415
Hara çatdı, hara vardı,
Orda qiyamət qopardı.
Əli gətirənə yardı,
Acizi qınadı manat.
Orda dağları tərpədər,
Salar kəndləri dərbədər.
Burda ölünü dirildər,
Lap İbn-Sinadı manat.
Səninlə olsa zamana.
Səsin çatar asimana.
Göy bir yana, Yer bir yana
Dursa, bir yanadı manat.
Ç ünki şairin lirik qəhrəmanı bu pulu belə
görüb, pul onun nəzərində:
Qızıl, gümüş, əfi ilan.
Ölüm, zülüm, böhtan, yalan,
Uçurmaqdan ləzzət alan,
-əzəldən fəna olmaqla yanaşı, birinə "yad
qohum", birinə "ana", "evlər dağıdan", "Leylini
Məcnunu" bir-birindən ayıran, "hər yetənə" daş
atandır. Şair onun bütün xüsusiyyətlərini bir
"Manat" gəraylısında elə ustalıqla "tərənnüm"
edir ki, insan övladının gözü qarşısında çox
mətləblərə aydınlıq gətirilir; "buz kimi", "qəlbi
daş" manat-pul çox inadı qırıb, çox dizlilərin dizini
büküb, çox nahaq qanlar töküb, amma bu iblis-
416
mələk simalı pul sevilib, insanları şirin dililə elə
zəhərləyib ki, insanlığı içindən yeyib, hümanist
dünyamıza elə qılınc çəkib ki, ana balasına, dədə
oğuluna və ya əksinə düşmən çıxıb. Şair pulun
cəmiyytlərdə oynadığı çirkin simasını oxucuya
daha kəsərli, təsirli şəkildə çatdırmaq üçün mifik
obrazlardan yararlanır. Əzrayıl, Şeytan obrazları
ona fikrini tutarlı ifadə etmək üçün kömək edir:
Bu adam ələyən xəlbir,
Əzrayılla olub əlbir.
Kor Şeytanla dilbir, qəlbbir.
Gör necə mənadı manat.
Başdan - ayağa "şərdir təməli ilə" pul deyir və
bu iki misra-bir beytdə:
Hiyləyə büküb yaşadır,
Manatda manatı manat.
"Manatda manatı manat"-şairin qurduğu söz
oyunu fikrin təsirli, qüvvətli verilməsinə xidmət
edir. Fikri bədii şəkildə, bədii çalarlarla verməklə
təsir qüvvəsini artırmış olur.
"Su üzü mübarək olar", "Ç ox atılıb yollara su"
misraları ilk insanların inam və etiqadlarını əks
etdirir:
Su var hətta daşda, duzda.
Aydınlıqdı suyumuz da
-misrasında ilkin inamlar yaşayır. Yuxuda
görülən su aydınlıq, paklıq, xeyir sayılır.
Burada
"Zər qədrini zərgər bilər,
417
Zərdən bahadır zərrələr.
Ağır qatarları çəkər,
Dönsə əgər buxara su,
-misralarında birinci misra "zər qədrini zərgər
bilər" el misalı öz tutumuna, məna dərinliyinə
görə ən yaxşı atalar sözü və məsllərimizdə
yaşayır. Şair bu hikmətli sözlə suyun qüvvətini,
qüdrətini daha təsirli ifadə etməyə nail olmuşdu.
"Su" gəraylısı da "Manat" gəraylısı kimi bir
varlığın
xüsusiyyətlərini
açır, onun
yaxşı
keyfiyyətlərini tərənnüm edir.
"Su" məzmunca "Manat"dan xeyli fərqlidir.
Pul cəmiyyətə xidmət edir, su bütün insanlara;
kasıba da, varlıya da.
Pulun hər cür üzü var, qüdrət və hiyləsində
istədiyi formada "şeytana papuş tikə bilər", suyun
isə bir üzü var və "su üzü mübarək olar"-deyir
şair. Su həyatdır, suyun canında od var, insanın
alın
təridir
su, su
insanın
qada-balasını,
xəstəliyini, dərdini üstündən götürə bilmək
"qüdrətinə" malikdir, su əzizini yola salan insanın
ürəyinə, ruhuna təskinlikdir, onun yaşatmaq ruhu
böyükdür. Ona görə də şair suyu sevə-sevə
tərənnüm
edirsə,
pula
münasibətində
misralarından dərd tökülür. Suya isə şairanə
yanaşır; onu göz yaşına bənzədir, şehə, nəmə
bənzədir və bu bənzətmələr şerin ahəngini, bədii
gözəlliyini artırır:
Göz yaşıdı, şehdi, nəmdi…
418
Hər fəsildə bir aləmdi.
Lalə üzündə şəbnəmdi,
Zinət verir Bahara su.
Elə sular var ki, təbibdi, loğmandı, cana
məlhəmdi. Şair Badamlı, İstisu kimi təbii,
şəfaverici
müalicəvi
mineral
suların
xüsusiyyətlərini vəsf edir.
Şair suyu üzüyə, Yer kürəsini qaşa bənzədir.
Dünyanın xeyli hissəsini, hər tərəfdən su əhatə
etdiyindən, dünyanı üzük kimi dövrəyə aldığındın
şairin bu bənzətməsi yerinə düşür. Su azadlıq
sevər, yaxşı insan xislətlidir, yaltaqlıq nə
olduğunu bilməz, kimsəyə "əyilməz", suyun
qüvvəsi, qüdrəti böyükdür. Onun sayəsində
gecələr aləm nura qərq olur, "axar, çilçıraqlara
su". Su
qayğıkeşdir, dünyanın,
insanların
qayğılaprını çiynində gəzdirəndir. Ona görə də
dərdli adam dərdini suya açır, qorxan su içir,
suyla təsəlli tapar. Su çox keyfiyyətlərə malikdir,
o
coşub-daşmağı, vurub-dağıtmağı, "qurub
yarat"mağı da bacarır. Su "insanın pənahıdır", Su
dünyanın "anası"dır, "susuz heç nə təmiz olmaz,
su təmizlik, su dəstəmaz, su həyatdır". Şair bu
keyfiyətləri lirik bir dillə tərənnüm edir. Bəzən
tərif-tərənnüm etdiyi suyun gözünə ictimai, siyasi,
fəlsəfi fikirlərini, düşüncələrini də "qatır":
"Suyla, təkcə suç yuyulmaz,
Neyləsin günahkara su,
və yaxud:
419
Ulduzların ahı sudur.
İnsanın pənahı sudur,
Neytron silahı sudur,
Var bomba su, qumbara su.
Və yaxud:
İnsanın alın tərində
Hörülübdür divara su.
Və yaxud:
Abır-üzün suyudursa,
Çaxır üzüm suyudursa,
Yalan-sözün suyudursa,
Gör gəlib hardan-hara su.
Və yaxıud:
Qarışmaya dünyada kaş
Məhəbbətə, ilqara su.
Və yaxud:
Hamı ağzına su alıb,
Yer üzündə su azalıb.
Bütün bunlar bir daha göstərir ki, Fikrət
Sadığın gəraylılarında həyatın müxtəlif sahələri-
dünya-kainat-insan-zaman-su-torpaq-sevgi
öz
ifadəsini tapıb və bu mövzular xalq ədəbiyyatının
da mövzusu olub. Həm məzmunca, həm
ideyaca, həm də sənətkarlıq baxımından bir-
birinin bəzəyi olan bu şerləri rişəsi xalq
ədəbiyyatından su içmiş bir qəlbin, təfəkkürün
məhsuludur. "Zər qədrini zərgər bilər" atalar sözü
burda
yerinə
düşür. Fikrət
Sadıq
xalq
ədəbiyyatını sevən, ona bələd olan, onun
420
gözəlliyini
duyan,
mənəvi
zənginliyini
qiymətləndirən,
ondan
zərgər
kimi
öz
yaradıcılığında yararlanan, bir-birindən dəqiq,
əntiq əsərlər yaradan qələm sahibidir.
421
MİNATÜR
Fikrət Sadığın yaradıcılığında minatür şerləri
də mühüm yer tutur. Bu həcmcə kiçik, lakin
məzmun və ideyaca dərin mənalı minatur şerlər
də şairin dünyagörünüşünü, dünya, kainat,
torpaq, vətən, insan sevgisi, sənət sənətkar
haqda duyğy və düşüncələrini ifadə edən
mükəmməl sənət əsərləridir.
Harda türk var,
Orda neft var.
Harda neft var,
Orda bəla var.
Nefti olan ölkələrin,
Haqqında Kərbala var.
Güney-quzey Azərbaycan kəlməsi taleyinə
yazılan ağrı-acılar şairə dərddir. Bu dərdlərə
günçıxan-günbatan
adının
da
qoşulması,
Azərbaycanın
bir
ürək
kimi
dörd
yerə
parçalanması dərdlərdən də "betər dərddir".
Bir zaman ikiyə bölündü Vətən,
Güney-quzey azmış demə,
İndi də günçıxan-günbatan,
Çıxdı bu yandan.
İndi vətən dörd oldu.
Bu dərd əvvəlkilərdən
Betər dərd oldu.
422
R. Rza onun şerləri haqqında yazırdı: "təkcə
qədim poezyamızın ənənələrindən deyil, eləcə
də təsviri sənətimizin minillik ənənələrindən -orta
əsr minatürlərinin rəsmlərindən gələn zəriflik,
poetik dünyagörüşünün zərgər incəliyi Fikrət
Sadıq istedadının başlıca xüsusiyyətidir. Fikrətin
bir sıra şerlərində poetik dəsti-xəttin kalliqrafik
nəfisliyi duyulur".
Kobudluq böhtan atdı zərifliyə,
Zəriflik
həyadan sındı çilik-çilik.
Yalanı da çağırdılar,
Dedi:-Bilirik
Zərifliyin kobudluğunu.
Gerilik də bilir bunu.
Ədalətə çatdı xəbər
gec idi,
Zərifliyi yerlə-yeksan eləmişdilər.
Burada zəriflik düzlüyün, saflığın rəmzidir.
Yalançının, riyakarın həyasız, mənfur qəlblilərin
böhtanına məruz qalıb təhqir olunan, əzilən
təmizliyin, müdrikliyin timsalı Zəriflik haqq-ədalət
öz yerini tapana qədər atılan böhtanlara, yalana
dözməyərək mənən məhv olduğu kimi, cismən
də dünyanın ədalətsizliklərinə dözmür, məhv
olur. Nadana, yalana qəhmər çıxıb düzü
baltalayanlar
da,
yalançılar
da,
onun
dəmtutanları da o mənfur qüvvələrdən heç nələri
ilə seçilmir.
423
Fikrət Sadığın minatür şerlərinin hər biri
ayrılıqda bir mövzudur. İki-üç bəzən dörd-beş
misrada dolğun, bitkin bir fikir var. Özünü
öyənlər, eqoist insanlar şairin ikicə misralıq
şerində öz əməllərinə görə bilərlər və bu misralar
əsil ibrət dərsidir:
Biri polad qayanı qəlpə-qəlpə
qoparıb
yol açır, öyünməyir.
Biri
köhnə
cığırın
otunu
təmizləyib hər
gün
özündən
deyir.
("Biri")
Kimsənin arxasınca danışmağı bacarmayan,
bunu kişilik qüruruna, qeyrətinə sığışdırmayan,
hər kəsin eybini üzünə deyən şair:
Susdum,
çoxaldı dostum.
Dindim,
Düşmənim artdı,
Gəl, gör nə partapartdı.
-deyir. Dostun
düz
sözünü
acı
bilən,
eşitdiyindən nəticə çıxarmayan, dostla düşmənini
seçməyi
bacarmayan
kəslər
şairin
bu
misralarından ibrət götürülməlidirlər.
Fikrət Sadıq insanlar arasına nifaq salanları,
ikiüzlü, hiyləgər şəxsləri dörd misrasında tənbeh
edir:
Saman altdan su yeritmə,
424
Saman çürüyər əvvəl-axır.
Üzə çıxar qəlbin pası,
Üzə çıxar bütün paxır.
Eqoistləri, başqalarından
özünü
yüksək
tutanları şerlərində çox incəliklə ifşa edir:
Nə gördü bəyənmədi.
"Bu boşdu",
"Bu puçdu",
"Bu heçdi"-dedi.
Özündən özünə dedilər:
"Bu bambaşqa məsələ,
Bunun qiyməti beşdi"-dedi.
Üzdə quzu kimi sakit, mehriban, dalda
"başkəsən" ikiüzlülər şairin insan kimi baş aça
bilmədiyi nifrət elədiyi şəxslərdir. Şair onları
insanlar arasında görmək istəmir, hər kəsi öz bəd
əməlinə görə tənbeh etməyi məsləhət görür:
Yalançını yalanla,
Zalımı qılıncla,
Acgözü yeməklə,
Sözbazı qaxıncla,
Nadanı biliklə,
Tənbəli balıncla,
Rüşvətçini pulla,
Paxılı acıqla,
Öldürün!
Öldürün, qorxmayın,
Aləmə bildirin!
("Xəbərdarlıq")
425
Bu misralar insanı bəd əməllərdən uzaq
olmağa çağırişdır. İnsanlığa yaraşmayan əməl
sahibi insanlıq adına ləkə gətirdiyindən ölümə
layiqdir. Şair düzlüyün, saflığın simvolu kimi
insanı qiymətləndirir. Ona görə də hər bir pis
əməl sahibini o əməllə yox etmək lazımdır.
Fikrət
Sadığın
atmacaları,
zarafatları
arxasında insan düşüncələri dayanır. Kamil zəka
sahibinin
atmacaları
insanı
düşündürməyə
bilməz. "düzə zaval yoxdur" atalar məsəli "yüz
ölçülüb, bir biçilmiş" fikirdirsə, düzü zavaldan
Allah niyə bəs saxlamır bu cəmiyyətdə? Onun
atmacalarından birində deyilir ki:
Düzü divara dirədilər
güllələdilər.
Güllələr düz getdi.
Əyrini divara dirədilər
güllələdilər.
Güllələr əyri getdi.
Haqsızlıq dünyanı başına götürdüyündən
"indən belə əyriyə zaval yoxdur"-deyən şair
fikrində bəlkə də haqlıdır. Bu gün bir milyona
yaxın həmvətəni torpağından qaçqın, didərgin
düşüb; Xocalı kimi dəhşətli bir tarixi faciəni
yaşayıb; on minlərlə oğul-qızlarını şəhid vermiş
Azərbaycan xalqının başına erməni faşistlərinin
və onun tərəfdarlarının gətirdiyi müsibətlər,
elmin, texnikanın, insan şüurunun ən yüksək
inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə
426
erməni
murdarlarının
yalançı
hay-küylərinə
inanan bir çox dövlətlərin onların yalanlarına
uyub
günahsız
xalqımızın
səsinə
deyil,
yalançıların səsinə səs verməsi -Fikrət Sadıq
kimi haqqın səsini eşitmək istəyənlərin gəldiyi bu
nəticə
bir
şair
qəlbinin
dünyanın
bu
haqsızlıqlarından
qəlbən
inciməsindən,
küskünlüyündən doğur.
Şairin elə mövzuda atmacaları da vardır ki,
bunlar ilk baxışdan gülüş doğurur. Məsələn, iclas
zalının qapısı ağzında məndən soruşdular:
Zalda nə qədər adam vardı?
Dedim: "elə bilirsən zaldakıların hamısı
adamdı?"
Fikrət Sadığın bu atmacalarındakı fikir və
ideyaları görkəmli alimimiz proffessor Kamil
Nərimanoğlunun sözləri
ilə ümumiləşdirmək
istərdim:" Fikrət Sadığın atmaca və zarafatları
özü kimidir, iynəli, tikanlı deyil. Başqasına
sataşmaq, toxunmaq məqsədindən də uzaqdır.
Həyatın özü kimidir; kədəri də, sevinci də
özündədir. Həmişə mənə elə gəlir ki, Fikrət Sadıq
bu atmaca, zarafatlarla özünü sakitləşdirib,
tarıma çəkilmiş qəzəblərini yumşaldıb, taleyin
ironiyasına ironiya ilə cavab verib. Hər şeyin
zarafat damarını tutmaq, özü də sənətkarlıqdır"
Fikrət Sadığın atmacalarında fəlsəfi fikirlər
özü bir aləmdir. Bir dəfə bir cavan oğlan məndən
soruşdu:
427
-Əmi, bu maşını sən sürürsən?
Dedim:
-Oğul mənə bir ömür verilib, heç ömür sürə
bilmirəm, maşını necə sürüm?
Və yaxud:
Bir kitab həvəskarı məndən soruşdu:
-Sizdə "İdeal" var?
Dedim:-"İdi"-rusca (get), al!
Yəni-get al, əgər tapsan.
İdeal-insanlığın can atdığı və çatmadığı əl
çatmaz, ünyetməz bir gələcəkdir.
Yarandığı gündən səma,
Bir an ürəksiz olmayır.
Ürək-günəş cəzb eləyir.
Ürək-Ayı.
Nə qədər ki, yorulmayıb,
Qabarmalar, çəkilmələr,
Yaşayacaq ürək-Yer.
Fikrət Sadıq şerə, sənətə yüksək qiymət
verən sənətkardır. O "Şerin dörd halı" bir bəndlik
minatür şerində sanki bu yaşanmanın möhürünü
vurub:
Köhnə fikir təzə libas geysə -
cəhalət!
Köhnə fikir köhnə libas geysə-
ətalət!
Təzə fikir köhnə libas geysə -
əsarət!
428
Təzə fikir, təzə libas geysə-
cəsarət!
Onun üçün yazan-yaradan əsil şair, əsil
sənətkar öləndən sonra da "ölməz".
Şair doğulub anadan deyirlər ki
filankəs.
Hamı bir cür doğulur, amma bir
əmması var. Əsil şair dünyada
doğulanda bilinməz.
Öləndə bilinər bu-şair öləndə
ölməz!
"Xəbərdarlıq" minatür
şe'rində
şair
əsl
nəsihətçidir. On misralıq bu şeri aşıqların
ustadnamələrini
xatırladır.
Gəncliyə
öyüd-
nəsihət, onu düz yola döndərmə, milli-mənəvi
dəyərlərə hörmət prinsiplərini uca tutmağa,
qocasına, ağbirçəyinə qayğıyla yanaşmağa,
onların böyüklüyünü unutmamağa çağırışdır. Bu
misralar:
Qocasını saymayan millətin,
Övladı nadan olacaq.
Gör-götür dünyasıdı bu.
Soruşma, bu nədən olacaq.
Fikrət Sadıq minatür şerlərində dünyanın
dərdindən gileylidir. Kiminsə qismətinə kasıblıq,
ehtiyac, kiminə də var-dövlət nəsib edən Tanrıya
giley-güzardımı bu, yoxsa üsyan, yoxsa görüb
müşahidə etdiyi dünyanın haqsızlığına qarşı
429
etirazmıdır? Hər halda bu ədalətsiz bölüm haqlı
olaraq şairin narazılığına səbəb olur:
Bu qurbanı olduğum Tanrıda
Bilmirəm bu nə adətdir,
Bu nə adət!
Pulu olana pul verir,
Evi olana imarət!
Kasıbı da unutmur,
ona da
dərd üstündən verir dərd.
Tənbəllik də şairin minatür şerlərində qısa,
yığcam tərifini alır. Nədir tənbəllik: tənbəllik -
gözünü qum tutmuş bulaqdır, ayaq açıb gec
yeriyən uşaqdır. "əsarətə öyrəşən el"dir.
Tənbəllik;
İstedadın ölümü,
Fikrin xərçəngi.
Arzunun güvəsi
Usta Zeynalın nəvəsi-
-dir.
Tənbəllik,
onun
fəsadları
bütün
çılpaqlığıyla
göz
önündədir. Tənbəl
insan
istedadı
öldürə
bilər,
gözəl
ideyalarının,
fikirlərinin evini yıxa bilər, ətalət içində qalar.
Mirzə Cəlilin "Usta Zeynal"ı kimi yoxsulluğu
qədər- qismət kimi qarşılamaqla, bir ömrü aclıq,
kasıbçılıq içində başa vura bilər. Tənbəl insan bu
dünyada heç nədir. Şairin bu qısa, yığcam
şerində qalın-qalın kitablara bərabər məzmun,
ideya var.
430
Şair "Nəzirə"sində qanun-qayda, dinc yaşayış
görmədiyi dünyanın eybəcərliklərini kökündən
baltalayır. Bəzəksiz, boyaqsız bütün çılpaqlığıyla
dünyanın əsil simasını göstərir:
Dinc yaşayış nə Yerdə var, nə
Ayda.
Yalan-palan
danışmaqdan nə
fayda.
Qanun-qayda
var
deyirlər
dünyada.
Yalan sözdür, nə qanun var, nə
qayda.
Bundan ona, ondan buna qeybət edənləri,
aragəzdirənləri, söz aparıb söz gətirənləri,
ədavət toxumu səpənləri şair puç, mənasız ömür
sahibləri, məhvə məhkum məxluqatlar adlandırır:
Sözlərin içindən pıçıltı.
Bunun boynuna biçildi.
Pıçıldadıqca kiçildi.
Ondan buna pıç-pıç.
Bundan ona pıç-pıç.
Axırda özü də puç oldu.
Fikrət
Sadığın
minatür
şəkilli
şerləri-
yanıltmacları da mənalıdır, şirindir, axıcıdır, könül
oxşayandır. Xalq
ədəbiyyatının
ən
gözəl
nümunələrində
olduğu
kimi,
şairin
yanıltmaclarında da bir təbiilik, axıcılıq vardır:
Həmişəgələn həmişə gələr.
Hərdəngələn hərdən gələr.
431
Vay o gündən
Həmişə gələn hərdən gələr.
Hərdəngələn həmişə gələr.
Və yaxud:
Göydə var bir çərxi-fələk.
Yerdə var min çərxi-fələk.
Bu çərxi fələyin,
Qəlbində nə var
Bilə bilmirik.
Min çərxi-fələyin
Ürəyindəkini nə bilək.
Şair "yalan ayaq tutar yeriməz" atalar
məsəlini yaşadığı zəmanə üçün mə'nasız görür.
Yalan ayaq tutsa da
Yeriməz deyiblər.
Yalançını işə gələn
Görürəm hər səhər.
Və yaxud:
Bu zamanda
Əli Vəliyə şər atır.
Vəli Əliyə şər atır.
("Bu zamanda")
Onun
zamanında "əyrini divara diriyib
güllələyəndə güllələr əyri gedir" "düzü divara
diriyib güllələyəndə güllələr düz gedir": düz
öldürülür, məhv edilir, böhtana məruz qalır;
zaman düzlərin zamanı deyil.
432
Sabir Rüstəmxanlı: yazır"Fikrət Sadığın sözü
iti və kəsədir. Məclislərdə, yolda-irizdə elədiyi
zarafatlar bəlkə də saf poeziyadır. Bu kitabda
bədhatən deyilən:
Dedilər ki, bütləri qırın,
Demədilər ki, lütləri qırın".
Şairin fikrincə, haqq şairi haqqı deməlidir,
həqiqətin carçısı olmalıdır:
Vacib deyil ki, şair-
Xalq şairi olsun gərək.
Bu vacibdir ki, amma
Haq şairi olsun gərək.
("Atalar demişkən")
Fikrət Sadığın həcmcə kiçik, lakin mənaca
dərin münatür şerlərində böyük ideyalar var,
oxucunu düşündürür, onu yerindən tərpədir:"
Əgər hər hansı şer, yaxud şerin təkcə misrası
oxucunu təlatümə gətirirsə, onu adi təsəvvürlər
məngənəsindən çıxarıb qəlbinin tellərini böyük
arzular məqamında kökləyə bilirsə, yaxud …
insanı öz "mən"inin dərinliklərinə nüfuz edib
mahiyyətini və taleyini ona göstərməyə qadirdisə,
belə bir əsərdə poeziyanın nəinki varlığı, hətta
müvəffəqiyyəti göz qabağındadır".
433
UŞAQ ƏDƏBİYYATI
İstər Azərbaycan şairləri, yazıçıları, istərsə
də dünya ədəbiyyatı korifeyləri hansı canrda
yazıb-yaratmasından
asılı
olmayaraq
öz
yaradıcılığında uşaq ədəbiyyatının inkişafına
ciddi fikir vermişlər. Bu cəhət Nizami, Füzuli,
Sabir, Mirzə Cəlil, Rəsul Rza, Şekspir, Puşkin,
Qorki, Tolstoy, Viktor Hüqo, M. Tven, C. Vern
kimi bir çox sənətkarların yaradıcılığında aydın
görünür.
Söz sənətinin tərbiyəvi əhəmiyyəti böyükdür.
Gənc oxucuya, uşaqlara bədii əsərlər mərdlik,
vətənpərvərlik, qəhrəmanlıq hissləri aşılayır.
Buna görə də uşaq və gənclərin bədii zövqünü
oxşayan, onların mənəvi tərbiyəsinə xidmət edən
bədii
əsərlər
xalq
tərəfdən
də
yüksək
qiymətləndirilir.
Bu cəhət Fikrət Sadığın yaradıcılığı üçün də
səciyyəvidir. Qara Namazov "Azərbaycan uşaq
ədəbiyyatı" kitabında yazır:" Uşaqlar üçün
yazmaq
çətindir.
Onun
özünəməxsus
434
xüsusiyyətləri yazıçıdan fitri istedadla, elmi
biliklərə yiyələnməklə yanaşı, uşaq aləmini
dərindən öyrənməyi tələb edir. Müxtəlif yaşlı
uşaqların maraq dairəsini, estetik zövqünü
öyrənmədən onu müəyyən məqsədə doğru
yönəltmək, onun fərdi meyllərini inkişaf etdirmək
olmaz."
Fikrət
Sadıq
yaratdığı uşaq
ədəbiyyatı
nümunələrində uşaq psixologiyasını dərindən
bilməklə yanaşı, balacaların yaş xüsusiyyətlərini,
qavrama qabiliyyətini, zövqünü, təfəkkürünü
özünəməxsus bir oricinallıqla qələmə almışdır. O
çox gözəl başa düşür ki, uşaqlar üçün yaradılan
əsərlər Camal əhmədov demişkən "humanist
ideyalar təbliğ edir, şəxsiyyəti formalaşdırır, nəcib
insani hisslər aşılayır, balaca oxuculara cəmiyyət
və təbiət hadisələri barədə bilik verir, bu sahədə
onların məlumatlarını genişləndirir və tamalayır."
Fikrət
Sadıq
uşaq
ədəbiyyatımızın
ən
görkəmli nümayəndələri Sabirin, A. Səhhətin, S.
S. Axundovun nəcib
ənənələrini davam
etdirərək, Azərbaycan uşaq ədəbiyyatını əsərləri
ilə zənginləşdirmişdir. O, ədəbiyyat tarixinə uşaq
şairi kimi daxil olmasa da, uşaq ədəbiyyatının
ən yaxşı nümunələrini yaradanların sırasında
öncüldür.
Yaratdığı "Cırtdan hara getmişdi" (1970),
"Bala kirpi" (1972), "Göydə nə var" (1978),
"Göydən alma düşmədi" (1982), "Gəlin dənizi
|