Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
604
özlüyündə, bütöv və hissələri arasında zaman münasibəti yoxdur: əslində onlar bir-birini özarası
şərtləndirir və həmişə bir yerdə mövcud olurlar, –yalnız onların hər ikisi mövcud olduğundan
məkanlı-uzanıqlılıq göz qarşısında olur. Ona görə Kantın tezisə aid qeydindəki “məkanı
Compozitum (mürəkkəblik) deyil, Totum (bütövlük) adlandırmaq lazımdır” və s. sözləri qavranıla
bilənə çevrilmiş məkandan başqa bir şey olmayan materiyaya da tətbiq oluna biləndir. – Digər
tərəfdən, antitezisin materiyanın sonunsuz bölünənliyi iddiası mübahisəsiz və a priori olaraq
onun doldurduğu məkanın bölünənliyindən irəli gəlir. Bu müddəaya qarşı deyiləsi heç nə yoxdur:
ona görə Kant 513; V, 541 səh-də, bu dəfə αςικοσ λογοσ-un müvəkkili kimi deyil, ciddi və öz
adından danışdığı yerdə onu obyektiv həqiqət olaraq ortaya qoyur; eynilə də “Təbiətibilmənin
metafizik əsas başlanğıcları” nda (səh. 108, I nəşr) “materiyanın sonsuzadək bölünənliyi” tezisi,
şəksiz bir həqiqət olaraq, o özü dinamikanın dördüncü teoremində şərh və sübut edildikdən
sonra mexanikanın birinci teoreminin əsasına qoyulur. Antinomiyadasa Kant antitezisin isbatını,
antitezisin aşkarlığı tezisin sofizmlərini lazımi aydınlığa çıxarmasın deyə, hiyləgərcəsinə şərhin
dolaşıqlığı və lazımsız söz yığını ilə qəsdən korlayır. – Atomlar heç də zəkanın zəruri fikri deyillər,
sadəcə cisimlərin xüsusi çəkisindəki fərqin izahı üçün hipotezdir. Amma bu fərqin başqa cür,
atomistikanın etdiyindən daha yaxşı və sadə izahının olduğunu Kantın özü özünün
“Təbiətibilmənin metafizik əsas başlanğıcları”nda, ona qədərsə Pristli (“On matter and spirit”,
sect. I) göstərmişdir; Və hətta Aristoteldə də bu fikrə aid göstərgələr tapmaq olar (Phys. IV, 9).
Üçüncü tezis üçün arqument çox incə bir sofizmdir; o, zatən, bütün xalisliyi və tamlığında
Kantın yalançı zəka prinsipidir. O, səbəblər sırasının sonluluğunu o şeydən sübut edir ki, yetərli
olmaq üçün səbəb, baş verən halın və ya təsirin irəli gəldiyi şərtlərin bütün toplusunu
içəriləməlidir. Səbəb olan bir halda eyni zamanda verilmiş təyinlərin (bəlliləmələrin) bu tamlığı
altına arqument elə onun nəticəsində bu halın gerçəkləşmiş olduğu səbəblər sırasının tamlığını
soxuşdurur: tamlıq – bitkinliyi, sonuncusa – sonluluğu nəzərdə tutduğundan, arqument buradan
hansısa birinci, sıranı bitirən və bununla yanaşı şərtlənmiş olmayan səbəbi çıxarır. Təhrif
aşkardır.
A halını B halnın yetərli səbəbi kimi düşünmək üçün mən nəzərdə tutur, fərz edirəm ki, o
(A halı) , mövcudluqları ilə qaçılmaz olaraq B halı doğurulan müvafiq təyinlərin tamlığını
içəriləyir. Bununla mənim bir yetərli səbəb olaraq ona tələbim tam ödənilir və A-nın özünün
necə, nə sayaq gerçəkləşdiyi məsələsinə qətiyyən toxunmur: sonuncu sual fikirlərin tam başqa
bir sırasına aiddir, – o, o zaman ortaya çıxır ki, mən A halını artıq bir səbəb kimi deyil, təsir kimi
nəzərdən keçirirəm, özü də hər hansı bir başqa hal ona, onun özünün B-yə olduğu münasibətdə
olmalıdır. Bu zaman səbəb və təsirlər sırasının sonluluğunun və deməli, hansısa ilk başlanğıcın
önşərt olması heç yerdə zəruri kimi çıxış etmir ( indiki anın varlığının əsla zamanın özünün
başlanğıcı olmasını şərt qoymadığı, nəzərdə tutmadığı kimi), yalnız düşünən fərdin atilliyi
üzündən yaradılır. –Beləliklə, tamamilə düzgün deyil ki, guya bu önşərt yetərli əsas olaraq səbəb
anlayışının özündə var, –bu tezislə üst-üstə düşən kantsayağı zəka prinsipinin təhlili zamanı mən
yuxarıda bunu narınca göstərmişəm. Bu yalançı tezisin izahı üçün Kant insaf göstərib
şərtlənməmiş başlanğıc nümunəsi kimi stuldan qalxmağı (qeyddə) gətirmir: doğrudan da,
stuldan motivsiz olaraq durmaq kürənin səbəbsiz diyirlənməsi qədər mümkünsüz deyil! Kantın,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
605
yəqin ki, öz zəifliyinin dərkinin ona təlqin etdiyi qədim filosoflara isnadına gəldikdəsə, mən onun
əsassızlığını, artıq heç hindusları demirəm, Okell Lukandan, eleylilərdən və s. misallarla sübut
etməyi artıq sayıram. Antitezisin arqumentasiyasına qarşısa, əvvəlki halda olduğu kimi, heç bir
etirazım yoxdur.
Dördüncü ziddiyyət, dediyim kimi, üçüncü ilə eynidir. Eynilə bu cür tezisin isbatı da,
özlüyündə oradakı kimidir. Onun guya hər bir şərtlənmişin tam və bu səbəbdən də şərtsiz ilə
bitən şərtlər sırasını nəzərdə tutması barədə iddiası qəti inkar edilməli olan petitio principii-dir.
Hər cür şərtlənmiş şey yalnız və yalnız öz şərtini nəzərdə tutur: sonuncununda, öz növbəsində,
şərtlənmiş olması – birinci ilə bilavasitə bağlı olmayan başqa bir məsələdir.
Antinomiyanın müəyyən bir görünən gerçəkliyə malik olmasını danmaq olmaz; amma
hər halda diqqətçəkəndir ki, Kant fəlsəfəsinin heç bir hissəsi bu xeyli paradoksal təlim kimi bu
qədər az etirazla üzləşməmiş, hətta üstəlik, bu qədər şöhrət tapmamışdır. Az qala bütün fəlsəfi
fraksiya və rəhbərliklər ona böyük önəm verir, onu təkrarlayır və işləyib inkişaf etdirirlər, halbuki
Kantın az qala bütün qalan nəzəriyyələri hücumlara məruz qalmışdır: bu da azmış kimi, hətta
transsendental estetikanı belə rədd edən ayrı-ayrı kütbaşlar da var idi. Antinomiyanın
qarşılaşdığı yekdil qəbulsa, düşünmək lazımdır, onunla izah olunur ki, bəziləri üçün o bəndə
baxmaq xoşdur ki, orada dərrakə eyni zamanda həm mövcud olan, həm də olmayan nəsə bir
şeylə üz-üzə qalaraq dayanmalı olur və belə olan surətdə onlar burada qarşılarında həqiqətən
Filadelfinin lixtenberq nəşrləri vərəqindəki altıncı fokusuna malik olmuş olurlar.
Daha sonra gələn, öz əsl mənasında götürülmüş olaraq, kosmoloji ziddiyyətin həlli heç
də Kantın göstərdiyi şey deyil: o, mübahisəni o kəşflə heç də həll etmir ki, birinci və ikinci
ziddiyyətdə hər iki tərəf yanlış önşərtlərdən çıxış edərək, haqsız, üçüncü və dördüncüdəsə –
haqlıdırlar; əslində o, məzmunlarının izahı yolu ilə antitezislərin izahıdır.
Bu həlldə, hər şeydən öncə, Kant düzgün olmayaraq iddia edir ki, guya hər iki tərəf
yuxarı hökmdən, o fərzetmədən çıxış edir ki, şərtlənmişlə birgə onun şərtlərinin bitmiş (deməli,
qapalı) sırası da verilir. Zira bu müddəa, Kantın zəka prinsipi yalnız tezisin təsdiqlərinin
əsasındadır, antitezissə onu qətiyyətlə inkar edir və elə məhz əksini iddia edir. Kant hər iki tərəfi
o gümanda günahlandırır ki, guya dünya öz-özünə, onun dərkedilənliyindən və bunun
formalarından asılı olmayaraq mövcuddur: amma yenə də bu fərzetmə də tezis olur, antitezisin
iddialarının əsasındasa o tamamilə yoxdur, –hətta birbaşa onlarla bir araya sığmazdır. Çünki
sonsuz sıra anlayışına onun tam verilmiş olması birbaşa ziddir: bu cür anlayışın mühüm əlaməti
odur ki, o həmişə yalnız onun keçməsinə münasibətdə mövcuddur, ondan bağımsız şəkildə yox.
Əksinə, bəlli sərhədlərin olmasını fərzetmədə müstəqil və ölçülməsi aktından asılı olmayaraq,
mövcud olan bütövün də fərz edilməsi var. Beləliklə, yalnız tezis nəsə özlüyündə müstəqil, yəni
hər cür dərkədək verilmiş və idrakın ona nəsə hazır bir şey kimi yaxınlaşdığı bütöv dünya
barədə yanlış güman irəli sürür. Antitezissə lap başlanğıcdan bu iddia ilə çarpışır: zira onun
sadəcə əsas qanununa görə iddia etdiyi sıralar sonsuzluğu yalnız reqres (enmə) baş verdiyi
dərəcədə mövcud ola bilər, ondan asılı olmayaraq yox. Hər bir obyekt subyekti nəzərdə tutduğu
kimi, eynilə bu cür də “şərtlərin sonsuz zənciri” kimi təyin edilmiş obyekt də zəruri surətdə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
606
subyektdə ona uyğun idrak növünü, bu zəncirin həlqələrinin durmadan keçməsini nəzərdə tutur.
Amma bu, Kantın dəfələrlə “Dünyanın böyüklüyünün sonsuzluğu yalnız reqres vasitəsilə
mövcuddur, ona qədər yox” fikrini təkrarlayaraq ziddiyyətin həlli kimi verdiyi şeydir. Beləliklə,
ziddiyyətin onun tərəfindən həlli antitezisin xeyrinə olan həlldir, o antitezisin ki, onun iddia
edilməsində tezisin iddiası ilə əsla bir araya gəlməz dərəcədə həqiqət var. Əgər antitezis iddia
etsəydi ki, dünya əsaslar və nəticələrin sonsuz sırasından ibarətdir, amma bu zaman o reqressiv
sıralı təsəvvürdən asılı olmayaraq, yəni öz-özünə mövcuddur və beləliklə verilmiş bir bütövdür,
– onda, bu halda, o təkcə tezisə deyil, özünə də zidd olmuş olardı; çünki sonsuz bir tam kimi
verilə bilməz, göz qarşısından sonsuz keçmirsə, sonsuz sıra, bir tamı təşkil edən hüdudsuzluq ola
bilməz.
Artıq Aristotel öyrədirdi ki, sonsuzluq actu, yəni gerçəklikdə verilə bilməz, yalnız
potentia, imkanda verilə bilər: “sonsuz həqiqətdə mövcud ola bilməz...mümkün deyil ki, sonsuz
həqiqi kimi mövcud olsun” (Metaph. K., 10); daha sonra: “Gerçəklikdə sonsuz mövcud deyil,
yalnız imkanda və məhz bölünmədə mövcuddur” (“De generat. et corrupt.”, I, 3). Bu fikri o, Phys.
III. 5, 6-da, müəyyən dərəcədə bütün antinomik ziddiyyətlərin tam düzgün həllini verdiyi yerdə
ətraflı inkişaf etdirir. Ona xas lakonikliklə o antinomiyaları şərh edir və sonra deyir: “Bu vasitəçi
(ςιαιτητου)” tələb edir, sonra o, o mənada həll təklif edir ki, dünyanın həm məkandakı, həm də
zamandakı və bölünənlikdəki sonsuzluğu reqresə və ya proqresədək deyil, onun özündə
mövcuddur. Beləliklə, bu həqiqət artıq sonsuzun düzgün dərk edilmiş anlayışında var və biz
hansı qəbildən olursa-olsun, sonsuzu reqresdən asılı olmayan nəsə obyektiv verilmiş və hazır bir
şey kimi düşünməyi mümkün sayanda öz-özümüzü anlamırıq.
Əgər, əksinə, çıxış nöqtəsi kimi Kantın ziddiyyətin həllini onda gördüyü şeyi götürsək,
məhz elə antitezisin təsdiqinə gəlib çıxarıq. Yəni məhz: əgər dünya şərtsiz bütöv deyilsə və öz-
özünə görə deyil, təsəvvürdə mövcuddursa və ondakı əsas və nəticə sıraları müvafiq
təsəvvürlərin reqresinədək deyil, yalnız elə bu reqres vasitəsilə mövcuddursa, onda o, dünya
müəyyən və sonlu sıralardan ibarət ola bilməz, çünki belə olan halda onların bəlliliyi və
məhdudluğu yalnız sonradan bu məsələyə qatılmış olan təsəvvürdən asılı olmuş olmazdılar: yox,
onun bütün sıraları sonsuz olmalıdır, yəni heç bir təsəvvür tərəfindən sonuna çatıla bilən
olmamalıdır.
506; V, 534-cü səh. Kant hər iki tərəfin əsassızlığından təzahürlərin transsendental
ideallığını çıxarır və deyir: “Dünya öz-özlüyündə mövcud bir tamdırsa, o ya sonlu, ya da sonsuz
olmalıdır”. Amma bu düz deyil: öz-özlüyündə mövcud olan tam heç cür sonsuz ola bilməz. Bu
ideallığı daha düzü dünya sıralarının sonsuzluğundan gələrək isbat etmək lazımdır – bu surətlə:
dünyadakı əsas və nəticələr sırasının sonu yoxdursa, dünya tam ola, təsəvvürdən bağımsız verilə
bilməz: çünki sonsuz sıralar sonsuz reqresi nəzərdə tutduğu kimi, bu cür tam da həmişə bəlli
sərhədləri nəzərdə tutur; buna görə sıraların sonsuzluğu əsas və nəticənin forması ilə,
sonuncusa – subyektin dərk edilmə üsulu ilə təyin edilməlidir; deməli, dərk edildiyi kimi dünya
yalnız subyektin təsəvvüründə mövcuddur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
607
Ziddiyyətin onun tərəfindən tənqidi həllinin əslində antitezisin xeyrinə bir hökm
olduğunu Kantın dərk edib-etmədiyini qəti deyə bilmərəm. Zira bu Şellinqin çox sərrastcasına
haradasa “Kantın uyğunlaşma sistemi” adlandırdığı şeyin bu qədər uzağa gedib-getmədiyindən
asılıdır, – yaxud da Kantın ruhu artıq şüursuzcasına burada öz vaxtı və mühitinin təsirinə
uyğunlaşmışdır.
* * *
Predmeti azadlıq ideyası olan üçüncü antinomiyanın həlli xüsusi araşdırma tələb edir,
çünki bizimçün xeyli vacibdir ki, məhz burada, azadlıq ideyasına dair Kant, indiyədək yalnız arxa
planda gözə dəyən özündə şey barədə daha ətraflı danışmağa məcburdur. Özündə şeydə iradəni
tanıdıqdan, qəbul etdikdən sonra bizimçün bu tam aydındır. Ümumiyyətlə Kantın fəlsəfəsinin
mənim fəlsəfəmə gəlib çıxdığı və ya mənim fəlsəfəmin Kantınkından şaxələndiyi yer, məqam
buradadır. “Xalis zəkanın tənqidi”nin 536 və 537; V, 564, 565 səh-də deyilənlər diqqətlə oxunsa
və bu yer “Mühakimə qabiliyyətinin tənqidi”nə, 3-cü nəşrin 18 və 19-cu və Rozenkrans nəşrinin
13-cü səh., birbaşa “Azadlıq anlayışı öz obyektini fikri baxışda deyil, öz obyektində (axı bu elə
iradədir!) təsəvvür oluna bilən edə bilər; əksinə, təbiət anlayışı öz predmetini özündə şey kimi
yox, usbaxışında (fikri baxışda) önə gələn edə bilər” deyildiyi girişlə müqayisə edilsə, buna tam
əmin olmaq olar. Xüsusilə də “Proleqomenlər”in 53-cü §-da antinomiyanın həlli barədə oxumaq
və özündən soruşmaq lazımdır ki, bütün bu deyilənlər orada açarını mənim təlimim verdiyi bir
müəmma, tapmaca kimi səslənmirmi. Kant fikirlərini sona yetirməmişdir: mənsə yalnız onun
işini sona çatdırmışam. Ona görə mən Kantın yalnızca insan təzahürü barədə dediklərini – ondan
bircə dərəcələrinə görə fərqlənən olaraq ümumiyyətlə bütün təzahürlərə aid etmişəm: mən
onların məğzinin nəsə mütləq bir şey, yəni iradə olması barədə həqiqəti onlara şamil etmişəm.
Bu baxışın Kantın məkan, zaman və nədənliyin ideallığı barədə təlimilə birləşmədə nə qədər bar
verən olduğusa əsərimdən aşkar olur.
Kant bir dəfə də olsun özündə şeyi xüsusi bir izahın və ya səlis bir deduksiyasının
predmeti etməmişdir. Bu anlayışı işlətdiyi hər dəfə o, ona belə bir ussonucu etmə yolu gəlir ki,
təzahür, yəni görünən dünya hansısa təzahür olmayan və buna görə də mümkün təcrübəyə aid
olmayan bir ağılseyri, ağılla dərk olunan səbəbə malik olmalıdır. Və o bunu o şeyi durmadan
iddia etdikdən sonra edir ki, kateqoriyalardan, deməli, həm də nədənlik kateqoriyasından
istifadə büsbütün mümkün təcrübəyə tətbiqlə məhduddur, kateqoriyalar – hüdudlarından
kənarda heç bir önəm kəsb etmədikləri hissi dünyanın hadisələrini heca-heca, hissə-hissə
oxumağa xidmət edən xalis dərrakə formalarıdır, – bunun da ardımında o, onların təcrübədən
ötədə, o tayda olan şeylərə tətbiqini ən ciddi şəkildə yasaq edirdi və bütün əvvəlki ehkamçılığı
haqlı olaraq bu qanunun pozulması ilə izah və bununla yanaşı da darmadağın edirdi. Kantın
burada yol verdiyi ağlasığmaz qeyri-ardıcıllıq artıq onun ilk əleyhdarlarının nəzərinə çarpmış və
fəlsəfəsinin cavab verə bilmədiyi hücumların hədəfinə çevrilmişdi. Zira düzdür, biz a priori bizə
məlum olan və hər cür təcrübəyədək nədənlik qanununu hiss orqanlarımızda duyulan
dəyişikliklərə tətbiq edirik: amma elə buna görə də o – elə bu duyğular kimi də subyektiv
mənşəlidir və deməli, özündə şeyə gətirib çıxara bilməz. Həqiqət ondadır ki, təsəvvür yolunda
onun hüdudlarından kənara çıxmaq olmaz: o – qapalı bir tamdır və sərəncamında elə bir ip, sap
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
608
yoxdur ki, onunla özündə şeyin ondan toto genere fərqli özlüyünə gedib çatmaq mümkün olsun.
Biz əgər yalnız təsəvvür edən varlıqlar olsaydıq, özündə şeyə gedən yol bizimçün tam bağlı
olmuş olardı. Və yalnız öz varlığımızın başqa bir tərəfi şeylərin başqa bir tərəfinə bizə yol açır.
Mən də bu yolla getdim. Öz yasağına rəğmən Kantın özündə şeyə dair sonuca gəlməsi bəlli
dərəcədə aşağıdakı mülahizə ilə özünü doğruldur. Həqiqət bunu tələb etdiyi kimi, o, obyektin
subyektlə və əksinə birbaşa və qəti şəkildə şərtlənmiş olduğunu nəzərdə tutmur: o düşünür ki,
yalnız obyektin təzahür üsulunun özü subyektin buna görə artıq a priori dərk olunan idrak
formaları ilə şərtlənir. Bunun əksinə olaraq a posteriori dərk olunan hər şey onunçün artıq yalnız
bu, a priori verilmiş formalardan keçərək təzahürə, hadisəyə çevrilən özündə şeyin bilavasitə
təsiridir. Bu cür baxış bəlli dərəcədə o şeyin necə, hansı şəkildə Kantdan gizli qaldığını izah edir
ki, artıq “obyekt olmaq” təzahürün formasına aiddir və obyektin təzahür üsulunun subyektin
idrak formaları ilə olduğu dərəcədə “subyekt olmaq” vasitəsilə şərtlənmişdir, deməli, əgər
özündə şeyi qəbul etsək, o, Kantın həmişə hesab etdiyi kimi, əsla obyekt ola bilməz, təsəvvürdən
(yəni idrak və dərkolunanlıqdan) toto genere fərqli bir sahədə olmalı və demək, obyektlərin
özarası əlaqəsini təyin edən qanunların rəhbərliyilə ona dair ən az nəticə çıxarmaq olar.
Kantda özündə şeyin təsbitinin başına nədənlik qanununun apriorluğunun başına gələn
əhvalat gəlmişdir: hər iki təlim doğrudur, amma sübut üsulları yanlışdır; beləliklə, onlar yanlış
hökmlərdən edilən düzgün ussonuculardır. Mən hər ikisini saxlayıram, amma onları tam başqa
və doğru bir üsulla əsaslandırıram.
Özündə şeyi mən bicliklə almıram və onu istisna edən qanunlar üzrə ona dair nəticə
çıxarmıram, çünki onlar artıq onun təzahürünə aiddirlər; mən ümumiyyətlə ona hansısa dolayı
yollarla gedib çatmıram, onu bilavasitə olduğu yerdə – hər kəsə öz şəxsi təzahürünün özündəsi
kimi bilavasitə açılan iradədə təsbit edirəm.
Öz şəxsi iradəsinin bu bilavasitə dərki, anlaşımı məhz o mənbədir ki, insan şüurundakı
azadlıq anlayışı ondan meydana çıxır: zira, əlbəttə, dünyanın əsasını qoyan qüvvə, özündə şey
kimi iradə əsas qanunundan, onunla yanaşı isə hər cür zərurətdən azaddır, – deməli, o, tam
müstəqil, azad və hətta hər şeyə qadirdir. Amma bu yalnız özündə şey kimi iradəyə aiddir, onun
təzahürlərinə, zamandakı təzahürləri olaraq onun özü tərəfindən dəyişilməz olaraq təyin olunan
fərdlərə yox. Amma adi, fəlsəfə ilə nurlandırılmamış şüurda iradə onun təzahürü ilə qarışdırılır
və yalnız ona məxsus olan şey onun təzahürünə aid edilir ki, bunun da ardımında fərdin şərtsiz
azadlığı illüziyası yaranır. Buna görə Spinozanın bu sözləri tam haqlıdır: atılmış daşın şüuru
olsaydı, o, öz istəyi ilə uçduğunu düşünərdi. Zira, əlbəttə, daşın da özlüyü elə həmin azad
iradədir, amma bütün təzahürlərində olduğu kimi burada da o, daş şəklində üzə çıxır, – artıq
tam təyin edilmiş olan bu iradə. Hərçənd ki, bütün bunlar barədə artıq bu əsərin əsas hissəsində
yetərincə danışılmışdır.
Hər bir insan şüurunda azadlıq anlayışının bu bilavasitə ortaya çıxmasını nəzərdən
keçirərək, Kant zəkanın – həmişə axtardığı şərtsizin azadlıq anlayışının hipostaz edilməsinə əsas
verməsinə dair hansısa xeyli incə bir əqli baxışı (533; V, 561) onun mənbəyinə çevirir, – və artıq
bu transsendent azadlıq ideyası onun praktiki anlayışının əsası olur. Amma “praktiki zəkanın
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
609
tənqidi”ndə (§ 6, səh., 185-4-cü, 235–Rozenkrans nəşrinin) bu sonuncu anlayışı başqa cür –
onun kateqorik imperativ tərəfindən nəzərdə tutulmasından çıxarır; beləliklə, bu nəzərdə
tutmanın məqsədləri üçün adı çəkilən spekulyativ (ağılseyri) ideya azadlıq anlayışının yalnız ilkin
mənbəyidir, – buradasa o, həqiqi məna və tətbiq qazanır. Amma hər ikisi düz deyil. Zira fərdin
ayrı-ayrı əməllərində tam azadlığı illüziyası heç vaxt düşüncələrlə məşğul olmamış ən az mədəni
adamlarda ən güclüdür və deməli, heç bir əqli baxışa əsaslanmır (onu çox vaxt sonuncuya
calasalar da). Əksinə, ondan yalnız filosoflar azaddırlar, özü də ki, onlardan ən dərinləri, eləcə də
daha çox düşünən və maarifli kilsə ataları.
Beləliklə, deyilənlərə uyğun olaraq, azadlıq anlayışının mənbəyi əsla bir ussonucu (əqli
nəticə) deyil –nə spekulyativ şərtsiz səbəb ideyasından, nə də ki, bu anlayışın kateqorik
imperativ tərəfindən nəzərdə tutulmasından: yox, o, bilavasitə hər kəsin özünü birbaşa iradə,
yəni özündə şey olaraq, öz forması kimi əsas qanununa malik olmayan və heç nədən asılı
olmayan, əksinə, hər şeyi özündən asılı olan bir şey kimi dərk etdiyi şüurdan irəli gəlir; amma bu
hər kəs fəlsəfi tənqid və refleksiyaya yabançı olaraq, özünü bu iradənin artıq zaman formasına
daxil olmuş və müəyyən bir təzahürü, demək olar ki, həyat iradəsindən gələn bir iradə aktı kimi
fərqləndirmir və buna görə, bütün mövcudluğunu öz azadlığının bir aktı kimi qəbul etmək
əvəzinə sonuncunu özünün ayrı-ayrı əməllərində axtarır. Bu məsələ üzrə mən oxucuya iradə
azadlığı barədə əsərimə yön verirəm.
Əgər Kant – bunu burada bildirdiyi və göründüyü kini, əvvəlki hallarda təqdim etmək
istədiyi kimi –özündə şeyə yalnız ussonucu yolu ilə, özü də özü ilə ən böyük ziddiyyətdə və elə
özünün də ən ciddi şəkildə yasaq etmiş olduğu ussonucu yolu ilə gəlmişdirsə, onda bu necə də
təəccüblü bir üst-üstə düşmə olmuşdur ki, məhz burada, ilk dəfə özündə şeyə ən yaxın olduğu
və onun barəsində ən narınca danışdığı yerdə o dərhal onu iradə, –azad, dünyada yalnız zamanlı
hadisələrdə təzahür edən iradə olaraq qəbul etmişdir! Buna görə hesab edirəm ki, –bunu sübut
etmək mümkün olmasa da, –Kant, özündə şeydən danışaraq, hər dəfə öz ruhunun ən dərin
yerində özünə hesabat vermədən iradəni nəzərdə tutmuşdur. Bunun təsdiqi, mənim “Xalis
zəkanın tənqidi”nin 2-ci nəşrinə, səh. XXVII və XXVIII və əlavələrin Rozenkrans nəşrindəki səh.
677-dəki ön sözümdür.
Hərgah ki, məhz bu, yalançı üçüncü ziddiyyətin belə bir mənada nəzərdə tutulmuş həlli
Kanta onun fəlsəfəsinin ən dərin fikirlərinin çox gözəl ifadə olunmasına səbəb verir; – “Xalis
zəkanın antinomiyasının bütün altıncı bölməsində”, xüsusilə də nə vaxtsa insanlar tərəfindən
deyilmiş ən böyük şeylərə aid etdiyim empirik və mücərrəd (ağılla dərk edilən) xarakterlərin
fərqləndirilməsində (534-550; V, 562-578) (izah üçün “Praktiki zəkanın tənqidi”ndəki paralel
yerə, Rozenkrans nəşrinin 224-231-ci və 4-cü nəşrin 16-174-cü səh. bax) olduğu kimi. Xüsusən
buna görə əfsus ki, burada fikirlər öz yerində deyil: birincisi, onlar şərhlərinin göstərdiyi yolla
kəşf edilməmişlər və buna görə edildiyi sayaq yox, başqa cür çıxarış edilməli idilər; ikincisi, onlar
xatirinə deyilmiş olduqları məqsədi yerinə yetirmirlər, yəni yalançı antinomiyanı həll etmirlər.
Burada nədənlik kateqoriyasının hər cür təzahürdən kənarda artıq yetərincə pislənilmiş, qeyri-
ardıcıl istifadəsi yolu ilə təzahürdən onun usanlamlı (ağılla dərk edilən) əsasına – özündə şeyə
dair əqli nəticə çıxarılır. Belə bir özündə şey olaraq verilmiş hal üçün heç bir sonrakı mühakimə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |