Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə47/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

570 


 

                                                                                                                                                                                           

funksiyasına çevrilir. Bundan savayı köhnə ontologiyaları dolduran hər şey son nəticədə şeylərin 

bir-birinə və ya refleksiyamıza və buna bənzər farrago-ya (xırda-paraya) münasibətləridir. 

Kateqoriyalar  haqqında  təlimin  varsızlığı,  əsassızlığı  artıq  Kantın  şərhinin  özündən 

görünür. Bu cəhətdən transsendental estetika və transsendental analitika arasındakı fərq nədir? 

Orada  –aydınlıq, bəllilik,  əminlik,  əqidə möhkəmliyi  var,  yarımçıq  fikir  və  anlaşılmazlıq  yoxdur. 

Hər  şey  ziya  içindədir, heç  bir qaranlıq məqam  və  ya  əlyeri  qoyulmayıb.   Kant  nə  istədiyini  və 

haqlı  olduğunu  bilir.  Buradasa,  əksinə,  hər  şey  qaranlıq,  tutqun,  qeyri-müəyyəndir,  sonuclar 

səbatsız  və  inamsızdır,  şərh  çəkingəndir,  qeyd-şərtlər,  sonrakılara  isnadlar  və  hətta  susub 

üstündən keçmələrlə doludur. Eynilə bu cür dərrakənin xalis anlayışlarının deduksiyasının birinci 

və  ikinci  bölmələri  2-ci  nəşrdə  tam  dəyişdirilmişdir,  çünki  onlar  Kantın  özünü  qane  etmirdi  və 

burada onlar 7-ci nəşrdəkindən fərqli görkəmə malikdirlər (bundan onlar daha aydın olmasalar 

da).  Öz  qərəzli,  öncədənvar  fikrini  sonadək  tutmaq  üçün  Kantın  həqiqətlə  necə  çarpışdığını 

dəqiq görürsən. Estetikada onun bütün tezisləri həqiqətən şüurun danılmaz faktlarına istinadən 

sübut olunmuşlar;  əksinə,  analitikada,  onun özəyinə  varanda,  elə bu  belədir,  başqa  cür  ola da 

bilməz  kimi  içiboş  iddialar  tapırsan.  Beləliklə,  hər  yerdə  olduğu  kimi,  burada  da  şərh  onu 

doğurmuş düşüncənin damğasını daşıyır, çünki üslub –ruhun üzü, fizionomiyasıdır. Onu da qeyd 

edim  ki,  izah  üçün  nümunə  gətirmək  istədiyi  hər  yerdə  Kant  nədənlik  kateqoriyasından 

yararlanır və iş uğurlu alınır, məhz ona görə ki, nədənlik qanunu dərrakənin həqiqi, amma həm 

də  yeganə  formasıdır,  bütün  qalan  11  kateqoriya  isə  –yalançı  pəncərələrdir.  Birinci  nəşrdə 

kateqoriyaların deduksiyası ikinci nəşrdəkindən daha sadə və saya şəkildədir. Kant göstərməyə 

çalışır  ki,  dərrakə,  verilmiş  hissi  baxışın  əsasında  kateqoriyaları  düşünmə  yolu  ilə  təcrübəni 

gerçəkləşdirir.  Bu  zaman:  yenidən  tanıma,  reproduksiya,  assosiasiya,  aprehensiya, 

apersepsiyanın  transsendental  vəhdəti  kimi  ifadələr  bezdirənədək  təkrarlanır,  –və  yenə  də 

aydınlıq  yoxdur.  Amma  xüsusilə  diqqət  çəkəndir  ki,  bu  izah  zamanı  o,  bir  dəfə  də  olsun  hər 

şeydən öncə gözəçarpan şeyə –hissi duyğunun öz xarici səbəbinə aid edilməsinə toxunmur. Kant 

bu aidetməni qəbul etməsəydi, bu barədə birbaşa öz sözünü deməli idi: amma bunu da o etmir. 

O, ardınca da bütün kantçılar yalnız yan-yörədə fırlanırlar. Bunun gizli motivi ondan ibarətdir ki, 

Kant  səbəb  əlaqəsini  “hadisənin  əsası”  adı  altında  özündə  şeyinin  yanlış  çıxarış  edilməsi  üçün 

ehtiyatda  saxlayır;  bundan  da  başqa,  səbəbə  aid  edilməklə  baxış  intellektual  olardı,  bunasa  o, 

yol  verə  bilməz.  Üstəlik,  o,  görünür,  ehtiyat  edir  ki,  hissi  duyğu  və  obyekt  arasında    səbəb 

əlaqəsi fərz edildikdə sonuncu özündə şeyə  çevrilər və ardınca Lokk empirizmini gətirər. Amma 

bu  çətinlik  o  mülahizə  ilə  kənarlaşdırılır  ki,  nədənlik  qanunu  –hissi  duyğumuz;  elə  həm  də  öz 

bədənimiz  kimi  subyektiv  mənşəlidir,  çünki  o,  məkanda  zühur  etdiyindən  artıq  təsəvvürlərə 

aiddir. Amma bunu etiraf etməyə Kanta onun Berkli idealizmi qarşısındakı qorxusu mane olurdu.  

On iki kateqoriyası ilə dərrakənin mühüm bir əməliyyatı kimi dəfələrlə “baxışda verilmiş 

cürbəcürlüyün  sintezinə”  işarə  edilir,  amma  bu  heç  yerdə  lazımi  qaydada  izah  olunmayıb  və 

dərrakəcə (tərəfindən) sintez edilənədək bu “baxış cürbəcürlüyünün” nə olduğu göstərilməyib. 

Halbuki zaman və məkan (sonuncu hər üç ölçüsündə) –continua-dır, yəni onların hissələri artıq 

ilk  başlanğıcdan  ayrılmamışlar,  bir-birilə  bağlıdırlar.  Ancaq  zaman  və  məkan  baxışımızın 

dəyişməz  formaları  olduğundan,  onlarda  təsəvvür  olunan  (verilən)  hər  şey  lap  başlanğıcdan 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

571 


 

                                                                                                                                                                                           

artıq kontinuum kimi təzahür edir, yəni onun hissələri bir-birilə bağlı çıxış edir və heç bir sonrakı 

sintezə, çoxsurətlinin sintezinə ehtiyac duymurlar. Gərçi bu cürbəcürlük sintezi altında hansısa 

obyektdən  alınan  müxtəlif  hissi  izbasmaların  bizim  tərəfimizdən  bu  obyektə  aid  edilməsini 

(məsələn, kilsə zənginə baxaraq biz bilirik ki, göz üçün sarı, əl üçün hamar, qulaq üçün səslənən 

olan  şey  əslində eyni  bir  cisimdir)  kimi  nəyisə  başa  düşsək,–sintezi  belə başa  düşsək,  onda  bu 

daha  çox  nədənlik  əlaqəsini  (dərrakənin  bu  əsl  və  yeganə  funksiyasını)  aprior  bilməyimizin, 

sayəsində bizim  müxtəlif  orqanlarımıza  bütün bu  müxtəlif  təsirləri bir ümumi  bir  səbəbə,  yəni 

qarşımızda duran obyektin özünlüklərinə, xassələrinə aid etdiyimiz,–biliyin nəticəsidir,– odur ki, 

dərrakəmiz,  təsirlərin  çoxluğuna  və  fərqli  olmasına  baxmayaraq,  hər  halda  səbəbin  birliyini 

təkcəli  və  gözönü  bir  obyekt  kimi  qəbul  edir:–öz  təliminin  “Xal.  zək.  tənq.”  (V,  747–754),  səh. 

719–726–da  verilmiş  çox  gözəl  özətində  Kant,  düzü,  hər  yerdə  olduğundan  daha  yaxşı 

kateqoriyaları “a posteriori qavrayışla verilmiş olanın sintezinin təmiz qaydaları” kimi izah edir. 

Bu  zaman  onun  gözü  qarşısında,  görünür,  üçbucaq  qurulanda  bucaqların  xətlərin  birləşməsi 

qaydalarını verdiyi kimi nəsə bir şey keçirmiş: ən azı bu misalda onun kateqoriyaların funksiyası 

barədə  dediklərini  hər  şeydən  yaxşı  aydınlaşdırmaq  olar.  “Təbiətşünaslığın  metafizik  əsas 

başlanğıcları”  na  önsözdə  uzun  bir  qeyd  var,  onda  da  kateqoriyaların  izahı  verilir  və  deyilir  ki, 

“onlar dərrakənin mühakimədəki formal əməliyyatlarından heç nə ilə fərqlənmir”,–yalnız bəlkə 

onunla  ki,  sonuncuda  obyekt  və  predikat  yerlərini  dəyişə  bilər:  ona  görə  mühakimə  də  orada 

“vasitəsilə  verilmiş  önəgəlmələrin  (təsəvvürlərin)  obyektin  dərkinə  çevrildiyi  əməliyyat”kimi 

təyin edilir. Belədirsə, deməli, mühakimə bacarığından məhrum heyvanlar heç bir obyekti dərk 

etmir!  Ümumiyyətləsə,  Kanta  görə,  obyektlərə  münasibətdə  baxışlar  yox,  yalnız  anlayışlar 

mövcuddur. Mənsə, əksinə, deyirəm ki, obyektlər yalnız baxış üçün mövcuddur, anlayışlarsa–bu 

baxışdan  yayınmalardır.  Ona  görə  yayınmış  düşüncə  (mücərrəd  təfəkkür)  gözönü  dünya  ilə 

dəqiq  uzlaşmalıdır,  çünki  yalnız  sonuncuya  münasibət  anlayışlara  məzmun  verir;  və  bizə 

anlayışlar  üçün  mahiyyəti,  özlüyü  anlayışlar,  yəni  yayınmış,  qeyri-intuitiv  önəgəlmələr  əmələ 

gətirmək  olan  ümumiyyətlə  refleksiya  qabiliyyətindən  başqa  hansısa  digər,  a  priori  müəyyən 

edilmiş forma qəbul etmək lazım deyil, –elə bu da, əsas əsərimin birinci kitabında göstərdiyim 

kimi,  ağlın  yeganə  funksiyasını  təşkil  edir.  Ona  görə  tələb  edirəm  ki,    on  iki  kateqoriyadan  on 

birini  bayıra  atsınlar  və  yalnız  nədənlik  kateqoriyasını  saxlasınlar.  Bu  zaman  unutmasınlar  ki, 

onun fəaliyəti artıq buna görə hissi yox, intellektual olan empirik baxışın şərtidir  və bu yolla seyr 

edilən  obyekt,  təcrübə  obyekti,  önəgəlmə  ilə  eynidir,  sonuncudansa  özündə  şey 

fərqləndirilməlidir. 

Ömrümün  müxtəlif  yaş  çağlarında  “Xalis  zəkanın  tənqidi”nin  təkrar-təkrar 

öyrənilməsindən  mən  transsendental  məntiqin  mənbəyinə  münasibətdə  aşağıdakı  inamı  hasil 

etdim  ki,  bu  məntiqin  anlaşılması  üçün  vacib  olduğundan  onu  burada  oxuculara  çatdırıram. 

Obyektiv dərrakəyə və ali dərəcədə insan dərinfikirliliyinə əsaslanan kəşf Kantın yalnız o apercu

südür  (fəhmlə  kəşfi,  fr.tərc.)  ki,  məkan  və  zaman  bizim  tərəfimizdən  a  priori  dərk  edilir.  Bu 

xoşbəxt xəzinədən sevincək olmuş Kant tapdığı filizli yatağı tutub irəli getməyi qət etdi, özü də 

sevimli  arxitektonik  simmetriyası  ona  ipucu  verdi.  Empirik  intuisiya  əsasında  onu  şərtləndirən 

xalis  a  priori  intuisiyanı  tapdığı  kimi,  eynilə  bu  cür  o  zənn  edirdi  ki,  empirik  əldə  edilmiş 

anlayışların  da  əsasında  bizim  dərketmə  qabiliyyətimizdə,  onların  şərtləri  kimi  məlum  xalis 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

572 


 

                                                                                                                                                                                           

anlayışlar durmalıdır və beləliklə, həqiqi empirik təfəkkür öz-özlüyündə heç bir predmetə malik 

olmayan,  amma  onları  intuisiyadan  əxz  etməli  olan  xalis  təfəkkür  sayəsində  mümkün  olur. 

Transsendental estetika riyaziyyat üçün aprior əsas verdiyi kimi belə bir əsas məntiq 

 üçün  də 

olmalıdır;  və  beləliklə,  transsendental  estetika  öz  simmetrik  pendant-ını  (ondasını,o  halda-

sını,fr.,tərc.)  transsendental  məntiqdə  əldə  edir.  Bu  andan  etibarən  Kant  qərəzsiz  hərəkət 

etməkdən  qalır,  o  artıq  müşahidəçi  və  şüurda  baş  verənlərin  tədqiqatçısı  deyil,  bəlli  bir 

fərzetməni rəhbər tutur və müəyyən bir məqsədə can atır, –yəni məhz: o öncədən zənn etdiyini 

tapmağa  və  bu  surətlə  bu  qədər  xoşbəxtcəsinə  kəşf  etdiyi  transsendental  estetika  üzərində 

ikinci  mərtəbə  şəklində  ona  simmetrik  uyğun  olan  transsendental  məntiqi  qurmaq  istəyir. 

Burada  o  mühakimələr  cədvəlinə  hücum  edir,  ondansa  –pismi,  yaxşımı  –intuisiyası  a  priori 

olaraq  hissiyyatın  hər  iki  forması  ilə  şərtlənmiş  olan  şeylərin  bizim  tərəfimizdən  düşünülməsi 

şərti  olmalı  olan  on  iki  xalis  a  priori  anlayış  barədə  təlimini  çıxardır:  beləliklə,  budur,  xalis 

hissiyyata  simmetrik  olaraq  xalis  dərrakə  uyğundur.  Sonra  o,  ona  öz  niyyətinin  qiymətini 

atırmaq  vasitəsi  verən  daha  bir  mülahizəyə  hücum  edir:  o,  sayəsində  əməliyyatların  özünün 

dərk  etmədiyi    gedişi  ən  məkrli  bir  surətdə  özünü  ifşa  edən  xalis  dərrakə  anlayışlarının 

sxematizmini  uydurur.  Yəni  məhz  dərketmə  qabiliyyətinin  hər  bir  empirik  funksiyası  üçün  ona 

oxşar aprior funksiyanı tapmağa çalışaraq, Kant tapdı ki, empirik intuisiyamızla yayınmış, intuitiv 

anlayışlarda baş verən mücərrəd düşüncəmiz arasında, həmişə olmasa da, çox vaxt hansısa bir 

keçid pilləsi olur, –bu, biz hərdənbir yayınmış düşüncədən baxışa qayıtmağa cəhd edəndə olur, 

–ancaq əslində onunçün “cəhd edirik ki”, yayınmış düşüncəmizin baxışın etibarlı zəminindən çox 

uzağa  gedib-getmədiyinə,  onun  çox  yüksəyə  qalxıb-qalxmadığına,  ən  pisi  də  boş  söz  ifrazatına 

çevrilib-çevrilmədiyinə əmin olaq, –bir sözlə, bu təxminən qaranlıqda hərdənbir bizə bələdçilik 

edən  divardan  yapışmağımız  kimi  bir  şeydir.  İntuisiyaya  bu  sınayıcı  və  ötərgi  qayıdışı  biz 

təxəyyülümüzdə  hansısa,  heç  vaxt  anlayışa  tam  adekvat  ola  bilməyən,  onun  yalnız  müvəqqəti 

təmsilçisi  olan,  bizi  məşğul  edən  anlayışa  uyğun  gələn  baxış  yaradaraq  icra  edirik  (bu  barədə 

zəruri  olan  hər  şeyi  Yetərli  əsas  qanunu  haqda  traktatda,  §28-də  demişəm).  Kant  bu  ötərgi 

kabusu  (fantazmı)  –fantaziyanın  bütöv  obrazının  əksinə  olaraq  –sxem  adlandırır,  onu  təxəyyül 

monoqramı  ilə  müqayisə  edir  və  iddia  edir  ki,  bizim  empirik  əldə  edilmiş  anlayışları  mücərrəd 

düşünməyimizlə  aydın, hisslərin  araçılığı  ilə həyata  keçirilən  baxışımız  arasında  bu  cür  sxemlər 

durur,  eynilə  bu  cür  xalis  hissiyyatın  aprior  intuisiyası  ilə  xalis  dərrakənin  aprior  düşüncəsi 

arasında dərrakənin xalis anlayışlarının aprior sxemləri var – bu sxemləri, xalis a priori təxəyyül 

monoqramları olaraq, o, bir-bir təsvir edir və hər birini öz qaranlıqlığı ilə məşhur, çünki hələ heç 

bir  kəs  onu  anlamayıb,  heyrətamiz  “Dərrakənin  xalis  anlayışlarının  sxematizmi  haqqında 

fəslində”  ona  uyğun  kateqoriyaya  aid  edir,  –amma  bu  qaranlıq,  göstərdiyim  nəzər  nöqtəsinə 

gəldikdə,  dağılır,  özü  də  burada  hər  yerdə  olduğundan  daha  çox  bütün  Kant  metodunun 

önniyyətliliyi və onun analogiyaya cavab verə və arxitektonik simmetriyaya xidmət edə bilməli 

olan  qərəzli  qərarı  ortaya  çıxır:  bu  burada  birbaşa  məzhəkəyədək  gəlib  çatır.  Çünki  empirik 

sxemlərlə  (yəni,  həqiqi  anlayışlarımızın  fantaziyadakı  nümayəndələrilə)  dərrakənin  xalis,  yəni 

məzmundan məhrum sxemlərini (kateqoriyaları) yanaşı qoyaraq, o nəzərdən qaçırır ki, sonuncu 

halda sxematizm öz təyinatına cavab vermir. Axı empirik (həqiqi) təfəkkür zamanı sxematizmin 

təyinatı  büsbütün  anlayışların  maddi  məzmunu  ilə  şərtlənmiş  olur:  bu  anlayışlar  empirik 

intuisiyadan yayınmış (təcrid) olduğundan mücərrəd təfəkkürdə biz onunla yönlənir və özümüzə 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

573 


 

                                                                                                                                                                                           

güvənc(toxtaqlıq) veririk ki, təfəkkürümüzün real zəmindən çox uzağa getmədiyinə əmin olmaq 

üçün,  hərdənbir,  nagahan  da  olsa,  bu  anlayışların  əxz  edilmiş  olduğu  intuisiyaya  ötəri 

retrospektiv  (keçmişə  yönəlmiş)  baxışlar  edərik.  Amma  artıq  bu  əməliyyatın  özü  zəruri  olaraq 

onu  göz  önünə  alır  ki,  bizi  məşğul  edən  anlayışlar  intuisiyadan  yaranmışlar  və  onların  maddi 

məzmununa retrospektiv baxışdan, –zəifliyimizdə sadə köməkçi vasitədən savayı bir şey deyillər. 

Hələ heç bir məzmuna malik olmayan  a priori anlayışlar zamanı isə, aşkardır ki, bu  əməliyyata 

ehtiyac yoxdur: çünki onlar intuisiyadan yaranmır, yalnız ondan özlərinə məzmun kəsb edərək, 

ona  daxildən  qatılmış  olur  və  deməli,  hələki  retrospeksiyanın  yönələ  biləcəyi  heç  nəyi 

içəriləmirlər.  Mən  bu  barədə  ona  görə  geniş  danışıram  ki,  burada  qarşımızda  Kant 

fəlsəfəçiliyinin daxili mexanizmi açılır, o isə ondan ibarətdir ki, hər iki a priori intuisiya formasını 

kəşf  edərək,  Kant  empirik  idrakımızın  hər  cür  təyini  üçün  oxşar  element  tapmağa  çalışır  və 

nəhayət,  sxematizmdə bu  analogiyanı hətta  sadə  psixoloji fakta  belə  şamil  edir,  özü  də  şərhin 

görünən  dərinfikirliliyi  və  çətinliyi  ondan  ötrüdür  ki,  oxucudan  bu  nəzəriyyənin  tam 

sübutsuzluğu  və  ixtiyariliyi  gizlədilsin,  –doğrudan  da,  düz  hesablanıb:  axırda  bu  cür  şərhin 

mənasına  varmış  kəs  bu  cür  əziyyətlə  əldə  etdiyi  anlaşımı  məsələnin  həqiqiliyinin  dərki  kimi 

qəbul  edəcəkdir.  Əgər  Kant  burada  da  intuisiyanın  apriorluğunun  kəşfi  zamanı  olduğu  kimi 

qərəzsiz  və  obyektiv  hərəkət  etsəydi,  o  tapmış  olardı  ki,  empirikə  çevrildiyi  zaman  xalis 

intuisiyaya  (məkan  və  zamana)  kənardan  qatılan  bir  yandan  duyğudur,  digər  yandansa  sadə 

duyğunu  obyektiv  empirik  intuisiyaya  çevirən  və  buna  görə  ondan  çıxara  bilməyən,  a  priori 

verilmiş  və  xalis  dərrakənin  forması  və  funksiyası  olan,  özü  də  elə  bir  yeganə,  əvəzindəsə  o 

qədər bar verən funksiyası ki, bizim bütün empirik idrakımız onun üzərində dayanır, –səbəbiyyət, 

nədənlikdir.  

Əgər, tez–tez deyildiyi kimi, hər bir yanılma yalnız o zaman tam təkzib olunmuş olursa ki, 

onun mənşəyi psixoloji cəhətdən izah edilmiş olsun, onda, ümid edirəm ki, bunu kateqoriyalar 

və sxematizm haqqında Kant təliminə münasibətdə mən etdim. 

*   *   * 

Təsəvvür  nəzəriyyəsinin  ilkin  elementlərinə  bu  qədər  böyük  səhvlər  daxil  edərək,  Kant 

sonra ali dərəcədə mürəkkəb fərzetmələr sırasına gəlib çıxır. Buraya ilk öncə xeyli tühaf və xeyli 

dərəcədə  qəribə  şərh  edilmiş  “apersepsiyanın  sintetik  vəhdəti”  aiddir.  “Düşündüyüm  bütün 

təsəvvürlərimi müşayiət edə bilməlidir”. “Edə bilməlidir” –problematik apodiktik cümlə, yaxud, 

sadə desək, bir əlilə o biri əlinin verdiyini geri alan cümlə bax budur. Amma qüllə mili ucunda 

canbazlıq  edən  bu  cümlənin  mənası  nədir?  Bütün  təsəvvür  edən  fəaliyyətin  təfəkkür  olması? 

Yox;  Axı  bu  mümkünsüz  sonuclara  gətirib  çıxara  bilərdi:  çünki  belə  olan  halda  yayınmış 

anlayışlardan savayı heç nə qalmazdı və gözəlliyin seyri, şeylərin həqiqi özlüyünün, yəni onların 

Platon  ideyalarının  ən  dərin  dərki  sayaq  refleksiyasız  və  iradəsiz  seyr  hər  şeydən  daha  az 

mövcud olardı. Bundan başqa, belə olan halda heyvanlar da düşünməli, və ya artıq əsla heç bir 

təsəvvürə malik olmamalı idilər. – bəlkə bu cümlə: “subyektsiz obyekt yoxdur” deməkdir? Onda 

bu düzgün fikrin çox pis və gecikmiş ifadəsidir. Kantın bütün dediklərini yanaşı qoysaq, görərik ki, 

apersepsiyanın sintetik vəhdəti dedikdə o, bütün təsəvvürlərimizin radiusları bir növ bu nöqtədə 

toplanan kürəsinin(dairəsinin) yer tutmayan mərkəzi kimi nəsə bir şeyi başa düşür. Bu –mənim 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

574 


 

                                                                                                                                                                                           

idrakın  subyekti,  bütün  təsəvvürlərin  korrelyatı  adlandırdığım  və  beyin  fəaliyyətinin  şüalarının 

toplandığı  bir  fokus  kimi  II  cildin  22–ci  fəslində  ətraflı  təsvir  etdiyim  şeydir.  Bir  dəfə  deyilmişi 

təkrarlamamaq üçün isnadla kifayətlənirəm. 

Kateqoriyalar barədə bütün təlimi kənara atmağım və onu Kantın öz idrak nəzəriyyəsini 

onlardan  qalaqlamış  olduğu  sübutsuz  fərziyyələrə  aid  etməyim  onun  yuxarıda  verilən 

tənqidindən;  sonra  –transsendental  məntiqin  intuitiv  idrakla  mücərrəd  idrakın  qarışıq 

salınmasına köklənən təzadlarının aydınlaşdırılmasından; daha sonra –Kantda bu özlük əvəzinə 

yalnız  ruhun  bu  qabiliyyəti  haqqında  qırıq–qırıq,  öz  aralarında  uzlaşmayan,  kasad  və  düzgün 

olmayan  bəsirətlər  tapdığıımız  dərrakə  və  zəkanın  özlüyü  barədə  aydın  və  bəlli  anlayışın 

olmadığının aydınlaşdırılmasından; nəhayət – I kitabda və onun əkləmələrində və daha narınca, 

Kafi  əsas  haqqında  qanun  barədə  traktatda,  §21,  26  və  34–də  sonunculara  özümün  verdiyim 

izahlardan  irəli  gəlir.  Bu  izahatlar  tam  səlis,  müəyyəndirlər,  idrakımızın  özlüyünün 

araşdırılmasından  aşkar  irəli  gəlirlər  və  bu  qabiliyətlərin  bütün  xalq  və  dövrlərin  sözlük  və 

ədəbiyyatlarındakı  anlamına  tam  uyğundur  (aydın  dərkədək  gətirilməsələr  də).  Onların  Kantın 

bu  qədər  fərqli  təliminə  qarşı  müdafiəsi  əksərən  sonuncunun  səhvlərinin  üzə  çıxarılmasından 

ibarətdir.  Kantın  öz  düşüncə  nəzəriyəsinin  və  hətta  bütün  fəlsəfəsinin  əsasına  qoyduğu 

mühakimələr cədvəlinə gəldikdəsə, o düzgünlük payına malik olduğundan mən indi bu ümumi 

mühakimə  formalarının  dərketmə  qabiliyyətimizdə  necə  yarandığını  göstərməli  və  onları 

sonuncu  barədə  öz  təlimimlə  uyğunluğa  gətirməliyəm.  Bu  şərh  zamanı  dərrakə  və  zəka 

anlayışlarını mən onlara izahımın verdiyi məna ilə bağlayacağam və ona görə də güman edirəm 

ki, sonuncu oxucuya məlumdur.  

Kantın metodu ilə mənimki arasındakı özlü, mühüm fərq ondan ibarətdir ki, Kant dolayı, 

reflektiv  idrakdan,  mənsə  araçısız  (bilavasitə),  intuitiv  idrakdan  çıxış  edirəm.  Kantı,  qüllənin 

ucalığını onun kölgəsinə görə, mən isə –birbaşa qülləni ölçən adamla müqayisə etmək olar. Ona 

görə  onunçün  fəlsəfə  –anlayışlardan  ibarət  elm,  mənimçünsə  –məzmunu  hər  cür  aşkarlığın 

yeganə  mənbəyi  olan  gözönü  idrakdan  əxz  və  ümumi  anlayışlarda  fiksə  edilən  bir  elm, 

anlayışlardakı  elmdir.  Kant  bütün  bu  bizi  əhatə  edən,  gözönü,  bu  qədər  rəngarəng  və  önəmlə 

dolu  dünyanın  üstündən  atlanır  və  yayınmış  düşüncə  formalarından  tutub  durur;  bu  zaman 

onunçün əsasda o güman durur ki (düzdür, açıq demədiyi), guya refleksiya hər cür intuisiyanın 

relyefli  nəqşi  (ektipi),  iz  yeridir,  və  buna  görə  də  intuisiyanın  önəmli  hər  şeyi  öz  ifadəsini 

refleksiyada  tapmalıdır,  özü  də  çox  yığcam  və  buna  görə  də  asan  müşahidə  olunan  forma  və 

cizgilərdə.  Ona  görə  mücərrəd  dərk  olunan mahiyyətlər  və qanunauyğunluqlar  əlimizə  gözönü 

dünyanın  əlvan  oyununu  hərəkətə  gətirən  bütün  ipləri  verir.  Əgər  Kant  öz  metodunun  bu  ali 

özül  qoyuluşunu  aydın  şəkildə  desəydi  və  onu  ardıcıl  sonadək  aparsaydı, əgər  o, heç  olmazsa, 

intuitiv  olanı  yayınmış  olandan  səlis  ayırsaydı,  bizə  çözülmüz  ziddiyyətlər  və  dolaşıqlıqlarla 

çarpışmaq  lazım  olmazdı.  Halbuki  onun  öz  məsələsini  həll  etdiyi  üsuldan  görünür  ki,  öz 

metodunun  bu  himqoymasını  o,  yalnız  xeyli  tutqun  cizgilərdə  təsəvvür  etmişdir,  odur  ki,  onu 

yalnız onun fəlsəfəsini incələmə öyrəndikdən sonra düşünüb tapmaq olur. 

Kantın göstərilən metodunun özünə və əsas maksimasına gəldikdəsə, onda çox şey var 

və  o,  parlaq  bir  fikirdir.  Artıq  hər  bir  elmin  özlüyü  ondan  ibarətdir  ki,  biz  gözönü  hadisələrin, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

575 


 

                                                                                                                                                                                           

təzahürlərin  sonsuz  cürbəcürlüyünü  nisbətən  az  sayda  yayınmış,  mücərrəd    anlayışlarla  əhatə 

edir və onları bizə bu təzahürlərə tam yiyələnmək, keçmişi izah etmək, gələcəyi öncədən demək 

imkanı  verən  bəlli  bir  sistemə  düzürük.  Ayrı–ayrı  elmlərsə  hadisələrin  nəhəng  sahəsini  öz 

aralarında sonuncuların müxtəlif xüsusi növləri üzrə bölüşdürürlər. Və budur, Kantda cürətli və 

bəxtəvər  bir  fikir  ortaya  çıxdı–hər  cür  təfəkkürün  bu  yolla  tapılmış  formalarından  gözönü 

idrakda və deməli, ümumiyyətlə təzahürlər dünyasında özlü, mühüm olanı da təyin etmək üçün 

məzmunlardan asılı olmayaraq, özlüyündə anlayışlarda önəmli olanı ayırd etmək: və bu mühüm 

olan  a  priori–düşüncənin  bu  formalarının  zəruri  olması  səbəbilə,  –tapıldığından  o,  subyektiv 

mənşəli  idi  və  Kantın  məqsədlərinə  yaxşı  cavab  verərdi.  Ancaq  daha  irəliyə  getməzdən  əvvəl 

refleksiyanın  gözönü  idraka  hansı  münasibətdə  olduğunu  (bu  da  ki,  əlbəttə,  onların  Kant 

tərəfindən diqqətdən kənar saxlanılmış ayırd edilməsini nəzərdə tutur), –onun intuisiyanı necə, 

–tam təmizmi, yoxsa ona (refleksiyaya) xas formalara girmə sayəsindəmi, dəyişilmiş və qismən 

tanınmaz  şəkildə  ötürdüyünü  və  əvəzlədiyini;  mücərrəd,  reflektiv  idrakın  formasının  daha  çox 

gözönü  idrakın  özündəvar  xassələriləmi  təyin  edildiyini  ki,  bu  halda  intuitiv  dərk  üçün  xeyli 

cürbəcür  olan,  reflektiv  idrakçün  fərqləndirilməz  olur  və  əksinə,  reflektiv  idrak  tərəfindən 

tapılan  fərqlər  elə  ondanca  irəli  gəlir  və  heç  bir  vəchlə  intuitiv  idrakdakı  oxşar  fərqləri 

göstərmir,– araşdırmaq gərəkirdi. Bu cür tədqiqat nəticəsində aydın olardı ki, gözönü idrak onun 

refleksiyaya tətbiqi zamanı, forma və prosesləri onun özü tərəfindən müəyyən edilən,– odur ki, 

onların toplu təsirindən qidanın ilkin xassələri tamamilə tanınmaz hala gəlir– heyvani orqanizm 

tərəfindən qidanın assimliyası zamanı olduğu kimi dəyişikliklərə uğrayır; və ya ən azı (çünki bu 

bir  az  böyük  səslənir)  refleksiya  gözönü  idraka  sudakı  əksin  bu  əksi  salan  predmetlərə  qarşı 

olduğu  münasibətdə  olmur:  kölgə  yalnız  şeylərin  bəzi  zahiri  cizgilərini  verir  və  konkret 

müxtəlifliyin  bütün  əlvanlığını  bir  ümumi  fonda  birləşdirir,  odur  ki,  ona  görə  şeyin  real 

fizionomiyası barədə tam və düzgün təsəvvür yaratmaq olmaz. 

Reflektiv  idrak,  və  ya  ağıl,  yalnız  bir  əsas  formaya,  yəni  mücərrəd,  yayınmış  anlayış 

formasına malikdir: bu formanın kökü ağlın özündədir və buna görə də elə onsuz da heyvanlar 

üçün  mövcud  olan  və  bununla  refleksiyanın  özünə  olan  münasibətini  lap  azacıq  da  olsa 

dəyişməyərək,  tamamilə  başqa  cür  də  ola  bilən  gözönü  dünya  ilə  heç  bir  bilavasitə  zəruri 

əlaqədə deyil. Anlayışların əqli hökmlərdə birləşməsisə induksiya tərəfindən kəşf edilmiş olaraq, 

mühakimələr cədvəli deyilən cədvəli təşkil edən bir neçə bəlli və qanunauyğun formaya malikdir. 

Bu  formalardan  bir  qismi  reflektiv  idrakdan,  deməli  –bilavasitə  zəkadan  irəli  gəlir,  çünki  onlar 

təfəkkürün dörd qanunundan (metaloji həqiqətlər adlandırdığım) və “dictum de omni et nullo” 

dur (hər şeyi və heç nəyi deyən, bildirən, lat., tərc.) –Bu formalardan digərlərinin əsası gözönü 

idrakda, deməli, dərrakədədir. Bununlasa onlar əsla dərrakənin xüsusi formalarının müvafiq sayı 

barədə  şahidlik  etmirlər,  ona  yeganə  xas  olan  funksiyadan  –səbəb  və  hərəkətin  (təsirin) 

bilavasitə  dərkindən  çıxarılmalıdırlar.  Nəhayət,  üçüncü  formalar  reflektiv  idrakın  əyanilə 

qarşılaşması və birləşməsindən və ya daha yaxşı desək, sonuncunun birinciyə daxil olmasından 

törəyir.  İndi  mən növbə ilə  əqli hökmlərin məqamlarını  araşdıracağam  və  onlardan  hər  birinin 

adı  çəkilən  bu  və  ya  digər  mənbədən  ortaya  çıxmasını  göstərəcəyəm:  buradan  öz–özünə  o 

sonuc  gəlir  ki,  onlardan  kateqoriyaların  deduksiyası  mümkün  deyil  və  kateqoriyaların  fərz 

edilməsi onların şərhinin qarışıq və ziddiyyətli olduğu qədər cəfəngdir. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin