Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə48/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

576 


 

                                                                                                                                                                                           

1.

 

Mühakimələrin miqdarı deyilən şey  anlayışların öz məğzindən  irəli gəlir, 



deməli, onun özülü ağıldadır və dərrakə və gözönü idrakla heç bir bilavasitə əlaqədə 

deyil. I kitabda izah olunduğu kimi, özlüyündə anlayışlara məlum bir tutum, məlum 

bir  sahə  xasdır,  özü  də  daha  geniş,  amma  daha  az  bəlli  olan  anlayış  buna  görə 

birincidən ayrılıb götürülə bilən daha az geniş anlayışı içəriləyir; bu ayırıb götürmə ya 

elə  icra  olunur  ki,  belə  dar  anlayışı  daha  geniş  anlayışın  müəyyən  bir  hissəsi  kimi 

işarələyir, ya da onu xüsusi bir adla işarələyərək, tam və bəlli bir şəkildə sonuncudan 

təcrid edirlər. Bu əməliyyatı icra edən mühakimə birinci halda “xüsusi”, ikinci haldasa 

“ümumi”adlandırılır; məsələn, “ağac” anlayışının eyni bir hissəsi xüsusi və ya ümumi 

mühakimə  vasitəsilə  təcrid  edilə  bilər,  yəni  bu  cür:”  Bəzi  ağaclar  qoza  verir”  və  ya 

“Bütün palıdlar qoza verir”. Aşkardır ki, hər iki əməliyyat arasındakı fərq çox cüzidir 

və onun mümkünlüyünün özü dilin zənginliyindən asılıdır. Halbuki Kant onda, onlar 

vasitəsilə  təcrübəni  a  priori  müəyyən  edən  xalis  dərrakənin  iki–  kökündən  müxtəlif 

təsirini, funksiyasını, kateqoriyasını görür. 

Nəhayət, məlum bir anlayışı, onun köməyilə bəlli, xüsusi gözönü təsəvvürə (ondan və bir 

çox başqa təsəvvürdənsə o özü təcrid olunmuşdur) gəlmək üçün işlətmək olar ki, bu da “təkcəli” 

mühakimə vasitəsilə edilir. Bu cür mühakimə bizi mücərrəd anlayışın indi artıq bilavasitə keçid 

aldığınız  gözönü  anlayışla  sərhəd nöqtəsinə  gətirib  çıxarır.  “Bax  bu, buradakı  ağac  qoza  verir”. 

Kantsa bundan xüsusi bir kateqoriya düzəltmişdir. 

Düşünürəm ki, bütün bu öncə deyilənlərdən sonra daha uzağa gedən polemika artıqdır. 

2.

 



Eynilə  bu  cür  mühakimələrin  necəliyinin,  keyfiyyətinin  də  mənbəyi  zəka 

hədlərindədir və dərrakənin intuisiyasını həyata keçirən hansısa bir qanunun inikası 

deyil,  yəni  buna  hansısa  bir  göstərgəni  içəriləmir.  Birinci  kitabda  göstərildiyi  kimi, 

yayınmış  anlayışların  təbiətilə  (bu  isə  zəkanın  özünün  obyektiv  dərk  olunan  məğzi, 

özlüyüdür) onların sferalarını birləşdirmək və ayırmaq imkanı bağlıdır; və bu imkana, 

öz  zəminləri  kimi,  eynilik  və  ziddiyyətin  ümumi  məntiqi  qanunları  əsaslanırlar, 

zəkadan  gələn  və  bundan  o  yana  izaholunmaz  olan  bu  sonunculara  mən  metaloji 

həqiqliyi,doğruluğu  aid  edirəm.  Onlar  birləşdirilmişin  birləşdirilmiş,  ayrılmışınsa 

ayrılmış  olaraq  qalmalı  olduğunu  təyin  edirlər,  yəni  fərz, zənn edilən  eyni  zamanda 

kənarlaşdırıla  bilən  ola  bilməz,  və  deməli,  sferaların  birləşmə  və  ayrılma 

mümkünlüyünü,  yəni  mühakimə  prosesini  nəzərdə  tuturlar.  Amma  bu  proses  öz 

forması  tərəfindən  müstəsna  olaraq  zəkadadır  və  bu  forma,  mühakimələrin 

məzmunu kimi, dərrakənin onda (idrakda) buna görə onunçün heç bir korrelyat və ya 

analogiya  olmayan  gözönü  idrakından  götürülmür.  Dərrakə  vasitəsilə  və  dərrakə 

üçün  ortaya  çıxan  intuisiya  qarşımızda  özünün  tam  bir  bitkinliyində  durur,  hər  cür 

şübhə və ya səhvdən tam xalidir və buna görə nə iqrar (təsdiqləmə), nə də inkar bilir, 

çünki  o  özü  özünə  şahidlik  edir  və  zəkanın  yayınmış  anlayışı  kimi  öz  qüvvəsi  və 

önəmini  idrakın  əsası  qanununa  görə  yalnız  özündən  kənarda  duran  nəyəsə 

münasibətdən əxz etmir. O, büsbütün reallıqdır, sonuncu yalnız refleksiyanın təsirilə 

yarana bilər və buna görə həmişə yayınmış təfəkkür zəminində qalır. 

Kant,  köhnə  sxolastiklərin  ximeralarını  emal  edərək,  iqrari  (doğrulayıcı)  və  inkari 

(yalanlayıcı)  mühakimələrə  “sonsuz”  mühakimələri  –araşdırmaya  layiq  olmayan  müşkül 

həngamə  bir  tıxacı,  öz  arxitektura  simmetriyası  üçün  bu  qədər  çox  sayda  qayırdığı  yalançı 

pəncərələrdən birini də əkləyir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

577 


 

                                                                                                                                                                                           

3.

 

Xeyli geniş münasibət anlayışı altına Kant mühakimələrin üç tam müxtəlif 



növünü yerləşdirir; ona görə, onların mənbəyini tapmaq üçün biz onlardan hər birini 

ayrılıqda araşdırmalıyıq. 

a)

 

Hipotetik  mühakimə  ümumiyyətlə  bizim  bütün  idrakımızın  –əsas 



qanununun ən ümumi formasının mücərrəd ifadəsidir. Bu qanunun dörd tam 

müxtəlif məna kəsb etdiyini və onlardan hər birində öz başlanğıcını xüsusi bir 

idraki  qüvvədən  götürdüyünü  və  təsəvvürlərin  xüsusi  bir  sinfini  qapsadığını 

(əhatə  etdiyini),  bunu  mən  hələ  1813–cü  ildə,  özümün  kafi  əsas  qanunu 

haqqında  işimdə  göstərmişəm.  Ondan  yetərincə  aydın  olur  ki,  hipotetik 

mühakimənin  (düşünmənin  bu  ümumi  formasının)  mənbəyi,  Kantın  istədiyi 

kimi, yalnızca öz nədənlik kateqoriyası ilə dərrakə deyil, mənim nəzəriyyəmə 

görəsə xalis dərrakənin yeganə dərkedici forması olan nədənlik qanunu yalnız 

bütün  xalis  və  ya  aprior  idrakı  qapsayan  və  bütün  mənaları  üçün 

mühakimənin  bu  hipotetik  formasında  ifadə  olunan  əsas  qanununun 

növlərindən biridir. –Biz, beləliklə, görürük ki, mənşə və mənalarına görə tam 

müxtəlif  olan  dərketmələr,  ağıl  tərəfinbdən  in  abstracto  düşünülərək, 

anlayışlar  və  mühakimələrin  eyni  bir  birləşmə  formasında  çıxış  edirlər  və 

onda  o  qədər  fərqləndirilməzdirlər  ki,  onların  ayırd  edilməsi  üçün  biz 

mücərrəd  idrakı  tam  tərk  edərək,  gözönüyə  müraciət  etməliyik.  Ona  görə 

Kantın  seçdiyi  mücərrəd  idrakdan  yollanaraq,  həm  də  gözönü  idrakın  da 

elementlərini  və daxili mexanizmini tapmaq yolu tamamilə yanlış idi. Birdəki, 

kafi  əsas  qanunu  haqqında  bütün  əsərimi  müəyyən  dərəcədə  mühakimənin 

hipotetik  formasının  mənasının  narınca  açılışı  kimi  qiymətləndirmək  olar  və 

buna görə mən burada bunun üzərində bundan artıq dayanmayacağam.  

b)

 

Kateqorik 



mühakimənin 

forması 


sözün 

əsl 


mənasında 

mühakimənin  ümumi  formasından  başqa  bir  şey  deyil.  Zira,  ciddi  desək, 

mühakimə  yürütmək  anlayış  sferalarının  birləşdirilə  bilənliyini  və 

bilməyənliyini  düşünmək  deməkdir;  ona  görə  hipotetik  və  ayırıcı  formalar 

özlüyündə  mühakimənin  xüsusi  formaları  deyil:  onlar  elə  artıq    hazır 

mühakimələrə tətbiq olunur ki, onlarda anlayışların birləşdirilməsi dəyişilməz 

olaraq  kateqorik  qalır  və  mühakimələrin  özlərinin  əlaqəsinə  xidmət  edirlər, 

özü  də  hipotetik  forma  onların  bir  –birindən  asılılığını,  ayırıcı  forma  isə  –

birləşdirilməzliyini  ifadə  edir.  Özlüyündə  anlayışlarasa  bir–birinə  yalnız  bir, 

yəni  məhz  –kateqorik  mühakimədə  ifadə olunan  münasibət  növü  xasdır.  Bu 

münasibətin ən yaxın təyinləri və ya alt növləri anlayışların bir araya sığanlığı 

və  ya  sahələrinin  tam  ayrıcalığı,  yəni  təsdiqi  və  ya  inkarıdır,  bundansa  Kant 

keyfiyyət  kateqoriyaları  adı  altında  xüsusi  kateqoriyalar  sinfi  düzəldir.  Bir 

araya  sığanlıq  və  ayrıcalıq,  öz  növbəsində,  anlayışların  sferalarının büsbütün 

və  ya  yalnız  qismən  bir  –birinə  daxil  olub  –olmadıqlarına  görə  altnövlərə 

malikdirlər: bu, mühakiməni kəmiyyət tərəfdən təyin edir ki, bundan da Kant 

yenə tam xüsusi bir kateqoriya düzəltmişdir. Beləcə o, çox yaxın və hətta eyni 

olanı  –xalis  anlayışlar  arasındakı  yeganə  mümkün  münasibətlərin  asan 

müşahidə  olunan  modifikasiyalarını  bir  –birindən  ayırmış  və  əksinə, 

münasibətin bu rubrikası altında xeyli fərqli şeyləri birləşdirmişdir

Kateqorik  mühakimələr  öz  metalojik  prinsipi  olaraq  təfəkkür  qanunlarına  –eynilik  və 



ziddiyyət  qanunlarına  malikdir.  Amma  sahələrin  birləşdirilməsi  üçün  mühakimələrə  həqiqilik 

verən əsasın özü (o elə birləşmədir ki, var), –bu cür əsas öz xarakterinə görə xeyli fərqli ola bilər 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

578 


 

                                                                                                                                                                                           

ki, buna da uyğun olaraq mühakimənin doğruluğu məntiqi, və ya metafizik, yaxud da metalojik 

olur; mən bunu giriş traktatımın 30 –33–cu § –da göstərmişəm və indi bunu təkrarlamağa lüzum 

yoxdur.  Buradansa  aşkar  olur  ki,  hamısı  in  abstracto,  iki  anlayışın  sahələrinin  birləşdirilməsi 

vasitəsilə, subyekt və predikat kimi çıxış edən bilavasitə biliklər nə qədər müxtəlif ola bilər və bu 

birləşməni  dərrakənin  hansısa  bir  və  müvafiq  funksiyası  tərəfindən  edildiyini  düşünmək  nə 

qədər əsassızdır. Məsələn, “su qaynayır”, “sinus bucağı ölçür”, “iradə qət edir”, “iş əyləndirir”, 

“ayırdetmə çətindir” mühakimələri eyni bir məntiqi formanın köməyilə ən fərqli münasibətləri  

ifadə edir: bundansa biz bir daha görə bilərik ki, bilavasitə, gözönü  idrakın təhlili üçün mücərrəd 

idrak  nöqteyi  –nəzərində  durmaq  nə  qədər  mənasızdır.  –Hərçənd  ki,  özlüyündə  dərrakəvi 

idrakdan,  dediyim  mənada,  kateqorik    mühakimə  yalnız  o  nədənliyi  ifadə  etdiyi  yerdə    ortaya 

çıxır, –burayasa həm də  hansısa fiziki keyfiyyəti bildirən bütün mühakimələr aiddir. Çünki mən 

“Bu cisim ağır, bərk, axıcı,yaşıl, turş, qələvi, üzvidir” və s. deyəndə, bununla onun təsirinin bəlli 

üsulunu  işarə  edirəm,  deməli,  burada  biz  xalis  dərrakə  sayəsində  mümkün  olan  biliyə,  idraka 

malik  oluruq.  Əgər  ondan  tam    fərqli  bir  çox  dərketmələrlə  (məsələn,  ali  dərəcədə  yayınmış 

anlayışların subordinasiyası) tamamilə eyni bir şəkildə, subyekt və predikat vasitəsilə, idrak  in 

abstacto  ifadə  olunursa,  onda  elə  o  andaca  bu  sırf  məntiqi  münasibət  geriyə,  intuitiv  idraka 

qayıdır və biz düşünürük ki, mühakimənin subyekt və predikatı baxışda xüsusi bir korrelyata  –

substansiya və aksidensiyaya malik olmalıdır. Amma aşağıda aydınlaşdıracağam ki, substansiya 

anlayışı öz əsl mənasına görə materiya ilə eynidir. Aksidensiyalarsa mənaca tamamilə ayrı –ayrı 

hərəkət  üsulları  ilə  eynidir,  odur  ki,  substansiya  və  aksidensiyanın  yalançı  idrakı  əslində  xalis 

dərrakə tərəfindən səbəb və təsirin dərkidir. Materiyanın önəgəlməsinin necə ortaya çıxdığına 

qaldıqdasa,  bu  qismən  əsas  əsərimin  4  –cü  §  –da,  daha  böyük  narınlıq,  təfsilatlasa  Kafi  əsas 

qanunu haqqında traktat, § 21 –in sonunda izah olunmuşdur; qismənsə biz onu substansiyanın 

qalarılığı barədə əsasqoymanın təhlili zamanı daha yaxından araşdıracağıq. 

c)

 



Ayırıcı  mühakimələr  metalogik  həqiqət  olan  istisna  olunmuş 

üçüncü  qanunundan  irəli  gəlir:  ona  görə  onlar  büsbütün  xalis  zəkanın 

malıdırlar  və  onların  mənbəyi  dərrakədə  deyil.  Onlardan  ümumilik  və  ya 

özarası  təsir  kateqoriyasının  çıxarılması  yalnız  özünün  əziz  arxitektonik 

simmetriyası xatirinə Kantın həqiqət üzərində etməyə bəzən özünə izn verdiyi 

zorakılıqların  parlaq  nümunəsidir.  Bu  çıxarışın  altıboşluğunu,  əsassızlığını 

artıq dəfələrlə sübut etmiş və müxtəlif tərəflərdən, xüsusilə də Berq özünün 

“Fəlsəfənin  epikritikasında”  nda  və  H.  E.  Şultse  “Nəzəri  fəlsəfənin  tənqidi” 

ndə haqlı mühakiməyə məruz qoymuşlar. Doğrudan da, məlum anlayışın bir –

birini qarşılıqlı istisna edən predikatlarla yol verilən təxmini təyini ilə özarası 

təsir  barədə  fikir  arasında  hansı  analogiya  mövcuddur?  Onlar  bir  –birinə 

birbaşa ziddirlər: çünki ayırıcı mühakimədə bölmə üzvlərindən birinin qəbulu 

zəruri  surətdə  digərinin  dışarılmasına  aparır;  əksinə,  əgər  biz  iki  şeyi 

düşünürüksə, birinə yol vermə elə bununla da digərinə də yol verməni tələb 

edir və vice versa (əksinə). Ona görə özarası təsirin həqiqi məntiqi analogiyası 

–bu,  şübhəsiz,  circulus  vitiosus  –dur  (çıxışsız  dairə,  çıxmazlıq,  lat.,tərc.)  ki, 

yalançı  özarası  təsirdə  olduğu  kimi,  onda  da  şərtlənmiş  olan  eyni  zamanda 

şərtdir  və  əksinə.  Məntiqin  çıxmazlığı  rədd  etdiyi  kimi,  metafizikadan  da 

özarası  təsir  anlayışı  qovulmalıdır.  Çünki  mən  indi  tam  ciddi  olaraq 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

579 


 

                                                                                                                                                                                           

göstərəcəyəm  ki,  həqiqi  mənada  heç  bir  özarası  təsir  mövcud  deyil  və  bu 

anlayış,  onu  işlətməyi  nə  qədər  sevsələr  də  (məhz  onun  içəriliyinin, 

məzmununun  qeyri  –müəyyənliyi  nəticəsində),  yaxından  gözdən  keçirmə 

zamanı  boş,  yalançı  və  heç  nə  bildirməyən  bir  şey  olur.  Hər  şeydən  öncə 

nədənliyin nə olduğunu və Kafi əsas haqqında traktatın 20 –ci § –da, eləcə də 

mənim “İradə azadlığı haqqında” konkurs əsərimdə, fəs. 3, səh. 27 və sonr. və 

nəhayət, əsas əsərimin II cildinin 4 –cü fəs. bu barədə nə dediyimi yada salaq. 

Səbəbiyyət,  nədənlik  –o  qanundur  ki,  materiyanın  vaqe  olan,  baş  verən 

halları  ona  görə  zamanda  öz  yerlərini  müəyyən  edir.  Beləliklə  nədənlikdən 

danışılanda,  söhbət  əsla  özlüyündə  materiyadan,  yaxud  da  dəyişilməz 

qalmadan yox, yalnız hallardan və ya sadəcə dəyişilmələrdən gedir. Nədənlik 

qanunu özlüyündə materiyaya şamil olunmur, çünki o nə yaranır, nə də məhv 

olur,  eyni  qaydada  o,  adətən  deyildiyi  kimi,  bütöv  bir  “şeyə”  yox,  yalnız 

materiyanın  hallarına  şamil  olunur.  Daha  sonra,  nədənlik  qanununun 

qalarılığa heç bir dəxli yoxdur: çünki heç nə dəyişilməyən yerdə heç bir təsir 

də yoxdur, yalnız əbədi sükunət vəziyyəti vardır. Əgər bu hal dəyişilərsə, onda 

yeni  yaranmış  vəziyyət,  durum  ya  yenə  də  qalarıdır,  ya  da  bu  cür  deyil, 

ardınca üçüncünü  gətirir  və  ona  görə, onunla  bu  üçüncünün  baş  verdiyi şey 

əsas  qanununun  formalarından  biri  olan  və  buna  görə  bundan  sonra  izah 

olunmaz  olan  nədənlik  qanunudur,  çünki  əsas  qanunu  elə  hər  cür  izahın  və 

hər  cür  zərurətin  prinsipidir,  özüdür  ki,  var.  Deyilənlərdən  aydındır  ki, 

nədənlik zaman ardıcıllığına zəruri münasibətdə və ən sıx əlaqədədir. A halı,  

durumu  zamanda  B  halından,  durumundan  öncə  gəldiyi  qədər,  dərəcədə  – 

özü  də  bu  ardıcıllıq  sadəcə  sonra  gəlmə,  olma  yox,  sonuc,  nəticədir,  –yalnız 

bu qədər, bu dərəcədə A halı səbəb, B halısa təsirdir. Özarası təsir anlayışısa 

onların  hər  ikisinin  bir-birinin  həm  səbəbi,  həm  də  təsiri  olmasını  nəzərdə 

tutur: bu isə deməkdir ki, onlardan hər biri eyni zamanda həm əvvəlki, həm 

də sonrakıdır, bu da ki, mənasızdır. Çünki hər iki halın eynizamanlı olmasını, 

özü də zəruri eynizamanlı olmasını qəbul etmək olmaz: ona görə ki, zəruri bir-

birinə bağlı və eynizamanlı olaraq, onlar yalnız eyni bir halı təşkil edərdilər ki, 

bu halın da saxlanması üçün, düzdür, onun bütün təyinlərinin mövcud olması 

gərəkir, amma belə bir hal olduqdasa, söhbət nədənliyin dəyişməsindən yox, 

davamiyyət və sükunətdən gedir və yalnız o şey nəzərdə tutulur ki, bütöv bir 

halın, durumun bir təyini dəyişirsə, onda bundan yaranan yeni vəziyyət necə 

varsa elə qalmır, birinci halın bütün başqa təyinlərinin də dəyişilmə səbəbinə 

çevrilir ki, bunun da nəticəsində yenə də yeni, üçüncü bir vəziyyət meydana 

gəlir: və bütün bunlar adi nədənlik qanununa görə baş verir və yeni bir qanun, 

özarası təsir qanunu tələb olunmur. 

 Mən  onu  da  iddia  edirəm  ki,  özarası    təsir  anlayışı  üçün  qəti  surətdə  heç  bir  nümunə 

gətirmək olmaz. Belə bir nümunə kimi görünə bilən hər şey ya yalnız dəyişilmələr üçün qüvvəyə 

malik    nədənlik  qanununun  tətbiq  olunmaz  olduğu  sükunət  halıdır,  –ya  da  izahı  üçün  təkcə 

nədənlik  qanununun  yetərli  olduğu    eyniadlı  halların    əvəzlənən    ardıcıllığıdır.  Birinci  qəbildən 

olan misal eyni ağırlıq nəticəsində tarazlıqda olan tərəzi gözləridir: burada heç bir təsir yoxdur, 

sanki  heç  bir  dəyişiklik  yoxdur;  bu  sükunət  halıdır:  bərabər  paylanmış  ağırlıq,  elə  ağırlıq 

mərkəzində dayağa malik hər cür cisim kimi can atır, amma öz gücünü  heç bir təsirlə üzə çıxara 

bilmir. Bir ağırlığın kənarlaşdırılması elə o andaca üçüncü halın– o biri gözün düşməsinin səbəbi  

olan ikinci halı yaradırsa, bu səbəb və təsir qanunu üzrə baş verir və nəinki dərrakənin heç bir 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

580 


 

                                                                                                                                                                                           

xüsusi  kateqoriyasını,  həm  də  xüsusi  bir  adlandırma  da  tələb  etmir.  İkinci  qəbildən  olan  misal 

odun  yanmasıdır.  Oksigenin  yanan  cisimlə  birləşməsi  istiliyin,  istiliksə  öz  növbəsində  –bu 

kimyəvi birləşmənin yeni aşkarlanmasının səbəbidir. Amma əslində biz burada səbəb və təsirlər 

zəncirinə  malikik  –  ancaq  onun  həlqələri  növbə  ilə  eyni    bir  adla  adlandırılır:  yanma,  A  –B 

istiliyini, B istiliyi –yeni C –yanmasını (yəni A səbəbilə eyniadlı, amma fərdi olaraq onunla eyni 

olmayan yeni bir təsir), C– yeni D istiliyini (B ilə real yox, anlayışca eyni və deməli, eyniadlı olan) 

və  s.  doğurur  Adi  həyatda  “özarası    təsir”  adlandırılan  şeyə  aid  klassik  misalı  Humboldtun 

səhralar  nəzəriyyəsi  verir  (“Təbiət  mənzərələri”,  II  nəşr,  c.2,  səh.  79).    Onlara  bitişik  meşəli 

dağlarda yağsa da, qum səhralarında yağış olmur. Bunun səbəbi  dağların buludları özünə cəlb 

etməsində deyil, ondadır ki, qumlu yazıdan,çöldən  qalxan  hava sütunu  buxar qabarcıqlarının 

parçalanmasına mane olur  və buludları yuxarı qovur. Dağlarda havanın perpendikulyar qalxan 

axını daha zəifdir, buludlar aşağı düşür və daha çox soyumuş havada yağıntı verirlər. Beləliklə, 

səhralarda    yağışın  olmaması  bitkisəl  həyatın  olmaması  ilə  özarası  təsirdədir.:  yağış  ona  görə 

yağmır  ki,  qızmış  qum    daha  artıq  istilik  şüalandırır  və  səhra  ona  görə  gülüstana  çevrilmir  ki, 

yağış olmur. Amma əvvəlki misalda olduğu kimi burada da biz açıq –aşkar adi nədənlikdən nəsə 

önəmli  fərqlənən  bir  şeyə  yox,  yalnız  eyniadlı  səbəb  və  təsirlərin  ardıcıllığına  malikik.  Hər  bir 

halın  yeni,  cinsinə  görə  eyni,    amma  fərdiliyinə  görə  birinci  halı  doğurmuş  haldan  fərqli  halı 

doğurduğu  saat  kəfkiri  rəqsləri  və  orqanizmin  özünü  qoruyub  saxlaması hallarında da   məsələ 

elə  bu  cürdür:  yalnız  burada  iş  daha  mürəkkəbdir,  çünki  zəncir  artıq  iki  yox,  bir  neçə  türdən, 

cinsdən olan halqalardan ibarətdir, odur ki, eyniadlı halqa yalnız bir neçə başqa halqa keçdikdən 

sonra  yenidən  işə  daxil  olur.  Beləliklə,  hər  zaman  qarşımızda  dərrakənin  yeni    və  xüsusi  bir 

funksiyasının anlaşılmasını tələb edən nəsə bir şey deyil, halların  

ardıcıllığını təyin edən elə həmin nədənlik qanunu durur. 

  Və  ya,  ola  bilsin,özarası  təsirə  misal  kimi  təsirin  əks–təsirə  bərabər  olmasına  isnad 

edərlər?  

Amma axı bu üstündə bu qədər israr etdiyim və Kafi əsas qanunu haqqında traktatımda 

narınca  şərh etdiyimlə  –yəni  məhz onunla  şərtlənir  ki,  səbəb  və  təsir  iki cisim  deyil,  cisimlərin 

ardıcıl  hallarıdır  və  deməli,  hər  iki haldan hər  biri  bütün həmiştirakçı  cisimləri  öz  içərisinə  alır; 

beləliklə,  təsir,  yəni  yeni  vaqe  olan  hal,  məsələn,  təkan  zamanı,  eyni  nisbətdə  hər  iki  cismə 

yayılır; buna görə təkana məruz qalmış cisim nə qədər dəyişilirsə, o qədər də elə itələyən cisim 

dəyişilir –hər ikisi kütlələri və sürətləri baxımından. Bunu özarası təsir adlandırmaq istəyirlərsə, 

onda hər cür təsir özarası təsirdir və buna görə burada dərrakənin yeni bir funksiyası bir yana 

qalsın, heç yeni bir anlayış da yaranmır, biz yalnız nədənliyin daha bir sinoniminə malik oluruq. 

Elə bu cür baxışı Kantın özü də (bu isə onun tərəfindən xeyli düşünülməmiş bir hərəkətdir), yəni 

məhz  “Təbiətşünaslığın  metafizik  əsas  başlanğıcları”  nda,  mexanikanın  4  –cü  qanununun 

isbatında  dilə  gətirir;  o  deyir:  “Dünyadakı  hər  cür  xarici  təsir  özarası  təsirdir”.  Onda  bəs 

dərrakədə nədənlik və özarası təsir üçün müxtəlif aprior funksiyalar nəyə görə mövcuddur –bir 

halda  ki,  şeylərin  real  ardıcıllığı  guya  ki,  yalnız  birincinin,  mövcudluğusa  –yalnız  ikincinin 

köməyilə mümkün və dərk ediləndir? Əgər hər cür təsir özarası təsirdirsə, onda deməli, ardıcıllıq 

və  birgə  mövcudluq  eyni  şeydirlər  və  dünyada  hər  şey  eynizamanlıdır.  –Əgər  doğrudan  da 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

581 


 

                                                                                                                                                                                           

özarası  təsir  mövcud  olsaydı,  onda  perpetuum  mobile  də  mümkün  və  a  priori  həqiqi  olmuş 

olardı:  halbuki,  onun  mümkünlüyü  inkar olunursa,  bu  inkarın  əsasında o  aprior  inam  durur  ki, 

özarası təsir və dərrakənin ona uyğun forması mövcud deyil.  

Eynilə bu sayaq Aristotel də öz xüsusi mənasında özarası təsiri qəbul etmir, qeyd edir ki, 

iki  şey  bir  –birinin  özarası  təsiri  səbəbi  ola  bilsə  də,  bu  yalnız  belə  ola  bilər  ki,  onlardan  hər 

birinin  səbəbiyyəti  başqa  bir  mənada  başa  düşülsün:  məsələn,  birinci  ikinciyə  motiv  kimi, 

ikincisə birinciyə onun hərəkətinin səbəbi kimi təsir edirsə. İki yerdə biz onda eyni sözlərə rast 

gəlirik (Phys. II. 3; Metaph. V. 2): “Bundan başqa, özarası səbəblər də mövcuddur: beləki, yaxşı 

vərdiş  üzərində  təmrin,  məşq  onun  səbəbidir,  yaxşı  vərdişsə  –  onun  üzərində  çalışmanın 

səbəbidir;  amma  onlar  bir  –birinin  eyni  bir  mənada  səbəbi  deyillər,  birincisi  –  məqsəd  kimi, 

ikincisi –hərəkətin başlaanğıcı kimi”. Əgər o üstəlik öz xüsusi mənasında özarası təsiri də qəbul 

etsəydi,  hökmən  burada  onun  adını  çəkərdi,  çünki  gətirilmiş  hər  iki  yerdə  qarşısına  bir  vəzifə 

olaraq  səbəblərin  hər  cür  mümkün  növlərinin  sadalanmasını  qoyur.  Anal.  post.  II,  11  –ə 

gəldikdəsə, burada o, özarası təsirdən yox, səbəb və təsirlərin dövretməsindən bəhs edir. 

4.

 

Modallıq kateqoriyalarına o üstünlük xasdır ki, onlardan hər birinin ifadə 



etdiyi  şey həqiqətən  çıxarış  edilmiş  olduğu mühakimə  formalarına    taraz  gəlir,  bu  isə 

əksəriyyəti olduqca ixtiyari çəkib gətirmələri olan mühakimə formalarından deduksiya 

edilən başqa kateqoriyalar halında müşahidə olunmur. 

Beləliklə, mümkünlük, həqiqilik və zərurilik anlayışları mühakimənin problematik, 

assertorik  və  apodiktik  formalarından  irəli  gəlir,  –bu  tam  doğrudur.  Amma  bu 

anlayışların  dərrakənin  xüsusi,  ilkin  və  artıq  törəmə  olmayan  dərketmə  funksiyaları 

olması, –bu doğru deyil. Əslindəsə onlar hər cür idrakın yeganə ilkin və buna görə bizə 

priori  məlum  formasından  –  əsas  qanunundan  nəşət  alır,  özü  də  bilavasitə  ondan 

zərurətin  dərki  irəli  gəlir;  əgərçi  sonuncuya  refleksiya  tətbiq  olunursa,  təsadüfilik, 

mümkünlük,  qeyri-mümkünlük,  həqiqilik  anlayışları  ortaya  çıxır;  beləliklə,  bu  anlayışlar 

elə  təkcə  yalnız  ruhun,  dərrakənin  gücündən  əmələ  gəlmirlər,  indi  görəcəyimiz  kimi, 

yayınmış idrakın gözönü idrakla toqquşması sonucunda yaranırlar. 

Mən iddia edirəm ki, “zəruri olmaq” və “verilmiş əsasdan çıxan sonuc olmaq”  –

eynimənalı,  eyni  anlayışlardır.  Nəyisə  “zəruri”  kimi  biz  o  zaman  dərk  edə  və  düşünə 

bilərik  ki,  ona biz  verilmiş  əsasdan  olan bir  nəticə  kimi  baxaq  və  bu  asılılıqdan, başqası 

vasitəsilə  müəyyən  edilmişlikdən  və  hökmən  başqasından  ortaya  çıxmadan  başqa 

zərurət anlayışı heç bir şeyi içəriləmir. Ona görə bu qanunun müxtəlif formalarına uyğun 

olaraq, fiziki zərurət (səbəbdən gələn təsir), məntiqi zərurət (idrakın əsas qanununa görə, 

analitik  mühakimələrdə,  ussonuclarında  (əqli  nəticələrdə)  və  s.),  riyazi  zərurət  (varlığın 

zaman və məkandakı əsası qanununa görə) və nəhayət, praktiki zərurət ki, bu ad altında 

mən  hansısa  yalançı  kateqorik  imperativə  görə  təyin  olunmuşluğu  yox,  müvafiq 

motivlərin  verilmiş  empirik  xarakteri  və  mövcudluğu  halında  məlum  bir  təsirin  baş 

verməsini  başa  düşürəm.  Bununla  yanaşı  hər  cür  zərurət  yalnız  nisbi  surətdə  belədir, 

yəni  məhz  irəli  gəlmiş  olduğu  əsasın  olması  şərtilə.  Ona  görə  mütləq  zərurət  –

ziddiyyətdir. Qalan şeylər barədə kafi əsas haqqında qanunun 49-cu §-na bax. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin