Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

231

De

necə



sığışdın

bu

dar



məzara?

Əgər belə getsə mizan-tərəzi,

Şairə, sənətə hörmət azalar.

Özbəkistana, 

Belarusiyaya, 

Litvaya, 

Macarıstana və digər xalqların həyatına həsr

edilmiş şerləri milli və beynəlmiləl duyğuları əks

etdirir.  Onun üçün dünyanın bütün qələm

sahibləri,  onlar ki,  əsərlərində bəşəri duyğuları

əsas götürürlər onların özü də, sənəti də əzizdir. 

Latış şairi Aleksandr Ç aka həsr etdiyi "Şairlə

görüş"  şerində Xəlil Rza demişkən "  xalqlar

dostluğu,  millətlər qardaşlığı haqqında heç bir

gurultulu ibarəyə,  şüar,  plakat ifadəsinə rast

gəlmirik.  Azərbaycan şerində bu mərhələnin

aradan qalxdığını Fikrət Sadıq yaxşı bilir.  Buna

görə də təbiiliyə,  səmimiliyə meydan verir, 

inandırır ki,  Aleksandr Ç ak da onun üçün

Məhəmməd Hadi qədər əzizdir".

Latış rəssamı "Statis Krasauskasın əlləri" şeri

bənzərsiz ifadələrlə zəngindir.  "Göyə uzansa

əllər ovuclar Aya bənzər,  Barmaqlar şüalara, 

Günəşdən aldığı odun milyonda birini qaytarar". 

Parlaq,  mənalı bir ömür sürmək uğrunda

düşünənlərin,  mübarizə

aparanların

surətini


yaradır.

"Şair Adil Rəsul üçün ağı"  şe'rində də o

yaşantıları,  dost itgisindən doğan kədəri,  hüznü

görürük. Onun da sakit, saf bir həyat sürdüyünü, 



232

dünyanın başına götürən "yoxsulluq"dan gileyini

eşidirik.  Adil Rəsul kimi qayğılı bir şairin ömrü

bütün şairlərin ömrünə bənzəyir.  F.Sadığı bu

zəmanədə narahat edən bir şey var:  Nədir adil

rəsulları dünyadan belə erkən aparan?

Yaşın əlli doqquzu keçmiş idi.

Dərdin məgər birmi idi, beşmi idi.

Batmışdın dərd içində.

Ürəkdən danışıb, gülərdin bəzən.

O da içəndə.

Acılı-şirinili şair ömrünə

Bir canı yanan varmı görən"

Kimdir bu vaxtsız ölümə məsul.

Adil Rəsul?

"Dillər əzbəri nəğmələri"  olan şair ömrü, 

güzəranın,  dövranın

çətinliklərinin

çiyinlərə

yüklədiyi

qayğıdır.  Şair

sözünə,  qələminə, 

istetadına baxışların yoxsullaşması,  qayğıların

azalması və bir də şairin şairlik ömrü.  Şe'rlərini

satıb dolanan şair Məhəmməd Hadi taleyi

yaşayan


şairlərə

zəmanə


niyə

biganədir? 

Zəmanə niyə belə qəddar,  zalım çıxır dünyanın

dərdini çəkən,  özgənin dərdini öz dərdi bilib öz

içində yaşadan şe'rinə boyayan şairə?  Budurmu

qəlbi kövrək, hissi oyaq, ancaq dünyaya səadət, 

sevinc arzulayan və bu arzuların işığını,  nurunu

axtaran şair taleyinə qayğı? Niyə öləziyib?! Bir-iki

mədhiyyəçilərin

yararlandığı

mükafatlar, 


233

ordenlər,  adlar,  ianələr bütün şair dünyasına

olunan hörmətinmi ifadəsimidir, Allah!

Şair üçün sənətkarın milləti, sərhəddi yoxdur. 

Harda qüdrətli nasir,  şair varsa,  Fikrət Sadığın

ona, onun sənətinə hörməti də var. Görkəmli latış

şairi Aleksandr Çakın məzarını ziyarət edərkən

şair hansı ülvi duyğularla yaşayırsa onu qələmə

alır.  Qarlı bir gündə bir dəstə bənövşəni soyuq

məzara-qara mərmər daşın üstünə qoyduğu, 

yandırdığı şam əllərini isitidiyi kimi çiçəkləri də

isidir.  Şair burada keçirdiyi hissləri böyük bir

doğmalıqla, 

məhəbbətlə

Aleksandr

Çakın


ünvanına çatdırır.

Fikrət Sadıq şerə, sənətə yüksək qiymət verir

və sənətkar qarşısına tələblər qoyur:

Haqq şairi olan hər kəs xalqının istək və

arzularını yaradıcılığında əsas tutacaq.  Yalançı

ad sənətkara şərəf gətirməz.  Şair haqqın şairi

olmalıdır.  Düz əməlli,  nəcib qəlbli,  düz ilqarlı

şairin qiymətini yazdığı əsərlər verir. Quru adlar, 

fəxri fərmanlar,  diplomlar gözdən pərdə asmaq

kimi bir şeydir.  Cəmiyyətin ziddiyyətli dövründə, 

iqtisadi geriliyin hökm sürdüyü bir zamanda

əlində pulu olub, vecsiz yazıları ilə xalqın başını

qatanlar,  zəif əsərlərin çapı,  gündə bir bədii

dəyəri olmayan əsərləri gözə soxmaqla "mən

şairəm"  deyərək bar- bar bağıranları,  Füzuliləri, 

Cəlilləri dananları,  özünü ədəbiyyatda yenilikçi

kimi tanıtmaq ümidi ilə boş-boş bağırtılarla, hay-


234

küylə ədəbiyyat aləminə qalmaqal salanları bir

möhürlə ümumiləşdirir:

Bu möhürlə tanıyacaqlar,

gələcəkdə Azərbaycanı.

Bu illərdə şair olmayanın

Kitabı çıxırdı.

Şair olanın canı.

Əsil

sənət


sahibləri,  qələm

ustadları

yazdıqlarını maddi çətinlik ucbatından mətbuat

səhifələrinə çıxarmaqda

aciz

qaldıqları bir



zamanda

"qafiyəbazlar"  qaz

vurub

qazan


doldurur. Şeri, sənəti öz cılız yazıları ilə daha da

cılızlaşdırır və bunu görən Fikrət Sadıq kimi əhli-

qələmlər sakit qəbul edə bilmir,  onları yerində

oturtmağı vacib bilirlər:

Kağızı bol-dərdi az-

qafiyəpərdaz!

Sən get nadan naşirin

Gözündən pərdə as!

Bu ağılla, bu kamalla

Xalqı aldatmaq olmaz.

Nə qədər boylansan da,

Lap od tutub yansan da,

Ç abalasan da, partlasan da

Təpə dönüb dağ olmaz.

Şairi şerin qayda -qanunlarını bilməyən,  bu

gün şer-sənət incəliklərini zirvələrdən endirib

qiymətdən

salanların,  şerin

başında

şair


235

demişkən "turp əkən"lərin cəfəngiyyat yazıları

bezdirir:

Əruz, heca nədir,

Misra, bənd nədir?

Adicə qaydanı-

Qanunu bilmir.

Şerinə, ağlına

nə desən gəlir.

Bircə düz əməlli

qafiyə gəlmir.

Dərin mənalı,  yüksək məzmunlu əsərlərin-

kitabların bu gün az çap edilməsi,  yaxşı

kitablardan

"quru

ad" 


qalması, 

sayının


azalmasına səbəb "şerə də mafiya"  gəlməsində

görür.  Pullu şairlərin yalançsı şerləri həqiqi şeri

öldürür. 

Şer,  sənət şairin nəzərində ən ülvi,  uca

varlıqdır.  Yaxşı şerin "üzündə nur,  dilində ah" 

olmuş taleyə bənzəyir. Hikmətli, dərin mənalı söz

şairin nəzərində aləmdir.  Sabirlər xalqın,  millətin

dərdini şerə yazdı.  Xəyyam beytlərdən,  sözdən

qala qurdu.  İlk söz,  ilk deyim,  ilk şer Adəmə

bərabər tutuldu.  Fikrət Sadıq qələmində,  əzəli, 

əbədi ilkin olan söz şerin dürrü,  incisidi.  Doğru

söz şerin təməl daşıdır.  Şair şerin,  sənətin bu

günü üçün narahatlıq keçirsə də,  ümidsiz də

deyildir.  O bilir ki,  "şer var,  olub,  olacaq". 

Çoxlarına şer adidirsə,  Fikrət Sadıq kimilərə şer

"Hatəmdi". 

Dövrana, 

zamana, 


zəmanəyə

236

əyilməyən şerdə eşq,  hicran,  həsrət,  məhəbbət, 

ümid, sevgi var. Şerdə dorğru söz var. Doğru söz

isə iti qılıncdan da kəsərlidir:

Doğru sözün əsli qılınc,

Söz qılıncı-Misri qılınc.

Söz də kəsir misli qılınc.

İnamdan möhkəmdi şer.

Sözlə hörülən şerin ölçüsü, bəzəyi qafiyədir:

Qafiyə şerin zinəti,

Libası, bər-bəzəyidi.

Mətləbi uzatsa da o,

Yenə şerin gərəyidi.

Qafiyələr gəzən,  şerlərində məna olmayan, 

şair olmaq istəyənlərə şerləri ilə Fikrət Sadıq

deyir ki:

Təzə-təzə qafiyə ilə,

Ha təzələ, ha malala.

İçindən dərd boylanmasa,

Şer şer olmaz, bala.

"Bu gün şair mənəm"-deyib quduranları, 

gözləri ayaqlarının altını görməyənləri,  "sözü

sözə yapışdırmaqla" şair olub şer yazanları:

Yoxdur vəzn, yoxdur məzmun,

qafiyə yox, misra məğmun.

Şairlikdir yoxsa oyun?

Biri görür, biri görmür.

Baş sındırıb, cümlə qurur,

Fikir dayaz, məna quru.


237

Aydan arı, sudan duru,

İşıqlı sözləri görmür.

Saatlarla

oturub

fikirləşən,



sınıq-salxaq

cümlələr quran,  qurduğu cümlələrdə məna

olmayan "şairlərin"  məhdud

dünygörüşünün

nəticəsidir ki,  istedadının zəifliyidir ki,  hər

birindən nur tökülən sözləri görmür, istedadsızlıq

imkan vermir ki, nəyəsə qadir olsun, nəsə yarada

bilsin və yaratdığı oxucu kütləsinin könlünü

oxşasın.  Söz özü də elə bir varlıqdır ki,  hər

deyəndə,  hər şair olmaq istəyənin əlində ipə -

sapa yatmır:

Hər misrası bir müəmma,

Kəpənəyi görür, amma

Kəpənəyin qanadında

Rəngi görmür, zəri görmür.

Əbu-səhl olan bəndə,

Susur sözdən söz düşəndə.

Tükü tükdən seçir səndə,

Öz gözündə tiri görmür.

Şair üçün sözün misraya çevrilməsi də ötəri

deyildir.  Bu



gör-götür

dünyasında şair

görübdür ki,  sözün əlindən tutub ehmal-ehmal

gətirərlər şerə.  Sözdən naşı şəkildə istifadə

edənlər şairin nəzərində sözün ayağından

yapışıb necə gəldi atır şer misrasına,

Sözün kobudluğundan

Az qalır misra sına.



238

Hər bir qələm sahibi şairin nəzərində sözdən

məharətlə

istifadə


etməyi, 

şerin


qayda

qanunlarına əməl etməyi,  vəzni,  hecanı,  ahəngi, 

qafiyəni gözləməklə yazılan şerin gözəlliyini

qorumağa borcludur.

Daşdı, daşın köhnəsi də,

Daş üstə daş olur qala.

Şer də sözlə hörülür,

Köhnə söz də sözdür, bala!

Qayıt, baş vur dönə-dönə,

Qafiyələr ümmanına.

Amma şeri büründürmə,

Hoqqabazlıq dumanına.

Şeri yüyənsiz ata,  qafiyəni "kəmənd"ə,  şeri

təzə "gəlinə",  qafiyəni rübəndə bənzədir və şair

şerin bütün incəliklərinə,  qayda-qanunlarına

dərindən bələd olan bir söz-sənət ustadı kimi

haqlı olaraq bildirir ki:

Şer qala kimi hörülür bənd-bənd.

Bəndləri bağlayır nizə-qafiyə.

Qafiyə misrada öz yerində işlədiləndə şe'ri

göylərə qaldırır.  Şair şe'rlərdə qafiyə gəzir,  elə

qafiyə ki, yeni olsun, təzə olsun, təzə söz deməyi

bacarmaq,  şe'rə,  sənətə

məzmun


yeniliyi

gətirmək, şe'rin mə'na duyumunu artırmaq şairin

qarşısına qoyduğu əsas vəzifə olmalıdır.

O sevilən əsərləri ilə xalq içərisində hörmətlə

qarşılanan şairlərimizdəndir. 


239

Hələ


onun

yaradıcılığının

ilkin

nümunələrindən



olan

"Cığır"  şerlər

kitabı

haqqında yazırdılar:" Fikrət Sadığın "Cığır" şerlər



kitabındakı "Könül soyuq Ay olunca"  misrasıyla

başlanan    şer insanları mənalı ömür sürməyə

səsləyir. Bu şairin ilk kitabıdır. Həmin şerlər gənc

şairin döyünən ürəyi,  arzuları,  diləkləridir.  Onun

tərənnüm

etdiyi


yüksək

ideyalar


oxucunu

dərindən düşündürür, onun qəlbinə hakim kəsilir. 

Buradakı

şerlər


Azərbaycan

poeziyasının

sıralarına istedadlı gənc şair gətirmişdir."

F.Sadıq doğrudan da milli poeziyamızın

inkişafına çalışan, onun qayğıları ilə, problemləri

ilə nəfəs alan,  yaşayan,  yaradan sənətkardır. 

Onun öz dəsti-xətti vardır.  Öz əxlaqi görüşləri, 

təfəkkür dünyası vardır.  O əməksevərliyi,  taleyin

ona verdiyi,  yüklədiyi ağır kədərli uşaqlıq illrinin

çətinliklərində, 

əzab-əziyyətində

bişib, 


möhkəmlənib.  Onun şerləri yığcam,  incə,  zərif, 

şairanə naxışlarla zəngindir,  poetik kəşflərində

həyat eşqi güclüdür,  eyni zamanda mərdanəlik, 

vüqar var.  Xəlil Rza nahaq yerə onunla fəxr

etdiyini demirdi:"Azərbaycan torpağının illər boyu

yetirdiyi şairlər sırasında Fikrət Sadıq adlı bir şair

də var. Mərd, mətin, cəsur, vüqarlı bir şair".

F.Sadıq həmişə yazdığı əsərlərinin məzmun

və qayəsinə görə diqqəti cəlb etmiş,  onun

yaradıcılığı haqqında istər qələm dostları olsun, 

istərsə də ədəbiyyatşünaslar,  oxucular maraqlı, 


240

qiymətli fikirlər söyləmişlər.  Onun tərənnüm

etdiyi, qələmə aldığı mövzular ürəyindən gəlir. O

yazdığı şerlərində duyğularını, hisslərini, fikirlərini

oxucuları ilə bölüşür. Gah onların ruhunu oxşayır; 

gəncində,  qocasında,  cavanında həyat eşqini

artırır, gah onu millət, xalq, dövlət, torpaq naminə

birliyə


çəkir,  gah

da

onu



əməllərindəki

naqislikdən təmizləməyə çalışır:

Bakıda qocalar evi var.

İnanmırdım, gördüm, inandım.

Biz də qoşulduq soyuq millətlərə.

Dünya başıma fırlandı.

Gör necə döndü dövran.

Övladların da üzü döndü.

Atadan-anadan.

Mən elə bilirdim

nankor olmaz

bizim övladlar.

Bakıda qocalar evi var.

Şairin Bakıda qocalar evinin olmasından

narahat olmasının əsası var.  O,  ağlı kəsəndən

ata-ana qarşısında borcunu yerinə yetirməsini, 

qocalarına, 

xəstəsinə, 

uşağına

qayğı


göstərməsini görüb.  Lap qədimdən üzü bəri

tarixin bütün qatlarında da şair belə eşidib,  belə

görüb,  kitablarda belə oxuyub, insanlar arasında

belə görüb. Ona görə də: 

Döyüşə gedəndə,


241

Gözünün qabağında olsun deyə,

Qocasını-qarısını,

Döyüş arabalarında

Özüylə aparan

Türkə yaraşmaz

Bu vəhşi adət.

Bu millətin əgər,

Qocalar evi varsa,

Deməli, yoxdur o millət.

Bu misraları oxuyan hər kəsin qeyri-ixtiyari

olaraq şairin gördüyü mənzərədən təsirlənərək, 

kədərlə, qəzəblə qələmə aldığı misralardan sanki

vicdanı oyanır.  Yerində deyilən,  öz dövrünün

hadisələrini

dolğun


əks

etdirən,  gördüyü

yaramazlıqlara göz yummayan,  əksinə,  onu ifşa

edən,  cəmiyyətin saflığına çalışan,  kökə hörmət

prinsiplərini

qoruyan,  bəşərilik,  düşünməyə, 

düşündürməyə vadar edən mövzulara daha çox

yaradıcılığında yer ver,  sələflərinin poetik və

mənəvi təcrübələrindən yararlan, əsərləri ilə gənc

nəslin


mənəvi

vətəndaşlıq



cəhətdən

yetkinləşməsinə

xidmət

etdən,  öz



poetik

fərdiyyətlərinə

arxalanmaqla, 

özünəməxsus

şairlik dəsti-xətti ilə həyat hadisələrini qələmə

alma


Fikrət

Sadıq


yaradıcılığının

özünəməxsusluğundan, 

zəngin

mövzu


dairəsindən xəbər verir:

Qələm olsun barmaqlarım,

Qələm tutub yalan yazsa.


242

Səni necə doğru yazım,

Başdan-başa yalansansa.-

misralar


F. 

Sadıq


mənəviyyatının

güzgüsüdür.  O,  özü saf,  pak olduğu kimi

yazılarında da bu paklığı,  düzlüyü qorumağa

çalışır.  Öz dəsti-xətti,  dünyaya baxışlarında

bənzərsizliyi F.Sadıq yaradıcılığının oricinallığı

çoxlarının diqqətindən yayınmır.  Anar F.Sadıq

yaradıcılığına dərindən bələd olan böyük qələm

ustadı kimi çox yerində deyir ki,  "Fikrət

poeziyasında

dilimizin

incəliklərini

dərindən


duymaq,  kəlmələri,  ifadələri zərgər dəqiqliyi ilə

seçmək,  sözün müxtəlif çalarlarından,  sözlərin

bir-birinə

qonşuluğundan, 

bir-birinə

qoşulmasından,  ya bir-birinə qarşı çıxmasından

doğan

gözlənilməz



məna

obraz



tapıntılarından faydalanmaq məharəti onu öz

səsiylə seçilən sənətkarlarımızdan biri kimi təsdiq

etmişdir. Şairlər yurdu Azərbaycanda əsl şair adı

qazanmaq çətindir.  Xaqanidən üzü bəri    şairlər

məskəni kimi şöhrətlənmiş Şirvan torpağında bu

iş bir az da tuldur.  Amma Şirvan torpağının

suyunu

içmiş,  havasını



udmuş,  laylaları, 

bayatıları,  şer xəzinəsi mühitində yetişmiş Fikrət

sadıq bu çətin işin öhdəsindən uğurla gəlmiş və

gəlməkdədir.  O poeziyamızın ədəbi karvanını

keçmişdən

gələcəyə


aparan

dəyərli


söz

sərraflarından biridir."



243

Qorxudan


ağarıb, 

saçım


qorxudan,

Qocalıq qorxusu deyil bu qorxu.

Məni əzizləyən, məni ovudan,

Bu ana torpağa nə verdim axı?

-misralarında şair saçının ağarmasını obrazlı

şəkildə-vətən, xalq naminə narahatlıq keçirən bir

vətəndaşlıq

məsuliyyəti

ilə

bağlayır. 



Bu

misralarda

obrazlı

ümumiləşdirmə



cəhdi

qüvvətlidir.  Burada

vətənin,  torpağın

işıqlı


gələcəyi üçün daha çox çalışmaq,  məsuliyyət

hissi yığcam, obrazlı şəkildə verilir.

F.Sadıq

əsərlərinə



xalq

ədəbiyyatından

gəlmə mövzular seçəndə onu müasirləşdirməyə, 

əsərin bədii-ideya zənginliyini qorumağa çalışır. 

Xəlil Rza onun "Vətənin əl boyda daşı" 

poemasını əzəmətli bir romana bənzədir:"Sən bu

məlum əfsanəni necə usta, necə qüdrətli qələmlə

göz önündə canlandırmısan.  Sən dilimizi necə

gözəl bilirsən,  Fikrət Sadıq!  Sənin sərbəst şerin

nağıllarımızdan, bayatı və laylalarımızdan su içib. 

Yalnız gözəl,  mərd yaşayanlar belə bir poeziya

yarada


bilərlər.  Sənin

poeziyan


yaşanmış

hisslərin bəhrəsidir".

Sənətə, sənətkara düzgün qiymət verməyən, 

istedadlı, qüdrətli sənətkarı gözü götürməyənlərə

Fikrət Sadıq ancaq şeri,  kəsərli misraları ilə

cavab verir:



244

Şer


nədir,  şair

nədir,  sən

bilməzsən.

Fəhm nəsə, səndə yoxdur

xamsan hənuz.

Təşbeh-sehr, cinas-daş-qaş,

Təlmih-eyham.

Sən girdiyin kol deyildir,  heca, 

əruz.

Beyt


evdir, 

misra


-qapı, 

ağzıbağlı.

Bir vaxt adil aça bilən o kilidi

İndi paslı bir mismarla nadan

açır.

Ç ünki, indi bütün işlər ikilidir.



Özündən əvvəlki sənətə,  şerə,  ədəbiyyata

yuxarıdan aşağıya baxan bir-iki cızma-qara

müəlliflərə şair məsləhət verir ki:

Dönə-dönə

danışırsan

sən


ağacın,

Ovum-ovum

ovulacaq

yarpağından.

Heç olmasa bircə kəlmə də

danışaydın,

Gövdəsindən, 

budağından, 

torpağından. 

İndi ədəbiyyatımızın canına taxtabiti kimi

daraşan qələmçilərin yaradıcılığını şair yarpağa

bənzədir və onun kök üstündə bitmədiyindən



245

"ovum-ovum"  ovulacağına şübhəsi yoxdur.  Nə

qədər qaraya ağ, ağa qara deyilsə də, "yalanların

üstü ilə yeriyir haqq",  keçmişinə təpik atan, 

cübbəli libasını bəyənməyənləri "sütül nəsil" 

adlandırır və onları əmin edir ki, ədəbiyyatımızın

qocaman sərkərdələrini öz "südqarışıq acı sözləri

ilə nə qədər" gözdən salmağa çalışsalar da, onlar

"öz yolundan döndərəmməz şerimizi".

"Söz hörgüsü" şerində şairin sözdən yaranan

misraya,  beytə,  rübaiyə,  qafiyəyə,  bölgüyə, 

məcaza,  bənzətməyə,  mübaliğəyə,  alleqoriyaya, 

şerə - bir sözlə, şer növünə, bədii təsvir və ifadə

vasitələrinə poetik şəkildə münasibətini bildirir. 

Şairin fikrincə,  şairi tanıtmaq üçün bircə tutarlı, 

mənalı, dolğun məzmunlu misra kifayətdir. Şerin

hər sətri misradır.  Misrada tam bir fikir ifadə

oluna bilir. Məsələn Səməd Vurğunun "El bilir ki, 

sən mənimsən"- "Azərbaycan"  şerindən bir

misradır.  "Mən cahan mülkündə mütləq doğru

halət görmədim"-misrası Vaqifin "Görmədim" 

müxəmməsindən götürülümüş misralardır və

burada fikir tamdır. Şair misranı bir bənddə belə

poetik tərifini verir:

Düz xəncər, nizə, işıq şüası.

Şerin ilkin daşı-kərpici.

Şairi tanımaq üçün

bəs eyləyər bircə misrası.



246

Böyük klassiklərimizin,  eləcə də F.Sadığın

yaradıcılığında belə bitkin, tutarlı, bədii cəhətdən

qüvvətli misralar çoxdur.

Şerdə iki misra beytdir.  Beytin tərkibindəki o

iki misra bitkin bir fikri ifadə edir və bir-birini

tamalayır:

Məni candan usandırdı, cəfadan

yar usanmazmı?

Fələklər yandı ahimdən, muradım

şəmi yanmazmı?

-beytdə şairin şerində dediyi fikir bitkinliyi

əsasdır. Sözləri cilalamaqla beyt yaranır. Burada

işlədilən hər söz qiymətli daş-qaşla bərabər

tutulur.  Şair yığcamlıq,  dolğunluq sevən beyti

yaradan


şairdən, 

sənətkardan

sənətkarlıq

məharəti gözləyir.  Hər sözü yanaşı yazmaqla

beyt qurmaq olmaz.  Məzmunca,  ahəngcə, 

başlanğıcla,  sonuncu deyilməklə beytlər seçilir. 

Məqtə beytlər yaratmaq öz məzmunu, ifadə etdiyi

fikrə görə lap qədimdən klassik sənətkarlarımızın

yaradıcılığında olmuş,  qüvvətli,  zəngin şah

beytlər


yaranmış

bunlar



öz

ustadının

qabiliyyətinin,  istedadının məhsulu kimi yüksək

qiymətləndirilmişdir.  Fikrət Sadıq şer yaradıcılığı

haqqında "Söz hörgüsü" şerində ədəbiyyatşünas

alim kimi çıxış edir.  Rübai dörd misradan ibarət

olan şer növüdür.  Rübailərin ən gözəl növünü

Ömər


Xəyyam,  Azərbaycan

ədəbiyyatında

Məhsəti Gəncəvi yaratmışdır.  Dörd misra şairin


247

şerində bürclü qəsrə bənzədilir.  Elə bir qəsr ki, 

onun daxilində həyat, məhəbbət, gözəllik, insanın

könül dünyası,  fəlsəfi duyğular,  dünya,  kainat

həyat haqqında fəlsəfi düşüncələri öz əksini

tapır.  Rübailr sənətkardan yüksək istedad, 

qabiliyyət

tələb


edir.  Dünya

ədəbiyyatının

klassiklərindən olan Ömər Xəyyam,  Məhsəti

Gəncəvi və digər sənətkarlar ən gözəl rübailər

yaratmaqla

bu

şer



növünü

yüksəkliklərə

qaldırmışlar. Fikrət Sadıq klassik ədəbiyyatımıza

dərindən bələd olan,  rübailərdə yatan məna və

məzmun gözəlliyini dərindən duyan və şer

yaradıcılığında onların xüsusi əhəmiyyətini bilən

bir tədqiqatçı,  ədəbiyyatşünas alim kimi rübaini

yüksək



qiymətləndirir. 

Şairin


"ahəng

tərəzisinin

pərsəngi", 

"şer


divarının

üzü


adlandırdığı

qafiyədə


ekiz

sözə-misraların

axırında işlənən,  bir-birinə səs tərkibi etibarıyla

yaxın olan sözləri deyir.  "şerdə qafiyə böyük

əhəmiyyətə malikdir və onun yadda qalmasını

asanlaşdırır.  Həmqafiyə olan sözlər daha çox

misraların axırında gəldiyi üçün başqa sözlərə

nisbətən yüksək intonasiya ilə deyilir.  Həmin

sözlərdə

intonasiyanın

yüksəlməsi

misranın


tamamlanmasını bildirir,  eyni zamanda onu

əvvəlki misra ilə bağlayır və şerin ümumi

ahəngini tənzim edib nizama salır. Buna görə də

şerdə qafiyə formal əlaməti,  xarakteri daşımayıb



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin