Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
552
öyrədən pitaqorçular Hiket, Filolay və Aristarx Kopernikə necə münasibətdədirlərsə, onlar da
Kanta o cür münasibətdədirlər. Dünyanın xəyaliliyinin, kabusanəliyinin aydın dərki və sakit, ciddi
isbatı – Kant fəlsəfəsinin əsası, onun canı və bununla birgə də onun ən ulu məziyyəti də elə
budur. Kant buna onunla nail oldu ki, idrakımızın obyektiv aləmin fantasmaqoriyasını yaradan
mexanizmini heyrətamiz bir məharət və müfəssəlliklə incələyib ayırd etdi. Kant fəlsəfəsi ilə
müqayisədə olduqca kobud olan bütün əvvəlki qərb fəlsəfəsinə bu həqiqət agah deyildi və buna
görə həmişə sanki yuxuda danışırdı. İlk dəfə Kant onu yuxudan oyatdı və bu üzdən də sonuncu
yuxulular (Mendelson) onu “hər şeyi parçalayıb dağıdan” adlandırdılar. Kant göstərdi ki,
varlıqda, yəni ümumiyyətlə təcrübədə sarsılmaz zərurətlə hökm sürən qanunlar varlığın özünün
izahına tətbiq oluna bilməz; onların qüvvəsi sırf nisbidir, yəni varlıq, ümumiyyətlə təcrübə
dünyası verildiyi andan etibarən başlayır; və deməli, əgər biz dünyanın və özümüzün varlığını
izah etmək istəsək, onlar bizə ipucu verə bilməzlər. Kantdan əvvəlki qərb filosofları
düşünürdülər ki, hadisələri, təzahürləri, bir–biri ilə bağlayan qanunlar (o qanunlar ki, onların
hamısını–məkanı, zamanı, səbəbiyyəti və məntiqi ardıcıllığı mən əsas qanununun düsturuna
müncər edirəm) mütləqdirlər və heç nə ilə şərtlənməmişlər, aeternae veritates–dirlər; dünyanın
özü yalnız onların sayəsində və onlara uyğun mövcuddur və buna görə onların kələfinin ucu
dünyanın sirrinin, müşkülünün həllinə aparıb çıxarmalıdır. Bu məqsədçün yaradılmış fərzetmələr
(Kant tərəfindən “zəka ideyaları” adı altında tənqid olunan) əslində yalnız ona xidmət edirdilər
ki, onların vasitəsilə sadə təzahürü, Mayyanın yaradığını, Platonun kölgələr dünyasını,–yeganə
və ali reallıq dərəcəsinə qaldırır, onu şeylərin ən dərin və həqiqi mahiyyəti yerinə qoyur və
bunun da nəticəsində sonuncunun doğru–dürüst anlaşılmasını qeyri–mümkün edirdilər,–bir
sözlə, yatanları daha dərin yuxuya verirdilər. Kant göstərdi ki, bu qanunlar, və deməli, dünyanın
özü də subyektin dərketmə üsulu ilə şərtlənmişlər və deməli, biz onların rəhbərliyi altında nə
qədər tədqiq edib əqli nəticələr versək də,–əsas şeydə, yəni özündə dünyanın maliyyətinin
dərkində və təsəvvürdən asılı olmayaraq biz bir addım da irəli getməyəcəyik, yalnız çəmbərin
içindəki dələ kimi yerimizdə sayacayıq. Ehkamçı filosoflaı o adamlarla müqayisə etmək yerinə
düşərdi ki, onlar düşünürdülər ki, irəli getməklə dünyanın sonuna gəlib çıxmaq olar; Kantsa bir
növ dövri–aləm səyahəti etdi və göstərdi ki, yer yumru olduğundan təkcə üfüqi hərəkət etməklə
heç cür onun hüdudlarından kənara çıxmaq olmaz, hərçənd ki, bu heç perpendikulyar hərəkətlə
də mümkün deyil. Eynilə bu cür demək olar ki, Kantın təlimi göstərir ki, dünyanın başlanğıc və
sonunu bizdən kənarda yox, öz daxilimizdə axtarmalıyıq.
Bütün bunlarsa ehkamçı fəlsəfə ilə tənqidi və ya transsendental fəlsəfə arasındakı
təməli, fundamental fərqə əsaslanır. Çox vaxt itirmədən bu fərqi özünə misalda aydınlaşdırmaq
istəyən hər kəsə mən ehkamçı fəlsəfə örnəyi kimi Leybnitsin “De rerum originatione radicali”
başlığı daşıyan və ilk dəfə Leybnitsin fəlsəfi əsərlərinin Erdmann nəşrində, c.1, səh. 147,çap
olunmuş bir mühakiməsini tövsiyə edə bilərəm. Bu mühakimədə sırf ehkamçı tərzdə, ontoloji və
kosmoloji sübutların köməyilə və veritatum aeternarum–un əsasında, xeyli saz şəkildə a priori
olaraq dünyanın mənşəyi və mükəmməlliyi nəticəsinə gəlinmişdir; düzdür, ötəri olaraq müəllif
etiraf etməyə məcbur olmuşdur ki, təcrübə məhz burada nümayiş etdirilən kamilliyə əks olanı
göstərir,–odur ki, təcrübəyə qandırılır ki, o, belə şeylərdə heç nə anlamır və fəlsəfə a priori
qeybdən xəbər verəndə, o dilini dinc saxlamalıdır. Kantın simasında tənqidi fəlsəfə bax elə bu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
553
cür metoda qarşı çıxış edir; o, köməyilə bu cür doqmatik qurmaların ucaldıldığı veritates
aeternas–ı araşdırmalarının predmeti edir, onların mənbəyini axtarır və onu insan başında tapır,
o yerdə ki, onlar ona məxsusi xas olan və obyektiv dünyanın qavrayışına xidmət edən
formalardan boy atırlar. Beləliklə, əzəmətli doqmatik qurmalar üçün material verən daş
karxanası məhz burada–beyindədir. Amma bu nəticəyə gəlib çatmaq üçün tənqidi fəlsəfə
əvvəlki ehkamçılığın söykəndiyi veritatum aetarnarumun hüdudlarından kənara çıxmalı idi; o
onların özlərini öz tədqiqatının predmeti etməli, yəni transsendental olmalı idi. Bu keyfiyyətdə
o, daha sonra öyrədir ki, biz onu dərk etdiyimiz kimi obyektiv dünya özündə şeylərin
mahiyyətinə aid deyil, yalnız sonuncunun a priori olaraq, insan intellektində (yəni beynində)
olan formaları ilə şərtlənmiş təzahürüdür və buna görə onda təzahürlərdən başqa bir şey ola
bilməz.
Kant o şeyin dərkinədək gəlib çıxa bilməmişdir ki, özündə şey–iradə, təsəvvür kimi dünya
isə – təzahürdür. Amma o sübut etdi ki, təzahür edən dünya subyektlə olduğu qədər obyektlə
də şərtlənmişdir; onun, yəni təsəvvürün təzahürünün ümumi formalarını ayırd edərək, o
göstərdi
ki,həm
obyektdən,
həm
də
subyektdən
çıxış
edərək,
onları
bütün
qanunauyğunluqlarında nəzərdən keçirmək və dərk etmək olar, çünki onlar əslində hər ikisinin
bitişmə sərhədidirlər; və buradan o nəticə çıxardı ki, bu formaların köməyilə heç vaxt nə
obyektin, nə də subyektin dərinliyinə varmaq, yəni dünyanın əsl məğzini, özündə şeyi dərk
etmək olmaz.
Kant özündə şeyi bir nəticə olaraq, düzgün çıxarmamışdır (aşağıda göstərəcəyim kimi), –
o, qeyri-ardıcıllığa yol vermişdir ki, bunun da əvəzini təliminin bu əsas hissəsinə çoxsaylı və
dəfolunmaz həmlələrə tuş gəlməklə verməli oldu. O, özündə şeyi birbaşa iradə olaraq qəbul
etmədi – bununla belə o, insan əməllərinin təzahür qanunlarından tamamilə fərqli, onlara
əsasən izah oluna bilməyən və özündə şeyin bilavasitə yaxınlığında olan bir şey kimi şəksiz
mənəvi önəmini təsvir edərək, bu yönümdə böyük cığıraçan addımı atmışdır. Kantın ikinci
xidməti bundadır.
Kantın üçüncü xidməti sxolastik fəlsəfənin tam devrilməsi, alt-üst edilməsidir.
Sonuncunun altında mən Avqustinin başladığı və bilavasitə Kantdan öncə bitən dövrü nəzərdə
tuturam. Sxolastikanın mahiyyəti, Tennemanın düzgün təyininə görə, dövlət dininin fəlsəfə
üzərindəki qəyyumluğundan ibarətdir, odur ki, ikinciyə yalnız birincinin öncədən yazdığı, təyin
etdiyi ehkamları isbatlamaq və bəzəmək qalır. Sözün əsl mənasında sxolastiklər, Suaresə qədər,
fəlsəfəyə bu rolu şüurlu sürətdə aid edirdilər; sonrakı filosoflar eyni şeyi şüursuz şəkildə
edirdilər, ən azı, bunu açıq etiraf etmirdilər. Adətən hesab edirdilər ki, ehkamçı fəlsəfə təxminən
Dekartadək mövcud olmuş, Dekartdan sonra isə, guya, tam yeni, müsbət ehkamdan azad və
müstəqil tədqiqat dövrü başlanır: Əslindəsə Dekart və onun xələflərində
cciv
biz bu tədqiqat
azadlığını tapmırıq, –olsa-olsa, onun görüntüsünə və bir də ki, ona canatmaya rast gəlinir.
Əlbəttə, Dekart görkəmli bir zəka idi və dövrünü nəzərə alsaq, xeyli çox şey etmişdir. Amma
əgər sonuncunu kənara qoysaq və onu, ona aid edildiyi kimi, düşüncəni hər cür buxovlardan
azad edib-etmədiyi və müstəqil, sərbəst tədqiqatın yei bir dövrünü yaradıb yaratmadığı baxış
nöqtəsindən qiymətləndirsək, aşkar olar ki, o özünə mühit və zamanın erkən aşıladığı fikirlərin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
554
buxovlarını qırıb atan skeptik görkəmi versə də, o bunu hələ qeyri-ciddi, yalnız özünü göstərmək
və bir anlığa edir; onunçün edir ki, əl-qolunu yenidən və daha güclü surətdə onlarla bağlasın.
Onun xələfləri də–ta Kantadək, elə bu cür hərəkət edirlər. Bu sayaq azad düşünərə Hötenin şeiri
çox yaxşı yaraşır:
Çox oynayan, uzunayaq
Cırcıramaya oxşatdım onu
Ora tullanır, bura atlanır
Eyni otun üstündə o.
Kantın özünü elə göstərməyə əsası var idi ki, guya o da eynilə bu cür düşünür. Amma ona
izn verilən aldadıcı tullanışdan (çünki artıq bilirdilər ki, o geriyə-ota gətirib çıxarır), – bu dəfə
uçuş alındı: aşağıda duranlara onun qayıtmasına ümid etmədən yalnız onu gözlərilə müşayiət
etmək qalır.
Beləliklə, Kant öz təlimində bütün bu çox uzun müddət və bu qədər yalançıcasına sübut
olunan ehkamların sübutolunmazlığı nəticəsinə gəlməyə cürət etdi. Spekulyativ teologiya və
onunla bağlı olan rasional psixologiya ondan öldürücü zərbə aldılar. O vaxtdan onlar alman
fəlsəfəsindən yox oldular və əgər iş bitiriləndən sonra orada-burada hansısa sözlər qalıbsa,
yaxud da, hansısa fəlsəfə professoru gözünün qarşısında Tanrı xofunu tutaraq, həqiqətə həqiqət
kimi qalmaq imkanı verirsə, qoy bu bizi yanıltmasın. Kantın xidmətinin azmanlığını yalnız o kəs
tam qiymətləndirə bilər ki, o, bu ehkamların təbiətşünaslığa, eləcə də XVII və XVIII əsrlərin ən
yaxşı yazıçılarının fəlsəfəsinə belə nə qədər təsir göstərdiyini bilir. Kantdan sonra alman təbiət
elmi əsərlərindəki tonun və metafizik zəminin dəyişməsi heyrətləndiricidir: ona qədər onlar
indiyədək İngiltərədə malik olduqları xarakterə malik idilər. Kantın bu xidməti onunla bağlıdır ki,
təzahür qanunlarını dərrakəsizcəsinə rəhbər tutma, onların əbədi həqiqətlər dərəcəsinə
qaldırılması, yəni keçici təzahürün, hadisənin dünyanın özlüyü, mahiyyəti dərəcəsinə
yüksəldilməsi, – qısa desək, sərsəmliyində ipləməliyə çatan realizm bütün fəlsəfədə – qədim,
orta və yeni fəlsəfədə şəriksiz şahlıq edirdi. Berkli, ona qədərsə Malbranş bu realizmin
birtərəfliliyini və yalanlığını başa düşmüşdü, amma ona yetərli əks– təpki verə bilmirdi, çünki
onun yalnız bir bəndinə hücumla məhdudlaşmışdı. Avropada, ən azı fəlsəfədə, bütün müsəlman
Asiyasında hökm sürən və hətta dini inancların predmeti olan dünyanın idealist anlamını
bərqərar etmək yalnız Kanta nəsib olmalı idi. Deməli, Kantacan biz zamanın içindəydik, indisə
zaman bizim içərimizdədir və s.
Eynilə bu cür etika da realist fəlsəfə tərəfindən mütləq və özündə şeyə tətbiq oluna bilən
təzahür qanunlarına görə nəzərdən keçirilirdi; ona görə əxlaq təlimi ya evdemonizmə, ya da
Yaradanın iradəsinə, ya da nəhayət, “mükəmməllik” anlayışına,–əslində, boş və məzmunsuz bir
anlayışa, çünki onunla mənasını yalnız tətbiq olunduğu şelərdən kəsb edən sadəcə hansısa bir
münasibəti işarə edirdilər: axı “mükəmməl olmaq”–deməli, öncədən artıq müəyyən edilməli
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
555
olan və onsuz “mükəmməllik” özlüyündə heç bir konkret təsəvvür verməyən adsız bir ədəd
olan, hansısa fərz edilən və bu zaman verilmiş olan bir anlayışa uyğun olmaq deməkdir,–
əsaslanırdı. Əgər bu zaman həm də fikirdə “bəşəriyyət” anlayışını tutur və beləliklə əxlaq
prinsipi olaraq “kamil bəşəriyyətə” canatmanı irəli sürürlərsə, onda bu yalnız onu bildirir ki,
“insanlar necə olmalıdırlarsa, elə də olmalıdırlar”, bundansa heç kimin ağlı artmayacaqdır,
yaxud Faust demişkən: “man ist so klug vie zuvor” ( ). Əslinə baxsaq, “mükəmməl” – verilmiş
halda onun növ anlayışında olan bütün predikatların göz önündə və deməli, gerçək mövcud
olmasını bildirən “toplu”, “məcmu” anlayışının demək olar ki, sinonimidir. Ona görə mütləq və
in abstracto mənada işlənən “mükəmməl” sözü, eləcə də “hərtərəfli, tam kamil varlıq”
haqqında və s. boşboğazlıq heç bir məna kəsb etmir. Bütün bunlar–boş söz ifrazatıdır. Buna
baxmayaraq, keçən əsrdə bu mükəmməllik anlayışı işlək pul, az qala bütün əxlaqçılığın və hətta
ilahiyyatçılığın təməlində duran künc daşı idi. O dillər əzbəri idi, odur ki, axırda iş birbaşa
ədəbsizliyə gəlib çatdı. Hətta o vaxtın ən yaxşı yazıçıları belə, məsələn Lessinq kimi, ən ağlamalı
bir surətdə bu mükəmməllik və qeyri-mükəmməlliklərdə batıb qalırdılar. Bu zaman az-çox
düşünən hər bir baş hiss etməyə bilmirdi ki, bu anlayış hər cür müsbət məzmundan
məhrumdur, çünki cəbr simvolu kimi sadəcə in abstracto münasibəti bildirir. –Artıq dediyim
kimi, Kant, əməllərin şəksiz və böyük etik mənasını təzahür və onun qanunları sahəsindən ayırıb
çıxararaq, onda özündə şeyə, yəni dünyanın əsl məğzinə, özlüyünə aid bir şeyi təyin,tərif etdi,–
halbuki təzahür, yəni məkan, zaman və onları dolduran və onlarda səbəbiyyət qanunu üzrə
əlaqələnən hər şeyi o kövrək və boş yuxugörmə kimi təsvir etdi.
Qoy bu qısa və öz problemini əsla əhatə etməyən giriş mənim Kantın ulu əsərlərinə olan
hörmətimin şahidliyi olsun. Bu sətirləri mən həm öz məmnunluğum xatirinə, həm də Kantın
xidmətlərini onun səhvlərinin qərəzsiz aşkarlanmasında ardımca getmək istəyənlərin
yaddaşında yenidən canlandırmaq üçün yazdım. İndisə mətləbə keçirəm.
* * *
Kantın böyük işinin böyük səhvlərlə müşayiət olunmalı olduğu artıq tarixi nöqteyi–
nəzərdən aşkar görünür. Doğrudan da: o, on dörd əsr ərzində hökmran olmuş sxolastikaya (bu
sözün geniş mənasında) son qoyaraq, fəlsəfədə ən böyük inqilab etdi və dünya fəlsəfəsində
yeni, üçüncü dövrü açsa da, onun meydana çıxmasının bilavasitə nəticəsi demək olar ki, mənfi
idi: ardıcıllarının heç olmasa bəlli bir müddətə əldə rəhbər tutacaqları bitkin bir yeni sistem
qoyub getmədiyindən, hamı hiss etdi ki, nəsə böyük bir şey baş vermişdir, amma heç kim
bilmirdi ki, nə. Hamı çox gözəl bilirdi ki, bütün əvvəlki fəlsəfə yalnız barsız bir xülya idi ki, hamı
indi ondan ayılmışdı,–amma heç kəs bilmirdi kİ, onun yerinə nə qoyulmalıdır. Müdhiş bir mənəvi
boşluq, onu nə iləsə doldurmaq dəfolunmaz tələbatı yarandı, hətta böyük bir publika arasında
da ellik bir maraq oyandı. Və budur, mənəvi qüvvələrin daxili coşqusu ilə deyil (məsələn,
Spinozada olduğu kimi, hətta ən əlverişsiz anlarda belə üzə çıxan qüvvələrin) yaranmış tələbatla
sövq edilən və hər cür görkəmli istedaddan məhrum olan bəzi cənablar zəif, biçimsiz, çox vaxt
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
556
birbaşa cəfəng nəzəriyyələr düzüb qoşmağa başladılar ki, artıq bir kərə həyəcana gətirilmiş
cəmiyyət əsl alman səbrilə uzun müddət onlara qulaq kəsilərək diqqət bəxş edirdi.
Yəqin ki, böyük bir fəlakət yer üzünü dəyişdirdiyi, dəniz və qurunun öz yerini tərk etdiyi
və yeni dünya quruluşunun planı çəkildiyi zaman buna oxşar bir şey artıq bir dəfə baş vermişdi.
Amma təbiətin hər biri öz arasında və başqaları ilə harmoniyada olan dayanıqlı formaların yeni
sırasını yaratmasınadək hələ çox vaxt keçməli idi: öncə bir-birilə və öz aralarında uzlaşmayaraq,
uzun müddət davam gətirə bilməyən, amma qalıqları hələ indi də mövcud olan və özlərində
yeni yaradılan təbiətin bu doğuş gücənmələri və tərəddüdləri barədə xatirə saxlayan əcaib,
bədheybət təşəkküllər irəli çıxdı. Və Kantın fəlsəfədə bu cür böhran və bu cür əcaib düdəmələr,
degeneratlar dövrü yaratmasından o nəticəni çıxarmaq olar ki, onun işi bitməmiş, mənfi və
birtərəfli olmuş və böyük səhvlərlə bağlıdır. İndisə elə bu səhvlərin tədqiqinə keçəcəyik.
* * *
Hər şeydən öncə xalis zəkanın bütün tənqidinin məqsədini özündə ehtiva edən əsas fikri
araşdıraq. Öz sələflərinin, doqmatik filosofların baxış nöqtəsində duraraq, Kant onlarla birgə
aşağıdakı zənnetmələrdən çıxış edir: 1) metafizika hər cür mümkün təcrübənin hüdudlarından
kənardadır; 2) sonuncu heç vaxt özləri təcrübədən əxz edilən prinsiplər üzrə tapıla bilməz
(Proleqomenlər, §1); mümkün təcrübədən o taya yalnız hər cür təcrübəyədək və deməli, ondan
asılı olmayaraq bildiklərimiz keçib gedə bilər; 3) bizim ağlımızda həqiqətən bəzi bu sayaq
prinsiplər mövcuddur: bunlar xalis zəkadan gələn biliklər, dərketmələr deyilən şeydir. Bu
məqamadək Kant sələflərilə çiyin-çiyinə gəlir, bundan sonrasa onlardan ayrılır. Onlar deyir: “Bu
prinsiplər, yaxud xalis zəkadan gələn biliklər – şeylərin mütləq imkanının, mümkünlüyünün
ifadələri, aeternae veritates, ontologiyanın mənbələridir: onlar fatum (bəxt ilahəsi,tərc.) əski
insanların allahları üzərində şahlıq etdiyi kimi kainat nizamı üzərində hökmranlıq edirlər”.
Kantsa deyir: bu sadəcə intellektimizin formalarıdır, şeylərin varlığı qanunları deyil, yalnızca
bizim onlar barədə təsəvvürlərimizin qanunlarıdır və buna görə onlar yalnız bizim şeyləri
qavramamamıza şamil olunur, amma 1-ci tezisin işarə etdiyi mümkün təcrübədən o yana gedə
bilməzlər. Bu dərketmə formalarının onların subyektiv mənşəyinə köklənən məhz bu apriorluğu
bizi həmişəlik olaraq şeylərin özlüyünün dərkindən kəsib ayırır, odur ki, biz heç vaxt şeylərin
daxili məğzini, özlüyünü nəinki a priori, hətta a posteriori də olaraq dərk edə bilmərik. Ona görə
metafizika mümkün deyil, və onun yerinə xalis zəkanın tənqidi gəlir. Burada Kant köhnə
doqmatizmin müzəffər tarmarçısı, alt-üst edicisi kimi çıxış edir; ona görə ən yeni doqmatik
cəhdlər köhnələrilə müqayisədə tamamilə yeni bir yol tutmalı idi və “tənqidimizin” məqsədinə
uyğun olaraq mən indi öz şəxsi doqmatizmimi də doğruya çıxarmalıyam. Kantın yuxarıda
gətirilən arqumentasiyasının daha dəqiq ayırdı, təhlili zamanı aydın olur ki, onun ən əsas zənni,
fərzetməsi petitionem principii özündə ehtiva edir; o aşağıdakı mühakimədədir (Proleqomenlər,
§1-də xüsusilə aydın söylənmiş): “Metafizikanın mənbəyi əsla empirik olmamalı, onun əsas
prinsip və anlayışları heç bir vəchlə təcrübədən əxz edilməməlidir, fərqi yoxdur – bu təcrübə
xarici və ya daxili olsun”. Amma bu kardinal iddianın sübutu üçün “metafizika” termininə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
557
etimoloji isnaddan başqa heç nə gətirilmir. Əslindəsə məsələ belədir: dünya və bizim öz
varlığımız bizə məşum bir tapmaca kimi görünür; və budur, sonrakı mühakimələrsiz belə qəbul
edilir ki, bu sirrin, tapmacanın açılışı dünyanın özünün əsaslı surətdə anlaşılması ilə verilə
bilməz, onu nədəsə, dünyadan tam fərqli bir şeydə axtarmaq lazımdır (çünki, məhz bu
“mümkün təcrübənin hədlərinin, sonuclarının o tayında” deməkdir); daha sonra – bu çözümdən
barəsində hansısa bilavasitə biliyə malik ola biləcəyimiz hər şey çıxarılmalıdır (çünki “xarici və
daxili mümkün təcrübənin” mənası belədir); nəhayət, bu açılışı, çözümü daha çox yalnız
dolayısıyla, yəni məhz ümumi aprior müddəalardan çıxarış etmə yolu ilə çata biləcəyimiz bir
şeydə axtarmaq gərəkdir. Əgər belə bir tərzdə idrakın əsas mənbəyi istisna edilibsə və həqiqətə
gedən birbaşa yol bağlanıbsa, onda doqmatik cəhdlərin uğursuz olması təəccüblü deyil və Kant
bu cür uğursuzluğun zəruriliyini sübut edə bilərdi: axı metafizika və a priori idrakın eyniyyəti
öncədən qəbul edilmişdi. Ancaq bununçün əvvəlcə göstərmək lazım idi ki, dünya müəmmasının,
tapmacasının açılması üçün material dünyanın özündə ola bilməz, onu dünyadan kənarda, elə
bir yerdə axtarmaq lazımdır ki, oraya yalnız adı çəkilmiş, bizə a priori bəlli olan formaların
köməyilə varmaq olar. Bu sübut olunmayanacan bütün məsələlərdən ən mühüm və ən çətininin
çözülməsi zamanı yalnız hər cür məzmundan məhrum formalar üzərində əməliyyatlar aparmaq
xatirinə özümüzçün biliyin ən məzmunlu mənbələrini – daxili və xarici təcrübəni bağlaya
bilmərik. Ona görə mən deyirəm ki, dünyanın sirrinin açılması dünyanın özündən irəli gəlməlidir;
və deməli, metafizikanın vəzifəsi təcrübənin üstündən tullanıb keçməkdən ibarət deyil ki,
dünyanın gerçəkliyi bizə onda verilmişdir, əksinə, onu dərindən anlamaqdan ibarətdir, çünki
daxili və xarici təcrübə, şübhəsiz, idrakın, bilmənin əsas mənbəyidir; buna görə yalnız xarici və
daxili təcrübənin lazımi və uyğun məqamda edilmiş yaxınlaşması və bu tərzlə idrakın bu iki, bu
qədər ayrıcinsli mənbələrinin qovuşması yolu ilə dünyanın sirrinin açılması mümkündür,–
əlbəttə, bu da yalnız fani təbiətimizlə ayrılmaz olan bəlli sərhədlərdə, odur ki, biz onun varlığının
tam və bütün sonrakı problemləri istisna edən izahına yetmədən dünyanın düzgün
anlaşılmasına nail ola bilərik.
Beləliklə, “est quadam prodire tenus” (“keçə bilməyəcəyin hədd var”), və mənim yolum
köhnə doqmatizmin hər şey bilənliyilə Kant tənqidinin ümidsizliyi arasındadır. Amma Kantın kəşf
etdiyi, köhnə metafizik sistemləri darmadağın etmiş böyük həqiqətlər mənim sistemim üçün də
verilər və material təmin etdi. II cildin 17-ci fəslində metodum barədə dediklərimi tutuşdurun.
Kantın əsas fikri barədə demək istədiyim budur: indisə onun isbatına və təfsilatlara keçək.
Dostları ilə paylaş: |