468
tanıyır. Yoxsa
sözün
bu
qədər
dərindən
"tərcümeyi-halı"nı verməzdi. Şerində söz nədirsə,
nəsrində də söz odur. Hər ikisində söz öz tərifini
özünəməxsus biri oricinallıqla Fikrət Sadıq
düşüncələrindən qoparıb alır:" söz yarpaqda,
suda, siçəkdə, Ayda, Günəşdədir. Kimin əli
çatırsa ondan götürür sözü. Tapdığı yerin rəngi,
dadı, ətri, işığı, odu gizlənib sözdə. Oxucu da o
sözü nə cür qavrayırsa o həcmdə rəng, dad, ətir,
işıq və od payından bəhrələnir"
Fikrət Sadığın fikrincə, "ən çətini sözü
yerindən götürməkdir. Söz yerinə düşsə möcüzə
olar, sehr olar. Kiminin əli sözə çatır, amma gücü
çatmır. Kiminin əli də çatır, gücü də, amma haqqı
çatmır. Kimi sözü bərk-bərk sıxır, boğur, qaraldır.
Kimi boş yapışıb əlindən salır. Kimi sözü
yaralayır, kimi
sözü
qamarlayır, kimi
də
tumarlayır". Budur Fİkrət Sadıq aləmində söz.
Sözə
də
ehtiyatla, incəliklə, səmimiyyətlə,
yanaşmaq lazımmış. Söz onun nəzərində quru
bir cəsəd deyil, canlıdır, özünə hörmət, qayğı,
mərhəmət gözləyir, belə olmasa o ondan nə isə
umanı yarıda bilməz. Hər yoldan keçən də
sözdən öz ehtiyaclarını ödəmək üçün istifadə
edə bilməz. Söz sözdur, özü də söz şairin
nəzərində "mərddir. Hər cür yalvarışa baxmaz.
Hər söz deyənə inanmaz. Bəzəyə -düzəyə
aldanmaz. Təki sözə ürəklə əlin çata. Sən də
sözün ürəyinə yatasan gərək, söz də sənin
469
ürəyinə yata. Bu iki tərəfli sevgidir. Burada söz
də, şair də xoşbəxtdir". Söz-şair varlıqlarını
şerdə, sənətdə sözün ölçü və meyarını bu ritorik
dillə təhlil etmək, sadə, açıq, qısa lakin dərin
mənalı cıümlələrlə təsnifatını, təhlilini aparmaq
Fikrət
Sadıq
şəxsiyyətinin
sözə,
sənətə
məsuliyyət hisslərindən doğur. Sənətkar az sözlə
dərin məna ifadə etmək, sözü məqamında
işlətmək, ona azadlıq vermək, ona hörmət etmək,
onu quş qanadlı etmək, ondan yararlanmaq,
sözün başını buraxıb fikirlərdə yeknəsənlik
yaratmamaq, istedad və ilham meyarında sözün
ölçü-biçimini bilmək imkanlarını şer-sənət-şair-
istedad-qabiliyyət-ilham-duyğu-zəngin təxəyyül-
söz
ehtiyatı-söz
tutumu-söz
zənginliyi-sözə
qiymət silsiləsində qorumağı, qavramağı əsas
bilir.
Şair Məmməd Araz şəxsiyyətinə, sənətinə də
öz
yaradıcılığında,
elmi,
ədəbi-publisist
fikirlərində yer ayırır. Onun şerləri də "Füzulidən
dayaq olub, Vaqif, Vidadidən qanad, Mirzə Cəlil,
Sabirdən qeyrət, Səməd Vurğun, Rəsul Rzadan
vüsət, Əli Kərimdən həsrət qalıb. Şairin dediyi
kimi desək :"Onun şeri addım-addım çıxıb söz
qəsrinin dolanbac pillələrini. Məmməd Araz
ayağını üzəngiyə qoyub ata süvar olan gündən
düşməyib yerə. Söz cıdırında atını elə çapıb ki,
özünə məxsus iz açıb, ayrıca yol salıb".
"Qadan balan mənə gəlsin Araz!
470
Adını adıma qoşuram"
- deyən gündən. Fikrət Sadıq göstərir ki, Araz
şer, dastan, yaddaş, ürək ağrısı, ümu-küsüdür. O
Məmməd Araz yaradıcılığındakı vətənpərvərliyi,
vətəndaşlıq məsuliyyətini, torpaq, vətən, yurd
sevgisini Azərbaycan adına, tarixinə, varlığına
olan
sonsuz
əbədi
sevgisini,
onların
tərənnümünü "şair qəlbinin şah damarından axıb
gələn söz"- Vətən sözündə ümumiləşdirir.
Daha bir söz-Vətən!
Azərbaycan-qayalarda bitən bir
çiçək.
Azərbaycan çiçəklərin içində
qaya.
Mənim könlüm bu torpağı vəsf
eləyərək,
Azərbaycan dünyasından baxır
dünyaya,
- misralarını yada salır. Bizi vətəndaş olmağa
çağıran bir şairin narahat dünyasıyla səsləşdiyini
bildirir və söyləyir ki, " Məmməd Arazın şer
xalısının yeri torpaqdır".
Məmməd Araz kimi, Xəlil Rza da şairin sevə
sevə-sevə öydüyü sənətkarlardan biridir. Lakin
onun əsərləri əsasında fikrini demir. Xəlil Rza
şəxsiyyəti haqqında danışır. Zamanın az-az,
qətrə-qətrə yetirdiyi şəxsiyyətlər haqqında ki,
onlardan biri də Xəlil Rzadır. Ondan elə bir dillə
danışır ki, hər cümləsində Xəlil Rza coşqunluğu,
471
odu, alovu bizi də isindirir. Azadlığı "zərrə-zərrə,
qram-qram" istəmirdi Xəlil Rza. Fikrət Sadıq
onun bu duyğularını öz lirik dünyasıyla bölüşür:"
Xəlil
Rza
azadlığı
zərrə-zərrə, qram-qram
istəməmişdi., özü zərrə-zərrə öyrəndi, kamilləşdi.
El-obanı, tarixini, keçmişini təkrar-təkrar yaşaya-
yaşaya bugünləşdi, kamala yetdi". Xəlil Rzanın
sinəsindəki Vətən sevgisi, onun azadlığını
görmək istəyi millətinin "sıyrılmış qılıncı"na
çevirdi. O, xalqının azadlığı uğrunda sinəsini
sipər elədi, sözünün közünü, istisini o səmtə
yönəltdi. Bu yolda Təbrizini də şəhid verdi.
Əyiləmdi, sınmadı, çünki o yolu tutanda o
yollardakı
ölüm-itimi, itkini
də
görmüşdü
əvvəlcədən. Ona görə də əyilmədi. Dərdi üstünə
dərd gələndə də içində də çəkdi. Övladı kimi
sevdiyi Vətən də ona Təbrizi kimi əziz idi. O,
Təbrizdə Təbriz boyda bir həsrət də yaşadırdı.
Fikrət Sadıq bunları görmüşdü öz gözləri ilə və
ona görə də onun keçdiyi mübarizə dolu həyata
bələd bir insan kimi şerlərindəki ölməz ideyaları,
qəlbindəki
vətəninin
azadllığa, müstəqilliyə
qovuşması istəyini və bu isətyi alov dilli
misralarında daha da közərtdiyini bildirir və Xəlil
Rzadan öyrənməyi tövsiyə edir:" Bir zərrə
azadlığın iynə ucundan keçib ulduz olan Xəlil
Rzanı tanıyın! Tanımasanız, özünüzü qınayın.
Dönə-dönə qayıdın, şerimizn pələnginə baxın,
onun sıçrayışını seyr edin, nərəsinə qulaq asın!
472
Ərləşin. Ər oğlu ər olun! Vətən uğrunda ölün ki,
bir daha doğulun! Necə ki, Xəlil Rza bu qeyrət
məktəbini keçdi. Həm özünə, həm millətinə, həm
də azadlığa başucalığı gətirdi". Fikrət Sadığın
fikirlərində böyük həqiqət yatır. Onun keçdiyi
həyat yolu çox oxucularına, onu sevərlərə dərs
oldu, həyat məktəbi oldu. Bu gün də Xəlil Rza
azadlıq aşiqi kimi onu sevən həmvətənlərinin
qəlbindədir və onu yaratdığı əsərlərdə də bu
sevgi odunu qoyub gedib və hələ çox nəsillər o
odda isinəcək, ondan qəlblərinə bir istək, duyğu
yayılacaq
və
zaman-zaman
Xəlil
Rza
xatırlanacaq və Fikrət Sadığın dediyi kimi zərrə-
zərrə qazandlığı azadlığın odunda polad kimi
ğbərkimiş misraları ilə yanaşı, polad ürəkli, polad
iradəli, adil və nadir şəxsiyyət kimi Babək
nəsilinin davamçısı qəhrəman, mərd, məğrur bir
vətən övladlı kimi də dönə dönə yad ediləcək.
Fikrət Sadıq öz bədii publisist yazılarında
Şahmar Ələkbərzadə, Anar, Sərdar Əsəd,
Teymur Elçin və bir çox sənət adamlarının
yaradıcılığı
haqqında
da
dəyərli
fikirlər
söyləmişdir. Anar özünəməxsus bir yazıçı yolu
açan-Anar yolu yaradan, öz cığırı, öz səmti, öz
yolu olan bir sənətkardır. Fikrət Sadıq bu yolu
belə təsvir eləyir ki, " bu yolu ayaq üstə təsəvvür
edə bilsəydik, qollu-budaqlı, çoxşaxəli nəhəng bir
ağaca bənzəyərdi. Bir ağac-bir orman. Bu yolu
ləngərli, dolu, uzun bir çaya da oxşatmaq olar.
473
Dağlardan,
dərələrdən
keçib,
dənizə
yaxınlaşanda inçə-inçə kiçik çaylara bölünən,
delta yaradan bir çaya. O çay Anar olsa, o delta
onun əsərləridir. Dəniz də bizik- oxucular!"
Şair Anarın əsərlərinə poetika gözüylə baxır.
Keçmiş tariximizi bu günümüzlə birləşdirən
əsərlərinin adlarından poetik bir lövhə yaradır;
oricinal bir dillə nəsrə şeriyyət gətirir, bədiilik yox,
bədiilik nəsrin də, nəzmin də kübrəsidir, canıdır,
ruhudur. Şeriyyət deyirəm. Şeriyyət ahəngdarlığı,
mənsur şerin ən yaxşı çalarları vurulub bu
misralara. Bir sənətkar yaradıcılığının ötəri
mənzərəsini
yaratmaq
üçün
misralarına,
cümlələrinə, kəlməsinə
toxunmadan, qələm
çalmadan o möhkəm, tablonu olduğu kimi oxucu
qarşısına çıxaraq:" Bu yolla "Dədə Qorqud"
"Qobustan"a gəlir. Dünənimiz, bu günümüz,
gələcəyimiz bu yolda görünür.-Bu yol"Uzun
ömrün akkordlarıdır".
Yazıçının qəlbi ilə oxucular arasında "Əlaqə"
saxlayan yoldur."Bayram həsrətində olanlar", "Ağ
liman"da dayanıb, o qədər gileyləndilər ki,
dünəndən bəri yağan şıdırğı "Yağış kəsdi". Burda
"Molla
Nəsrəddin-66cı" dəfə
milləti
qəflət
yuxusundan oyatmağa çalışdı.
"Adamın adamı" olmalıdır. Adamı olmasa
"Macal" verməzlər.
Adamların
bir
qismi
"İçərişəhərdə"
yaşayırmışlar
kimi
-ümüdlərinin
darısqal
474
keçidlərində yaşayırlar. Odur ki, işıqlı nə varsa
göz yumurlar. "Şəhərin yay günlərində" "Evləri
köndələn yar"gilin binasındakı klubda "Dantenin
yubileyi" keçirilirdi.
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndən
həyat daha yaxşı görünür. Amma görə biləsən!
Yoxsa elə yazıçılar var ki, yuxarıdan yalnız həyəti
görürlər, həyatı görmürlər.
Anar da ədəbiyyata "Sizi deyib gəlmişəm"
deyib, gəlib. Bizim başa düşəcəyimizi bilib gəlib.
Anarın dili o qədər aydındır ki, onu ancaq nadan
başa düşməz.
Bu dili Anara anası Nigar Rəfibəyli laylaları
ilə, atası Rəsul Rza cəsur misraları ilə öyrədib.
Anarın
dili
Mircə
Cəlil, Sabir, Üzeyir
Hacıbəyov bulaqlarından su içib. Sözlərini bu
bulaqların suyunda suvarıb, bərkidib, polad
eləyib. Anar deyiləndə "Anlamaq dərdi" düşür
yadıma. Dörd bir tərəfdə bu qədər ziyanlı var
ikən ziyalı olmaq çox çətindir.
Son illərdə başımıza nələr gəlmədi ki,"Sizsiz"
qalıb el-oba, kənd-şəhər, Ana yurd! "Sizsiz" qalıb
qələm, şer.
Sinəmizə çəkilən "Şəhid dağı" hələ də
sızıldayır. Bayaqkı
"Ana
yolu"n
dörd
yol
ayrıcında-caharsularda sağa, sola ayrılan qollara
adlar
qoşulsaydı-nəsr, kino, teatr, dilçilik,
ədəbiyyatşünaslıq, publisistika adlandırılardı bu
qollar".
475
"Anar deyiləndə" yazısında Fikrət Sadıq Anar
şəxsiyyətini-əsərləri ilə birlikdə-əlaqəli şəkildə
ədəbiyyatımıza
xidmət
nöqteyi-nəzərindən
araşıdırır, qiymətini verir.
Bu formada, bu gözəllikdə, bu məzmunda
fikir söyləmək yazıçı, sənətkar yaradıcılığına
qiymət vermək-ədəbiyyatda ən gözəl yenilik kimi
qiymətləndirilməlidir. Ədəbiyyatşünaslıq fikirləri
bədii əsər deyil, onu oxunaqlı etmək üçün dilinə
bədiilik, şeriyyət qatışdırmaq lazımdır. Bəkir
Nəbiyev, Nizami Cəfərov, Qara Namazov, Şamil
Salmanov,
Nizaməddin
Şəmsizadə
kimi
ədəbiyyatşünasların dili olmasa görən oxucu
neyləyər?
Ədəbiyyatşünaslıq
ədəbiyyat
sevərlərin diqqətini cəlb edə bilərmi? Ümidsiz
olmayaq. Fikrət Sadıq var, onun kimi qələm əhli
var. Sənəti misra üzərində qurulan Azərbaycan
şairləri, yazıçıları var ki, Nizamidən, Füzulidən
deyəndə elə bilirsən onları oxuyursan. O
bədiiliklə yazılan yazılar ədəbiyyatşünaslığın
xəzinəsindəndir. Bu cəhətdən Fikrət Sadığın yolu
öyrənilməlidir. Şair, yazıçı hər hansı hadisəni,
motivi öz əsərinin sücet xəttinə çevirib, bədii
dolğunluğu ilə onu təsvir edə bilər. Bu əhli
qələmlər üçün çətinlik törətməz. Amma o
sənətkar, yazıçı haqqında, onun yaradıcılığını
sənətkarlıq baxımından bu cür gözəl demək,
müxtəsər, əhatəli
danışmaq
Fikrət
Sadıq
476
yaradıcılığnın gözəlliklərini şərtləndirən əsas
məsələlərdən biridir.
Fikrət Sadığın uşaqlar üçün yazdığı şerlər elə
böyüklər
üçün
də
maraqlıdır.
Gözəl
sənətkarlarıımızın şerəlrini "uşaq" və "böyük" şeri
kimi bölməyə razı deyil. "Şeri uşaq şeri, böyük
şeri deyib iki tirəyə ayırmaq olmaz., şer var
yalnız" sadə adi sözlərlə ən ulu mətləblər açıla
bilər. Ya da ədalı sözlərin dalında ən adi hekayət
belə qaranlıq qalar".
Boş mənasız yazılarını şer adlandıranlara
bildirir ki, "sərbəst şer musiqidən, ritmdən azad
deyil. Sərbəst şerin özünəməxsus musiqisi
vardır. Bunu gözləmək lazımdı. Nə boş qutu kimi
ust-üstə düzülən soyuq, beton evlərə bənzəyən
heca bəndləri gərək deyil bizə, nə də qorxudan
pərakəndə düşmüş, başsız qoşuna bənzəyən
sərbəst misralar". Yeni qafiyə əruzu da, hecanı
da, sərbəsti də gözəlləşdirir. Şairin başını uca
eləyir. Qafiyə axtarışdır, kəşfdir.
Fikrət Sadıq ədəbiyyata gələn yaxşı, istedadlı
gənclərin yaradıcılığına diqqətlə yanaşmağı,
qayğılarını duymağı, ən yaxşı əsərlərin çapına
kömək edilməsini istəyir.
Fikrət Sadıq 80-90cı illərdə ədəbiyyata gələn
gənc şairlərin əsərlərinə münasibətini də öz
yazılarında bildirir. Şerə, sənətə gələn yeni abı-
havanı alqışlaryır və onlarla birlikdə ədəbiyytda
öz hay-küyü ilə yer tapmaq istəyənlərin ədəbiyyat
477
aləmini bir-birinə vurmasını, bir-birinə qənim
kəsilməsini, özünəqədərki ədəbiyyatlara qarşı
qərəzli fikirlərini pisləyir.
"Gənc
şairimiz
Azərbaycanın
azadlığı
uğrunda mübarizədə sinəsini düşmən gülləsinə
sipər eləmiş Ülvi Bünyadzadənin "Ülvi duyğular"
kitabına yazdığı fikirlər onun gənc istedad
sahiblərinə qayğısının, məhəbbətinin nəticəsidir.
20 illik ömründə çəkdiyi ağrı-acılar, yurd-yuva
həsrəti
vətəndən
didərgin
düşmüş
şairin
yaradıcılığında onu yandırıb tökür. Fikrət Sadıq
Ülvinin ülvi hissləri cəmlənmiş "Ülvi duyğular"
kitabını "gənclərə örnək, mərdlik öyrədən kitab"
adlandırır.
Abbas Abdullla Azərbaycan ədəbiyyatında öz
dəsti-xətti, oricinal yaradıcılıq imkanları olan
istedadlı sənətkarlarımızdan biridir. Onu öz
qələm dostlarından fərqləndirən bir cəhət də
onun Azərbaycanın xoşbəxt gələcəyi naminə
bəzən yaradıcılıq imkanlarını ölkəsinin ictimai-
siyasi axarında əridib ömrünün bir hissəsini onun
gələcəyinə həsr etmək, bu olda bəzən işıqda,
bəzən kölgədə qalmaq qismətinə nəsib olan
şairimizdir. O, sülhsevər bir insandır, necə olur-
olsun bu millət, dövlət öz müstəqilliyini əldə
etmişdir, edəndən sonra da onu qoruyub
saxlamalıdır, dünya dövlətləri içərisində sivil bir
dövlət kimi inkişafını təmin etmək üçün məsul
vəzifələrdə çalışmış, qələmini bununla belə yerə
478
qoymamış, düyna ədəbiyyatına misilsiz sənət
inciləri bəxş eldən Nizami, Füzuli, Nəsimi kimi
səntkarların Vətəni Azərbaycanın miilli-mənəvi
zənginliyini dünyaya tanıtmaq üçün çalışmış və
bu gün də var qüvvəsi ilə çalışır. Şöhrətdən uzaq
Abbas Abdullanı şair Fikrət Sadıq gözəl tanıyır.
Əsərlərindəki yüksək ideyaları, bədii gözəlliyi,
sənətkarlıq məharətini görür və gördüyündən
onun yaradıcılığı haqqında dəyərli fikirləri də
söyləməyi özynə borc bilir. O, Abbas Abdullanın
sənətinə, onların ideya-məzmun zənginliyinə
heyranedici nəzərlərlə baxır. Onda olan "Tanrı
vergisi" şairi ovsunlayıb. Abbas Abdulla "Mənim
qanım, mənim
canım
Azərbaycanım"-deyir.
Fikrət Sadıq onun bu müqəddəs hisslərini, saf
duyğularını özü yaşadığı kimi qiymətləndirir, bu
mövzuda "şerlər birər-birər layladı, bayatıdı,
qoşmusan Vətənin şəninə"-deyir və Azərbaycan
Abbas Abdulla üçün nədir? -sualını görür bu
şerlərdə və o özü onun bu hisslərini, duyğularını
şair kimi vətənə, xalqa, yurda, torpağa, elə-obaya
bağlılığını ümumiləşdirir. Dediyi bu sözlərdə: "O
yer ki, sənə Ana olub, sən o Anaya layiq
övladsan. O azadlıq sevən tərəkəmə elatı sənin
yurd yerindir. "Yurdyerin" dilindən düşmür. Yurd
yerinin hər qarışında sənin ayaq izin var. Bu
dağlar, dərələr, ormanlar, çaylar harda olsan səni
haraylar( fikirlərə, qoşumlara, düzümlərə, təhlilə
bax; su kimi axıcı, dəniz kimi coşqun). Fikrət
479
Sadığın kövrək və həzin kəlmələri bir şairin o biri
şairə ürəkdə bəslənən səmimiyyətinin ifaədəsidir.
Bu
gün
əli
çıraqlı
gəzirik
o
yaşıd
sənətkarlarımızı ki, biri-birinin sənətinin yaxşı
cəhətlərini görsün, ədəbiyatmızın inkişafı naminə
danışsın.
Ədəbiyyatdan
varlanmaq,
kürsü
tutmaq, vəzifə sahibi olmaq üçün az qala hər
birinin topu, gülləsi, mərmisi, barıtı söz olub bir-
birinə tuşlanan yazıları düşünəndə bu yazı da
yada düşür, ürəyim bu yazıdan fərəh duyur,
gözündən su içir, rahatlıq tapır. Sənətkara olduğu
kimi qiymət vermək Fikrət Sadığın demək
qanındadır:
"...Sənin
yurd
yerinə
olan
məhəbbətindir ki, "Torpaqdan pay olmaz" deyib
aləmə car çəkmisən… əsir düşən Vətən
torpağının səsi göylərə bülənd olur, sən bu
yerdəki haqsızlıqları görüb, bu ah-naləni eşidib
yerdəkilərdən bir kömək olmadığını bilib şerlərini
göy üzünə yazmısan. Onları elə beləcə də
adlandırmısan "göy üzünə yazılmış şerlər". Fikrət
Sadıq bu şerləri böyük ədəbi hadisə olduğunu
söyləyir və bildirir ki, " bu şerlərdə dünən, bu gün,
sabah birləşib əbədiyyət olub. Qədim şerlərimiz
bu günün avanqard şerləri ilə qaynayıb-qarışıb.
Gənc şairlər buna bənzər şerlər yazanda hay-küy
qoparırlar ki, Amerika kəşf eləyiblər. Amerika
çoxdan kəşf olunub, Cənablar. Abbas Abdullanın
üzünü görmədiyi atasına yazdığı məktublarda
şair onun özünün olduğunu duyub, qırmızı
480
imperiyanın hördüyü tora düşüb, olmazın zülüm
çəkib, xalq düşməninin oğlu olub. Bu oğul xalqın
dostu-şair Abbas Abdulla imiş-demə". Şair Abbas
Abdulla sənətinə, amalına, əqidəsinə dərindən
inandığından onun "türk oğlu, türkəm" sözlərinin
də səmimiliyinə inanır, böyük bir inamla şairin
dediklərini təsdiqləyir: Sən doğrudan da türk
oğlu, türksən. Türk sözü qadağan olanda sən
türkəm deyirdin. Türkün tarixini əzbər bilirdin.
Dünənini, bu
gününü, sabahını
görürdün.
"Ulduz"da və ya başqa qəzet -curnallarda
eyhamla dolu misralarında türk doğulduğunla
fəxr edirdin. İndi də fəxr edirsən. Sabah da fəxr
edəcəksən. Əqidəsinə, soyuna, kökünə sədaqətli
Abbas Abdulla kimi oğullar Azərbaycana su kimi,
hava kimi gərəkdir. Damarından türk qanı axan,
bununla fəxr edən çiyinlər üstə dayanan
Azərbaycanın işıqlı, bütöv gələcəyi danılmazdır.
Millətin ləyaqətli oğullarından birisən. Azadlıq və
həqiqət carçısısan və şair Fikrət Sadıq şair
Abbas
Abdullanı
həmişə
belə
görmək
arzusundadır. "İnnən belə də elə-belə qalmağını
arzulayıram": özünə dost, həmsirdaş, həm qələm
tapdığına görə, belə insana, şairə səmimi
müraciət edir. Ona bağışladığı kitabındakı
"taledaş" sözünə
diqqəti
yönəldir:" Mənə
bağışladığın kitabda mənə taledaşım demisən.
Doğrudan da, biz taledaşıq. Taleyimizi yaşayan
ümid və məhəbbət təşnələriyik. Tanrı bizi
481
peşiman eləməsin!" Abbas Abdulla Fikrət Sadıq
gəncliyində, uşaqlığında eyni taleyüklü məsələlər
var və şair fikirlərində haqlıdır.
Fikrət Sadıq yaradıcılığında dil məsələsi də
əsas diqqət mərkəzindədir. O, doğma ana dilini-
azəri türkcəsini "Böyük Türk dili ağacının
əzəmətli şah budağı" adlandırır. Bir kökə, bir
soya bağlı millətin dilinin ahəngdarlığı, Şərqdəki
rolunu böyük rus şairi Lermontovun fikrinə
istinadən açır:" Avropada fransız dili nədirsə,
Şərqdə də türk dili odur". Avropada fransız dilini
bilən hər kəsə orada olmaq, gəzmək, dolanmaq,
bu dil vasitəsilə əlaqə saxlamaq necə asandırsa,
dünən də, bu gün də türk dili Şərqdə belədir. Şair
Lermontovun o zaman deyilmiş fikrinə bu gün
qüvvət olaraq həqiqətin bir üzünü-danılmaz
üzünü açıqlayır."İndi Sakit okeandan tutmuş ta
Avropanın ürəyində bu dildə danışanlar var. Bu
dilin qoruyucuları onun qəhrəman felləridir: ox-
yaynan silahlanmış bu döyüşçülər dünyanı fəth
eləyənlərdir" və şair öz sələflərinə münasibtini
bildirir ki, " Sənin Ana dilin indiyədək bir kəsə baş
əyməyib". Fikrət Sadıq bu dili Dədə Qorqud,
Həsənoğlu, Füzuli, Vaqif, Axundov, Sabir, Mirzə
Cəlil, Şəhriyar, Səməd Vurğun, Rəsul Rza dili
kimi şərh edir. Onun qədimliyini, ilkinliyini,
təkhecalı sözlərlə zənginliyini yada salır və
dilimizə gətirilən başa düşülməyən ofis, küçə
adlarını, əcnəbi dillərdən gələn sözləri görüb bir
482
vətəndaş kimi qəzəblənir və haqlı olaraq bir dilçi
kimi də bunu pisləyir:" Sən Ana dilini başının
üstünə bayraq kimi qaldırıb irəliləmisən. Sən
istəyirsən ki, var olasan. Məhəmməd Hadinin
dediyi kimi olmalısan:
Qoymuş millət imzasını övraqi-
həyata,
Yox millətimin xətti bu imzalar
içində.
Fikrət Sadıq dilimizdən, onun zənginliyindən,
özünəməxsusluğundan danışarkəm gözəl dilçidir,
həm gözəl şairdir, həm də ədəbiyyatşünasdır. O,
bu dilin gözəlliklərini sadaladıqlarımın daxilində
görüb, duyub, seçib, qoruyur, üstündə yarpaq
kimi əsir, narahatçılıq keçirir. Özü də bu
narahatçılığın
səbəblərini
açır,
analara
"övladlarınıza öz dilinizi, ana dilinizi öyrədin"-
deyir, millətin gələcəyini onların böyütdükləri
övladların əlində olduğunu unutmamağa, yad
kəlmələrdən uzaq etməyə çağırır. Fikrət Sadıq
dilinin gələcəyi üçün narahatçılığını bütünlüklə
gizlətmir. "qollü-budaqlı nəhəng palıd ağacı"na
bənzətdiyi dilinə yad kəlmələr asılsa "budaqları
sınacaq, kökü quruyacaq" dilinin. Ana dilini hünər
dili
kimi
yüksəklərə
qaldırır, oxucusunun,
millətinin gözünü açır, quru, sönük sözlərlə deyil,
coşqun sellərə, çaxan ildırım işığına, Ay, Günəş
nuruna bənzər odlu, alovlu, isti sözlərlə açır,
yatmışları oyadır, dilinin saflığını qorumağa
|