Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

330

Bir sonsuz kainatı ulduz-ulduz

gəzərəm,

Günəşə baxmaq üçün.

F.Sadıq bu misralarında yaşamaq,  görmək, 

sevdiyi həqiqətlərə doğru çırpınmaq,  o arzulara

çatmaq,  yaşamaq,  özü də mə'nalı yaşamaq, 

dünyanın gözəlliklərindən kam almaqla yaşamaq, 

mə'nalı ömür sürmək istəyən insanını arzularını, 

romantik duyğularının işığında tərənnüm edir.

"Baxışların"  şerində ilk məhəbbətin ona

verdiyi


əzabları, 

bu

sevginin



getdikcə

unudulduğunu,  fəqət

öz

sevgi


alovlarının

sönməsinə

baxmayaraq

həyat


dəyişsə

indiyədək



dəyişməyən

"baxışların"  özündə

gizlətdiyi

dərin


mənaya

diqqəti


yönəldir. 

Uşaqlıqda eşitdiyi bir nağıl kimi yadında qalan ilk

məhəbbəti,  ilk arzusu daşlara çırpılmış lirik

qəhrman illər ötsə də hələ də o baxışları

dəyişməyən insandan sorur ki:

Ocaq sönər,  külü

qalar bir

məsəldir,

Heç birimiz alışmarıq əvvəlkitək.

Anlat mənə,  öyrət mənə bu nə

sirrdir.

Sən


dəyişdin, 

dəyişməyib

indiyədək

baxışların.

(Baxışların)


331

Pafoslu sözlərdən, romantik duyğulardan çox

reallıq üzərində köklənmiş bu misralar da Fikrət

Sadıq qələminə məxsusdur:

Sənə can atan

Qanadlarım yorulmadı.

Həsrətim ovulanda

Töküləndə payızımdan,

Ümidimin yarpaqları,

Heç olmasa bircə dəfə düşün

məni barı.

Qanadlarım gərilər,

Həsrətim bərkiyər.

Yaşıllanar baharından

Tumurcuqları ümidimin,

Heç olmasa düşün məni

Bircə dəfə. 

O sakit bir səslə öz sevgisini,  qəlbinin

çırpıntılarını,  könlündən keçən istək və arzuları, 

səmimi,  saf duyğularını açıb söyləyir.  Şair çox

gözəl bilir ki,  insanı həyata bağlayan,  onu

yaşamağa ruhlandıran,  onda ən nəcib duyğular

oyadan ümid məhəbbət aləmində həm də bir

insan taleyini həll edir:

Sırğamın qaşı zümrüd,

Gözümün yaşı zümrüd,

Sən küsü içindəsən,

Məni bürüyüb ümid.

Az qalıb.


332

Azca qalıb.

Birinci zümrüd giləm

Kipriyimdən dammağa,

Ümidimi qırma ha.

Sırğamın qaşı yaqut.

Gözümün yaşı yaqut.

Bir kəlməm söz olubmuş,

O biri kəlməmi unut.

Bu məhəbbətin özülü sınanılmışdırsa,  ümid

göyərə bilər,  ümid sevinc gətirə bilər.  "Ayrılıq" 

Fikrət Sadıq üçün həm də sevgidə etibarı, vəfanı

sınamaq üçün karına gəlir.  Məhəbbət cəfasız

olmur.  Məhəbbət o zaman lirik qəhrəmana zövq

verir ki,  o bir sıra yolları adlayıb,  ağır

imtahanlardan keçmiş olsun.  Ayrılıq imtahanı

şairə imkan verir ki,  özünü tanıya bilsin. 

Sevgisində,  məhəbbətində dəyanətini qorusun. 

Ayrılığı sehirli üfüqə bənzədir,  o üfüqdə Günəş

deyil, görüş doğulur. Görüşün yaratdığı fərəh də

ayrılıq yükü kimi çəkidə ağır gəlir:

Ayrılıq sevgiyə mizan-tərəzi.

Onu

əyə


bilər

bir


qumca

pərsəng.


Daha bərk sevməkçin bir-birimizi,

Arabir beləcə ayrılaq gərək.

"Dünyada əbədi ayrılıq"  olduğundan da

narahat olan lirik qəhrəman beş günlük, bir aylıq

ayrılığa dözməyi öyrətmək istədiyi sevgilisinə bu


333

həqiqəti acı olsa da qəbul etməyə çağırır. 

Təbiətin qanunlarına boyun əyməli olan insan

övladı elə şeylər var ki,  onun qarşısında acizdir. 

Fikrət Sadığın lirik qəhrəmanı kimi:

Gəl görmə onun da suçunu

məndə.

Möhkəm olmalısan indən belə



sən.

Bir


gün

mən


əbədi

köçüb


gedəndə,

O son ayrılığa dözə biləsən.

Lirik qəhrəman ayrılığın əzabını çəkmiş

insandır. Bir gecəlik ayrılığın ona verdiyi ağrı-acı

şairin kövrək misralarında tüğyan edir. Ömrünün

çox ayrılıq gecələri olmuş insan çox uzun çəkən

bir gecənin ayrılığından danışır:

Ç ox uzun çəkdi bu gecə,

O birilərinə bənzəməz.

Gecənin bir ətəyi

Sən olan tayda.

Bir təyi mən olan tayda.

Sən ordan çək,

Mən çəkim burdan-

Açaq səhəri.

Ç ox olub ömrümün

Ayrılıq gecələri.

Ç ox uzun çəkdi bu gecə-

O birilərinə bənzəməz!


334

O gecənin ulduzunda,  ayında gördüyü insan

elə sevdiyi insan olub.  Həsrətində olduğu, 

ayrılığına dözmədiyi o insan,  insanı həqiqətdən

uzaqlaşdıran romantik xəyallara qapılmaqdan, 

gileysiz-güzarsız, 

aşıqlarımızın, 

şairlərimizin

işlətdikləri ifadələrdən istifadə etmədən ürəkdən

qopan hərarətli misralarla verir. Onun məhəbbət

həyəcanlarında bir həyat eşqi var.

F.  Sadığın

ömrü-uşaqlığı,  gəncliyi

ata


həsrətilə göynəyib,  ata məhəbbətilə ovunub. 

Onun üçün ata başqa bir varlıqdır.  Fikrət Sadıq

üçün ana bir dünyadırsa,  ata insanı dünyada

yaşadan ümid,  arxa,  dayaqdı.  Şair bu ümidlərin

acısı olub. Ümid onu aldadıb. Və aldada-aldada, 

uşaq kimi başını tovlaya -tovlaya uşaqlığını, 

gəncliyini ötüşdürüb. Və bir də görüb ki, sonsuz, 

nəhayətsiz bir sevinc kimi atası yenidən ömründə

peyda olub,  sevinən,  gülən gözlərinin sevinc

yaşları qurumamış ümid onu elə aldadıb ki, bir də

görüb ki, ümidli, gümanlı günləri yağlı əppəy olub

göyə çıxıb.  Və ona ümidin verdiyi heç nə

olmayıb,  yalançı xoş xəyallardan başqa.  Və bir

gün acü həqiqət qapısını döysə də,  onu uşaq

kimi indiyə qədər aldadır, elə uşaqlığından yetim

qonmuş ümidə qarğış, nifrin yağdırıb:

Ümid yaman yerdə aldatdı məni,

Ümidin ümidi qırılsın görüm.

Ala gözlərini alıb apardı,

Əcəlin gözləri kor olsun görüm.



335

Bu

son



ayrılıqmış, 

necə


bilmədim?

Quş olub yanına uça bilmədim.

Yetimlik əlindən qaça bilmədim,

Taleyin qapısı vurulsun görüm.

Sinəmə çəkilən ata dağıdır.

Təsəlli bir azca kədər dağıdır.

Hardan biləydim ki, vida çağıdır.

Ölümün öz yeri gor osun görüm.

("Ümidə qarğış")

"Ümidin ümidi qırılsın görüm", "Taleyin qapsı

vurulsun görüm",  "Ölümün öz yeri gor olsun

görüm" bu tapıntılar insan təfəkkürününün, insan

əzablarının

zəngin


poetik

dünyasının

məhsuludur.  İnsan əzabları,  çəkdiyi mənəvi

sarsıntılar,  ən əziz insanın itkisindən doğan

kədər, qüssə, bu hisslər bizlərə doğmadır və şair

insan


kədərini, 

qüssəsini

belə

incəliklə, 



həssaslıqla ifadə etməkdə mahirdir.

"Bir ovladın"  şerində ana nəvazişi,  ana

qayğısı mahnılara,  laylalara hopmuş analıq

hissləri vəsf olunur. Bir övladın başı üzərində öz

ilıq nəfəsilə, nəğməsilə körpəsini ovutması şairin

əsərlərində əlvan, poetik bir dillə verilir:

Bir övladın

Bir ömürlük

Qayğısı-


336

Ödəməz,


Bir körpənin

Baş ucunda

Çalınan bir laylasını.

Ah! Ana laylası, ana laylası!

Bu misralarda körpənin rahatlığı üçün ananın

körpənin beşiyi başında söylədiyi laylanın ülviliyi

qüvvətlidir.  Bu laylanın içində də bir məhəbbət

yaşayır ki, onsuz insanlıq dünyası ola bilməz.

Cəfər Cabbarlı,  Səməd Vurğun,  Əli Kərim, 

Bəxtiyar Vahabzadə və digər şairlərimiz öz

şerlərində ana məhəbbətini,  analıq duyğularını, 

övlad-ana

sevgisini

böyük


sənətkarlıqla

tərənnüm etdiyi kimi Fikrət Sadıq da öz

şerlərində

bu

məhəbbəti



özünəməxsus, 

bəzəksiz-boyasız lirik duyğularla vəsf edir. 

Anasından uzaq düşmüş bir körpə kimi onu

xatırlayır,  kəşməkeşli yaşıyan anasını "donub

qalmış mənam mənim" adlandırır.

Narazı getdi dünyadan,

İncimək olmaz anadan.

Bu mənasız zəmanədə,

Donub qalmış mənam mənim!

("Anam yadıma düşəndə")

Şair "Anam yadıma düşəndə"  şerində sanki

doğma ana əli ilə döyülən,  lakin dünyalar qədər

sevilən,  ana-övlad məhəbbətini dərindən duyan

bir insan kimi F.  Sadıq bəzəksiz,  boyasız ana

məhəbbətini real cizgilərlə tərənnüm edir.  O, 


337

ananı obrazlı şəkildə göylərə qaldırıb,  real

həyatdan təcrid olunmuş şəkildə tərənnüm etmir. 

Onun ana-bala sevgisinin tərənnümündə bədii

tapıntısı daha real, daha tutumlu, daha gözəldir. 

Ə.  Ağayev yazırdı ki,  "Poeziyada sənətkarlıq

haqqında

danışarkən, 

ümumiyyətlə

bədii


yaradıcılıq üçün çox mühüm olan bir cəhətini-

yaradıcılıqda müstəqil olmaq, öz yolu ilə getmək, 

özünəməxsus

bir


şəkildə

danışa


bilmək

məsələsini unutmaq olmaz".

Şerdə şair təmiz,  kövrək duyğularla "başı

bəlalar çəkə-çəkə"  başına dolandığı anasının

ona nağıl danışmasında,  incidəndə "boğazdan

yuxarı yumşaq "qarğış"  larında    yaşayan

doğmalığı daha da poetikləşdirir.  Kövrək şair

anaya bəslədiyi yüksək, ülvi məhəbbətdən doğan

duyğularını "Ana əli"  poemasında daha obrazlı

şəkildə


vəsf

edir.  Qədim

bir

rəvayətdən



götürülmüş mövzunun sücet xəttini başdan-

ayağa


ana

məhəbbəti,  ana

qayğısı,  ana

müqəddəsliyi təşkil edir.  Şairin nəzmə çəkdiyi

rəvayətdə deyilir ki,  xəstə,  ölüm yatağında olan

ana ərini yanıa çağırır və körpələrini ona tapşırır. 

Ölümünün yaxınlaşdığını duyan ana ondan xahiş

edir ki,  işdir evlənsə,  evə başqa qadın gətirməli

olsa kövrək ana ürəyi balalarının ögeylik dərdini

çəkməməsi üçün vəsiyyət edir ki;

Odur ki, mən ölən tək,

Əlimin birini kəs.



338

Qurudub saxla evdə.

Evin "təzə gəlini"

Saxlamayıb əlini,

Əgər döymək istəsə,

Ciyərparalarımı,

Qoy öz əlimlə döysün.

Ağrıyan ürəyimi

bir ana kimi duysun.

Ana canını övladlarına və ərinə tapşırır.  Ər

ananın etdiyi "vəsiyyəti yerinə yetirir.  Ananın

qaxac əlini zərxaraya büküb qızıl mücrüdə

sandıqda gizlədir.  Bir müddət keçəndən sonra

ata evə qadın gətirir. Səhərdən axşama kimi çöl-

bayır işində olan ata övladlarının döyülməsindən, 

söyülməsindən xəbərsiz qalır.  Ögey ananın

qəddarlığına dözməyən körpələr xəstələnir,  evə

həkim çağırılır. Dünya görmüş

Loğman ataya baxdı,

Loğman "anaya" baxdı.

Yetimlərin gözündə

Donan mənaya baxdı.

Dedi ki: "birdən-birə,

Bunlar azarlamazdı.

Bir "ah" da çəkib bu an, 

Xəstələrinə dərman,

"Ana əli"ni yazdı.

Atanın ögey ananın yalanlarına uyub daşa

dönmüş ürəyi od tutub yanır.  Gözündən qəflət

pərdəsi götürülən ata balalarının dünyadan



339

vaxtsız getmiş anasının arzusunu yadına salır. 

Və bir zaman etdiyi vəsiyyət sinəsini parçalayır. 

Mücrüdəki qurumuş əli ögey ananın qarşısına

qoyur və onun etdiyi vəsiyyəti övladlarına yad

olan bu qadından gizlətmir.  Yad da olsa bu

qadına duyduğu ehtiyac onu məcbur edir ki, 

innən belə də olsa, nə edəcəyini ona anlatsın:

Başa saldı "ana"ya:

Əgər qalmaq istəsən,

"Qal"-dedi.

"Amma qalmaq istəsən,

gəl bu əli al"-dedi.

Analarına oxşa.

"Döyəndə bu əllə döy,

oxşayanda da oxşa!

Unutma ki, anasan,

Analıq deyil asan!"

F. 

Sadıq


şerlrində

bu

müstəqilliyi, 



özünəməxsusluğu qoruyan, onu şəxsi duyğularla

zənginləşdirən

bir

şair


kimi

diqqətimizdən

yayınmır.  Onun

mühakimələri,  düşüncələri

qəlbindən gəlir.  "Cığır"  şerində şair tənhalığın

onda yaratdığı üzüntülərdən gileylənmir.  O

insanlara olan məhəbbətini ifadə edir.  İnsani

ülfəti, həyatda bir-birinə gərəkliyi əsas tutur.

Şairin şerlərində bəşəri mövzular əsasdır. O, 

dünya,  kainat,  insan,  ətraf aləm haqqında fikrini

real cizgilərlə verməkdə mahirdir.  Məhəbbət

mövzusu şairlərin,  qələm sahiblərinin ən çox



340

müraciət etdiyi mövzulardan olduğundan Fikrət

Sadığın

bu

mövzuda



yazdığı əsərləri

nəzərdən keçirilərkən samballı sənət əsərləri kimi



diqqəti cəlb edir.

Sinəsinə çəkilən ata dağı şairin bütün

dünyasının yenidəni"alt-üst"  edir.  İllərlə qarlı -

çovğunlu Sibir,  Uzaq Şərq çöllərində əsir-yesir

olan atasının son məkanı- yeri müqəddəs vətən

olması qəlbinə təsəllidirsə,  ata dağını görən

gözlərinə çökən kədər,  qussə,  duman-çən kimi

ömrü bir şaxtaya,  qara bürüyür.  Ata sevgisi,  ata

qayğısı,  ata məhəbbəti şair üçün qənirsiz

nemətdir.  Ata itirən övlad bu sevgidən məhrum

olduğundan göynəyir, içini yeyib tökür:

Quru təsəlliyə təslimdir qəlbim.

Quru təsəlliyə möhtacam indi.

Köklü budaqlarım yaşıl qalsa da,

Kökünü sel yumuş ağacam indi.

("Təsəlli")

Bir zaman ümid məndən üz döndərsə, qorxu

pəncrəmi döysə bir "əlimdən qopuz tutar,  bir

əlimdən Dədə Qorqud"  deyən şairin bütün

inamları aldığı acı xəbərdən bir andaca ölür. 

Dözümü,  vüqarı yuxalır,  ata yoxluğunu duyan

ürəyi dizlərini bükür,  belə olanda şair təbiətin

paxıl olduğunu duyur.  O paxıllıq ki,  təbiətin

qəlbində özündən uca görəndə onu "gödəldir". 

İnsana bir yandan mərhəmət, insaf öyrədir, o biri

yandan balanı atasız qoyur,  yuvaları dağıdır. 



341

İnsana bəşəri duyğular arzulayan ana təbiətin

daxilindəki bu təzad,  ziddiyyətlər,  onu insan

duyğuları qarşısında cavabsız,  günahkar kimi

dayanmağa məcbur edir.  Nədir təbiətin,  insana

insanlıq aşılayanın qəlbindləki bu paxıllıq ki, 

qoymur

insan


övladlının

ömürlük


sevinc

içərisində yaşamağa,  bir səhəng qara boya kimi

atır onun bəmbəyaz ağappaq qar yorğanın

üstünə.  Onu dəyişir,  onu bahar buludları kimi

doldurur,  gözünün yaşını sel kimi axıdır,  qəlbini

qırır,  küskünləşdirir

insan


balası

öz

yaradanına ağ olur:



Dünyanın günləri ağlı-qaralı,

Tutmaz hər gələnin burda qərarı.

Qəlbimin başını duman, qar alır.

Beş


günlük

dünyanı


bica

görəndə.


F.  Sadığın şerlərində ən zəngin məzmunlu

mövzulardan biri də övlad məhəbbəti,  övlad

sevgisinin tərənnümüdür.  O şerlərində həyatda

oldluğu kimi övladlarını sonsuz bir məhəbbətlə

sevən atadır.  Dünyadan xəbərsiz "mışıl-mışıl" 

yatan körpəsini oxşayan ana nəvazişli sözlərində

ümman dolu sevgi var.  Döşəyi bir topa bulud, 

"Balışı"  bir parça Ay,  üstünü "ulduz"  dolu mavi

örtük örtən Günələ layla çalır.  Elə bir layla ki, 

duyumunda,  sevgisində əsrlərin damarından

süzülüb gələn bir məhəbbət var,  ata məhəbbəti; 

yerə-göyə sığmayan ata məhəbbəti.



342

Kəhkəşanı sapa keçirib,

çarpayından asmışam, 

səndən ötrü.

Bundan o yana

Çatmır hünərim layla!

Laylay Günəlim laylay.

Günəşin əlləri endirdi

Yerə səni.

Əllərini yandırmadı ki,

Görəsən?

Laylay Günəlim, laylay.

Günəş

Günəlim


laylay!

Ay Günəlim Laylay!

("Çarpayıda").

Sevimli körpəsini Günəşə bənzədən şair ata

o günəşin işığında isinib. O günəşin sevgisindən

ürəyi, qəlbi "od" götürüb, qızınıb.

"Layla" şerində isə şair laylanın keçib gəldiyi

enişli-yoxuşlu yolları, qərinələri yola verən ününü, 

sədasını vəsf edir.  "Dünyanın ilk körpəsiylə bir

zamanda doğulmuşam"-deyir layla.  İlk ananın

təsəllisi, ümidgahı, ilk sözü, ilk pıçıltısı olan laylay

şairin qəlbində başqa bir aləmdir,  başqa bir

varlıqdır. 

Həzin-həzin

axan

bulaqlar


öz

"şırıltısını", 

xəfif-xəfif

əsən


küləklər" 

öz

nəğməsini,  dərdli kaman,  yanıqlı ney öz səsini



laylanın özü demişkən ondan alıb:

343

Mən


olmasam

şıltaq-şıltaq

körpələri kim uyudar?

Yer üzündə bəstələnən ən biringi

nəğmə mənəm.

"Laylası şirin bala,

yuxusu dərin bala,

böyü, boya, başa çat,

Toyunu görüm bala!

-deyir.  Beşiklərə həmdəm,  analara sirdaş, 

körpə gözlərinə yuxu,  ümid,  arzu,  sevinc dolu

layla dünyanın hər yerində - yer üzündə doğulan

körpələri əzizləyən olub.  Layla belə tərənnüm

olunur,  vəsf olunur.  Xalq ədəbiyyatında laylalar

"beşik nəğməsi"  də adlanır.  Akademik Azad

Nəbiyəev yazır: "Laylalar, beşik başında anaların

xüsusi

ritmlə, 


ahənglə

zümzümə


etdiyi

nəğmələrdir.  Onlarda    ananın körpəsinə dərin

məhəbbəti,  onun bu gününə, sabahına bəslədiyi

ümid əks olunmuşdur…  bəzən ana laylanın

sözlərini təkrar etmir, ümumi ritmi zümzümə edir, 

həzin və ahəngdar bir musiqi yaranır.  Bu

füsunkar ritm səslərin ritmi və ahəngdarlığıdır, Bu

ananın körpəsinə çoşqun məhəbbətlə yaratdığı

musiqinin poeziyasıdır".

F. 


Sadıq

"Layla" 


şerində

laylanın


keyfiyyətlərini, xüsusiyyətlərini poetik bir dillə vəsf

edir.  İncə,  lirik

duyğularla,  həzin,  kövrək

duyğularla."Oğlum İlkinə"  şeri elə təpədən

dırnağa bir layladır. Ata laylası.


344

Onun balaca Ayseli də dünyadla elə şeylər

istəyir ki,  onlar bir qəlbə,  ürəyə sığa bilər,  evə

sığışmaz.  "Bös-böyük təyyarə",  "up-uzun qatar", 

"yepyekə bir gəmi". O qəlb istəyir ki,  onun istəyi

təyyarəylə,  qatarla, gəmiylə-nə ilə gəlirsə gəlsin, 

amma tez gəlsin.  Gözü yolda qalan balasının, 

balaca Ayselinin qulaqlarına uzaq-uzaq yerlərdən

gələn ata səsinə, nəvazişinə ehtiyacdır onu belə

"böyük " şeylərdən yapışmağa vadar edən. Bəlkə

bu,  atanın özünün ürəyindən keçən tezliklə

balalarına qovuşmaq istəyidir.  Bu istəkdə özünü

görmək,  özü kimi balasına,  doğmasına,  əzizinə

tezliklə


qovuşmaq

istəyindən

doğan

ülvi


duyğulardır desək bəlkə daha doğru tapmış

olarıq bu istəyin kökünü.  Hər halda övlad

məhəbbətinin intəhasızlığından doğan hisslərdir

bunlar.  Amma şirin hisslərdir,  bəşəri hisslərdir, 

dünyəvi hisslərdir, insani hisslərdir:

Balaca Ayselə

zəng elədim.

Dedim: "Nə alım sənə?"

"Bös-böyük təyyarə al", -dedi

dönə-dönə.

Bir də zəng elədim

balaca Ayselə.

"Up-uzun qatar al"-dedi

elə…


Sonra yenə zəng elədim,

dedi: "Gəmi al mənə,



345

yepyekə bir gəmi"

Bu arzular

körpə bir qəlbin,

Görüş həsrəti deyilmi

bəs nədir?

Təyyarə, qatar, gəmi

bütün bunlar

mənə işarədir.

Bilirəm, qızım, bilirəm.

Gəlirəm, qızım, gəlirəm.

F.  Sadıq "Layla"  şerində deyə bilmədiklərini

daha ürəklə,  səmimiyyətlə deyir.  Bir gecə ana

qayğılı olmaq istəmiş,  səhərədək oyaq qalıb, 

körpəsi ağladıqca ovutmaq könlündən keçmiş

ata istəyinə nail ola bilmir.  "kirpiklərimdən daş

asıldı

oyana


bilmədim"  -deyə

təssüflənir. 

Təəssüflənir ki:

Bir ömür boyu ana olur analar.

Mən bir gecə ola bilmədim.

Şair bu misralarda Ana məhəbbətinin,  ana

qağısının möhtəşəm bir heykəlini qurub.

"Ana qayğılı"  olmaq arzusuyla bir gecənin

qayğısını yaşaya bilməyən,  oyaq qalammayan

insan-şair-lirik

qəhrəman

bu

"etibarın"  bu



qüdrətin sahibi olmadığından özünü suçlu bilir. 

Bir ananın illərlə çəkdiyi zəhməti,  yuxusuz

gecələrin ağırlığını,  narahatçılığını utana-utana, 

çəkinə-çəkinəmi deyir ki,  mən bir gecə ana

olammadım,  amma "bir ömür boyu ana olur


346

analar".  Səhərə qədər kipriyindən daş asılan, 

oyana bilməyən şairin bu etirafı övladın yatağı

başında kirpiyindən od götürən, ömrü boyu qayğı

çəkən insanın ana qayğısı,  ana məhəbbəti

önündə əydiyi başdır. Ana laylasını  "yer üzündə

bəstələnən birinci nəğmə"  hər kəlməsi "beşik

üstə sayə salan qanad"lı ilk    ananın təsəllisi, 

pıçıltısı,  "ilk sözü",  "ümidgahı"  adlandırmaqla

yanaşı real əsaslar üzərində    poetik duyğularını

tamamlayır:  "həzin axan bulaqların şırıltısı", 

"xəfif-xəfif əsən küləklərin nəğməsi"  səsini

layladan alıb.  Laylada həyat eşqi,  ümid,  arzu, 

istək,  sevinc,  məhəbbət var.  Dünya var,  həyat

var laylanın hər misrasında, həzinliyində.

Böyük bir ülviyyətlə,  böyük bir ürəklə ata

duyğusuyla ana qəlbini, ana adının böyüklüyünü

zirvələrdə saxlayıb,  özü kimi ana sevən,  ana

qədrini

bilən,  analıq adının



yüksək

tutan


sənətkarlarımız

kimi. 


Ana

məhəbbətindən

yoğrulmuş

xəzinəyə


düşən

misralardır

bu

misralar. 



Sabah üstündə ayaq açıb gəzəcəyi,  laləsini

üzəcəyi, çəməni, torpağı, uca göyləri, onun zərrin

naxışlarını- hansı ki, bunlar onu nə vaxtsa özünə

heyran edəcək,  məftunluqla bağlanacaq onlara-

ovladına bəxş edir.  Quş kimi köçəri olan insan

övladını bu düynada əbədi görməyən şair ona

sevinc dolu bir ömür arzulayır,  elə bir ömür ki, 

kədərsiz olsun,  elə bir ömür ki "Kədəri olsa da



347

qoy əziz olsun". Onun övladlarından bir istəyi var; 

dünyada kiməsə gərək olmaq,  "bir damcı yağış

olub"  bircə sünbülü yaşat"maq da şairin övladı

üçün bəsidir.  Təki yaşatmaq,  yaratmaq nəsibi

olsun.  Fikrət Sadıq övladlarından ayrı düşəndə

hicrana,  həsrətə dözməyən,  səslərini eşidəndə

şaxtalı, qarlı Moskvada günü "Günəşə qərq olan" 

görür. O, dünyanın çox hicranıa dözüb, ata, ana, 

yar hicranı çox çəkib,  bu hicrana dözümlü ürəyi

"övlad hicranına dözə bilmir neyləyim"-deyə

kövrəlir. Fikrət Sadıq doğrudan da sevinməli, fəxr

edilməli, öyünməli atadır. Onun qəlbi övlad üçün

məhəbbət


dəryasıdır, 

ümmandır, 

desəm

yanılmaram. İlkinin itkisi onun Qorqud cöhrəsinə, 



Qorqud sinəsinə elə çalın- çarpaz dağlar çəkib ki, 

misralarında Uruzu,  Beyrəyi yağılar əlində

göynəyən ana nidalı ahlarını duyuruq:

Qonur gözlərimə

Qonur gözlərinin

Həsrəti oğlum!

Göy

gölü


dumanlı

gördüm


sənsiz,

Lalələri solğun!

Fikrət Sadıq bu misraları 30-40  il əvvəl

söyləyəndə Dədə Qorqud dünyasının əbədi

səsinə səs verirmiş.

Fikrət Sadıq "Gecə taksisi"  şerində nədən

danışmır,  İlahi!  Dağ boyda dərdindən,  həsrəti, 

nisgili qəlbinə çökən İlkinindən, onun qorxa-qorxa



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin