Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə40/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

529 


 

meyllidir  və  buna  görə  də,  o  həmişə    günah  və  kasad  işlər  görür,  heç  bir  vaxt  ədaləti  ödəyə 

bilmir; deməli, əsla bu işlər deyil, yalnız inam xilas edir, bu inamın özü isə niyyətlərdən və azad 

iradədən irəli gəlmir, bizə bərəkət olaraq və bizim dəstəyimiz, iştirakımız olmadan verilir, sanki 

kənardan  bizə  daxil  olur

cxcix


.  Yalnız  əvvəllər  xatırlananlar  deyil,  eləcə  də  bu  sonuncu  həqi  incil 

ehkamı o sıraya aiddir ki, onları bizim günlərin kobud və səthi dünyaseyri  qəbul etmir, sanki bir 

absurd  olaraq  rədd  edir  və  ya  gizlədir,  çünki,  Avqustinin  və  Lüterin  əksinə  olaraq,  o,  bayağı 

pelagianlığa meyllidir (müasir rasionalizmin xarakteri belədir), xristianlığa məxsusi mənada xas 

olan və onun üçün mühüm olan məhz bu dərin mənalı ehkamları nədənsə köhnəlmiş hesab edir 

və əksinə olaraq, əsas ehkam kimi o ehkamı saxlayır ki, o öz mənşəyini yəhudilikdən götürür və 

yalnız  tarixi  yolda  xristianlıqla  birləşmişdir

* cc

.  Biz  isə  yuxarıda  xatırlanan  təlimdə  bizim 



düşüncələrimizin  nəticələri  ilə  tamamilə  üst-üstə  düşən  həqiqəti  etiraf  edirik.  Əslində  biz 

görürük  ki,  həqiqi  fəzilət  və  niyyətlərin  müqəddəsliyi  özlərinin  ilkin  mənbəyinə  düşünülmüş 

özbaşnalıqda, ixtiyarilikdə (işlərdə) deyil, idrakda (inamda) malikdirlər, – əsas fikrimiz məhz elə 

buna gətirib çıxardı. Əgər motivlərdən və düşünülmüş niyyətlərdən bilərəklikdən irəli gələn işlər 

                                                           

*

Bunun  necə  ədalətli  olduğunu  ondan  görmək  olar  ki,  Avqustin  tərəfindən  ardıcıllıqla 



sistemləşdirilmiş  xristian  doqmatikasında  əks  pelagian  bayağılığına  gətirib  çıxarmış  ziddiyyətlər  və 

anlaşılmaz  fikirlər  məhz  o  zaman  yox  olurlar  ki,  biz  əsas  yəhudi  ehkamından  abstraktlaşırıq  və  etiraf 

edirik  ki,  insan  –  hansısa  başqa  iradənin  deyil,  öz  iradəsinin  yaratdığıdır.  Bu  zaman  bütün  hər  bir  şey 

dərhal  aydın  və  anlaşıqlı  olur,  o  zaman  heç  bir  operaridə  [əməl+  azadlıq  lazım  deyildir,  zira  o,  essedə 

*varlıqda+  yatır  və  elə  günah  da  oradadır,  ilkin  günah  olaraq.  Bərəkətin  təsiri  isə  bizim  öz  təsirimiz, 

hərəkətimizdir. Müasir rasionalist baxış halında isə Yeni Əhdə əsaslanan Avqustin doqmatikasının bir çox 

tezisləri tamamilə yararsız və hətta hiddətləndirici olur, məsələn, tale, alın yazısı. Bunun nəticəsində əsl 

xristian başlanğıcını qəbul etmirl, rədd edir və qaba iudaizmə qayıdırlar. Halbuki, xristian doqmatikasının 

səhvi və ya əsas çatışmazlığı onu heç bir vaxt axtarmadıqları yerdədir və o, məhz  həll olunmuş və səhih 

hesab  olunan  və  tənqidə  məruz  qoyulmayan  şeydədir.  Əgər  o,  aradan  qaldırılsa,  bütün  doqmatika 

rasional  olur,  zira  adı  çəkilən  ehkam  bütün  digər  elmlərlə  birgə,  həmçinin  teologiyanı  da  məhv  edir. 

Avqustin teologiyasını onun "De civitate Dei" *"İlahi Şəhər barədə") kitabı üzrə (xüsusən 14-cü kitab üzrə) 

öyrənərək,  təqribən  ona  oxşar  nəsə  hiss  edirsən  ki,  əgər  biz  dəyişməz  olaraq  ağırlıq  mərkəzi  onun 

xaricində olan cismi yerə qoymaq istəsək, onda biz onu necə çeviririksə-çevirək, necə qoyuruqsa-qoyaq, 

o,  hökmən  geriyə,əvvəlki  yerinə  qayıdacaqdır.  Eləcə  də  burada,  Avqustinin  bütün  səylərinə  və 

sofizmlərinə baxmayaraq, dünyanın günahı və onun əzabları daimi olaraq bütün hər bir şeyi və bütün hər 

bir şeyin daxilində olan hər şeyi yaradan və buna əlavə olaraq, şeylərin inkişafının gələcək gedişini bilən 

Tanrının  üzərinə  düşür.  Avqustinin  özünün  çətinliyi  başa  düşməsini  və  ondan  qayğılanmasını,  çaş-baş 

qalmasını mən artıq  müsabiqəyə təqdim etdiyim iradə azadlığı haqqında əsərində (fəsil 4, səh. 66-68 I və 

II nəşrlər) göstərmişəm. Eyni qaydada İlahinin xeyir İlahisi olmasını  və dünyanın müsibətləri arasındakı, 

eləcə də iradə azadlığı ilə İlahi bəsirət arasındakı ziddiyyət kartezianlar, Malbranş, Leybnits, Beyl, Klark, 

Arno və bir çox başqaları arasında demək olar ki, yüzillik mübahisələrin tükənməyən mövzusu olmuşdur; 

bu zaman mübahisə edənlərin gözündə yeganə sarsılmaz ehkam olaraq Tanrının varlığı və Onun xassələri 

çıxış etmişdir və onların hamısı yuxarıda xatırlanan ziddiyyəti aradan qaldırmağa, yəni həll olunmaz riyazi 

məsələni həll etməyə  səy edərək, aramsız olaraq dairə  üzrə  fırlanmışlar, bunun da nəticəsində  həmişə 

qalıq  alınır:  bir  yerdə  gizlədilərək,  o,  gah  burada,  gah  da  orada  yenidən  peyda  olurlar.  Çətinliyin 

mənbəyini  məhz  əsas  müqəddimədə  görmək,  bu,  heç  bir  kəsin  ağlına  gəlməmişdir,  baxmayaraq  ki,  o 

gözgörətidir. Yalnız Beyl bizə anladır ki, onu sezmişdir.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

530 


 

xilasa  gətirib  çıxarsaydı,  onda  fəzilət  həmişə  yalnız  ağıllı,  metodik,  uzaqgörən  eqoizm  olmuş 

olardı  vəssalam.

 

Xristian  kilsəsinin  vasitəsilə  xilas  vəd  etdiyi  inam  aşağıdakılardan  ibarətdir:ilk 



insanın  günaha  batması  ilə  bizim  hamımızın  günaha  şərik  olduğumuz  məhvə  və  ölümə  düçar 

olduğumuz kimi, bizim hamımız, eləcə də yalnız bərəkət, nemət sayəsində və onun nəticəsində 

xilas  tapırıq  ki,  bizim  günahımızı  ilahi  vasitəci  öz  üzərinə  götürdü,  və  özü  də  bizim  tərəfdən 

(şəxsiyyət tərəfindən) hər hansı bir xidmət əvəz olmadan, zira şəxsiyyətin önniyyətli, bilərəkdən 

olan (motivləşdirilmiş) əməllərindən irəli gələn bütün hər bir şey, bizim bütün işlər heç bir vaxt 

bizə  artıq birbaşa özlərinin təbiətinə görə bəraət qazandıra bilməzlər, məhz ona görə ki, bu işlər 

önniyyətli, bilərəkdəndirlər,  onlar motivlərdən  irəli  gəlmiş  və  opus  operatum  [yerinə  yetirilmiş 

iş+  təşkil  edirlər.  Beləliklə,  bu  inam  hər  şeydən  öncə  onu  nəzərdə  tutur  ki,  bizim  vəziyyətimiz 

əzəldən  mahiyyəti  etibarı  ilə  şər  içərisindədir  və  bizim  ondan  xilasa    ehtiyacımız  vardır,  Daha 

sonra, biz özümüz öz varlığımızda şərə ortaq və onunla sıx əlaqədəyik, odur ki, bizim qanuna və 

göstərişlərə uyğun, yəni motivlər üzrə yerinə yetirilən işlərimiz heç bir vaxt ədalətin tələblərinə 

cavab  verə,  bizi  xilas  edə  bilməz;  buna  görə  də,  xilas,günahları  yuma  yalnız  inamla,  yəni 

dəyişilmiş idrak üsulu ilə verilir, inamın özü isə yalnız bərəkətdən əmələ gələ,törəyə bilər, yəni 

bir  növ  kənardan  gələ  bilər:  bu,  o  deməkdir  ki,  xilas  nəsə  bizim  şəxsiyyətimizə  tamamilə  yad 

olan  bir  şeydir  və  xilas  üçün  məhz  bu  şəxsiyyətin  inkarı  və  ləğvi  zəruridir.  İşlər,  özlüyündə 

qanuna əməl etmə heç bir vaxt bəraət qazandıra bilməzlər, ona görə ki, onlar həmişə motivlər 

üzrə  əməlidirlər.  Lüter  "De  libertate  Christiana"  *"Xristianın  azadlığı  barədə"+  kitabında  tələb 

edir  ki,  inam  doğulduğu  zaman  xeyirli  işlər  ondan  onun  simptomu,    məhsulu  olaraq  öz-özünə 

irəli gəlsin, amma onlar heç bir vaxt özlüyündə xidmət, bəraət və ya mükafat təmannası, iddiası 

olmasın,  tamamilə  könüllü  və  təmənnasız  olaraq  yerinə  yetirilsin.  Beləliklə,  biz  principii 



individuationisin  tədricən  aydınlaşan  fəhmi  idrakından  öncə  yalnız  azad  ədaləti,  sonra 

eqoizmdən  tam  imtinaya  qədər  gedib  çatan  məhəbbəti  və  nəhayət,  tam  təslimiyyəti  və  ya 

iradənin inkarını çıxardıq. 

Mən  burada  xristian  dini  təliminin  özlüyündə  fəlsəfəyə  yad  olan  bu  ehkamlarını  yalnız 

onun üçün gətirdim ki, bizim bütün mühakiməmizdən irəli gələn və onun bütün hissələri ilə tam 

uyğunluqda  olan  etikanın  öz  formasına  görə  yeni  və  bu  vaxta  kimi  eşidilməmiş  olmasına 

baxmayaraq,  mahiyyəti  etibarı  ilə  isə    əsla  belə  olmadığını,  bu  etika  əsl  xristian  ehkamları  ilə 

tamamilə uzlaşır və mahiyyəti etibarı ilə hətta onlara daxil və onlardan ibarət olduğunun digər 

tərəfindənsə  onun  elə  həmin  dəqiqliklə  Hindistanın  yenə  də  hər  halda  tamamilə  başqa  bir 

formada  şərh olunan  müqəddəs  kitablarının təlimlərinə  və etik  göstərişlərinə uyğun  olduğunu 

göstərim. Eyni zamanda, xristian kilsəsinin ehkamları barədə xatırlatma mənə bir ziddiyyəti də 

aydınlaşdırmaqda  və  işıqlandırmaqda  kömək  etmişdir,  bu,  bir  tərəfdən,  verilmiş  motivlər 

halında  xarakterin  bütün  aşkarlanmalarının  zərurəti  (təbiətin  səltənəti)  və  digər  tərəfdənsə, 

özündə  iradənin  özündən  üz  döndərə  bilməsi  və  xarakteri  motivlərin  ona  əsaslanan  bütün 

zərurəti ilə ləğv edə bilməsi azadlığı (lütfün,inayətin səltənəti) arasında yalançı bir ziddiyyətdir. 

 

§ 71 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

531 


 

Etikanın  və  onunla  birgə  şərhi    məqsədim  olan  vahid  fikrin  bütün  inkişafının  əsas 

cizgilərinin xarakteristikasını burada tamamlayaraq,  əsərimin bu sonuncu hissəsinə aid olan bir 

məzəmməti də qətiyyən, gizlətməyi arzu etmirəm: əksinə, mən göstərəcəyəm ki, o, predmetin 

özünün mahiyyətinə köklənib və ondan qaçmaq qəti olaraq mümkün deyildir. O, aşağıdakından 

ibarətdir: tam müqəddəslikdə biz hər hansı bir istəyin inkarını və ləğv olmasını qəbul etdik, buna 

görə də, bütün varlığı qarşımızda əzab olaraq dayanan dünyadan xilas olma –  məhz bu vəziyyət 

bizim üçün boş heç nəyə keçid olmuş olur.  

Bununla  əlaqədar  olaraq  mən  hər  şeydən  öncə  qeyd  etməliyəm  ki,  heç  nə  anlayışı  öz 

mahiyyətinə görə həmişə nisbidir və inkar etdiyi müəyyən bir şeyə şamil olunur. Bu xassə yalnız 



nihilo  privativo  *nisbi  heç  nəyə+  şamil  edilmişdir  (Kant  tərəfindən);  o,  «+»  işarəsinin  əksinə 

olaraq «–» işarəsi ilə qeyd olunur, «–» işarəsi əks nöqteyi-nəzərdən «+» işarəsinə çevrilə bilər; 

və bu nihilo privativo-nun əksinə olaraq nihil negativum-u *mütləq heç nə+ müəyyənləşdirmişlər 

ki, guya bu, bütün münasibətlərdə heç nədir; sonuncunun nümunəsi olaraq məntiqi ziddiyyəti, 

özü  özünü  məhv  edən  ziddiyyəti  göstərirdilər.  Amma  onun  yaxından  nəzərdən  keçirilməsi 

zamanı biz əmin oluruq ki, mütləq heç nə, gerçək nihil negativum sadəcə olaraq ağlagəlməzdir, 

bu qəbildən olan daha yüksək baxış bucağından nəzərdən keçirilən və ya daha ümumi anlayışın 

altına gətirilən hər bir nihil həmişə yalnız hər halda nihil privativum olmuş olur. Hər bir heç nə 

yalnız o ölçüdə heç nədir ki, bu ölçüdə o, başqa nəyəsə münasibətdə ağlabatandır və o, artıq bu 

ölçüdəki      münasibəti    deməli  ki,  bir  başqasını  da  nəzərdə  tutur.  Hətta  məntiqi  ziddiyyət  belə 

yalnız nisbi heç nədir. O, ağılla düşünülə bilən nəsə deyildir, amma bu, hələ ki o demək deyildir 

ki,  o,  mütləq  heç  nədir.  Zira  o,  sözlərin  müqayisəsidir,  düşünülə  bilməyənin  təfəkkür 

qanunlarının  müəyyənləşdirilməsi  üçün  məntiqdə  zəruri  olan  nümunəsidir;  elə  buna  görə  də, 

əgər  bu  məqsəd  üçün  belə  bir  nümunəyə  müraciət  edirlərsə,  onda    mənfi  olan  bir  şey  kimi 

mənanın üzərindən adlayaraq, mənasızlığı müsbət və axtarılan bir şey kimi saxlayırlar. Beləliklə, 

hər hansı bir nihil negativum, və ya mütləq heç nə, əgər o ali anlayışa tabe etdirilsə, sadə nihil 

privativum  və  ya  nisbi  heç  nə  olmuş  olur,  bu  isə,  həmişə  işarəsini  inkar  etdiyinin  işarəsinə 

dəyişdirilə  bilər,  odur  ki,sonuncu  mənfi,  onun  özü  isə  –  müsbət  olan  şey  kimi  düşünülə  bilər. 

Bununla heç nə -nin çətin dialektik tədqiqinin nəticəsi də uzlaşır, Platon bu tədqiqatı "Sofist"də 

(səh. 277-287, Bip.) edir: "Axı başqasının təbiətinin mövcudluğunu, bölündüyünü və bir-birinin 

ardınca bütün varlıqlarda yayıldığını göstərərək onun nəyinsə var olanına əks olan hissəsini biz 

həqiqətdə var olmayan kimi adlandırmağı qət edirik(83)* – yoxluqdur (μη ον) "

cci

.  


Hamı  tərəfindən  müsbət  olan  nəsə  kimi  qəbul  olunan,  bizim  mövcud  olan 

adlandırdığımız  və  inkarı    ən  ümumi  mənasında  heç  nə  anlayışı  ilə  ifadə  olunan,  –  təsəvvür 

dünyasıdır, təsəvvür dünyası, göstərdiyim kimi, iradənin obyektliyi, onun güzgüsü kimi çıxış edir. 

Bu  iradə  və bu  dünya  həm də  biz  özümüzük  və ona  ümumiyyətlə  onun tərəflərindən biri  kimi 

təsəvvür  aiddir;  bu  təsəvvürün  forması  -  məkan  və  zamandır,  və  buna  görə  də,    bu  nöqteyi-

nəzərdən  üçün    mövcud  olan  hər  şey  hardasa  və  haçansa  mövcud  olmalıdır.  Təsəvvürə  sonra 

anlayış,  fəlsəfənin  materialı  və  nəhayət,  söz,  anlayışın  işarəsi  də  aiddir.  İradənin  inkarı,  ləğv 

edilməsi,  çevrilməsi  -  eyni  zamanda  dünyanın,  onun  güzgüsünün  ləğv  edilməsi,  yox  olmasıdır. 

Əgər,  biz  onu  bu  güzgüdə  daha  görmürüksə,  onda  biz  əbəs  yerə  soruşuruq  ki,  o,  haraya 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

532 


 

çəkilmişdir  və  ona  görə  gileylənirik  ki,  onda  daha  artıq  harada  və  nə  zaman  yoxdur,  –  o,  heç 

nəyə çevrilmişdir.  

Əks nöqteyi-nəzər, əgər o, bizim üçün mümkün olsaydı, işarələri dəyişmiş olardı və bizim 

üçün  mövcud  olan  heç  nə  kimi  görünərdi,  heç  nə  isə  –  mövcud  olan    kimi.  Amma  hələ  ki,  biz 

özümüz həyat iradəsiyik, bu sonuncu bizim tərəfimizdən yalnız mənfi olaraq dərk edilə və işarə 

edilə  bilər,  zira  Empedoklun  oxşar  olanın  yalnız  oxşar  olan  vasitəsilə  dərk  olunması  ilə  bağlı 

köhnə  müddəası

ccii

 məhz  bu  verilmiş  halda  bizi  hər  hansı  bir  idrakdan  məhrum  edir,  eləcə  də, 



digər  tərəfdən,  bizim  hər  hansı  bir  gerçək  idrak  imkanımız,  yəni  təsəvvür  kimi  dünya  və  ya 

iradənin obyektliyi son nəticədə məhz ona əsaslanır. Zira dünya – iradənin özünüdərkidir.  

Amma  əgər  nəyin  bahasına  olursa-olsun,  o  barədə  hansısa  müsbət  biliyə  nail  olmaq 

lazım olsaydı ki, fəlsəfə onu yalnız neqativ olaraq, iradənin inkarı kimi ifadə edə bilər, onda bizə 

o  vəziyyəti  göstərməkdən  savayı  başqa  heç  nə  qalmazdı  ki,  iradənin  tam  inkarına  yüksələn 

bütün kəslər bu vəziyyəti, "ekstaz", "heyranlıq", "nurlanma", "Tanrı ilə qovuşma" və bu kimi sair 

sözlərlə  işarə  edilən  vəziyyəti  hiss  etmişlər;  amma  bu  vəziyyəti,  əslində,  özlüyündə  idrak 

adlandırmaq düzgün deyildir, zira o, artıq subyekt və obyekt formalarına malik deyildir və yalnız 

hər bir kəsin şəxsi ötürülə bilməyən təcrübəsi üçün əlçatandır.  

Biz  isə,  bütövlükdə  fəlsəfənin  nəzər  nöqtəsində  qalaraq,  burada  mənfi  biliklə 

kifayətlənməliyik,  ona  qane  olmalıyıq  ki,  müsbət  biliyin  ifrat  hədlərinə  çatmışıq.  Əgər  biz, 

beləliklə,  dünyanın  daxili  mahiyyətini  iradə  kimi  dərk  etmişiksə  və  onun  (dünyanın)  bütün 

təzahürlərində yalnız onun (iradənin) təbiətin qaranlıq qüvvələrinin şüursuz coşqusundan şüurlu 

insan fəaliyyətinə qədər izlənilən obyektliyini görmüşüksə, onda biz heç cür belə bir nəticədən 

qaça bilmərik ki, iradənin azad inkarı, ləğvi ilə birlikdə hadisələr, təzahürlər və obyektliyin bütün 

pillələrində aramsız olaraq davam edən və məqsədsiz olan canatma və axtarış  da ləğv olur ki, 

dünya  onun  daxilində  və  onun  vasitəsilə  mövcuddur,  onunla  birlikdə  formaların  varisliyinin 

çoxcəhətliliyi də ləğv olunur, iradə ilə birgə onun bütün hadisələri, təzahürləri və nəhayət, onun 

ümumi  formaları  –  məkan  və  zaman,  həmçinin  də  onun  sonuncu  əsas  forması  –  subyekt  və 

obyekt də ləğv olunur. İradə yoxdursa, – təsəvvür də yoxdur, dünya da yoxdur.  

Qarşımızda,  əlbəttə  ki,  yalnız  heç  nə  qalır.  Amma  axı  heç  nənin  içərisində  bu  əriməyə 

müqavimət göstərən şey,  təbiətimiz əslində, özlüyündə, yalnız həyat iradəsidir, biz özümüzük 

və bizim dünyamızdır. Heç nənin bizi belə dəhşətə gətirməsi yalnız o şeyin başqa ifadəsidir ki, biz 

həyatı  bu  qədər  güclü  bir  tərzdə  istəyirik  və  özümüz  bu  iradə  olmaqdan  savayı  başqa  bir  şey 

deyilik, və ondan savayı başqa bir şey bilmirik.  

Amma  əgər  biz  öz  nəzərimizi    öz  şəxsi  ehtiyacımızdan  və  asılılığımızdan  o  kəslərə 

yönəltsək  ki,  onlar  dünyanı  dəf  etmişlər,  onlarda  iradə,  tam  özünüdərkə  nail  olaraq,  özünü 

yenidən bütün hər bir şeydə tapmışdır və sonra azad bir surətdə özü özünü rədd etmişdir, onlar 

yalnız o anı gözləyirlər ki, onun sonuncu qığılcımı və bununla birgə onun canlandırdığı bədən də 

bir zaman yox olacaqdır, – onda fasiləsiz can atma, istəkdən qorxuya və sevincdən əzaba daimi 

keçid  əvəzinə,  iradə  edən,  istəyən  insanın  həyat  yuxusunun  baş  verdiyi  heç  bir  vaxt  məmnun 

olmayan  və  heç  bir  vaxt  ölməyən  ümidi  əvəzinə,  –  bütün  bunların  əvəzinə    qarşımızda  dərin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

533 


 

rahatlıq və sülh durur, o, hər hansı bir zəkadan daha üstündür, ruhun o tam sakitliyi, barışı, o 

sarsılmaz güvənci və  aydınlığı ki, onun elə təkcə sifətdəki əksi, Rafaelin və Korreconun yenidən 

yaratdıqları  kimi,  tam  və  şübhəsiz  bir  İncildir:  bu  sifətdə  yalnız  idrak  qalmışdır,  iradə  yox 

olmuşdur. Biz isə o zaman bu vəziyyətə əzabla və dərin qüssə ilə nəzər salırıq, bizim vəziyyətimiz 

onunla  yanaşı  qoyulduqda  sifətimiz  qəmli  və  fərəhsiz  görünür,  təzad  sayəsində  tam 

görünüşüncə üzə çıxır. Bununla belə, bu mənzərə – yeganə şeydir ki, bizi bir müddət sakitləşdirə 

bilər,  biz  bir  tərəfdən,    sağalmaz  əzab  və  sonsuz  dərdin  iradənin  hadisəsinə,  təzahürünə), 

dünyaya xas olduğunu dərk etsək, digər tərəfdən görürük ki. iradənin məhv olması ilə dünyanın 

da  yox olduğunu  və bizim qarşımızda yalnız boş heç nə qaldığını görsək. Son məqsəd olaraq hər 

hansı bir fəzilətin və müqəddəsliyin arxasında dayanan və bizi uşaqlar qaranlıqdan qorxduqları 

kimi  qorxudan  bu  "heç  nə"dən  yaranan  vahiməli  təəssüratı  dağıtmaq  üçün,  biz  həyatın  seyr 

olunması  və  müqəddəslərin  mücahidliyi  yolu  ilə  getməliyik,  müqəddəslərlə  şəxsi  təcrübədə 

qarşılaşmaq,  əlbəttə  ki,  nadir  hallarda  mümkün  olur,  amma  onları  bizim  gözlərimiz  qarşısına 

onların qələmə alınmış həyatları və daxili həqiqətlə möhürlənmiş incəsənət çıxarır. Və bu "heç 

"dən hindlilərin öz miflərinin və məzmunsuz sözlərinin köməyi ilə etdikləri kimi yan keçmək 

lazım deyildir, məsələn buddistlərin Brahmaya

cciii

 və ya nirvanaya



cciv

 qərq olmaları kimi. Biz isə, 

əksinə  olaraq,  açıq  bir  şəkildə  etiraf  və  etiqad  edirik:  hələ  də  iradə  ilə  dolu  olan  bütün  kəslər 

üçün iradənin qəti olaraq ləğv edilməsindən sonra qalan hər bir şey, əlbəttə ki, heç nədir. Amma 

həm də əksinə: o kəsdə ki, iradə dönüb geriyə qayıdır və özünü rədd etmişdir, onun üçün bizim 

bu qədər real olan dünyamız özünün bütün günəşləri və kəhkəşanları ilə – heç nədir

*



 



 

 

                                                           



*

 Buddistlərin pracnyaparamitası elə bundan ibarətdir, "hər hansı idrakın o biri tərəfində, ötəsində", yəni o 

məqam  ki,  burada  daha  subyekt  və  obyekt  yoxdur  (bax.  İ.Y.Şmidt  "Mahayana  və  Pracnyaparamita  

barədə"). 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

534 


 

 

 

 

QEYDLƏR

*

 

 

BİRİNCİ KİTAB 

 

 



                                                           

1

 Russo. Yeni Eloiza. Y, 1 



2

 Rus dilinə tərcümə F.F.Zelinskinindir. 

3

 Kalderonunun "Həyat yuxudur" (1636) dramının süjet kolliziyasının əsasına o situasiya qoyulmuşdur ki, 



bu  zaman  əsas  fəaliyyət  göstərən  şəxs,  şahzadə  Sexizmyando,  yuxudan  oyanarkən  özünü  dustaq 

vəziyyətində  görür;  onun  bəxtinə  düşən  sınaqlardan  sonra  özünün  əvvəlki  vəziyyətinə  geri  qayıdan 

şahzadə  bir  mənəvi  çevriliş  yaşayır.  Kalderonunun  dramının  fəlsəfi  simvolikası  ölümün  gerçək  həyata 

yönəmli oyanış kimi anlaşılmasının qədim ənənəsinə gedib çıxır. 

4

 İngilis təbiətşünası Robert Huk (1635-1703) Nyutonun ümumdünya cazibə qanununu qabaqcadan yalnız 



duymuşdu.  Nyutonun  digər  müasirlərinə  (İ.Bulyo  və  C.Borelli)  oxşar  olaraq,  o,  belə  bir  mülahizə  irəli 

sürmüşdür ki, planetlərin hərəkəti hər bir planeti Günəşə doğru cəzb edən qüvvənin təsiri ilə izah oluna 

bilər.  Nyuton  isə  özünün  qədəmə  aldığı  "Natural  fəlsəfənin  riyazi  prinsiplər"də  (1687)  ümumdünya 

cazibə qanununu ilk dəfə olaraq ciddi bir surətdə, riyazi olaraq əsaslandırmışdır. 

5

 Lavuazye  yanma,  metalların  oksidləşməsi,  turşuması  və  tənəffüs  proseslərində  oksigenin  rolunu 



aydınlaşdırmışdır. 

6

 Höteyə görə ("Rənglər haqqında təlim", 1829), monoxromatik rənglərin təzahür olunma effekti işığın və 



qaranlığın  qarşılıqlı  təsirinin  nəticəsidir:  sonuncu  bizə  real  olaraq  mövcud  olan  rəngi  görməyə  imkan 

verir.  Belə  bir  nəticəyə  Höte  qəti  olaraq  Nyutonun  işıq  şüasının  qaranlıq  otaqda  prizmanın  köməyi  ilə 

spektral parçalanma təcrübəsi şəraitinin modifikasiyasından sonra gəlmişdir. 

7

 Şopenhauer, görünür ki, Şellinqin "eyniyyət fəlsəfəsinin" (bu mütəfəkkirin yaradıcılığında müəyyən bir 



dövr belə bir ada malik idi) "Bruno, və ya şeylərin ilahi və təbii başlanğıcı barədə" (1802) dialoqunda ən 

qabarıq bir şəkildə ifadə olunmuş mərkəzi ideyasını şərh edir. 

8

 Şopenhauer  Fixte  yaradıcılığın  birinci  dövründə  onun  fəlsəfi  mövqeyi  (ən  tam  bir  şəkildə "Elmtəlimi" 



(1794 – 1797) əsərində əks olunan mövqeyi) ilə, onun "transsedental idealizm" təlimi  – o barədə təlimi 

ilə  ki,  hər  hansı  bir  reallıq  Mənin  şüursuz  fəaliyyətinin  məhsuludur  (buna  uyğun  olaraq,  təbiət  bu 

fəaliyyətə  münasibətdə  –  yalnız  yadlaşmış  bir  şəkildə  xarici  gerçəklik  olaraq  çıxış  edən  materialdır;  bu 

yadlaşmanı dəf edərək, Mən özünə qayıdır, amma özü ilə heç bir vaxt qəti olaraq uyğun gələ bilməz, belə 

ki,  fəaliyyət  kəsilə  bilməz)  -  və  daha  sonrakı  (1800-ci  ildən  sonra)  konsepsiyası  arasında  ziddiyyəti 

göstərir, onun çərçivəsi  daxilində  absolyut –  aktual  varlıq, Tanrıdır;  onun  xaricində  hər  bir  şey  (təbiət) 

qarşımızda varlığın naturfəlsəfə ilə rekonstruksiya olunan sxemi olaraq dayanır. Ziddiyyət həm də ondan 

ibarətdir  ki,  transsedental  idealizm  özündə  şeyin  qəbul  olunmasını  istisna  edərək,  hər  halda  təbiəti 

tamamlanmış bütöv kimi düşünməyi qeyri-mümkün hesab etmişdir, amma buna baxmayaraq, naturfəlsəfə 

(təbiətin aktual bütövlük olaraq nəzəri şərhi) varlığın sxemini təbii obyektlərin reallığından çıxış edərək 

bərpa edir. 

9

 İoniyalılar – bizim eradan əvvəl VI əsrdə Kiçik Asiyanın İoniya polislərində (indiki Türkiyə ərazisinin 



qərbi) – Miletdə (Fales, Anaksimandr və Anaksimen) və Efesdə (Heraklit) meydana çıxan qədim yunan 

fəlsəfəsinin nümayəndələri. İoniyalılar üçün dünyanı daimi dəyişikliklər prosesi kimi nəzərdən keçirməyə 

yönəmli olan oriyentasiya xarakterik idi. Bu dəyişikliklərin əsasında isə hansısa bir əzəli başlanğıc yatır 

                                                           

*

 Qeydlərin əsası olaraq A.A.Çanışev tərəfindən hazırlanmış mətn götürülmüşdür. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin