398
GƏRAYLI.
Fikrət Sadıq yaradıcılığı çox şaxəlidir. Onun
əsərləri həcmcə də çoxdur. Bu əsərlər içərisində
şairin çoxlu sayda gəraylıları da çap olunmuşdur.
Bu gəraylılar Azərbaycan şerinin ən gözəl
nümunələridir.
Fikrət Sadığın sərbəst vəznində yazdığı
yüksək lirik tutuma, bədii təsir qüvvəsinə malik
şerlərində olduğu kimi heca vəznində yazdığı
kəraylıları
da
mövzu
və
ideya
zənginliyi
cəhətdən, sənətkarlıq
baxımından
diqqətə
layiqdir. Onun "Son şer" gəraylısı vətənpərvər,
mərd Azərbaycan oğlunun arzu və istəklərini
özündə ehtiva edir:
Döyüşdə ölmədim deyəm,
Bayrağı örtün üstümə.
Üstündə son misram donmuş,
Varağı örtün üstümə.
Onun lirik qəhrəmanı ümidi "yaralı bir quş",
qolu-qanadı qırılmış, zamanın kötəyini yemiş
insandır. Lakin vətən, torpaq sevgisi onun üçün
399
həyatın mənasıdır. Üşüyəndə "yarpağı örtün
üstümə", qara günüm çox olduğundan " qara
torpağı örtün üstümə" deyir. Dar məqamda,
çətinə düşəndə karına torpağı, onun yarpağını
çağırır. Son anda taleyinə, qismətinə düşən
məzar yeri də bir dərəni arzulayır və üstünün bir
dağ örtməsini istəyir. Bu lirik qəhrəman döyüşdə
öldükdə Vətənin bayrağını üstünə çəkilməsini
istəyirsə, demək onun qanında, canında bu
vətənin, torpağına, onun hətta xəzəl olmuş
yarpağına da məhəbbəti böyükdür. Vətənə
məhəbbətin ən ülvi işartıları da onun üçündür.
Lirik bir xalq şeri üslubunda yazılmış gəraylıdakı
mövzu, ideya, məzmun və forma bitkinliyi şerin
bədii təsir qüvvəsinin zənginliyindən xəbər verir.
"İnsan gendə küsüb durur" gəraylısı da
özünəməxsus dil-üslub gözəlliyi ilə doludur.
Ömür yolu suya bənzəyir, bu yolda əcəl dayanıb,
torpaq, vətən ağrısını tale yazısı, insan üçün
dərd, əzab sayır. Şairin "oda atır bizi torpaq"
misrasında Qarabağ, Təbriz, Kəlbəcər dərdi
duyulur, yalnız ümidə sığınan qəhrəmana ümid,
ona dostdur, arxadır. Sevinci, dərdi şair fələyin
"uki quşu" adlandırır. Zamanı uçar quşa, insana
yaşamağa aman verməyən görür:
Quş belində uçur zaman.
Yaşamağa vermir aman.
Qarışıbdır yaxşı-yaman,
İnsan gendə küsüb durur.
400
"Ağlar" gəraylısında da insan taleyi, insan
səadəti, insan xoşbəxtliyi əsasdır. Dünyanın
qəmi, kədəri, qüssəsi göz yaşı tökdürür. Ç əmən
də, meşə də, ağac da ağlayır. Amma insan kimi
ağlayan ola bilməz:
Sözdür ki, ağlar asiman,
Ağlar dağ-daş, ağlar ümman.
Ağlasınlar: amma insan-
Hamısından betər ağlar.
Dünyanın haqsızlıqlar içərisində çabalaması,
onun ağrılarını çəkən insan üçün ağırdır. Bu ağrı,
əzab həddini aşıbdır.
Gəraylılarında sözü, şairi tərənnüm edir. Şair
o yazıları, qüvvətli, şairləri mahir sənətkar
adlandırır ki, onların duyumu, hissi güclüdr. Onlar
boş yerə söz deməzlər. Ürəkləri dərdlə, sevinclə
dolanda
şer
yaranır. Xəyallarla
yaşayan,
yazdıqları ilə özünü aldadan, "qəlbi soyuq, şeri
yalan" şairlərin də olduğunu gizlətmir. Lakin
qüdrətli şair ancaq sözü ilə ucala bildiyindən
həmişə "uca söz hayındadır".
Şair özü də sözə, onun məna tutumuna, bədii
dəyərinə diqqətlidir. O, söz meydanında adını,
tutumunu
saxlamaq
üçün
bütün
varlığıyla
hərəkətdədir. Şer yaza bilməmək şair adına,
ləyaqətinə ləkədir, bu əsl sənətkar üçün ölümdən
betərdir, şair bu məsuliyyəti duyur:
Tanrı məni birdən öldür,
Ölümə möhtac bil məni.
401
Bir də özümə gəlmərəm
Devrilmiş taxt-tac bil məni!
( "Şer yaza bilməyəndə")
Şairin şair qəhrəmanı şer yaza bilmirsə,
özünü "barsız ağac"a bənzədir. Həyat onun üçün
şahmat, oyundur. Şer, sənət şairin ilham
mənbəyi, könül sirdaşıdır.
Sabir
Rüstəmxanlının
şairin
gəraylıları
haqqında yazdıqları yerinə düşür:" Fikrət Sadığın
gəraylıları bu günün ağrılarından biçilib, forma
ənənəvi, "arxaik" olsa da, ruh arxaik deyil,
çalınan saz olsa da, çalan "Uvertura", milli marş
çalır və ya şəhid məzarı üzərində ağı deyir. Bu
forma çağdaş dünyanın rənglərinə boyanıb və bu
dünyanın heç bir dərdinə darlıq eləmir".
İnsan,
zaman-kainat-dünya
movzularına
Fikrət Sadıq yaradıcılığında çox tez-tez müraciət
etməsi təbiidir. "Zəmanədən küsən şerim",
"onsuz da hər gün, hər saat, mən ölürəm, sakit
rahat", "İnnən belə əvvəlkitək fırlanacaq çərxi-
fələk", "Quş belində uçur zaman" və s.
misralarında yatan məna buna misaldır.
Şair Sabir Rüstəmxanlı onun gəraylıları
haqqında yazır:" onun gəraylılarında zaman
sərhədləri şərtidir, çünki şerlərdə bir ömrün ağrı-
acısı, itki və təəssüflər… ilə yanaşı zamanın,
məkanın kainat ölçüləri də var və şair ruhu
həmişə bu iki ölçü arasında-ölümlə ölümsüzlük,
insani
sonla
ilahi
sonsuzluq
arasında
402
çırpınmaqdadır. Bu təzad, narahatlıq onun
şerlərində həm dil, həm obrazlar sistemi
baxımından yeni, bənzərsiz ifadəsini tapır".
Şair gəraylılarında nəvəni budağının barına
bənzədır. Özünü kök, oğlunu budaq, nəvəni
budağın barı bildiyi nəvəsi onun üçün həm də
"düşmən çəpəri"dir. Şairin gəraylı üstündə
köklədiyi "Nəvəmi görəndə" şe'ri su kimi axıcı,
sadə, şirin bir dilə malikdir. Nəvəsinin dünyaya
gəlişini yorğun "payız qocanın" qayıtmış Baharı
kimi vəsf edir. Nəvə şair babanın gözündə nədir?
Nəvəsiz bu dünya nədir?
Nəvə- dəvə qafiyədir.
Dünya dəvədi, ya nədir?
Dəvənin ovsarı sənsən.
Nəvə onun üçün bal kimi şirindir. Onun gəlişi
özüylə nə gətirdi?
Sevindirdi bizi göylər,
Baba-nəvə, balnan-şəkər.
Bütöv sevinc varsa əgər,
Yarı mənəm, yarı sənsən.
"Düşmən gözü çıxardanım", "Sənə qurban
olsun canım", "Qəlbim, ürəyim, Fuadım" kimi
ifadələr məhəbbətlə doludur. Şair keçirdiyi daxili
hissləri, sevinci, fərəhi ifadə edir. Bu ifadələrdən
elə bir sevinc, şadlıq tökülür ki, şair öz hisslərini
gəraylı üstündə elə tərənnüm edir ki, unudursan
onun sərbəst vəzndə yazdığı əsərlərini. Elə
bilirsən, elə ömrü boyu heca vəznində yazıb
403
F.Sadıq və elə heca vəzninin ən gözəl
nümunələrinin də o yaradır.
Ay hələ məndən qaçanım!
Sənə qurban olsun canım!
Bu yorğun payız qocanın,
Qayıtmış Baharı sənsən!
"Balaca körpə, dürr qızım, dürdanə qızım",
"yeri şəhanə qızım" deyə nəvazişlə oxşadığı
Ayselini də şair böyük məhəbbətlə şe'rinin
qəhrəmanı edir. Aysel onun evinin sevinci, "tər
Günəşi", "Ay parçası", "uca dağların laləsi" dir.
Şaqraq səsini gur bulaq səsinə, yerişini xanım-
xatınların, şahzadələrin yerişinə oxşadır.
Gəraylının incə mətləblər ifadə edən misraları
təpədən-dırnağa sevgiyə bürünüb. Elə bir sevgi
ki, Aysel onu ata-anasına bağışlayıb. Aysel
mehriban
pərvanə kimi
ata-ananın başına
dolanan, qayğısını çəkən, qulluqlarnıda duran
övladdır. Həm də ona görə ata Ayselini bu qədər
çox sevir, bu qədər gözəl tərənnüm edir ki:
Ağıl, ismətdi daş- qaşı,
Ürəyi büllur göz yaşı.
Qardaşına qız qardaşı,
Ər qızım, mərdanə qızım.
Aysel balam elə budur.
Özü sadə, amma məğrur,
Ürəyim arxayın vurur,
Əyilməz dövranə qızım.
404
Şair F.Sadıq görmək istədiyi zəngin, mənəvi
gözəlliyi sevimli Ayselində görür və ona görə də
qürurla onu vəsf edir. Bu msisralarda Ayselə
bəslənən ata sevgisinin ölçüsü-meyarı yoxdur.
Övlad sevgisi F.Sadığın bir parçasıdır.
"Yoxdur" gəraylısı
məzmunca, ideyaca
zəngin bir gəraylıdır. Bu şe'rdə bircə misra da
olsun artıq söz yoxdur. Bir-birini tamamlayan
bəndlərdə bir bitkin mövzu, ideya var və bunlarda
insan
ləyaqəti, humanizm
prinsipləri
əsas
götürülür. İnsanlığın ölçüsü-insaf nədir?
Hər ürəkdə insaf bitməz.
Hər buludda leysan yoxdur.
Hər dərədə sel şütüməz
Hər ormanda aslan yoxdur.
İnsaf dürrdür, az tapılar.
Az tapılan dürr saf olar.
Daşda məgər insaf olar.
İnsaf yoxsa, insan yoxdur.
"Ç ərxi-fələk" gəraylısında da şair zamanı,
dövranı, rast gəldiyi ədalətsizlikləri çərxi-fələklə
üz-üzə qoyur. Onu bir növ itiham edir. Bazarın od
tutub yanmasını görən insanın ağlı başından
çıxırsa, hər kəs özüyçün yaşayırsa, insaf-mürvət
yoxa çıxıbsa, "kim qoyub bu nırxı fələk?"-deyə
suala tutur. Fələyin çarxı çönüb:
O çarxın dişləri dən-dən.
Yaralayır bizi hərdən.
405
Dövranın gərdişi həmən.
Dəyişməyib axı, fələk.
Şairi narahat edən də budur ki, çarxı-fələk
əyriyə qahmar çıxsa yalan həddini aşacaq, bu da
elə bir vəziyyətə gətirib çıxaracaq ki, xalqın səbir
kasası daşacaq, ayağa qalxacaq və bundan da
şair narahatdır. "Aldatma gəl, xalqı fələk"- israrla
bunu tələb edir. Onun haqqa-ədalətə çağırdığı
tərəfin əməllərində müəmalı görünən tərəflər var:
Düzlüyə gəlişin nədi?!
Əyri ilə işin nədi?!
Dəyirman öz işindədi
Həməndi çax-çaxı fələk?!
"Dəyirman öz işini görür, çax-çaxı baş
ağrıdır." məsəli xatırlanır. Amma şair sözünü
deyir, deməlidir. O, sabah üçün narahatdır. Onu
narahat edən "çörək dərdi"dir. Xalqın düşdüyü
çətinliyini fəsadları-işsizlik, bahalıq, qıtlıqdır.
"Görəsən sabah nə olar, nədəndir bu qorxu,
fələk" misralarında
ümidsizlik
var
sabaha,
ümidsizlikdən cana doyma var. Tezliklə bu
çətinlikdən çıxacağına gümanı qalmayan xalqın
könlündən keçəni, düşündüyünü deyir şair Fikrət
Sadıq.
Dünya bəzən şairin gəraylılarında ürəyini
boşaltdığı varlıqdır. O varlıq ki, onun qapısına
çox daş atılır. Daş-qaşa tutan da onu aldada-
aldada nağılla "yaşa"dıb. Ç ətinə düşüb ona üz
tutanda ətini "şişə" çəkib, nadana, paxıla onu
406
möhtac edib. Öz övladına dünyanın belə laqeyd
münasibəti ürəyini qırdığından, ondan umduğunu
görmədiyindən incikdi şair. Ona görə "döy
başına, ağla"-deyir. Ç ünki özü sürgünə bənzəyən
dünya onun ömrünü düyünə salıb, onu yaman
günə qoyub:
Şerlə qatdın başımı,
Tükətdin də göz yaşımı,
Eşit mənim qarğışımı,
Bir tutma gəl, xalxla məni.
Şair "tale"yə də o cür müraciət edir. Dünyaya
"döy başına, ağla məni", hər yetən fağırla məni
dəyişik salma", "xalxla məni" bir tutma deyirsə,
taleyə də "mənimlə oyun oynama" -deyir. Qoca
vaxtında onunla oyun oynayan taledən niyə
yanıqlıdır şair? Niyə ehtiyatla dolanır onunla, niyə
istəmir bir az da könlünü aça? Ç ünki taleyə
bələddir, uşaqlığından bələddir. Bu o taledir ki,
onu 20 il ata üzünə həsrət qoyub və bu qoca
vaxtında da istəmir, onunla oynasın tale, çünki:
Sən yazılı aynamısan?
Sənə baxsa çaşar insan.
Sən çaşmayıb oynamısan.
Bir dəfə də çaş oynama.
Sən Yerin-Göyün hakimi,
Mən ərköyün uşaq kimi.
Kəs oyunu, saxla hökmü,
Oynama, qardaş, oynama!
407
Sən oynasan, axmaz sular,
Meşə saçlarını yolar.
Zəlzələn evlər uçurar,
Titrəyər dağ-daş oynama!
Zəif görmüsən qocanı.
Qırmısan qapı- bacanı.
Mən tapmışam tapmacanı.
Sən ol, qara daş oynama.
"Ən ucqar ev" gəraylısında şair insanlığın
yoxa çıxmasından, dostun, yadın dəyişməsindən,
güzəranın pisləşməsindən gileylənir və nəticədə
bütün hər şeyi-götür qoy edəndən sonra belə
qərara gəlir ki, yaşadığı dünya həmən dünyadı,
dəyişməyib, dəyişən insandır-özümüzük.
"Qumru-1", "Qumru- 11" gəraylıları Qumru
quşuna müraciətlə yazılıb. Qumru quşunun
şəhərə necə gəlib çıxdığını, evinin banında yuva
qurduğunu, bir kimsəyə dəyib toxunmadığını
tərənnüm edir. Onun qəmli, kədərli nəğmələrinin
səbəbkarı
olan
bu
həyatdan, zamandan
gileylənir. Eyni zamanda hansısa bir səbəbdən
öz doğma yurdunu itirib yeni yurda düşən
Qumrunun buralara alışmadığını öz daxili-əhval
ruhiyyəsinə uyğun tərənnüm edir:
Bütün quşlar oxuyur da!
Alışmırsan təzə yurda.
Gecə-gündüz səni burda,
408
Boğan qəhərdən ötürsən.
Nə günüvə dirçələsən?
Dirçəlibsən ki, beləsən?
Dərddən ötürsən hələ sən.
Bezib şəhərdən ötürsən!
Gecə məni oyatmısan.
Daş yuxuma daş atmısan.
Deyirsən ki, "ayıl insan",
Ayılmıram mən, ötürsən.
Bu gəraylıda həyatdan, dövrandan narazılıq,
yurd həsrəti, bu çətin, ağır güzərandan qurtulmaq
üçün insan övladını mübarizəyə çağırış, şəhərin
tüstülü, zəhərli havası, kəndin təmiz dünyası,
dərdin, qəmin, qüssənin çoxluğu, bundan insan
övladı kimi təbiətin bu zərif məxluqutun da əzab
çəkməsi, vaxtlı vaxtında dən tapmaması-çörək
dərdi çəkən insanlara işarədir. Qumru şairə
imkan verir ki, qur-qur ötən səsindən istifadə
etməklə könlündən keçənləri sapa düzsün. Hər
biri qiymətlidir bu sözlərin, çünki onda həyat eşqi
var; insan övladının öz haqqını tələb etməsi var,
insan kimi yaşamaq istəyi var və daha nələr,
nələr var bu qumrunun səsində. Şair məhz
bunları ümumiləşdirir. Onun toxunduğu simlər,
mətləblər oxucuya aydındır. Sabir Rüstəmxanlı
yazır:
409
"Bahardır:"bütün
quşlar
oxuyur"-qınağa
baxın! Qınağın
incəliyinə
baxın, incəliyin
gözəlliyinə baxın! Sonra gələn dözülməyən dərdi
görün! Qınağın ardınca gələn bu ağrı-acı nədir?
Doğrudanmı bu bir qumru quşunun ağrı-acısıdır,
yurdunu itirmiş, dəyişmiq qumru quşunun? Yox,
inanılası deyil, yurdunu itirdiyinə görə belə quş
ağrı-acısı olmaz. Bu yurdunu-yuvasını itirmiş bir
qız Qumrunun, bir gəlin Qumrunun, qaçqın
Qumrunun qəhərdən boğula-boğula yanıqlı səsə,
sözə çevirdiyi ağrı-acısıdır".
Oğlu ölən bir il ağlar.
Yüz il ağlar,
Min il ağlar,
Yurd itirən
Yeddi hecalı "Girir araya" gəraylısında da
şairin
baxtından,
taleyindən,
dövranından
şikayəti var. Sevinməyə həsrətdir, elə ki bir az
günü xoş keçir, "zülüm girir araya". Həmişə işi
"nəhs" gətirir:
İşim nəhs gəlir, nəhsəm.
Çaşıb bütöv söz desəm,
Bütövləmək istəsəm,
Bölüm girir araya.
Burada şairin eyhamlı fikirləri oxucunu tutur.
Özü də öz oxucusunu. O oxucunu ki, birlik,
bütövlük arzulayır. Xalqına birləşməyi, vahid
Azərbaycan problemini həll etməyi məsləhət bilir.
Xalqımızın mütərəqqi fikirli ziyalılarının ən böyük
410
arzusu, işi, məqsədi budur. Fikrət Sadıq da
bunlardan biridir. İstədiyinə çatmadığı üçün "işim
nəhs gəlir, nəhsəm"- deyir. Bu gəraylıda şairin
şəxsi duyğuları da öz ifadəsini tapıb. Onun lirik
qəhrəmanının bir şeydə bəxti gətirmir. Elə
məhbbətdə də:
Xəyalım göydən ensə,
Yerdə bir yar bəyənsə,
Ürəyim bir söz desə,
Dilim girir araya.
"Deyiləm-1". "Deyiləm-11" gəraylıları Yunis
İmrə ruhuna yaxındır.
Sözdü mənim söz möcüzəm.
Özüm də bir kəlmə sözəm.
Parça buludca acizəm.
Xəfif dumanca deyiləm.
Yunis İmrə də duyğuların belə
ifadə edir.
Yunus, sənin sözün dərin.
Cahil görməz sahillərin.
Bilməzmisən cahillərin
Necə keçir zəmanəsi.
Nəriman Əbdürrəhmanlı yazırdı:" Nə vaxtsa
Fikrət Sadığın "Son şer" adlandırdığı gəraylısını
oxumuşdum və sözün gözəlliyini bütün canımda-
qanımda duymuşdum. Misralar, bəndlər durna
qatarı kimi yaddaşıma düzülmüşdü. Amma onda
Fikrət Sadığı sərbəst şer yazan şair kimi
411
tanıyırdım. Bu boyda gəraylı duyumundan
xəbərim yoxuydu:
Tərəzi ol, iki gözüm,
Ağır çəkmə hər adamı.
Əməlinə görə ayır,
Nanəcibdən ər adamı.
Həm də Fikrət Sadıqda gəraylı yazan başqa
şairlərdə görmədiyim bir cəhəti gördüm. O çox
vaxt səmadan yerə enir, əbədi mövzulardan yox,
gün-güzəran
detallarından-"eyvanıyla
qabaq-
qənşər
bitən
qovaq"dan,
ən
"ucqar
ev"dən…adicə "su"dan yazır və bütün bunları
gəraylı qəlibinə ustalıqla sığışdırır". Fikrət Sadıq
N. Əbdürrəhmanoğlünün dediyi kimi doğrudan da
şerlərində nə güldən, nə bülbüldən, nə ilahi
eşqdən dəm vurur. Onun gündəlik həyatımızı
gəraylının qəlibinə bu qədər ustalıqla, incəliklə
lakin təffərrüatı ilə yerləşdirə bilməsi də onun
zəngin
dünyagörüşündən,
sənətkarlıq
imkanlarının çoxşaxəliliyindən irəli gəlir. Fikrət
Sadəq sərbəst şerlərində olduğu kimi xalq
üslubunda yazdığı şerlərində də vətən, torpaq,
dünya, insan, məhəbbət, torpaq, təbiət incəlikləri
duyumunda təbiidir. Gəraylılarında romantik
dünyasından çox real həyata, bağlılığını görürük,
Onun gəraylıları, qoşmaları bizim yadımıza Xəstə
Qasımı, Yunis İmrəni, Şəmşiri, Ələsgəri salır. Bu
ilk öncə ədəbiyyata heca vəznində yazdığı
əsərləri ilə gələn, sonralar sərbəst şerin ən gözəl
412
nümunələrini yaradan bir özünəməxsusluq, bir
istedad, bir duyum, bir poetik dünyası olan Fikrət
Sadıqdan xəbər verir.
"Anam
yadıma
düşəndə"
gəraylısının
mövzusu ana məhəbbəti üzərində köklənib.
Burada şairin anaya olan ən gözəl hissləri ifadə
olunub. Ana itirən övladın anaya bəslədiyi
səmimi duyğuları, analı dünyasının acılı-şirinli
xatirələri, əlindən gedən ana mehribançılığınının,
onun çəkdiyi əzablardan doğan qüssəsini bu
gəraylının içərisində belə zərif, incə, həzin, lirik
bir
dillə
tərənnümü
Fikrət
Sadığın
xalq
ədəbiyyatının şer növündə də elə zərgər dəqiqliyi
ilə
işlədiyini
göstərir
və
bu
gəraylı
ana
məhəbbətini özündə əks etdirən ən gözəl
əsərlərdən
biri
kimi
qiymətləndirilməlidir.
Bəzəksiz-boyasız, real həyat hadisələrini, insan
taleyini özündə yaşadan bu gəraylı öz məzmun
və forma incəliyinə görə ən gözəl əsərdir.
Yaşadığı zamandan, dövrandan narazı gedən,
ömründə bir xoş gün görməyən anasına "donub
qalmış mənam mənim"- deyə əzizləyir. Dərdini
əzizləyir, Gözünün önündə analı dünyasının
acısını da yaşamış, çəkdiyi mənəvi sarsıntıları öz
ürəyində də duymuş qəlb sərrafı şairin analı
dünyasının acı xağtirəlrini, kövrək anlarını əks
etdirir və bu gəraylı ahəngdar, musiqili sözlərlə
zəngindir.
413
"Məndə" gəraylısı mövzuca digər gəraylıları
kimi ən yaxşı şer nümunələrindəndir. Burada
şairin lirik qəhrəmanı kasıb olsa da xəbis deyildir.
Dost, düşmənin minnətinin yükünü çəkən deyil.
Dünyada varı-dövləti ancaq söz olub onun. "Dərd
verib, dövlət qıyma"yan fələkdən də şikayəti təbii
dillə verilir.
"Göydə
düyülüb
düyünüm"-deyir.
Səsi
eşidlməz olduğunu, ömrünün-gününün çox pis
keçdiyini söyləsə də, hələ ümidi hər yerdən
üzülməyib. Vətən
boyda
ümidinə
sığınıb,
sabahına nikbin baxır, çünki Vətəni var; eli-obası
var-dövləti, arxası, dayağı Vətən olan şairin giley-
güzarı ona ümidini bağlayanda tamamilə yox
olur:
Ümidim sənədir, Vətən!
Korluğum yoxdur heç nədən.
Susayıram su verirsən.
Üşüyürəm-kürkün məndə.
Şair burada keçmişini- səxavətli, qüdrətli türk
övladı kimi tanındığını, türkün bir zamanlar
adında, soyunda yaşatdığı böyüklüyü qoruyub
saxlayır. Keçmişini müqəddəs tutur, bu günkü
türkün
qismətinə
o
türkün
qisməti
yazılmadığından "məcburdur" ki, desin o yalnız o
türkün adını saxlaya bilib. Zaman poladı əritdiyi
kimi, insanı da əridib:
Dedin: "bəs türk qüdrətlidi,
Bəs belə səxavətlidi",
414
O türklər dünyadan gedib,
Adı qalıb türkün məndə.
Şairin bu gəraylısında kökdən isinmə, ona
bağlılıqla yanaşı, o türk kimi qüdrətli, birgə olmaq
istəyi, istədiyini görməməkdən doğan təəssüf
hissi güclüdür. Bu gəraylılarda istifadə etdiyi
həmqafiyələr şerin oynaqlığını, tempini artırır.
"Bir qəlbi qıra-qıra" gəraylısında şair çox
zəngin xalq ifadələrini şerinə gətirməklə onun
sənətkarlıq
cəhətdən
gəraylının
ən
yaxşı
nümunəsi kimi yaratmağa müvəffəq olmuşdur.
"Yaman dəyişdi halım", "töküldü yerə kalım,
dəymişim
dura-dura",
"asta-asta
gəlirsən,
gəlməyindən qalasan" "dağsız dünya göründü
gözümə qara-qura" və s. ifadələr könül oxşayır.
Şair "Manat" gəraylısında pulun cəmiyyətdə
oynadığı rolu göstərir. İnsan dünyaya gələn
gündən onu kasıbçılıq, var-dövlət sınağa çəkdi,
pulu olan "korun gözü", "lalın dili", "çolağın qandı"
manat pul olub. Ç ünki pul ilə insan istəsə
dünyanı dağıdar. Şair yaşadığı zəmanədə də
pulun elə fironluğunu görür, kasıbın halına yanır,
pulsuzun dərdinə acıyır və pulun insan üçün
dünyada hər şeyə qadir olduğunu açıb-tökən
"Manat"ında:
Misri qılıncdı, Qıratdı.
Topdu, tüfəngdi, "qrad"dı.
Sözdü, ürəkdi, muraddı,
Min cür təmənnadı manat.
|