Dünya: iradə və təsəvvür kimi


§ 8  Bilavasitə  günəş  işığından  ayın  götürülmüş  inikasına



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə4/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   2   3   4   5   6   7   8   9   ...   57
§ 8 

Bilavasitə  günəş  işığından  ayın  götürülmüş  inikasına 

keçid  kimi  biz  əyani,  bilavasitə,  müstəqil,  özü-özünə  zamin 

duran  təsəvvürdən  refleksiyaya,  zəkanın  abstrakt,  diskursiv 

anlayışlarıına  keçirik  və  bunlar  öz  məzmununu  yalnız  əyani 

idrakdan  və  ona  münasibətdən  götürür.  Nə  qədər  ki,  biz  xalis 

seyrdəyik, hər şey aydın, səbatlı və şübhəsizdir. Burada nə sual 

var, nə şübhə, nə yanılma: biz bundan artıq heç nə istəmir, heç 

nə  bacarmırıq,  seyrlə  sakitləşir,  əldə  olanla  qane  oluruq.  Seyr 

özü  ilə  kifayətlənir:  bu  səbəbdən,  öz  təmiz  mənşəyini  ondan 

götürən və ona sadiq qalan hər şey, əsl sənət əsəri kimi heç vaxt 

yalan  ola  və  ya  hansısa  zamanla  təkzib  edilə  bilməz:  çünki  o, 

fikir  yox,  şeyin  özünü  verir.  Lakin  abstrakt  idrak,  şüurla  

nəzəriyyədə  şübhə  və  yanılma,  təcrübədə  isə  qayğı  və 

peşmanlıq  yaranır.  Əgər  əyani  təsəvvürdə  görüntü  bir  anlığına 

gerçəkliyi  təhrif  edirsə,  abstrakt  təsəvvürdə  yanılma  min  illər 

boyu  hökmranlıq  edə,  bütöv  xalqların  üzərinə  dəmir 

boyunduruq  qoya,  bəşəriyyətin  ən  nəcib  niyyətlərini  boğa  və 

hətta öz əsirləri, aldanmışların köməyi ilə aldada bilmədiklərini 

buxovlaya  bilər.  Yanılma  elə  bir  düşməndir  ki,  bütün  dövrlərin 

ən  müdrik  insanları  onunla qeyri-bərabər  mübarizə  aparmış  və 

ondan  qoparıb aldıqları, bəşəriyyətin sərvətinə çevrilmişdir. Elə 

                                                           

*

  Bu  ilk  yeddi  paraqrafa  əlavələrin  birinci  kitabının  ilk  dörd  fəsli 



aiddir. 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

59 


buna  görədir  ki,  onun  sahəsinə qədəm qoyan  kimi,  ona dərhal 

diqqət  yetirilməlidir.  Hərçənd  çox  vaxt  deyirlər  ki,  həqiqəti, 

hətta ondan mənfəət gözlənilməyən yerdə də axtarmağa dəyər, 

çünki  xeyir  dolayısı  ilə  onu  gözləmədiyin  yerdə  qarşına  çıxa 

bilər,  mən  isə  buna  əlavə  etməliyəm  ki,  elə  bu  cür  səylə  də 

yanılmanı  ondan  ziyan  gözləmədiyin  yerdə  də  faş  edib  məhv 

etmək  lazımdır,  belə  ki,  o,  dolayısı  ilə  nə  vaxtsa  ağlına  belə 

gətirmədiyin  yerdə  qəfil  peyda  ola  bilər,  çünki  hər  bir  yanılma 

zəhər daşıyıcısıdır. Əgər ruh,  idrak insanı yerin hakimi edirsə, o 

zaman  ziyansız  yanılma  yoxdur,  layiqli  və  müqəddəs 

yanılmalarsa  çoxdan yoxdur. Öz qüvvəsini və həyatını yanlışlıq, 

onun bütün növləri ilə nəcib və olduqca çətin mübarizəyə həsr 

edənlərə təskinlik olsun deyə, deməyə bilmərəm ki, nə qədər ki, 

həqiqət  peyda  olmayınca,  gecələr  yanılma  bayquşlar  və 

yarasalar  kimi   öz  oyununu aparacaqdır,  lakin  bəlkə  də  bayquş 

və  yarasalar  Günəşi  Şərqə  doğru  sıxışdıra  bilər,  amma  köhnə 

yanılma yenidən sərbəstcəsinə özünün geniş yerini tutsun deyə, 

tam aydınlığı ilə ifadəsini tapmış, dərk olunmuş həqiqət yenidən 

sürgünə  məruz  qalmaz.  Həqiqətin  gücü  də  bundadır:  onun 

qələbəsi çətin və əziyyətlidir, lakin bir dəfə qazanıldıqda, daha 

əldən verilə bilməz (seçdirmə redaktorundur). 

Öz tərkibinə görə, obyekt baxımından zaman, məkan və 

materiyaya,  subyekt  nöqteyi-nəzərindən  isə  sırf  hissiyyat  və 

dərrakəyə  müncər  oluna  bilən  indiyədək  nəzərdən  keçirilmiş 

təsəvvürlərdən  savayı,  yerin  bütün  sakinləri  arasında  məhz 

insanda  başqa  bir  dərketmə  qabiliyyəti  qoşulmuş,  tamamilə 

yeni  üzə  çıxmışdır  ki,  o,  dəqiqliklə  və  bəsirətlə  refleksiya 

adlandırılmışdır.  Çünki  bu,  həqiqətən  inikas,  əyani  idrakdan 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

60 


nəsə törəmədir, ancaq ondan fərqli, onun formalarını bilməyən 

xarakter  və  xüsusiyyət  kəsb  etmişdir;  hətta  hər  bir  obyekt 

üzərində hökmranlıq edən əsas qanunu belə burada bambaşqa 

şəkildə  görünür.  Ən  yüksək  dərəcəyə  yüksəldilmiş  bu  yeni, 

zəkanın mücərrəd anlayışında intuitiv olan hər şeyin bu abstrakt 

inikası  yeganə  olaraq  onunla  insana  onun  idrakını  heyvanın 

idrakından  şübhəsiz  fərqləndirən  ətraflı  düşüncəlilik    verir  və 

bunun  da  sayəsində  onun  dünyadakı  gərdişi  zəkasız 

həmtaylarının  gərdişinə  qətiyyən  bənzəmir.  O,  həm  qüdrəti, 

həm  də  əziyyətlərinə  görə  onlardan  eyni  dərəcədə  üstündür. 

Onlar  yalnız  bu  günün  həyatı  ilə  yaşayırlar,  o  isə,  üstəlik  eyni 

vaxtda  həm  gələcək,  həm  də  keçmişlə  yaşayır.  Onlar  bir 

dəqiqəlik ehtiyaclarını təmin edirlər, insan isə süni tədbirlərlə öz 

gələcəyinin  və  hətta  ömrünün  bəs  etməyəcəyi  zamanın  da 

qeydinə  qalır.  Onlar  ani  təəssüratın,  əyani  motivin  təsiri 

altındadırlar,  onları  indidən  asılı  olmayan  mücərrəd  anlayışlar 

idarə edir. Bax elə bu səbəbdən o, ətraf vəziyyət və təsadüfi ani 

təəssürata məhəl qoymadan düşünülmüş niyyətləri icra edir və 

ya öz qaydalarına uyğun hərəkət edir; bu səbəbdən o, məsələn, 

çox  sakitcə  öz  ölümünə  süni  hazırlıq  görə,  tanınmaz  dərəcədə 

cildə girə və öz sirrini qəbir evinə apara bilər; o, bir neçə motiv- 

lər  arasında  həqiqi  seçim  etmək  qüdrətindədir,  çünki  şüurda 

yanaşı mövcud olan motivlər yalnız in abstrasto bir-birini istisna 

edən  kimi,    dərk  oluna  və  iradəyə  hakimlikdə  bir-biri  ilə  yarışa 

bilər,  bunun  ardınca  isə  daha  güclü  motiv  üstünlük  qazanır  və 

iradənin düşünülmüş qərarına çevrilir. Bu halda şəksiz əlamətlər 

özünü  bu  keyfiyyətdə  bəyan  edir.  Heyvan  isə,  əksinə,  öz 

hərəkətlərini  dəqiqənin  təəssüratı  ilə  müəyyən  edir,  yalnız 

qarşıdakı  məcburiyyət  qorxusu–  bu  qorxu  vərdişə  keçənə  və 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

61 


heyvanı  artıq  bu  keyfiyyətdə  müəyyən  edənə  qədər–  onun 

arzusunu ram edə bilər: təlim də elə budur. Heyvan hiss edir və 

seyr  edir;  insan  isə,  üstəlik  düşünür  və  bilir,-  hər  ikisi  istəyir

Heyvan  öz  hiss  və  əhvalını  bədən  hərəkəti  və  səslər  vasitəsilə 

bildirirr;  insan  başqasına  öz  fikirlərini  dil  vasitəsilə  çatdırır, 

yaxud  dil  vasitəsilə  öz  fikirlərini  gizlədir.  Dil–  ilk  yaranandır  və 

ağlın zəruri alətidir, buna görə yunan və italyan dillərində dil və 

ağıl  eyni  sözlə  ifadə  olunur.  Alman  sözü  vernunft  (zəka, 

düşüncə,  ağıl)  vernehmen  (fikir  vermək,  dinləmək)  sözündən 

götürülmüşdür,  bu  heç  də  horen  (eşitmək)  sözünün  sinonimi 

deyildir, sözlə ötürülən fikirlərin şüurlu qavrayışı deməkdir. Zəka 

yalnız  dilin  köməyi  ilə  özünün  mühüm  yaradışlarını  həyata 

keçirir:  bir  çox  fərdlərin  həmrəy  fəaliyyətini,  minlərlə  insanın 

məqsədəuyğun  əməkdaşlığını,  sivilizasiyanı,  dövləti;  sonra, 

yalnız  dilin  köməyi  ilə  elmi  yaradır,  əvvəlki  təcrübəni  qoruyub 

saxlayır,  ümumini  bir  anlayışda  birləşdirir,  həqiqəti  öyrədir, 

yanlışlığı  yayır,  təfəkkür  və  bədii  yaradıcılıq,  ehkam  və  xürafat 

yaradır. Heyvan ölümü yalnız ölümün özündə bilir; insan şüurlu 

şəkildə  saatbasaat  öz  ölümünə  yaxınlaşır,  bu  isə  bəzən,  hətta 

həyatda bu əbədi məhvolma xarakterini hələ anlamayan kəsdə 

belə həyat haqqında narahat düşüncələr doğurur. Əsas etibarilə 

insan  bu  səbəbdən  fəlsəfə  və  dini  özü  üçün  yaratmışdır;  lakin 

bizim, 

ədalət 


naminə, 

onun 


əməllərində 

yüksək 


qiymətləndirdiyimiz  şeyin,  yəni  azad  fəzilət  və  niyyətlərin 

alicənablığının  nə  vaxtsa  onlardan  (fəlsəfə  və  din  )  birinin 

bəhrəsi  olub-olmaması  məlum  deyil.  Əksinə,  hər  ikisinin  yalnız 

onlara  xas  şübhəsiz  törəmələri,  bu  yolda  ağlın  məhsulu  kimi 

qarşımızda  müxtəlif  məktəblərə  məxsus  filosofların  əcaib 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

62 


fikirləri,  bəzən  isə,  hətta  müxtəlif  dinlərə  mənsub  kahinlərin 

sərt, amansız mərasimləri durur. 

Bütün bu müxtəlif və uzağa gedən təzahürlər bir ümumi 

prinsipdən, insanı heyvandan fərqləndirən və zəka adlandırılan 

ruhun  xüsusi    qüvvəsindən  irəli  gəlir  –  bütün  əsrlərin  və 

xalqların  yekdil  fikri  belədir.  Və  bütün  insanlar  bu  qabiliyyətin 

təzahürlərini  çox  gözəl  dərk  edə  və  ağıllını  ağılsızdan    ayıra 

bilirlər: onlar bilirlər ki, zəka harada insanın digər qabiliyyəti və 

xüsusiyyətləri  ilə  ziddiyyətə  girir  və  nəyi  ən  ağıllı  heyvandan 

belə  onda  zəkanın  olmaması  üzündən  gözləmək  olmaz.  Bütün 

dövrlərin  filosofları  bütövlükdə  zəkanın  bu  ümumi  anlayışı  ilə 

razı olduqlarını ifadə edirlər, hələ üstəlik affektlər və ehtiraslar 

üzərində  hökmranlıq,  nəticə  çıxarmaq  qabiliyyəti  və  hətta  hər 

hansı  təcrübədən  də  qabaq  etibarlı  və  gerçək  olan  ümumi 

prinsipləri  irəli  sürmək  kimi  bəzi  xüsusilə  mühüm  təzahürlərini 

fərqləndirirlər  və  s.  Bununla  belə,  ağlın  əsl  mahiyyəti  ilə  bağlı 

olaraq  onların  bütün  izahları  qeyri-sabit,  qeyri-müəyyən,  uzun-

uzadıdır,  birlik  yoxdur,  bir  mərkəzə  istinad  etmir,  gah  bu,  gah 

digər  təzahür  irəli  sürülür  və  buna  görə  çox  vaxt  fikirlər 

haçalanır.  Buna  əlavə  olaraq,  o  da  qoşulur  ki,  bir  çoxları  indiki 

halda  zəka  və  vəhy  arasında  ziddiyyətdən  çıxış  edirlər,  bu  isə 

fəlsəfəyə  tamamilə  yaddır  və  dolaşıqlığı  yalnız  gücləndirir. 

Olduqca  maraqlı  haldır  ki,  indiyədək  heç  bir  filosof  ağlın  bu 

müxtəlif təzahürlərini onların hamısında tanına biləcək bir sadə 

funksiyada  cəmləməmişdir.  Halbuki  həmin  funksiya  ilə  bu 

təzahürlər  izahını  tapa  və  o,  buna  görə  ağlın  əsl  mahiyyətini 

təşkil  etmiş  olardı.  Doğrudur,  Lokk  özünün  çox  gözəl  «İnsan 

zəkası haqqında təcrübə» əsərində (2-ci kitab, 11-ci fəsil, § 10-



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

63 


11)  tam  haqlı  olaraq  mücərrəd  ümumi  anlayışları  heyvan  və 

insanları ayıran fərqləndirici əlamət kimi göstərir və Leybnits də 

bunu özünün «İnsan zəkası haqqında yeni təcrübələr» əsərində 

tam  hüsn-rəğbətlə  təkrar  edir  (2-ci  kitab,  11-ci  fəsil,  §  10-11). 

Lakin  Lokk  (4-cü  kitab,  f.  17,  §  2,  3)  ağlın  əsl  izahına  gəldikdə, 

onun  bu  sadə  və  əsas  əlamətini  tamamilə  gözdən  qaçırır  və 

onun  pərakəndə  və  törəmə  təzahürlərinin  qeyri-sabit,  qeyri-

müəyyən, yetərli olmamasını göstərməklə kifayətlənir; Leybnits 

də  öz  əsərinin  müvafiq  yerində    eyni  şeyi  edir,  lakin  daha 

dolaşıq və qaranlıq şəkildə. Kantın isə ağlın mahiyyəti anlayışını 

nə  dərəcədə  dolaşıq  salması  və  təhrif  etməsi  haqqında  mən 

təfsilatı  ilə  əlavədə  bəhs  edəcəyəm.  Kantdan  sonra  işıq  üzü 

görmüş  bir  yığın  fəlsəfə  kitablarını  bu  baxımdan  nəzərdən 

keçirmək  çətinliyini  üzərinə  götürən  kəs  başa  düşəcəkdir  ki, 

hökmdarların səhvləri xalqların qanı bahasına başa gəldiyi kimi,  

böyük  dühaların  da  yanılması  özünün  ziyanlı  təsirini  bütöv 

nəsillərə  yayır,  böyüyür  və  inkişaf  edir  və  nəhayət  artıb  əcaib 

cəfəngiyata  çevrilir.  Bütün  bunlar  ona  görə  baş  verir  ki, 

Berklinin  təbirincə  desək,  «çox  az  adam  düşünür,  lakin  hamı 

istəyir ki, öz fikri olsun»

18



Necə  ki,  dərrakə  yalnız  bir  funksiyaya–  səbəb  və  təsir 



arasında münasibətin bilavasitə dərk olunmasına malikdir; necə 

ki,  gerçək  dünyanın  seyri,  həmçinin  hər  bir  ağıl,  hər  bir  fəhm, 

gözüaçıqlıq,  fərasət,  müxtəlif  tərzdə  tətbiq  olunmasına 

baxmayaraq,  bu  sadə  funksiyanın  təzahüründən  başqa  bir  şey 

deyildir,  eləcə  də  zəka  bir  funksiyaya  malikdir  –  anlayışın 

yaranması.  İnsanın  həyatını  heyvanın  həyatından  fərqləndirən 

yuxarıda  göstərilmiş  bütün  təzahürlər  bu  yeganə  funksiya  ilə 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

64 


çox  asanlıqla  və  özü-özlüyündə  izah  olunur;  bu  funksiyanın 

tətbiq  olunub-olunmamasına  isə  həmişə  və  hər  yerdə  ağıllı  və 

ya ağılsız adlandırılan hər şey dəlalət edir.

*

 



 

§ 9 


Anlayışlar  özünəməxsus,  yalnız  insan  ruhuna  xas  

indiyədək  nəzərdən  keçirilmiş  əyani  təsəvvürlərdən  fərqlənən 



toto  genere  sinif  yaradır.  Buna  görə  biz  heç  vaxt  onların 

mahiyyətinin əyani, tam aydın dərk edilməsinə nail ola bilmərik 

- bizim onlar barədə biliklərimiz yalnız mücərrəd və diskursivdir. 

Bax  elə  bu  səbəbdən  həmin  anlayışların  təcrübədə  sübuta 

yetməsini  tələb  etmək  mənasız  olardı,  çünki  həmin 

anlayışlardan söhbət getdikdə real xarici aləm başa düşülür, bu 

aləm  isə  elə  əyani  təsəvvürdür,  yaxud  onlar  gözlə  görünən 

obyektlər  kimi  göz  qarşısında  və  ya  fantaziya  qarşısında 

qoyulmalıdır. Onları seyr etmək yox, ancaq təsəvvür etmək olar 

və  insanın  onların  vasitəsilə  göstərdiyi  təsirlər  əsl  təcrübənin 

predmetləridir. 

Dil, düşünülmüş, planauyğun fəaliyyət və elm, sonra isə 

onlardan irəli gələn hər şey belədir. Görünür, xarici təcrübənin 

predmeti  kimi  nitq  ixtiyari    işarələri  böyük  sürətlə  və  ən  incə 

çalarla  ötürən  mükəmməl  teleqrafdan  başqa  bir  şey  deyil.  Bu 

işarələrin  mənası  nədir?  Onlar  necə  şərh  olunur?  Başqası 

danışdıqca  biz  dərhal  onun  nitqinin  ildırım  sürətilə  yanımızdan 

                                                           

*

  Əsas  qanunu  haqqında  traktatın  26  və  27-ci  paraqraflarını  bu 



paraqrafla müqayisə et. 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

65 


ötən,  hərəkət  edən,  birləşən,  dəyişən,  söz  axınına  və  onların 

qrammatik  fleksiyasına  uyğun  çalar  alan  fantaziya  obrazlarına 

çevirmirikmi?  Hansısa  nitqi  dinləyərkən  və  ya  kitabı  mütaliə 

edərkən  belə  olan  təqdirdə  başımızda  hansı  qarışıqlıq  baş 

verərdi. Yox, heç vaxt belə olmur. Biz bilavasitə nitqin mənasını 

onun  bütün  dəqiqliyi  və  müəyyənliyi  ilə  -  adətən  fantaziya 

obrazlarının  müdaxiləsi  olmadan  qəbul  edirik.  Burada  ağıl  ağla 

danışır,  onun  sahəsində  qalır  və  onun  xəbər  verdiyi  və  qəbul 

etdiyi  şey–  əyanilikdən  məhrum  mücərrəd  anlayışlar, 

təsəvvürlərdir;  onlar  həmişəlik  və  nisbətən  az  miqdarda 

yaransalar da, gerçək aləmin çoxsaylı obyektlərini əhatə edir və 

özlərində  saxlayır,  onların  əvəzediciləri  olurlar.  Heyvanın  heç 

vaxt  həm  danışa  bilməməsinin,  həm  də  dərk  etməməsinin 

mümkünsüzlüyü  bununla  izah  edilir,  baxmayaraq  ki,  onun 

bizimlə ümumi dil aləti və əyani təsəvvürləri var; lakin məhz ona 

görə ki, sözlər özlüyündə bizim adını çəkdiyimiz tamamilə xüsusi 

təsəvvür sinfini bildirdikləri üçün- məhz buna görə onlar heyvan 

üçün heç bir məna və əhəmiyyət kəsb etmir. 

Beləliklə  dil,  bizim  ağla  aid  etdiyimiz  hər  hansı  digər 

təzahür  kimi  və  insanı  heyvandan fərqləndirən  hər  şey  kimi  öz 

izahını  bu  vahid,  adi  mənbədə  tapır:  anlayışlarda,  aşkar  yox, 

mücərrəd,  fərdi  yox,  ümumi  məkan-zaman  təsəvvürlərində. 

Yalnız  ayrı-ayrı  hallarda  biz  anlayışdan  seyrə  keçir  və  özümüz 

üçün fantaziya obrazları yaradırıq: onlar bizim üçün anlayışların 



gerçək  nümayəndələridir.  Hərçənd  heç  vaxt  onlara  adekvat 

olmasalar  da.  Onlar  əsas  qanunu  haqqında  traktatın  28-ci 

paraqrafında  xüsusi  tədqiq  edilib,  buna  görə  mən  burada 

təkrarlanmayacağam. Orada deyilənləri Yumun özünün «Fəlsəfi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

66 


təcrübələr» əsərində (səh. 244) və Herderin «Metakritika» (yeri 

gəlmişkən,  pis  kitabdır)  əsərində  (1-ci  hissə,  səh.  274) 

söylədikləri  ilə  müqayisə  etmək  olar.  Fantaziya  və  zəkanın

19

 



birləşməsini  mümkün  edən  Platon  ideyası  bu  əsərin  üçüncü 

kitabının başlıca mövzusunu təşkil edir. 

Hərçənd,  beləliklə,  anlayışlar  aşkar  təsəvvürlərdən 

tamamilə  fərqlənsə  də,  hər  halda  onlarla  lazımi  qarşılıqlı 

tənasübdə  olurlar,  bunsuz  heç  nə  olardılar,  odur  ki,  belə 

tənasüb  onların  bütün  mahiyyətini  və  varlığını  təşkil  edir. 

Refleksiya  ibtidai  obrazların  əyani  dünyasının  canlandırılması, 

təkrarıdır, hərçənd bu təkrar xüsusi növdür, tamamilə müxtəlif 

cinsli  materialdadır.  Bu  səbəbdəndir  ki,  anlayışlara  təsəvvürlər 

haqqında təsəvvür adı tam uyğun gəlir. Əsas qanunu burada da 

xüsusi  formada  çıxış  edir  və  onun  məlum  təsəvvürlər  sinfi 

üzərində  hökmranlıq  etməsi  hər  bir  forma  kimi,  bu  sinfin 

müvafiq  olaraq  bütün  mahiyyətini  təşkil  edir  və  tükəndirir 

(çünki onlar təsəvvürdür), odur ki, zaman biz gördüyümüz kimi, 

bütünlüklə  ardıcıllıqdır,  ondan  savayı  bir  şey  deyil,  məkan 

büsbütün  vəziyyətdir,  ondan  savayı  bir  şey  deyil,  materiya 

tamamilə  səbəbiyyətdir  və  bəs,  eləcə  də  anlayışların  və  ya 

mücərrəd  təsəvvürlər  sinfinin  mahiyyəti  əsas  qanununun 

onlarda ifadə etdiyi münasibətdən ibarətdir. O, idrakın  əsasına 

münasibət  olduğu  üçün,  mücərrəd  təsəvvürün  də  bütün 

mahiyyəti  müstəsna  olarsa,  onun  idrak  əsası  olan  digər 

təsəvvürə münasibətindən ibarətdir. Hərçənd bu digər təsəvvür 

öz  növbəsində,  anlayış  və  mücərrəd  təsəvvür  ola,  sonuncu  isə 

yenə  də  buna  bənzər  mücərrəd  idrak  əsasına  malik  ola  bilər, 

lakin  bu  sonsuzluğa qədər  davam  edə  bilməz:  nəhayət,  idrakın 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

67 


əsasları  sırası  öz  əsasına  əyani  idrakda  malik  olan  anlayışla 

qapanmalıdır.  Çünki  bütün  refleksiya  dünyası  əyani  aləmdə 

özünün  idrak  əsası  kimi  kök  salmışdır.  Odur  ki,  mücərrəd 

təsəvvürlər  sinfi  digərləri  ilə  müqayisədə  elə  fərqləndirici 

əlamətə  malikdir  ki,  həmin  bu  digərlərində  əsas  qanunu  yalnız 

elə  həmin  sinifdən  olan  digər  təsəvvürə  münasibət  tələb  edir, 

bununla  belə,  abstrakt  təsəvvürlərlə  olduğu  kimi  o,  digər  sinfə 

mənsub təsəvvürə münasibət tələb edir. 

O  anlayışlar  ki,  yuxarıda  göstərildiyi  kimi,  əyani  idraka 

birbaşa yox, bir və ya bir neçə digər anlayışlar vasitəsilə aiddir, 

əsas  etibarilə  abstracta  adlanır;  əksinə,  öz  əsasına  bilavasitə 

əyani  dünyada  malik  olanları  concreta  adlandırırlar.  Lakin 

sonuncu ad onun ifadə etdiyi anlayışlara qətiyyən uyğun gəlmir, 

ona  görə  ki,  onlar  da  hər  halda  abstractadırlar,  daha  əyani 

təsəvvür yox. Ümumiyyətlə, bu terminlər onların qeyd etdikləri 

fərqin  çox  qaranlıq  dərkinin  nəticəsidir:  qeyd  edək  ki,  burada 

verilən  izahdan  sonra  onları  saxlamaq  olar.  Birinci  növə,  yəni 

yüksək  mənada  abstractaya  misal-  münasibət,  xeyirxahlıq, 

tədqiqat, başlanğıc və s. ola bilər. İkinci növə misal, yəni düzgün 

adlandırılmayan  concreta  aşağıdakı  anlayışlardır:  insan,  daş,  at 

və  s.  Əgər  bu  ifrat  dərəcədə  obrazlı  və  bu  səbəbdən  bir  qədər 

zarafatyana  müqayisə  olmasaydı,  sonuncuları  çox  dəqiqliklə 

aşağı  mərtəbə,  birinciləri  isə  refleksiya  binasının  yuxarı 

mərtəbələri adlandırardıq.

*

  



Anlayışın bir çox şeyi əhatə etməsi, yəni bir çox əyani və 

ya  yenə  də  abstrakt  təsəvvürlər  ona  idrakın  əsası 

                                                           

*

 Bura II cildin 5 və 6-cı fəsilləri aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

68 


münasibətindədir,  başqa  sözlə  desək,  onun  vasitəsilə  təsəvvür 

olunurlar-  bu,  adətən  düşünüldüyü  kimi,  onun  mühüm  yox, 

ixtiyari,  ikinci  dərəcəli  xüsusiyyətidir,  o,  həqiqətən  gerçəklikdə 

həmişə  olmaya  bilər.  Hərçənd,  bu  həmişə  mümkündür.  Bu 

xüsusiyyət ondan irəli gəlir ki, anlayış təsəvvürün təsəvvürüdür, 

yəni  onun  bütün  mahiyyəti  yalnız  başqa  təsəvvürə 

münasibətindən  ibarətdir.  Lakin  anlayış  təsəvvürün  özü 

olmadığı  üçün  və  sonuncu  əsas  etibarilə  tamamilə  başqa 

təsəvvürlər  sinfinə,  əyani  təsəvvürlərə  aid  olduğuna  görə  o, 

zaman,  məkan  və  digər  təyinlərə  və  ümumiyyətlə,  anlayışda 

qətiyyən  düşünülməyən  bir  çox  münasibətlərə  malik  ola  bilər: 

bu  səbəbdəndir  ki,  bir  çox  cüzi  fərqlənən  təsəvvürlər  eyni  bir 

anlayışda  düşünülə,  yəni  ona  uyğunlaşdırıla  bilər.  Lakin  bir  çox 

şeylərə  bu  tətbiq  oluna  bilmə  anlayışın  mühüm  yox,  təsadüfi 

xüsusiyyətidir.  Buna  görə  elə  anlayışlar  ola  bilər  ki,  burada 

yalnız  yeganə  real  obyekt  düşünülür,  lakin  hər  halda  onlar 

abstrakt  və  ümumi  xarakter  daşıyırlar  və  qətiyyən  təkcəli  və 

əyani  təsəvvür  deyillər:  məsələn,  kiminsə  ona  yalnız 

coğrafiyadan  məlum,  müəyyən  bir  şəhər  haqqında  anlayışı 

belələrindəndir;  hərçənd  bu  halda  təkcə  bu  bir  şəhər  təsəvvür 

edilir,  amma  bu  anlayışın  uyğun  gələ  biləcəyi,  öz  incəliklərinə 

görə  fərqlənən  bir  neçə  şəhər  ola  bilər.  Anlayış  ona  görə 

ümumilik  əldə  etmir  ki,  bir  çox  obyektlərdən  təcrid  edilib, 

əksinə, müxtəlif əşyalar eyni bir anlayışda o səbəbdən düşünülə 

bilər  ki,  ümumilik,  yəni  təkcəli  tərəfin  yoxluğu  ona  zəkanın 

abstrakt təsəvvürü kimi xasdır. 

Deyilənlərdən  aydındır  ki,  hər  hansı  anlayış  əyani  yox, 

abstrakt  olmaqla  və  buna  görə  bütünlüklə  müəyyən  bir 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

69 


təsəvvür olmaqla, necə deyərlər, həcmə və ya sferaya malikdir - 

hətta ona uyğun gələn yeganə real obyekt mövcud olsa da. Biz 

həmişə görürük ki, hər bir anlayışın sferası digər sferalarla nəsə 

ümumi  bir  şeyə  malikdir,  onlarda  isə,  yenə  də  qismən  onun 

özündə  olan  düşünülür;  bu  belədir,  baxmayaraq  ki,  onlar 

həqiqətən  müxtəlif  anlayış  olsalar  da,  hər  birində  və  ya  heç 

olmasa ikisindən birində elə şey var ki, digərində bu yoxdur; hər 

bir  subyekt  öz  predikatına  münasibətdə  bu  vəziyyətdədir.  Bu 

münasibəti  dərk  etmək-  fikir  söyləmək  deməkdir.  Göstərilən 

sferaları  məkan  fiqurları  ilə təsvir  etmək  uğurlu fikir  olmuşdur. 

İlk  dəfə  bu  fikir  Qotfrid  Plukenin  ağlına  gəlmişdir  və  o,  bu 

məqsədlə  damalardan  istifadə  etmişdir;  Lambert,  doğrudur 

ondan  çox-çox  sonralar,  daha  sadə  üsuldan-  xətlərdən  istifadə 

edərək  birini  digərinin  altından  çəkmişdir;  Eyler  birinci  olaraq 

uğurla  dairələri  tətbiq  etmişdir.  Son  nəticədə  anlayışların 

münasibətləri  və  məkan  fiqurlarının  münasibətləri  arasında  bu 

dərəcədə dəqiq analogiyanın nəyə əsaslandığını deyə bilmərəm. 

Hər  halda  məntiq  üçün  əlverişlidir  ki,  anlayışların  bütün 

münasibətləri,  hətta  onların  imkanları  da  a  priori  olaraq  belə 

fiqurlarla təmsil olunur. Bunu aşağıdakı şəkildə göstərmək olar: 

1) İki anlayışın sferası tamamilə üst-üstə düşür: məsələn, 

zərurət  anlayışı  və  verilən  əsasdan  nəticə  anlayışı;  Ruminantia 

və  Bisulca  anlayışları  (gövşəyən  və  cütdırnaqlı  heyvanlar)  bu 

qəbildəndir;  sonra,  onurğalı  və  qırmızı  qanlı  heyvanlar  gəlir 

(hərçənd  burada  halqalı  qurdlarla  əlaqədar  nəsə  etiraz  etmək 

mümkündür);  bütün  bunlar  eyni  mənalı  anlayışlardır.  Onları 

həm birinci, həm də ikinci anlayışı göstərən bir dairə təsvir edir. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

70 


2)  Bir  anlayışın  sferasında  bütünlüklə  başqasının  sferası 

vardır. 


 

 

 



 

 

 



 

 

 



 

3) Bir sferada biri-digərini istisna edən və eyni zamanda 

bu sferanı tamamlayan iki və  daha çox sfera var. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Heyvan 

At 


Bucaq 

 Küt 


Düz 

İti 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

71 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

4) İki sferadan hər birində digərinin hissəsi vardır: 

 

 

 



 

 

 



 

 

 



 

 

5)  İki  sfera  üçüncünün  tərkibindədir,  lakin  onu 



tamamlamırlar: 

 

Çiçək 



Qırmızı 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

72 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Sonuncu hal, sferaları öz aralarında bilavasitə ümumiliyə 



malik olmayan bütün anlayışlara aiddir, belə ki, həmişə üçüncü 

anlayış və çox vaxt həm də daha geniş olan mövcud olur ki,  hər 

ikisini öz tərkibinə qatır. 

Bu hallara anlayışların bütün əlaqələri müncər edilə bilər 

və  onlardan  fikirlər  və  onların  dönərliliyi,  kontrapozisiya, 

dövretmə,  dizyunksiya  (sonuncu-  üçüncü  fiqur  üzrə)  haqqında 

bütün  təlimləri  çıxarmaq  mümkündür.  Buradan  isə  Kantın 

idrakın  yalançı  kateqoriyaları

20

 qurduğu  fikirlərin  xüsusiyyətləri 



də çıxarıla bilər, lakin hipotetik formalar istisna təşkil edir, çünki 

o,  adi  anlayışların  yox,  mühakimələrin  birləşməsidir;  daha 

sonra,  modallıq  da  istisna  olunur,  onun  barəsində  və  eləcə  də 

kateqoriyaların  əsasında  duran  fikirlərin  bütün  xüsusiyyətləri 

haqqında  təfsilatı  ilə  əlavədə  danışılacaqdır.  Anlayışların  adı 

Su 


су 

 

Torpaq 



 

Materiya 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

73 


çəkilən  mümkün  birləşmələrinə  gəldikdə,  onu  qeyd  etmək 

lazımdır  ki,  onları  müxtəlif  şəkildə  biri-biri  ilə  də  birləşdirmək 

olar,  məsələn,  dördüncü  fiquru  ikinci  ilə.  Hərgah  başqa  bir 

sferanı  bütünlüklə  və  ya  qismən  öz  tərkibinə  qatan  sfera,  öz 

növbəsində,  bütünlüklə  üçüncü  sferadadırsa,  o  zaman  hamısı 

birlikdə  birinci  fiqur  üzrə  mülahizədir,  yəni  o  fikirlərin 

birləşməsidir  ki,  məhz  onun  sayəsində  dərk  edilir  ki,  büsbütün 

və  ya qismən  başqasında  olan  anlayış  eynilə  bu cür  üçüncüdür 

və  o  da  öz  növbəsində bu başqanı,  ya da bunun  tam  əksi  olan 

inkarı  özündə  birləşdirir:  onun  qrafik  təsviri,  təbii  ki,  yalnız 

ondan  ibarət  ola  bilər  ki,  iki  birləşmiş  sfera  hansısa  üçüncüdə 

deyildir.  Əgər  çox  sayda  sfera  beləliklə  biri  digərində  olarsa,  o 

zaman hökmlərin uzun zənciri yaranır. 

Anlayışların  bir  neçə  dərslikdə  artıq  kifayət  qədər  yaxşı 

ifadə  olunduğu  bu  sxematikliyini  mühakimələr  haqqında 

təlimin,  eləcə  də  bütün  sillogistikanın  əsasına  qoymaq  olar, 

bununla  da  onların tədrisi  xeyli  asanlaşar  və  sadələşərdi,  çünki 

göstərilən 

sxematizmdən 

onların 


bütün 

qaydalarını 

mənbələrindəcə  görmək,  nəticə  çıxarmaq  və  izah  etmək  olar. 

Lakin  yaddaşı  bunlarla  yükləməyə  lüzum  yoxdur,  ona  görə  ki, 

məntiq heç vaxt praktiki faydaya malik ola bilməz, yalnız fəlsəfə 

üçün  nəzəri  maraq  kəsb  edir.  Hərçənd  deyə bilərik  ki,  general-

bas

21

 musiqiyə, yaxud daha az dəqiqliklə desək, etika – fəzilətə, 



estetika– incəsənətə aid olduğu kimi, məntiq də əqli təfəkkürə 

aiddir,  amma  nəzərdən  qaçırmaq  olmaz  ki,  heç  kəs  estetika 

sayəsində  rəssam  olmamış,  heç  kimin  xasiyyəti  etikanı 

öyrənməkdən  nəcib  olmamış,  hələ  Ramodan

22

 çox-çox  əvvəl 



düzgün  və  gözəl  kompozisiyalar  yaranmış,  disharmoniyanı 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

74 


görməkdən ötrü isə general-bası bilməyə ehtiyac yoxdur; eynilə 

bu  cür  özünü    yanlış  fikirlərə  salmamaq  üçün  məntiqi  bilmək 

lazım  deyil.  Lakin  etiraf  etmək  lazımdır  ki,  qiymətləndirmədən 

ötrü  yox,  hər  halda  musiqi  kompozisiyasını  ifa  etmək  üçün 

general-bas  çox  faydalıdır;  hərçənd  ifaya  az  da  olsa–  və 

doğrudur,  əsas  etibarilə  mənfi–  estetika  və  hətta  etika  da 

müəyyən fayda gətirə bilər, odur ki, onları da praktiki dəyərlilik 

baxımından  rədd  etmək  olmaz;  lakin  məntiqi  müdafiə  naminə 

heç  bunları  da  demək  olmaz.  O,  sadəcə  hər  kəsin  in  concreto 

bildiyini  in  abstracto  dur.  Yanlış  fikri  rədd  etməkdən  ötrü  ona 

ehtiyac  olmadığı  kimi,  düzgün  fikir  tərtib  etməkdən  ötrü  də 

onun qaydalarını  köməyə çağırmırlar və hətta ən elmli məntiqçi 

belə  real  düşünmə  prosesində  onu  kənara  qoyur.  Bu, 

aşağıdakılarla  izah  olunur.  Hər  bir  elm  müəyyən  predmetlərə 

tətbiq edilərkən ümumi və deməli, mücərrəd həqiqət, qanun və 

qaydalar sistemindən ibarətdir. Hər bir xüsusi hal sonuncularla 

bağlı  bütün  hallar  üçün  qüvvədə  olan  bu  ümumi  biliklə 

müəyyən  edilir,  çünki  ümumi  prinsipi  sonsuz  dərəcədə  tətbiq 

etmək hər bir xüsusi halı yenidən tədqiq etməkdən asandır: axı 

bir dəfə əldə edilmiş ümumi, mücərrəd idrak bizə xüsusi halların 

empirik tədqiqindən olduqca yaxın və əlçatandır. Məntiqlə bağlı 

isə  işlər  tam  əksinədir.  O,  hər  növ  məzmundan  təcrid  olunma 

vasitəsilə zəkanın özünümüşahidə ilə nail olduğu fəaliyyət üsulu 

haqqında  qaydalar  formasında  ifadə  olunmuş  ümumi  bilikdir. 

Zəka  üçün  bu  üsul  zəruri  və  əhəmiyyətlidir,  öz  öhdəsinə 

buraxılmış  zəka  heç  bir  halda  ondan  yayınmayacaqdır.  Buna 

görə  hər  bir  əlahiddə  halda  ona  yad,  kənardan  təyin  edilmiş 

qanun formasında bu təsir barədə həmin təsirin özündən təcrid 

edilmiş  biliyi  nişan  verməkdənsə,  təbiətinə  uyğun  hərəkət 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

75 


etmək  imkanı  vermək  daha  asan  və  daha  düzgündür.  Bu  - 

asandır,  çünki  bütün  digər  elmlərdə  ümumi  qaydalar  xüsusi 

halları  əlahiddə  tədqiq  etməkdən  bizə  daha  yaxın  olsa  da, 

zəkanın  fəaliyyətində  isə,  əksinə,  onun  hər  bir  verilən  halda 

zəruri  olan təcrübəsi  həmişə  bizə  yaxındır,  nəinki  ondan təcrid 

olunmuş  qaydalar:  axı  bizdə  düşünən  elə  həmin  zəkadır  ki, 

vardır.  Bu  daha  düzdür,  çünki  zəkanın  onun  təbiətinə,  onun 

mahiyyətinə  zidd  hər  hansı  fəaliyyəti  baş  verməkdənsə, 

abstrakt  bilikdə  və  ya  onun  tətbiqində  yanılma  baş  verər. 

Maraqlı  bir  fakt  bununla  izah  olunur  ki,  digər  elmlərdə  xüsusi 

halın  həqiqiliyi  təcrübədə  yoxlanıldığı  halda,  məntiqdə  əksinə, 

qaydalar  xüsusi  halda  yoxlanılmalıdır:  ən  mahir  məntiqçi 

görəndə  ki,  o,  xüsusi  halda  qaydaların  tələb  etdiyi  nəticəni 

çıxarmır,  həmişə  özünün  həqiqi  nəticəsindəsə,  qaydalarda 

səhvlər  axtarmağa  başlayacaqdır.  Beləliklə,  məntiqdən  praktiki 

istifadə  arzusu,  bizə  hər  bir  ayrıca  halda  bilavasitə  və  tam 

dürüst 

məlum 


olanları 

görünməmiş 

səylərlə 

ümumi 


qaydalardan çıxarmaq arzusuna bərabərdir. Bu, ona bənzəyir ki, 

biz  öz  hərəkətimiz  üçün  bir  növ  məsləhət  alaq  deyə 

mexanikaya, həzm üçün isə fiziologiyaya müraciət etmiş oluruq: 

və  məntiqi  praktiki  məqsədlər  naminə  tədqiq  edən  şəxs, 

qunduzu  özünə  bənd  tikməyə  öyrətməyə  çalışan  adama 

bənzəyir. 

Beləliklə,  məntiq  əslində  faydasız  olsa  da,  o 

saxlanılmalıdır,  çünki  zəkanın  təşkili  və  fəaliyyəti  haqqında 

xüsusi bilik kimi fəlsəfi maraq doğurur. Xüsusi, müstəqil, bitkin, 

tərtib olunmuş və tamamilə dürüst fənn kimi o layiqdir ki, bütün 

yerdə  qalanlardan  ayrıca  və  müstəqil  şəkildə  elmi  şərh  edilsin 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

76 


və  universitetlərdə  tədris  olunsun:  lakin  o  özünün  əsil 

mahiyyətini  idrakın,  daha  doğrusu  əqli  və  ya  abstrakt  idrakın 

tədqiqi zamanı yalnız ümumi fəlsəfə ilə əlaqədar əldə edir. Buna 

uyğun  olaraq onun tədrisi  bir  tərəfdən,  açıq-aşkar  elm  forması 

kəsb  etməməli,  digər  tərəfdən,  hökmlərin  düzgün  dövriyyəsi, 

fikirlər 

üçün 

elə 


təkcə 

quru 


normaları 

özündə 


birləşdirməməliydi və s.; o, daha çox zəka və anlayışın mahiyyəti 

ilə 


tanışlığa 

və 


idrakın 

əsas 


qanununun 

hərtərəfli 

araşdırılmasına can atmalı idi, çünki məntiq sonuncunun yalnız 

parafrazıdır, özü də mühakimələrə həqiqilik verən əsas- empirik 

və  ya  metafiziki  yox,  məntiqi  və  ya  metaloji

23

 xarakter  daşıdığı 



halda.  İdrakın  əsas  qanunu  ilə  yanaşı  təfəkkürün  qalan  üç 

başlıca qanununu və ya onlarla yaxın qohumluq əlaqəsində olan 

metaloji  həqiqilik  fikrini  misal  gətirmək  lazımdır.  Bundan  isə 

yavaş-yavaş  zəkanın  bütün  texnikası  boy  atır.  Əsl  təfəkkürün  

yəni  fikir  və  hökmlərin  mahiyyətini  yuxarıda  göstərildiyi  kimi, 

məkan 


sxeminə 

müvafiq 


olaraq 

anlayışlar 

sferasının 

uyğunlaşdırılması  vasitəsilə  şərh  etmək  lazımdır,  bu  sxemdən 

isə,  eyni  zamanda,  qurma  üsulu  ilə  mühakimə  və  hökmlərin 

bütün  qaydaları  çıxarılmalıdır.  Məntiqdən  yeganə  praktiki 

istifadə ondan ibarətdir ki, disput zamanı öz rəqibini həqiqətən 

səhv  nəticələrə  gəlməsində  deyil,  bilərəkdən  yanlış  nəticələr 

çıxarıb,  onlara  texniki  ad  verdiyinə  görə  ifşa  etmək  olar. 

Məntiqin  praktiki  tərəfinin  belə  hörmətdən  salınması  və  onun 

fəlsəfənin  ayrıca  fəsli  kimi  bütün  fəlsəfə  ilə  əlaqəsi  olduğunu 

göstərmək  onunla  tanışlığı  indi  olduğundan  daha  nadir  edərdi; 

çünki  bizim  günlərdə  ən  başlıca  məsələdə  məlumatsız  qalmaq 

və nadan və atıl kütlə sırasına aid edilməyini istəməyən hər bir 

kəs  spekulyativ  fəlsəfəni  öyrənməlidir,  ona  görə  ki,  bizim  on 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

77 


doqquzuncu  əsrimiz  fəlsəfə  əsridir.  Bununla  biz  heç  də  onu 

demək istəmirik ki, bizim yüzillik fəlsəfəyə malikdir və ya fəlsəfə 

burada hakim rol oynayır, əksinə, onu demək istəyirik ki, əsrimiz 

fəlsəfə üçün yetişmişdir və buna görə ona böyük ehtiyac duyur: 

bu, elmliliyin yüksək inkişafının əlaməti və əsrlərin mədəniyyət 

qalası üzərində möhkəm bir nöqtədir.

*

 

Məntiqin praktiki faydası nə qədər az olsa da, inkar 



etmək olmaz ki, o, praktiki məqsədlər üçün icad edilmişdir. 

Onun yaranmasını mən aşağıdakı şəkildə izah edirəm. 

Eleatların, meqarlıların və sofistlərin arasında mübahisə 

ehtirası artıb demək olar mərəzli xarakterə

24

 çatdığı zaman 



hər bir mübahisənin müşayiət olunduğu dolaşıqlıq onları 

metodiki yanaşma zərurətini hiss etməyə məcbur etdi, bunu 

öyrənmək üçün isə elmi dialektika tapmaq lazım idi. Hər 

şeydən əvvəl, müşahidə edilmişdi ki, mübahisə edən hər iki 

tərəf disputlar zamanı mübahisəli məsələlərin müncər 

olunduğu hansısa müddəada öz aralarında razılığa gəlirlər. 

Metodiki yanaşmanın başlanğıcı ondan ibarət idi ki, bu 

hamılıqla qəbul edilmiş müddəalar formal olaraq söylənilir və 

tədqiqatın əsasına qoyulurdu. Lakin əvvəlcə bu müddəalar 

mübahisənin yalnız maddi tərəfinə toxunurdu. Tezliklə 

gördülər ki, hamılıqla tanınmış həqiqətə qatılan və öz 

fikirlərini bir nəticə olaraq ondan hasil edən üsul və fəndlərə 

münasibətdə- məlum forma və qanunlara riayət olunur və 

onlarla bağlı ilkin razılıq olmadan, heç vaxt fikir ixtilafı 

yaranmır: bundan belə nəticə çıxarıldı ki, onlar zəkanın özünə 

xas, onun əsasına qoyulmuş xisləti, tədqiqatın formal 

məqamını təşkil etməlidir. Bu məqam şübhə doğurmasa da və 

                                                           

*

 II cildin 9-10-cu fəsilləri bura aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

78 


fikir ixtilafı yaratmasa da, hansısa pedant-sistematik başa 

belə fikir gəlməli idi: nə yaxşı olardı ki, hər növ mübahisənin 

bu formal tərəfi, ağlın özünün bu əbədi qanunauyğun 

fəaliyyəti də abstrakt müddəalarda ifadə edilsin və tədqiqatın 

maddi tərəfinin hamılıqla qəbul edilmiş prinsipləri kimi 

müzakirələrin hər zaman onlara istinad etmək və sitat 

gətirməsi mümkün olan, sarsılmaz qanunu kimi 

mübahisələrin başında qoyulsun və bu da ki, metafiziki 

dialektikanın tam başa çatması demək olardı. Əvvəllər 

dinməz razılıqla riayət olunanları və ya instinktiv şəkildə icra 

edilənləri şüurlu şəkildə elan etmək və rəsmən bəyan etmək 

cəhdində filosoflar ziddiyyət qanunu, kafi əsas qanunu, 

istisna edilmiş üçüncü, dictum de omni et nullo (hər şey  və 

heç nə haqqında deyilənlər) kimi əsas məntiqi qanunlar; 

sonra xüsusi sillogistika qaydaları üçün, məsələn: ex meris 

particularibus aut negativis nihil sequitur, a rationate ad 

rationem non valet consequentia (yalnız xüsusi və ya mənfi 

mühakimələrdən heç nə çıxmır, nəticədən səbəbə nəticə 

çıxarmaq olmaz) və s. üçün tədricən az-çox mükəmməl 

ifadələr tapırdılar. Lakin bu yolda ləng, böyük səylərlə 

irəliləyirdilər və Aristotelədək bütün bunlar natamam 

qalmışdı, bunu biz qismən Platonun bəzi dialoqlarında 

məntiqi həqiqətlərin necə bacarıqsızlıqla və uzun-uzadı işıq 

üzünə çıxarılmasında, daha yaxşısı - ən asan və sadə məntiq 

qanunları ilə əlaqədar və onların izahına sərf edilmiş səylər 

haqqında meqarlıların mübahisəsi haqqında Sekst Empirikin 

məlumatlarından da (Sext. Emp. adv. L. 8.p. 112 seqq) 

görürük. Aristotel isə əvvəllər edilənləri toplayıb qaydaya 

salmış, yoxlamış və hamısına müqayisəyə gəlməz böyük 

kamillik vermişdir. Yunan mədəniyyətinin gedişatının 

Aristotelin işini necə hazırlaması və doğurmasını müşahidə 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

79 


etdikdə fars yazıçılarının məlumatlarına inanmağa o qədər də 

meylli olmursan (bunları bizə onlara rəğbəti olan Cons 

(Jones) ötürmüşdür): guya Kallisfen hindlilərdə hazır məntiq 

tapmış və onu öz əmisi Aristotelə göndərmişdir (Asiatic 

researches, c. 4, səh. 163). 

Orta  əsrlərdə  mübahisə  həsrətində  olan,  hər  hansı  real 

biliklərin  çatışmamazlığı  üzündən  yalnız  düstur  və  sözlərlə 

qidalanan sxolastiklərin ruhu Aristotel məntiqini sevinclə, böyük 

şadyanalıqla  alqışlamalı  idi  və  bu  məntiq,  hətta  özünün  ərəb 

təhrifində  şövqlə  tutulmuş  və  tezliklə  hər  bir  biliyin  mərkəzinə 

ucaldılmışdı. O vaxtdan məntiq özünün fəxri yerini itirmiş, lakin 

indinin  özündə  də  müstəqil,  təcrübi  və  olduqca  zəruri  elmi 

nüfuza  malikdir.  Bizim  günlərdə  özünün  məhək  daşını  əslində 

məntiqdən  götürmüş  Kant  fəlsəfəsi,  hətta  ona  yeni  maraq 

oyatdı  və  bu  baxımdan,  yəni  zəkanın  mahiyyətinin  dərk 

olunmasının vasitəsi kimi, əlbəttə ki, məntiq buna layiqdir. 

Düzgün  ciddi  əqli  nəticələr  anlayış  sferası  üzərində 

müfəssəl  müşahidə  yolu  ilə  yaradılır  və  yalnız  o  halda  ki,  bir 

sfera bütünlüklə digərindədir, bu digəri isə üçüncüdə, o zaman 

birinci  də  tamamilə  üçüncünün  tərkibindəki  kimi  qəbul 

ediləcəkdir:  bunun  əksinə  olaraq  inandırma  (bəlağət)  sənəti 

yalnız  anlayışlar  sferası  arasında  münasibətlərin  səthi 

müşahidəsinə  və  onların  öz  məqsədlərinə  uyğun  birtərəfli 

müəyyən  edilməsinə  əsaslanır.  Bu,  əsas  etibarilə,  belə  yerinə 

yetirilir:  əgər  nəzərdən  keçirilən  anlayışın  sferası  qismən 

digərinin  tərkibindədirsə,  qismən  isə  tamamilə  başqasına 

mənsubdursa,  o  zaman  bütünlüklə  birincidə  olan  və  ya 

bütünlüklə ikincidə olan kimi - natiqin məqsədlərinə uyğun  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

80 


 təqdim  edilir.  Məsələn,  ehtirasdan    danışarkən  onu 

ixtiyari  olaraq  dünyada  ən  qüdrətli,  ən  vadaredici    ən  böyük 

qüvvə  anlayışı  ilə,  yaxud  dərrakəsizlik,  axırıncını  isə  gücsüzlük, 

zəiflik  anlayışları  altına  gətirmək  olar.  Həmin  üsuldan  onu 

haqqında  bəhs  edilən  hər  bir  anlayışa  tətbiq  etməklə  daim 

istifadə  etmək  olar.  Demək  olar  ki,  həmişə  hansısa  anlayışın 

sferasına bir çox digər sferalar daxil olur ki, onlardan da hər biri 

özündə birinci anlayışın sahəsinin bir hissəsini ehtiva edərək özü 

üstəlik olaraq daha uzağa genişlənır: natiqsə anlayışların bu son 

sferalarından  başqalarını  diqqətdən  kənar  qoyaraq  və  onların 

üstünü  örtərək  birinci  anlayışı  onun  altına  gətirmək  istədiyini 

işıqlandırır.  Bütün  bəlağət  fəndləri  get-gedə  daha  incə  olan 

sofizmlər, məsələn, mentiens (yalançı) velartus (örtülü), cornifus 

(buynuzlu)  və  s.  yəqin  ki,  həqiqi  istifadə  üçün  həddən  artıq 

kobuddurlar.      Belə  ki,  mənə  məlum    deyil,  kimsə  indiyədək 

bütün  sofistika  və  bəlağət  məğzini  onların  mümkünsüzlüyünün 

bu son əsasına müncər etmiş olsun və onu anlayışların məxsusi 

xassəsinə,  yəni  zəkanın  idrak  üsullarında  göstərmiş  olsun,  bir 

halda  ki,  şərhim  məni  bu  məsələyə  gətirib  çıxardı,  o  nə  qədər 

özlüyündə  anlaşıqlı  da  olsa,  onu  həm  də  qoşma  cədvəldəki 

sxem  vasitəsi  ilə  aydınlaşdırmağı  özümə  rəva  bilim:  ondan 

anlayışların  sferalarının  çoxşəkilli  olaraq  bir-birini  tuturlar  və 

buna görə bir anlayışdan digərinə ixtiyari keçidə yol verirlər. 

İzahedici misal kimi mən səyahət mövzusunu seçmişəm. 

 

 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

81 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

82 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Onun  sahəsi  dörd  digər  sferanı  əhatə  edir  və  onlardan 



hər  birinə  natiq  ixtiyari  olaraq  keçə  bilər:  bu  sferalar,  öz 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

83 


növbəsində, digərlərini əhatə edir - bəzən, hətta eyni vaxtda iki 

və  daha  artıq;  natiq  ixtiyari  olaraq  onlarda  öz  yolunu  seçir  və 

həmişə  özünü  elə  göstərir  ki,  guya  o  yeganə  yoldur,  sonra  öz 

məqsədinə  uyğun,  son  nəticədə  xeyrə  və  ya  şərə  nail  olur. 

Sferadan  keçərkən  həmişə  mərkəzdən  (həmin  baş  anlayışdan) 

əyalətə  doğru  hərəkət  etmək  lazımdır,  daha  əksinə  yox.  Belə 

səfsəfənin örtüyü dinləyicinin zəif damarının harada olmasından 

asılı olaraq, ya rəvan nitq, ya da ciddi sillogistik forma ola bilər. 

Mahiyyət  etibarilə,  əksər  elmi,  xüsusilə  fəlsəfi  dəlillər  bundan 

heç  də  yaxşı  qurulmamışdır:  əks  təqdirdə  necə  mümkün  ola 

bilərdi ki, bu qədər çox şey və müxtəlif dövrlərdə nəinki səhvən 

həqiqət  kimi  qəbul  edilmiş  (çünki  səhv  özü-özlüyündə  digər 

mənbəyə  malikdir),  həm  də  dəqiq  dəlil-sübutlardan  keçmiş  və 

nəticədə  tamamilə  yanlış  olmuşdur?  Leybnits-Volf  fəlsəfəsi, 

Ptolomey astronomiyası, Stal kimyası, rənglər haqqında Nyuton 

təlimi və s. belələrindəndir.

*

 

 




Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin