Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə49/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

582 


 

                                                                                                                                                                                           

Zərurətə zidd-əks olan, yəni inkar – təsadüfilikdir. O üzdən də bu anlayışın içəriliyi 

(məzmunu) sırf mənfidir və yalnız əsas qanunu üzrə əlaqənin olmamasını bildirir. Deməli, 

təsadüfi də həmişə nisbidir; o, öz əsası olmayan şeyə münasibətdə təsadüfidir: özünün 

səbəbi  olan  tək  bir  şeyə  münasibətdə  zəruri,  qalan  hər  bir  şeyə  münasibətdəsə 

təsadüfidir.  Çünki  onun  məkan  və  zamanda  qalan  hər  şeylə  toqquşması  heç  bir  zəruri 

əlaqə  olmadan  sadə  bir  üst-üstə  düşmədir:  “Üst-üstə  düşmə”  (Zufall),  “ςυμπτωμα”, 

contingens”  sözləri  də  elə  buradandır.  Və  mütləq  zərurilik  nə  qədər  ağlasığmazdırsa, 

mütləq  təsadüfilik  də  o  qədər  ağlasığmazdır.  Çünki  sonuncu  heç  bir  obyektə  nəticənin 

əsasa  olduğu  münasibətdə  olmayan  bir  obyekti  bildirərdi.  Bu  cür  obyekti  təsəvvür 

etməyin  mümkünsüzlüyü  isə  mütləq  təsadüfi  olanı  düşünmək  mümkün  olsun  deyə, 

pozulmalı olan əsas qanununun mənfi ifadəsidir: amma belə olan halda sonuncu da hər 

cür  mənasını  itirər,  çünki  təsadüfilik  anlayışı  yalnız  əsas  qanuna  münasibətdə  mənaya 

malikdir  və  verilmiş  obyektlərin  bir-birinə  əsas  və  nəticə  münasibətində  olmadığını 

bildirir.  

O, gözönü təsəvvür olduğundan, təbiətdə baş verən hər şey zəruridir, çünki o, öz 

səbəbindən  irəli  gəlir.  Ayrıca  bir  faktısa  səbəb  olmayan  qalan  hər  şeyə  münasibətdə 

nəzərdən  keçirdikdəsə,  biz  onu  təsadüfi  kimi  dərk  edirik,  –bu  isə  artıq  yayınmış 

refleksiyadır.  Əgər  bundan  sonra,  hansısa  bir  təbiət  obyekti  barədə  biz  onun  qalan 

şeylərə  səbəb  münasibətindən  və  deməli,  zərurilii  və  təsadüfiliyindən  tam  təcrid 

olunuruqsa,  onda  idrakın  bu  növü  həqiqilik  anlayışından  ibarət  olacaqdır  ki,  o  olduqda 

isə  biz  yalnız  təsirə  diqqət  yetirir,  o  səbəblə  maraqlanmırıq  ki,  o,  həmin  səbəbə 

münasibətdə qalan hər şeyə münasibətdə təsadüfi olduğu qədər zəruri olmuşdur. Bütün 

bunlar  son  nəticədə  ona  əsaslanır  ki,  mühakimənin  modallığı  şeylərin  obyektiv 

xassəsindən  çox,  bizim  ona  münasibətimizi  bildirir.  Amma  təbiətdəki  hər  şey  hansısa 

səbəbdən  irəli  gəldiyindən,  bütün  həqiqi  olan  da  buna  görə  zəruridir,  –amma  yenə  də 

yalnız onun bu zaman və bu yerdə mövcud olduğu dərəcədə: çünki nədənlik qanununun 

təyinedici  qüvvəsi  yalnız  buna  şamil  olunur.  Əgərçi  biz  gözönü  təbiəti  dərk  edir  və 

yayınmış  təfəkkürə  keçiriksə,  bizə  qismən  a  priori,  qismənsə  a  posteriori  məlum  olan 

bütün  təbii  qanunları  refleksiyada  təsəvvür  etmək  imkanı  əldə  edirik;  və  bu  mücərrəd 

önəgəlmə,  təsəvvür  təbiətdə  hansısa  yerdə  və  hansısa  zamanda  mövcud  olan  hər  şeyi 

qapsayır,  –amma  hər  cür  müəyyən  yer  və  zamandan  yayındırma  ilə:  bununla  da  biz, 

refleksiya yolu ilə, mümkün olanın geniş səltənətinə daxil oluruq. Burada da, özünə yer 

tapmayan  şey  artıq  qeyri-mümkün  olandır.  Aşkardır  ki,  mümkünlük  və  mümkünsüzlük 

gözönü olanın dərki üçün yox, refleksiya, mücərrəd idrak üçün mövcuddurlar, hərçənd ki, 

məhz  gözönü  dərkin  xalis  formaları  zəkaya  mümkün  və  qeyri-mümkün  olanı  müəyyən 

etməyə  imkan  verir.  Mümkün  və  ya  qeyri-mümkün  olanı  düşünərkən,  onlardan  çıxış 

etdiyimiz  təbiət  qanunlarının  a  priori  və  a  posteriori  dərk  olunub-olunmadığından  asılı 

olaraq, mümkünlük və mümkünsüzlüyün özü metafizik, ya da təkcə fizikidir.  

Bilavasitə  əsas  qanununa  və  zərurilik,  həqiqilik  və  mümkünlük  anlayışlarının 

inkişafına  söykəndiklərindən  sübuta  ehtiyac  duymayan  bu  mülahizələrdən  Kant 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

583 


 

                                                                                                                                                                                           

tərəfindən  bu  üç  anlayış  üçün  dərrakənin  üç  xüsusi  funksiyasının  sımalmasının  (qəbul 

edilməsinin)  nə  qədər  əsassız,  altıboş  olduğu  və  burada  da  onun,  təki  öz  arxitektonik 

simmetriyasını  çəksin  deyə,  heç  bir  mülahizədən  nə qədər  çəkinmədiyi  yetərincə  aşkar 

olur. 


Buraya daha bir çox böyük bir səhv də əklənir, qoşulur –məhz o səhv ki, əvvəlki 

fəlsəfədən  nümunə  götürərək,  Kant  zərurilik  və  təsadüfilik  anlayışını  qarışdırır.  Əvvəlki 

fəlsəfə  yayınışdan,  abstraksiyadan  aşağıdakı  sui-istifadəni  edir.  Aşkardır  ki,  əsası 

qoyulmuş,  müəyyən  edilmiş  şey  labüd  olaraq  baş  verir,  yəni  olmaya  bilməz  və  deməli, 

zəruridir. Və bütün filosoflar da yalnızca sonuncu tərifdən, təyindən yapışır və deyirdilər: 

o  şey  zəruridir  ki,  o  başqa  cür  ola  bilməz  və  ya  onun  əksi  qeyri-mümkündür.  Bu 

zəruriliyin əsasını və kökünüsə nəzərə almır, hər cür zəruriliyin buradan çıxan nisbiliyini 

gözdən qaçırır və bu minvalla da mütləq zəruri olanın, yəni verilmiş əsasdan sonuc kimi 

mövcudluğu  elə  o  qədər  də  qaçılmaz  olan,  amma  hansısa  bir  əsasdan  gələn  nəticə 

olmayan  və  buna  görə  də  heç  nədən  asılı  olmayan  bir  şeyin  ağlasığmaz  funksiyasını 

yaradırdılar,–  sonuncu  əlavə  artıq  birbaşa  absurddur,  çünki  əsas  qanununa  ziddir.  Bax 

belə, bu fiksiyadan və həqiqətə diametral əks istiqamətdə çıxış edərək, məhz elə məlum 

əsasla  şərtlənmiş  olanı  təsadüfi  adlandırırdılar,  zira  filosoflar  bu  təsadüfi  olanın 

zəruriliyinin nisbi xarakterindən çıxış edir və sonuncunu tamamilə haradansa asılı qalan 

və öz-özünə zidd olan mütləq zərurətlə

 müqayisə edirdilər. Təsadüfiliyin bu kökündən 



mənasız tərifini Kant da saxlayır və onu izah kimi verir: bax, “Xal. zək. tənq.” V, 289-291, 

243;  V,  301,  419;  V,  447,  486,  488.  Bu  zaman  o,  301  –səh.  “hər  bir  təsadüfilik  səbəbə 

malikdir”  deyərək  və  “olunmsuzluğu(yoxluğu)  mümkün  olan    şey  təsadüfidir”  fikrini 

əlavə  edərək,  öz  –özü  ilə  hətta  ən  aşkar  bir  ziddiyyətə  girir.  Amma  səbəbi  olanın  var 

olmaması 

tamamilə 

mümkünsüzdür; 

deməli, 


zəruridir. 

– 

O da var ki, zərurilik və təsadüfiliyin bu tam yanlış izahının mənbəyi hələ Aristoteldə, “De 



generatione et corruptione”, II kit., 9 və 11, burada zərurilik olumsuzluğu, var olmaması 

mümkün olmayan kimi izah olunur; ona varlığı mümkün olmayan qarşı qoyulur, onların 

arasındasa ola bilən və bilməyən, yəni əmələ gəlib keçici olan qoyulur, –və bu ortadakı 

da elə təsadüfi olandır. Yuxarıda deyilənlərdən sonra bizimçün aşkardır ki, Aristotelin bir 

çox başqa izahları kimi bu izah da, –tək elə yalnız yayınmış anlayışlar üzərində əməliyyat 

aparmanın  nəticəsidir.  Aristotel  konkret  və  gözönü  olana  müraciət  etmirdi,  o  şeyə  ki, 

bütün  yayınmış  anlayışların  mənbəyi  ondadır  və  buna  görə  də  onlar  onun  tərəfindən 

nəzarətdə  saxlanılmalıdır.  “Olumsuzluğu  mümkün  olmayan  nəsə”  –əlbəttə,  bunu  in 



abstracto düşünmək olar; amma bununla konkret, real olana üz tutsaq, onda heç olmasa 

yalnız  mümkün  olan  bir  şey  kimi  bu  fikrə  dayaq  olacaq  heç  nəyimiz  olmayacaqdır,  – 

verilmiş əsasdan çıxan zəruriliyi nisbi və şərtlənmiş olan sonucdan savayı. 

Yeri  gəlmişkən  modallıq  anlayışına  aid  bir  neçə  qeydimi  də  əlavə  edim.  Hər  cür 

zərurət  əsas  qanununa  söykəndiyindən,  nisbi  olduğuna  görə  bütün  apodiktik 

mühakimələr  əzəldən  və  öz  son  mənalarında  hipotetikdirlər.  Onlar  yalnız  daha  kiçik 

assertorik hökmün (irəlivermənin) qatılması sayəsində, yəni əqli nəticədə (ussonucunda) 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

584 


 

                                                                                                                                                                                           

kateqorik  olurlar.  Əgər  bu  assertorik  hökm  şübhə  altında  qalırsa  və  bu  şübhəlilik  ifadə 

olunmuşsa, nəticədə problematik mühakimə alınır. 

Genəllikdə (bir qayda olaraq) apodiktik olan (təbiət qanunu) fərdi hala nisbətən 

həmişə yalnız problematikdir, çünki ilkin olaraq həmin halı qayda altına salan şərt ortaya 

gəlməlidir.  Və  əksinə,  ayrıca  bir  halda  özlüyündə  zəruri  (apodiktik)  olan  (məsələn,  öz 

səbəbinin təsirilə zəruri olan hər bir xüsusi hal) ümumiyyətlə ifadə olunduğu halda yenə 

də yalnız problematikdir, çünki baş vermiş, ortaya çıxmış səbəb yalnız fərdi hala aid idi, 

həmişə  hipotetik  olan  apodiktik  mühakiməsə  verilmiş  xüsusi  halı  yox,  ümumi  qanunu 

ifadə edir. Bütün bunlar ona əsaslanır ki, imkan, mümkünlük yalnız refleksiya sahəsində 

və zəka üçün, gerçəklik – baxış sahəsində və dərrakə üçün, zərurətsə – həm o, həm də 

bu  üçün  mövcuddur.  Əslində,  zəruri,  həqiqi  və  mümkün  olan  arasındakı  fərq  yalnız  in 

abstracto  və  anlayışda  mövcuddur;  real  dünyadasa  bu  üç  məqamın  üçü  də  üst-üstə 

düşür.  Çünki  baş  verən  hər  şey  zərurətlə  baş  verir:  o,  öz  növbəsində  səbəblərin 

doğurduğu  səbəblərə  görə  baş  verir,  odur  ki,  dünyadakı  irili-xırdalı  bütün  hadisələr,  –

zəruri  baş  verən  faktların  ciddi  kələfi,  çəlpəşiyidir.  Buna  uyğun  olaraq,  həqiqi  olan  hər 

şey bu səbəbdən də zəruridir və gerçəklikdə həqiqi olanla zəruri olan, eynilə bu cür də 

həqiqi və mümkün olan arasında heç bir fərq yoxdur: çünki baş  verməmiş, yəni gerçək 

olmamış  şey  olmamışdır  və demək, mümkündür,  – ona  görə  ki,  olmamış şeyin  onlarsız 

heç vaxt ola bilməyəcəyi səbəblər, belə səbəblərin çox böyük bir kələfində, çəlpəşiyində 

baş  verməmiş  və  baş  verə  bilməmişdir;  deməli,  o,  mümkün  olmamışdır.  Ona  görə  hər 

cür hadisə ya zəruridir, ya da qeyri-mümkün. Bütün bunlar yalnız empirik real dünyaya, 

yəni ayrıca şeylərin kompleksinə, – deməli, özlüyündə fərdi olana aiddir. Əksinə, əgər biz 

ağlın  köməyilə  şeyləri  ümumi  halda  nəzərdən  keçirsək  və  onları  in  abstracto  götürsək, 

onda  zərurət,  gerçəklik  və  mümkünlük  yenidən  ayrı-ayrılıqda  çıxış  edər:  intellektimizin 

aprior qanunlarına uyğun olan hər şeyi biz ümumiyyətlə mümkün olan, təbiətin empirik 

qanunlarına  uyğun  olan  hər  şeyi  –  o  hətta  həqiqətdə  gerçəkləşməsə  də,  bu  dünyada 

mümkün  olan  kimi  qəbul  edər,  və  biz  deməli,  mümkün  olanı  həqiqidən  aydın  şəkildə 

ayırd  edərik.  Həqiqi  olan  həmişə  bununla  yanaşı  həm  də  zəruri  olandır,  yalnız  onun 

səbəbini  bilən  tərəfindən  bu  cür  qəbul  edilsə  də;  sonuncudan  asılı  olmayaraq,  o 

təsadüfidir və belə də adlanır. Bu baxış bizə Siseronun de fato kitabında misal gətirdiyi, 

meqarik  Diodorla  stoik  Xrisipp  arasındakı  περι  δυνατων  (mümkün  olan  haqqındakı) 

mübahisəyə  açar  verir.  Diodor  deyir:  “Yalnız  həqiqətə  çevrilən  şey  mümkün  imiş  və 

həqiqi  olan  hər  şey  həm  də  zəruridir”.  Xrisipp  etiraz  edir:  “Heç  vaxt  həqiqətə 

çevrilməyən  çox  şey  mümkündür,  zira  yalnız  zəruri  olan  mümkün  olur”.  Biz  bunu 

özümüzə  aşağıdakı  kimi  aydınlaşdıra  bilərik.  Həqiqilik  hökmləri  (irəli  vermələri) 

mümkünlük tərəfindən verilən sillogizm ussonucudur. Bununçün təkcə daha böyük yox, 

həm də daha kiçik hökm tələb olunur: yalnız hər ikisi bir yerdə tam mümkünlüyü verir. 

Yəni  ki,  daha  böyük  hökm  sırf  nəzəri,  in  abstracto  ümumi  mümkünlüyü  verir,  amma 

özlüyündə  götürüldükdə,  o  hələ  nəyisə  mümkün,  yəni  gerçəkləşməyə  qabil  olan  etmir. 

Bununçün onu ümumi qayda altına gətirmək yolu ilə mümkünlüyü ayrıca bir hala şamil 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

585 


 

                                                                                                                                                                                           

edən  daha  kiçik  hökm  də  lazımdır,  –və  bu  halda  o  həqiqiləşir.  Məsələn,  daha  böyük 

hökm: “Bütün evlər (deməli, mənimki də) yana bilər”. 

  Daha kiçik: “Evim od içindədir”. 

    Ussonucu: “Evim yanır”. 

Zira  hər  bir  ümumi  müddəa,  deməli,  hər  cür  daha  böyük  hökm  şeyləri  yalnız 

məlum  şərt  altında,  yəni  hipotetik  olaraq  gerçəkliyə  münasibətdə  təyin  edir:  məsələn, 

misalımızda  yanmaq  imkanı  öz  şərti  kimi  alovun  ortaya  çıxmasına  malikdir.  Daha  kiçik 

hökm elə bu şərti verir. Daha böyük hökm, necə deyərlər, topu doldurur, amma yalnız o 

halda  ki,  daha  kiçik  hökm  fitili  gətirsin  və  atəş,  yəni  əqli  nəticə  (ussonucu)  açılır.  Bu 

mümkünlüyün həqiqiliyə münasibətinə büsbütün şamil olunur. Həqiqiliyi ifadə edən əqli 

sonuc həmişə zərurətlə gəldiyindən, deməli, həqiqi olan hər şey həm də zəruridir; bunu 

həm  də  ondan  görmək  olar  ki,  “zəruri  olmaq”  yalnız  “verilmiş  əsasdan  olan  ardım, 

nəticə”  deməkdir,  –deməli,  həqiqi  olan  hər  şey  zəruridir.  Beləliklə,  görürük  ki, 

mümkünlük,  həqiqilik  və  zərurilik  anlayışları  burada  üst-üstə  düşür  və  təkcə  ikinci 

birincini  şərt  qoymur,  həm də  tərsinə.  Onları  ayıran bir  şey  varsa, o  elə intellektemizin 

zaman  forması  ilə  məhdudlaşdırılmasıdır:  zira  zaman  mümkünlüklə  həqiqilik  arasında 

vasitəçilik  edir.  Məlum  faktın  zəruriliyi  büsbütün  onun  səbəbləri  toplusunu  bilməkdən 

açıq görünür; amma bütün bu müxtəlif və bir-birindən asılı olmayan səbəblərin üst-üstə 

düşməsi  bizə  təsadüfi  görünür,  –elə  əslində  təsadüfilik  anlayışı  da  onların  bir-birindən 

asılı  olmasından  ibarətdir.  Lakin  hər  bir  səbəb  öz  səbəbinin  zəruri  ardımı,  nəticəsi 

olduğundan  və  bu  sonsuzluğadək  getdiyindən,  aşkardır  ki,  təsadüfilik  dərrakəmizin 

üfüqlərinin darlığından irəli gələn sırf subyektiv hadisədir, –elə optik üfüqümüzdə yerlə 

göyün görünən bitişməsi kimi bir subyektiv hadisə. 

Zərurət  verilmiş  əsasdan  olan  ardım,  nəticə  ilə  eyni  şey  olduğundan,  əsas 

qanununun dörd növündən hər birində o xüsusi olan şey kimi çıxış etməli və mümkünlük 

və  mümkünsüzlükdə  yalnız  predmetə  zəkavi-yayınmış  nəzər  nöqtəsinin  tətbiq 

edilməsinin təsirilə ortaya çıxan müvafiq əksliyə malik olmalıdır. Ona görə zərurətin adı 

çəkilən dörd növünə qeyri-mümkünlüyün elə o qədər növü, yəni fiziki, məntiqi, riyazi və 

praktiki növləri uyğundur. Bu zaman qeyd edim ki, yayınmış anlayışlar sahəsində qalsaq, 

onda  mümkünlük  həmişə  daha  ümumi  olana,  zərurətsə  –daha  dar  anlayışa  uyğun 

gələcək:  məsələn,  “heyvan–quş,  balıq,  amfibiya  ola  bilər”  və  s.  yaxud:  “bülbül  quş 

olmalıdır”, “filan şey heyvan”, “filan şey –orqanizm”, “filan şeysə –cisim olmalıdır”. Çünki 

ifadəsi sillogizm olan məntiqi zərurət həmişə ümumidən xüsusiyə gəlir, heç vaxt əksinə 

yox. Əksinə, gözönü dünyada (yəni önəgəlmələrin, təsəvvürlərin birinci sinfində) hər şey 

əslində  zəruridir  –nədənlik  qanununun  təsirilə  və  yalnız  kənardan  girən  refleksiya 

gözönü faktlara təsadüfi kimi (onları öz səbəbləri olmayan səbəblərlə müqayisə edərək) 

və ya təkcə elə həqiqi kimi (səbəb əlaqəsindən ümumiyyətlə yayındıraraq) qiymətləndirə 

bilər:  “həqiqilik”  sözünün  mənşəyinin  (kauzallıq  anlayışından)  özü  göstərdiyi  kimi, 

həqiqilik  anlayışı  təsəvvürlərin  yalnız  bu  sinfinə  tətbiq  edilə  biləndir.  Təsəvvürlərin 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

586 


 

                                                                                                                                                                                           

üçüncü  sinfində,  sırf  riyazi  intuisiyada  (çünki  biz  yalnızca  onun  hədlərində  qalacağıq) 

büsbütün  zərurət  çıxış  edir;  burada  da  mümkünlük  yalnız  refleksiya  anlayışlarına 

münasibətdən ortaya çıxır: məsələn “üçbucaq –düzbucaqlı, korbucaqlı, bərabəryanlı ola 

bilər”, –“toplandıqda iki düz bucağa bərabər olan üç bucağı olmalıdır”. Beləliklə, burada 

biz mümkünlüyə yalnız gözönüdən yayınmışa keçmək yolu ilə nail oluruq. 

Ümidliyəm  ki,  yuxarıda  deyilənlərdən  sonra  kafi  əsas  qanunu  barədə  traktatda, 

eləcə  də  bu  əsərin  I  kitabında  söylənənlərlə  bağlı  cədvəldə  göstərilən  mühakimə 

formalarının əsl və xeyli müxtəlif mənşələri, habelə Kantın onların izahı üçün dərrakənin 

on  iki  xüsusi  funksiyasını  qəbul  etməsinin  mümkünsüzlüyü  və  tam  altıboşluğu  barədə 

sonrakı  şübhələr  qalmayacaqdır.  Bu  əsassızlıq  artıq  elə-belə  ayrıca  və  səthi 

müşahidələrdən  də  görünür.  Məsələn,  yalnız  simmetriyaya  olan  sevgi  və  onun  bələdçi 

ipinə  etimad  etiraf  etməyə  vadar  edə  bilər  ki,  guya  iqrari  (təsdiqləyici),  kateqorik  və 

assertorik  mühakimələr  –o  qədər  fərqli  şeylərdir  ki,  onlardan  hər  biri  üçün  dərrakənin 

xüsusi bir funksiyasının qəbul edilməsi hüququnu verirlər. 

Kateqoriyalara  dair  təlimin  altıboşluğu  Kantın  özündə  də  üzə  çıxır,  bu  isə  onun 

tərəfindən  ikinci  nəşrdə  əsas  müddəaların  analizinin  (phaenomena  et  noumena)  bu 

təlimin zəifliyini çox parlaq işığa çıxaran üçüncü bölməsindən bir neçə uzun yerin; 241, 

242, 244-246, 248-253-cü səh., buraxılmasından görünür. Beləki, səh. 241-də o deyir ki, 

ayrı-ayrı  kateqoriyaları  müəyyən  etməmişdir,  o  onları  heç  təyin  edə  də  bilməzdi,  çünki 

onlar heç bir təyinə gəlmirlər; bu zaman o unudur ki, elə həmin I nəşrin 82-ci səh-də o 

bəyan etmişdir ki, “onu verə bilsə də, kateqoriyaların tərifini qəsdən buraxır”. Beləliklə, 

bu  –  sit  venia  verbo    –  yelə,  havaya  deyilmiş  sözdür.  Sonuncu  yerisə  o,  2-ci  nəşrdə 

saxlamışdır. Belə olan surətdə sonradan tədbirli şəkildə buraxılmış bütün bu yerlər ona 

dəlalət edir ki, kateqoriyalar altında heç bir müəyyən şey düşünülmür və bütün bu təlim 

axsayır. 

Halbuki bu kateqoriyalar cədvəli hər cür metafizik və xüsusi elmi tədqiqat üçün bələdçi 

ip  olmalıdır  (  “Proleg.”,  §39).  Və  doğrudan  da,  o,  təkcə  bütün  Kant  fəlsəfəsinin  bazisi  və  artıq 

yuxarıda göstərdiyim kimi, onun simmetriyasının hər yerdə ona uyğun keçirildiyi şablon deyil, o 

birbaşa nəzərdən keçirdiyi hər şeyi üzərində indi bir qədər ətraflı dayanacağım zorakılıqla basıb 

saldığı  prokrust  yatağıdır.  Və  əgər  Kant  belə  hərəkət  edibsə,  təqlidçilərin  qul  sürüsünün– 



imitatores, servum pecus-un nələrə qədər gəlib çıxdığını təsəvvür etmək olar! Biz gördük nələrə. 

Bu zorakılıq, deməli, bu cür icra olunur: mühakimə və kateqoriyaların rubrikaları, formaları olan 

ifadələrin  mənasını  bir  kənara  qoyur  və  unudurlar,  və  yalnızca  elə  ifadələrin  özlərindən  tutub 

dururlar.  Sonuncuların  mənbəyi  qismən  Aristotelin  analitikasındadır,  Analyt.  Priori,  I,  23  (περι 

ποιοτητοσ  και  ποςοτητος  των  του  ςυλλογιςμου  ορων  –  sillogizm  terminlərinin  keyfiyyəti  və 

miqdarı  barədə):  amma  onlar  necə  gəldi  götürülüblər:  axı  anlayışların  həcmini  kəmiyyət, 

miqdardan başqa özgə bir sözlə də işarələmək olardı, hərçənd ki, sonuncu qalan kateqoriyaların 

adlarından  daha  çox  öz  anlayışına  cavab  verir.  Artıq  kəmiyyət,  yəqin  ki,  keyfiyyəti  kəmiyyətə 

qarşı  qoymaq  vərdişi  ilə  seçilmişdir,  çünki  iqrar  və  inkarın  işarələnməsi  üçün  o  xeyli  dərəcədə 

ixtiyari  olaraq  götürülmüşdür.  Halbuki  Kant,  söhbət  onda  nədən  gedir  getsin,  məkan  və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

587 


 

                                                                                                                                                                                           

zamandakı  bütün  kəmiyyətləri  və  şeylərin  fiziki,  mənəvi  və  s.  keyfiyyətlərini,  bu  şeylər  və  bu 

rubrikalar  arasında  mühakimə  və  təfəkkür  formalarından  savayı  ümumi  heç  nə  olmasa  da, 

kəmiyyət və keyfiyyət kateqoriyaları rubrikaları altına gətirir. Bu cür cımalara (priyomlara) qarşı 

etirazını  kəskin  ifadələrlə  bildirməmək  üçün  Kantın  başqa  cəhətlərdən  doğurduğu  bütün 

ehtiramı köməyə çağırmaq lazım gəlir. Sonrakı nümunəni bizə təbiətibilmənin (təbiətşünaslığın) 

ümumi əsasqoymalarının sırf fizioloji cədvəli verir. Doğrudan da, mühakimələrin miqdarı ilə hər 

cür  baxışın  ekstensiv  kəmiyyətə  malik  olması  arasında  nə  ümumilik  var?  Yaxud  da 

mühakimələrin  keyfiyyəti  ilə  hər  cür  duyğunun  dərəcəyə  malik  olması  arasında?  Birincisi 

məkanın  bizim  xarici  intuisiyamızın  forması  olmasına  əsaslanır,  sonuncusa  hiss  üzvlərimizin 

xassələri üzərində müşahidədən götürülən empirik, bundan da artıq, sırf subyektiv qavrayışdır. 

Daha  sonra,  rasional  psixologiya  üçün  əsas  verən  cədvəldə  (  “Xal.  zək.  tənq.”,  344,  V,  402), 

keyfiyyət  kateqoriyası  altında  qəlbin  sadəliyi(könlüsayalıq)  yerləşdirilir,  halbuki  bu  xassə  sırf 

miqdaridir  və  mühakimədə  onun  iqrara  və  ya  inkara  heç  bir  aidiyyatı  yoxdur.  Keyfiyyət 

rubrikasısa  qəlbin  birliyilə  doldurulur,  bu  isə  artıq  elə  onun  sadəliyindən  ibarətdir.  Sonra 

modallıq  artıq  birbaşa  komik  surətdə  işə  cəlb  edilir,  yəni  məhz:  qəlb(can,  doğ,  ruh)  ki  var,  o 

mümkün  predmetlərə  münasibətdədir,  –  belə  baxanda  “münasibət”  elə  münasibət 

kateqoriyasına  aid  olmalı  idi,  amma  sonuncu  artıq  substansionallıq  tərəfindən  tutulmuşdur. 

Daha  sonra,  antinomiyalara  material  verən  dörd  kosmoloji  ideya  da  kateqoriyalar  rubrikasına 

müncər  edilir,  bu  barədə  aşağıda,  antinomiyaların  tənqidində.  Bir  neçə  başqa  misalı  (bu 

mümkünsə,  daha  da  kəskin)  “Praktiki  zəkanın  tənqidi”ndə  azadlıq  (!)  kateqoriyaları  cədvəli, 

daha  sonra,  “Mühakimə  qabiliyyətinin tənqidi”ndə  –  dörd  kateqoriya  üzrə  zövq  mühakiməsini 

aparan  birinci  kitab  və  nəhayət,  birbaşa  kateqoriyalar  cədvəli  üzrə  biçilmiş  “  Təbiətibilmənin 

metafizik əsas başlanğıcları” təqdim edirlər ki, elə bu da, yəqin ki, orada və burada bu mühüm 

əsərin əsl və aşırı gözəl məzmununa qatışan yanlışlığın əsas səbəbidir. 

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin