§ 10
Bu bizi getdikcə aşağıdakı məsələlərə daha da
yaxınlaşdırır: dürüstlüyə necə nail olunur; fikri necə
əsaslandırmaq olar; bilik və elm nədən ibarətdir. Sonuncunu biz
dil və düşünülmüş davranışla yanaşı zəkanın təmin etdiyi böyük
üstünlüklərdən üçüncüsü hesab edirik.
Zəka qadın təbiətinə
25
malikdir: o, yalnız qavrayarsa,
doğa bilər. O, özü-özlüyündə əməliyyatlarının məzmunsuz
*
II cildin 11-ci fəsli bura aiddir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
84
formalarından savayı bir şeyə malik deyil. Zəka tərəfindən dörd
qanundan savayı mükəmməl xalis dərk etmə, ümumiyyətlə,
mövcud deyil. Mən həmin qanunlara metaloji həqiqiliyi də
əlavə etmişəm. Bunlar: eyniyyət, ziddiyyət, istisna edilmiş
üçüncü və idrakın kafi əsası qanunlarıdır. Çünki məntiqdə yerdə
qalanı belə zəka tərəfindən sırf dərk olunan deyillər, belə ki,
anlayışlar sferalarının münasibət və kombinasiyalarını nəzərdə
tutur; anlayışlar isə, ümumiyyətlə, özündən qabaqkı əyani
təsəvvürlərin ardınca yaranır, onlara münasibət anlayışların
mahiyyətini təşkil edir və deməli, onlar tərəfindən nəzərdə
tutulur. Bu ilkin şərt anlayışların müəyyən məzmununa yox,
ancaq varlıqlarına şamil olunduğu üçün, bütövlükdə götürülmüş
məntiq xalis zəkanın elmi sayıla bilər. Bütün yerdə qalan
elmlərdə zəka öz məzmununu aşkar təsəvvürlərdən alır:
riyaziyyatda – hər hansı təcrübədən əyani məlum olan məkan
və zaman münasibətlərindən; sırf təbiətşünaslıqda, yəni bizim
hər hansı təcrübəyədək təbiətin axını barədə bildiyimizdə elmin
məzmunu sırf dərrakədən irəli gəlir, yəni səbəbiyyət qanununu
aprior dərk etməkdən və onun məkan və zamanı xalis seyr və
əlaqəsindən. Bütün digər elmlərdə adlarını çəkdiyimiz fənlərdən
götürülməmiş hər şey təcrübəyə mənsubdur. Ümumiyyətlə,
bilmək- ixtiyari canlandırma üçün ruhunun hökmü altında
özlündən kənarda nədəsə idrakın kafi əsasını tapan, yəni həqiqi
olan mühakimələrə malik olmaq deməkdir. Beləliklə, yalnız
mücərrəd idrak bilikdir: buna görə o ağılla şərtlənmişdir və
heyvanlar barəsində biz, ciddi desək, guya onların nəsə bildiyini
iddia edə bilmərik, hərçənd onlarda da əyani idrak, onun
barəsində xatirələr və bu səbəbdən təxəyyül var - sonuncu
onların yuxu görmələri ilə sübuta yetir. Şüuru biz onlara aid
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
85
edirik və onun anlayışı ilə hansı növ olursa-olsun nəticə etibarilə
(hərçənd ki, sözün mənşəyində bilik durur) təsəvvür anlayışı
üst-üstə düşür. Buna görə biz bitkilərə idrakı yox, həyatı aid
edirik.
Beləliklə, bilik – mücərrəd şüurdur, zəkanın başqa yolla
dərk olunanların anlayışlarında təsbitidir.
§ 11
Bu baxımdan idrakın həqiqi əksi hissdir və biz onu bu
səbəbdən burada nəzərdən keçirəcəyik. Hiss sözü ilə
işarələnən anlayış həmişə yalnız mənfi məzmuna malik olur,
yəni şüurda verilən nəsə nə anlayışdır, nə də ağlın mücərrəd
idrakı. Sonradan nə olursa- olsun, o həmin hissin anlayışına
aiddir və onun ölçüyəgəlməz geniş sferası ən müxtəlif
şeylərdən ibarətdir: biz onların öz aralarında uzlaşmadığını
yalnız bu mənfi münasibətdə abstrakt anlayış olmadıqlarına
görə üst-üstə düşdüyünü bilməsək, başa düşməyəcəyik.
Çünki göstərilən anlayışda, ən müxtəlif, hətta düşmən
elementlər belə, məsələn, dini hisslər, şəhvət, mənəvi hisslər,
lamisə, ağrı, zəngləri, səsləri hiss etmək, onların harmoniya
və disharmoniyasını hiss etmək; daha sonra nifrət, ikrah,
özündən müştəbehlik, şərəf, pərtlik, ədalətlilik və ədalətsizlik
hissi, həqiqət hissi, qüvvənin, zəifliyin, sağlamlığın,
dostluğun, sevginin estetik duyğusu və s. kimi fiziki hisslər
sakitcə yanaşı dururlar. Onların arasında istisnasız olaraq
ümumi heç nə yoxdur, yeganə mənfi xüsusiyyət – zəkanın
abstrakt idrakı olmamalarıdır. Ən heyranedici hal isə budur
ki, məkan münasibətlərinin aşkar, aprior dərk olunması və
xalis zəkanın hər hansı dərki anlayış altına gətirilir və
ümumiyyətlə, bizim əvvəlcə intuitiv olaraq dərk etdiyimiz,
lakin hələ abstrakt anlayışa yerləşdirmədiyimiz hər bir idrak,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
86
hər bir həqiqət haqqında deyilir ki, biz onları hiss edirik. İzah
üçün ən yeni kitablardan bir neçə misal gətirmək istərdim,
çünki onlar mənim tərifimi çox gözəl təsdiq edirlər. Yaxşı
yadımdadır, Evklidin alman dilinə tərcümələrinin birinə
yazılmış ön sözdə oxumuşam ki, həndəsəyə müraciət edənləri
hələlik sübutlara əl atmadan bütün fiqurları çəkməyə məcbur
etmək lazımdır, çünki bu halda onlar, dəlillər onları tam
dərkə gətirməzdən çox-çox qabaq həndəsi həqiqətləri hiss
edəcəklər. F.Şleyermaxerin ―Əxlaq təliminin tənqidi‖
əsərində də eynilə bu cür məntiqi və riyazi hisslərdən (səh.
339), bərabər biliyindən və ya iki düsturun fərqindən (səh.
342) danışılır. Daha sonra, Tennemanın ―Fəlsəfə tarixi‖
kitabında (səh. 361) oxuyuruq: ―Yanlış nəticələrin düzgün
olmaması hiss olunsa da, səhvləri tutmaq mümkün deyildi‖.
Nə qədər ki, bizdə hiss anlayışına düzgün baxış bərqərar
olmayıb, nə qədər ki, biz yalnız onun üçün təkcə mühüm olan
mənfi əlaməti görmürük, o vaxta qədər bu anlayış öz
sferasının həddən ziyadə genişliyi və özünün sırf mənfi,
tamamilə birtərəfli və olduqca əhəmiyyətsiz məzmunu
sayəsində daim anlaşılmazlıq və mübahisələr üçün bəhanə
olacaqdır. Bizdə hələ eyni əhəmiyyətə malik duyğu
(Empfindung) sözü olduğu üçün, ondan fiziki hissləri ifadə
etməkdən ötrü variant kimi istifadə etmək münasibdir. Hissin
bu anlayışının mənşəyinə gəldikdə, – bütün digərlərinə
münasibətdə qeyri-proporsional olmaqla– o, şəksiz
aşağıdakılardan ibarətdir. Bütün anlayışlar (yalnız anlayış
sözlə ifadə olunur) müstəsna olaraq zəka üçün mövcuddur,
ondan irəli gəlir: deməli onlar bəri başdan bizi birtərəfli
baxışa sövq edirlər. Belə nöqteyi-nəzərdən isə yaxında
olanlar aydın görünür və müsbət müəyyənləşir, daha uzaq
olanlar isə qarışır və tezliklə müşahidəçinin gözündə yalnız
mənfi xarakter kəsb edir. Belə ki, hər millət başqalarını
yadelli adlandırır, yunan qalanlarına barbar adı verir, ingilis
üçün İngiltərə və ingilisin olmayan hər şey continent və
continentaldır: mömin başqalarını kafir və ya bütpərəst
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
87
adlandırır; zadəgan üçün yerdə qalanları - roturies (raznoçin,
yəni qeyri-zadəganlar), tələbə üçün– filisterlərdir və s. Həmin
birtərəflilikdə, demək olar ki, təşəxxüsün həmin kobud
nadanlığında, nə qədər qəribə səslənsə də, zəkanın özü
günahkardır, çünki o, bir hiss anlayışına idrakın hər növ
modifikasiyasını – əgər o, bilavasitə onun təsəvvür üsuluna
mənsub deyilsə, başqa sözlə desək, abstrakt anlayış deyilsə–
daxil edir. Zəka bu günahı dərin özünüdərk yolu ilə hərəkət
tərzini özü üçün aydınlaşdırmadan indiyədək öz sahəsində
anlaşılmazlıq və dolaşıqlıq bahasına yumalı idi, axı, hətta
hissin xüsusi qabiliyyəti belə icad edilmiş və onun
nəzəriyyələri qurulurdu.
§ 12
Bilik – onun kontradiktor əksliyi kimi mən indicə hiss
anlayışını
26
təqdim etdim – bu, artıq deyildiyi kimi, abstrakt
dərketmə, yəni ağılla qavramadır. Lakin ağıl həmişə başqa yolla
artıq qazanılmış nəyisə idraka qaytardığı üçün, o, əslində, bizim
bildiyimizi genişləndirmir, ona yalnız başqa forma verir. Yəni
intuitiv surətdə, in concreto dərk olunan şey onun sayəsində
mücərrəd və ümumi şəkildə dərk olunur, bu isə belə şəkildə
söylənilənin ilk baxışda nəzərə çarpdığından müqayisəyə gəlməz
dərəcədə vacibdir. Çünki dərk olunan şeyin sabit qorunub
saxlanması, onu ötürmə imkanı, təcrübədə inamlı və geniş
tətbiqi bütünlüklə dərk olunan şeyin biliyə çevrilməsi, abstrakt
xarakter kəsb etməsindən asılıdır. İntuitiv olaraq idrak həmişə
xüsusi hala aiddir, yalnız ən yaxına aiddir və onun üzərində də
dayanır, zira hissiyyat və idrak eyni vaxtda əslində yalnız bir
obyekti dərk edə bilər. Hər növ davamlı, əlaqəli, planauyğun
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
88
fəaliyyət buna görə əsas prinsiplərdən, yəni mücərrəd bilikdən
çıxış etməli və onları rəhbər tutmalıdır.
Belə ki, məsələn, səbəb və təsir arasında münasibət
barədə dərrakədə olan dərk bu barədə in abstracto təsəvvür
ediləndən qat-qat mükəmməl, dərin və dolğundur: yalnız idrak
aşkar, bilavasitə və mükəmməl surətdə açar qolunun,
palispastın, dişli çarxın necə fəaliyyət göstərməsini, tağtavanın
necə sallandığını dərk edir və s. Lakin intuitiv idrakın indicə
toxunduğumuz xüsusiyyətləri nəticəsində bilavasitə verilənə
müraciət etməklə, maşın və binaların inşası üçün tək bir dərrakə
kifayət etməz; burada zəka işdən yapışmalı, seyri abstrakt
anlayışlarla əvəz etməli, onları öz fəaliyyətində bələdçiyə
çevirməli və əgər onlar düzdürsə, uğur təmin edilmişdir. Elə bu
cür xalis seyrlə biz parabola, hiperbola, spiralın mahiyyətini və
qanunauyğunluğunu mükəmməl qavrayır, lakin bu dərketməni
gerçəkliyə düzgün tətbiq etməkdən ötrü, əvvəlcə onu abstrakt
biliyə çevirmək lazımdır. Bu zaman o (bilik ), əyaniliyini itirsə də,
abstrakt biliyin həqiqiliyi və müəyyənliyini qazanır. Beləliklə,
bütün diferensial hesablama bizim əyrilər barədə
biliyimizi,
əslində, genişləndirmir, onların xalis seyrində olanlardan
artığına malik deyil; lakin o, intuitivi abstrakta çevirməklə
idrakın xarakterini dəyişir ki, bu da tətbiq zamanı qeyri-adi
tərzdə səmərəli, məhsuldar olur. Bu yerdə bizim dərketmə
qabiliyyətimizin daha bir xüsusiyyətini yada salmaq lazımdır: nə
qədər ki, əyani və mücərrəd idrak arasında fərq bütünlüklə
aydınlaşmamışdı, onu görə bilmirdilər. Bu xüsusiyyət ondan
ibarətdir ki, məkanın münasibətini özlüyündə bilavasitə
abstrakt idraka keçirmək olmaz, bunun üçün yalnız zaman
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
89
kəmiyyəti, yəni rəqəmlər yararlıdır. Yalnız rəqəmlər onlara
dəqiqliklə uyğun gələn abstrakt anlayışlarda ifadəsini tapa bilər,
məkan kəmiyyəti isə yox. Min anlayışı on anlayışından hər iki
zaman kəmiyyəti seyrdə fərqləndiyi kimi fərqlənir: min deyəndə
biz on rəqəmindən müəyyən miqdar dəfə artıq rəqəmi
təsəvvürə gətiririk və biz zamanda seyr etmək üçün bu min
rəqəmini onluqlara bölə, yəni onu hesablaya bilərik. Lakin mil
və futun abstrakt anlayışları arasında onlar barəsində əyani
təsəvvür olmadan və ədədlərin köməyi olmadan, bu
kəmiyyətlərin özlərinə müvafiq dəqiq fərq mövcud deyil. Hər iki
anlayışda, ümumiyyətlə, məkan kəmiyyəti düşünülür və onları
kifayət qədər fərqləndirməkdən ötrü ya məkan seyrini köməyə
çağırmaq, yəni mücərrəd idrak sahəsini tərk etmək, ya da bu
fərqi ədədlərlə təsəvvür etmək lazımdır. Beləliklə, əgər biz
məkan münasibətləri haqqında abstrakt biliyə malik olmaq
istəyiriksə, onları əvvəlcə zaman münasibətlərinə, yəni ədədlərə
keçirmək lazımdır. Buna görə həndəsə yox, yalnız hesab
kəmiyyət barədə ümumi elmdir, həndəsə isə əgər onu başqaları
üçün rahat şərh etmək və ona təcrübədə dəqiq müəyyənlik və
tətbiq edilə bilmə vermək istəyirlərsə, hesaba keçirilməlidir.
Doğrudur, məkan münasibətlərini də özlüyündə in abstracto
düşünmək olar, – məsələn, sinus bucağa uyğun artır; lakin bu
münasibətin qiymətini göstərmək tələb olunursa, ədəd lazımdır.
Üçölçülü məkanı yalnız bir ölçüyə malik zamana keçirmək
zərurəti, əgər biz məkan münasibətlərinin abstrakt dərkini (yəni
sadə seyr yox, bilik) istəyiriksə, məhz bu zərurət riyaziyyatı bu
qədər çətinləşdirir. Əgər əyrilərin onların analitik hesablanması
ilə seyrini, ya da heç olmasa triqonometrik funksiyalarının
loqarifm cədvəllərini, bu cədvəllərdə ifadə olunan üçbucağın
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
90
hissələri arasında dəyişən münasibətlərin seyri ilə müqayisə
etsək, bu daha da aydınlaşacaq. Seyrin burada ilk baxışda,
deyək ki, sinusun artması ilə kosinusun necə azaldığını, bir
bucağın kosinusunun başqasının sinusu olmasını, hər iki bucağın
azalması və artması arasında tərs mütənasibliyi necə dəqiqliklə
və bütünlüklə tutmasını in abstracto ifadə etməkdən ötrü böyük
miqdarda ədəd və yorucu hesablama tələb olunardı. Özünün
bir ölçüsü ilə məkanın üç ölçüsünü verməkdən ötrü zamanın nə
kimi əzab-əziyyətə düçar olacağını deyə bilərik. Bununla belə,
əgər biz praktiki məqsədlər naminə istəsək ki, məkan
münasibətləri abstrakt anlayışlarda qeydə alınsın, bu zəruridir:
birincilər sonuncularda bilavasitə yox, sırf zaman kəmiyyəti,
abstrakt idrak üçün təkcə bilavasitə yararlı olan ədəd vasitəsilə
ifadə oluna bilərlər. Maraqlı cəhət bir də budur ki, əgər məkan
seyr üçün tam yararlıdırsa və özünün üç ölçüsünün köməyi ilə
ən mürəkkəb münasibətləri belə müşahidə etmək imkanı
verirsə, lakin abstrakt idrak üçün əlçatmazdırsa, bunun tam əksi
olaraq zaman mücərrəd anlayışlara asanlıqla yerləşir, amma
seyrə çox az şey verir: bizim sırf zaman daxilində, məkanı cəlb
etmədən rəqəmləri özünəməxsus stixiyalarında seyrimiz
çətinliklə on rəqəminə çatır – bu hüdud arxasında biz
rəqəmlərin aşkar dərkini yox, yalnız abstrakt anlayışlara malik
oluruq; digər tərəfdən, hər bir surətlə və bütün cəbr işarələri ilə
biz dəqiq müəyyən edilmiş abstrakt anlayışları birləşdiririk.
Yeri gəlmişkən qeyd edək ki, bir sıra zəkaları yalnız əyani
idrak tam razı salır. Məkanda varlığın əyani təsəvvür edilən
əsası və nəticəsi – onların axtardığı budur. Məkan məsələlərinin
Evklid isbatı və ya hesab vasitəsilə həlli onları təmin etmir. Digər
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
91
zəkalar isə, əksinə, istifadə və izah üçün yararlı olan abstrakt
anlayışlar tələb edirlər: uzun fikir zəncirində mücərrəd tezis,
düstur, dəlil-sübutlar və hesablamalar üçün onlarda dözüm də,
yaddaş da var. Bu hesablamalarda istifadə olunan işarələrsə ən
mürəkkəb abstraksiyaların əvəzediciləridir. Sonuncu göstərilən
zəkalar – müəyyənliyə, birincilər– əyaniliyə can atırlar. Fərq göz
qabağındadır.
Biliyin, abstrakt idrakın ən ali dəyəri ondan ibarətdir ki,
onu başqalarına ötürmək və təsbit etməklə qoruyub saxlamaq
olar: yalnız bunun sayəsində o, təcrübə üçün son dərəcə əvəzsiz
və vacib olur. Başqası öz dərrakəsində əyani idrak vasitəsilə
fiziki cisimlərin dəyişiklikləri və hərəkəti arasında səbəb
əlaqəsinə malik ola və bundan tam razı qala bilər: lakin onun
bilikləri başqalarına ötürülsün deyə, onu əvvəlcə anlayışlarda
möhkəmləndirmək lazımdır. Hətta birinci növ dərketmənin
praktiki məqsədləri üçün kifayət edər ki, onun sahibi onun
tətbiqini həm də tam icra oluna biləcək fəaliyyətdə – nə qədər
ki, əyani dərketmə hələ canlıdır – bütünlüklə öz üzərinə
götürsün: lakin başqasının yardımına ehtiyac varsa, belə idrak
kifayət etmir, şəxsi hərəkətləri yaxud belə müxtəlif zaman
kəsiyində yerinə yetirilməli, deməli düşünülmüş plan tələb
edirsə belə idrak kifayət etmir. Məsələn, təcrübəli bilyard
oyunçusu
elastik
cisimlərin
öz
aralarında
toqquşma
qanunlarının tam biliyinə yalnız idrakda, yalnız bilavasitə seyrdə
malik ola bilər, bu da onlara tam kifayət edir. Lakin bu
qanunların həqiqi biliyinə, yəni in abstracto idraka yalnız alim-
mexanik malikdir. Əgər ixtiraçı maşının özü düzəldirsə, hətta
maşın düzəltmək üçün bu cür sırf intuitiv dərketmə kifayət edir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
92
İstedadlı sənətkarlar qeyd edim ki, hər hansı elmi məlumatsız
məhz belə də hərəkət edirlər. Amma əksinə, mexaniki
əməliyyatları, maşınqayırmanı, bina ucaltmağı yerinə yetirmək
üçün müxtəlif zaman kəsiyində başlayan bu mürəkkəb işdə
insanlara ehtiyac duyulduğu üçün, belə birgə fəaliyyət rəhbəri
özü üçün in abstracto onun planını tərtib etməlidir, bu isə yalnız
ağlın köməyi ilə mümkündür. Maraqlıdır ki, birinci növ
fəaliyyətdə – bu zaman kimsə məlum fəaliyyəti təkbaşına və
fasiləsiz yerinə yetirməlidir – bilik, ağlın tətbiqi, refleksiya çox
vaxt hətta mane ola bilər, məsələn, bilyard oyununda,
qılıncoynatmada, alətlərin sazlanmasında, nəğmə oxuyanda.
Belə hallarda fəaliyyətə bilavasitə əyani idrak rəhbərlik
etməlidir, refleksiya isə diqqəti yayındırmaqla və insanı
karıxdırmaqla onu inamsız edir. Məsələn, o, münasib yer
tapmaq, yanlış ifratçılıq arasında lazımi fürsəti bulmağa çalışır;
təbiət adamı bütün bunları bilavasitə, kənar heç nə barədə
düşünmədən tapır. Eynilə bu cür mənim, əgər onu əlimdə tuta-
tuta intuitiv olaraq bilmirəmsə, dərəcə və dəqiqələri, ülgücü
hansı bucaq altında, qoymağı in abstracto müəyyənləşdirə
bilməyimin nə xeyri? Ağıl insan surətinin anlanmasına mane
olur: və o, bilavasitə dərrakə tərəfindən həyata keçməlidir,
hədər yerə demirlər ki, üzün ifadəsini, fizionomiyanın mənasını
yalnız hiss etmək olar, başqa sözlə onlar abstrakt anlayışlarda
əriyib yox olmur. Hər bir kəs özünün bilavasitə intuitiv
fizioqnomika və patoqnomikasına malikdir, lakin bu siqnatura
rerum-u biri başqasına nisbətən (şeylərin nəyi bildirdiyini) daha
aydın ancaq başa düşə bilər. Fizioqnomikanı in abstracto
öyrətmək və öyrənmək olmaz, çünki burada çalarlar o qədər
incədir ki, anlayış onların səviyyəsinədək enə bilməz. Buna görə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
93
abstrakt bilik mozaik rəsmlərin Van der Verft və ya Dennerə
bəslədiyi münasibəti onlara bəsləyir: naxışların incəliyinə
baxmayaraq, xırda daşların qıraqları aydın göründüyü və buna
görə bir rəngdən digərinə tədrici keçid mümkün olmadığı kimi,
anlayışlar da özünün bu hərəkətsizliyi və kəskin cizgilərində
onları nə qədər incə şəkildə yaxın təriflərlə parçalamağa cəhd
göstərilsə də, heç vaxt seyr edilənin zərif modifikasiyasına nail
ola bilməzlər, bununla belə, misal kimi tərəfimdən göstərilən
fizioqnomikanın* bütün mahiyyəti məhz sonuncularda əks
olunmuşdur. (
HAŞİYƏ: (*Mən buna görə o fikirdəyəm ki,
fizioqnomikanın dəqiqliyi bir neçə ümumi qanunun müəyyən
edilməsindən irəli gedə bilməz; məsələn, alın və gözlərə əsasən
intellektual olanı, dodaqlara və üzün aşağı hissəsinə görə
iradənin etik təzahürlərini oxumaq olar: alın və gözlər bir-birini
qarşılıqlı surətdə izah edir və müşahidə edilən bu cizgilərdən
hər biri digəri olmadan yalnız yarıya qədər aydındır. Dahilik heç
vaxt yüksək, geniş, gözəl, girdələnmiş alın olmadan mümkün
deyil, lakin sonuncu çox vaxt bunlarsız da olur: sifət nə qədər
çirkindirsə, ağıllı ifadəyə görə ağıl barədə daha düzgün nəticə
çıxarmaq olar və sifət nə qədər gözəldirsə, səfeh ifadəyə görə
səfehlik barədə daha düzgün nəticə çıxarmaq olar, çünki
gözəllik insan tipinə uyğunluq kimi artıq özü mənəvi aydınlığın
ifadəsidir, eybəcərlik bunun tam əksi olan xarakterə malikdir və
s.)
Anlayışların məhz bu xüsusiyyəti– bu xüsusiyyətlər
mozaik naxışın daşlarına oxşayır və onun sayəsində seyr həmişə
onların
asimptotası
olaraq
qalır
–
sənətdə
uğur
qazanılmamasına bais olur. Əgər müğənni və ya virtuoz
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
94
refleksiyanı rəhbər tutursa, ölü olaraq qalacaqdır. Bu, bəstəkara
da, rəssama da və hətta şairə də aiddir: anlayış sənət üçün
həmişə bəhrəsizdir və yalnız onun texnikasını idarə edə bilər;
anlayışın sahəsi – elmdir. Əsl sənətin anlayışdan yox, əyani
idrakdan irəli gəlmə səbəbini üçüncü kitabda müfəssəl tədqiq
edəcəyik. Anlayışın hətta adi davranışda, şəxsi tərif ünsiyyətdə
oynadığı mənfi rol yalnız bundan ibarətdir ki, xudpəsəndlik və
heyvaniliyin qəfil üzə çıxmasının qarşısını alır, bu səbəbdəndir
ki, nəzakətlilik onun hər cür tərifə layiq törəməsidir. Lakin
cazibədarlıq, məlahət, davranışda füsunkarlıq, sevgi və dostluq
anlayışdan irəli gəlməməlidir, əks təqdirdə
“Bilərəkdənlik hər şeyi pozur
27
”.
Bax elə bu səbəbdəndir ki, dərin düşünməyə adət
etməmiş vəhşi həyat tərzi sürən və savadsız adamlar, məlum
fiziki təmrinlər, heyvanlarla mübarizəni, ox atmanı və sairəni elə
inam və sürətlə yerinə yetirirlər ki, bu, refleksiya edən avropali
üçün əlçatmazdır, ona görə ki, refleksiya onu tərəddüd etməyə
və ləngiməyə məcbur edir.
Hər növ sünilik – refleksiyanın işidir: lakin uzun müddət
və fasiləsiz olaraq onu saxlamaq mümkün deyil. Nemo potest
personam diu fare fictam
*
- deyə Seneka “De dlementia”
kitabında yazırdı: o, əksərən sezilir və öz məqsədinə çatmır.
Həyatın çətin məqamlarında ani qərarlar, cəsarətli əməllər, tez
və düzgün dərrakəlilik tələb olunduğu bir halda ağıl, əlbəttə ki,
lazımdır: lakin o üstünlük əldə edib özünün şübhələri ilə lazım
olanın dərk edilməsində intuitiv, bilavasitə, sırf hissiz şüurlu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |