirmirlər ki, ona layiq olduğu kimi yanaşmırlar... Alçaq 

insanlar deyil, alicənab insanlar ona girişməlidirlər" (Platon)

3

. "



priori  təsəvvürlər,  seyrin  və  təfəkkürün  təcrübədən  asılı 

olmayaraq  dərk  edilə  bilən  formaları,  xalis  dərrakənin  əzəli 

anlayışları"  kimi  sözlərin  ardınca  qaçırdılar  və  Platon  ideyaları 

barədə  soruşurdular  (o  ideyalar  barədə  ki,  onlar  da,  həmçinin 

həqiqətən var olan şeylərin həyatdan daha öncə seyr olunması 

haqqında əzəli  anlayışlar  və  xatirələrdir),  –  soruşurdular  ki,  bu, 

seyrin və təfəkkürün bizim şüura a priori olaraq qoyulan Kantian 

formaları deyilmi? Bu iki tamamilə müxtəlifcinsli təlim – Kantın 

fərdin  idrakını  təzahürlərlə  məhdudlaşdıran  formalar  barədə 

təlimi  və  Platonun  dərk  olunması  belə  formaları  qəti  olaraq 

istisna  edən  ideyalar  haqqında  təlimi  –  verilmiş  mənada 

diametral  olaraq  əks  olan  iki  təlim  yalnız  öz  ifadələrində  bir 

qədər  oxşar  olduqları  üçün  öz  aralarında  diqqətlə  müqayisə 

olunmuşlar,  onlar  barəsində  məsləhətləşmişlər,  onların 

eyniyyəti  barədə  mübahisə  etmişlər  və  nəhayət,  anlamışlar  ki, 

onlar  hər  halda  eyni  deyillər  və  belə  bir  nəticəyə  gəlmişlər  ki, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

269 



Platonun  ideyalar  haqqında  təlimi  və  Kantın  zəka  haqqında 

təlimi ümumi heç nəyə malik deyillər

**



Amma bu barədə yetər.  



 

§ 32 


 Əvvəlki düşüncələrimizin nəticəsində aydınlaşdı ki, Kant 

və  Platon  arasında  bütün  daxili  vahidfikirliliyə  və  hər  ikisinin 

qarşısında duran məqsədin və ya onları filosofluq etməyə sövq 

edən və onları idarə edən dünyagörüşün eyniliyinə baxmayaraq, 

–  hər  halda  bizim  üçün  ideya  və  özündə  şey  tamamilə  eyni 

deyildir:  bizim  nöqteyi-nəzərdən,  ideya  –  özündə  şeyin  yalnız 

bilavasitə  və  buna  görə  də  adekvat  obyektliyidir;  sonuncu  isə 

iradədir,  –  iradə,  çünki  o,  hələ  ki  obyektləşməmiş,  hələ  ki, 

təsəvvürə  çevrilməmişdir.  Zira  özündə  şey,  Kanta  görə, 

özlüyündə idraka xas olan formalardan azad olmalıdır və bunda 

(mənim əlavədə göstərdiyim kimi) yalnız Kantın səhvini görmək 

lazımdır  ki,  o,  bu  formalara  bütün  başqalarından  daha  öncə 

subyekt  üçün  obyekt  olmadan  formasını  aid  etməmişdir, 

halbuki,  məhz  o,  hər  hansı  bir  hadisənin,  təzahürün  ilk  və  ən 

ümumi forması kimi çıxış edir; həmçinin Kant da özündə şeyə və 

obyekt  olmağa    qəti  surətdə  imkan  verlməməli  idi,  bu,  onu  

çoxdan nəzərə çarpan qeyri-ardıcıllıqdan qoruya bilərdi. Əksinə, 

Platonun  ideyası  –  hökmən  obyekt,  dərk  edilmiş  təsəvvürdür, 

                                                           

**

  Bax.  məsələn:  "Immanuel  Kant,  ein  Denkmal  von  Fr. 



Bouterweck", səh. 49 və Buhle, "Geschichte der Philosophic", c. 6, 

səh. 802-815 və 823. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

270 



məhz bununla və yalnız bununla o, özündə şeydən fərqlənir. O, 

təzahürün  yalnız  tabe  etdiyi  formalarını  öz  üzərindən  atmışdır, 

o formalarını ki, onları biz əsas qanunu altında başa düşürük və 

ya,  daha  dəqiq  deyilsə,  o,  hələ  ki,  onlara  daxil  olmamışdır; 

amma o, birinci və ən ümumi formanı – ümumiyyətlə, təsəvvür 

formasını, subyekt üçün obyekt olma formasını saxlamışdır. Ona 

tabe  olan  formalar  (onların  ümumi  ifadəsi  əsas  qanunudur),  – 

ideyanı ayrıca və keçici, ötəri fərdlərə bölən budur, onların sayı 

ideyaya  münasibətdə  tamamilə  fərqsizdir.  Əsas  qanunu, 

beləliklə,  o  yeni  forma  olaraq  çıxış  edir  ki,  ideya  subyektin  bir 

fərd  kimi  dərk  olunmasına  girişərkən  onu  qəbul  edir.  Əsas 

qanununa uyğun olaraq təzahür olunan ayrıca şey buna görə də 



özündə  şeyin  (yəni,  iradənin)  yalnız  vasitəli,  dolayı 

təcəssümüdür, bu ayrıca şey ilə özündə şey (iradə) arasında isə 

iradənin yeganə bilavasitə obyektliyi kimi hələ ki, ideya dayanır, 

ona  görə  ki,  o,  ümumiyyətlə,  təsəvvür  formasından,  yəni 

subyekt  üçün  obyekt  olmaqdan  savayı  idraka  özlüyündə  xas 

olan başqa bir forma qəbul etməmişdir. Elə buna görə də, yalnız 

ideya  iradənin  və  ya  özündə  şeyin  ola  bilsin  daha  adekvat 

obyektliyidir;  o,  hətta  bütün  özündə  şeydir,  amma  yalnız 

təsəvvür  formasında,  və  Platon  və  Kant  arasında  böyük 

vahidfikirlilik  də  elə  buna  əsaslanmışdır,  baxmayaraq  ki,  əgər 

ciddi  mühakimə  yürüdülsə,  onların  hər  ikisinin  bəhs  etdiyi  şey  

eyni  şey  deyildir.  Ayrıca  şeylər  isə  iradənin  tam  adekvat 

obyektliliyini  təşkil  etmir,  amma  bu  obyektlik  artıq  burada  o 

formalarla  tutqunlaşmışdır  ki,  onların  ümumi  ifadəsi  kimi  əsas 

qanunu  çıxış  edir,  –  amma  bu  formalar,  onun  fərd  üçün 

özlüyündə mümkün olduğu ölçüdə idrakın şərtini təşkil edir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

271 



Əgər  qeyri-mümkün  müqəddimədən  nəticə  çıxarmaq 

rəva bilinərsə, onda mən belə deyərdim: biz əslində artıq ayrıca 

şeyləri, 

hadisələri, 

dəyişikliyi, 

çoxluğu 


yox, 

xalis, 


tutqunlaşmamış  idrakda  yalnız  ideyaları,  vahid  iradənin 

təcəssümünün  yalnız  pillələrini  qavramış,  dərk  etmiş  olardıq, 

həqiqi  özündə  şeyi,  və  deməli,  bizim  dünya  bizim  üçün  Nunc 

stans  [  indi  qərar  tutmuş  olan+  olmalı  idi

4

,  –  əgər  biz  idrakın 



subyekti  olaraq,  eyni  zamanda,  fərd  olmasaydıq,  yəni  əgər  

intuisiyamız    bədənimizlə  vasitələnməsəydi.  O,  bədənimizin 

təəssüratlarından  çıxış  edir  və  onun  özü  yalnız  konkret  arzu, 

iradənin obyektliyidir, yəni obyektlər içərisində obyektdir və bu 

statusda  da  dərk  edən  şüura  yalnız  əsas  qanununun 

formalarında  daxil  ola  bilər  və  deməli,  zamanı  və  bu  qanunla 

ifadə olunan bütün başqa formaları artıq nəzərdə tutur və daxil 

edir. Zaman bölünmüş və parçalanmış şəkil olmaqdan başqa bir 

şey  deyildir,  fərdi  varlıq  üçün  ideyalar  onda  təzahür  olunur, 

onların özləri isə zaman xaricindədir və buna görə də əbədidir; 

elə  buna  görə  də,  Platon  deyir  ki,  zaman  –  əbədiyyətin 

mütəhərrik obrazıdır: αιωνοσ εικων κινητη ό χρονοσ.

*5

  

 




Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin