Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

149

Əvvəllər də şəhid olub.

Ç ox Şəhidlər unudulub.

Gəlin bir də

Şəhidləri unutmayaq.

Şair


20  yanvar

hadisələrinin

ildönümü

münasibəti ilə yazdığı misralarında çəkdiyi

nigarançılığı-unutqanlığı

yenidən


millətinin

xalqının yadına salır,  hafizəsində yaddaşında

möhkəm olmağa çağırır:

Bir il keçdi…

Qarışdı göz yaşımıza.

Min illik yaddaşımıza.

Xiyabanın daşına bax.

Daşında göz yaşına bax.

Xiyabanda uyuyanlar

Daş sadaqda cərgələnmiş,

ox timsalı.

Qısılıblar bir-birinə.

Bu lal sükut deyir mənə:

Şəhidləri unutmayaq.

Dağ üstə dağ!

Dağüstü park.

Qırçın-qırçın, təpə-təpə,

Sözümüzdə olsun təpər.

Şəhidləri unutmayaq.

F.Sadıq


bu

gün


digər

işğal


olunmuş

torpaqlardakı Şəhidlər xiyabanlarının gələcəyi

üçün də narahatdır.  Unutqan xalqının təmiz

ürəyini,  kin -küdurətdən uzaq qəlbini,  düşmən



150

xəyanətini unudan,  içində kin saxlamayan xalq, 

düşməninin isə hiyləgər,  azğın olduğuna görə

narahatdır.

Şəhidlərin məzarlığı

Yenədəmi park olacaq?

Bir zaman olmuşdu axı,

Bəs nə oldu axırı,

Yaddaşımız yenədəmi

Yalanlara qərq olacaq.

Bir müddət olmuşdu axı.

Sonra açıldı paxırı.

         ("Yenədəmi")

F.Sadıq


dünya

görmüş


insandır.  Rus

imperialistlərinin yeritdiyi siyasət nəticəsində

körpəlikdən

bu

dünyanın



haqsızlıqlarıyla

kökləndi,  döyüldü,  söyüldü,  atasız böyüdü. 

Vurulan damğaların ucbatından gözdə,  könüldə

sevincini itirdi. Körpəlikdən ac, susuz qalıb, gecə-

gündüz çalışıb, gec də olsa atasının-vətənə layiq

bir vətəndaşın övladı olduğunu sübuta yetirdi. 

Yenicə gözündə yaş qurumuşdu ki,  yenə

amansız küləklər ocağına əsdi.  Əziz balası rus

şovinistlərinin qurbanı oldu.  Həmin əsən soyuq

ruzgarların o tərəfdən əsdiyini gördü, qəzəbləndi

və başına gələn bəlaların məkanına nifrət və

qəzəbini tökdü:

Bu bəlanın təməl daşı,

Gülüstanda qoyulubdu.

Bir gülüstan o zamandan


151

oyum-oyum oyulubdu.

Bu bəladan gəldi bizim başımıza

min bir bəla.

Bu bəlanın üstü ilə

gəlib çatdıq istiqbala.

-deyən

şair


fikrimizi

qara


20  yanvar

hadisəsinə,  Qarabağ dərdlərinə,  "kor ehtiyac

ucbatından

yurdundan

dərbədər

düşən


övladlardan,  "həftədə bir gələn xəbər"lərə,  bilə-

bilə təklənən,  "dənlə"nən vətən övladlarımızın

taleyinə uzanan qara əllərə yönəldir və ədavətə

qurban gedən övladının "perik düşmüş qərib

ruhu"  nun,  "bizdən güclü"  bildiyi hələ açılmamış

sirrlərin

açılacağı

gününün


doğma

yurda


dönəcəyi ümidini yaşayır.

"Şübhə və həqiqət"  şe'rində şair oğlunun

ölümündə Rusiyanın günahlandırır.  Şair bu

bəlaların Gülüstanda təməl daşı qoyulduğunu, bu

bəladan başımızın çox çəkdiyini,  bu bəlaların

üstündə gəlib çatdıq "istiqbala" deyir. 20 Yanvar, 

Qarabağ dərdlərində,  Qarabağ hadisələrində

onun əli olduğunu qorxmadan açıb. Bu dərdlərin

bəlaların,  içində balası da güdaza gedən-qürbət

dərdini də görür. O qürbət ki, ora Rusiyadır.

Orda-düşmən qapısında sevincdən yox, 

əsər-ətər,

Ad günlərin dumanında həftədə bir qara

xəbər.


152

O qara xəbərin biri də kövrək şairin

qapısınındır:

Erməniyə arxa duran dostu baxmır

haqqa-ədalətə

Bəlkə İlkin övladım da qurban gedib

ədavətə.

Şairin bu fikirlərində həqiqət var. Bəli, igid, iş

bilən,  əməksevər oğullarımızın qara tabutları

içərisində İlkin də var və onlar ədavətin

qurbanıdır.

F.Sadığın "Bir parça Vətən"  poemasının

mövzusu türk xalqlarının həyatından götürülsə

də, Azərbaycan türklərinin canında Mete geninin

izi var.  Onun bu əsərəinin mövzu və ideyası

haqqında Süleyman Əhmədlinin dedikləri yerinə

düşür:"Ümumiyyətlə, 

tarixi


dram

əsərinə


çevirmək çox məsulmiyyətlidir və bu sahədə

Azərbaycan dramaturgiyasının özünə məxsus

ənənəsi

vardır. 


İndiyə

qədər


əgər

dramaturgiyamız Azərbaycan-türk tarixinə daha

çox müraciət etmişlərsə, Fikrət Sadıq ümum türk

tarixini qələmə almış    və əsərdə şəxsi faciəni

milli,  milli faciəni isə bəşəri faciəyə çevirərək

uzun ömürlü bir səhnə əsəri yaratmışdır".  İndiki

gənc tamaşaçılar (keçmiş Qorki adına gənc

tamaşaçılar teatrı)  teatrında səhnəyə qoyulmuş

"Bir

parça


Vətən"  tamaşası Fikrət

Sadıq


sənətinin,  onun mövzu zənginliyinin,  yaradıcı

təxəyyülünün məhsuludur.



153

"Yanacağam günəş kimi"  şerində azadlıq

uğrunda döyüşən, bu yolda canını qurban verən

mübariz insanların arzu və istəkləri,  vətəndaşlıq

ideyaları toplanıb:

Nə qədər ki,

azadılğın qollarında zəncir durur.

Nə qədər ki,

həqiqəti üzə demək qorxuludur,

O vaxtadək

Nə yorğunluq, nə soyumaq.

Biləcəkdir mübarizəm.

Yanacağam günəş kimi.

F.Sadıq


vətəninin

şəhərinə, 

kəndinə, 

qəsəbəsinə işıq çəkərkən,  qəlbində bir işıq yeri

də qoyurdu ki,  bu da doğma vətənin guşələrinə

olan sevgi işığıdır.  Onun "Bakı"  şerində Vətənin

paytaxtı tərənnüm olunur.  Evləri "pillə- pillə" 

qalxan,  "küçələri dənizə axan"  Bakının hər

gecəsi kəhkəşanın-ulduzlu,  aylı gecənin bir

parçasına bənzəyir. Bakı günəş olsa da, olmasa

da,  nur saçsa da,  saçmasa da ögey deyil.  "A

mənim arzularımın,  ümidlərimin şəhəri"- deyib

vəsf etdiyi Bakının torpağı,  suyu da oddur, 

alovdur.  "Öz oduna sığınan"  şəhərinə şirin

xəyallarında tay gəzir, bənzərini axtarır.

F.Sadıq üçün vətən sərhəddən başlanır. 

"Sərhəddə səhər"  Fikrət Sadığın mənzum şerə

bənzəyən əsəridir. Poetik bir zənginliklə yazılmış, 

deyilmiş

bu

kəlmələr,  misralar



sərhədçiyə

154

ünvanlanıb.  "Sərhədçi!  Sərhəd çəpər deyil,  qala

deyil!  Çaşma,  sərhəddə dur,  amma sərhəddi

aşma.  Bil ki,  insan olmasaydı,  sərhəd də

olmazdı!  Qəbilə,  millət,  dövlət olmasaydı sərhəd

də olmazdı!  İndi ki,  sərhəd var,  onda möhkəm

dayan!  Nə qədər ki,  sən burda varsan,  dövlətin

müstəqildir!  Elə ki,  sən burda olmayacaqsan, 

bura başqa sərhədçilər gələcək,  onda vətən

müstəqil


olmayacaq".  Bu

isə


milyonlarla

Azərbaycan vətəndaşı kimi Fikrət Sadıq üçün də

böyük dərddir. Həzin, kövrək şair ürəyi buna tab

gətirə bilməz.  Ona görə də sərhədçi öz

qarşısında duran vəzifəni bilməlidir. "Sərhədin də

sərhədi var"  deyən şair ona durduğu yerdən o

yanda onun doğulduğu,  boya-başa çatdığı, 

üstündə yeridiyi,  doğması,  əzizləri yaşadığı, 

ulusu uyuduğu torpaq,  Vətən torpağı olduğunu

təkrar-təkrar xatırladır.  Fikrət Sadıq üçün o

torpaqda "doğma ocaq", ata yurdu, kəndi, şəhəri

var.  Bənövşəli,  laləli,  qərənfilli,  qızılgüllü,  süsən-

sünbüllü bağları,  bağçaları var;  gölləri,  dənizləri, 

dağları var.  Özünün dediyi kimi "Araz,  Kür, 

Girdiman,  Samur,  Şahdağ,  Babadağ,  Kəpəz, 

Murov kimi dağları"  var və neçə-neçə adını

şairanə çəkdiyi daş abidələr, söz abidələri var.

Şair sərhədçini etiyatlı olmağa səsələyir.  Və

deyir ki,  "sənin durduğun yer gözlə görünən

sərhəddir. 

Amma

dünyada


görünməyən

155

sərhədlər də var.  Ç ox sərhədçini bada verib bu

sərhədlər, sən də sərhədi keçmə heç!"

Şair sərhədçidən ayıq-sayıq olmağı tələb

edir.  Ondan ölkəsinə ancaq xeyir gətirənləri

buraxmağı,  yaxşılığı,  xeyirxahlığın gətirilməsini

rəva bilməyə çağırır,  narahat olur ki,"sənin

saqqızını oğurlayıb"  bu yana saqqız keçirərlər, 

"qoyma".

Şair sərhədçinin qan yaddaşını yada salır, 

Dədə Qorqud dövrünün sərhədçisindən görüb-

götürməyə çağırır.  Bəkil oğlu İmran ilk sərhədçi

idi,  şair "Bəkil oğlu İmranın başına nə gəldi"  -

deyə onun fikrini ona yönəldir ki,  Bəkilin ayağını

sındığını eşidən Təkur kafirləri sərhəddi keçmək

istəyəndə,  oğuz yurduna basqın fikrinə düşəndə

Bəkildən dərs alan oğlu İmranı görür.  Gənc

İmranın təcrübəsiz olacağını düşünən kafirlər

məğlub edilir. İmran Təkuru atdan salıb sinəsinə

çökəndə Təkur ondan aman diləyir və "Yetmiş

bütxanamı sənin bir olan Allahına dəyişərəm, 

mənə aman ver" deyir və dönüb müsəlman olur. 

Şair bu günün sərhədçisindən o keçmiş şərəf və

ləyaqətin qorunmasını,  Bəkilin,  İmranın ləyaqətli

davamçısı olmasını nəsihət edir.

F.Sadıq gecənin zülmətinin bir işıqlı səhərlə

əvəz olunduğunu, sərhədçinin yuxusuz gecəsinin

müqəddəs amallara xidmət etdiyini alqışlayır, 

çəmənliyə,  otların üstünə sübh zamanı düşmüş

şeh damcıları,  bir damla göz yaşına bənzəyən



156

"şeh gətirmişdir"-deyir.  Şair bu sərhəd səhərini

lirik bir dillə sərhədçinin taleyindən,  vəzifəsindən

ayırmır:  "Özünə,  balalarına yem axtaran quşlar

sərhədi o yan,  bu yana keçsə onlara dəymə! 

Səhər bu yana keçir qoy keçsin! Günəş bu yana

keçir,  qoy keçsin!  Külək bu yana keçir,  qoy

keçsin,  quşlar bu yana keçir qoy keçsin!  İntizar

baxışlar,  həsrət ümid keçir,  qoy keçsin,  onlara

toxunma…  Halal sənə söykənib,  halalın sərhədi

var. Sən halalı qoru"-deyirsə gənc sərhədçiyə bir

Dədə Qorqud öyüdünü çatdırırsa, ona düşmənini

öz adıyla da tanıtdırır:"Ermənini buraxma!  Şəri, 

yanğını, tüstünü, ölüm və qanı qoyma! Qoyma ki, 

düşmən sərhəd boyu irəliləsin.  Qapqara niyyəti

var onun".

Açılan nurlu səhərlərimizi zülmətə döndərmək

istəyənləri lənətləyib şair: "Allah sənə yar olsun!-

deyib Qorqud duasıyla salamladığı sərhədçini

vətəni,  sərhədi,  səhəri,  günəşi,  özünü qoru"-

deyə Ulu Tanrıya tapşırır.  Bu tapşırmada

yurduna, 

onun

igid


əsgərinə, 

dövlətinə, 

bayrağına,  gerbinə,  dilinə,  dininə hörmət etdiyi, 

müqəddəs saydığı bir vətəndaş sevgisi yaşayır. 

Hələ yaranmaqda olan müstəqil dövlətimizin yeni

sərhədçisinə verilən xeyir -dualardır.  "Sərhəddə

səhər"  yazısını ədəbi-bədii əsərlərin ən gözəl

nümunələrindən biri olduğunu xüsusilə qeyd

etmək istərdim.  Vətən,  torpaq,  millət sevgisi ilə


157

zəngin bu sətirlər Fikrət Sadıq dünyasından-

vətənə bağlılıqdan yaranıb.

"Azərbaycan sərhədçisinə bu günün sözünü

şair Fikrət Sadıq yazdı"  deyənlər fikirlərində

haqlıdırlar.  Fikrət Sadıq o sözü açıq yazdı, 

ürəklə,  mərdlik yerişiylə:"  səndən əvvəl,  illər

boyunca sərhədlərimizdə yad dayanardı.  Yad

ögeydi.  Yadın canı yanmaz sənə.  Sən bu

sərhədin ilkin,  doğma sərhədçisisən.  Doğma

sözünə fikir ver.  Döğma deyəndə dodaqlar

birləşir,  ögey deyəndə,  yad deyəndə dodaqlar

birləşmir.  Sən elin-obanın doğma sərhədçisisən. 

İndi sən dayanmısan sərhəddə"  bu vətən

sənindir, sən də bu Vətəninsən!". 

Şair sərhədçisinin yadına şanlı keçmişiylə

yanaşı,  son unutqanlıqlarını da salır.  Qəflət

yuxusundan onu oyadan"Topxana meşəsində

kəsilən ağacların"  fəryadından oyanmayıb,  "hələ

mürgü döyən"lərimizin olduğundan narahatdır. 

Şair ona görə də "Sərhədçi,  amandır, sən sayıq

ol!  Oyaq ol!  Sən də yatsan bu millət heç

oyanmaz. Bu millətin bəxti heç nədə gətirməyib, 

heç olmasa sərhəd işimizdə gətirəydi."Bu saat

oyaq qalan -yerdə sənsən, göydə ulduzlar, Tanrı, 

bir də ki,  ümid!  Ümid deyəndə ev-ocaq yada

düşür".

Şair


keçmişimizi, 

qədim


döyüşçülərin

vuruşmalarda öldükləri yerdə dəfn edilmələrini, 

geri çəkilmək üçün,  arxada arx qazıldığını


158

sərhədçinin yadına salır:  "Gərək o Laçın

dəhlizində

qalaydı,  ordan

başlanır

Vətən, 


sərhədçi"-deyir.

Sərhədçi, sən kimsən, bu xalq, Vətən, torpaq

üçün !  Vətən qoruq yeridir,  sən qoruqçü,  Vətən

bağdır, sən çəpər, vətən qaladır, sən bir kərpici, 

Vətən dastandır,  sən bir sözü.  Sən bütün bu

deyilənləri unutmamalısan, sərhədçi!".

F.Sadığın bu deyimlərində bir dünya,  kainat

var, onun geniş ənginliklərində xəyalda, arzuların

qanadlarında zirvələri fəth edən,  qalaktikadan o

yana özünə,  yerinə,  dünyasına sirdaş axtaran

insan var.  İnsan həyatın,  alın yazısı var.  O alın

yazısına cənnət diyarlar,  dilbər guşələr düşən, 

lakin onun ağrı-acısını çəkən,  öz varını,  barının

özü yığıb-yığışdırılmağa imkan verilməyən, açıq, 

sidq ürəkli bir Azərbaycan övladı var.  O

Azərbaycan

övladı

ki,  onun



bu

dünyada


qonşusundan da ehtiyatlanmağa məcbur edən

səbəblər var.  O Azərbaycan övladının ondan

başı az bəlalar çəkməib.  Gözünün toxluğundan, 

qəlbinin saflığından, könül açıqlığından tülkü kimi

pusquda girəvə gözləyənlər nəsə umub həmsişə

və umacağına çatmaq üçün dönüb quduz

canavara

da.    Onun

ağrılarını

çəkmiş


Azərbaycan indi ayılmış, qanı, canı bahasına öz

müstəqilliyini

əldə

etmiş, 


Demokratik

Respublikasını qurmuş,  və bundan sonra da bu

müstəqillik yoluyla irəliləməkdə olduğu anlarda


159

da ehtiyatlı olmalıdır.  Onun öz ordusu,  öz

bayrağı,  öz dövləti,  öz dili var.  Eyni zamanda

onun işğal olunmuş Qarabağı,  Zəngilanı,  Qərbi, 

Şərqi

var.  Onları



geri

qaytarmaq

üçün

Azərbaycan əsgəri də vardır.  Bu gün artıq



müsəlləh bir əsgər kimi yetişməkdə olan

Azərbaycan əsgərinə şairin nəsihəti var,  ən

müqəddəs,  ən ali,  ən möhtəşəm,  ən gərəkli,  ən

vacib nəsihət.

Şairin əsərləri içərisində diqqətimizi cəlb edən

"Qərib at-Qəribə at" poeması bədii dəyərinə görə

şairin ən gözəl əsərlərindən biri sayıla bilər. Şair

əsərin əvvəlində yazır:"  Qərib at-Qəribə at"ı

yazanda bir işıq aradım ki, ona doğru gedim, bir

ümid istədim ki,  yolda qırılmasın,  bir sarban

axtardım ki,  dərd karvanımı çəkib aparsın.  Ç ox

gəzdim, çox oxudum. Bu günün və sabahın şairi, 

Şərqin böyük söz ustadı Şəhriyarın "Azərbaycan" 

şerinə rast gəldim.  Bu şeri haçansa tələbə ikən

müəllimim xalq şairi Bəxtiyar Vahabzadənin

təkidi ilə farscadan tərcümə etmişdim. 

Dedim,  qoy bu şer çağırsın "Qərib at-Qəribə

at"ı iki bölünmüş Ana yurda".

Bunları əsərin proloqu kimi götürmək olar. 

Əsər folklor motivləri ilə zəngindir.  Əsərin

qəhrəmanı atlı,  işıqçı Fəriddi.  Onun üzəngisinə

ayaq


qoyduğu

atın


adı

Qəribdir.  Türk-

Azərbaycan mifologiyasında at uğurlu,  düşərli

sayılır. Tarix boyu babalarımız atı qəhrəmanın



160

dostu,  silahdaşı saymışlar.  Qalın-qalın,  cilid-cilid

xalq dastanlarında,  nağıllarında ,  "Koroğlu"da, 

"Dədə Qorqud"da,  "Qaçaq Nəbi"də ,  "Qaçaq

Kərəm"də Qırat,  Dürat,  Göydəmir,  Boz at,  Boz

ayğır kimi atlar olub.  Fikrət Sadığın qəhrəmanın

atının adı Qərib atdır və o at digər atlardan

seçilir. Onun sələflərinə oxşar cəhətləri ilə yanaşı

özünəməxsus xüsusiyyətləri var.

Bu qərib atın

Nə ley kimi uçmağı,

Nə ceyran kimi qaçmağı,

Nə düşmən başı gəmirməyi,

Nə ağzından od saçmağı vardı.

Nə ipək yalı,

Nə ulduz-ulduz xalı,

Nə zər baftalı yəhəri,

Nə qızıl üzəngisi,

Nə əşrəfidən nalı vardı.

O şairin dediyi kimi "nağıldan gəlmə"mişdi. 

Onun adı kimi görkəmindən də bir qəribəlik

yağırdı.  Şair onun qəribliyini taleyinə ikiyə

bölünmək,  bir-birinin qəribinə çevrilmək düşmüş

yurdunun o tayından gəlməsində görür.

Bəlkə də nağılın o tayından,

Lap o taydan gəlmişdi.

Gəlmişdi bir xalqın

Birləşmək ümidi,

Bir də qırılanda.

Bir sevincin gözü kor olanda.



161

O Qərib at Azərbaycan xalqının - "gözü kor

olan sevinci"  yaşayan başıbəlalı xalqın ağrı-

acısını çəkən atdır.  O qərib atın sinəsinə çalın-

çarpaz dağ çəkilib. Bir ürəyin ortasından çəkilmiş

sərhəd tikanlarının göynərtisini yaşayan atdır,  o

taylı-bu taylı Azərbaycanın dərd-sərini sinəsində

gəzdirən atdır.

Qərib at

Gecələr yaralı quş kimi

Çırpır özünü

Sərhəd tikanlarına.

Qanadır sinəsini, dizini.

O,  Qərib atda o taylı-bu taylı Azərbaycan

xalqının dərdi qəmi ümumiləşib.  O taydan-bu

taya gedib-gəlmək imkanlarını axtaran, keçilməz

sədlərin böyüklüyünü,  təhlükəsini duyanda,  əli

heç bir şeyə çatmayanda qəzəbindən "zəncir

çeynəyən"  oğulları kimi o da "qəzəbindən yeri

eşir ovum-ovum".

O,  hər dəfə özünü oda,  közə vurub sərhəd

məftillərinə yaxınlaşanda qanayan sinəsindən, 

dizindən

çox


sərhədçilər

tərəfindən

qovulmasından göynəyir.  Bəzən taleyin bu

amansızlığına boyun əyib kor-peşiman qayıdır, 

dayanıb

baxır,  "addım-addım"  hovur-hovur, 



həsrətlə geri boylana-boylana qayıdır və birdən " 

şimşək kimi yenidən çaxır",  qəzəbi aşır, "birdən-

birə yelə dönür,  tufan olur"  bu Qərib at şairin

misralarında:



162

Qayalığın arasından -daşlıqdan,

Misri qılınc timsalı

Sıyrılıb çıxır birdən.

Dördnala çaparaq, 

Çırpılır yenə

Sərhəd dirəyinə!

Dəyir qayıdır əks-səda kimi.

Qəhər boğur onu,

Ağlayır adam kimi.

Onu daşlara,  qayaya çırpan arzu,  istəkdir. 

Yolların qəfil bağlanması onu bu tayda qoydu. 

Beş aydır ki,  o at əzizini,  doğmasını gəzir. 

Doğması Maşallah onu gəzən kimi.  İş yerindən

Fəridə verilmiş bu Qəribə at öz qəribəliyini sanki

ona da hiss etdirir.  Fərid atın başını sağa

çəkəndə, at sola çəkir:

Axırda Fərid

başlı-başına

buraxdı atın başını.

Qərib at neçə kəndi-kəsəyi arxada qoyub, 

özünü bir neft buruğunun astanasına-taxta

körpünün yanına yetirir. Sanki "qapını döyürmüş

kimi"  döyəcləyir ayağını "didim-didim didilmiş

körpünün ayağına".  Sahibini haraylayır.  Bir vaxt

azmış,  indi isə evinə qayıtmış uşaq kimi sevinir

Qərib at. Ç ünki sahibi "Demokrat" Maşallah "dəli

kimi qaçdı körpüyə,  gözüm,  canım"  deyə-deyə. 

Uzaqdan onu tanımış,  ayrılıq həsrətinin acısını  


163

Qərib atdan az çəkməmiş Maşallahın heyrətini

həyəcansız oxumaq olmur:

"Bu at mənim atımdı.

Dünya ölüm-itimdi.

Beş aydır ayrılmışıq.

Vətən o tayda qalıb,

Biz bu tayda qalmışıq.

Bir-birimizdən uzaq,

Beş aydır mən onu axtarıram,

O da məni.

- İşə bir bax!

- Yazıya bir bax!

- -Varam çərxi -fələyin

birdən belə oyununa".

Maşallah qaçdı, sarıldı

Qərib atın boynuna!

Fikrət Sadıq bu görüş mənzərəsinin sanki

canlı şahidi olub. Bəlkə də o elə Fərid özüdür. Bir

atın yüyənini sağa çəkəndə sola döndüyünü, 

onun dərdini-sərini duyub,  başa düşmək üçün

şair qəlbi,  həssas qəlb sahibi lazımıydı ki, 

qəzəblənmədən,  hirslənmədən

səbrlə


atın

cilovunu buraxıb onun hara gedəcəyini görmək

üçün    arxasınca düşüb kəndlər,  ellər,  obalar

keçsin. Borsunlunu, Xanqərvəndi arxada qoysun, 

gəlib neft buruqlarına çıxsın.  O neft buruqlarına

ki,  Cənubi Azərbaycan ovladı olan,  "demokrat" 

adlanan Maşallahı - atın sahibini tapmasını

görsün və bu görüş səhnəni



164

Qardaş, orda olaydın kaş!

Görəydin ki, necə görüşür

Təbiətin iki dərdli övladı,

-deyə

dərdli-dərdli



söyləsin

gördüklərini. 

Onların axıtdıqları göz yaşlarının doğurduğu

təəssüfü,  nisgili belə çəkidə təsvir etsin,  ifadə

eləsin. Atın göz yaşına qarışan insanın göz yaşı-

içimizdə elə ağır oldu ki, 

Bu damla

Əyə bilməz onu.

Əgər tərəzinin o biri gözünə

Dünyanın


bütün

göz


yaşları

qoyula.


Hər düşən göz yaşları-damlalar

"cızıltıyla yandırdı yeri".

Qəriblik Astarasında qoyub gəldiyi və dönə-

dönə tapşırdığı bu Qərib at nələrə qadir imiş:

"Bərk saxlayın

qoruyun bu atı.

Bu at-vətən amanatı.

Araz amanatı.

Həsrət amanatı.

Bu at gəlib Naftalana çıxır.  Burda onu

arabalara qoşmaq,  boru üçün dirək daşımaq

istəsələr

həsrət


adlı

əzablarının

göynərtisindən

"ipə-sapa" 

yatmadığından, 

Mehtər onun başına gələnləri yaxşı bildiyindən

"onu

qoruyub. 



Keçmiş

Nobeldən


qalma

emalatxanada ona tövlə qurub.  Burda da Qərib



165

atın kişnərtisi,  fəryadı yoldan eləyirdi doğmanı, 

yadı!

Qapını bağladılar,



Qapını sındırdı.

Ayağını cidarladılar,

Kəndiri qırdı.

Saxlaya bilmədilər

Onu yoldan.

At olasan belə inad olasan.

Kaş, belə inad ola insan!

Hər gecə Biləsuvara

Dəyib qayıtdı.

Dəli saydılar qərib atı.

Mantyor Fərid Naftalan- Tərtər üzrə xəttə

çıxanda Qəribdən başqa tövlədə at olmadığından

Mehtər onu verməli olur və Qərib atın dilini bilən

bir insan kimi onu Fəridə tapşırır: " muğayat ol"-

deyir və bildirir ki:

İnsan kimi dil bilir bu at,

Vətən həsrəti çəkir bu at.

Qəribə atdı bu at.

Qərib atdı bu at.

Bil Fərid!

Bunun iki mənzili var:

Gündüz tövlə.

Gecə sərhəd.

Fərid o gün qırıq telefon xətlərini birləşdirə

bilməsə də, iki həsrətlini bir-birilə birləşdirməkdə, 

onları bir-birinə qovuşdurmaqda əli olan xeyirxah



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin