Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
540
ÜÇÜNCÜ KİTAB
1
Platon. Timey, 27 d.
2
Qədim orfik şeirdən alınmış, atalar sözünə çevrilən bu sözlər, mənasına görə "dəvət olunanlar çoxdur,
seçilmişlər isə az" (Mf. 20, 16) deyiminə yaxındır. Bu, sözləri Platon Sokratın dili ilə deyir: .».. Sirlərdən
agah olanlar belə deyirlər ki, "tirsonoslar çoxdur, vakxantlar isə az", və "vakxantlar" burada, mənim
baxışımda yalnız həqiqi filosoflar olmaqdan savayı, başqa bir kimsə deyillər. Onlardan biri olmağa mən
səy etdim – bütün həyatım boyu, bütün qüvvələrimlə, heç nəyi gözdən qaçıırmadan" (Platon. Fedon 69d.).
3
Platon. Dövlət VII, 535 s.
4
Böyük Albert, Teologiya məcmusu, 1, 5, 22. – Bax. Verilmiş termin üzrə Şopenhauerin özünün qeydi,
indiki nəşr, § 54.
5
Platon. Timey 37d.
6
"Varşava Böyük hersoqluğunda səfarətin tarixi" (1816) kitabının müəllifi de Pradtın verdiyi məlumata
görə, verilmiş halda Tomas Penə (Peynə) aid edilən frazanı Napoleon 1812-ci ilin dekabrında, Rusiyadan
qaçdığı zaman tez-tez təkrar edirdi.
7
Bayron. Çayld Harold III, 75.
8
Olimp tanrılarının tarixə, fanilərin işlərinə daimi müdaxiləsi nəzərdə tutulur.
9
Zamanın təkəri, çərxifələk haqqında danışarkən, Şopenhauer, görünür ki, zaman nizamının
mühafizəkarcasına dəyişməzliyini vurğulamaq istəyir: təkər hind-Avropa ənənəsinə uyğun olaraq, –
günəşin səmada hərəkət edən cəng arabası haqqında təsəvvürlə bağlı astral, ulduzlara aid olan, mistik
simvoldur.
10
Appersepsiya (latınca, "qavrayış") – mövcud təcrübəni qavrama imkanı; dərk olunmuş təcrübə. Termin
Leybnits tərəfindən aşağıdakı mənada daxil edilmişdir: tutqun, şüursuz persepsiyadan fərqli olaraq, dərk
olunan qavrayış.
11
Əslində,Drayden. Avessalom və Axitofel I, 163.
12
Şopenhauer qədim yunan miflərinin dözülməz əzabı və əbədi lənəti simvollaşdıran süjetlərini sadalayır.
İksion – Fessaliyada lapiflərin çarıdır; təkəbbürünə və həddini aşan qabalığına, ədəbsizliyinə görə
(olimpiyalıların ziyafətinə buraxılaraq, o, Heranın məhəbbətini qazanmağa çalışmışdır) Zevs tərəfindən
aldadılmış və alovlu təkərə qandallanmışdır, bu təkər Göy qübbəsi üzrə hərəkət edərək, əbədi olaraq
fırlanır. Danaidalar – çar Danayın qızlarıdır, onlar, atasının tapşırığına görə öz ərlərini öldürdükləri üçün
Aiddə altı deşik olan qaba su doldurmaq cəzasına məhkum edilmişlər. Tantal – Zevsin və Plutonun bir
sıra cinayətlərə (Zevsin müqəddəs qızıl itinin oğurlanmasına və etdiyini and içərək inadla boynundan
atmasına; nektarın və ambroziyanın oğurlanmasına və onları öz yaxınları arasında bölüşdürməsinə,
tanrıların hər şeyi bilib-bilmədiyini sınaqdan keçirmək xatirinə oğlunu öldürməsinə və onları onun ətinə
qonaq etməsinə) görə yeraltı səltənətdə əbədi əzablarla cəzalandırılan oğludur: o cümlədən, boğazına kimi
suyun içərisində dayanaraq, o, bu sudan içə bilmir, belə ki, o, yalnız başını suya doğru əyən kimi su
dərhal onun dodaqlarından uzaqlaşır.
13
Epikürə görə, fəlsəfənin məqsədi – ruhun sakitliyi, dincliyi, rahatlığıdır ("ataraksiya"), ölüm və təbiət
hadisələri qarşısında qorxudan azad olmadır.
14
Hürmüzd - (farsca - Ahurmazda, "müdrik hökmdar", yunanca - Ormuzd) – zərdüştçülükdə və
mazdaizmdə ali tanrının adı; Göy qübbəsinin və xeyirxahlıq başlanğıcının personifikasiyası, yunanların
Ariman (Əhriman) adlandırdığı Anhra-Maynyu (farsca, "düşmənsayağı ruh") ilə, şərin və qaranlığın
personifikasiyası ilə daimi mübarizə aparmışdır.
15
Kantın ülvilik nəzəriyyəsi ilə müqayisə edin: Kant. Mühakimə qabiliyyətinin tənqidi. 4.1. Bölmə. 1,
kitab. 2 (§ 23-29).
16
Rus dilinə tərcümə B.L.Pasternakındır.
17
Kənar forma – orta əsr sxolastikasının hər bir mövcud olanın formalarının çoxluğu barədə Aristotel
təliminə gedib çıxan termini, onların vəhdəti ali, mühüm formaya tabe olma ilə şərtlənmişdir; sonuncudan
fərqli olaraq, ikinci dərəcəli, mühüm olmayan əlamətlər mənasını verir ki, onların yox olması şeyin
varlığının sona çatmasına aparıb çıxarmır. Bax. Həmçinin kitab. 2, qeyd. 10.
18
a posteriori (latınca, "sonrakıdan") – təcrübədən əldə olunan bilik.
19
Fərdiləşmə prinsipi– orta əsr sxolastika termini; dünyanın təkrarolunmaz fərdlər çoxluğuna – oxşar,
amma eyni olmayan fərdlər çoxluğuna – ontoloji olaraq şərtlənən parçalanması postulatı mənasını
vermişdir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
541
20
Höte. Seçimli oxşarlıq, 1, 6.
21
G.Lessinqin istinad etdiyi ideya nəzərdə tutulur ("Laokoon, və ya rəngkarlığın və poeziyanın sərhədləri
haqqında", 1766). Bu ideya təsviri sənətin spesifik qanunlarının (“onların predmeti görünən xassələri
ilə, cisimlərdir", burada "hər bir şey yalnız eyni zamanda verilir") və ədəbiyyatın (o, öz predmetinə
əməlin zaman ardıcıllığında malikdir) spesifik qanunlarının müəyyənləşdirilməsinin və onlar arasında
sərhədin qoyulmasının zəruriliyinin əsaslandırması ilə əlaqəlidir, – bu əsaslandırma o barədə təsəvvürlərə
əks olaraq yerinə yetirilir ki, antik poeziya və təsviri sənət eyni süjetləri emal etmiş və oxşar təsviri
metodlardan istifadə etmişlər, yəni, təmizlənmiş, nəcibləşdirilmiş təbiətin (plastik gözəlliyin
harmoniklədirilmiş, ideal-simmetrik dünyasının) təsviri fövqəlvəzifəsini yerinə yetirmişlər. Lessinq,
həmçinin, güman etmişdir ki, antik sənətkar "əzabı yalnız gözəllik və ləyaqət hissinin imkan verdiyi
ölçüdə təsvir etmişdir": "Deyilənləri Laokoona tətbiq edərək, – o deyir ki, – biz dərhal axtardığımız izahı
tapırıq: sənətkar verilmiş şəraitdə, cismani ağrı zamanı mümkün olan yüksək, ali gözəlliyi təsvir etməyə
çalışmışdır. Bu ağrı özünün təhrifedici qüvvəsi ucbatından gözəlliklə bir araya sığmır, və buna görə də, o,
gözəlliyi zəiflətməli idi; qışqırığı o, yox etməli idi, ona görə yox ki, qışqırıq nəcib və qeyri-nəcibliyi üzə
çıxarır, ifşa edir, ona görə ki, o, sifəti çox pis təhrif edir.‖(Lessinq Q.E. Laokoon. M., 1957, s.88-89).
22
Lessinq belə güman etmişdir ki, təsviri sənətin "material hədləri" "yalnız bir məqamın" təsviri ilə
məhdudlaşmışdır, və "belə ki bu bir an sənət tərəfindən əbədiləşdirilir, o, yalnız keçici, ötəri olaraq
düşünülə bilən heç nəyi ifadə etməməlidir.» – Lessinq. Yuxarıda sitat gətirilmiş həmin əsər. S. 90, 92.
23
Vergili. Eneida II, 774.
24
"Musanın tapılması" – Avropa rəngkarlığında geniş yayılmış bibliya süjeti. – Bax: Çıxış. 2, 10.
25
Orta əsr fəlsəfəsində universaliyalar problemi (ümumilik problemi) ilə bağlı olan sxolastik terminlər, bu
problem aşağıdakı sual formasında formulə oluna bilər: növlər və cinslər(türlər) müstəqil olaraq
mövcuddurmu və belə bir halda onlar cismanidirmi və ya cismani deyildirlərmi, yoxsa onlar yalnız
təfəkkürdə mövcuddurlar və belə bir halda onlar ayrıcadırlarmı və ya hissi hadisələrdədirlərmi?
Şopenhauer anlayışların ideyalara həqiqi varlıq kimi münasibətdə ikinciliyini vurğulayır.
26
Horatsi. Məktublar I, 19, 19.
27
Vergili. Eneida I, 118.
28
Axillesin Hefest tərəfindən hazırlanan qalxanı müxtəlif təsvirlərlə bəzədilmişdir. – Bax: Homer. İliada
XVIII, 480-609.
29
Kilsə ənənəsinə uyğun olaraq, dörd incili(müşdəni) peyğəmbər İezekiilin(Zülkiflin) kitabından
götürülən dörd qeyri-adi heyvanla müqayisə etmək qəbul olunmuşdur, bu dörd qeyri-adi heyvan insana,
aslana, buzova və qartala oxşardır (İez. I, 4-28). Buna uyğun olaraq, yevangelistlərin emblemi aşağıdakı
şərti təsvirlər oldu: Mattanın – insan (o, incili Məsihin insani nəsil şəcərəsi haqqında hekayətdən başlayır,
onu əsasən insan kimi təsvir edir), Markın – aslan (Mark incili aslan nərə çəkən səhraya hay salan
Yəhyanın xütbəsindən başlayır; Mark Məsihi təbiətin hökmdarı – möcüzə göstərən, ecazkar kimi təsvir
etmişdir), Lukanın – buzov (Luka öz hekayətinin başlanğıcında Zəkəriyyənin qurban verməsi ilə bağlı
xidməti təsvir edir; Məsih onda əsasən Xilaskardır), Yəhyanın – qartal (o, incili Məsihin qartal baxışı
bəsirətini tələb edən ilahi təbiətli olması barədə vəhylə başlayır)).
30
Rus dilinə tərcümə N.İ.Qnediçindir.
31
Şopenhauer Platonun idrakımız həqiqi biliyin mənbəyi olan varlıqdan ayrı düşməsi barədə, biliyimizin
cari gerçəkliklə, hissi təsəvvürlər dünyası tərəfindən təhrif olunması barədə fikrini nəzərdə tutur.
32
Prozerpina – qədim Roma mifologiyasında yeraltı səltənətdə hökmdar qadın (qədim yunan
mifologiyasında Zevsin və Demetranın qızı, Aidin xanımı Persefona ilə eynidir). Homerin "Demetraya"
himnində o barədə danışılır ki, Aid Persefonanı oğurlamış, buna görə də, onun anası yer üzünə quraqlıq
göndərmişdir; Zevs Persefonanı geriyə döndərməyi tapşırmışdı, amma Aid dadına baxmaq üçün ona nar
vermişdir ki, o, bir daha geri qayıtsın. Elə buna görə də, Demetranın qızı ilin üçdə birini ölülər arasında
keçirir, ilin ikidə birini isə – anası ilə; ananın sevinci bu zaman yer üzərinə bolluğu qaytarır.
33
Baltazar Qrasianın "Kritikon" (1651-1657) romanının fabulası - Hər hansı bir İnsanın həyat tarixinin
alleqoriyasıdır: "mağaradan" çıxdıqdan sonra qəhrəman öz həyatının zəkayaqədərki, tutqun başlanğıcını
xatırlayır, sonra onun gözləri qarşısında Kainatın Teatrı, Təbiətin Gözəlliyi çıxış edir, o, Həyatın Axınına
qoşulur, Əsrin Vəziyyəti ilə tanış olur, Ölümlə və Ölməzlik Adası ilə rastlaşıncaya qədər yol keçir.
34
"Kritikon"un bir çox motivləri Servantesin "Don-Kixot"unda üstüörtülü bir şəkildə deyilir; amma
Servantesin satirik alleqoriyalarının subyektiv-fantastik, psixoloji xarakterinə Qrasianda "obyektiv
ağılsızlıq" məntiqi uyğun gəlir. Svift isə, universal satiranın maraqlarında Qrasiansayağı "səyahət"
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
542
formasından istifadə edərək, "Kritikon"un nağılvari fantastikasını dəqiq (müqayisəli) mübaliğə ilə əvəz
edərək, aşkar alleqoriyadan imtina edir.
35
Balığın təsviri ilk xristianlar üçün emblem olmuşdur: yunanca - "balıq" sözü "İsa Məsih, Tanrı Oğlu,
Xilaskar" formulasının abbreviaturası kimi nəzərdən keçirilmişdir. Şopenhauer, görünür ki, bu xüsusatı
nəzərdə tutur.
36
Şampolion Jan Fransua (1790-1832) – qədim Misir heroqlif yazısının şifrəsini açan fransız misirşünas.
37
Vəhy, və ya Apokalipsis (yunanca) – Yeni Əhdin sonuncu hissəsi, onun müəllifi ənənəyə görə həvari
İlahiyyatçı Yəhya hesab olunur. Apokalipsis - ilahidən ilhamlanan görüntülərin simvolik təsviridir.
38
Mitra – Hind-İran panteonunun qədim ilahisi, səmavi işıq, günəş və düzgünlük tanrısı. Mitra kultu (bu
kultun İranda və onun sərhədləri xaricində ən geniş yayıldığı zaman: bizim eradan əvvəl I minilliyin sonu -
bizim eranın I minilliyinin başlanğıcı) özündən sonra çoxsaylı heykəltəraşlıq təsvirləri qoyub getmişdir.
39
Homer. İliada VIII, 485.
40
Höte. Vilhelm Maysterin təhsil illəri. Kitab. III.
41
Horatsi. Poeziya sənəti barədə, 372.
42
Fleytada çalan Marsinin kifarada(gitarada) çalan Apollonla qorxmaz rəqabəti birincinin məğlubiyyəti
və onun cəzalanması ilə başa çatmışdır: Apollon bu bədbəxtin dərisini soymuşdu.
43
Höte. Faust I, 582-583.
44
Şiller. Dostlara, 45-49.
45
Anakreon (Anakreont) – qədim yunan şairi, – qocalığın ağrıları və qarşıdan gələn ölümün o duyğusu
fonunda həyatın sevinclərindən ahəngli, şüurlu olaraq bəslənilən həzz almanı vəsf etmişdir. Angelus
Silezius (Yohann Şeffler) – XVII əsrin dini-mistik istiqamətli alman şair-filosofu.
46
Bayron. Çayld Harold III, 72.
47
"Ən görkəmli ingilis şairlərinin həyat təsvirləri" (1779 – 1789) adlı ədəbi-tənqidi əsərin müəllifi
Semyuel Conson nəzərdə tutulur, onlardan birində, Şekspirə həsr olunmuş həyat təsvirində Semyuel
Conson Şopenhauer tərəfindən xatırlanan poetik ədalət tələbini formulə etmişdir.
48
Verilmiş müqayisənin köməyi ilə Conson mövqeyinin faciəvi dünyaduyuma prinsipial olaraq zidd olan
"qapalılığı" vurğulanır, yəni, faciəvi dünyaduyuma xas olan cəhət, faciəvi dünyaduyumla bağlı, məsum,
günahsız əzabların saflaşdırıcı (günahları yuyan) əhəmiyyəti barədə təsəvvür vurğulanır; bu qapalılıq,
Şopenhauerə görə, verilən müqayisənin çərçivələri daxilində xatırlanan digər mövqeləri də
səciyyələndirir:... Səthi optimistik... – yəqin ki, şərin tarixin konstruktiv başlanğıcı kimi şərhi nəzərdə
tutulur ("tarixin gedişi" ilə məhvə məhkum olan kəs məhv olacaqdır);... Protestant-rasionalist... – yəqin
ki – "mütləq qəddar olan alın yazısı barədə" Kalvin təliminə bir eyhamdır (bəzilərinin xilasa, digərlərinin
isə məhvə öncədən təqdiri nəzərdə tutulur, özü də, birincinin göstəricisi kimi insanın öz işində (bu
dünyada) yerdə qazandığı uğur çıxış edir. Və ya, əslində, özlüyündə, yəhudi dünyagörüşü – görünür ki,
İsrailin Tanrı tərəfindən seçilməsi, üstün tutulması barədə iudaizmə xas olan ideya nəzərdə tutulur,
həmçinin o da nəzərdə tutulur ki, Yəhudi-teistik ənənə birinci iki mövqenin mənbəyi, gizli sxemidir.
49
Kalderon. Həyat – yuxudur. I, 2.
50
Obertonlar – vibrator hissələrinin titrəyişləri nəticəsində yaranan və əsas musiqi səsinin spektrinə daxil
olan əlavə səslərdir. Şopenhauer yalnız major üçhəmsədanı təşkil edən yaxın obertonları nəzərdə tutur.
51
Bax. Kitab. 2, qeyd. 17.
52
Əgər müxtəlif registrlərdə natural quruluşa (yəni, nəfəsli alətdə çalma, mahnı oxuma və ya skripkada
çalma halında səsin titrəyişlərinin təcrübi müşahidəsi əsasında yaranan, riyazi olaraq ifadə olunmuş
yüksəklik münasibətinə) əməl olunsa, eyni intervalın tezlik tonlarının münasibəti fərqlənir: "do" eyni
bərabərlikdə olan temperasiyanın "do"suna uyğun gəlmir. Elə buna görə də, XVII əsrdən başlayaraq,
oktavanı riyazi modeli üzrə on iki bərabər yarımtona bölmək qəbul olunmuşdur. Eyni bərabərlikdə olan
temperasiya halında tonun 1/9 fərqi aradan götürülür, oktava qapanır, amma bu, kvintaların
münasibətində düzgün ədəd proporsiyasının itirilməsi hesabına əldə olunur, onunla birgə musiqi
quruluşunun qapanmaması da itirilir. Temperasiya – əslində, musiqidə eyni bərabərlikdə olma
abstraksiyanın daxil edilməsidir, Nyuton məkanına, sosial bərabərliyə və s. analoji olaraq.
53
Əslində, bas istənilən ola bilər.
54
Allegro maestoso (ital., "sürətlə və kədərlə") – simfoniya və ya sonata hissəsi üçün tipik olan temp
işarəsi.
55
Adagio (ital., "ahıstə", "sakitcə") – simfoniya hissəsi üçün və həmçinin də bəzən ayrıca instrumental
əsər üçün tipik olan temp işarəsi.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
543
56
Moll (ital., "yumşaq") – minor tonallığın işarəsi; Dur (ital., "möhkəm") – major tonallığın işarəsi.
57
Universalia post rem (latınca, "şeylərdən sonra ümumi"), universalia ante rem (latınca, "şeylərə qədər
ümumi"), universalia in re (latınca, "şeylərdə ümumi") – sxolastik terminlər. – Bax. Yuxarıda, qeyd. 26.
58
Da capo (ital. "işarəyə kimi") – musiqi əsərinin artıq öncə rastlaşılan hissəsinin yenidən yaradılmasının
zəruriliyini göstərən işarə.
59
Şopenhauer, görünür ki, biliyin (məsuliyyətli şəxsi təfəkkürün) və fəzilətin Sokrata xas olan
eyniləşdirilməsini nəzərdə tutur – ənənəvi kosmoloji əsaslandırmaya istinad etmədən.
60
Bax. Yuxarıda, qeyd. 54.
61
Rafaelin "Müqəddəs Sesiliya müqəddəslərlə" (təqribən. 1514-1516) rəsmi nəzərdə tutulur.
DÖRDÜNCÜ KİTAB
cxxii
Emanasiya (latınca, "axma", yunancadan tərcümə yolu ilə yaradılmış termin) – özündən axma
haqqında təlim, yəni, ali mütləq (Plotində "ilkvəhdət") varlığın daha az mükəmməl olan, aşağı pillələrini
yaradaraq, özündən kənara axması prinsipi; dünyada şərin meydana çıxmasını aşağı pillələrdə
mükəmməlliyin çatışmaması ilə izah edir.
cxxiii
Ehtimal ki, dünyanın Tanrıdan qopub ayrılması barədə qnostik təlim nəzərdə tutulur, bu təlimə uyğun
olaraq, dünya ilahi ilk başlanğıcdan son dərəcə uzaqdır və onun antipodudur, amma insan idrakında
("qnosisdə") varlığın vəhdətinin bərpası baş verir.
cxxiv
Şellinq konsepsiyası nəzərdə tutulur, Şopenhauer, bu konsepsiyanı şərh edərək yazır: ‖Fon Şellinq öz
Tanrısında əsası nəticədən uzaqlaşmağa məcbur etmiş və bu parçalanmanı daha möhkəm etmişdir.‖.. Bizi
öyrədərək ki, "Tanrıda onun özü deyil, onun əsası yerləşir, ilk əsas kimi, və ya daha yaxşı deyilsə, Əsası
olmayan kimi‖.. Özü də, indi kifayət qədər məlumdur ki, o, bütün bu nağılı Yakob Bömenin "Dünyəvi və
səmavi sirr haqqında əsaslı xəbər"indən əxz etmişdir; amma Bömenin özünün onu haradan götürdüyünü...
yəqin ki, bilmirlər... Bu, —... dibsiz bir dərinlikdir, valentinianların (ikinci əsrdə bidət təriqət) ona
konsubstansial olan Sükutu mayalandıran Əsassızlığıdır, bu Sükut da zəkanı və dünyanı doğurmuşdur"
(Şopenhauer A. Kafi əsas qanununun dördlü kökü haqqında. – Rus dilində: (ŞopenhauerA. Kafi əsas
qanunun dörd cür kökü haqqında, M.,1900, s.15-16). Bütövlükdə, Şopenhauerin fikrinə görə, verilmiş
konsepsiya substansiyanın "öz-özünün səbəbi" kimi Spinoza anlayışı ilə birtiplidir və "ontoloji sübut"un
modifikasiyasıdır: öncə mahiyyət postulat olaraq qəbul edilir, sonra isə ondan mövcudluq çıxarılır, § 8).
cxxv
Trimurti (sanskrit dilində - "üçlü obraz") – Brahmanın, Vişnunun və Şivanın ilahi triadası: birinci –
dünyanın yaradıcısıdır, ikinci – onun qoruyucusudur, üçüncü isə – onun dağıdıcısıdır. Müxtəlif sektalar
Trimurtini vahid ali tanrının üç ipostası kimi şərh edirlər, o, adətən triadanın üzvlərindən birinin – əsasən
Vişnunun və ya Şivanın adını alır.
cxxvi
Linqam (sanskrit, "linqa", "cinsin işarəsi") – Şivanın əsas simvolu olaraq kişi cinsiyyət orqanının
işarəsi. Linqamda bu tanrının yaradıcı enerjisi haqqında təsəvvür təcəssüm olunmuşdur, baxmayaraq ki,
hinduist triadada ona əsasən Brahmanın hər bir "gününün" sonunda dünyanın və tanrıların məhv edilməsi
rolu ayrılmışdır. Kəllələrdən boyunbağı – Şivanın "böyük asket" olaraq təsvirlərinin atributlarından biri.
cxxvii
2 may 1824-cü il tarixli söhbət nəzərdə tutulur.
cxxviii
Ork (Orkus) – ölülər səltənətinin, həmçinin də ölüm tanrısının qədim Roma adı; qədim yunanlarda
Aidə uyğun gəlir.
cxxix
Höte. Bəşəriyyətin sərhədləri.
cxxx
Söhbət Kurukşetradakı böyük döyüş barədə gedir, onun başlanması ərəfəsində epik personaj Krişna
qəhrəman Arcunanın cəng arabaçısı olur və özünü sonuncuya ali ilahi (Vişnu) kimi təzahür etdirir,
"Bhaqavatgita"nı öz vəhyi kimi xəbər verərək (Mahabharata VI, 23-40).
cxxxi
Rus dilinə tərcümə V.Levinindir.
cxxxii
Şopenhauer, görünür ki, C.Brunonun "qəhrəmani entuziazmının" pafosunu (mütəfəkkiri, şairi,
qəhrəmanı adi həyat üzərində yüksəldən və onu tanrıya bənzədən sonsuzluq məhəbbəti), həmçinin də
verilmiş mövqeyə yaxın olan Spinozaya məxsus "azad zərurət" ideyasını nəzərdə tutur. Spinozanın "azad
zərurət" ideyası azad (ixtiyari) iradə haqqında səthi təlimin inkarı ilə bağlıdır və Brunonun konsepsiyasına
münasibətdə dünyagörüş baxımından birtipli sonsuz substansiya barədə şeylərin çoxluğunun vahid əsası
kimi təlimdən irəli gəlir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
544
cxxxiii
Pristli verilmiş əsərin ("Zərurət haqqında fəlsəfi təlim", 1777) VI fəslində yazır: "motivlər olmadan
qərar qəbul etmək qabiliyyəti və ya vicdanın mühakiməsindən və ya meylindən asılı olmayaraq
özünümüəyyənləşdirmə qabiliyyəti mümkün deyildir. Onu güman etmək – səbəblər olmadan nəticəni
qəbul etmək deməkdir... Əgər biz yalnız bir mübahisəsiz faktı etiraf ediriksə, yəni, o mübahisəsiz faktı
ki, iradə özü özünü müəyyənləşdirə bilməz, həmişə motivlərlə, yəni, ruhun mövcud vəziyyəti ilə və onun
qarşısında duran şeylərə münasibəti ilə müəyyənləşir, – əgər bu, qəbul edilsə, onda biz öz qarşımızda
zəruri, mexanikanın qanunları kimi ciddi və dəyişməz olan qanunlara tabe olan tərifə malikik"( XVIII əsr
ingilis materialistləri, Seçilmiş əsərləri, 3 cilddə, З-cü cild, М., 1968. s. 421-422).
cxxxiv
Avqustinə gedib çıxan sxolastik termin.
cxxxv
Həvari Pavelin aşağıdakı sözləri nəzərdə tutulur: ―İnsan, axı sən kimsən ki, Tanrı ilə mübahisə
edirsən? Məmulat [onu] düzəldəndən soruşarmı ki: Sən niyə məni düzəltdin? Dulusçu gil üzərində
hakimiyyətə malik deyilmi, eyni qarışıqdan o, sayğı ilə istifadə üçün də bir qab düzəldə bilər, aşağı
zümrələr üçün də?‖ (Romalılara məktub. 9, 20-21).
cxxxvi
Höte. İfigeniya Tavridada IV.5.
cxxxvii
Məhəmməd Peyğəmbər – islamın banisi. Quranda təsvir olunan cənnət hissi həzzlər imkanını, o
cümlədən möminlərin hurilərlə cismani yaxınlığını da nəzərdə tutur.
cxxxviii
Homer. İliada XVIII, 113.
cxxxix
Davud şahın ailə dramı – onun tarx-tac uğrunda öz sevimli oğlu Avessalomla (Əbusalamla)
mübarizəsi nəzərdə tutulur, o, qardaşını öldürmüş və atasının əleyhinə üsyan qaldırmışdı (2 Çarlar, 13-
18). Gətirilən müqayisə çərçivəsində Şopenhauer bu tarixi o mənada şərh edir ki, (oğlunun ölümünü arzu
etməyən və onun itkisindən kədərlənən) Davudun əsas qayğısı hər halda özünün "siyasi" məqsədlərinə
nail olma idi, Avessalomın taleyi deyildi.
cxl
Ovidi. Məhəbbətin əlacı, 293.
cxli
Kviyetiv (ot latın quietus, "sakit", "fəaliyyət göstərməyən") – tam iradəsizliyə, həyatda iştiraksızlığa
yönəmli motivasiyanı işarə edən termin.
cxlii
Ekkl. I, 18. – Kohelet (yəhudi dilində, "kahal", dini yığıncaq) – yığıncaqda danışmaq vəzifəsini yerinə
yetirən kəs, vaiz, moizəçi: yunancaya tərcümədə – Ekkleziast, Qədim Vəsiyyətin (Əhdi-ətiqin) eyni adlı
kitabının Süleyman şahla eyniləşdirilən müəllifinin dillər əzbəri olan adı.
cxliii
Yuvenal. Satiralar X, 81.
cxliv
Homer. İliada XXI, 272.
cxlv
Homer. Odisseya XI, 620.
25 Horasio. Odalar, 11,3.(Yazılmalıdır, Kitabın içində var)
cxlvi
Qədim hindlilərin dini-fəlsəfi təsəvvürlərinə görə, quna – təbii substansiyanın üç vəziyyətinin
işarəsidir: racas-quna – mütəhərrik, ehtiraslı, fəaliyyət göstərən başlanğıc; satva-quna – tarazlaşdırılmış,
müvazinətli xoş başlanğıc; tamas-quna – atil, ətalətli, qaranlıq başlanğıc; bu başlanğıclar, daimi olaraq
dəyişərək, biri digərini əvəz edərək, əzabı, sevinci, biganəliyi doğururlar.
cxlvii
Şekspir. Hamlet III, I
cxlviii
Göstərilən yerdə Herodot Artabanın, Keyxosrovun əmisinin aşağıdakı sözlərlə qurtaran kəlamını
gətirir: ―... Ölüm insan üçün – həyati müsibətlərindən ən arzu olunan xilasdır...‖
cxlix
Bax: Dante. Cəhənnəm XXXIII, 13-76.
cl
30. Leybnits. Teodiseya 1, 8
cli
Adəm, Dante onunla "səkkizinci göydə" söhbət edir. – Cənnət XXVI, 100-142.
clii
Yəni, brahman ənənəsinə uyğun olaraq, mükəmməlliyin dördüncü dərəcəsinə nail olanlar (sanskr.
"sanyasa"), sədəqə ilə yaşayanlar, geyimsiz, mülkiyyətsiz yaşayanlar, bu isə, doğulmalar zəncirini qıran
ölümə aparıb çıxarır.
cliii
Parkalar – Roma mifologiyasında tale ilahələri: Nona, Desima (uşaq doğmanın himayəçisi) və Mora
(mors, "ölüm" sözündəndir). Həyat bağlarını toxuyan və kəsən yunan Moyraları ilə eyniləşdirmişlər.
cliv
Höte. Hissiyyatın təntənəsi IV.
clv
Eros (yunanca - "güclü arzu", "məhəbbət") – məhəbbətin tanrısı-personifikasiyası. Eyni zamanda –
Xaos, Geya, Tartarla yanaşı kosmoqonik və teoqonik ilkin başlanğıclardan biri.
clvi
Amor (lat.) – yunan Erosu ilə eynidir. Mayya ilə paralelin anlaşılması Parmenidin "Təbiət barədə"
poemasına müraciət etməyi tələb edir: onun ikinci hissəsində Eros görüntü dünyasını doğurur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |