Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

313

bu mən, sən o -lar birləşmir ki,  insan deyilən bir

varlıq bu dünyada ancaq xoşbəxt yaşamaq

naminə düşünsün, yaratsın, qursun. Niyə? Niyə? 

Bu mən, sən, o -lar bir millət kimi, bir ailə kimi, bir

dövlət kimi lazımdır ki,  birləşsin.  Onsuz da bu

insan övladı bir-birinə zəncirlə bağlıdı;  həm

insanlıq nöqteyi-nəzərindən,  həm şüur,  həm

həyat naminə.  Elə isə tək insan heç bir şeyə

qadir deyilsə,  niyə o biriləri ilə birlik naminə

düşünmür?

Axı onun ayrılığı,  bir-birindən uzaqlığı bəşər

üçün müsibətdir,  fəlakətdir.  Şair bu tək-tüklərin

biriliyini istəyir,  bu birlik olsa,  xoşbəxt ailə, 

xoşbəxt millət, xoşbəxt dövlət və nəhayət, dünya

xoşbəxt olar. Niyə bunu istəmirik sən, mən, o?

Şair qəm çəkir ki,  "Mən"dən mənəmlik, 

mənimsəmək yaranıb.  "Sən"dən yetim qohum

nağılı qalıb.  O da yenə məchul,  naməlum".  Şair

onun


da

avara, 


sərgardan

qaldığından

narahatdır.  Bu mən-lər,  sən-lər,  o-lar milləti

bölüb, ayırıb:

Biz ola bilmirik hələ.

Bunun da bir illəti var.

Ç ünki can yandırmır Siz-lər

Baş götürüb qaçır Onlar.

Başdan-başa birlik,  bütövlük ideyası ilə

zəngin bu misralarla şair istəyir ki,  onun kimi

düşünənlər çox olsun. Ç oxluq, ideyalardakı birlik

şarin arzularına çəkilən hasarları,  sədləri vurub



314

yıxar.  Ç ünki bu birlikdəki,  çoxluqdakı qüvvəti bir

dəfə görmüşük və bu bir dəfədə biz 200  illik bir

istismar


zəncirini

qırıb


atmışıq,  dünyaya

görünməmiş bir mübarizə alovu ilə gəlmişik və bu

alovun istisində çoxları isindi,  açıldı,  şaxtasını, 

buzunu qırdı və XX əsrin sonlarını elə bir

mübarizə alovuna cəlb etdi ki,  bir-birinin ardınca

ən kiçik xalqlar da bu müstəqilliyin şirinliyini

dadıb mübarizəyə qalxdı.  Və nələr əldə edildisə

XX1  Əsrin birinci onilliyi indi onun nəticəsini

yaşayır.  Azərbaycan öz taleyini,  sərhədlərini

möhkəmlətmək,  ərazi bütövlüyünü təmin etmək

üçün indi o birliyi əlində çıraq tutub..  O çırağı

yandıranlardandır Fikrət Sadıq həmin o çırağın

işığına çağırır hamımızı.  Zamanın,  dövrün belə

çətinlikləri içərisində yaşadığımız bir vaxtda xalq, 

dövlət

qayğısı


çəkən, 

Dədə


Qorqud

babalarımızın qoyduğu bu yolla addımlayan

Fikrət Sadıqlara ehtiyacımız var bir millət kimi, 

onları Tanrı bizə çox görməsin

F.  Sadıq Vətəni sevən,  onun qayğılarını

yaşayan,  ehtiyaclarına bələd olan şairdir,  ruhən

xalqına bağlıdır,  onun ədəbiyyatını,  həyatını, 

güzəranın

yaxşı

bilir.  Onun



şifahi

xalq


ədəbiyyatından geniş istifadə etməsinin bir

cəhətidir

ki, 

yaşadığı


dövrün

tələb


ehtiyaclarını görür.  Fikrət Sadıq sələflərinin yolu

ilə gedir.  Vətən,  millət,  xalq mənafeyi naminə

düşündüyündən klassikləri kimi onu folklordan



315

götürdüyü çalarlarla zəngilləşdirir və istədiyi

gözəl sənət əsərini yaradır.

Şair hər şeydən narahatdır.  Güzəranı çətin

xalqından tutmuş təhlükə ocağına çevrilmiş

dünyasının taleyinədək- hər şeydən narahatdır. 

O nə istəyir onu şerinin mövzusuna çevirir. 

Təhsin Mütəllimov yazır:" Şair böyük vurğunluqla, 

əzmlə qurub-yaradan insanın qəhrəmanlığından, 

yaratmaq eşqindən danışır ("Metro fəhləsi"), 

xalqımızını tarixi abidələrini vəsf edir ("Qız

qalası"), 

ana

torpağın


halal

çörəyinin

müqəddəsliyindən

söhbət


açır

("Şirvan". 

"Ç örək"),  azad,  məsud yaşamağın nə böyük

səadət olduğunu bir daha xatırlayır və xatırladır". 

Fikrət Sadıq şerlərində qaçqınlıq ömrünü

yaşayan insanların taleyini yaşayır.  Didərginlik

damğası,  yurd həsrəti onu hər şeyini itirmiş

insana döndərir,  onları özü kimi duya bilir:  səbir

kasası daşmış, qocalıb əldən düşmüş insan qəlbi

nisgilli ölmək istəmir.  Onda "yanar torpağım, 

daşım"-deyir.  Çadıra mıx çalıb asdığı şəklin

arxasına vəsiyyətini yazıb.  O,  özünü arxalı

köpəklərin basdığı qurda bənzədir,  "namərd

təpikləriylə tapdalanan"  yurdam deyir.  Bu qış da

burda qalsa,  qarda,  çovğunda,  yağışda ağlını

itirməkdən, qəzəbinin selə dönəcəyindən, kininin-

küdurətinin coşub daşacağından qorxur.  Ona

görə o qoca qaçqın bu ağır gündən qurtuluşu

özümüzün

gücündə


axtarır."Dəyənək

316

götürməsək donuz darıdan çıxmaz"- deyir. 

Üzünü xalqına,  millətinə tutub məsləhətini verən

o qoca qaçqın vətəndaş millətini,  xalqını, 

torpağını sevən,  torpağı əlindən gedəndən

əzizlərinin dərdini-sərini duyan ürək sərrafı,  qəlb

sirdaşı,  içində Təbriz,  Qarabağ,  Göyçə dərdi

gəzdirən,  yaraları o qaçqın,  didərgin insanları

görüncə qövr eyləyən xalqın sözünü deyən, 

könlündən keçəni yazan şairin özüdür.  Bu təkcə

çadırdakıların dərdi deyil,  ümumxalq dərdidir.  O

dərdi el yığılıb yüngülləşdirməlidir,  onun yeganə

bir çarəsi var, o da qaçqın babanın dediklərindəki

həqiqətdir və onu anlamalıyıq,  papağımızı

qabağımıza qoyub fikirləşməli, bir iş görməliyik:

A mənim çadırdaşım!

A əzizim,  qardaşım.

Adi söz, xoş qılıqla

Torpaq qayıdır məgər?

İş belə getsə əgər,

Yenə bəlalar çəkər,

Bəlalar çəkən başım!

Qələbənin bir yolu var;  ayağa qalxıb,  silah

götürüb,  düşmən

üzərinə

getmək,  torpağı



yağmalayan düşmənə müharibə elan etmək, 

döyüşə girib qanımız-canımız bahasına da olsa

belə Qarabağ dərdinə əlac qılmalı, yurdsuzları öz

yurdlarına qaytarmalı,  nəm,  soyuq çadırlarda

çürüyən millətin həsrət yükünü çiynindən aşırıb, 

sevinc nəsib eləmək,  qol gücünə,  zor gücünə



317

düşmən


üzərində

qələbə


çalmaq,  onların

burnunu ovub,  bir dəfəlik ona kim olduğunu

göstərməliyik. Fikrət Sadıq bunu deyir;  gah

qəzəblə,  gah yalvarışla,  gah öyüdlə-nəsihətlə, 

gah qınaq içərisində deyir.

O bu sözləri deməyə bilmir,  dərdi yazmaya

bilmir.  O,  yazılanları görür,  o yalan təriflərə

dözmür,  millətin naləsini unudanları,  mənasız

şeylər yazanları,  xalqın başını qarışdıranları

görüb,  onları bağışlaya bilmir,  ona görə də

həqiqəti,  doğrunu yazır.  Acı da olsa o həqiqəti

istəyir


qoy

hamı


bilsin,  bir

çıxış


yolu

axtaranlardan olsun.  Düzün ortasında gördüyü

çadır,  o çadırdakı insanların gözlərindəki kədər, 

üst-başı şairin qələminə qüvvət verir.  Dünyanın

dərdi,  qayğısı,  millətin keçirdiyi hisslər,  gün-

güzəran,  ömrün əzabı,  varlı-yoxsul təbəqəsinə

bölünən dünya-İnsanın insana qənim kəsildiyi

dünya onu yazmağa vadar edir. Bu şöhrətli-şanlı

Vətənin "bilməmişik qədrini" deyir şair:

Dərd ərşə bülənd olub.

Zaman-zaman, dəfə-dəfə.

Para-para olduq, yetər.

Biz para-para olduqca,

Parça-parça oldu vətən!

Zəmanə şairin nəzərində hər şeyə əl atıb; 

ölçüləri də dəyişib zəmanə,  bazarı "gözbağlıca" 

meydanına çevirib,  bazar-alver məfhumları artıq


318

özünü dəyişib.  Alver al -sat olub.  "Ucuz alıb, 

baha satmaq" bizi hara aparıb çıxaracaq:

İnsaf itdi, mürvət batdı,

Al-sat bizi aldı satdı.

Varlıların varı artdı.

Yoxsulları sızlatdı bu.

Necə ki,  "Dərman"  şe'rində şair gördüklərini

qələmə alıb,  dərmana su qatana,  damcısından

oğurlayana Allahını unutmamağı məsləhət görür:

Yuxudan durub hər sabah,

Başını qaldır göyə bax.

Bəlkə də yada düşə Allah,

Şeytanı dost tutma bala!

Şairi

dərdə


salan

milləti


aldadan

bu

nadanların əməlidir,  özü də çirkin əməli,  axı



dərman bir dərdin çarəsidir.  Südə su qatıb

satıbsan, buğdaya vələmir, arpa qatıb satmısan, 

"ucuz alıb,  baha"  satıb baş kəsmisən,  alqı-

satqıda


çoxların

aldadıb-alçaltmısan, 

çəki

daşlarının içini oymusan,  nələrə əl atmamısan, 



bu alver "al- sat"qısında,  barı dərmana qıyma, 

İnsan!


Südə su qatdığın olub.

Dərmana su qatma, bala!

Can-dərmana umudludur,

Canı pula satma bala.

Əlli damcı hər şüşədən,

Əlli yığıb daş -baş edən.



319

Əl çək, bu alçaq peşədən,

Milləti aldatma bala.

Qara


Qarayevin

"Üçüncü


sinfoniyasını

dinlərkən" şair o musiqi sədalarında nəyi görmür; 

bu

musiqidə


Osvensim

fəryadını

duyur; 

dalğaların



parçalanmasını, 

"qayaların

ovulması"nı,  Dədə Qorqudun səsini,  Kərəmin

yanğısını,  bir tanış çiçəyin qoxusunu,  sevdiyi

doğma yurdunu duyur.  Eyni zamanda bu

sinfoniyada dünyası üçün narahat bir ürəiyn

çırpıntıları,  döyüntüləri eşidilir.  Böyük sənətkarın

yaratdığı bu gözəl sənət əsərinin şair Fikrət

sözlərdən rəsmini çəkir, tablosunu yaradır. İnsan

arzulardan sarayı olan dünyada şairlə bəstəkarın

arxalandığı ümidin çırağında yeriyir.

Onun


yaratdığı

əsərlərdə

böyüklüyünə, 

kiçikliyinə baxmayaraq böyük məna var. Hələ 60-

cı illərdən ədəbiyyata gəldiyi illərdə F.  Sadıq

özünə "cığır"  açıb.  Elə bir cığır ki,  o B. 

Vahabzadə demişkən "yalnız özü üçün deyil, 

başqaları üçün də yaşamaq"  naminə yaradıb, 

qurub.  Mirvarid Dilbazi

onun


yaradıcılığna

dərindən bələd olan bir xalq şairi kimi böyük

uzaqgörənliklə demişdir:" Fikrətin "Bulud", "Cığır" 

və xüsusilə xalq əfsanəsi əsasında yazdığı "Ana

əli"  poeması onun gələcəkdə yaxşı bir şair

olacağını göstərir."

"Oğul" 

pyesi


şairin

yaradıcılığında

özünəməxsus yer tutur.  Burada İkinci dünya


320

müharibəsinin dəhşətlərini, özündən sonra qoyub

getdiyi ağrı-acıları çəkən insanların mənəvi

iztirablarını,  övlad məhəbbətini ümumiləşdirir. 

Burada Toğrul kəndə işıq çəkməyə gələn gənc

işıqçılardan biridir.  Quram kişi gürcü xalqının

nümayəndəsidir.  Əsrlərlə

dostluq,  qardaşlıq

ideyalarına hörmət bəsləyən, mehriban qonşuluq

şəraitində yaşayan gürcü-azəri xalqının ən yaxşı

keyfiyyətlərini

özündə


cəmləşdirən

obrazlardandır. 

Oğlu

Nikonu


müharibədə

itirəndəndən ata təkdir.  Təsadüfən gördüyü

Toğrul onun Nikosuna oxşadığından bir ata

mehribanlığı ilə onu tez-tez görməyə gəlir və hər

dəfə də Nikoya bənzətdiyi Toğrul qoca kürcüyə

oğul mehribanlığı ilə yanaşır.  Toğrul qocanını

könlünü almaq,  dərdlərini yüngüllətmək üçün

Quram kişiyə,  onun gözüyaşlı ovlad həsrətli

qarısına tez-tez baş çəkir.  Sadə insanların

dostluğundan,  qardaşlığından bəhs edən bu

əsərdə bir-birinə bənzəyən insanların daxili istək

və arzuları üzə çıxır. İki xalqın bir-birinə bəslədiyi

bu

səmimi


münasibətlərin

kökü


dərindir. 

Kəsəmən kəndində bir az dost evində qonaq

qalan Quram kişi Toğrulu oğlu Nikoya bənzədir. 

Ondan


gördüyü

övladlıq


duyğularının, 

məhəbbətinin səmimiliyinə inamından Nikoya

bənzətdiyi Toğrulu öz övladı Niko kimi qəbul edir: 

"Eşit çöl,  siz də eşidin ulduzlar.  Sən də eşit, 

buruq,  sən də,  sən də ey səhər yeli…  ağ


321

yalanmış qara kağız,    oğlum sağdır,  sağ!  Dost

elində işıqçıdır.  Bir gün sabah sağ - salamat

qayıdacaq,  evimizə dönəcək.  Sağdır,  oğlum

sağdır."

Quram kişinin bu sözlərində onun övlad

itkisindən

doğan


mənəvi

sarsıntıları,  ona

bəslədiyi məhəbbəti yaşayır. Şair onun qəlbindən

keçən hissləri təsirli ifadələrlə verir.



322

MƏHƏBBƏT

Fikrət


Sadığın

məhəbbət


lirikası

da

bənzərsizdir.  Onun lirik qəhrəmanı özüdür. 



Saçına vaxtsız dən düşmüş,  dünyanın qayğıları

bəyaz əlini çəkmiş saçlarının vaxtsız ağarması

da şair üçün problem yaradıb. Əsrin dörddə birini

yaşamış,  gənclik illərini başa vurmamış,  hələ

sevilməmiş,  lakin sevdiyi gözəlin gözündə qoca

görünən şair öz fikir və duyğularını təsirli bir dillə

ifadə edir:

Baxıb oğrun-oğrun mənə gülən

qız.

Saçlarım ağsa da qoca deyiləm.



O saçlar sinəmə bir-bir çəkilən

Dərdsə də,  dağsa da qoca

deyiləm.

Onun lirik qəhrəmanı yarın vəfasızlığından

gileylidir.  O,  başqa cür sevgi,  həsrət ilə yaşayır. 

O istəyir ki, sevənlər həmişə bir-birinə can deyib, 



323

can eşitsin, hicrana dözmədiyini açıq ürəklə etiraf

etsin.  Onun sevdiyi insan isə lirik qəhərəmana

elə "yan" deyir və odur ki, aşiq yana- yana qalır. 

Bəzən lirik qəhərəman sevdiyi insanı insafa

mürvətə çağırır:

Yar yarını qapıda çox saxlamaz.

Yar yarını bu dağ ilə dağlamaz.

Öldürmə

ki,  bir


kəsim

yox


ağlamaz,

Aşiqlərdən bir nişanə qalmışam.

Lirik şe'rlərində F.  Sadıq qəlb çırpıntılarnını

da nəzərə alır.  Onun lirik qəhərəmanı sevdiyi

insana məhəbətini bildirmək istəyir,  ancaq

çətinlik çəkir.  İstəkli yarı ona baxmır.  Lirik

qəhərəman "eşqin gözü kordur" deyən düz deyib

fikriylə, bu hisslə alışıb yanır:

Bulud kimi hicran alıb üstümü,

Alışıram görən yoxdur tüstümü.

Hirsləndimi, 

utandıimı, 

küsdümü?

Yerə baxır mənə sarı baxmayır.

( "Baxmayır")

Bir baxışın həsrəti şair üçün yaman dərddir. 

Sevdiyi insana bu dərd,  qəm üçün narahatlıq

keçirməyən qızın susmasını şair yarın nazı kimi

qəbul edir və əlində ixtiyarı olan yarı bəxtiyar

sayır.  Hər qəmzəsi sinəsinə dağ çəkən yarın

ədası,  nazı dözülməzdir.  Lirik qəhərəmanı dara

çəkən budur.



324

Məhəbbət kimi əbədi,  bəşəri bir mövzuya

müraciət edərkən şair insanı nəcibləşdirən, 

kövrək və zərif duyğuları ön plana çəkir. 

Görüşünə getdiyi gözəlin gecikməsi hansısa

səbəbdən gəlib çıxmaması onun doğurduğu

həyəcan və təlaş lirik bir dillə ifadə edilir.  Lirik

qəhrəmana ümid verən,  "gözlə"- deyən sərin

bulaq, qoşa qovaq, "düşən yarpaq" onunla sanki

həmsöhbətdir.  Onların

baxışlarındakı

ümid


işığında isinənsə də,  gerçəkliyi qəbul etməli olur

ki, o gözləsə də yar gəlmədi. O intizardan doğan

qüssə,  kədər,  ümidsizlik göz yaşlarına çevrilib

axır; özü də bir başa yarın qapısına axır:

Göz yaşlarım gilə-gilə,

Axıb getdi yarım gilə.

Hər dəqiqəm döndü ilə,

Mən gözlədim yar gəlmədi.

("Yar gəlmədi")

Məhəbbət şairin əsərlərində bir dünyadır. 

İnsan qəlbinin sonsuz istəkləri,  ülvi duyğuları, 

hiss və həyəcanları təbiətin,  kainatın gözəllikləri

və bütün bunların insanda doğurduğu əhval-

ruhiyyə o məhəbbətin bir parçasıdır.  Təbiətin

əsrarəngiz

gözəllikləri

insanda

ona


qarşı

məhəbbət yaradır.  Sevgi insan üçün həyatdır, 

mənalı həyatdır. 

Sevgi


bütün

əsrlərdə-dünya-insan

məhfhumları ilə birlikdə poetikanını mövzusu

olub.  Klassiklərimiz onu daha yüksək zirvələrə



325

qaldırıb.  Məhəbbət

bəşəri

mövzudur,  eyni



zamanda ictimai mövzudur. Həmid Araslı klassik

məhəbbət


lirikasından

bəhs


edərkən

yazırdı:"Orta əsr vətəndaşları azadlıq uğrunda

apardıqları mübarizənin ilk pilləsində mənəvi

azadlığı könül aləmində,  məhəbbət aləmində

bərabərlik tələblərini məhəbbət mövzusunda

əbədiləşdirirdilər".

F.  Sadıq

ən

gözəl



ədəbi

ənənələrə

söykənərək sevdiyi insana olan məhəbbətini

ifadə edir.  O,  o insana bəşəriyyətin anası, 

gələcək övladının tərbiyəçisi kimi baxır.  Yalnız

belə sevgilər bəşəri ola bilər.  O,  insanı,  onun

gözəlliyini,  sevgisini,  mənəvi aləmini öz ruhuna, 

öz xarakterinə uyğun bir tərzdə tərənnüm edir: 

F.  Sadığın məhəbbət mövzulu şe'rlərindəki

lirik tutum könül oxşayır:

Qoy başını çiynimə gülüm,

Qoy uzansın bu qatarın yolu,

Ç iynimdə daş daşıdığım olub,

Dərd daşıdığım olub,

Bu da qismətimdə varmış,

Ç iynimdə

gözəlllik

daşımalıyammış.



Qoy başını çiynimə, gülüm,

Qoy uzansın bu qatarın yolu.

Dünyanın çox qayğılarını çiynində gəzdirən, 

onların ağırlığından yorulub şikayətlənən,  öz-

özlüyündə inciyən, küsən şair "bu da qismətimdə


326

varmış"  deyəndə də bəlkə də bu qayğının o biri

qayğılarar bənzəmədiyindən,  qəlbinə, ruhuna bir

sevinc gətirdiyindən "qoy uzansın bu qatarın

yolu" deyir.

O,  sevgi duyğularını da misraya çevirəndə

ehtiyatlıdır.  Ç iy,  şit,  bayağı məhəbbət Fikrət

Sadıq


qələmindən

çıxmayıb, 

onun

yaradıcılığında bu mövzu müəyyən bir sədd, 



çərçivə

daxilindədir. 

abır, 

həya, 


ismət

çərçivəsində:

Sənə min göz baxıb,  alışa, 

yanan.


Bir cütü yadında qalıbmı görən.

Hamıya bir gözlə baxma, sonala!

Axı onlar kimi baxmamışam mən.

Bu

göz



tünlüyündə

qarışıq


düşüb,

Gözünə


dəyməyib

gözlərim


yəqin.

Gözündən


könlümə

bir


işıq

düşüb,


Sönüncə yolunu gözlərəm sənin.

Gözündən könlünə düşən o işıq nurunu

"yığa-yığa taparam səni"  deyən lirik qəhrəmanın

bircə arzusu var:

Gözündən könlümə nur sapı

düşüb.


Onu yığa-yığa taparam səni.

327

Bircə


arzum

qalıb-bir

görüşüb,


Sevda dünyamıza aparam səni.

Göz görüb könül sevdiyinə vurğun şair bu

sevgini unutmaq fikrində də deyil:

Bir an olmamısan gözümdən

iraq.

Sənə səndən yaxşı göz olub



eşqim.

Göz


görüb

bəyənsə, 

ürək

susacaq,


Gözə yazılanı dəyişməz heç kim.

Bu

misralarda



lirik

qəhrəmanın

könül

duyğuları,  görüb sevdiyi insana olan saf hissləri



tərənnüm olunur.  Gözü yollarda qalan intizarlı

aşiq bildirir ki,  bir soyuq ürəkdə sevgi oyatmağa

bir gözün bir gözə hökmü çatar. Gözünün kökünü

hicran saraltmış, üstünə həsrət dumanı çökmüş, 

sevdiyini görmədiyindən "bu boyda dünya" 

gözünə görünməyən göz dolusu məhəbbətlə

baxdığı insana könlündən keçənləri elə şirin bir

dillə izhar edir ki,  bu qəhrəman Məcnun kimi

divanə, Kərəm kimi odda yanan pərvanə olmasa

da,  sevgi dəryasında onlardan heç də pis

üzməyən qəvvasdır.

Şairi həyata konkret baxışları hər bir şerində

təzə,  oricinaldır.  "O axşam yadındamı"  şerində

yığcam və lakonik bir lövhənin portretini cızır. 

Fikrin poetik gözəlliyinə nail olur.  O gecə küləkli


328

bir gecədə yoxuşa doğru deyə-gülə qalxmaq

istədikləri cığırda külək onlara "qənim"  kəsilib", 

lirik qəhrəmanın "isti"  kəlmələrini dodağında

soyudurdu.  Ürəyi dolu lirik qəhrəmana "bəhanə" 

olan külək sevgi yollarında hələ cəsarətlə

addımlaya bilməyən bir qəlbin sədalarıdır.  Lirik

qəhrəman o axşamın əbədiliyini istəyirdi və

"vüsallı

bir


ümiddən" 

kəlmə-kəlmə

qaçdıqlarından narahat idi.  Hicran zirvəsinə

qalxdıqlarını görürdü və bu gecənin küləyi onu

sanki xəbərdar edirdi,  narahat edirdi ki,  külək

bəlkə bir sınaqdır;  "bəlkə sabah tufanlara dözə

bilmədik". 

O

gecənin



qorxusu, 

hürküsü, 

narahatlığı şerin sanki konteksində cəmlənib. 

Qəfil əsən o külək kimi ümidləri küləklərə çırpılan

sevgi notları yarımçıq qalmış ürəklərin mahnısını

çala bilmədi və burada külək,  qorxu əslində lirik

qəhərəmanın ilk sevgi hisslərini göyərtmək,  bu

sevgiyə, vüsala yetişmək, onu qorumaq hisslərini

ifadə etmək üçündür.  Və hisslərində yanılmayan

qəhrəmanı kədərəlndirən anlar gəlib çatdı. 

"Eşqimizin sədası daşa dəyib qayıtdı"  deyir.  Bu

ayrılıq onu tək qoydu. "Tək qaldım, yenə tək, tək

qaldım

yenə


tək".  Yalqızlığım

tənhalığım

ağırlıqları çökmüş misralardır.  Və bu tənhalığı

insanlıq dünyasına,  sevən lakin sevgisi daşlara

dəyən ürəklər üçün daha ağır,  daha tirtapına

dözülməzdir.



329

Təklik,  tənhalıq

haqqında

düşüncələrini

müxtəlif təbiət- yağış,  külək,  tufan hadisələrinin

poetik tərənnümü vasitəsiylə insan sevgisini, 

ülfətin gözəlliklərini verir,  tənhalığın doğurduğu

qüssə, sıxıntı son o iki misrada "tək qaldım, yenə

tək" də poetik ifasını alır. Tənha qalan insan ağır

kədərin ürək sıxıcı,  üzüntülü fikirlərin əlindəçə

boğulur. Onun lirikasında ümumbəşəri mövzular, 

motivlər,  həyat sevgisi güclüdür.  Çerneşeviski

"Sənətin varlığa estetik münasibətləri"  əsərində

yazırdı ki,  "dünyada ən əziz olan şeylərin ən

ülvisi və ən əzizi həyatdır. Əvvəlcə elə bir həyat

ki, onu insan istəyir, sevir: sonra isə hər hansı bir

həyat,  çünki

hər


halda

həyat,  yaşamaq

yaşamamaqdan yaxşıdır,  canlı olan hər şey öz

təbiəti etibarı ilə ölümdən,  yoxluqdan qorxur və

yaşamağı sevir."  Fikrət Sadıq bu həyat hissini, 

yaşamaq


ehtirasını

mə'nalı, 

düşündürücü

ifadələrin içində verir:

Bir tufanlı dənizi üzüb keçə

bilərəm.


Bir lalə dərmək üçün.

Bir keçilməz meşəni iki bölüb

gələrəm.

Bir bulaq görmək üçün.

Bir qaranlıq dərənin dumanınıa

dözərəm.


Bir dağa qalxmaq üçün.

Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin