453
Məhəmməd Hadini düşündürən Şərq və Qərb
arasındakı təzadlara diqqəti yönəldir.
Fikrət
Sadıq
Məhəmməd
Hadi
yaradıcılığındakı sənətkarlıq məsələlərinə diqqəti
daha çox yönəldir. Onun yaradıcılığındakı millilik,
milli mənafeyi qoruma duyğuları ilə yanaşı,
yaradıcılığındakı sənətkarlıq imkanlarını da bir
ədəbiyyatşünas
kimi
təhlilini
verir. Onun
şerlərindəki daxili qafiyələri klassik şerimizdə də
olduğunu açıqlamaqla, Füzuli, Nəsimi, Nəbati
şerindəki daxili qafiyənin zənginliyini bildirməklə
onu da qeyd edir ki, Məhəmməd Hadinin
şerlərindəki daxili qafiyələr, ilham selinin yazı
prosesində gətirdiyi qafiyələr kimi qiymətləndirilir.
Onun yaradıcılığındakı daxili qafiyələrin bir növü
olan qafiyələrin rədif ilə qafiyələnməsini şerə
gətirdiyi həzinlik, səmimilik, musiqilik araşdırılır.
Fikrət Sadıq Məhəmməd Hadi yaradıcılığı,
onun sənətkarlıq məziyyətləri haqqında böyük
ustalıqla, ədəbiyyatşünaslığın bütün sahələrinə
dərindən
bələd
olan
bir
ədəbiyyatşünas,
ədəbiyyat nəzəriyyəçisi, tənqidçisi kimi danışır ki,
bu da Fikrət Sadıq zəkasının, istedadının
böyüklüyündən
xəbər
verir. O, şerlərində
Məhəmməd Hadinin bir millətin vətəndaşı,
qeyrətli şəxsiyyət, xalqının dərdini, qayğısını öz
yaradıcılığında əks etdirən, dünya-insan- milli
varlığımız
nöqteyi-nəzərindən, Şərq-
Qərb
taleyini, Şərq müsəlmanlarının həyatını əks
454
etdirən bir şair kimi ona olan hörmətini, sevgisini
şəxsiyyətinə
olan
ehtiramını
ifadə
edirsə,
"ümmandan damla" əsərində onun yaradıcı
sənətkarlıq
imkanlarını
araşdırır."Həyat
həqiqətlərini, hadisələr və predmetlər arasındakı
oxşarlığı düzgün təyin etməkdən ötəri zəngin
xəyal, dərin müşahidə əsas şərtdir. Bu iki
keyfiyyətdən məhrum olan şair məcaz yarada
bilməz. Klassik Şərq və mütərəqqi türk poeziyası
zəminində yaranan Hadi şeri başdan-başa
oricinal məcazlar: bənzətmə, bədii təyin, istiarə
və
mübaliğələr
ilə
doludur. Hadi
həyat
həqiqətlərini həm həqiqi, həm də məcazi mənada
əks etdirməkdə əvəzsiz sənətkar idi:
…dodaqsız
dişlər
üstündə
dururdu bir bəyaz xəndə.
Nə müstəhzi gülüşlərdi həyata
qarşı mədfəndə.
Şair təsadüfən qəbirstanda gördüyü bir
kəllənin
dişlərinin
ağarmasını
gülüşə
bənzədərkən, "Ölülər
həyata
gülür" -deyə
qüvvətli bir təzad yaratmışdır".
Fikrət Sadıq adi həyat həqiqətlərini poetik
yüksəkliklərə qaldıran, onu şair təfəkkürünün
süzgəcindən keçirərək onlara yeni məna verən,
obrazlı ifadələr yaradan Məhəmməd Hadinin incə
dərin həyat müşahidələrinə malik olduğunu
yüksək qiymətləndirir və fikrini bu cümlələrlə
bitirir:"Hadidə rast gəldiyimiz məcazları ümmana
455
bənzətsək, bu misralar damladır. Fəqət dəryadan
götürülən bir damla su, həmin dəryadakı suyun
acılığını və ya şirinliyini göstərə bilər. Hadi hər
vərəqi min kitab olan bir kitabdır".
Məhəmməd
Hadi
yaradıcılığının
zəngin
təhlilini
aparan
şairin
"Ümmandan
damla"
məqaləsi ədəbi-tənqidi fikir tarixində bu mövzuda
yazılmış ən samballı yazıdır. Həm Şərq, həm də
Qərb ədəbiyyatına, eləcə də dünya ədəbiyyatına
dərindən bələd olan Fikrət Sadıq Azərbaycan
sənətkarlarının,
şairlərinin
fitri
istedadının
məhsulu
olan
əsərlərini,
yaradıcılığını
araşdırarkən onların möhtəşəmliyini, əsərlərinin
ideya-bədii dəyərini, bəşəriliyini üzə çıxarmaqla
ədəbiyyatşünaslığımızı da zənginləşdirmiş olur.
Sabir
yaradıcılığı, onun
sənətkar
kimi
ədəbiyyatda mövqeyini aydınlaşdıran "Əbədi
ziyarətgah" məqaləsi də zəngin ədəbi-tənqidi
fikirlərinə görə dəyərlidir. "Sənədsiz filansız "Xalq
şairi" Sabir
Fikrət
Sadıq
üçün
"azadlıq
təşnəsi"dir. Onun
"Səttarxana" şeri
şairin
gözündə Azadlığın Sabiranə tərənnümüdür.
Mahnı üçün söz axtaran bəstəkarlarımıza Sabirin
"Bənzətmə" şerini nümunə göstərir və bildirir ki,
"Sabirin "Bənzətmə" şerindən yaxşı mahnı
tanımır:
Sevdayi məvadətdən,
Xali görünür başlar.
Biganə bilir yeksər,
456
Qardaşları qardaşlar.
Gözlər dəxi qan saçsın,
Bitsin saçılan yaşlar.
Ağlar bizə torpaqlar,
Düzlər, dərələr, daşlar.
Zinhar edəlim xidmət,
İnsanlığa, yoldaşlar!
Qeyrət a vətəndaşlar!
Hümmət a vətəndaşlar!
Şairin
sənətinə, qüdrətinə
hörmət
və
məhəbbətin ifadəsi olaraq Sabir poeziya günləri
komitəsinin yaranması, Rəsul Rzanın komitənin
sədri seçilməsi, onun bu sahədə gördüyü işlər və
1962-ci ildən bəri onun hər il məzarının ziyarət
edilməsi,
o
vaxtdan
bəri
həyatımızda,
cəmiyyətimizdə Azərbaycan xalqının həyatında,
taleyində
baş
verən
dönüşlər, yeniliklər,
azadlığını əldə etmək yolunda verdiyi qurbanlar,
Millətindən nigaran uyuyan, gözü yolda qalan,
böyük şairə qələbə xəbəri" yetirmək arzusu və
istəkləri azadlıqsevər şairə bəslənən sonsuz
məhəbbətin təzahürü kimi qiymətləndirilməlidir.
Fikrət Sadıq onun 100 illiyi münasibətilə yazdığı
poemasında
öz
lirik
duyğularını,
Sabir
şəxsiyyətinə, sənətinə olan hisslərini poetik bir
dillə ifadə etmişdir.
Mikayıl
Müşfiq
yaradıcılığına, sənətinə,
şəxsiyyətinə Fikrət Sadıq münasibətini poetik
cümlələrlə bildirir:
457
Müşfiq-şəfəq sözündəndir.
Müşfiqin şəfəqində yol getmək
olar.
Müşfiqin şəfəqində yol gedən
adam yorulmaz!
Bu şəfəq Ay işığı, Günəş nuru-
şer odudur.
Müşfiq şairin nəzərində sözü mum kimi
yoğurub çiçəkdən Günəş, kədərdən sevinc
yaradandır. Fikrət Sadıq yazır ki, "o əruzu
hecaya
elə
yaxınlaşdırmışdı
ki, hələ
də
ədəbiyyatşünaslar bu şerləri bir-birindən ayıra
bilmirlər:
Baxışın qəlbimi incitmişdir.
Bu baxışdan, bu duruşdan əl
çək.
Bir də baxsan mənə iş bitmişdir,
Bir
də
baxsan
mən
fikrim
dönəcək"
Atasının Müşfiq taleyinə bənzəyən taleyini,
stalinizmin
qurbanı
olan
insanların
başına
gətirilən fəlakətləri, qadağan illərində heç bir
qorxu-hürkü
bilməyən
Müşfiq
yaradıcılığını
öyrənən, öz şerləri ilə Fikrət Sadığın "gözlərini "
açan, Müşfiq şəfəqindən bir zərrə payına düşən,
bər-bəzəkli, təm-təraqlı şerlərə könül verməyən,
yalana, yalançıya tərif dolu misralar düzmyən bir
şair oldu Fikrət Sadıq. Müşfiq onun gözlərində
ədəbiyyatdan dərsini alan, Azərbaycan dili kimi
458
rəvan, fikirləri aydın, təşbeh, mübaliğə, istiarə
seli, qafiyə təzəliyi, forma gözəlliyi yaradan bir
sənətkardır. O bir çox sənətkarların, Azərbaycan
ədəbiyyatının
korifeylərini
Mikayıl
Müşfiq
yaradıcılığına, şəxsiyyətinə, sənətinə doğma
münasibətini, onun həyatı, yaradıcılığ haqqında
yazılan əsərləri, bu cəhətdən Rəsul Rzanın,
Gülhüseyn
Hüseynoğlünün
əməyini
yüksək
qiymətləndirir:"Həqiqət uğrunda fəda olan"lardan
olduğunu bildirir və "Müşfiqin şəfəqində yol
gedənləri işığa doğru yol gedənlər" adlandırır.
Fikrət
Sadığın
"Şuşada
Vaqif
poeziya
günləri", "Rəsul Rza", "Ç inar ömürlü şair" adlı
məqalələrinin hər biri lirik bir əsrəi xatırladır. İstər
xatirə, istər
oçerk
şəklində
olsun, necə
adlandırırsınızsa adlandırın mən bu yazılarda
poetika, lirizm görürəm.
Şair duyğuları, hissləri onun gördüyü yaxşı
insanlara, xeyirxah adamlara, sənətə, sənətkara
qayğı ilə yanaşanlara, gənc qələm sahiblərinin
əlindən tutaraq, enişli-yoxuşlu sənət yollarında
büdrəməmələri üçün açdıqları çığırlar insan
yaddaşında qalıb.
Dədə Şəmşirin 85 illik yubileyində iştirak
etmək üçün Bakıdan Kəlbəcərə gedən şairin
ustadla görüşü, Kəlbəcərin füsunkar təbiətinin
şairdə doğurduğu təəssürat və onların Fikrət
Sadıq qələmində poetik təsviri poetik sənətimizin
incəliklərini
özündə
yaşadan
zəngin
ifadə
459
vasitələrinə, bədii təsvir vasitələrinə malik gözəl
ədəbi-bədii nümunələrdəndir. "Kəlbəcər sözündə
"daş" var. Allah, Allah! Daş neçə rəngdə olar? Bu
bölgənin dağlarına çiçəklər, otlar və hətta quşlar
da həsəd aparırlar. Daş üstə daş! Qaya üstə
qaya! Başdan-başa qayalaşan dağlar!"
Fikrət Sadığın "Balaş Azəroğlu". "Vətənə
qayıt", "Həzin bir axşamda yada düşmək"
yazılarının dili, rəvanlığı, ahəngi, poetikası könül
oxşayır. Balaş Azəroğlu Fikrət Sadıq üçün
"millətin dərdinə, sevincinə şərik olan, onun
uğrunda azadlıq yollarında can qoyan" şairdir.
Anadan şair doğulan, mərd, mübariz Balaş
Azəroğlu "Elə oğul istəyir ki, Vətən" yazdı ki, bu
saat da Vətən həmin elə o arzulara möhtacdır."
Ömür-gün yoldaşı, mərhum, zərif qəlbli, həsrət
dolu şairə Mədinə Gülgün B. Azəroğlunun səadət
çeşməsidir. "Onu hər gün öz yanında görür.
Onunla nəfəs alır, onu düşünür, özü ilə onu da
yaşadır. Əgər Leyli- Məcnun olubsa, Fərhadla
Şirin olubsa, onda Balaş -Mədinə məhəbbəti də
əbədidir, həqiqətdir. Bu iki şair bizim üçün səadət
rəmzidirlər. Bir şerin yox, bir beytin iki ayrılmaz
qafiyələridir. Bir şerin şah bəndləridir. Biz
onlardan Vətəni sevməyi-bütöv vətəni sevməyi,
biz onlardan məhəbbəti-əsil məhəbbəti, nəhayət,
biz onlardan mübarizlik, mərdlik öyrənmişik.
Bizdən sonra gələn nəsillərə də Balaş Azəroğlu
görk olacaq. And yeri olacaq.
460
Nə qədər ki, Vətən para-paradır, nə qədər ki,
mübarizə var, nə qədər ki, şer var, Balaş
Azəroğlu da var bu dünyada"
Fikrət Sadıq açıq qəlbli, sidq ürəkli bir şair
yanımcılığıyla, şair təəssübkeşliyi ilə Balaş
Azəroğlu sənətinə, sənətkarlığına bələd olan,
onun şəxsiyyətinə, o şəxsiyyətin Mədinə Gülgün
ilə birlikdə böyüklüyünə səmimi, poetik bir dillə
yanaşır.
B. Azəroğlunun yaradıcılığana, xarakterinə
bələd
olan
qələm
dostu
kimi
onun
ülvi
məhəbbətinə-əbədi məhəbbətinə Leyli-Məcnun,
Fərhad-Şirin
ülviyyəti
kimi
baxır
və
bu
yanaşmada
dediyi
sözdə, səmimi
insani
duyğularla zənginlik var. Bu da Fikrət Sadıq
şeriyyətindən, saflığından, sənətkara, sənətə
hörmətindən doğur.
Əzizə Cəfərzadənin "Vətənə qaıt", "Aləmdə
səsim var mənim", "Yad et məni" əsərlərinin
şairanə adlarını bir-birinə "qovuşdurur":
Vətənə qayıtdım, imana -dinə qayıtdım.
Vətənə qayıtdım ki, aləmdə səsim car oldu.İndi
aləmdə səsim var mənim.Yad et məni, yana-
yana yad et!
Nişat Şirvani, Seyid Əzim Şirvani və Abbas
Səhhət Şirvaninin həyatından bəhs edən bu
əsərlərin adlarını bir Günəşdən asılı "üç şüa", bir
ağacda "üç budaq" adlandırır və "bu adlar bir
beşikdə boy atan üç şairin üç əsrlik ömrüdür,
461
dördüncü şair qəlbli kövrək Əzizə xanımın
qələmindən bir də dünyaya gəlib, yenidən
əbədiləşibdir"-deyir.
Əzizə
Cəfərzadə
yaradıcılığına, onun tarixə dərindən bələdliyinə
bir sənətkar gözü ilə baxır, yaratdığı obrazları
bədii təxəyyülünün süzgəcindən keçirir, onlar
poetik bir dillə xatırladır. Əsərlərindəki həyatilik,
doğruluq onu necə tilsiminə salıbsa, şair o
obrazların taleyini
Zülfün suda mar kimi,
Oynar su damar kimi,
Sızıldatdın yaramı,
Yağa su damar kimi.
eldən gələn bir xalq bayatısıyla ümumiləşdirir,
obrazın, onun taleyinin bir bayatıyla təhlilini
vermiş olur. Oxucu qəlbində, zehnində təsirini
belə bədii ümumiləşdirmələr şair təxəyyülünə
məxsusdur.
"Həzin bir axşam yada düşmük" məqaləsində
şair Nigar xanım Rəfibəylinin dünyasına baş
vurur. Onu "ən uca" məhəbbəti və ən adi
"məhəbbəti" şerə
gətirən, məhəbbəti
də
"mətbəxi" də göylərə ucaldan, "Ana şair-şair
Ana" adlandırır. Onun tərcüməçilik fəaliyyətini,
layla, nağıl, dastan ruhlu şerlərini, onun uşaqların
da
sevimli
şairi
olmasını
və
bir
də
insanpərvərliyini yerlərə, göylərə sığmayan "şair
qəlbinin böyüklüyünü" tərənnüm edir. Özü də
nəsr üstündə "tərənnüm" edir. Buna tərif deyə
462
bilmərik. Bu sətirlər poetika ilə zəngindir. Fikrət
Sadıq ruhuna, qələminə məxsusdur.
"Küləkli havalarda, yağışlı havalarda" -şair
Qabilin şerindən götürülmüş misradır. O misranın
işığında
şair
qələm
dostunun
sənətkarlıq
imkanlarını dilə gətirir. Onun şerə ilk gəlişini,
Səməd Vurğun qayğısıyla açdığı cığırla inamla
irəliləməsini, klassik şerimizə bələdliyini, qəlbində
yaşatdığı, kədərinə alışıb yandığı, kəsəsində
kəsilən Təbriz yolunun bağlılığını, Təbriz dərdini
və şerlərində bu mövzuları necə lirik, incə bir
duyumla
təsvirini,
təbiətin,
məhəbbətin
mövzusunun
şairin
yaradıcılığında
özünəməxsusluğunu,
oricinallığını
tədqiqat
obyekti kimi götürür. Şairin ilk şerlərindən biri
olan "Odunçular" dan tutmuş-ən iri həcmli
"Nəsimi" poemasına qədər keçdiyi yaradıcılıq
yolunun birər-birər izləyir, gətirdiyi nümunələr
əsasında
onun
yaradıcılığındakı
məhəbbət,
həyat, ömür, kainat, insan fəlsəfəsini şairin
istedadının işığında "əridir", incə mətləblərə
aydınlıq gətirir. Bir ədəbiyyatşünas alim kimi
onun yaradıcılıq imkanlarını, şairin istedadının
görünməyən məqamlarını açır, onun həm şair
kimi qabiliyyət və istedadını, həm gözəl insan,
həm də gözəl şəxsiyyət olduğunu, Nəsimi kimi
sənətkardan dərs almasını, "dönməz" meylini,
xalqa, vətənə, insana olan məhəbbətini, insani
keyfiyyətlərini açır. "Mirzə Qabil" deyə müraciət
463
etdiyi şəxsiyyətin müəllimlik fəaliyyətini, eyni
zamanda şer, sənət yolu öyrəniləcək ondan dərs
alınacaq bir müəllim olduğunu şirin bir dillə ürək
açıqlığıyla, könül xoşluğuyla dilə gətirir.
Şair bildirir ki, "Qabilin şerlərində yük var.
"Yük" sözünün də tərsi küy olur Fərq də elə
bundadır. Qabilin şerlərində yük var. Amma bir
çox şair və şair kimilərin şerlərində küy var. Nə
qədər hay-küy salsalar da, küy elə küydür, şer
deyil. Qabili istədən də elə şerlərindəki yükdür;
Fikirlə yüklənib misraları. Şair boş yerə güllə
atmır, hədəfə sərrast vurur. Asta vurur-rasta
vurur. Hər dəfə düşmənə vurur, hərdən bir də
dosta vurur. Babamız Füzuli demişdi ki, "Elmsiz
şer, əsası yox, divar olur". Qabilin şerləri əsaslı
divar kimidir. Bu divar sal daşlarla hörülüb. Yıxa
bilməzsən. Bir daşını da tərpədə bilməzsən".
Sakit, sadə, aramla, müxtəsər Fikrət Sadığın
fikirləri Qabilin yaradıcılığı haqqında yazıla
biləcək monoqrafiyalara bərabərdir. Az sözlə,
qiymətli sözlərlə sərrast, arif bir baxışla bir şairin
yaradıcılığını,
sənətini,
idealını
belə
ümumiləşdirmədə qələmə alan müəllifin, onun
potensial gücündən asılıdır. Bu Fikrət Sadıqda
var, özü də bu "var" toxunulmaz, tutarlıdır.
İstədiyi vaxt, istədiyi yazıda, istədiyi sənətkarda
görə bildiyini, müşahidə edə bildiyini, onun sənət
meyarlarını tərəzi gözünə çıxara bilmək üçün
karına gəlir. Şairin 90-cı ildə yazdığı, 20 Yanvar
464
faciəsini yaşadığı millətinin qəmilə yüklənmiş
"Mərsiyə" şerinə şair "mərsiyələr mərsiyəsidir"
deyir. Bu mərsiyə başdan-başa ah-nalədir.
Kövrək bir şair qəlbinin gücü çata biləcək dərd
yüküdür ki, misralara dönüb. Bir adamın
müsibətnaməsi deyil bu, bütöv bir millətin
fəryadıdır. Bu fəryadın içində təpədən dırnağa
qəzəblə yüklənmiş bir tarıma çəkilmiş insan
əsəblərinin qarşısını ala bilməyəcək bir dağ seli
yatır ki, tezliklə tüğyan edəcək və bu millətin əli
silah tutanı da, tuta bilməyəni də bu əsarət
tilsimini qıracaq, o zəncirləri imperialist kabusun
öz cismini qandallayacaq. Bu millət elə bir qan
törədəcək ki, onun apardığı mübarizə 70 il
qardaşlıq, bərabərlik, döstluq deyilən sətiraltı
zəncirləri elə qırıb məhv edəcək ki, istiqlal,
hürriyyət deyib qarşısındakı dağı uçuracaq, öz
müqəddaratını öz əlinə alacaq, möhtəşəm bir
imperialist qüvvənin bel sütununu qıracaq. Və bir
də o qalxa bilmək imkanlarındldan məhrum
olacaq və onun öz ərazisindəki muxtariyyətlər
müstəqillik arzusunu həyata keçirmək üçün
silahlanacaq, həttta onun öz bağrında elə yaralar
açacaq ki, 20 yanvar faciəsinin beş, on qat
intiqamı alınacaq. Bu mərsiyə deyil, xalqları
oyanışa çağıran, qəflət yuxusundan oyatmağa
çalışan arzuların, istəklərin qarşısı alına bilməyən
istəyidir. Fikrət Sadığın nəzərində şair Qabil
tarixi hadisələri o dərəcə dərin müşahidə edib ki,
465
inandırıcı sözlər də tapıb ki, bu şeri oxuya-oxuya
oyanırsan, təzədən
nəsə, yenidən
nəyisə
görürsən. Görürsən ki, bu şer bir "salnamədir".
Belə elə bir salnamə ki, imperialist qüvvələrin
yırtıcı iç üzü ordadır. Fikrət Sadığın Qabil
yaradıcılığına baxışları, onun yaradıcılığından
gördüyü, götürdüyü təəssüratdır. Və bunlar
faktlarla şairin yaradıcılığı üzərində öz tədqiqini
tapır.
Qabilin hər bir əsərinə, şerinə baxışları
müxtəlifdir; millət dərdi, fəryadı, düşmənə nifrət,
dost məhəbbəti, mərdi-mərdanə tənha "türk
qəbrinə" -xalqının köməyinə gələn türk övladının
qəhrəmanlığının,
qardaş
köməyinin
şairin
ürəyində yaratdığı duyğular … Birində isə ana
ürəyinin böyüklüyü qələmə alındı, oricinal bir dillə
ana mövzusuna yeni dəyərli bir "möhür" də
vuruldu. Fikrət Sadıq bunu hamıdan, hətta
ədəbiyyatşünaslardan da tez gördü: "Allah, Allah!
Nə böyük Ana ürəyi. Ana şerinə bir qüdrətli şer
də qoşuldu. Ana şeri yazan, aləmdə məşhur olan
Cəfər Cabbarlı, Mikayıl Müşfiq, İrəc Mirzə,
Qriqori Vieru kimi şairlərin cərgəsində şair Qabil
də göründü".
Fikrət Sadıq Qabil şəxsiyyətinə dərindən
bələd olan insan kimi onun şairlik istedadından
başqa, bir sıra gözəl insani xüsusiyyətlərini də
qələmə alır; ailəcanlı, sədaqətli, gözəl dost,
səxavətli insan, Azərbaycan türkü, rəhmli, insaflı,
466
səmimi, həqiqəti sevən, hövsələsiz, həmişə
narahat, halal adam, doğrunu müdafiə edən,
yalanı qovan, qrafamonları, qafiyəpərdazları
sevməyən, şer yaza biləni "qolundan tutub birliyə
gətirən", təkrarsız, dili şirin-bütün bünlar Fikrət
Sadığın hamımızın sevimlisi Qabil haqqında
dediyi sözlərdir.
Fikrət Sadığın öz müasirlərinə, eləcə də
özündən
əvvəlki
sənətə,
sənətkara
münasibətləri, insani münasibətləri hazırki qələm
sahibləri üçün əsl həyat məktəbidir. Bir-birinin
sənətinə, kölgəsinə selbə atanlara, istəyəndə
oturduğu budağa- əbədiyyət ağacının kökünə
balta çalanlara əsl dərsdir, həyat dərsi, ibrət
dərsidir.
Fikrət Sadıq nəinki müasirlərini, tanınmış
böyük
sənətkarları, klassik
ədəbiyyatımızın
korifeylərini, onların yaradıcılığını, yaratdıqları
sənət əsərlərini oxuyur, arayıb araşdırır, qiymətli
fikirlər söyləyir, eyni zamanda bir istedadlı qələm
sahibi kimi Yazıçılar Birliyinin şer məsləhətçisi
kimi uzun illərin təcrübəsindən əldə etdiyi
nailiyyətlər əsasında yeni yazarların yaradıcılığı
haqqında fikirlərini də qələmə alır.
Fikrət Sadıq heç bir şair, sənətkar haqqında
dediyi sözü bir də qeyrisi haqqında təkrar etmir,
hər birinə söz tapır, hər birinə bir-birinə
bənzəyəməyən xarakterinə, yaradıcılığına sərraf
gözüylə baxıb, oricitnal sözünü deyir. Əli Kərim
467
yaradıcılığına, şəxsiyyətinə hörmət və məhəbbəti
ifadə edən kəlmələri lirik, romantik, poetik bir
dünyagörüşün, şair
təxəyyülünün, fikirlərini
həqiqətə münasibətinin ifadəsidir. Əli Kərim
haqqında yazır:" O, şer dənizində özünün
sahilləri, dalğaları, sal qayaları olan bir adaya
bənzəyir. O, şer xəlimizdə öz ilməsi, öz naxışı
olan bir bütadır. Basmaqəlb şairlər hazır
qafiyələri, hazır vəznlərə pərçimləyib, meydan
sulayanda, o, şeri doğrudan da, sap-sap, ilmə-
ilmə toxuyurdu… Hər dəfə təzə xətlər, təzə
güllər. Allah vergisi var idi onda. Elə şerləri var ki,
yazılmayıb, elə
bil
kimsə
onun
qulağına
pıçıldayıb bu misraları. Onun şeri dünyanı
heyrətdə qoyan Şərq şeri ilə dünyanı düşündürən
Qərb şerinin qovuşduğu yerdə göz açıb dünyaya.
Onun
şeri
şer
salnaməmizin
ayrıca
bir
bölməsidir. Şərq şeri Şərq şairləri barədə
əfsanələr dolaşır dünyanı, Əli Kərim həmin Şərq
şairlərindən biridir", Fikrət Sadığın bu fikirlərinin
təhlilə ehtiyacı olmayan bir dəfə deyilən və
deyilişi ilə qanuna çevrilən bu msisralarında,
kəlmələrində
Əli
Kərim
sənətini,
şerini
əbədiləşdirir:" Uzaq illərdən üzü bəri gələn
şerimizin hər yüzillikdə bir, iki, üs duracaq yeri
var. Son illərin duracaq yerlərindən biri Əli
Kərimdir".
Fikrət Sadıq şerə, sözə ehtiyatla yanaşan
şairdir. O sözü tanıyır, özü də özündən yaxşı
|