Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə7/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   2   3   4   5   6   7   8   9   10   ...   57

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

106 


qoyulmuş məqsəd və plana müvafiq eyni kimi dərk olunsun və 

düşünülsün:  bütün bunları  mühakimə  qabiliyyəti  törədir.  Onun 

çatışmazlığı-  məhdudluqdur.  Məhdud  insan  ya  müəyyən 

münasibətdə  eyniyyət  təşkil  edəndə  nəyin  qismən  və  ya  nisbi 

fərqini    dərk  etmir,  ya  da    nisbi    və  ya  qismən  fərqli  olandakı 

eyniyyəti  dərk  etmir.  Yeri  gəlmişkən,  mühakimə  qabiliyyətinin 

bu  izahına  onun  Kant  tərəfindən  reflektiv  və  təyinediciyə 

bölünməsini  tətbiq  etmək  olar,  ancaq  bir  şərtlə:  onun  aşkar 

obyektlərdən  anlayışa,  yoxsa  əksinə  getməsindən  asılı  olaraq: 

hər  iki  halda  o,  dərrakənin  əyani  dərketməsilə  və  zəkanın 

reflektiv dərki arasında vasitəçilik edir. Təkcə şərtsiz olaraq əqli 

nəticələrin  ona  gətirib  çıxardığı  həqiqət  ola  bilməz,  onu 

(həqiqəti)  onlarla  əsaslandırmaq  həmişə  nisbi,  hətta 

subyektivdir.  Bütün  sübutlar  əqli  nəticə  olduğu  üçün,  yeni 

həqiqət  üçün  əvvəlcə  sübutlar  yox,  bilavasitə  aşkarlıq  axtarıb 

tapmaq lazımdır və nə qədər ki, o yoxdur, sübut gətirmək olar. 

Bina  havadan  asılı  ola bilmədiyi  kimi,  heç bir  elm  də  büsbütün 

dəlilli-sübutlu ola bilməz: onun bütün sübutları nəsə əyani olana 

və bu səbəbdən də isbatedilməzə müncər olunmalıdır. Ona görə 

ki, bütün refleksiya aləmi əyani dünyaya əsaslanır və orada kök 

salıb.  Bütün  son,  yəni  ilkin  əyanilik  –  inandırıcıdır:  bunu  sözün 

özü  də  göstərir.  Buna  görə  o,  ya  empirikdir,  ya  da  mümkün 

təcrübə  şərtlərinin  aprior  seyrinə  əsaslanır;  hər  iki  halda,o, 

beləliklə,  transsendent  yox,  immanent  dərketməni  çatdırır  Hər 

bir  anlayış  özünün  dolayı  da  olsa  əyani  təsəvvürə 

münasibətində  məna  və  əhəmiyyət  kəsb  edir,  anlayışlara  aid 

olanlar  isə  onlardan  tərtib  olunan  hökmlərə  və  bütöv  elmlərə 

aiddir.  Bu  səbəbdən  əqli  nəticələr  vasitəsilə  açılan  və  sübutlar 

vasitəsilə  çatdırılan  hər  bir  həqiqəti  bilavasitə,  sübutlar  və  əqli 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

107 


nəticələr  olmadan dərk  etmək  imkanı  mövcud  olmalıdır.    Təbii 

ki,  bəzi  mürəkkəb  riyazi  teoremlərə  münasibətdə,  onlara  biz 

yalnız  bir  sıra  əqli  nəticələrdən  sonra  gəlib  çıxırıq:  məsələn, 

Pifaqor teoremindən çıxarışlar yolu ilə hər növ vətər üçün xırda 

və toxunan xəttin hesablanması belədir. Lakin bu cür həqiqət də 

mahiyyət etibarilə  və  bütünlüklə  mücərrəd  müddəalara  istinad 

edə bilməz və onun əsasında duran məkan münasibətləri sırf 

priori  seyr üçün o dərəcədə aşkar olmalıdır ki, onların abstrakt 

ifadəsi  bilavasitə  sübut  əldə  edir.  Qeyd  edək  ki,  riyazi  isbatlar 

barədə indi daha müfəssəl bəhs olunacaq. 

Doğrudur, 

çox 

vaxt 


guya- 

bütünlüklə 

şəksiz 

mühakimələrdən çıxarılmış düzgün əqli nəticələrə əsaslanan və 



bu  səbəbdən  təkzibedilməz  həqiqət  olan  elmlər  haqqında 

yüksək  tonla  danışırlar.  Əsl  həqiqətdə  isə,  mühakimələr  nə 

qədər  səhih  olsa  da,  bir  sıra  sırf  məntiqi  hökmlər  həmişə 

mühakimələrin  özlərində  hazır  şəkildə  saxlanılan  şeyin 

aydınlaşdırılması  və  açılmasına  gətirib  çıxaracaqdır:  onlarda 

implicite qavranılan yalnız explicite şərh ediləcəkdir. Bu məşhur 

elmlər  dedikdə  əsasən  riyazi  elmləri,  ələlxüsus  astronomiyanı 

nəzərdə  tuturlar.  Lakin  sonuncunun  etibarlılığı  ondan  irəli  gəlir 

ki,  onun  əsasında  a  priori  olaraq  verilən  və  deməli,  məkanın 

səhvsiz  seyri  yoxdur,  bütün  məkan  münasibətləri  isə  biri 

digərindən  aprior  səhihlik  gətirən  zərurətlə  (varlığın  əsası)  irəli 

gəlirlər  və  buna  görə  inamla  biri  digərindən  çıxarıla  bilər.  Bu 

riyazi təriflərə burada təbiətin yeganə qüvvəsi- məsafənin kütlə 

və  kvadratlarının  dəqiq  nisbətində  cazibə  də  qoşulur  ki, 

nəhayət, bu kütlələrin hər birinə birdəfəlik və həmişəlik ötirilən 

hərəkətin  emprik-  göstəricisi  ilə  ətalət  qanunu  səbəbiyyət 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

108 


qanununun    nəticəsi  kimi  a  priori    səhih  fəaliyyət  göstərir. 

Astronomiyanın  bütün  materialı  da  bundan  ibarətdir;  həm 

sadəliyi, həm də səhihliyi ilə o, sarsılmaz və predmetin əzəməti 

və mühümlüyü sayəsində çox maraqlı nəticələrə gətirib çıxarır. 

Məsələn,  əgər  mən  hansısa  planetin  kütləsini  və  ondan  peykə 

qədər  olan  məsafəni  bilirəmsə,  səhvsiz  olaraq  onun  dairəvi 

hərəkət  müstəvisi  barədə  nəticə  çıxaracağam  –  Keplerin  ikinci 

qanununa  əsasən.  Bu qanun  ona  əsaslanır  ki, həmin  məsafədə 

yalnız  verilən  sürət  peyki  eyni  vaxtda  həm  planetə  bağlayır, 

həm də onun üzərinə düşməkdən  saxlayır. 

Beləliklə, yalnız bu cür həndəsi əsasda, yəni a priori  seyr 

vasitəsilə, üstəlik təbiətin məlum qanununu tətbiq etməklə əqli 

nəticələrin  köməyi  ilə  çox  şeyə  nail  olmaq  mümkündür,  çünki 

onlar  bir  əyani  qavrayışdan  digərinə  bir  növ  körpü  yaradırlar; 

buna  sırf  əqli  nəticələrlə  müstəsna  olaraq  məntiqi  yolda  nail 

olmaq olmaz. 

Astronomiyanın  birinci  və  əsas  həqiqətlərinin  mənbəyi, 

əslində,  induksiyadır,  yəni  bir  çox  seyrlərdə  verilənlərin  bir 

düzgün,  bilavasitə  əsaslandırılmış  fikirdə  birləşdirilməsidir: 

ondan  sonra  ehtimallar  irəli  sürülür,  onların  təcrübədə 

induksiya  olaraq  təcrübə  tamlığa  yaxınlaşan    təsdiqlənməsi 

haqqında  bəhs  etdiyimiz  birinci  fikrin  isbatıdır.  Məsələn, 

planetlərin görünən hərəkəti empirik baxımdan dərk edilmiş: bu 

hərəkətin (planetlərin orbitinin) məkan əlaqəsi haqqında bir çox 

yanlış  fərziyyələrdən  sonra,  nəhayət,  əsl  hərəkət  tapıldı,  sonra 

onun  əməl  etdiyi  qanunlar  (Kepler  qanunları)  kəşf  edildi,  son 

nəticədə  onun  səbəbi  (ümumi  cazibə)  tapıldı;  bütün  bu 

fərziyyələrə onlarla və onların bütün həqiqi hallarının nəticələri 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

109 


ilə  empirik  dərk  edilmiş  üst-üstə  düşmə  yəni  induksiya 

mükəmməl  dürüstlük  verdi,  yəni  induksiya.  Ehtimalı  tapmaq 

mühakimə  qabiliyyətinin  işi  idi,  o,  həmin  faktı  düzgün  qəbul 

edib  ona  müvafiq  ifadə  verdi;  induksiya  isə,  yəni  təkrar  seyr 

hipotezin  doğruluğunu  təsdiqlədi.  Əgər  biz  dünya  məkanını 

sərbəst  dolaşa  bilsəydik  və  teleskopik  gözə  malik  olsaydıq, 

sonuncu  bilavasitə,  yəni  yeganə  empirik  seyrin  köməyi  ilə  də 

müəyyən  edilə  bilərdi.  Deməli,  burada  da  əqli  nəticə 

dərketmənin  mühüm  və  yeganə  mənbəyi  deyil, yalnız bəd  gün 

üçün vasitədir. 

Nəhayət üçüncü, bir başqa növ misal gətirmək üçün onu 

da qeyd edək ki, metafiziki həqiqətlər, Kantın “Təbiətşünaslığın 

metafiziki  başlanğıcı”  əsərində  ifadə  etdiyi  kimi,  özlərinin 

aşkarlığına  görə  sübutlara  borclu  deyillər.  A  priori  olaraq 

şübhəsiz olanı biz bilavasitə dərk edirik: hər növ idrakın forması 

kimi  o,  tərifəmizdən  son  zərurətlə  dərk  olunur.  Məsələn, 

materiyanın  daimi  olmasını,  yəni  nə  yarana,  nə  də  məhv  ola 

bilməsini  biz  bilavasitə  mənfi  həqiqət  kimi  bilirik,  çünki  bizim 

məkan  və  zamanı təmiz seyrimiz  hərəkət  imkanı verir,  dərrakə 

isə  səbəbiyyət  qanununda  forma  və  keyfiyyətin  dəyişməsi 

imkanı  verir;  lakin  materiyanın  yaranması  və  ya  məhvi  üçün 

bizdə  müvafiq  təsəvvür  forması  yoxdur.  Bu  səbəbdəndir  ki, 

həmin həqiqət bütün dövrlərdə, hər yerdə və hər bir kəs üçün 

aşkar olmuş, heç vaxt ciddi şəkildə şübhəyə məruz qalmamışdır; 

əgər  o,  olduqca  çətin  və  iynənin  ucunda  ləngər  vuran  Kant 

sübutundan savayı digər dərketmə əsasına malik olmasaydı, bu 

olmazdı.  Bundan  savayı  mən  (əlavədə  aydınlaşdırdığım  kimi) 

Kantın  sübutlarını  yanlışlıq  hesab  edirəm  və  yuxarıda 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

110 


göstərmişəm  ki,  materiyanın  daimliyini  təcrübənin  imkanında 

zamanın  yox,  məkanın  malik  olduğu  iştirakdan  çıxarmaq 

lazımdır.  Bütün  həqiqətlərin    (bu  mənada  metafiziki  adlanan) 

gerçək  əsaslandırılması  yəni  idrakın  zəruri  və  ümumi 

formalarının  abstrakt  ifadələri  yenə  da  abstrakt  müddəalardan 

ibarət  ola  bilməz;  o,  yalnız  aydın-aşkar  və  heç  bir  təkzibin  əli 

çatmayan  tezislərdə  özünü  a  priori  olaraq  büruzə  verən 

təsəvvür  formalarının  bilavasitə  dərkindən  ibarətdir.  Əgər  hər 

halda belə həqiqətlərin  sübutunu vermək istəsələr, yalnız belə 

bir şeyə göstərişdə ola bilər ki, hansısa şübhəsiz həqiqətdə hissə 

və ya ilkin şərt kimi sübuta yetə biləcək həqiqət vardır. Belə ki, 

aydınlaşdırmışam  ki,  hər  bir  empirik  seyrdə  artıq  səbəbiyyət 

qanununun  tətbiqi  mövcuddur  və  bu  səbəbdən  onun  dərk 

edilməsi  hər  növ  təcrübənin  şərtidir  və  bu  yolla  Hyumun  iddia 

etdiyi kimi, ondan törəyə və asılı ola bilməz.  

Sübutlar,  ümumiyyətlə,  öyrənmək  istəyənlərdən  çox, 

mübahisəni  xoşlayanlar  üçündür.  Sonuncular  inadla  bilavasitə  

dürüst  fikri  rədd  edirlər:  yalnız  həqiqət  hərtərəfli  ardıcıl  ola 

bilər;  buna  görə  höcətçilərə  göstərmək  lazımdır  ki,  onlar  bir 

forma  altında  və  dolğun  surətdə  digər  forma  altında  və 

bilavasitə  rədd  etdikləri  ilə  razılaşırlar,  yəni  onlara  inkar  edilən 

və    qəbulolunan  arasındakı  məntiq  baxımından  zəruri  əlaqəni 

göstərmək lazımdır. 

Bundan  savayı,  elmi  forma,  yəni  xüsusi  olanın  yüksələn 

qaydada  ümumiyə  tabe  etdirilməsi  bir  çox  müddəaların 

həqiqiliyinin  yalnız  məntiq  baxımından,  daha  doğrusu,  onların 

digər müddəalardan asılılığı, yəni eyni zamanda sübut kimi çıxış 

edən  əqli  nəticə  vasitəsilə  əsaslandırılmasına  səbəb  olur.  Lakin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

111 


heç  vaxt  unutmaq  olmaz  ki,  bütün  bu  elmi  forma  daha  böyük 

həqiqiliyə  nail  olmaq  yox,  dərketməni  asanlaşdırmaq  üçün  bir 

vasitədir.  Hansısa  heyvanın  xüsusiyyətini  mənsub  olduğu 

növdən tutmuş yüksələn xətlə cinsinə, ailəsinə, təriq və sinfinə 

varmaqla  öyrənmək,  həmin  heyvanı  hər  dəfə  ayrılıqda  tədqiq 

etməkdən  asandır;  lakin  əqli  nəticənin  köməyi  ilə  əldə  edilən 

müddəaların  həqiqiliyi  daim  şərtlənmişdir  və  nəticı  etibari  ilə 

əqli  nəticələrə  yox  seyrə  əsaslanan  hansısa  başqa  bir 

həqiqətdən    asılıdır.  Əgər  sonuncu  (seyr)  hökmün  köməyi  ilə 

gəlinən nəticə qədər bizə yaxın olsaydı, ona, şübhəsiz, üstünlük 

verilməliydi.  Çünki  anlayışlardan  çıxarılan  hər  növ  nəticə 

sferaların  öz  aralarında  yuxarıda  göstərilmiş  çoxşəkilli  üst-üstə 

düşməsi 

və 


onların 

məzmununun 

təyin 

edilməsində 



tərəddüdlər  üzündən  aldadıcı  ola  bilər:  yalançı  təlimlərin 

çoxsaylı  sübutları  və  hər  növ  sofizm  buna  misal  ola  bilər. 

Doğrudur,  hökmlər  öz  formasına  görə  tamamilə  düzgündür, 

lakin  onlar  öz  materiyasına    anlayışlara  görə  olduqca 

etibarsızdır,  qismən  ona  görə  ki,  sonuncuların  sferası  çox  vaxt 

düzgün  müəyyən  edilmir,  qismən  ona  görə  ki,  onlar  öz 

aralarında  müxtəlif  şəkildə    kəsişirlər  və  bir  sfera  özünün  ayrı-

ayrı hissələri ilə digərinin tərkibində olur, odur ki, ixtiyari olaraq 

ondan  başqa  sferaya  keçmək  olar,  sonra  da  göstərildiyi  kimi. 

Yaxud  başqa  sözlə  desək,  medius  (orta)  kimi  terminus  minor 

(daha  kiçik  termin)  da  müxtəlif  anlayışlara  tabe  etdirilə  bilər. 

Termin  anlayışının  içərisindən  isə  istənilən  terminus  major 



(böyük termin) və medius seçilir və ona müvafiq olaraq müxtəlif 

nəticə çıxır 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

112 


Beləliklə,  hər  yerdə  bilavasitə  aşkarlıq  sübut  edilmiş 

həqiqətdən  qat-qat  üstündür  və  sonuncudan  o  yerdə  istifadə 

etmək olar  ki,  orada birincini  çox  uzaqda axtarmaq  lazım  gəlir. 

O  yerdə  yox  ki,  orada  aşkarlıq  sübut  edilmiş  həqiqətdən  daha 

yaxındadır. Yuxarıda biz artıq gördük ki, həqiqətən məntiqdə – 

o  yerdə  ki,  bilavasitə  idrak  ayrıca  götürülmüş  hər  bir  halda 

törəmə  elmidən  bizə  daha  yaxındır,  biz  düşünərkən  həmişə 

təfəkkür qanunlarının yalnız bilavasitə dərkini rəhbər tuturuq və 

məntiqdən istifadə etmirik.

*

 



 

§ 15 


Beləliklə,  əgər  biz  bu  qənaətdə  olsaq  ki,  seyr  hər  növ 

aşkarlığın  ilk  mənbəyidir,  ona  yalnız  bilavasitə  və  ya  dolayı 

münasibət mütləq həqiqəti təşkil edir, daha sonra, ona ən yaxın 

yol  ən  etibarlı  yoldur,  çünki  anlayışların  hər  növ  vasitəçiliyi 

çoxsaylı  yanlışlıqlarla  bağlıdır,”  -  deyirəmsə,  əgər  biz  bu  cür 

qənaətlə  Evklid  tərəfindən  elm  kimi  müəyyən  edilmiş  və 

indiyədək  o  cür  də  qalan  riyaziyyata  müraciət  etsək,  o  zaman 

onun  getdiyi  yolları  qəribə  və  hətta  yanlış  hesab  etməyə 

bilmərik. Biz tələb edirik ki, hər bir məntiqi sübut əyani sübuta 

müncər edilsin: o isə əksinə, ona xas, hər zaman yaxın inandırıcı 

aşkarlığı  rədd  etmək  və  onu  məntiqi  sübutla  əvəz  etməyə  səy 

göstərir.  Biz  etiraf  etməliyik  bu  ona  bənzəyir  ki,  kimsə  qoltuq 

ağacında  gəzmək  üçün  ayaqlarını  kəsir,  yaxud  «Həssaslığın 

təntənəsi»ndə  şahzadə  real  gözəl  təbiətdən  qaçır  ki,  teatr 

dekorasiyasından – onu təqliddən ləzzət alsın. 

                                                           

*

 II cildin 12-ci fəsli buraya aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

113 


Mən bu yerdə “Əsas qanunu haqqında” traktatın altıncı 

fəslində  dediklərimi  yada  salmalıyam  və  güman  edirəm  ki, 

oxucunun yaddaşından bunlar hələ silinməyib.  Odur ki, mən, öz 

iradlarımı adı çəkilən fəsildə deyilənlərlə əlaqələndirir, bir daha 

riyazi  həqiqətin  sadəcə  dərk  olunmasının  əsası  –  bu  məntiqi 

cəhətdən  verilə  bilər  və  varlığın  əsası  –  bu  bilavasitə,  yalnız 

məkan  və  zamanın  hissələrinin  əyani  dərk  edilən  əlaqəsi 

arasındakı  fərqi  yenidən  izah  etməyə  lüzum  görmürəm.  Bu  elə 

bir əlaqədir ki, onun dərk edilməsi əsl məmnunluq və əsaslı bilik 

verir,  halbuki  idrakın  sadəcə  əsası  həmişə  üzdə  qalır  və    daha 

bunun nə üçün belə olduğunu yox, yalnız onu izah edə bilər ki, 

bu  belədir.  Evklid  elmin  açıq-aşkar  ziyanına  sonuncu  yolu 

seçmişdir.  Çünki  lap  əzəldə,  deyək  ki,  o,  birdəfəlik 

göstərməkdənsə  ki,  üçbucaqda  bucaqlar  və  tərəflər  qarşılıqlı 

surətdə  müəyyənləşir  və  əsas  qanununun  formasına  görə  bir-

birinin  əsası  və  nəticəsidirlər.  O  burada  da  bir  məkanda 

hökmranlıq edən və hər yerdə olduğu kimi, burada da belə bir 

zərurəti  –  nəsə bir  şey  olduğu  kimi olmalıdır,  çünki  ondan  tam 

fərqlənən  başqa  bir  şey  necə  varsa  elədir  –  zərurətini  ardınca 

gətirir;  bu  yolla  üçbucağın  mahiyyətinə  dərin  nüfuz  etmək 

əvəzinə o, üçbucaq haqqında bir sıra natamam, ixtiyari seçilmiş 

teoremlər  irəli  sürür  və  onların  məntiqi  dərk  olunma  əsasını 

ziddiyyət qanunu üzrə çox əziyyətli, məntiqi cəhətdən qurulmuş 

dəlillər  vasitəsilə  aydınlaşdırır.  Bu  məkan  münasibətlərinin 

ətraflı dərk olunması əvəzinə biz, beləliklə, onlardan cüzi ixtiyari 

verilmiş  nəticələri  əldə  edir  və  biz  bu  vəziyyətdə  o  insana 

bənzəyirik  ki,ona  mürəkkəb  quruluşlu  maşını  göstərib,  onun 

daxili  əlaqəsini  və  quruluşunu  izah  etməyiblər.  Evklidin  isbat 

etdiyi hər şeylə bağlı işlərin məhz bu cür olması ilə biz ziddiyyət 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

114 


qanununa  əsasən  razılaşmalıyıq;  lakin  bunun  niyə  belə 

olduğunu  heç  vaxt  bilməyəcəyik.  Buna  görə  sehrbazın 

hoqqalarından  sonra  keçirdiyin  xoşagəlməz  hisslər  kimi  hisslər 

keçirirsən,  Evklid  tərəfindən  gətirilən  sübutların  əksəriyyəti  də 

əsl  həqiqətdə  onlara  yaman  oxşayır.  Həqiqət  demək  olar 

həmişə  arxa  qapıdan  girir,  hansısa  kənar  bir  vəziyyətdən  per 



accidens  aşkar  olur.  Çox  vaxt  apaqogik  sübutlar  qapıları  biri 

digərinin ardınca bağlayır və yalnız birini açıq saxlayır ki, sən də 

qeyri-ixtiyari  ora  daxil  olursan.  Bəzən  Pifaqor  teoremində 

olduğu  kimi  xətlər  çəkilir,  ancaq  məlum  deyil  ki,  niyə;  sonra 

aydın  olur  ki,  bunlar  bir  cələ  imiş  və  onu  qəfildən  çəkib 

şagirdlərin razılığını tuturlar və o təəccüblə daxili əlaqəsinə görə 

onun üçün anlaşılmaz qalan məsələni qəbul etməlidir. İş o yerə 

çatır  ki,  şagird  Evklidi  dərindən  öyrənir,  amma  məkan 

münasibətləri  qanunlarının  əsl  mahiyyətinə  varmadan, 

onlardan  bəzi  nəticələri  əzbərləməklə  kifayətlənmiş  olur.  Bu 

empirik və qeyri-elmi bilik deyək ki, xəstəliyi və onun dərmanını 

bilən,  lakin  onların  qarşılıqlı  əlaqəsindən  xəbəri  olmayan 

həkimin məlumatına bənzəyir. Bütün bunlar onun nəticəsidir ki, 

dərketmənin  müəyyən  növünə  xas  sübutun  və  aşkarlığın 

xarakterini  özbaşına  rədd  edir  və  zorla  onu  həmin  biliyin 

mahiyyətinə  yad  olan  başqası  ilə  əvəz  edirlər.  Yeri  gəlmişkən, 

Evklidin istifadə etdiyi üsul hər cür heyrətə layiqdir və bu heyrət 

onun yaradıcısını bir çox əsrlər boyu müşayiət etmiş və o qədər 

irəli  getmişdir  ki,  onun  riyazi  üsulları  elmi  şərhin  nümunəsi 

sayılmış, bütün digər elmlərdə onu təqlid etmiş və son nəticədə 

ondan səbəbini özləri də bilmədən, hər halda üz döndərmişlər. 

Bizimsə  gözümüz  qarşısında  riyaziyyatda  Evklid  üsulu  parlaq 

təhrif  kimi  durur.  Lakin  istər  elmdə  olsun,  istərsə  də  həyatda, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

115 


qabaqcadan  düşünülmüş  və  metodiki  xarakterə  malik  olan  və 

ümumi    bəyənilən  hər  bir  böyük  yanlışlıq  üçün  o  dövrlərdə 

hakim olan fəlsəfədə səbəb tapmaq olar. 

Eleatlar  təzahür  edən  və  düşünülən  arasındakı  fərqi, 

bəzən isə ziddiyyəti ilk dəfə kəşf etmiş və özlərinin filosofemləri 

və sofizmləri üçün bundan dəfələrlə istifadə etmişlər. Sonradan 

meqarlılar,  dialektiklər,  sofistlər,  yeni  akademiklər  və 

şəkkaklar

31

 onların  yolu  ilə  getmişlər.  Onlar  xəyaliyə,  yəni 



hisslərin,  daha  doğrusu  dərrakənin  aldanmasına  xüsusi  diqqət 

yetirmişlər, belə ki, bu aldanış həmin hissləri seyrə çevirirdi; bu 

aldanış  çox  vaxt  bizi  şüurun  inamla  gerçəklikdə  rədd  etdiyi 

şeyləri,  məsələn,  suda  sınmış  çubuğu  və  s.  görməyə  məcbur 

edir.  Aydın  idi  ki,  hissi  seyrə  şərtsiz  etibar  etmək  olmaz  və 

buradan tələsik belə nəticə çıxarılmışdır ki, yalnız şüurlu məntiqi 

təfəkkür 

həqiqətə 

zəmanət 

verir. 


Hərçənd 

Platon 


(«Parmenid»də),  meqarlılar,  Pirron

32

 və  yeni  akademiklər 



misallarla (sonradan həmin qayda ilə Sekst Empirik) göstərdilər 

ki,  digər  tərəfdən  əqli  nəticələr  və  anlayışlar  da  aldadır  və  öz 

ardınca çox asanlıqla meydana çıxan və hissi seyrdəki xəyaliliyə 

nisbətən olduqca çətin həllini tapan paralogizm

33

 və sofizmlərə 



səbəb  olur.  Bununla  belə,  empirizmin  əksi  kimi  yaranmış 

rasionalizm  üstün  gəlmiş  və  Evklid  ona  müvafiq  riyaziyyatı 

işləyərək  qeyri-ixtiyari  olaraq  yalnız  aksiomları  əyani  aşkarlıqla, 

yerdə qalanları isə əqli hökmlərlə əsaslandırmışdır. Onun üsulu 

bütün əsrlər ərzində hökmran olmuş və əgər a priori  sırf seyrlə 

empirik seyr arasındakı fərq müəyyən edilməsəydi, bunun sonu 

görünməyəcəkdi.  Qeyd  edək  ki,  artıq  Evklidin  şərhçisi  Prokl, 

görünür  bu  fərqi  tamamilə  dərk  edirdi,  bunu  Keplerin  özünün 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

116 


De harmoniya mundi kitabında latın dilinə tərcümə etdiyi yer də 

göstərir;  lakin  Prokl  bu  məsələyə  yetərincə  əhəmiyyət 

verməmiş,  onu  olduqca  təcrid  edilmiş  vəziyyətdə  qoymuş, 

gözəçarpmamış  qalmış  və  məqsədə  nail  olmamışdır.  Yalnız  iki 

min il sonra, Avropa xalqlarının biliyi, təfəkkürü və fəaliyyətində 

böyük  dəyişikliklər  etmiş  Kant  təlimi  riyaziyyata  belə  təsir 

göstərmişdir.  Çünki  yalnız  böyük  düha  bizə  məkan  və  zaman 

seyrinin  empirikdən  tamamilə  fərqləndiyini,  hissələr  hansı  bir 

təsirdən tam azad olduğunu və onunla yox, onu şərtləndirdiyini, 

yəni  aprior    və  bu  səbəbdən  hiss  illüziyaları  üçün  əlçatmaz 

olduğunu anladandan,  yalnız bundan sonra biz başa düşdük ki, 

Evklidin riyaziyyatda məntiq üsulları lüzumsuz tədbirlilik, sağlam 

ayaqlar üçün qoltuq ağacıdır, o, gecə vaxtı aydın, möhkəm yolu 

su kimi qəbul edib ona ayaq basmağa qorxan və daim ona yaxın 

çala-çuxur  yerlərlə  addımlayan  və  arabir  yalançı  suya  ayaq 

basmaqdan  sevinən  yolçuya  bənzəyir.  Yalnız  indi  biz  tam 

yəqinliklə  iddia  edə  bilərik  ki,  hansısa  fiquru  seyr  edərkən 

təsəvvürümüzə  gələn  zəruri  şey  onun  kağız  üzərində  ola  bilsin 

ki,  pis  icra  edilmiş  çertyojundan  və  bu  zaman  düşünülən  

abstrakt  anlayışından  yox,  bilavasitə  bizə  a  priori    məlum  olan 

hər  növ  idrak  formasından  irəli  gəlir.  Bu  forma  hər  yerdə  əsas 

qanunudur;  burada  o,  seyr,  yəni  məkan  formasıdır,  varlığın 

əsası qanunudur; lakin onun aşkarlığı və əhəmiyyəti idrakın əsas 

qanununun  aşkarlığı  və  əhəmiyyəti  kimi,  yəni  məntiqi  həqiqət 

kimi  böyük  və  vasitəsizdir.  Buna  görə  yalnız  sonuncuya  etibar 

etmək  və  riyaziyyata  xas  sferanı  onun  üçün  tamamilə  yad 

anlayışlar  sahəsində  ona  təsdiq  tapmaqdan  ötrü  tərk  etməyə 

heç  bir  lüzum  yoxdur.  Riyaziyyata  xas zəmində  qalmaqla biz,  o 

böyük  üstünlüyü  əldə  etmiş  oluruq  ki,  burada  nəyinsə  belə 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

117 


olması  barədə  bilik  niyə  bunun  belə  olması  fikri  ilə  üst-üstə 

düşür,  halbuki  Evklid  üsulu  bu  iki  biliyi  tamamilə  ayırır  və 

sonuncunu yox, yalnız birincini verir. Aristotel Analyt. post I, 27-

də  çox  gözəl  deyir:  «Mövcud  olan    və  nəyə  görə  mövcud  olan  

barədə əlüstü bilik daha dəqiq və ilkindir, nəinki mövcud olan və 

nəyə  görə  olan  barədə  ayrıca  bilik.»  Axı  biz  fizikada  o  zaman 

məmnunluq  hiss  edirik  ki,  nəsə  belədir  biliyi  nəyə  görə  belədir 

biliyi ilə birləşir, civə Toriçelli borucuğunda 28 düym yüksəkliyə 

qalxır– əgər biz əlavə etməsək ki, civə belə yüksəklikdə havanın 

əks  təsiri  ilə  duruş  gətirir,  bu  pis  bilikdir.  Nə  səbəbə  biz 

riyaziyyatda  dairənin  qualitas  occultası  ilə  (gizli  keyfiyyət) 

kifayətlənməliyik,  bir  halda  ki,  burada  kəsişən  hər  iki  vətərin 

kəsikləri həmişə bərabər düzbucaqlı yaradır? 

 

 

 



 

Bunun belə olmasını – Evklid  əslində üçüncü kitabın 35-

ci  teoremində  isbat  edir;  lakin  bunun  niyə  belə  olması  isə  hələ 

məlum  deyil.  Pifaqor  teoremi  də  bizi  eynilə  bu  cür  düzbucaqlı 

üçbucağın qualitas occultası ilə tanış edir; Pifaqorun  geydirmə 

və  hətta  hiyləgər  isbatı  niyə  sualı  zamanı  bizi  köməksiz  qoyur, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

118 


halbuki  əlavədəki  artıq  bizə  məlum  fiqur  elə  ilk  baxışda  işi  bu 

isbatdan qat-qat yaxşı aydınlaşdırır və bu xassənin zərurətinə və 

onun adi bucaqdan asılılığına dərin daxili inam təlqin edir. 

Tən  olmayan  katetlər  zamanı,  ümumiyyətlə,  bütün 

mümkün  həndəsi  həqiqətlərdə  olduğu  kimi,  belə  əyani 

inandırıcılıq  olmalıdır,  ona  görə  ki,  bu  cür  həqiqətin  kəşfi  seyr 

edilən  zərurətdən  irəli  gəlir,  isbatı  isə  sonradan  düşünülürdü. 

Buna görə həndəsi həqiqətin zərurətini aydın başa düşməkdən 

ötrü  onun  birinci  kəşfi  zamanı  edilmiş  fikrin  gedişatını  yalnız 

təhlil  etmək  lazımdır.  Ümumiyyətlə,  istərdim  ki,  riyaziyyat 

Evklidin  tətbiq  etdiyi  sintetik  metod  əvəzinə  analitik  metodun 

köməyi  ilə tədris  edilsin.  Doğrudur,  mürəkkəb riyazi  həqiqətlər 

üçün  bu  çox  böyük,  hərçənd  dəf  edilməsi  mümkün  olan 

çətinliklərlə  bağlı  olardı.  Almaniyada  müxtəlif  yerlərdə 

riyaziyyatın  tədrisini  dəyişməyə  başlamışlar  və  çox  vaxt  bu 

analitik  yolla  gedirlər.  Bunu  hamıdan  qətiyyətli  Nordhauzen 

gimnaziyasının  riyaziyyat  və  fizika  müəllimi  cənab  Kozak 

etmişdir:  6  aprel  1852-ci  ildə  imtahanlar  proqramına  o, 

həndəsinin mənim göstərdiyim prinsiplər üzrə şərh edilməsinin 

qoşulmasına hərtərəfli cəhd göstərmişdir. 

Riyazi  üsulun  yaxşılaşdırılması  üçün  ələlxüsus  belə  bir 

xürafatdan  əl  çəkmək  lazımdır  ki,  guya  isbat  edilmiş  həqiqət 

əyani  dərk  olunmuşla  müqayisədə  hansısa  üstünlüyə  malikdir, 

guya  ziddiyyət  qanununa  əsaslanan  məntiqi  həqiqət  bilavasitə 

aşkar  olan  və  məkanın  xalis  seyrinin  ona  məxsus  olduğu 

metafiziki həqiqətdən yaxşıdır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

119 


Ən  səhih  və  hər  yerdə  izahedilməz  –  olan  bu,  əsas 

qanununun məzmunudur. Çünki o, özünün müxtəlif növlərində 

bizim bütün təsəvvür və idrakımızın ümumi formasını ifadə edir. 

Hər  cür  izah  ona  müncər  etmə,  ayrıca  halda  onun  ifadə  etdiyi 

təsəvvürlərin, ümumiyyətlə, əlaqəsinə işarədir. Deməli o, bütün 

izahların  prinsipidir  və  buna  görə  izaha  gəlmir  və  ona  ehtiyacı 

yoxdur,  belə  ki,  hər  cür  izah  artıq  onu  nəzərdə  tutur  və  yalnız 

onun  vasitəsilə  məna  kəsb  edir.  Eyni  zamanda,  onun 

növlərindən  heç  biri  digərləri  qarşısında  üstünlüyə  malik  deyil: 

o, lap varlığın əsası, yaxud vücudagəlmə, yaxud hərəkət, yaxud 

idrak  qanunu  kimi  dürüst  və  isbatedilməzdir.  Onun  həm  bir, 

həm  də  digər  növlərində  əsasın  nəticəyə  münasibəti  zəruri 

xarakter daşıyır: o, ümumiyyətlə, zərurət anlayışının mənbəyi və 

yeganə  mənasıdır.  Əgər  əsas  verilibsə,  nəticənin  olması 

zərurətindən    başqa  bir  zərurət  mövcud  deyil  və  nəticənin 

zəruriliyini  arxasınca aparmayan əsas da mövcud deyil. Necə ki, 

idrakın  əsasının  mühakimələrində  verilmişdən  heç  bir  şəkk-

şübhə  olmadan    yekunda  ifadə  olunan  nəticə  irəli  gəldiyi  kimi, 

varlığın  məkandakı  əsası  da  eləcə  şübhəsizdir:  əgər  mən  iki 

axırıncının  nisbətini  əyani  başa  düşdümsə,  onun  şübhəsizliyi 

istənilən  məntiqi  həqiqət  kimi  böyükdür.  On  iki  aksiomdan 

hansısa  birindən  heç  də  az  olmayaraq,  belə  nisbətin  ifadəçisi 

hər  bir həndəsi  teoremdir.  Axı  teorem  metafiziki  həqiqətdir  və 

özlüyündə  hər  cür  məntiqi  sübut  etmənin metaloji  həqiqəti  və 

ümumi  əsası  olan  ziddiyyət  qanununun  özü  kimi  bilavasitə 

doğrudur.  Əgər  kimsə  hansısa  teoremdə  ifadə  olunan  məkan 

münasibətlərinin  əyani  təsəvvür  edilən  zərurətini  inkar  edirsə, 

o, eyni haqla aksiomları da, mühakimələrdən nəticə çıxarmaları 

da    və  hətta  ziddiyyət  qanununun  özünü  də  inkar  edə  bilər: 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

120 


çünki bütün bunlar eyni dərəcədə isbatedilməz, bilavasitə aşkar 

və  a  priori    dərk  olunan  münasibətlərdir.  Buna  görə,  əgər 

məkan  münasibətlərinin  aşkar  dərk  olunan  zərurətini  hökmən 

məntiqi  isbat  yolu  ilə  ziddiyyət  qanunundan  çıxarmaq 

istəyirlərsə,  bu  ona  bənzəyir  ki,  kimsə  başqası  torpağı  onun 

bilavasitə  sahibinə    əvvəlcə  Len  sahibliyinə  vermək  istəyir. 

Evklid  də  məhz  belə  hərəkət  edir.  O,  yalnız  öz  aksiomlarını 

qeyri-ixtiyari  olaraq  bilavasitə  aşkarlıqla  əsaslandırır,  bütün 

sonrakı həndəsi həqiqətlər ya bu aksiomların ilkin şərtlərinə, ya 

teoremdə təxminlərə uyğun gəlməsinə, ya da teoremin əksinin 

ehtimala,  aksioma,  əvvəlki  teoremlərə  və  hətta  özünə  zidd 

olmasına əsaslanan məntiqi isbata məruz qalır. Lakin aksiomlar 

hər  hansı  digər  həndəsi  teoremə  nisbətən  daha  çox  bilavasitə 

aşkarlığa  malik  deyil:  onlar  daha  az  məzmuna  malik 

olduqlarından daha sadədirlər. 

Cinayətkarı dindirərkən, onun ifadələrini protokola daxil 

edirlər ki, onların qarşılıqlı uzlaşmasından həqiqət üzə çıxarılsın. 

Lakin  bu  fənddən  məcburən  istifadə  edirlər  və  əgər  hər  bir 

ayrıca  ifadədən  həqiqəti  bilavasitə  öyrənmək  mümkündürsə, 

ona əl atmırlar, bir də ki, cani lap əzəldən ardıcıl surətdə yalan 

sata bilər. Buna baxmayaraq, Evklid məkanı birinci üsulla tədqiq 

etmişdir.  Doğrudur,  bu  zaman  o,  belə  bir  şəksiz  ilkin  şərtdən 

çıxış  edirdi  ki,  təbiət  hər  yerdə  və  deməli,  özünün  əsas 

formasında,  məkanda  ardıcıl  olmalıdır,  məkanın  hissələri  öz 

aralarında  səbəb  və  nəticə  münasibətlərində  olduğu  üçün  heç 

bir məkan münasibəti bütün digərləri ilə ziddiyyətə girməyərək, 

olduğundan  başqa  cür  ola  bilməz.  Lakin  bu  çox  çətin  və  qeyri-

qənaətbəxş dolayı yoldur, o, vasitəli idrakı elə o dərəcədə səhih 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

121 


vasitəsizdən üstün tutur, o, elmin böyük ziyanına nəyinsə olması 

idrakını  nə  səbəbə  olması  idrakından  ayırır:  o,  nəhayət  məkan 

qanunlarına nüfuz etməni bütünlüklə öyrəncinin üzünə bağlayır 

və  hətta  onu  əqli  nəticələr,  şeylərin  səbəbi  və  daxili  əlaqəsini 

həqiqi tədqiq etməkdən  məhrum edir, əvəzində bu belədir kimi 

tarixi  biliklə  kifayətlənməyə  alışdırır.  Bu  üsula  belə  inadla  aid 

edilən  hazırcavablıq  məşqi  sadəcə  olaraq  ondan  ibarətdir  ki, 

öyrənci  əqli  nəticələr,  yəni  ziddiyyət  qanununun  tətbiqi 

məsələsində  məşq  edir,  ələlxüsus  o,  hafizəsini  toplayıb  elə 

məlumatları  yadda  saxlamağa  çalışır  ki,  onların  qarşılıqlı 

uzlaşması müqayisə tələb edir. 

Maraqlıdır  ki,  isbatın  bu  üsulu  hesabda  yox,  ancaq 

həndəsədə  tətbiq  edilir,  belə  ki,  hesabda  həqiqətə,  doğrudan 

da, yalnız seyr yolu ilə özünü büruzə verməyə imkan yaradılır ki, 

bu  da    sadə  bir  hesablamadır.  Ədədlərin  seyri  yalnız  zamanda 

baş  tutur  və  buna  görə  həndəsi  fiqur  kimi  heç  bir  hissi  sxemlə 

təqdim  edilə  bilmədiyi  üçün,  burada  özü-özünə  belə  bir  şübhə 

aradan qalxır ki, guya seyr yalnız empirik xarakterə malikdir və 

bu  səbəbdən  aldadıcıdır,  halbuki  yalnız  bu  şübhə  həndəsədə 

isbatın  məntiqi  üsulunun    səbəbi  ola  bilərdi.  Zaman  yalnız  bir 

ölçüyə  malik  olduğuna  görə,  hesab  yeganə  əməliyyatdır  ki, 

bütün  digərləri  ona  müncər  edilməlidir;  bu  hesab  isə  a  priori 

olaraq  seyrdən  savayı  bir  şey  deyil  və  ona  heç  bir  tərəddüd 

etmədən  burada  istinad  olunur  və  təkcə  o,  yerdə  qalanların 

hamısı,  hər  bir  hesablama,  hər  bir  tənlik  üçün  son  yoxlamadır. 

Məsələn, 

 

(7 + 9 х 8 - 2) = 42  



            3  

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

122 


  

olduğunu  isbat  etmir,  zaman  etibarilə  sırf  seyrə  istinad 

edir, hesabı və bu yolla hər bir ayrıca müddəanı aksioma çevirirlər. 

Həndəsəni  bürümüş  isbatlar  əvəzinə,  hesab  və  cəbrin  bütün 

məzmunu  buna  görə  yalnız  hesablamanı  azaltmaq  üsuludur. 

Doğrudur, bizim ədədləri zamandakı  bilavasitə seyrimiz, yuxarıda 

göstərildiyi  kimi,  on  rəqəmindən  uzağa  getmir:  bu  hüdudların 

arxasında-seyr öz  yerini ədədlərin sözdə qeydə alınmış   abstrakt 

anlayışa verməlidir və seyr real olaraq artıq icra edilmir, yalnız tam 

müəyyənliklə  qeyd  olunur.  Lakin  bu  halda  belə  böyük  rəqəmləri 

həmişə  eyni  kiçik  rəqəmlərlə  ifadə  etməyə  imkan  verən  ədəd 

təriqli mühüm köməkçi üsul sayəsində hər bir hesablamaya əyani  

aşkarlıq vermək olar. Bunu o halda da həyata keçirmək olar ki, bu 

zaman  abstraksiyaya  o  dərəcədə  əl  atırlar  ki,  təkcə  ədədlər  yox, 

qeyri-müəyyən kəmiyyətlər və bütöv əməliyyatlar da in abstracto 

düşünülür və buna uyğun qeyd edilir, məsələn, 

r-b, odur ki, belə 



əməliyyatlar artıq icra edilmir, onlara istinad edilir. 

 

Bu  cür  haqla  və  hesabda  olduğu  kimi  səhihliklə 



həndəsədə  də  həqiqəti  sırf  a  priori    seyrlə  sübut  etmək  olardı. 

Mahiyyət etibarilə varlığın əsası qanunu üzrə məhz bu əyani dərk 

olunmuş  zərurət  həndəsəyə  onun  böyük  aşkarlığını  verir,  hər  bir 

kəsin  şüurunda  həndəsi  teoremlərin  doğruluğu  həmişə  işin 

mahiyyətindən uzaq olan, bizim əminliyimizə xələl gətirmədən çox 

vaxt  unudulan  süni  məntiqi  isbata  yox,  məhz  ona  əsaslanır.  Belə 

məntiqi isbat isə həndəsənin aşkarlığına qətiyyən xələl gətirmədən 

olmaya da bilərdi, çünki o, ondan (məntiqi isbatdan) bilmərrə asılı 

deyil.  Bu  cür  isbat  həmişə  bizim  bunadək  idrakın  digər  üsulu  ilə 

tam  yəqinlik  hasil  etdiyimiz  şeyi  təsdiqləyir  və  bu  baxımdan 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

123 


başqası tərəfindən öldürülən düşmənə əlavə zərbə vuran və sonra 

onu məhz özü öldürməsi ilə öyünən qorxaq əsgərə bənzəyir.

*

 

 



Bütün  bunlara  görə,  çox  güman  ki,  hər  növ 

aşkarlığın  timsalı  və  rəmzi  olan  riyazi  aşkarlığın  öz  mahiyyətinə 

görə  sübuta  yox,  bilavasitə  seyrə  əsaslandığına  daha  şübhə 

olmayacaq,  sonuncu  isə  burada  və  eləcə  də  hər  yerdə  hər  növ 

həqiqətin  son  əsası  və  mənbəyidir.  Bununla  belə,  riyaziyyatın 

əsasında duran seyr hər hansı digəri qarşısında, yəni empirik seyr 

qarşısında  böyük  üstünlüyə  malikdir.  Belə  ki,  o,  aprior  olduğu  və 

həmişə  yalnız  hissə-hissə  və  ardıcıl  verilən  təcrübədən  asılı 

olmadığı üçün ona hər şey eyni dərəcədə yaxındır, odur ki, ixtiyari 

olaraq ya əsasdan, ya da nəticədən çıxış etmək olar. Bu ona tam 

düzlük verir, ona görə ki, nəticə onda əsasına görə tanınır, zərurət 

xarakterinə  isə  məhz  belə  bilik  malikdir:  məsələn,  tərəflərin 

bərabərliyi  üçün  bucaqların  bərabərliyi  əsas  kimi  oturacaq  qəbul 

edilir.  Bununla  belə,  hər  bir  empirik  seyr  və  təcrübənin  böyük 

hissəsi əks yolla gedir – yalnız nəticədən əsasa doğru; bu növ idrak 

səhvsiz  deyil.  Çünki,  əgər  əsas  verilibsə,  zərurət  yalnız  nəticəyə 

xasdır, daha nəticədən əsasın dərk edilməsinə yox, belə ki, eyni bir 

                                                           

*

  Daim  more  geometrico  filosofluq  etməsi  ilə  öyünən  Spinoza 



həqiqətən də özü düşündüyündən də artıq belə hərəkət edirdi. Çünki o 

şey  ki,  onun  üçün  şübhəsiz  idi  və  dünyanın  mahiyyətinin  bilavasitə, 

aşkar  qavranılmasından  öz  həllini  tapmışdı,  o,  onu  bu  idrakdan  asılı 

olmadan  məntiqi  isbat  etməyə  çalışır.  Özünün  qabaqcadan 

düşünülmüş  və  məlum  olan  nəticəsinə  o  bununla  nail  olur  ki,  çıxış 

nöqtəsi  kimi  ixtiyari  qondarma  anlayışları  (substantia,  causa  sui 

[substansiya, özünün səbəbi] və s. ) seçir və gətirdiyi dəlil-sübutlarda 

özünə  elə  sərbəstliyi  rəva  görür  ki,  onlar  üçün  anlayışların  geniş 

sferası  tam əlverişlidir. Buna görə də onun təlimində həqiqi və gözəl 

olan hər şey həndəsədə olduğu kimi sübutlardan qətiyyən asılı deyil. 

 (II cildin 13-cü fəsli buraya aiddir). 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

124 


nəticə müxtəlif əsaslardan irəli gələ bilər. İdrakın bu axırıncı növü 

həmişə  yalnız  induksiyadır,  yəni  bir  əsası  göstərən  çoxsaylı 

nəticələr  üzrə  əsasın  səhihliyi  qəbul  edilir;  bütün  hallar  heç  vaxt 

göz  qabağında  ola  bilmədiyi  üçün  burada  da  həqiqət  heç  vaxt 

şərtsiz səhih olmur. Halbuki hissi seyrin verdiyi hər növ dərketmə 

və  təcrübənin  böyük  hissəsi  yalnız  bu  növ  həqiqətə  malikdir. 

Hansısa  hissin  aldığı  təsir  dərrakənin  təsirdən  səbəbə  doğru  əqli 

hökmünə  gətirib  çıxarır;  lakin  səbəbdən  əsasa  doğru  nəticə  heç 

vaxt  şübhəsiz  ola  bilmədiyinə  görə,  burada  yalnız  yuxarıda 

göstərildiyi  kimi,  tez-tez  baş  verən  yanlış  görüntü  və  ya  hisslərin 

aldanışı mümkündür. Bir neçə və ya beş hissin hamısı, eyni səbəbi 

nişan verən təsirə məruz qalırlarsa, xülya imkanı mövcud olsa da, 

azalır, çünki məlum hallarda hissiyyat bütünlüklə aldanır: məsələn, 

saxta  sikkə  belə  təsir  göstərir.  Hər  növ  empirik  idrak  və  zaman 

bütövlükdə  təbiətşünaslıq,  onun  təmiz  (Kanta  görə  metafiziki) 

hissəsi  istisna  olmaqla,  bu  vəziyyətdədir.  Burada  da  səbəb  təsir  

üzrə  dərk  olunur:  odur  ki,  təbiət  haqqında  hər  növ  nəzəriyyə 

fərziyyələrə  əsaslanır,  onlar  isə  çox  vaxt  yanlışdır  və  tədricən  öz 

yerlərini  daha  düzgünlərinə  verirlər.  Yalnız  bilərəkdən  aparılan 

eksperimentlərdə  dərketmə  səbəbdən  təsirə  doğru,  yəni  düzgün 

yolla  gedir,  lakin  bu  eksperimentlərin  özləri  yalnız  və  yalnız 

gümanlar  nəticəsində  aparılır.  Buna  görə  təbiətşünaslığın  heç  bir 

qolu, istər, məsələn, fizika, ya astronomiya, ya da fiziologiya olsun, 

riyaziyyat  və  ya  məntiq  kimi  dərhal  kəşf  edilə  bilməzdi:  bunun 

üçün bir çox yüzilliklərin təcrübəsini toplamaq və müqayisə etmək 

tələb  olunurdu  və  olunur  da.  Yalnız  təkrar  empirik  təsdiqlər 

ehtimalın  əsaslandığı  induksiyanı  belə  tamlığa  yaxınlaşdırır, 

təcrübədə  o,  səhihliyi  əvəz  edir,  onun  mənbəyi,  həndəsədə 

istifadə  üçün  –  düz  və  əyri  xətlərin  qarşılıqlı  ölçülməzliyi,  hesab 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

125 


üçün - loqarifmin şəksiz düzgünlüyünün əlçatmazlığı kimi fərziyyə 

üçün  də  ziyanlı  sayılmır.  Çünki  sonsuz  kəsrlər  vasitəsilə  dairənin 

kvadratını  və  loqarifmi  sonsuz  olaraq  dəqiqliyə  yaxınlaşdırdıqları 

kimi,  eləcə  də  təkrarlı  təcrübə  vasitəsilə  induksiya,  yəni  əsasın 

nəticələrdən dərk olunması riyazi aşkarlığa, yəni nəticənin əsasdan 

dərk  olunmasına  sonsuz    olmasa  da,  hər  halda  o  dərəcədə 

yaxınlaşdırır  ki,  səhv  imkanı  çox  cüzi  olur  və    onu  necə  saymaq 

olar.  Lakin  hər  halda  bu  imkan  mövcuddur:  məsələn,  induktiv 

nəticə odur ki, çoxsaylı hallardan hamısına, yəni onların hamısının 

asılı olduğu naməlum əsasa doğru gedir. Hansı növ nəticə bunun 

qədər  şübhəsiz  ola  bilər  ki,  insanların  hamısının  ürəyi  sol 

tərəfdədir?  Bununla  belə,  olduqca  nadir  istisnalar  kimi  ürəyi  sağ 

tərəfdə olan insanlar da vardır. 

Beləliklə,  hissi  seyr  və  təcrübi  elmlər  eyni  növ  aşkarlığa 

malikdirlər. Aprior idrak kimi riyaziyyatın, xalis təbiətşünaslığın və 

məntiqin onların qarşısında malik olduğu üstünlük ona əsaslanır ki,  

idrakda  formal  olan  –  hər  bir  apriorluq  buna  əsaslanır  –  onlarda 

tamam-kamal  və  bəri  başdan  verilmişdir,  ona  görə  də  burada 

əsasdan  nəticəyə  keçid  həmişə  mümkündür,  halbuki  orada  çox 

vaxt yalnız nəticədən əsasa getmək olar. Ümumiyyətlə, özlüyündə 

səbəbiyyət  qanunu,  yaxud  empirik  idraka  rəhbərlik  edən  əsası 

qanunu  yuxarıda  adları  çəkilmiş  elmlərin  a  priori  olaraq  riayət 

etdikləri əsas qanununun digər formaları kimi tam səhihdir. 

Anlayışlardan və  ya əqli  hökmdən ibarət məntiqi  sübutlar 

aprior  seyr  vasitəsilə  idrakla  bərabər  o  üstünlüyə  malikdirlər  ki, 

əsasdan  nəticəyə  gedirlər  və  bu  səbəbdən  də  onlar  özlüyündə, 

yəni  formalarına  görə  qüsursuzdurlar.  Bunun  nəticəsidir  ki, 

isbatlara  belə  böyük  əhəmiyyət  verilmişdir.  Lakin  onların 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

126 


qüsursuzluğu  nisbidir,  onlar  yalnız  bütün  elmi  həqiqət  fondunu 

təşkil  edən  ali  elmi  müddəalara  gətirib  çıxarırlar,  odur  ki,  bizim 

onları  yenidən  sübut  etməyə  haqqımız  yoxdur,  amma  yox,  onlar 

seyrə    əsaslanmalıdırlar  və  bu  seyr  yuxarıda  adları  çəkilən  az 

miqdarda  elmlərdə  sırf  aprior  seyrdir,  yerdə  qalan  hallarda  isə 

həmişə  empirikdir  və  o,  ümumiyə  yalnız  induksiya  vasitəsilə 

yüksəlir.  Buna  görə,  təcrübi  elmlərdə  təkcəli  ümumidən  sübuta 

yetirilsə  də,  hər  halda  ümumi  öz  doğruluğunu  yalnız  təkcəlidən 

əldə  etmiş  və  öz-özünü  doğuran  zəmin  yox,  olsa-olsa  toplanmış 

ehtiyatların  anbarıdır. 

Həqiqətin əsaslandırılması ilə əlaqədar bunları demək olar. 

Yanılmanın mənşəyi və imkanlarına münasibətdə Platonun 

dövründən  bəri  –  yəni  o,  quşxana  timsalında  məsələnin  obrazlı 

həllini verdiyi vaxtdan (quşxanaya təkcə göyərçin salınmır və s.) bir 

çox  izah  təklif  olunur.  (Theectet,  səh.  167  və  sonra)  Kantın 

diaqonal hərəkət obrazının köməyi ilə yanılma mənbəyinin tutqun 

və qeyri-müəyyən izahını “Xalis zəkanın tənqidi”ndə (birinci nəşr, 

səh. 299, beşinci nəşr, səh. 350) tapmaq olar. 

Həqiqət hökmün öz idrak əsasına münasibəti olduğu üçün 

problem  bundan  ibarətdir  ki,  mühakimə  yürüdən  necə  düşünə 

bilər ki, ona malik olmadan belə bir əsasa həqiqətən malikdir, yəni 

yanılma,  zəkanının  aldanması  necə  mümkündür.  Mən  bu  imkanı 

görüntünün,  yaxud  yuxarıda  izah  edildiyi  kimi  dərrakənin  aldanış 

imkanının tam bir analogiyası hesab edirəm. Mənim fikrim ondan 

ibarətdir  ki,  (bu  mənim  izahımın  məhz  burada  yerinə  düşdüyünə 

dəlalət edir) hər cür yanılma nəticədən əsasa doğru əqli hökmdür, 

belə hökm isə yalnız o zaman düzgün ola bilər ki, nəticənin məhz 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

127 


bu,  daha  hansısa  başqa  bir  əsasa  malik  olmadığı  məlum  olsun, 

ancaq  heç  vəchlə  başqa  halda  yox.  Yanlışlığa  yol  verən  şəxs 

nəticəyə    da  elə  əsası  aid  edir  ki,  ona,  ümumiyyətlə,  malik  ola 

bilməz–  o,  bu  halda  dərrakənin  həqiqi  çatışmamazlığını,  yəni 

səbəb  və  təsir  arasındakı  əlaqəni  bilavasitə  dərk  etmək 

qabiliyyətini  aşkar  edir;  ya  da,  çox  vaxt  olduğu  kimi,  o,  nəticəyə  

mümkün əsası aid etsə də, nəticədən əsasa doğru gəldiyi qərarla 

bağlı mühakiməsinə onu da qoşur ki, guya həmin nəticə “həmişə” 

yalnız  onun  göstərdiyi  əsasdan  irəli  gəlir,  bu  haqqı  isə  ona  yalnız 

nəzərdə  tutduğu,  amma  etmədiyi  tam  induksiya  verə  bilər,  bu 

səbəbdən yuxarıda göstərilən “həmişə” çox geniş anlayış olduğuna 

görə, onun yerinə “bəzən” və ya “çox vaxt” sözləri qoyula bilərdi; 

bu şəkildə əqli nəticə problematik xarakter kəsb edə və özlüyündə 

səhv  olmazdı.  Yanılanın  bu  üsulları  ya  tələskənlikdən,  ya  da 

imkanların  çox  məhdud  dərk  edilməsindən  baş  verir  və  elə  bu 

səbəbdəndir  ki,  o    induksiyanı  yerinə  yetirmək  lazım  olduğunu 

bilmir.  Buna  görə  yanlışlıq  görüntü  ilə  tam  oxşardır.  Onların  hər 

ikisi  əsasdan  nəticəyə  gələn  qənaətdir:  görüntü  daim  səbəbiyyət 

qanunu üzrə, təkcə elə dərrakədən, yəni bilavasitə seyrin özündə 

yaranır;  yanılma  əsas  qanununun  bütün  formaları  üzrə  ağıl 

tərəfindən,  yəni  əsl  təfəkkürdə  əmələ  gəlir;  çox  vaxt  o,  həmçinin 

səbəbiyyət qanunu üzrə baş verir, bunu aşağıdakı üç nümunədən 

görmək olar ki, onları üç növ yanılmanın tipi və ya nümayəndələri 

saymaq olar. 1) Hissi görüntü (dərrakənin aldanması) yanılmasına 

(zəkanın aldanışına) aparır, məsələn, əgər rəsm əsəri qorelyef kimi 

qəbul  edilib,  həqiqətən  qorelyef  sayılarsa,  çox  vaxt  bu  aşağıdakı 

mühakimədən  gəlinən  əqli  nəticə  üzündən  baş  verir:  “Əgər  tünd 

boz  arabir  bütün  çalarlar  vasitəsilə  ağa  keçirsə,  o  zaman  bütün 

hallarda  bunun  səbəbi  yüksəklərin  və  çökəklərin  üzərinə  qeyri-


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

128 


bərabər  düşən  işıqdır:  ergo”...  2)  “Əgər  kassamda  pul  çatışmırsa, 

bütün  hallarda  bunun  səbəbi  odur  ki,  qulluqçumda  müvafiq  açar 

vardır: ergo" 3) “Əgər prizma vasitəsilə istiqamətini dəyişmiş, yəni 

yuxarı  və  ya  aşağı  çəkilmiş  günəş  təsviri  əvvəlki  dairəvi  və  ağ 

görüntüşü  əvəzinə,  qəfildən  uzadılmış  və  rənglənmiş  şəkil  alırsa, 

bunun səbəbi birdəfəlik odur ki, işıqda müxtəlif rəngə boyanmış və 

bununla  müxtəlif  tərzdə  sınmış  işıq  şüaları  vardır  ki,  onlar  da 

özlərinin müxtəlif sınmaları üzündən aralandıqlarına görə uzun və 

müxtəlif rəngə boyanmış obraz verirlər: ergo – bibamus (deməli – 

gəlin içək!)

34

” 

  Çox vaxt yanlış ümumiləşdirilmiş, hipotetik, əsasın nəticə 



kimi qəbul edilməsindən irəli gələn daha böyük mühakimədən bu 

nəticəyə  yalnız  hesablamalar  zamanı  səhvlər  istisna  olmaqla  hər 

cür yanılma müncər edilər bilər; lakin bu, əslində, yanlışlıq yox, adi 

səhvlərdir:  ədəd  anlayışlarının  göstərdiyi  əməliyyat  sırf  seyrdə  – 

hesabda baş verməmiş, onun əvəzinə isə başqa əməliyyatı yerinə 

yetirmişlər. 

Ümumiyyətlə,  elmlərin  məzmununa  gəldikdə  isə,  o, 

doğrusu, əsas qanununa görə, həmişə dünya hadisələrinin qarşılıqlı 

münasibətidir  və    bircə  onun  vasitəsilə  qüvvə  və  əhəmiyyət  kəsb 

edən  nə  səbəbə-ni  rəhbər  tutur.  Belə  münasibətə  göstəriş  izah 

adlanır.  Sonuncu  bu  yolla  iki  təsəvvür  arasındakı  münasibətləri 

həmin  təsəvvürlərin  yerləşdiyi  sinifdə  hökmranlıq  edən  əsas 

qanununun  formasında  göstərir.  İzah bu həddə  çatanda daha  niyə 

sualını vermək olmaz, çünki göstərilən münasibət məhz bu cürdür 

və  onu  başqa  cür  təsəvvür  etmək  mümkün  deyil,  yəni  o,  hər  növ 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

129 


idrakın  formasıdır.  Ona  görə  soruşmurlar  ki,  niyə  2  x  2  =  4-dür; 

yaxud  nə  səbəbə  üçbucaqda  bucaqların  bərabərliyi  tərəflərin 

bərabərliyini  müəyyənləşdirir;  yaxud  niyə  bu  səbəb  öz  təsirini 

doğurur;  ya  da  nə  səbəbə  mühakimələrin  düzgünlüyündən 

nəticənin  düzgünlüyü  üzə  çıxır.  Münasibətə  gətirib  çıxaran  və 

haqqında daha niyə sualını qoymaq mümkün olmayan hər bir izah 

hansısa  yol  verilmiş  gualitas  occulta  üzərində  dayanır:  lakin 

təbiətin hər növ əzəli qüvvəsi də bu növə mənsubdur. Hər bir təbii-

elmi izah son nəticədə belə bir qüvvə, yəni nəsə tamamilə qaranlıq 

qüvvə üzərində dayanmalıdır və buna görədir ki, o, həm daşın, həm 

də insanın daxili mahiyyətini eyni tərzdə izaholunmaz saxlayır: o, 

daşın  ağırlığı,  ilişməsi,  kimyəvi  xassələri  və  digər  təzahürləri  və 

eləcə  də  insanın  idrakı  və  fəaliyyəti  haqqında  bu  dərəcədə  az 

hesabat  verə  bilər.  Məsələn,  ağırlıq  –  gualitas  occulta-dır,  çünki 

fikrən  onun  üstündən    keçmək  olar,  belə  ki,  o,  səbəbiyyət 

qanunundan irəli gələn ətalət qanunu kimi nəsə zəruri olan bir şey 

kimi idrak formasından irəli gəlmir: buna görə sonuncuya müncər 

etmək,  tamamilə  yetərli  izah  vermək  deməkdir.  İki  şey  qəti 

izahedilməzdir,  yəni  əsas  qanununda  ifadə  olunan  münasibətə 

gətirilib  çıxarıla  bilməz:  əvvəla,  bu  bütün  dörd  formada  əsas 

qanununun özüdür, çünki o, hər növ izahın prinsipi, qüvvə aldığı 

şeydir; ikincisi, bu, onun üçün əlçatmaz olan şeydir, əzəli olan hər 

şey  özünün  bütün  təzahürlərində  ondan  irəli  gəlir,  başqa  sözlə, 

özündə şeydir və onun dərk edilməsi əsas qanununa qətiyyən tabe 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

130 


deyil.  Mənim  son  sözlərim  hələlik  burada  tamamilə  anlaşılmaz 

qalır: onu  yalnız növbəti  kitab izah  edəcəkdir.  Biz həmin kitabda 

elmin mümkün nailiyyətlərini bu baxımdan nəzərdən keçirəcəyik. 

Lakin  o  yerdə  ki,  təbiətşünaslıq  və  ümumiyyətlə  bütün  elmlər  öz 

obyektlərini tərk edirlər, – çünki bu həddi təkcə şeylərin elmi izahı 

yox,  hətta  bu  izahın  prinsipi,  əsas  qanunu  da  aşmır  –  orada, 

doğrusu, fəlsəfə şeylərin üzərinə qayıdır və onları elmdən tamamilə 

fərqli bir şəkildə öz bildiyi kimi nəzərdən keçirir. 

Əsas  qanunu  haqqında  fikirlərimdə,  51-ci  paraqrafda 

göstərmişəm  ki,  müxtəlif  elmlərdə  başlıca  bələdçi,  ipucu  bu 

qanunun  bu  və  ya  digər  formasıdır  və  bu  prinsipə  əsasən  elmin, 

mənə belə gəlir ki, ən düzgün təsnifatını müəyyənləşdirmək olardı. 

Lakin həmin bələdçiyə əsasən verilən hər cür izah həmişə, dediyim 

kimi,  yalnız  nisbidir:  o,  şeylərin  öz  aralarındakı  münasibəti 

müəyyənləşdirir,  lakin  həmişə  qabaqcadan  nəzərdə  tutduğu  bir 

şeyi izahedilməz saxlayır. Məsələn, riyaziyyatda məkan və zaman, 

mexanika,  fizika  və  kimyada  -  materiya,  keyfiyyət,  əzəli  qüvvələr, 

təbiət  qanunları;  botanika  və  zoologiyada  -  növlərin  fərqi  və 

həyatın özü; tarixdə – bütün təfəkkür xüsusiyyətləri və iradəsi ilə 

birlikdə  insan  nəsli  belələrindəndir  və  onların  hamısında  əsas 

qanunu onun hər bir halına xas olan formadadır. 

Fəlsəfənin  xüsusiyyəti  heç  bir  şeyi  məlum  kimi  nəzərdə 

tutmamasıdır,  onun  üçün  hər  şey  eyni  dərəcədə  yaddır  və 

problem  yaradır  –  təkcə  hadisələrin  münasibətləri  deyil,  həm  də 

hadisələrin özləri, hətta əsas qanununun özü də; digər elmlər hər 

şeyi bu qanunla  hökmü altına gətirə bildikdə razı qalırlar, halbuki 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

131 


fəlsəfə belə bundan heç nə udmazdı, çünki sıradakı üzvlərdən biri 

onun  üçün  digəri  qədər  naməlumdur;  bundan  savayı,  belə  əlaqə 

növünün özü onun üçün onun əlaqələndirdiyi şey qədər problem 

yaradır,  sonuncu  isə  istər  əlaqəyə  qədər,  istərsə  də  əlaqə  aşkara 

çıxandan sonra müəmma olaraq qalır. Belə ki, artıq deyildiyi kimi, 

məhz  elmlərin  ilkin  şərtini,  onların  şərhinin  əsasını  və  hüdudunu 

təşkil edən şey fəlsəfənin əsl problemidir, fəlsəfə isə elm qurtaran 

yerdə  başlayır  (seçdirmə  redaktorundur).  Sübutlar  onun 

fundamenti  ola  bilməz,  belə  ki,  onlar  məlum  prinsiplərdən 

naməlumları  çıxarırlar:  onun  üçün  isə  hər  şey  eyni  dərəcədə 

naməlum  və  yaddır.  Elə  bir  prinsip  ola  bilməz  ki,  dünya  özünün 

bütün təzahürləri ilə mövcudluğuna görə ona borclu olsun: bax elə 

bu səbəbdəndir ki, Spinoza istədiyi kimi, fəlsəfəni exfirmis principiis 

(möhkəm ilkin başlanğıclardan) dəlillərlə çıxarmaq olmaz. Bundan 

savayı,  fəlsəfə–  ən  ümumi  bilikdir  və  onun  başlıca  prinsipləri 

hansısa  digər,  daha  ümumi  bilikdən  çıxarıla  bilməz.  Ziddiyyət 

qanunu  yalnız  anlayışların  uzlaşmasını    hadisələrin  özünü  yox, 

əlaqəsini  izah  edir.  Odur  ki,  fəlsəfə  hansısa  causa  efficiens  (təsir 

göstərən  səbəb)-i  və  ya  bütün  dünyanın  causa  finalis



35

-ini  (son 

səbəb) axtarıb tapmağa cəhd göstərmir. Hər halda müasir fəlsəfə 

dünyanın necə və nədən ötrü mövcud olduğunu yox, yalnız onun 

nə  olmasının  əslinə  yetişmək  istəyir.  Nə  üçün  sualı  isə  burada   

sualına  tabedir,  çünki  o,  artıq  dünyaya  aiddir  və  onun  təzahür 

formasından,  əsas  qanunundan  törəyir  və  yalnız  bu  səbəbdən 

mahiyyət və qüvvə kəsb edir. Doğrudur,belə demək olar, dünyanın 

nə olmasını, bunu hər kəs kənar kömək olmadan da dərk edə bilər, 

çünki onun özü  idrakın  subyektidir, dünya  isə onun təsəvvürü  və 

bu  iddia  ədalətli  olardı.  Lakin  belə  idrak  əyanidir,  bu  in  concreto 

idrakdır;  fəlsəfənin  vəzifəsi  onu  in  abstracto  yenidən  yaratmaq, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

132 


ardıcıl, dəyişkən seyri, ümumiyyətlə geniş anlayış olan hisslə bağlı 

və onun tərəfindən dumanlı, qeyri-abstrakt bilik kimi yalnız  mənfi 

olaraq  müəyyən  edilən  hər  şeyi  məhz  bu  cür,  dəyişməz  biliyə 

çevirmək və  yüksəltməkdir.  Bu səbəbdən fəlsəfə bütün dünyanın 

mahiyyətini həm bütövlükdə, həm də onun bütün hissələrində in 

abstracto  ifadə  etməlidir.  Amma  intəhasız  çoxsaylı  xüsusi 

mühakimələr  içərisində  itib-batmamaqdan  ötrü  abstraksiyaya  əl 

atmalı  və  tək  olan  hər  şeyi  ümumidə  düşünməli,  onun  fərqlərini 

isə  yenə  də  ümumidə  görməlidir;  buna  görə  o,  dünyanın 

ümumiyyətlə  çoxcəhətliliyini  onun  mahiyyətinə  uyğun  yığcam 

şəkildə  biliyə  verməkdən  ötrü  onu  az  sayda  abstrakt  anlayışlara 

qismən  parçalamalı,  qismən  birləşdirilməli  olur.  Dünyanın 

mahiyyətini cəmləşdirdiyi anlayışların köməyi ilə ümumi ilə yanaşı, 

tamamilə təkcəli də dərk olunmalı və hər ikisinin dərk olunması ən 

dəqiq şəkildə əlaqəli olmalıdır. Buna görə fəlsəfi qabiliyyət məhz, 

Platonun güman etdiyi kimi, təkin çoxda və çoxun təkdə dərkindən 

ibarətdir.  Beləliklə,  fəlsəfə  olduqca  ümumi  mühakimələrin 

məcmusudur ki, onların da dərkinin əsasını heç bir istisnasız  bütün 

dünya,    yəni  insan  şüurunda  olan  hər  şey  təşkil  edir;  fəlsəfə 



mükəmməl  təkrar,  bir  növ  dünyanın  abstrakt  anlayışlarda 

inikasıdır,  bu  isə  mühüm  əhəmiyyət  kəsb  edən  eyninin  bir 

anlayışda  birləşməsi  və  müxtəlifin  başqa  bir  anlayışa  ayrılması 

vasitəsilə  mümkündür.  Bu  vəzifəni  fəlsəfə  qarşısında  hələ  

Verulamlı Bekon aşağıdakı sözləri ilə qoymuşdur: “Yalnız o fəlsəfə 

həqiqidir ki, o, mükəmməl dəqiqliklə dünyanın özünün səsini ifadə 

edir, sanki dünyanın diktəsi ilə  yazılmışdır, onun obraz və əksidir

heç nə özündən əlavə etmir, yalnız əks-sədaları təkrarlayır və ifadə 

edir”  (De  augm  seient.  1,  2,  səh.  13).  Biz  bunu  Bekonun  öz 

vaxtında düşündüyündən daha geniş mənada başa düşürük. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

133 


Dünyanın  bütün  tərəfləri  və  hissələrinin  öz  aralarında 

həmahəng uzlaşmada olmaları – məhz ona görə ki, onlar bir tama 

mənsubdurlar  –  dünyanın  abstrakt  inikasında  təkrar  olunmalıdır. 

Buna görə mühakimələrin haqqında bəhs etdiyimiz məcmusunda 

tək müəyyən dərəcəyədək başqasından bir çıxarış ola bilərdi, özü 

də  həmişə  qarşılıqlı.  Lakin  bunun  üçün  əvvəlcə  mühakimələr 

mövcud olmalı və deməli, onları qabaqcadan dünyanın in concreto 

bilavasitə dərk olunması əsasında müəyyənləşdirmək lazımdır, özü 

də  hər  hansı  bir  bilavasitə  əsaslandırma  vasitəlidən  daha 

dürüstdür.  Buna  görə  belə  mühakimələrin  harmoniyası  –  onun 

sayəsində  bu  mühakimələr  bir  fikrin  vəhdətində  birləşir  və  o, 

onların  ümumi  idrakının  əsası  olan  əyani  dünyanın  özünün 

harmoniyası və vəhdətindən irəli gəlir – onları əsaslandırmaq üçün 

ilkin  dəlil  kimi  yox,  yalnız  onların  həqiqiliyini  möhkəmləndirmək 

üçün  istifadə  edilə  bilər.  Bu  vəzifənin  özü  yalnız  onun  həlli 

prosesində tam aydınlaşa bilər. 

*

 

 




Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin