DAĞLAR MÖVZUSU
Fikrət Sadıq yaradıcılığında insan, ağac,
təbiət hər biri bir obrazdır. Şair bəzən bu
obrazları vəsf edir, bəzən onlardan incik,
183
gileylidir, bəzən bu obrazlar fəlsəfi dünyasının
qəhrəmanlarıdır. Bütün bunlar kimi Dağlar da
şairin yaradıcılığında bir mövzudur.
Gördüyü, gəzdiyi, seyrinə çıxdığı, məftunu
olduğu dağlar şairin daxili aləmindən, keçirdiyi
sıxıntılardan bəhs etmək üçün bir motiv deyil,
əksinə, dağ şairə bəzən kədər, bəzən sevinc,
ucalıq bəxş edir.
Bir zamanlar "ətəyi laləli", "qayası şəlaləli" bir
dağı yağan leysan yağışlar yuyub aparmış, onun
"sahmanı dağıl"mışdır. Gördüyü mənzərə şairn
qəlbində kədər oyadır. "Yeri düzənlik olmuş"
dağa şairin baxmağa ürəyi gəlmir. "Yumdum
gözlərimi, baxa bilmədim" deyən şair dağın belə
qətrə-qətrə əriməsinə başqa bir poetik don
geyindirir, açıb-ağartmadığı "yerində özü boyda
dağ qal"dığı dağın mənzərəsində, görünüşündə
bir məna gəzir. Ç ünki bu qayalı meşələr, düzlü
dağlar gəzməkdən yorulmadığı, baxdıqca heyran
olduğu səfalı yerlərdir. Şair
Anamın ayağına
Düşüb öpdüyüm kimi
Öpdüm ətəyinizdən-
-dediyi dağların qəlbinə verdiyi işığı, nuru
tərənnüm edir. Dağların mənzərələri şairin daxili
əhval-ruhiyyələri ilə bağlı şəkildə tərənnüm
olunur.
184
Bəzən
dərd
içini
yandıranda, qəzəbini
coşduranda,
sinəsini
düşmənə
kin-nifrətlə
dolduranda şair səbrini daha basa bilmir:
Silkələn, uçul, dağıl,
Zalımların başına.
Sənmi həsrət qoymusan,
Qardaşı-qardaşına.
Eyham, istehza, kinayə dolu bu misralarda
şair düşmənini tanıdığını bildirir. Millətin başına
gətirilən müsibətlərin səbəbkarlarını lənətləyir.
Şair üçün bir böyük dərd də vardır. Bu
Azərbaycanın qismətinə yazılan Kür, Araz,
Qoşqar, Savalan, Camış, Murov, Vedidir. Araz
onun köksünü yarıb sinəsinin üstündən keçir. Kür
dərd dolu, bulanıq axır. Vedi Dəlidağa, Murova
həsrətlə baxır. Savalanın başından duman əskik
olmur. Dağlar bir-birinə sərhəddimi, arxadımı,
yoxsa Azərbaycanın içində böyüyən dərddimi
görən? Budur şairi düşündürən.
"Dərdli
sərhəd
dağları,
yolları
bağlı"
olmağından
nigaran
şairin
yaradıcılığında
"dağlar" mövzusu vətəndaş şairin torpağının,
dövlətinin, millətinin
taleyinə
biganə
qala
bilməyən, işğal altında inləyən Şuşanı, Qarabağı,
Ağdamı, Zəngilanı, Cəbrayılı-adını çəkməydiyim
neçə-neçə eli-obası talanan, çapılan torpağın
əzablarını canının ağrısı kimi qəbul edən Fikrət
Sadıq dünyasını açıb tökmək üçün bədii
priyomdur.
185
Dağlar
bəzən
şairə
öz
daxili-mənəvi
duyğularını da tərənnüm etməyə imkan verir.
Şair:
Nahaq güvənmişəm mən sizə
dağlar.
Demə üstünüzü qar alacaqdır.
Hardan biləydim ki, bu ayrılıq
var.
Sevginin ocağı qaralacaqdır.
Belə bir möcüzə görməmişəm
mən.
Gəlin hali edin məni bu sirdən.
Kimin xəyalına gələrdi birdən,
Qartallı dağları sar alacaqdır.
Dağlar
bəzən
şairin
güvənc
yeridir.
Gəncliyinin ən coşqun çağında yazılmış bu şerdə
dağlar şairin sevdiyi, inandığı, arxalandığı bir
gözəldən gördüyü vəfasızlığı, sınıq könlünün
əzablarını daha təsirli, bədii cəhətdən qüvvətli
verilməsi üçün yararlandığı vasitədir. Şairin
güvəndiyi, amma bu güvəncində yanıldığı dağlar
şairin sevgisidir. Dağlar kimi vüqarlı, əzəmətli
bildiyi sevgisinə güvənməkdə yanılmış lirik
qəhrəmanın keçirdiyi hisslər poetik bir dillə verilir.
Şair sevgisini "qartallı dağlara" bənzədir. Bu
qartallı dağların üstünü "sar" (ayrılıq, hicran)
alması onu kədərləndirir. Keçirdiyi narahatçılıq,
iztirablar lirik bir dillə tərənüm olunur.
186
Ümumiyyətlə,
"dağlar"
istər
xalq
ədəbiyyatiının, istərsə də yazılı ədəbiyyatın ən
çox müraciət etdiyi mövzudur. Dağ yazılı
ədəbiyyatda lirik qəhrəmanın pənah apardığı,
həyatdan,
vəfasız
sevgilisindən,
öz
zəmanəsindən şikayət etdiyi, müraciət etdiyi bir
predmetdir.
"Dağlar" Qafqaz və Azərbaycan poeziyasında
ən çox müracət edilən mövzu olsa da, onun ən
gözəl nümunələrini yaradan şairlərimiz arasında
Fikrət Sadığın da öz yeri, öz dəsti-xətti var.
Ədəbiyyatımızın
mərdlik, vüqar, əzəmət
simvolu olan dağ şairin "Dağlar" şerində dərdlidir,
"sinəsi dağlı dağlar"dır, "Yolları bağlı dağlar"dır.
Sizə nə deyim sizdən -deyə müraciət etdiyi, üz
tutduğu dağın həsrətinə, kədərinə öz dərdi,
kədəri kimi baxır, şair elə bil keçirdiyi vətən, yurd
ağrı-acılıarını ifadə edir:
Bu gözəl yerlər gərək
Kədərli olmayaydı.
Güneydəki bənövşə
Qüzeydəki lalənin
Həsrətini çəkərək,
Saralıb solmayaydı.
Bu
dərdli, yaralı
dağda
Azərbaycanın
sinəsinə vurulan, Güneyə, Qüzeyə parçalanan
bir-birinə həsrət doğmaların göz yaşı var. Bu
"Necədir o yan dağlar" sorğusunda Murovun bu
üzünün o üzündəki Kəlbəcər, Zəngilan, Göyçə,
187
Vedi həsrətinin açdığı yaraların göynərtisi, iniltisi
var. Şair bu həsrətə, dərdə ürək yanğısıyla
yanaşdığından:
Güclə ayrı salınan,
Qardaşının halına,
Alış dağlar, yan dağlar!-deyir.
Hələ vüqarını, əzəmətini qoruyub saxlayan,
hələ dizini düşmən önündə qatlamayan, hələ
doğmalarına ürək-dirək verəcək görkəmlə üzü
bəri baxan qayaları, qalalı dağları şair düşmənə
boyun əyməməyə, dərdi-səri unutmağa, "yetim
uşaqlar kimi" bir-birinə qısılıb durmamağa, ətalət
zəncirini qırıb dağıtmağa çağırır. Bir-birinin
çiyninə qısılıb qalan bu dağları mübarizəyə
qalxmağa, olum-ölüm
mübarizə
meydanına
atılmağa
səslədiyi
dağlarının
timsalında
Azərbaycan
torpağının
tikanlı
məftillərdən
təmizlənib
azadlığa, müstəqilliyə
qovuşdura
biləcək igid oğullara müraciətdir:
Əzab olarmı bunca,
Vətəni ayırınca,
Odlara qalan, dağlar.
("Dağlar")
F. Sadığın "Dağlar" şerində bir bayatılılıq var.
"Hələ şifahi xalq ədəbiyyatımızın ilk nümunələri
olan bayatılarda dağlar bəzən ilahi bir qüvvə,
əfsanəvi bir varlıq, bəzən insana arxa və
sığınacaq, bəzən də dəhşətli və qorxulu bir varlıq
188
şəklində bədii təsvir və müraciət obyekti kimi
diqqəti cəlb edir"
Məsələn:
Bu dağlar ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir qərib ölmüş
Göy kişnər, bulud ağlar.
F. Sadığın bu misraları da bayatıya bənzəyir.
Dərdli sərhəd dağları,
Sinəsi dağlı dağlar.
Cığırları tikanlı
Yolları bağlı dağlar.
Dağlar həmişə xalq dastanında qəhramanın
üz tutduğu yerdir. Yazılı ədəbiyyatda Nizamidən
üzü bəri dağlar poetik obyektə çevrilir. Bu gün
dağ və onunla bağlı obrazlar bəzən Vətənin
simvolu kimi, hami, sirdaş, arxa, insanların,
təbiətin əzizi kimi poetikləşdirir, qara, topa-topa
yağış buludları "zəmilərin, bağların üstündən
ağır-ağır" keçərək, sanki təbiətin suya olan
ehtiyacını duymayaraq, bəlkə də "saymazyana"
keçərək öz yağışını dağlara boşaldır. Dağlar isə
buludların "mərhəmət" saydığı bu yaxşılığı "
comərdliklə qarşılayır, dağlar buludların əksinə
olaraq,
Dağlar dözməyir bu namərdliyə,
Yağışı qətrə-qətrə,
Zərrə-zərrə yığıb bir yerə,
Axıdır aşağı,
189
Axıdır paxıl buludların
Əsirgədiyi düzlərə.
("Dağların böyüklüyü")
Bu
şerdə
dağların
böyüklüyü
onun
mərdliyində,
haqqı-ədaləti,
düzlüyü
uca
tutmasındadır. İnsanların cəmiyyətdə dağların bu
"etibarından", "ədalətliyindən" yararlanması üçün
çox şey var. İnsanlıq rəmzi kimi ümumiləşdirilən
"dağ" insanın həyat yolunu konkretləşdirir, Bu
poetik
parçalarda
şair
buludlarla
dağları
özünəməxsus bir şəkildə insana yaxınlaşdırır.
Dağlar vüqarlı, curətli, mərd insan qədər böyük
və ülvidir.
"Qızıl dağlar ölkəsində " bağışlanan " dost
payı" da dağdır. Altayda dostları ona "ağır bir
dağ" bağışlayırlar, lirik qəhrəman gücü çatıb özü
ilə gətirə bilmədiyi bütöv bir dağdan iki qəlpə daş
götürə bilir. İki qəlpə çaxmaq daşı! "Bu iki qəlpə
çaxmaq daşında" olan güc, qüdrət, sehr, cadu
lirik qəhrəmana imkan verəcək ki:
Dara düşsəm,
Bir-birinə çaxacağam.
Dağlar, qayalar yeriyəcək,
Köməyimə Altaydan.
Belə bir sehr var,
Dost payında.
Şair "qızıl dağlar ölkəsi" adlı ərazini təsvir və
tərənnüm
etməklə
minillik
tariximizin
ən
öncəliklərinə qayıtmış olur.
190
Şair burada türkdilli xalqlarda əsas başlanğıc,
əcdad, kök kimi qəbul etdiyi dağ məfhumunu
poetikləşdirir. Türk dilli xalqlar, o cümlədən
altaylar
dağ
ruhuna
inanmış, igid, cəsur
qəhrəmanı dağların yaratdığına inanmış, mifik
inamlarında bunu qoruyub saxlamışlar. İki qəlpə
çaxmaq daşı dağ ruhuyla ilişkəlidir. F.Sadıq bu
mifik duyuma bir müasirlik gətirməklə onların
işığında oğuz-türk-türkmən-altay birliyini, bir
kökə, inama tanımanı ümumiləşdirir M. Seyidov
"Azərbaycan xalqının soykökünü düşünərkən"
əsərində yazır: "Altay xalqının əski əfsanəsində
deyilir ki, Altay dağları öz yüksəkliklərinə,
görünüşlərinə görə çox gözəldir, onlar daşqına
qədər bahadırlar, igidlər idilər. Bu bahadırlardan
bir
sırası
valideynlərinin
və
başqalarının
ovsunundan dağa dönüblər. Daşqından sonra
elə ki, torpaq öz əvvəllki vəziyyətinə gəlir. O
bahadırları öz üzərində saxlaya bilir. Buna görə
də onların hamısı dağa dönüblər". .
F. Sadıq poetik bir şəkildə dost payı kimi
qəbul etdiyi o dağ ruhunda bir atanın övladlarını-
türk dünyasının İlkinliyini-əbədiliyini birliyə olan
meylini ümumiləşdirir. "Üç söz"də isə şair
"toxmaq", "tomraq" şəklində Azərbaycan, hind və
altayca işlənən bu sözün "dəstəkli balta-bıçaq"
mənasında işlənməsindən çox şair poetik bir dillə
fikrimizi bu sözün "qardaş" olduğuna yönəldir:
Bir-birinə bu qədər yaxın,
191
Bir-birindən bu qədər uzaq,
Üç qardaş sözə bax!
"Altay" şerində də şair Altayla Qafqaz dağları
arasındakı oxşarlığı, "Biçiktü" (Pitikli dağ) yazılı
dağları ilə Qobustan yazılı qayaları, Aygöllə-
Göygöl, Xatunsu-Bəysu qovuşduğu yer ilə Arazla
Kürün
qovuşduğu
Suqovuşan
arasındakı
oxşarlığı tərənnüm edərkən sanki türk övladının
qəlbinin incə tellərinə toxunmuş olur, onun
keçmişini, türk dünyasının birliyini, bütövlüyünü,
türk
qəbilə
birləşmələrinin
ilkin,
toplumsal
şəklində
yaşadığı
dövrü, onların
ardınca
yaşadıqları ərazini genişləndirməsi, maldarlıq,
həyat, məişət üçün yararlı ərazilərə köçmələrini,
köçdükləri
yerlərə
öz
doğma
ərazilərinə,
çaylarına oxşar adları da qoyması, bir kökdən
qopub, ayrılıb, dünya tarixinə öz şərəfli tarixini
yazması türk xalqlarını, eyni dilə, mədəniyyətə,
incəsənətə, mənəviyyata malik türk övladları
olduqlarını yada salır və F.Sadığın "qızıl dağlar
ölkəsi"nin
sakinləri
də
onların
doğmaları,
əzizləridir, onların-İlkin köçərilərin "hələ tarixin
iməkləyən
çağında" qurub-quraşdırdığı
bir
mühərriki təsvir edir:
Dirsəkli oxun qütbü-iki:
Yaylaq-qışlaq.
Dörd bölümlü iş;
Yaz, yay, payız, qış.
Dağdan çölə,
192
Ç öldən dağa:
Otlaqdan otlağa!
Şair burada türkdilli xalqlarda--Günbatan,
günçıxan tərəfləri yaylaq-qışlaq kimi təsvir edir.
Günəşə tapınan türkdilli xalqlar, o cümlədən
altaylar
maldarlıqla
mışğul
olduqlarından
yurdlarının da günçıxan tərəfdə salırdılar. Şair öz
sələflərinin məşğuliyyətinə, həyat şəraitinə, iqlim
dünyasına dərindən bələd olduğundan, dünyanın
hər yerinə səpələnmiş dili bir, kökü bir millətinin
hansı bölgədə, hansı səmtdə yaşamasından asılı
olmayaraq qoruyub saxladıqları milli bərabərliyi,
oxşarlığı tərənnüm edir. Birbaşa olmasa da
dolayı yolla ulu əcdadlarının qoyduğu qaydalara
əməl etmələrini tərənnüm edir.
Türk
xalqları
üçün
dağ
ucalığı
müqəddəslikdir. Ümumiyyətlə, ilkin dövrlərdə
türkdilli
xalqlar
dağların
əhatəsində
yaşadıqlarından dağı mifikləşdirmiş, ona Tanrı
xislətli bir məfhum kimi baxmış, özlərinin Dağ
Tanrısını yaratmışlar:"Sibirdəki türk xalqları, o
cümlədən altaylılar dağı öz ailələrini, soyadlarının
kökü, başlanğıcı, yardımçısı saymışlar. Altaylılar
dağı adətən insan şəklində təsəvvür etdiklərinə
görə onun ayrı-ayrı hissələrini insan bədəninə də
oxşadırdılar. Dağ-aru-tos- müqəddəs başlanğıc
sayıldığından onlara elə gəlirmiş ki, qəhrəmanlar
dağ ruhundan yaranmışlar.
193
Şair Altay-türk- qonağı olduğu ellərin adət-
ənənələrindəki, məşğuliyyətindəki, inamlarındakı
ona yaxın olan görüntüləri qələmə alır. Öz
kökünə, soyuna bağlı türkdilli Altaylıların dağlarla
əhatə olunmuş ərazilərdə bu gün də yaşamaqda
davam etməsi, maldarlıq məşğuliyyətləri, onların
övladlarının
da
öz
dağlarına
bəslədikləri
məhəbbəti könül oxşarlığıyla tərənnüm edir.
Oğuz türkləri kimi Altaylılar da hər bir çaya, dağa,
gölə, vadiyə
ad
verib
onları
yaşatmış,
müqəddəsləşdirmiş,
nəsilllərdən-nəsillərə
ötürmüşlər. Bu gün şairin Pitikli dağ-Qobustan,
Gümüşsu-İstisu, Aygöl-Göygöl, Xatunsu-Bəysu-
Kür-Araz adlarında gördüyü bənzərliklər, özü də
əsrləri adlayıb gələn bənzərliklərdir. Bunların yaşı
minilliklərdən də öncədir. Qədimdən üzü bəri
bütün dağ zirvələrinin sahibi hesab olunan Altay
ruhu
şairin
də
tərənnüm
etdiyi
ellərdə
müqəddəsdir. O hər şeyə qadir ruhdur. İnsanlara
qarşı xeyirxah olan bu ruh qışda tufan, çovğun
göndərib mal-qaranı məhv etmir, ovçuları ovsuz
qoymur. O, insanların dağdan çölə, çöldən dağa,
otlaqdan otlağa apardığı mal-qara, qoyun-quzu
sürülərinə otluq, bol yemlik nəsib edir. Onları
qoruyur. Yayda yaylağa, qışda qışlağa köç edən
bu yelərin insanları bolluq içərisində yaşayır,
lakin Altay ruhu pis insanları cəzalandıra da bilir.
İnsan onu unutduqda, şər əməlləri baş alıb
getdikdə, etibarsızlıq ucbatından onun lənətinə
194
də düçar ola bilər. Lap qədimdən qurub-
yaratdıqları dirəkli ox köçəri çobanlara imkan
verir ki, işini ehtiyatlı qursun, yaylağını, qışlağını
tanısın. Şair onların adət-ənənə və inamlarında
Azərbaycan türklərinin adət-ənənələrini görür,
inamlarını hiss edir. Qoşa çaylar-qovuşan çaylar:
Dəclə-Fərat
Qanq - Camma.
Ceyhun-Seyhun.
Kür-Araz,
Bəy-Xatun,
Bir-birindən xəbərsiz,
Beş Leyli-Məcnun.
-kimi
tərənnüm
olunur. Dünyanın
çox
yerlərində olan qoşa çaylar arasında məskən
salan insan onları sevib, onlardan "birləşməyi",
"Sel olmağı", "ulus olmağı-el olmağı" öyrənib. Bu
çaylar insanlara ilham verib, yaşamaq, sevmək
öyrədib. Bu çayların yaxasında həyat gül açıb,
insanlara çaylar öyrədib "bir-birinə qovuşmağı,
qoşalaşmağı", başdan-başa poetik zəngin fəlsəfi
duyğuların qol-qanad açıb pərvazlandığı və insan
qəlbini ehtizaza gətirən bu tərənnümlər Fikrət
Sadığın qələmində belə don geyinib. Elə
təvazökarcasına, elə sadəliklə, elə bir biçimlə
deyilib ki, elə bil elə öz əyninə tikilib. Bu misralar
harda yaşamasından asılı olmayaraq öz milli
mənəvi
dəyərlərinə
görə
elə
bizim
türk
dünyamızın
mənəvi
pasportudur.
Onu
195
Oğuznamələr, Dədə- Qorqudlar, Qədim türk
dastanları, zəngin poetik folklor nümunələri
nəsildən-nəsilə necə ötürübsə, o yerlərə verilən
adlar, o adlardakı onu yaradan, düzüb-qoşan
xalqın
mənəvi
zənginliyi
bədii
xəzinəsinin
məhsulu olduğu duyulur və Fikrət Sadıq da öz
dövrünün Dədə
Qorqudu kimi gördüklərini
yenidən varaqlara köçürür, uzunömürlüyünün -
bu millətin milli varlığının ilk qoruyucusu kimi
keşiyində
durur.
Dədə-baba
türklərimizin
məhəbbətlə suvardığı bu vadilər, qobular insan
məskənidir. İnsana əzəldən gərək olan su yeri,
torpaq yeri onu sevməyə səsləyib, özünü də
sevdirə bilib. Elə sevdirib ki, bu gün onun bir əl
boyda, bir qarış torpağını özününküləşdirəndə
dözmür, qana-qan deyir, şəhid verir, yiyə durur,
özündən güclü olan insan İblis, şeytan əməlli
qonşularına da artıq elə bir dərs verib ki, gec-tez
itirilənlərimiz də geri qaytarılacaq. Bir zamanlar
döyüş meydanlarında xaincəsinə öldürülən Turan
qəhrəmanlarından Alp Ər Tonqaya, onun igidlik,
mərdlik dolu həyatına xalq əvvəlki minilliyin U-U1
illərində necə ağılar demişsə, o ağılar bu gün də
xalq içərisindədir və bu xalq nə torpağını, nə o
sevdiyi torpağın yetirmələrini unutmur, sevincinə
toy-bayram
edir, kədərinə
ağlayır, çətinə
düşəndə səsinə səs verir və bu gün də şair bunu
istəyir, gəzdikcə ulularının torpağındakı adət-
ənənəni öz evində də görür, bu sevginin, bu
196
məhəbbətin mayasının hardan gəldiyini duyur, bu
doğmalıq isə onun şair ilhamını coşdurur.
Gördüklərini uşaq kimi sevinə-sevinə deyil, bir
müdrik
ağsaqqal
kimi,
özünəməxsus
şəxsiyyətinin
çəkisi
qədər
bir
zənginliklə
tərənnüm edir. İnsanın ən böyük varı-dövləti,
meyarsız çəkisi onun insanlığında, zəkasınnın
gücündə, düşüncə zənginliyində pərvəriş tapır.
İnsanı geyimiylə qəbul edib ağlıyla yola salan
kamil insan bilir ki, Fikrət Sadıq kimi insanların
varı-dövləti elə onun mənəvi zənginliyidir və
bunlar onun yaratdığı əsərlərində öz çəkisini
saxlayır. Bir şair ki, gördüyü, gəzdiyi türk
torpaqlarında
qorunub
saxlanan
ən
incə
detallarını bu dərəcədə dərindən bilir və onun
haqqı var öz mənsub olduğu xalqı öysün,
qələminə qüvvət, Ata!
Şair bu qoşa çayları "Bir cüt qaranquş"a, "bir
cüt sevgili"yə bənzədir və onun nəzərində "bu
çaylar bir -birinin dilini bilir". Dağ kimi türk
xalqlarında su da etiqad olunan, tapınılan varlıq
olduğunu şair gözəl bildiyindən türkün suya
bağlılığını
da
məhəbbətlə
tərənnüm
edir.
Könülisidici misralarla, şirin bir doğmalıqla vəsf
edir. Əski dünyası birliyi sevib, öz yurdunun,
özününkülərin qayğısına qalıb, ağıllıları birlikdə
olub, dəlisovlarının gücünü, təpərini xalq millət
naminə vuruşa yönəldib, birləşiblər, xoşluqla,
boşluqla, çəkişə-çəkişə, bərkiyiblər. Dünyaya
197
Hun imperiyasını, Osmanlı imperiyasını, Böyük
Daşqın dövrünə qədər mövcud olan şumer
dünyasının da izlərini qoyublar. Bəşəriyyət bu
həqiqətə göz yuma bilməz. İndiki türk dünyasının
ulu əcdadları olan şumerlərin Kramerin dediyi
kimi "Tarix şumerlərdən başlayır" bir tədqiqatçı,
tanınmış alimin gəldiyi tədqiqat işlərinin nəticəsi
kimi sübut etdiyi bu həqiqət nə qədər ört-basdır
edilməyə çalışılsa da, Günəşin nə qədər üstünü
qara buludlar örtməyə çalışsa da, o günəş doğan
kimi bu həqiqət də həmişə hansı yollla olur -olsun
həqiqət kimi qəbul edilir. Və bütün dünya xalqları
kimi türk xalqları da müasir sivilisasiyamızın sivil
dövlətləri kimi öz adlarını bu dünyanın tarix
kitabına yazıblar. Tarix isə pozulmazdır. Bütün
bu yüksəkliklərə isə türkün türkə qayğısıyla əldə
edilib. Bu qayğı çəkmək hissi onları birləşməyə,
birliyə doğru getməyə, onu qoruyub saxlamaqla
bir dövlət kimi formalaşmağa aparıb. Şairin
tərənnüm etdiyi o suqovuşanlarda məskunlaşan
türk xalqları məskunlaşdığı ərazini qorumağı, onu
sevməyi, ilahiləşdirməyi bacardığından, əski
vətən onqonu yaradıb. Türk xalqları yaşadıqları
ərazini,
yeri,
onun
təbii
gözəlliklərini
qiymətləndirməyi,
ona
itaət
etməyi,
ona
xoşbəxtlik, firavanlıq gətirən çölləri, düzləri,
çayları sevmək, bir-biriən yaxın dilibir xalqlarla
ünsiyyət saxlamaq, çətin işlərini asanlaşdırmaq,
dünyada insan kimi yaşamaq üçün birləşmək,
198
birlikdə olmaq qabiliyyəti aşılayıb. İnsan-türk
övladı təbiətin möcüzələri fövqündə özünü
tanıyıb, bütün canlılardan üstünlüyünü, qüdrətini
duyub, insanlığa qiymət verməyə başlayıb. Yer
üzünün əşrəfi insan onun nəzərində fövqaladə bir
qüdrət sahibi kimi vəsf edilib. İnsanlıq qiymətini
almağa başladıqca dünyada troya, səlib yürüşləri
yavaş-yavaş da olsa azalmağa başlayıb. İnsan
şüuru, düşüncəsi çox həlli olmayan məsələlri
açıb. Bu yolda türkün də öz dəsti-xətti olub. İnsan
məhəbbəti su, yurd, torpaq məhəbbətilə birləşib
insanı ali varlıq edib. İnsan Su Allahını, yurd
Tanrısını,
Məhəbbət
ilahəsini
yaradıb,
yaratdığında özünü tapıb, mifikləşdiridiyi bu
inamın işığında elə köklənib ki, dünyaya
Nizamilər, Füzulilər, Firdövsilər, Heredodlar,
Aristotellər… verib. Və zaman keçdikcə hər bir
xalq qadir olduğu işi görüb. İnsani duyğular
üstündə köklənən türk dünyası ilkin dünyasıyla
seçilib və bu seçimində bu gün də özünün
ilkinliyini qoruyub saxlayır.
F.Sadıq
bu
günün
insanıdır,
lakin
minilliklərdlən öncəki adət-ənənənin, məişətin,
ona əziz olan bir inamın işığında kökləyir
qələmini. Suya, torpağa bağlılıq bu gündə
yaşayırsa, hardan gəlib bu silinməz əbədi qayda-
qanunlar ki, adət-ənənələri, inamları belə
qoruyub? Türk xalqlarında su, yerlə bağlı tanrılar,
"vətən-yurd" məfhumu
yaranan
formalaşan
|