265
Bir süfrədə kəsdiyimiz
Ç örək sənin-loxma mənim.
Bir küçədə yan-yanaşı
Saray sənin-daxma mənim.
Və
qismətinə
düşəni
açıq-aşkar
bölünməsindəki
haqsızlıq
onu
dilləndirir.
Bölünmüş qismətdə "bütöv sənin-para mənim"
günlərin "ağı sənin-qarası mənim" dedikdə
zəmanəsinin, yaşadığı cəmiyyətin iç üzünü açıb
tökmüş olur. Şairə dərd edən odur ki, bu doğma
vətəndə qismətinə düşən daşdır:
Sevinc sənin yol yoldaşın.
Amma bu göz yaşı mənim.
Bir ölkədə vətəndaşıq,
Vətən sənin-daşı mənim.
("Bu zəmi hər ikimizin")
Fikrət
Sadıq
dünyası
göz
önündədir.
Bəzəksiz-boyasız. Onu bu qiyafədə xalq daha
çox sevir. Fikrət Sadıq xalq şairidir, Sabir tinətli,
Nəsimi xislətli, Füzuli dərdli. Fikirləşəndə ki,
Fikrət
Sadıq
bizim
zəmanəmizdə
deyil
Məhəmməd
Hadininmi, Hüseyin
Cavidinmi,
Nəsimininmi, Sabirinmi döıvründə yaşayır və bu
ideya məzmunlu əsərlərin müəllifidir, elə o
zamanda da sənədsiz- filansız xalq şairidir,
yanan bir parçana sərin su səpilmiş olur. O, o
zamanda da belə seviləcəkdi, çünki belə cəsarət
Xaqani, Sabir ölkəsində yetişə bilər.
266
Dünyanın ədalətsizlikləri, insan övladının bir
parça çörək yolunda çəkdiyi əzablar, gördüyü
haqsızlıqlar təngə gətirəndə Fikrət Sadıq olmaq
olar.
Dünyanı başına götürən dərdlər, ehtiyac,
qayğı, şərin, pisliyin meydanda at oynatması,
millətə canı yanmayan "millətbaz"ların sözdə
xalq, millət, işdə
özüçün
yaşaması
şairi
qəzəbləndirir. "Nəfsinə qul olan "beş-altı işbaz"
xalqa nicat yolu tapa bilməz. "Yeddidən birimiz
qaçqın, didərgin" olan zaman insanları yazıq
günə qoyub.
Daşqəlblilərin
əməlləri,
sərvət
naminə
torpağını, millətini satan xainləri şairin görməyə
gözü yoxdur.
Hər kəs öz işini görür, özüyçün
Bir
iş
görən
yoxdur
millət
naminə.
Torpaq da, vətən də satılır, Allah!
Varlanmaq
naminə,
sərvət
naminə.
Özünü "naşılar əlinə düşən çırağ"a bənzədən
şair dünyasının, millətinin, xalqının çəkdiyi
zülümlərə baxanda bağrı qan ağlayır. İnsanların
əməlləri, xislətindəki acgözlük, onun nəzərində
sağalmaz mərəzdir. Göz açıb dünyaya gəlib
ətrafında baş verən hadiəsləri dərk etdiyi
vaxtdan,
oxuduğu
qalın-qalın
kitablardan,
müşahidə etdiyi həyat hadisələrindən şair belə
267
bir qənaətə gəlir ki, bəşər yarandığı gündən öz
təbiətini dəyişməyib: güclü elə gözlərindən qan
daman güclü, zəif, elə zəif, əyri elə əyridir:
Allahlar ha düz yola çağırır,
Qanunlar ha dəyişir,
Kitablar ha öyrədir.
Gözü tox elə gözü toxdur.
Acgöz yenə acgözdür.
("Bu yağış")
Şair dərdləndirən budur ki, onun qismətinə
düşən loxma Orxan Vəlinin dediyi kimi " aslan
əlində"dir. Kaş mənim də loxmam aslan əlində
olaydı. Ç ünki:
Aslan döyüşü üzbəüz olur, mərd
olur,
İnsanda min bir dərd olur.
Bu ədalətsiz dünyada insanların birini ağa,
birini qul edən, onları bir-birindən ayıran pul
dünyanı da özü istədiyi kimi fırladır, ad-san da,
şərəf də pulla alınır, pula satılır. Şair düz söz
danışanın başının bəlalar çəkdiyini xatırlatmaqla
özünün də adı bu sırada çəkilsə narahat deyil:
Doğru söz danışanın başı bəlalar
çəkər,
Nə qəm, çəkilsə adım o sırada, o
səfdə.
( "Pərakəndə şer")
Şair
cəsarətlə
dünyada
qanun-qayda
olmadığını deyir. Dinc yaşayışlı insan övladı
268
üçün nə yerdə, nə göydə - heç yerdə tapılacaq
bir nemət deyil.
F. Sadıq yaradıcılığında bəzək-düzək yoxdur.
Bəzək-düzək
elə
onun
yaratdığı
əsərin
ideyasındakı düz sözü üzə deməkdədir. Şerin
bədiiliyi içərisində onu əridir:
Bu qurbanı olduğum Tanrıda
Bilmirəm bu nə adətdir,
Bu nə adət!
Pulu olana pul verir,
Evi olana imarət!
Kasıbı da unutmur,
Ona da
Dərd üstündən verir dərd.
Xəlil Rza hələ 80-ci illərdə Fikrət Sadıq
yaradıcılığına dərindən bələd olan bir qələm
ustadı kimi yazırdı:" Azərbaycan torpağının min
illər boyu yetirdiyi şairlər sırasında Fikrət Sadıq
adlı bir şair də var. Mərd, cəsur, vüqarlı bir şair.
Bu kövrək, bu həzin, bu cəsur, müstəqil şairin
yalnız özünün kəşf etdiyi müstəqil bir dünyası
var".
F. Sadıq şerlərində bu dünyanın öz qapısı, öz
pəncərəsi, psixologiyasını, təfəkkür tərzini yaxşı
bildiyi insanlar var. O, bu insanlardan nə
istəyirsə, onu yazır. Onun ehtiyac duyduğu
insanlıqdır. Bu çətin zəmanədə xalqının böyük
qurbanlar
bahasına
əldə
etdiyi
azad
Azərbaycanın əbədi müstəqilliyini təmin etmək,
269
əmniyyəti, bərabərliyi qoruyub saxlamaq üçün
mənsub olduğu milləti vicdanı saf görmək isətyir.
Onun bu istəyi şerlərində bu və ya digər bir
deyim tərzində verilib. Bu əsərlərində heç kimi
adıyla, ismiylə məhşər ayağına çəkmir. Milli
mənafe naminə, mənsub olduğu xalqın xoşbəxt
sabahı naminə kövrək bir dillə, bəzən uşaq
incikliyi ilə sözünü deyir. Elçin yazır:" sən öz
poetik sözü, öz nəfəsi, öz məktəbi olan gözəl bir
sənətkarsan və buna görə də ədəbiyyatımızda
tutduğun yer işıqlı və ucadır. Sənin sadə,
xeyirxah, vətənpərvər şəxsiyyətində -dostların, o
cümlədən mənim üçün həmişə eləcə bir işıq,
təmizlik, paklıq təcəssümü olub."
F. Sadığı dostluqda dəyanətli, sədaqətli edən
onun insan ovladını öz əməlinə, işinə görə
qiymətləndirməsidir. O, öz gözünü tərəzi olmağa
səsləyir:
Tərəzi ol, iki gözüm,
Ağır çəkmə, hər adamı.
Əməlinə görə ayır
Nanəcibdən ər adamı.
("Adamı")
F. Sadıq zəmanəsinin çətinliklərindən doğan
qayğıların içində itib-batıb şerlərini, yazdıqlarını
çap etdirə bilməyəndə ruhdan düşüb qələmi yerə
qoymaq istəyəndə bir vətəndaş şair kimi vicdanı
onu sakit buraxmır. Yalanlar təriflənəndə, "doğru
təklənəndə", düzdə qurulmuş çadırdakı yetimin
270
"üst-başını cındır görəndə" necə yazmasın. Şair
dünyanın, millətin qayğılarını, əzablarını yazır,
içindən keçirib, ilhamının ələyindən ələyib yazır.
Buna görə də şair "yazmamaq olmur" fikrində
haqlıdır.
F. Sadıq şerlərində Allah fəlsəfəsi var. Alllah
göyün qatında, eyni zamanda sənin qəlbində
dövr edən qanındadır." Allah çayın şırıltısında,
quşun səsində, günün doğmasında, batmasında,
insanın gözünün nurunda, bənizində Allah
yaşayır. Şair yerin göyün kainatın yiyəsi, Allaha
sevgisini ürəyində yaşadır. Ona inanır. İnanır ki:
Allahdandır bu həyat.
Bu torpaq, bu təbiət.
Bu dənizlər, bu dağlar.
Bu gözəllik, bu qüdrət.
Şair insan bəndəsinin əməllərindən xəbərdar
olan, "əməlimizi uzaqdan görən" bir böyük varlıq
olan Allahı uca tutur. Onun nəzərində hər kəs
sidq ürəklə Allahının köməyinə çağırsa, uca
varlıq ondan heç nəyi əsirgəməz. Şair səadəti
də, fəlakəti də, gecəni də, gündüzü də, xeri-şəri
də Allahın yazısı, sınağı olduğunu unutmamağı
insan övladına tövsiyə edir. İnsan əməlində,
işində düz olmalıdır. Şairin fikrincə, oruc
tutmaqla, namaz qılmaqla insan mömin olmaz.
Şirin-şirin danışmaq hələ əməllərinin saflığı
deyildir. Zalım, qəddar, insafsız insanın rəhmdil
Allahın qarşısında nə qiyməti ola bilər? Yer
271
üzünün əşrəfi insanın bu günə qalmağının
günahı, şairin fikrincə, "özündədir".
Mənasız, boş, məqsədsiz
insan
ömrü
qiymətsizdir. Şair allahına bağlı, mərifəti, haqq-
ədaləti əsas tutan insaflı, humanist insanlarla
yanaşı, hələ də hərc-mərclik salan insanların da
olduğunu gizlətmir. Lakin bu başı bəlalı dünya "
lap nə qədər qarışsa da" Allahla insan bağlılığı
var və bunu yaradılan unutmamalıdır. Ona görə
də:
Can yandırsan diliylə
Allaha da xoş gedər.
Boş, mənasız, məqsədsiz
Ömür hədərdir, hədər.
Allah insanı əməllərində düz, saf olması üçün
Quranı göndərib:
Allah! Quranda Allah!
Hər ayəsində Allah!
Gör, götür, oxu, daxilən saflaş, mənən saflaş,
əməllərində Allah deyən yolu tut, çünki səni
yaradan Allahdır. İnsan oğlu öz əməlinə görə
cəzalandırılır, mükafatlandırılır:
Səadət də Allahdan,
Fəlakət də Allahdan.
Allahın yazısıdır,
Dünyada yaxşı, yaman.
Allahın sınağıdır,
Gecə-gündüz, xeyir-şər.
272
Hələ yol ayrıcında,
Çaşıb qalıbdır bəşər.
Allahın məhək daşı,
Safçürük edir bizi.
Yaxşı tanıyır Allah,
Bizim hər birimizi.
F. Sadığın şerlərində Tanrıdan istəyi var. Bu
istək odur ki, yaxşı insan övladını şərdən,
böhtandan qorusun. Bəşər övladının kələyinə,
şeytanın əməlinə diqqəti yönəldən şair:
Adəmi aldadan şeytan
əl çəkməyib bu dünyadan.
Yeri yerindən oynadan
Tufanı var, kələyi var.
Qarışıbdır yalan, gerçək.
Bu dünya olub görəcək.
Bu yuxu uzun sürəcək,
Qurğuşundan bələyi var-deyir.
F. Sadıq yaratdığı şe'rlərin adlarının özü hər
biri ayrılıqda bir mə'na ifadə edir: "Qayğı və
qanad", "Tufan və ümid", "Ç içək və tikan", "Sağ
əl, sol əl", "Dost-düşmən", "Həyət və həyat".
"Qayğı və qanad" şe'rində şair qayğı və
qanadda oxşar cizgilər axtarır. Uşaq bir də olsa,
beş də olsa qayğıdır, sayı qədər qayğıdır. Bu
qayğının içində çörək, övlad, həyat qayğıları
yaşayır eyni zamanda uşaq da qanaddır, bir də
273
olsa, beş də olsa qanaddır, sevinc, fərəh, ümid
qanadı, insanı yaşamağa səsləyən qanad.
Böyüyüb, boya-başa çatan övladının sevinci,
fərəhi, onlarda arzu dolu həyat eşqi insana qol-
qanad verir.
Tufanla İlhamı şair eyniləşdirir. Tufan təbiətin
ilham çağıdır. İnsanın da ilham çağıdır. Bir fərq
ondadır ki, tufan ilham çağı vurub dağıdır, insan
yaradır. "Övlad, qayğı" insanı
nə
qədər
yüksəldirsə onların sevinən üzünü, fərəhdən gül
açan gözlərini görəndə necə qanadlanıb, ürək
dolusu, sevinc dolusu nəfəs alırsan. Bir övlad, bir
qayğı, beş övlad beş qayğıdırsa, bir övlad bir
qanad, beş övlad beş qanaddır. İnsanın taleyinə
biçilib bu.
F. Sadıq yaradıcılıqda düzlük, mərdlik, ululuq
nə qədər incə, eyni zamanda poetik bir dillə vəsf
olunursa, cəsarət də o incəliklə, o pafosla
tərənnüm olunur. Cəsarət şairin şe'rində bir
obrazdır. O elə bir obrazdır ki, o çiçəyə ilkin
həyat verən, Promoteyin əlləriylə yerə od gətirib.
O buludların toqquşmasından yaranan şimşəkdir.
Məsləklərin toqquşmasında-Babəkdir. Cəsarət
şairin nəzərində bəşəriyyətin bu günə kimi gəlib
çıxmasında rolu olan misilsiz bir qüvvədir. O elə
bir qüvvədir ki, o insan övladının içindədir. Onun
vasitəsilə insan oğlu ölümün gözünün içinə dik
baxa bilir. O cəsarətdir ki, Nəsimiyə də dərisini
"ənəl-həqq" dediyindən diri-diri soyarkən güc-
274
təpər
verib, dizini
qatlanmağa
qoymayıb.
Fikrindən
dönməyənlər
cəsarətin
gücünə,
tonqallarda
atəşlərdə
yanarkən
dəhşətlərə
dözüb. Cəsarət
şairin
nəzərində
azadlıq
gələcəyə körpüdür, göyə ilk dəfə uçmaq da
cəsarətin qələbəsidir. Cəsarət elə qüvvə, elə
varlıqdır ki, onun qüdrət və gücünü şair bütün
dolğunluğuyla tərənnüm edir:
Yeri məhvərindən oynatmağa da
Ç atar qüdrətim.
Sönmüş planeti oyatmağa da
Ç atar qüdrətim.
O da taleyin amansız zərbələrinə dözdü.
Xalq düşmənin balası damğasını alsa da,
atasının saflığına, təmizliyinə inandı, içində
göynədi, ağrıdı, atasızlıq odunda yandı. Gedər
gəlməzə
yola
saldığı
atasının
qayğısını
çiyinlərinə götürüb uşaqlıqdan sənət məktəbinə
daxil olub işıqçı oldu. Gecənin zülmətini yaran
işığın bir gün dərd, zülmət dolu bir həyatı andıran
atasız keçirdiyi qaranlıq gecələrə işıq salacağına
inanıb, işıqçı olmaq eşqi ilə bu peşəni seçib və
könül arzularının işığında yazıb. Uzun illər atası
gedəndən sonra yolunu gözləsə də inanmayıb
qaydacağına. Stalinizmin şəxsiyyətə pərstişinin
acı nəticələri aradan qaldırılmağa başlananda
artıq çoxları kimi onun atası da bəraət alıb, alnı
açıq evlərinə qayıtdı. Zamanın vurduğu damğa
sinəsində sağalmaz yaralar açsa da, "xalq
275
düşməni" kimi
bir
adın
ailənin
üstündən
götürülməsi nə demək olduğunu bizdən yaxşı
bilən stalinizmin qurbanı olan ailələr bilir. O
zaman "xalq düşməni" damğası alanın evə
qayıda bilmək şansı zərrə qədər də yox idi. Lakin
zaman gəlib haqq-ədalət bərpa olunanda, qələbə
çalanda onun atası da qayıtdı. Bu "qayıdış"
Fikrət Sadıq yaradıcılığında epopeyadır:
Atam qayıtdı dedilər.
İnanmadım, dedim məgər,
Gedər-gəlməzdən
Adam qayıda bilər?
İnanmadım, dedim məgər
Atam qayıda bilər?
Atası gedəndə uşaq olan, özü demişkən
"körpəcə fidan" atası gələndə "indi ağac olmuş,
qol-budaq atmış", böyüyüb boya-buxuna çatmış
Fikrət Sadıq iyirmi ildən sonra onun qayıda
biləcəyinə inanmır.
F. Sadıq bu atasızlıq ağrı-acısı içində
yaşadığı bir ömrün iyirmi ilində gizlin içində
gəzdirdiyi ağrı-acılarını açır. Atasız bu illərdə
qorxub dağlara, daşlara danışdığı dərdini indi
ürəklə, kövrələ-kövrələ danışır. Artıq saflığına
ömür boyu şübhə etmədiyi atası qayıdıb. İndi
daha hər şeyi danışa bilər. Bu haqsızlığın
gəncliyinə,
uşaqlığına
vurduğu
yaranın
göynərtilərini deməyə haqqı var, kimisə ittiham
etməyə haqqı var, zülümdən, haqsızlıqdan,
276
ədalətsizlikdən gileylənməyə haqqı var. Qoy
desin. Qoy ittiham etsin. Bu onun haqqıdır. Ç ünki
çox arzusu, istəyi tapdanıb, onu bü günə inam
yaşadıb, inanıb saflığına, nəcib nəslin zümrəsi
olduğuna. Haqq nazilib, ancaq üzülməyib. İndi o
haqqı
tapdayanlar
onun
qəlbinin
ədalət
məhkəməsi qarşısında acizdir. O vurub yıxmaq,
öldürmək qorxusu ilə onları hədələmir. Özünə
məxsus bir təmkinlə, səbirlə, vüqarla bu adın
taleyinə vurduğu zərbələrdən onları da göynədir:
Gəzməyi öyrənməmiş
Dərdin ağır yükünü
Daşımağı öyrəndim.
Əlifba oxumamış
Ürəyimdə sükutla
Danışmağı öyrəndim,-deyir.
Şair
yaşadığı
zəmanədə
gördüyü
eybəcərlikləri ədalətsizlikləri, əyrilikləri də tənqid
edir. Yayın qızmar iyul Günəşi altında lirik
qəhərəman
soyuq
ürəklərin
buzunun
əriməsindən "gilə-gilə ömrün əriyib getməsindən,
qədəmlərini qıran "dizlərinə" yığılmış duzun
əriməməsindən
bəhs
etsə
də,
bu
"düşüncələri"ndə "ayaq tutub dünyanı " gəzən
yalan, doğru sözün etibardan düşməsindən,
əyrinin qanad açıb quş kimi uçan, doğrunun,
düzün isə qiymətdən düşməsindən-dünyada
gördüyü haqsızlıqlardan giley-guzarı çoxdur.
277
Çarxı çönmüş bu dünyada ölü də urvatsız
olur, molla da imansız. Dünya nəfsi azğınların,
gözü doymazların dünyasıdır. Rüşvət, bahalıq,
yalan baş alıb gedən dünyadan qalan da
bezardır, ölən də bezardı. Ölü basdıranların yerə,
qəbrə, kəfənə, suya, mürdəşirə, baş daşına
qoyulan qiymət ölünü "yerindən oynadır". İnsaf,
mürvət qalmayan, ölünün də "haqqına" da əl
atılan zamanının ədalətsizlikləri ölənin özünü
qəzəbləndirir:
Mən dururam ayağa,
Dözə bilmirəm daha,
Mənim ölü üsyanım
Acıq getməsin
Böyük Allaha.
Küncü, bucağı, qucağı mərddən çox namərd
olan rüşvət, özbaşınalıq, kin- küdurət, qiybət
dünyasından bezar ölü:
Qardaş çəkilə bilməz,
Vallah bu dərd, bu qədər ,
Öldün canın qurtardı,
Öldün azadsan guya.
Ölənin qayğısı, dərdi,
Dirilərinkindən də betərdi.
Bu
dünyada
xeyirin,
şərin
yerində
olmamasından ölünü dəhşət bürüyür, uz tutur
göylərə. Ulu tanrının yaratdığı bəşərin torpaq
olan canındakı iti nəfsini ifşa edir, dünyanı yeyən,
278
gözü doymayanları iti, azğın nəfsindən əl
çəkməyə çağırır.
Ölüsü ölənin belə göz yaşlarının unudub onu
yerdən necə götürəcəyinin dərdini çəkməsi,
ölünün özünün insan övladına baha başa
gəldiyini və bütün bunların insan övladının
törətdiyinin şahidi olan lirik qəhərəman:
Yoxmu sənin qəlbində
Allah xofu bu qədər?
-deyə sorğu-suala çəkir. Yaşadığı zəmanənin
çətinliklərindən
istifadə
etməklə
varlanmaq,
özünə
yaxşı gün
güzaran
düzəltmək, öz
xoşbəxtliyini qeyrilərinin göz yaşları, bədbəxtliyi
üzərində
qurmaq
istəyənlərin
çirkin
mə'nəviyyatını
lənətləyir. Zaman
o
qədər
iyrəncləşib ki, dünya o qədər çirkinləşib ki, elə bir
günə qalıb ki, "ölü də üzə durub", dünyaya qarşı
üsyana qalxıb. Bu dünyada duz, çörək, qənd,
çay, un, ət, yağ, qəbir, mənzil, işıq, insan həyatı
üçün nə lazımsa hamsı baha, insana düşmən,
onu məhv edən dərd, qəm, ölüm, qan, insan,
səbir ucuzdur. Dovranın üzü elə dönüb ki, varlıq
ədasından "cırılır", yoxsul xəcalətindən ölür.
Dünyanı, insanlığı barmağına dolayıb, ah-nalələri
ərşə yüksəldən pul- var və bu şairin lirik
qəhrəmanın gözünün düşmənidir. Ehtyacı "kor
kahaya" bənzədən, ümidini göylərə bağlayan,
yoxsulu yox edən, çox başları özündən əskiklərə
279
əyən, çox karvanları dağıdan, aciz, günahı yuyla
bilməz "pulun başına daş düşsün" deyir.
F. Sadıq üçün dünyanı, quşları, ağacları,
otları, bütün
canlıları, cansız
məxluqatları
yaradan, sayını artıran "Ç ərxi-fələk"dir. O çərxi-
fələk ki, insanı da yaradıb, onun alın yazısını da
yazıb.
F. Sadıq
dünyada
yaşayan
insanların
müxtəlifliyinə baxışlarında da qəribədir. Onun
fikrincə, yer üzündə bütün canlılar kimi insanları
da
Tanrı
yaratmışdır. Bu
insanların
biri
mehriban, o biri sərt, "biri namərd, biri mərd"dir.
Bu müxtəliflik insan faciəsində, xoşbəxtliyində öz
işini görür. Biri insanlıq üçün yararlıdır, o birisi
yararsız, "zay"dır.
Zay adamlar şairin nəzərində zay qab kimidir.
"Zay" adam olmaqdansa, say qab olasan,
sınasan, canın qurtara!"-deyən şair "Yoxsa nədir
bu" şerində cürbəcür gördüyü bu insanların
xislətindəki pisliyi, şəri, iblis əməli ilə bağlamağa
məcbur olur. Tanrının yaratdığı Adəmi İblisin
oğurladığı haqqında deyilənləri həqiqət kimi
qəbul etməli olur. Başqa cür düşünə bilməyən
şair öz-özünə sual verir:
Yoxsa nədir dünyanı bürüyən,
Bu şüğhələr, xəyanətlər,
Fəlakətlər, davalar.
"Vəzni sərrast, məzmunu ehtiyac" olan ilk
şerin misrası qaya parçasıdır. Mübaliğələr-
280
şişirtmələr şair üçün şer dünyasına ayaq açıb.
İnsan təfəkkürü inkişaf etdikcə əqli-zəkanın
yaratdığı duyğular sonralar şerə-bəzəklər vurub.
60-cı illərdən üzü bəri yazıb-yaradan şairlərin,
sənətkarların
yaradıcılığı
ilə
Fikrət
Sadıq
yaradıcılığını üz-üzə qoyub təhlilini aparadıqda
heyrətedici bir aləmlə qarşılaşırsan. Fikrət Sadıq
üçün bu dünyada nə şöhrət, nə şan, nə
romantika, nə xəyalplov var. Hər şair sənətkar öz
mühitinə, zamanına baxışlarında fərdidir. Zaman
mühit, cəmiyyətin eyibləri insanın taleyinə,
xoşbəxtliyə zərbələr vurur. Fikrət Sadıq mısra-
mısra, asta-asta gördüyünü yazır, elə yazır ki,
oxucunun "canına sarı yağ kimi yayılır, sanki
oxucunun
istədiyini,
arzuladığını
narahat
dünyasının çatışmamazlıqlarını onun özündən də
yaxşı görür və ona görə camaata üzünü tütüb,
Sabiranə bir şəkildə Mirzə Cəlil deyimi, duyumu
ilə dillənir:
Ay camaat, cibində pul olanda
lal danışır, kar eşidir, kor görür.
Varlı zülmət gecəni ay işıqlı,
kasıb aylı gecəni də tor görür.
İnsaf hanı, ondan quru ad qalıb.
Bu dərd bunu, bu bəxt onun
iqbalı.
Varlı düzür süfrəsinə yağ-balı
281
Amma kasıb həftədə bir şor
görür.
Həyat xoşdu, acı-şirin hər nədi,
Bu zamanda bir gün yaşa gör
nədi.
Kasıb qorxmur o dünyadan, gör
nədir?
Yazıq elə bu dünyada gor görür.
("Görür")
Fikrət Sadıq təbiətin qızmar istisindən, qarlı
çovğunundan, "gilavarsız", xəzrisiz
Bakının
üstünə ələnən "xalvar-xalvar" odun yaratdığı
narahatçılığın içində də millət qayğısı, dərdi-səri
ilə yaşayır. Bakının isti, qızmar, "qora bişirən"
avqustunun yaratdığı abı-havada bir yarpaq
tərpənməyir. İstidən üzü, gözü, ağzındakı dili
yanan şair təbiəti kor qoyan quraqlığın özüylə
gətirdiyi
darıxdırıcı
istini-insanın
kasıblığıyla
qarşılaşdırır. İstidən "iştahı" küsən, yaşamağa
həvəsi belə ölən insanların halına yanır:"Adam
bilmir hara gedə"deyə düşünən şair kasıblığın,
işsizliyin də insan ömrü
üçün bu istinin
cəhənnəm əzabı yaratdığını söyləyir, millətin
dərd-səri də bir yandan bu isti qızmar günündə
şairə rahatlıq vermir. Şair dünyası bu misralarda
açılır.
|