248
onun məzmunu və quruluşu ilə möhkəm bağlı
olan bir amilə çevrilir."
F.Sadıq haqqında deyilən bu elmi -nəzəri
fikirləri dörd misrada belə ümumiləşdirib onun
poetik imkanlarını, şerin yaranmasında rolunu
tərənnüm edir:
Qafiyə-ekiz söz.
Ahəng tərəzisinin pərsəngi.
Şer divarının hamar üzü.
Köhnə daşı çox olsa
Kifir göstərəcək hörgünüzü.
F. Sadıq üçüncü və dördüncü misralarda
yeni, təzə sözlərlə yaranan qafiyəyə üstünlük
verir, "nimdaş
qafiyədən
qulaqlar
qabar,
hardasan üzə çız təzə qafiyə" fikirlərinin üstünə
qayıdır, sənətkardan, şairdən yeni söz, yeni
qafiyələr vasitəsilə könül oxşayan, ruha qida
verən, insan qəlbinin incə tellərini ehtizaza
gətirən şerlər yaratmağı tövsiyə edir. Şairn sözün
hörgüsündə -şerdə qəbul etdiyi şərtlərdən biri də
ahəngi yaradan bölgüdür. Şerdə bölgü danışıq,
nitq
zamanı
fasilədir. Belə
fasilələr
nitqi
nizamlayır, ona gözəllik, məna gətirir. Bölgü
şerdə
ahəngi
qüvvətləndirir, onu
nəsrdən
fərqləndirir, onu adi danışıqdan ayırır. Şerin
oxusu zamanı bütün misralarda bölgü şerin
ahəngini nizama salır:
Nəfəsdərmə
Söz dayanacağı.
249
Döngə-dalan,
Elə böl ki,
Dalandan küçəyə çıxırsan.
F.Sadıq bölgünün tərifini belə verir. Dolğun
misralarla fikrini şerlə bizə çatdırır.
Həqiqi mənasını itirib məcazi mənada işlənən
sözlər məcazlardır. Məcazlar istər nəzmlə,
istərsə də nəsrlə yazılan bütün əsərlərdə işlədilir.
Dilin tərkib hissələrindən biri olan bədii təsvir və
ifadə vasitələri ədəbiyyatşünaslıqda məcazlar
adlanır. Məcazsız yazılan bədii əsərin bədii
keyfiyətindən danışmaq olmaz. Məcaz şerin
emossionallığını
artırır,
verilən
əhvalatı,
hadisənin
danışığını
şirinləşdirir,
estetik
keyfiyyətini artırır:
Məcaz-
möcüzə.
Hörgüdə qapı-pəncərə yeri,
İşığa qərq edir şeri.
Qapı-pəncərə evin yaraşığı, bəzəyi, tikilən
binanın əsası olduğu kimi bədii əsərin gözəlliyini
artıran da, onu sevdirən, mənalandıran, əsərin
təsir
gücünü
artıran, oxunaqlı
edən
də
məcazlardır. Şair məcazın bir neçə növünü də
bədii əsərin yaraşığı, bəzəyi, qiymətli incisi kimi
tərif
edir. Şerin
dadı-duzu
bənzətmədədir
bənzətmə məcazın növlərindən biridir."bədii
ədəbiyyatda bir əşyanın və ya hadisənin
müəyyən əlamətə görə özündən daha qüvvətli
250
əşya və hadisəyə oxşadılmasına təşbeh, yaxud
bənzətmə deyilir" iki əşya arasında oxşar əlamət
tapmağa, bənzədiləni daha üstün götürməklə
qüvvətli
təşbeh
yaratmaş
mümkündür.
Bənzətməsi az olan şeri şair dadsız-duzsuz
şerlər sırasına daxil edir, hansı ki, onlarda
sənətkarlıq
məslələrindən
danışmaq
qeyri-
mümkündür. Sözdən məharətlə istifadə etməklə,
bədii təsir gücünə malik təşbehlər yaratmaqla
şerin məna duyumunu artırmaq yaxşı, qüdərtli
sənətkarın qarşısına vəzifə kimi qoyulur. Şerdə
hadisənin,
hiss
və
həyəcaının
əslində
olduğundan
daha
güclü
şəkildə
deyilməsi
söylənilən fikrin, ideyanın oxucuya daha qabarıq
çatdırılmasına xidmət edir. "Şerin damı", "buluda
çatanı", "ulduza çatanı" hesab etdiyi mübaliğə
haqqında bu fikirləri belə verir:
Şeri gərək
Mübaliğə tanıda.
Söz
evinin
bacası
da
mübaliğədir.
Tüstüsündən bilinir,
Ocağında yanan nədir?
Çır-çırpıdır, yoxsa, vələs,
Ürəkdir, yoxsa həvəs?
F.Sadığın elə bu misraları özü bütöv bir
əsərdir; dərin məzmunlu, şerin, sənətin qədr-
qiymətini bilən, onun incəliklərinə dərindən bələd
olan, şerdə
bədiiliyin
rolunu
görən
şairin
251
fikirlərində
böyük
həqiqət
vardır.
Xalq
yaradıcılığında
klassik
ədəbiyyatımızın
da,
müasir şerimizin, nəsrimizin də bəzəyi olan
mübaliğə hadisələri şişirtmiş, reallıqdan uzaq bir
şəkildə vermiş olsa da bədii cəhətdən oxucuya
zövq verir, xoş təsir bağışlayır və əsərin ideyası
ilə bağlı verildiyindən könül oxşayır. Sözün
hörgüsündə şair bu gözəl bədii təsvir vasitəsinin
əhəmiyyətini
xüsusilə
vurğulayır. "Alleqorik"
şerləri də yazıçı yüksək qiymətləndirir. İstər
bitkilər, istərsə də heyvanlar, dağlar, daşlar bədii
əsərdə canlı, danışan bir obraz kimi kimi
verilərkən onu yaradan, can verən, ona dil verən
sənətkar
onun
dili
ilə
cəmiyyətdəki
özbaşnalıqları,
yaxud
da
yüksək
insani
keyfiyyətləri təbliğ etmiş olur. O zaman alleqorik
qüvvətli bir əsər kimi qəbul edilir ki, mətləb açıla,
fikir öz əksini tapa, yaradılan əsər həm bədii
imkanlarını, həm də məna tutumuna görə
oxucunun könlünü oxşaya bilə.
F.Sadıq şairin qəlbən təmiz, saf olmasını
əsas sayır. Şer yazan hər kəsə bildirir ki:
Bəri başdan bil!
Ürəyində ya qurd ola gərək, ya
şer.
İkisi bir yerdə yola getməz.
Qurd şeri yeyir.
252
Şair sənətkar qəlbən saf, təmiz, paxılıqdan
uzaq, duru olmasa yaratdığı sənət əsəri də heç
nədir.
Musiqiyə, şerə, sənətə, Fikrət
Sadıq
yaradıcılığında ayrıca hörmət, məhəbbət var. O
məhəbbətdir ki, Qədiri, onun "Neçin gəlməz"
mahnısını ona sevdirir. Dağı, daşı naləsitylə
yandıran "neçin gəlməz"in odu Günəşlə birləşib.
O
mahnının
"qəmli
sədas"ı
Günəşi
"ovsun"lamışdı. Külli-Qarabağ diqqət kəsilmişdi
bu mahnıya. Günəşin sarı telləri tarzənın əlindəki
sarı simə elə dolaşmışdı ki, sarı sim kökdən
düşmüşdü.
Qədirin səsi tükəndi,
Əlini göyə uzatdı.
Bir topa buludu
Qavalın qabağına qatdı,
Ç əkib gətirdi, örtdü,
Günəşin üzünə.
Qayıtdı yenə "neçin gəlməz"inə.
F.Sadığın poeziyasında əsas cəhət onun
zəmanəsinin, dövrünün qayğılarıyla yaşaması,
yaşadığı
cəmiyyətdə
əsrin
mükəmməl
və
ziddiyyətli, dramatik hadisələrinə, məsələlərinə
laqeyd qalmamasıdır.
F.Sadığın Füzulinin məzarını ziyarət etməsi
bu böyük sənətkarın şerinə, sözünə, irsinə
verdiyi yüksək qiymət F. Sadıq şəxsiyyətinin
özündən əvvəlki ədəbi sələflərinə bəslədiyi
253
hörmət və məhəbbətin ifadəsidir. Şeriylə yerə-
göyə sığmayan bu böyük şəxsiyyəti "Hər beyti
nurnan süslənmiş"
Hərəsi bir baş daşıdır,
Səni dünya yaşadır-deyir.
F.Sadıq üçün dünyada sənətkarın vətəni,
sərhəddi yoxdur. O bütün dünyanın qiymətli
varlığıdır. Belə olmasaydı Lermontovun faciəli
ölümündən doğan qüssə və kədərini, şairə olan
məhbbətini belə lirik boyalarla verə bilməzdi.
Lermontovun dueldə faciəli ölümünə həsr etdiyi
"Duel" şeri
böyük
sənətkara
məhəbbətin
ifadəsidir. Lermontovu
duel
yerində
köksü
qanamış qartala, qanadı sınmış şahinə, bir də
inadı
qırılmış
selə
bənzədir.
Cəhalətin,
intiriqaların
qurbanı
olan
puşkinlər
kimi
lermontovlar, nəsimilər onların faciəli taleyinə şair
münasibəti ancaq belə yüksək lirk, poetik bir dillə
öz ifadəsini tapa bilər ki, Fikrət Sadıq bu işin
öhdəsindən "məharətlə gəlir". Yaralı qartala
bənzətdiyi Lermontovun cismində bir vüqar,
əzəmət, eyni zamanda insan qəlbinə yol tapa
biləcək
hümanizm
görür
və
onu
sevdirir
insanlara. Bu misralarda kövrək şair qəlbinin
qüssəsi, itkidən doğan təəssüf hissləri o qədər
güclüdür ki, kim deməz ki bu misraların
"arxasında gəlin, istedadları, insanları qoruyaq"
kimi yüksək ideyalar dayanmayıb? Bunlar elə
misraların özündən tökülür.
254
Şeri "duruluqda bulaq suyuna" mənada
"işığa" bənzədən, oxşadan Fikrət Sadıq üçün
Nazim Hikmətin bir sözü qiymətlidir ki, "ən yaxşı
şerim, bəlkə də hələ yazmadığımdır. Əsl şer
ürəklə, ağlın razılığı ilə hisslə fikrin birgə
yaratdığı nemətdir. Onun fikrincə, bunların biri
olmasa şer yarımçıq olar. Şer ürəkdən su içməsə
quru olur, ağılla sığallanmasa dayaz olur" Fikrət
Sadıq şerə, sənətə, misraya duyğuyla belə
yanaşır
F.Sadıq böyük türk şairi Nazim Hikmətə
hörmət və məhəbbətini ifadə edən şerində bu
gözəl sənətkarın düşüncələrini, onun dənizin
coşqun sularına pərişan, dalğın baxışlarını verir:
Doğma Türkiyəsiylə
dayanaraq üz-üzə.
Dağ cüssəli bir şair
Baxır Qara dənizə.
Həzin külək dağıdır
Saçlarını üzünə.
Nə düşünür görəsən,
Fikri nədir, sözü nə?
F. Sadığın burada da insana olan qayğılarını
görürük. Elçin
yazırdı: "bu
sual
Fikrətin
poeziyasını həmişə düşündürür, bu poeziyanın
ən uğurlu nümunələri həmin sualın qayğısını
çəkən şairdir və bu sualların cavabları yalnız
onun ayrı-ayrı şerlərinin qəhrəmanları olan
Nazim Hikmət və Orxan Vəli, Lermontov və
255
Məhəmməd Hadi, Əli Kərim və Statis Krasauskas
kimi şəxsiyyətlərin ucalığı baxımından öyrənilir,
araşdırılır, daha da artıq dərəcədə adi, hər gün
rastlaşdığımız,
söhbətləşdiyimiz
insanların
psixolocisi,
həyata,
güzərana
münasibəti
baxımından axtarılır və özünün yaddaqalan,
inandıran bədii ifadəsini və təcəssümünü tapır".
Dünya, kainat, insan, həyat, sənətkar, söz,
təbiət və digər mövzuda yazılmış şerləri, silsilə
gəraylıları uşaqlar üçün yaratdığı şer nümunələri
böyük söz sənətinin nümunələridir. Hələ müxtəlif
tərcümələri;
Məhəmmədhüseyn
Şəhriyarın
məşhur "Azərbaycan" şerini Fikrət kimi tərcümə
edən ikinci adam çətin ki, tapıla" .Qabil Fikrət
Sadıq
şəxsiyyətini, daxili
gözəlliyini
Dədə
Qorquda bərabər tutur. "Kaş ki, onu-məhz onu
xüsusilə zahiri görünüşünə, mənəvi saflığına
görə "Dədə Qorqd" filmində Dədə Qorqud roluna
çəkəydilər".
Şair deyilən hər sözü, yazılan hər kəlməni
insanlıq
naminə
mehrlə,
məhəbbətlə,
səmimiyyətlə
ifadəsini
arzulayır. Küçələrə,
dalanlara, sərt hərflərlə yazılmış "Burdan o yana
yol yoxdur" sözlərə baxan şair qəlbi bu sərtliyi
qəbul edə bilmir. Söz elə bir qüdrət sahibidir ki, o
əyilməz dizləri əyər, "yüz ümidi qırılmış bir adam"
o qadağa önündə dayanıb mən yol tapacağam "
deyib özünə qəsd" edər. Ona görə də şair bu
dünyada
şirin, səmimi, ümidverici
sözlərə
256
ehtiyacı
olan
insanların
bu
dünyada
xali
olmadığıını bildiyindən qəlb sərrafı kimi "mehr-
məhəbbətə, qılığa" möhtac insanın səadəti
naminə:
İndən belə
o küçələrdə,
metroda,
kor dalanlarda,
daha nə bilim harda,
yumşaq hərflərlə,
qayğı ilə,
"Acizanə xahiş edirik"
yazılsın-deyir.
Xoş qılıqla deyilən şirin söz insan qəlbinin
ehtiyacı olduğu nurdur.
Şair
üçün
bu
dünyada
hər
varlığın,
məfhumun öz adı var. Ona görə də lap
körpəlikdən hər kəsə sözləri öz mə'nasına uyğun
ifadə etməyi məsləhət bilir. Şair üçün sözün yeri
əsasdır. Sözü yerində deyəndə " bal dadır".
Yersiz deyilsə söz səndən küsər, mə'na axsıyar,
yarımçıq olar". Yarımçıq söz nə könül oxşayar,
nə insana rahatlıq verər. Əksinə, yerində
deyilməmiş söz "deşər qulağı, dili dalayar". Ona
görə də nəsihət edir ki,
Qarı nənəyə
"Qoca xala",
demə bala.
Qarı qarıdır,
257
Qoca qocadır.
Sözlər qohumdur,
Mə'na haçadır.
Hər kəsi sözü məqamında, yerində deməyə
çağırır. O şerin, sənətin bütün ölçü-biçimlərinə
sənətkarlıqla yanışır. Şair bütün vəznlərə bir
gözlə baxır:
Oxuyuram
Əruzu da,
Sərbəsti də,
Hecanı da.
Görürəm səpələnmiş hissi də,
həyəcanı da.
Eşidirəm fikirlərin səsini.
Açıram
düyünlü
istiarələr
silsiləsini.
Könlümə yatmasa atıram.
Qafiyəli-qafiyəsiz,
Necə olursa-olsun.
Şer gərək ovsunlasın
Cavanı da, qocanı da,
Oxuyuram
Əruzu da,
Sərbəsti də,
Hecanı da.
F. Sadığı şerlərinin daxilində elə poetik
misralar var ki, bunlar şah misralardır. "Axşamın
boynuna dolanıb səhər".
258
Zaman Fikrət Sadıq yaradıcılığında əsas
mövzulardan biridir. O yaşadığı zamanədən
şikayətçidir. Özü də elə-belə şikayətçi deyil, açıq-
aşkar narazılığına səbəb olan məsələlərini şerdə
nəzəri təhlilini verir. Cəmiyyətin bu günkü
həyatını, Dədə Qorqud nəsihətiylə, Sabiranə
şəkildə, Məhəmməd Hadi küskünlüyü ilə, Mircə
Cəlil duyumuyla, İsi, Balasadıq yanğısıyla, Qabil
coşqunluğuyla verir:
Allah səni qorusun,
çiçəkdən, qızılcadan.
-deyən nənələrimiz yada salınır. Ürək açan,
könül oxşayan bu xalq deyimlərinə uyğun olaraq
şair ürəyindən keçən hissləri verir. Ya Şamaxılı
bir Haqqı paşanın diliylə "Allah səni qorusun
paxıl qonşudan, namərddən, alçaqdan" bir sözlə,
çirkin niyyətli, qəlbi xovlu insanlardan deyir.
Nağıllarda, rəvayətlərdə eşitdiyi "Allah səni
şeytan
şərindən, zənən
hiyləsindən, quru
böhtandan" qorusun dualarnı yada salır və əsil
müdrik bir qoca kimi, zamanın dərd-sərini, ağrı-
acısını dadmış, daşı ayağına dəymiş, başı
bəlalalr çəkmiş millətinə dualar edir:
Allah səni qorusun,
bayquş səsindən,
erməni hiyləsindən,
rus qapazından,
Qərbin açıq-saçıq libasından,
qırmızı üzündən,
259
hay küylü "caz" ından.
Şərqin təkkəbbüründən,
ədasından, nazından,
görümlü, eşidimli,
hər cür yalandan.
Atasından belə
Rüşvət alandan,
Məcburi köçmənlikdən,
Tikanlı çəmənlikdən,
İşsiz qalıb yatmaqdan,
Xlor alıb satmaqdan,
Hər gün çörək dərdindən,
Üzü üstə yıxılandan,
Maaşı üstələyən,
dövlət vergilərindən.
Şair belə bir tərzdə ehtiyac içərisində
yaşayan xalqının yoxsul təbəqəsinin dərd-sərini
qələmə alır "ovu gözündən vurur", oxucunun
qəlbinə, dərdinə-sərinə şərik əsl vətəndaş kimi
çıxış edir; "indi də mən deyirəm, Allah səni
qorusun" -deyən şair başı bəlalar çəkən xalqına
oxun haradan
atıldığını bildirir, cəmiyyətin
daxilindəki eybəcərliklərdən bezdiyindən onları
oxucunun üzünə vurur və hər kəsi öz əməlinə
görə cəzalandırır. "Atasından belə rüşvət alan"ı
ifşa edir. Maaşı xlorla əvəz edilən fəhlənin miskin
taleyinə acıyır, maaşından artıq, astarı üzündən
baha olan dolanacağın çətinliklərini, xalqın
ümumi
məişətinə,
yaşayışına,
güzəranına
260
dövlətin diqqətini cəlb edir, qoyduğu vergilərə
etirazını bildirir. Dövlətin üzünə vurduğu işıq, qaz,
su və s vergilərlə verilən əmək haqqı arasındakı
uyğunsuzluğu iqtisadçının özündən yaxşı görüb
"töhmətləndirir".
Kasıbın, ehtiyac içində üzənin daxili aləmini
şair məharətlə açır. Cibində pul olanda "lal
danışır, kar eşidir, kor görür". Varı olan zülmət
gecəni "ay işıqlı", pulu olmayan aylı gecəni də
"tor" görür. İnsafın, mürvətin göyə çəkildiyi bu
zamanda ondan ancaq "quru ad qal"dığını,
varlının süfrəsinə yağ-bal duzdüyünü, kasıbın isə
"həftədə bir şor gördü"yünü ürək ağrısıyla bildirir
və insanın ehtiyac üzündən bu dünyada elə ölü
kimi bir şey olduğunu söyləyir:
Həyat xoşdu, acı-şirin hər nədi,
Bu zamanda beş gün yaşa, gör
nədi.
Kasıb qorxmur o dünyadan, gor
nədir?
Yazıq elə bu dünyada gor görür.
("Görür")
Mürşüd Məmmədov şairin bu misraları
haqqında
maraqlı
fikirlər
söyləyir:"Poetik
fraqmentində qədərdən gələn haqsızlığa bir
etiraz əhval-ruhiyyəsi ifadə olunur. Bu etiraz da
müəllifin humanizmindən doğur. Şair nə üçün
sualının cavabını oxucunun ixtiyarına buraxır.
Ruzgarın gərdişindən hali olan oxucu anlayır ki,
261
ziddiyyət və əksliklər üzərində qurulan həyatın
özü də Xaliqin əsəridir və bu əsərdə hər kəsə
növbənöv alın yazıları bəxş edilir. Kasıbla, fağırla
zənginlər arasında dərdlər bərabər bölünsəydi,
həyatın disharmoniyası pozulardı, çünki onun
mahiyyəti də, fəlsəfəsi də yalnız bu natarzlıqda
və qeyri- mükəmməllikdədir".
Xalqının, millətinin xoş firavan yaşaması üçün
Fikrət Sadıq ürəyini şama döndərir, misralarında
gah varlıdan umur ki, millətinin kasıbına,
yoxsuluna əl tutsun, gah da tanıdıqlarının düz
gözünün içinə oxuyur ki:
"Bir yetimə əl tut"-dedim.
Bir tükü də tərpənmədi.
Dilə gəldi dağ da, daş da,
Amma o susdu, dinmədi.
F. Sadıq böyük Sabirin:
Nuş olur canıma ət, xasə o
həngamda kim,
Mən yeyəm, xırda uşaqlar baxa,
ağlaşa, ətə.
-misralarında o hər zamanda ac, yoxsul
fəqirlərin
halına
acımayan, əksinə, özünü
düşünən
"pulgir", "üzüdönük"lərin
olduğunu
bildirir və Sabirin bu misralarını yada salmaqla,
dövranın üzünün dönməsindən, "hər şeyin
bazarla ölçül"məsindən, varlının ədasından,
yoxsulun xəcalətindən bəhs edir. İnsanlığın,
insan övladının belə ucuzlaşmasından əzab
262
çəkir. "Nə baha, nə ucuz" şeri bu günkü
həyatımızın gerçəklikləridir və bu gerçəkliklərdən
əzab çəkən insanlardır. O insanlar ki, Fikrət
Sadıq onları sevir, onların xoşbəxtliyini, səadətini
istəyir, istədiyini görməyəndə göynəyir. İnsan
kimi yaşaya bilməyən, firavan ömür sürməyən,
zamanın dəyənəyi altında həm cismən, həm
mənən əzilən, istədiyini tapmayan, almağa gücü
çatmayan, ailə-uşaq
qarşısında
gözükölgəli
qalanların dərdini ucuz-baha bir-birinin əksi olan
həyati gerçəklik qarşısına çıxarır. Bu gün onun
üçün nəyin baha, nəyin ucuz olduğunu elə
sənətkarlıqla açıb-tökür ki, təhlilə ehtiyac qalmır,
hər misra özlüyündə bu ikiliyin qiymətini verir.
Zamanın gerçəkliklərini belə dolğunluqla, olduğu
kimi
verən
Fikrət
Sadığın
güclü
həyati
müşahidələri var bu misralarda.
Duz baha-buz ucuz.
Ç örək baha-ürək ucuz.
Qənd baha-fənd ucuz.
Un baha-ün ucuz.
Ət baha-dərd ucuz.
Daş baha-baş ucuz.
Dəva baha-dava ucuz.
Bilim baha-ölüm ucuz.
Qəbir baha-səbir ucuz.
Dövran baha-insan ucuz.
F.Sadıq insan xoşbəxtliyini, səadətini onun
mənəvi
zənginliyində, fikir
və
hisslərinin
263
saflığında görür. "Bir sıra Yaxın və Orta Şərq
xalqlarının qədim dini, əxlaqi, fəlsəfi ideyalarını
toplamış olan "Avesta"da xoşbəxtliyin altı şərti
irəli sürülür. Həmin şərtlər bunlardır: doğruluq,
xeyirfikirlilik, müdriklik, hakimiyyət, sağlamlıq və
uzunömürlülük. Bunları əldə etmək üçün insan
daim çalışmalı, əziyyət çəkməli, səadətin əsas
qənimi
olan
qəzəb, yalan, qeybət
kimi
qəbahətlərlə
mübarizə
aparmalıdır.
Bu
mübarizənin əsas vasitəsi isə doğru söz, doğru
fikir, doğru əməldir". (Ziyəddin Göyüşov)
Dünyanı yalanlar, riyalar içərisində görən
"ümidi boşa çıxmış" lar cana doyub haqqı-
ədaləti, xoşbəxtliyi axtarır, gəzir, dolaşır, gördüyü
haqsızlıqlardan dəhşətə gəlib ümidsizləşir və
Fikrət Sadıq da bunlara biganə qala bilmir.
Mehdi Hüseyn yazır:"Böyük ədəbiyat hər
zaman insanla dost olmuşdur. O, öz qidasını hər
zaman insandan almış, onunla nəşvi-nüma tapıb
yüksəlmişdir. İnsana məhəbbət ədəbiyyat üçün
yeni bir motiv deyildir. Lakin bu motiv hər bir
əsrdə
müxtəlif
şəkildə
tərənnüm olunmuş,
müxtəlif yazıçıların ilhamına bir-birindən çox
fərqli bir istiqamət vermişdir
F. Sadıq zamanın daşqınında iri sal daşlarla
birgə xırda çör-çöp qarışığı gətirən selin içində
nəsə axtarır. Alimdən hörmətli sayılan "oğru",
"bərk-bərk" yalana sarmaşmış "doğru", "əlli min
kərə qarış"an dünyanın qarışığı şairi narahat
264
edir, bütün bu "qarışıq vaxtda"n gördüklərindən,
çəkdiklərindən qəlbi qan ağlayan şair xeyirlə
şərin
vəhdətindəki
yamanlığın
çoxluğundan
göynəyir.
Yalan bir xalvardı, yaxşı bir
misqal.
Dünyamız qarışıb olub darısqal.
Bu odlu kürəyə əl vurma, süst
qal,
Kömür alovlanıb, kürə qarışıb.
Şair
dünyasını
nərdtaxtaya
bənzədir.
Tamahın, nəfsin "zərə" qarışdığı dünyada yarısı
məşəqqət, "yarısı röya" şairin sürdüyü ömürdü.
Yaşadığı aləmdən də haqlı olaraq narazıdır.
Mövcud cəmiyyətdə müxtəlif yollarla varlanan,
keçid dövrünün çətinliyindən məharətlə istifadə
edərək öz şəxsi mənafeyini düşünən, torpağın
yeraltı-yerüstü varını çapıb-talayan, bir ovuc
mənsəbpərəstin haramçılıqla yığıb-yığışdırdığı
var hesabına tikdirdiyi villalar, gəzdiyi xarici
maşınlar, rüşvətlə qalxdığı vəzifədən, kreslodan
dövlətin, xalqın mənafeyi naminə deyil, şəxsi
maraqları naminə istifadə etməklə quduranlar bu
gün F.Sadıq yaradıcılığında bütün çalarlarıyla
şerimizdə canlandırılır. Xalq sənətkarı olduğu
burada daha açıq görünür. Fikrət Sadıqda
mədhiyyə yoxdur. Ona görə də bu gün kağız üstü
"xalq şairi" adını almamışdırsa da xalqın gözü
tərəzidir. O çəkidə hər sənətkar ağır gələ bilməz:
|