435
yuyaq" (1988), "Şerli əlifba" (1988), "Bir parça
vətən" (1998) kitabları ilə uşaq ədəbiyatını daha
da zənginləşdirmişdir.
Bu kitablarda toplanmış əsərlər mövzu, sücet
cəhətdən əlvan və rəngarəngdir. Burada müxtəlif
həyat hadisələri, müxtəlif obrazlar var. Həm
kənd, həm şəhər uşaqlarının həyatından
götürülmüş əsərlərinin dili sadədəir. Kiçik və orta
yaşlı uşaqların təbiət hadisələrinə, heyvanlara,
quşlara marağını nəzərə alaraq əsərlərinin
mövzusunu,
sücetini
bu
istiqamətdə
də
qurmuşdur. Belə əsərlərində uşaq kimi onların
gözü ilə hadisələrə baxır, gördüyü gözəllikləri
təsvir və tərənnüm edir.
Kiçik yaşlı oxucuları ilə onların başa düşəcəyi
dildə, uşaq təfəkkürünə, psixologiyasına uyğun
danışır, sadəlik, aydınlıq burada əsas götürülür.
Uşaqların qəlbində insan əməyinə, zəhmətinə,
yaradıcılığına məhəbbət oyadır.
Onun
balacalara
həsr
etdiyi
əsərlərin
qəhrəmanları
qoçaq,
mehriban, qayğıkeş,
qorxmaz, hər şeylə mraqlanan, gözüaçıq, diribaş,
təbiətin gözəlliklərindən zövq alan, dənizləri
sevən, macəralar axtaran sadə uşaqlardı.
Səməd Vurğun keçən əsrin ortalarında
yazırdı:" Uşaq insandır. Onun sadə görünən,
oynaq, daima xoşbəxt və azad təbiətində böyük
insanların
bütün
xassələri
mövcuddur.
Düşünmək, duymaq, sevmək, küsüb-incimək,
436
ağlamaq, gülmək, qəzəblənmək, xatırlamaq,
xəyala dalmaq, ümid və arzulara bağlanmaq,
yaxşılıq, hörmət-bütün insan xassələri uşaq
aləmində mövcuddur. Demək istəyirəm ki, biz
uşaqla danışdığımızı, uşaq üçün yazdığımız
zaman insn üçün yazdığımızı unutmamalıyıq"
Fikrət Sadıq yaratdığı şerlərdə bu meyarlıq
gözlənilir. Onun balaca qəhrəmanları mərd,
doğrucul, qayğıkeş
insanları
sevir. Yalan
danışan, tənbəl, paxıl xüsusiyyətlərə malik
olanları doğru yola çəkməyə çalışır. Onun
qəhrəmanı əməksevərdir, ətraf aləmin, təbiətin
vurğunudur, macəralar, nağıllar dolu həyat
eşqiylə yaşayır.
Fikrət Sadığın uşaq əsərlərinin oxucuların
qəlbinə asanlıqla yol tapa bilməsi onun pedoqoci
fəalliyyəti, müəllimlik qabiliyyəti ilə sıx bağlıdır.
Uşaq şerlərini yazmaq üçün köməyinə çatan
onun uşaq aləmi ilə daha yaxından tanışlığıdır.
Əli qələm tutan gündən, əlifbaınn sirli-sehirli
aləmində sanki möcüzələr adasına düşmüş insan
kimi gözləri heyrət dolu sevinclə yanan uşaq
aləmini ələ almaq Fikrət Sadığın bir şair kimi
xoşbəxtliyidir. İlk məktəb, bağça yollarında
addımlayan uşaq onun "Şeirli əlifba " kitabını
vərəqləyərkən, hər
hərfə
məxsus
şe'rləri
oxuyarkən, əlvan şəkillərə tamaşa edərkən
gözlərini qarşısında yeni bir aləm açılır və o aləm
onu qoynuna alıb elmin enişli-yoxuşlu yolları ilə
437
irəli aparır. A hərfinin "Ana", B hərifinin "Bayraq",
Ə
hərfinin
"Əlifba-Müdrik
baba" sözlərini
yaratmaqda rolunu açıqlayır. Əli ilk qələm tutan,
ilk kəlməsi ana olan uşaq aləminə şair yeni bir
söz də artırır. "Bayraq" sözü və Vətənimizin
gerbi, simvolu, atributu kimi bu gündən körpə
qəlbində özünə yer tapır- sevgi dolu bir yer:
Bb
Bayrağım mənim,
Mavi, al, yaşıl,
Bayrağım mənim,
Əyilməz başım.
Və yaxud:
Aa
Yaxşı-yaxşı baxın a!
Adama oxşayır A.
Ən əziz adam ana,
Yazılır iki "A"nan.
Şair
bu
kiçik, lakin
dərin
məzmunlu
şe'rlərində müəllimdir. Əlifba biliklərə açılan
qapıdır:
Əlifba - müdrik baba!
Qoy eşitsin uşaqlar,
Baxıb görsün uşaqlar,
Əlimdə bir kitab var.
Əlifba kitabıdır.
Əlifba kitabının
İşıqlı "A" "B"ləri,
Ağıllı hərifləri,
438
Biliklərə qapıdır.
Şahin Xəlillinin şairin "Şeirli əlifba" və digər
uşaq şerləri haqqında dediyi sözlər onun bu
sahədə
yaradıcılığı
haqqında
əhatəli
fikri
tamamlayır:"
Uşaqların
zövqünü,
könlünü
oxşayan şer yazmaq hər şairin hünəri deyildir.
Uşaq üçün şer yazanın gərək özünün də uşaq
kimi kövrək, zərif və qeyri-adi bir ürəyi olsun"
gərək. Elə bizim Fikrət Sadıq kimi.
Kitabda toplanmış şe'rlərdə Əlifba, kitab,
müəllim, Azərbaycan torpaqlarının qədim adları
ilə bağlı lirik şəkildə deyilən fikirlər gələcəyimizin
rəhni olan uşaq təfəkkürünün, uşaq düşüncəsinin
inkişafında mühim rol oynamaqla bərabər, şe'r,
sənət haqqında ilkin duyğularının cücərməsinə
də imkan yaradır. İndi üç yaşından yuxarı uşaq
tapılmaz ki, hansısa bir mövzuda şer əzbər
bilməsin. Böyük ürəklə, həvəslə əzbər söylədiyi
şerləri söyləməkdən çəkinsin. Fikrət Sadığın "M"
hərfiylə bağlı yazdığı "Müəllim" şeri elə ilk
baxışdan könül oxşayır:
Müəllim-anadan
sonra ən əziz adam!
Qaranlıqdan işığa
Çıxmaq üçün dünyada,
Yalnız-yalnız
yalnız mən.
Bərk-bərk tutub,
Gedirəm.
439
Müəllimin əlindən.
"O.o" şerində vətənə məhəbbət, torpağa
sevgi, başı bəlalar çəkən ana yurda düşmən
çıxanlara nifrət hissləri güclüdür:
Od bizim qəlbimizdə,
od bizim qanımızda.
Su da od tutub yanır,
Azərbaycanımızda.
Bu yurda "Odlar yurdu"
demirlər ki, boş yerə-
Odla yazıb adını-
Amansız yüzillərə.
Oda görə bəlalar çəkib
bizim başımız.
Toxunsalar, od saçar,
torpağımız, daşımız.
Oda əl uzadanlar,
gurul-gurul yanacaq.
Odlar yurdu-məğrurdur,
Məğrur da dayanacaq.
Sadə, qısa, aydın kəlmələrdən yaranmış bu
şerlərdə Fikrət Sadıq qələminin ecazkar qüvvəsi,
sənətkarlıq qabiliyyəti daha qabarıq görünür.
Pafossuz, gurultulu, dəbdəbəli sözlərdən kənar,
aydın, həqiqi, ürəyəyatımlı, şirin, incə bir dillə
vətən məhəbbəti kövrək uşaq qəlbinə yol
tapacaq bir dillə tərənnüm olunur. Bu gün uşaq
ədəbiyyatı demək olar ki, balaca oxucuların
tələbatını ödəyə bilmədiyi halda Fikrət Sadığın
440
belə şerləri, uşaqlara ən qiymətli hədiyyədir.
"Göydən alma düşmədi" kitabında şair uşaqlara
rəngarəng, bir-birindən maraqlı gözəl şerlər bəxş
etmişdir. "Aydan" şerində şair uşaqlara Aydanın
diliylə danışır:
Aydan dedi:
Mən Aydanam.
Məni aydan
Alıb anam.
Mən baxanda
Ay top olur.
Dolu olur.
Yumru olur.
Baxmayanda
Ay saralır.
Para olur.
Yarı olur.
Hamı ona
inandı,
Aydan,
Axı,
Aydandı.
"Əlifba
dərsində" şerində
şair
əlifbanı
öyrənən, hərflərin yazılış şəkillərin uşaqlarda
oyatdığı marağı lirik bir duyumla ifadə edir:
Baş açmıram bu işdən.
Çaşıb qalmışam düzü.
Anama oxşayır lap,
Yazıdğım "ana" sözü.
441
Bu bir "A", bu da bir "A".
Anamın iki gözü.
İki "A" arasında,
"N" da anamın üzü.
Şairin uşaqlar üçün yazdığı şerlərdə incə
yumor hissləri də güclüdür. "Riyaziyyat" şerində
müəllim:
Uşaqlar bu çevrəni,
bütün vətərləriylə,
kim köçürər lövhəyə,
elə beləcə düzgün.
-deyə soruşanda biri:
-Müəllim,
mən deyim.
-De.
-Güzgü.
Şagirdin
bu
cavabı
uşaq
təfəkkürünün
məhsuludur.
"Balaca
ana" şerində
hər
gün
səhər
qardaşlarını gülərüzlə məktəbə yola salan, evdə
qalıb qab-qacağı yuyan, səliqəyə salan körpə
qızcığazın qardaşları tərəfindən "balaca ana"
deyə çağırılmasını təbii sanır. Onun qardaşları
özləri gəzməyə gedəndə onu evdə tək qoyub
getməsini,
gecələr
"qaqaş"larının
üstünü
örtməsini, bir ana kimi onlara qayğı göstərməsini
şair "anaları dünyada hər zaman belə gördüm"
442
misraları
ilə
bağlayır. Ana
qayğısı, bacı
məhəbbəti şerin əsas ideyasıdır.
Fikrət
Sadıq
şerlərində
fidan
balalarla
görüşünü, onlarla birlikdə olduğu anları, bu
görüşlərlə bağlı xatirələrini qələmə alarkən
körpələrə məhəbbətini vəsf edir. "Aysel kənddə"
şerində nənənin xəmir yoğurub, sac asmasından,
yuxa yaymasından, Ayselin bağanı tanımayıb
onu daş əvəzinə gətirib ocağın bir tərəfindən
sacın
altına
qoymasından,
bağanın
yeriməsindən, Ayseləə uşaqların gülməsindən,
nənənin kənd uşağı olmayan, bağa görməyən
Ayselə qəhmər çıxmasından şirin, incə yumor
hissiylə danışır. Şer çox oynaq, ahəngdar, yadda
qalan bir dillə yazıldığından uşaqlar tərəfindən
tez qavranılır. "Göydən alma düşmədi" əsəri də
uşaqlar üçün əsil "nağıl"dı. Müasir nağıldı. Uşaq
dünyasının bəzəyi nağıl. Burda küpəgirən
qarılar,
ifritələr,
divlər,
təpəgözlər,
məlikməmmədlər yoxdur. Amma mövzusuna
görə cəlbedici, maraqlı nağıldı. Ürəkləri oxşayan
nağıldı. Uşaqlar üçün sevimli nağıldı. Uşaqlıq
dünyasının gözəlliyi, saflığı bu nağılın bədii
bəzəyidir, onun şerlərinin əsas ideyasıdır. "Alma
harda bitir" şerində Faiq, Ç ingiz və balaca
Sonanın mübahisəsi elə şirin və lirik bir dillə
verilir ki, belə şerlərin bədii gözəlliyi diqqəti cəlb
edir:
İki qardaş, bir bacı,
443
Faiq, Ç ingiz və Sona.
Mübahisə etdilər,
Alma yeyəndən sonra.
Faiq dedi ki: Alma
Ağacdan dərilibdir.
Ç ingiz dedi:-Anamın
Zənbilində gəlibdir.
Kiçikdir hələ Sona.
Di gəl onu inandır.
Qardaşlar nə dedilər,
Sona dedi: -Yalandır.
Almanı mən həmişə,
Süfrəmizdə görmüşəm.
"Küsəyən qız" şerində şıltaq, küsəyən
Cəmilənin
yemək
zamanı
ananı
incitməsi,
anasının işdən yorğun, arğın gəlib onun üçün
bişirdiyi xörəklərə, çəkdiyi əziyyətlərə laqeyd
qalması, tərslik etməsi öz əksini tapıb. Şair bütün
uşaqları, eləcə də Cəmilə xarakterli uşaqları ana
zəhmətini qiymətləndirməyə çağırır.
"İynə" şerində əlinə iynə batıb, barmağı
qanayan Həcər "al bunu at, anacan"-deyib
ağlayanda anası onu başa salır ki, iynə ilə güllü
paltarlar,
çəkmələr
tikilir,
iynə
"hamını
bəzəndirir". İynə ilə oynamaq olmaz. Ç ünki o
oyuncaq deyil. Onun da öz işi var və şair şeri
ananın bu sözləri ilə bitirir:
444
Bircə il də böyü sən.
Özün öz əllərinlə,
Həmin bu iynə ilə
qaragöz gəlininə
bir qəşəng don tikərsən.
"Sevər" şerində bağçayla vidalaşıb məktəbə
ilk qədəmlərini basan Sevərin sevinci çox uzun
sürmür. İki-üç dərsdən sonra yorulan Sevərin
yuxusu gəlir və yatmaq istəyir, çarpayı gəzir,
tapmır, şagird yoldaşları ona gülür. Dərsdən evə
gələn kimi yorğun Sevər yeməyini yeyib,
doyunca yatır. Və anasından xahiş edir ki, onu
məktəbə yox, bağçaya aparsın. Ç ünki məktəbin
nə "qəndi", nə "çayı", nə "çarpayısı" var. Ana isə
qızını tənbəl olmamağa səsləyir:
Yazı yazmaq istəyən
məktəbə pis deyərmi?
Həkim olmaq istəyən
Məktəbi pisləyərmi?
Məktəbdə yatmaq olmaz.
Sinifdə yemək olmaz.
Ayıbdır, bu sözləri
Müəllimə demək olmaz.
Bağçanın öz yeri var,
Məktəbin öz yeri var.
Öz səhvini başa düşən Sevər utanır və bir də
belə hərəkətə yol vermir.
"Balaca işıqçı" da işıqlı arzularla yaşayır.
Bəlkə də balacalıqda keçirdiyi uşaqlıq illərindən
445
bir fraqmentdir. Fərhad balaca işıqçıdır. Həyətdə
dostlarıyla
oynayarkən
Sədaqətin
qurduğu
balaca evciyə işıq çəkir. Bu balaca işıqçının
istədiyi
odur
ki, otaqlar
çıraqban
olsun.
Tələsdiyindən barmağını ip kəsən Fərhad ona
deyir:
"Qoy kəssin də nə olar,
təki yansın işıqlar".
Burada da şair elə misralar qurub ki,
hadisələri elə incəliklə təsvir edib ki, balacaların
dünyasını oxşayır.
"Ay" şerində balaca uşaq göydə Ayın
hərəkətinə tamaşa edir. Ona elə gəlir ki, o
fırlananda Ay da fırlanır, dayananda o da
dayanır.
Burada balaca uşağın keçirdiyi hisslər, ayn
hərəkətində,
küləyin
əsməsində
gördüyü
qəribəliklər onun balaca təfəkkürünə sığışmayan
qəribə hisslər oyadır. İnsan övladının göz
açandan təbiətə, təbiət hadisələrinə marağı
tərənnüm olunur.
Şairin uşaq dünyasından xəbər verən "Gilə",
"Körpə", "Alma harda bitir", "İynə", "Küsəyən qız",
"Sevər", "Balaca işıqçı", "Ay", "Say", "Dəcəl
külək","Göydə nə var" və digər şe'rləri uşaqların
duyğu və düşüncələrindən, təfəkküründən körpə
uşaq dünyasının gözəlliyindən bəhs edən ən
maraqlı, sevimli uşaq ədəbiyyatının zəngin
nümunələridir. F.Sadıq təbiətdən həm böyük bir
446
qayğı ilə danışır, onun qorunmasını, muhafizə
edilməsini istəyir. Uşaqlara həsr etdiyi şe'rlərində
"Çanaqlı bağa ilə qurbağa "arasındakı dialoq
onların bir-birini lağa qoyması, qurbağanın lovğa,
ədalı sözlərinə qarşı "sən də bağa, mən də bağa,
təkcə "qur"un artıqdır ha, çox döşünə döymə
qağa, quruldama
lovğa, lovğa"-deyib
onu
yoldaşına gülməməyə, eqoistlikdən əl çəkməyə,
hamıya diqqətli olmağa çağırır. "Ağacdələn"
şerində ağacları "tıq-tıq, taq-taq"la böcəklərin
qapısını döyəcləyən ağacdələndən bəhs edir.
"Dələ"nin
ağacdan-ağaca, budaqdan-budağa
hoppanması, özü üçün oynayıb-şənlənməsi,
qışın sərtliyindən qorxmaması, yığdığı qozaların
üç qışına bəhs edəcəyindən rahat olan dələnin
həm işgüzarlığından, həm də nikbinliyindən bəhs
olunursa, "Bala kirpi" şe'rinin mövzusu tamam
başqadır. Burda bir ərköyün kirpidən söhbət açır.
Bala kirpi Kürü o taya keçmək üçün körpünü,
bərəni gözləməyib özünü Kürə vurur, Dəli Kür də
acıqlanıb onu batırmaq istədikdə Bala kirpi
"batıram ha ay haray" deyə kömək diləyir. Xəbər
tutan
balıqlar
onun
köməyinə
gəlir. Onu
burulğandan çıxartsalar da Bala kirpi boğulmaq
təhlükəsi altında qalsa da yenə lovğalıqdan əl
çəkmir:
"Yoldan qaçın,
Üzəcəyəm.
Mən batırdım,
447
Yoxsa bəyəm".
Gülmək tutdu
Balıqları.
Boğulmuşdun,
Dinmə barı,
Bala kirpi,
Dinmə kiri.
Burda lovğalıq, yekəxanalıq pislənir. Şair
uşaqları sadə, xeyirxah olmağa səsləyir. Lovğalıq
etməməyə, yaxşılıq etməyə çağırır. Gənc nəslin
mənən saf və təmiz böyüməsi onun cəmiyyət
üçün yaralı bir şəxsiyyət kimi yetişməsi bu ye'rdə
əsasdır. "Şəkilli kitabxana" şe'rində şair grdüyü
ən maraqlı, tayı bərabəri olmayan bir şəkilli
kiğabxananı tərənnüm edir. Orda gördüyü
mənzərələri, rəssamlıq işlərini, onun zənginliyini:
Bu binanın
Bütün kitablarıynan,
Uşaqların
Böyük dostu
Şair Korney Ç ukovski-
-nin uşaqlara bağışladığını söyləyir. Divarlara
çəkilən maral, dovşan, tülkü, kəpənək, filin,
beqemotun və digər heyvanların şəkilləri və
onların necə canlı təsvir edilməsinə şairin heyrəti
açıqlanır:
Əziz balalar,
Görüb heyran
Olmuşam.
448
Mat qalmışam,
İnanın mənə.
FİKRƏT SADIĞIN NƏSRİ, BƏDİİ
PUBLİSİSTİKASI
Fikrət Sadığın hekayələri sayca az olsa da
onlarda dərin məzmun vardır. Eyni zamanda bu
hekayələrin özündə də bir şeriyyət var. Bu da
poetik duyğuların zənginliyinin nəticəsidir. Bir
yolun tarixçəsi, övladın doğmalarına bəslədiyi
məhəbbət, itkinin doğurduğu qüssə, intizar, ölüm-
olum fəlsəfəsinin uşaq təfəkküründə ilişdiyi sirli-
soraqlı məqamlar bu hekayələrin mövzusudur.
Bunların da əsasında insan, onun arzuları,
duyğuları, kədəri, qüssəi dayanır. Bəşərilik bu
mövzularda olan təmiz insani duyğulardadır. Bu
hekayələrin hər biri mənsur şerlərə də bənzəyir.
Fərqi yoxdur hansı formada yazırsa-yazsın,
449
sənətkar o zaman sevilir, əsər o zaman diqqəti
cəlb edir ki, insan axtardığı mövzuları onların
içində görür.
Fikrət Sadıq təkcə gözəl şerlər, poemalar,
dram əsrələri müəllifi deyil, eyni zamanda onun
gözəl elmi-ədəbi-publisist yazıları da vardır.
Bunlar şairin qələminin məhsulu olan dəyərli
yazılardır. Bu yazılarda şair şerlərində olduğu
kimi zamanın nəbzini elə tutur ki, onun
dediklərini, yazdıqlarını
az
qala
hamımız
yaşamışıq,
görmüşük
duymuşuq,
bəzən
hirslənmişik, bəzən ümidə üz çevirib, sabaha
inamla baxmışıq, bəzən də… Fikrət Sadıq
bunları yazıb.
Füzuli
sənəti,
yaradıcılığı,
şəxsiyyəti
haqqında
yazdığı
"Füzuli
şair
sözünün
sinonimidir" məqaləsində onu Şərqin ən dahi
sənətkarlarından biri kimi yüksək qiymətləndirir.
Həm türk, həm fars, həm də ərəb dilində
yaratdığı əsərləri ilə nəinki Şərqdə, həm də bütün
dünyada tanınmış Füzuli Fikrət Sadıq qələmində
"kədər, eşq, fikir və Allah şairidir": "Avropa Şərq
şerinə əsrlər boyu səcdə qılıb. Bu şerin
yaradıcılıarından biri Füzulidir. Onun lirik, epik,
fəlsəfi, alleqorik şer inciləri hətta nəsri belə ondan
sonra gələn şairlərə məktəb olub. Abbas Səhhət
demişkən Azərbaycan şeri dörd yüz il onun
tilsimindən çıxa bilmədi. Ta böyük Sabirədək
Avropa şerində yaxşı nə varsa Füzulidə də var.
450
Nadir beytləri Homer epizmi, Dante lirizmi,
Şekspir dramatizmi səviyyəsindədir". Şairin hər
sözü, hər sətri, hər beyti mükəmməl bir fikir,
yüksək ideya, ülvi duyğuları özündə yaşadır.
Fikrət Sadıq onun beytlərini, atalar sözləri kimi
hikmətli, az, lakin dərin məna ifadə etdiyini bildirir
və "Beyt" sözünün mənasını açır. Və şairin "Dust
bipərva, fələk birəhm, dövran bisükun. Dərd çox,
həmdərd yox, düşmən qəvi, tale zəbun" beytini
belə izah edir ki, "Beyt" ərəbcə "ev" deməkdir. Bu
beyt
doğrudan
da, qapı-pəncərəsi, tavan-
döşəməsi, bəzəyi, naxışı olan bir evdir ki, daşı -
kərpici söz, qapı -pəncərəsi gün işığı düşən
təşbeh, bacası Allaha zillənən göz, səmaya
açılan təsəlli və ümid yoludur".
Füzuli şerinin möcüzəsini "bütöv bir qranit
qayadan, bütöv bir beyt yonmasında", başqa
canrlardan
fərqli
olaraq
sözləri
"yan-yana
düzmə"sində görür.
Şair Füzulinin türk dilində yaratdığı əsərlərin
dili, bədii məziyyətləri haqqında da dəyərli fikirlər
söyləyir. Füzulişünaslar kimi bu böyük sənətkarın
əsərlərinin bədii dilini, estetik dəyərini, kamil
sənət inciləri kimi yüksək qiymətini verir:"Türk
dilinin müqtədir və kamil şer dili olduğunu bütün
dünyaya ilkin bildirənlərdən biri də Füzulidir.
Şərqdə zərifliyi ilə seçilən fars şeri də, türk şerinə
qibtə eylədi. "Leyli və Məcnun kimi göz yaşı
məhəbbətnaməsi, türk və fars dillərində nurla
451
yazılmış iki divan, ərəbcə yazılmış "Mətləül-
etiqad" əsəri və fəlsəfi qəsidələri, insanlara-
insanlıq öyrədir. "Bəngü-Badə", "Həfti-cam",
"Rindü-zahid", qəlbimizə munis olan "Ənisül-
qəlb", şəhidliyin məhək daşı "Həqiqətül şühada"
Füzuli
qələminin
möcüzələridir.
Adlarını
çəkdiyimiz bu əsərlər günəşin doğması, qürubu,
dəniz, çay, şəlalə, zəlzələ, ulduz yağışı, aylı-
ulduzlu səma, dağlar, dərələr və həyat qədər
əbədidir. Füzuli kimi şairlər bir dəfə gəlirlər bu
dünyaya, gəlib də qalırlar bu dünyada".
"Ümmandan
damla"
Məhəmməd
Hadi
yaradıcılığı haqqında şairin bədii fəlsəfi-ədəbi
görüşlərini özündə birləşdirir. "Məhəmməd Hadi
şer məktəbidir. Onu oxuyan hər kəs sehirlənir.
Müdrik sözlərinin tilsiminə düşür, təkrar-təkrar
qayıdır, özü də bir az müdrikləşir." Şair onun
əsərlərinin dili qəliz olsa da, klassik şer dilimizə
yaxın olduğunu bildirir. Şair onun şerimizə
"ərbabi-vəhşət", "babi-səadət", "hüri-mədəniyyət"
"zindani-cəhalət" və s kimi yeni romantik
tərkiblər, məcazlar gətirdiyini açıqlayır.
"Hadi əruzun odlu-alovlu bəhrlərindən istifadə
etməyi, qılınc kimi kəsərli təkrirlər işlətməyi,
qüvvətli təzadlar yaratmağı bədii suallar verməyi
bacarırdı".
İç, iç nə qədər istərrisən qanımı
zalim.
452
Bir gün görərərm qanını səhbalar
içində
-beytinə fikir verin. Burada iki dəfə təkrar
edilən "iç" sözü şairin həm nifrətini, həm
qəzəbini, həm də gələcəyə ümidini bildirir. İki
dəfə təkrar olunan "iç" sözü iki kəskin qılınca, iki
od parçasına bənzədilir.
Fikrət Sadıq diqqəti Hadi şerində cinaslara
yönəldir. Onun "əlvahi-intibah" adlı tərcibəndinin
cinaslarla dolu olduğunu söyləyir və onun:
"Tuti" qəfəs içində, "Ceylan" da
damlarda.
"Leyla" xəyal içində, həmşirəsi
"Səhər"də.
Artıq yetər deyilmi rübəndlər
"Yetər"də.
-misralarında cinasların müxtəlif sözlərdən
deyil, "bir sözün həqiqi və məcazi mənasından
yarandığını açır:"Hadi bu tərcibənddə qadın
adlarını sadalayaraq, Leyla və Səhərin qaranlıq
içərisində olduğunu, Yetərə rübəndin yetər
olduğunu deyir. Buradakı qadın adlarının hər
birinin iki mənası olduğundan, şair öxünəməxsus
cinas-təzadlar yaratmışdır. Şair Məhəmməd
Hadinin yaratdığı təzadların ictimai xarakterli
olduğnu, onun yaşadığı mühitdə, fikirlərdə
düşüncələrlə üzləşdiyini görüb daxili sarsıntılar
keçirdiyini" öz ürəyində gilə-gilə əridib təzadlı
fikirləri ilə bərabər şerlərinə qatdığını söyləyir və
|