550
kəlmə ağıya bəslədiyi sevgi, məhəbbət onu
nağıllara, dastanlara, ozan sözünə, sənətinə elə
qırılmaz tellərlə bağlayıb ki, Fikrət Sadıq özü də
bilmədən ozana-aşığa dönüb:
Ərinib çağrılan yerə gəlməyən,
Ozanı saymayan ozana ayıb.
Beş çərək təpəni aşa bilməyən,
Beş kəlmə quru söz yazana ayıb.
-misralarında ustadı xatırladır. O ustadı ki,
özündən əvvəl əlinə saz götürüb, söz deyib,
dediyi sözüylə tanınıb, hörmət qazanıb və ondan
sonra onun yolunu davam etdirən hər sənətkar
sözüylə, əməliylə tanınmalı, saz, söz Dədə
Qorqud qopuzu naminə bir-birinə hörmət və izzət
göstərməyə, bu ənənəni qoruyub saxlamağa
məsuldur.
Aşıq yaradıcılığında olduğu kimi ustad
sənətkarlara məxsus bir üsulla Fikrət Sadıq
"dostun yaxşı gününə darılanı, dostu dar gündə"
qoyub qaçanı, ilqarı, ülfəti pozanları qınayır,
onları daha kəsərli sözlərlə tənqid edir:
Min kərə demişəm, təzə nə
deyim.
Üzdən utanmayan üzə nə deyim.
Sözün canı yoxdur, sözə nə
deyim,
Düz sözü əyriyə yozana ayıb.
"Nəfsini öldür" şerində bu mövzuda yazılmış
ən dəyərli, hikmətamiz ideyalarla zəngindir. Şair
551
göstərir ki, paxıllıq, nəfsi azğınlıq, qismətinə
düşənə qane olmamaq, başqasının xoş gününə
daralmaq
qeyri-insani
keyfiyyətdir.
Belə
xarakterlər insanı məhv edər, onu insan kimi
yaşamaqdan, bu dünyadan kam almaqdan
məhrum edər. Təmiz ürəkli olmaq lazımdır ki,
insan kimi yaşayasan:
Paxıllıq dəryası dərindir girmə.
Sahilə çıxarmaz bu nəfəs səni.
Çalış ta indidən nəfsini öldür,
Yoxsa öldürəcək bu nəfis səni.
Ömürdür,
hər
günə,
aya
daralma!
Toyuna çal oyna, vaya darılma.
Qismətinə düşən paya darılma.
El-oba sevməyib paydan küsəni.
Qoy hər gün qəlbinə bir sirdaş
artsın.
Qıyma bir qapıya kimsə daş
atsın.
Təmiz ürəkli ol, təki yaşatsın,
Təmiz çörək səni, təmiz su səni.
(" Nəfsini öldür")
Fikrət Sadıq bu mövzuda şerlərində klassik
ənənəyə, xalq ədəbiyyatına sadiq qalır. İnsanın
mənəvi aləmini dövrün ruhuna, xas olan bir
formada tərənnüm edir. Ustadnamə və yaxud
552
nəsihətnamə adlanan bu tipli şerlər aşıq şerinin
zirvəsi sayıldığı kimi, Fikrət Sadıq yaradıcılığında
da bu zirvə görünür. Gəraylı, Qoşma üstündə
ədəbiyyata gələn, onun zəngin nümunələrini
yaradan, sərbəst şerin imkanlarından daha çox
yaralanmaqla sanki ehtiyatda saxladlığı, xəzinə
kimi
qoruyub
saxladığı
heca
vəznindən
imkanlarına Fikrət Sadıq xəsislik edir. O müracit
etdiyi sərbəst vəznli şerlərindəki mövzuları bu
heca vəzni üstündə də kökləyə bilərdi, görünür,
Fikrət Sadıq öz dəsti-xəttini, yaradıcılıq üslubunu
özü daha yaxşı paylamağı bacarır, hər vəznə.
Belə olmasaydı o gözəl sərbəst vəzndə də belə
şerlərlə qələbə qazana bilməzdi. Şair, sənətkar
öz
dəsti-xəttinə
sadiq
qalanda
daha
tez
özünəməxsus, təkrarsız sənətilə sevilir. Fikrət
Sadıq aşıqlıq sənətinin ən incə detallarına
dərindən bələd olduğundan ustadnamə xarakterli
əsərləri ilə də öz qiymətini alıb. Nəsihətnamələri
şairin şəxsiyyətinin zahiri görkəmindən və eləcə
də daxili aləmindən xəbər verir. Professor Qara
Namazov yazır: "Aşıq şerlərinin bu növündə
insanın mənəvi gözəlliyi, əxlaqi keyfiyyətləri,
cəmiyyət içərisində davranış qaydaları xalqın
məişətinə, adət-ənənəsinə
uyğun
tərənnüm
olunur. Ustadnamələr aşıqların, ağsaqqalların
öyüd
nəsihəti, yenicə
ailə
qurub
həyata
atılanlara, həyatda büdrəyənlərək, öz yolunu
itirənlərə, sənətin qədrini bilməyənlərə, xeyrini-
553
şərini
anlamayanlara,
ağıl-kamal
sahibi
olmayanlara həmişə təlim-tərbiyə vermişdir".
"Ömrə bel bağlama" şerində də bunu
duyuruq. İnsan
ömrünə
bel
bağlamamağı
məsləhət görən şair insanları yaxşı yola çağırır.
Yaxşıya yaxşı olmağı, yamanlığı pisləməyi,
dünyada mərd, alnıaçıq, üzüağ yaşamağı, sadə,
məğrur olmağı, düzü əyridən seçməyi bacarmağı
insanın insanlıq borcu, insani keyfiyyətləri kimi
tərənnüm edir. Elini-obasını, xalqını, onun adını,
şərəfini qorumağı, mənsub olduğu millətlə fəxr
etməyi, əslini, kökünü, soyunu danmamağı,
sevgidə, məhəbbətdə sədaqətli olmağı, vəfalı
olmağı, yüksək bəşəri keyfiyyətləri mənimsəməyi
tövsiyə edir:
Danma el-obanı, danma nəslini.
Tutsun Kərəm kimi gözün Əslini.
Ayır astarından sözün əslini.
Gətirmə
heç
vədə
gümana
güman.
Yaşa
bu
dünyada
sən
comərdyana.
Qəlbinin odunda gərək dərd
yana.
Sadə ol, məğrur ol, axma dörd
yana.
Dağa dağ deyiblər, dumana,
duman.
554
("Ömrə bel bağlama")
Fikrət
Sadığın
bu
səpgili
şerlərində
vətənpərvərlik, mərdlik, saflıq, qəhrəmanlıq,
dostluq, dostluqda sədaqət, vəfa, etibar, insan
üçün halal zəhmət, hümanizm, xeyirxahlıq,
təvazökarlıq, təmiz əxlaq, ad, böyüyə hörmət
kimi sifətlər tərənnüm olunursa, xəyanətkarlıq,
satqınlıq, nadanlıq, laqeydlik, acgözlük, xəsislik,
lovğalıq, yalançılıq kimi mənfur sifətlər pislənir.
Ustad
aşıqlar
adətən
şerlərinin
sonuncu
bəndində adını çəkir. Fikrət Sadıq bu ənənəni
"pozur". Sanki dediyi sözlər xalqımızın əxlaqi-
tərbiyəvi fikirlərinə qüvvətdir.
Fikrət Sadıq sözü ölməz, əbədi sanır. O dirilik
suyu axtaran İsgəndərin o suyu Şirvanda
axtardığı
haqqında
rəvayətin
motivlərindən
istifadə etməklə sözün qüdrətini daha da artırır.
İsgəndər
dirilik
suyunu
Şirvanda
axtarıb,
tapmayıb, amma:
Bütün Şirvanlılar
Su içib o bulaqdan.
Sən demə "söz" imiş, o dirilik suyu. Sözün
önündə hər şey acizdir, hətta ölüm də belə.
Sözdəki
ölməzlik
Zülmətdəki,
İsgəndərin
axtardığı, tapmadığı, Xızır Nəbinin tapıb içdiyi,
ölməzliyə qovuşduğu o Dirilk suyu ilə müqayisə
edilir və gözəl bir təşbeh yaratmış şair həm
555
sözün bədii qüvvəsini artırmış olur, həm də şerin
bədiiliyini yüksəltmiş olur.
Fikrət sadıq yaradıcılığında Yunis İmrə ruhu
var:
Fikrət Sadıq da belə deyir:
Noolsun tez yeriyirəm.
Amma idmançı deyiləm.
Üstümü unlu görmüsən
Mən dəyirmançı deyiləm.
Tanımadım dostu, yadı
Tanıyan məni qınadı.
Bu dünya yalan dünyadı
Özüm yalançı deyiləm.
Başdan-ayağa dərdmişəm,
Həsrət çəkmək-mənim peşəm.
Bir qəlbi talan etmişəm,
Əsla talançı deyiləm.
Fələkdən sinədağlıyam,
Bəndi-bərəsi bağlıyam,
Xalqımın şair oğluyam,
Quru dilmancı deyiləm.
Və yaxud:
Göydən yerə baxılsa, mən
Kövrək samanca deyiləm.
Gümanın ağ haləsiyəm,
Hətta gümanca deyiləm.
556
Əzab torpağı-yerdəyəm.
Ürəyi pərdə-pərdəyəm.
Mən kamançanın dərdiyəm,
Dərdli kamança deyiləm.
Sözdü mənim söz möcüzəm.
Özüm də bir kəlmə sözəm.
Parça buludca acizəm,
Xəfif dumanca deyiləm.
Taleyim bir acı töhfə.
Yaralandım neçə dəfə.
Güllə-günlərə hədəfəm.
Dolu tapança deyiləm.
Bir kimsəm yox, çata dada.
Yerdə hamı-yerli ada.
Mən qəribəm bu dünyada,
Mən bu zamanca deyiləm.
Şairin söz-sənət haqqında fikirlərini şair Qabil
daha yaxşı açıqlayır:" Fikrətin şair və şer
haqqında qəribə, sadə və inandırıcı mülahizələri,
qənaəti var. Məsələn, o deyir ki, şair lap
yeniyetmə vaxtında şair olmalıdır. Saçına-
saqqalına dən düşəndən sonra şairlik etmək
eşqinə düşmək nahaqdır. Şair savadlı, məlumatlı
olmalıdır. Bəs gör dahi Füzuli deyib ki, "Elmsiz
şer əsası yox divar olur". Şairin konkret predmeti
557
olmalı, təsvirləri ələ gəlməli, sözə görünməli-
əyani olmalıdır. Forma seçmək azaddır-bir şərtlə
ki, yazdığın şer ola, ağıla, düşüncəyə təsir etməli,
ürəyə yatmalı ola. Şerdən kif iyi yox, günün,
saatın ahəngi, ətri gəlməlidir".
Fikrət Sadıq yaradıcılığı başdan-başa folklora
bürünüb. "Su üzü mübarək olar", Su insanı
"ağırlar, uğurlar", Su insanın çətin yolunu asan,
yüngül, xeyirli etmək üçün arxasınca atılır. Bunlar
xalqın yaddaşında bu gün də var, keçmişdə də
olub. İllər, əsrlər, qərinələr keçib, bu keçimlə
insan da öz yaddaşını, adətini, ənənsini özüylə
gətirib, qoruyub, ötürüb, ötürür.
Şair suyu tərənnüm edir. Sözlə -su arasında
oxşarlıq, bənzərlik gəziblər. Fikrət Sadıq da
"Böyük Füzulinin ruhu məni bağışlasın ki, ürək
eləyib ondan 500 il sonra "Su" rədifli şer
yazmışam"-deyir. Amma Fikrət Sadığın "Su"yu
da bənzərsizdir., oricinaldır, özünəməxsusdur,
kimisə təqlid etməyib, təkrar da deyil, öz dəsti-
xəttinə, yaradıclıq üslubuna uyğun yazılmış lirika
ilə zəngin bir əsərdir. Su azaddır, əyilməzdir,
yaltaqlıq nə olduğunui bilməzdir. Su əbədidir.
Dünyanın yarısı sudur. Su əbədi varlıqdır,
sonsuzdur:
Dağdan dağa uçan su var.
Qovan su var, qaçan su var.
Məhşər qopanacan su var.
Körpüdür aləmara su.
558
Fikrət Sadıq yazılarını üzə çıxaranda da
əziyyət çəkmir, qəzetlər, curnallar bəzən onun
yazdığını çap eləmir. Ç ünki yalançı, təmtəraqlı
misralar, romantik xəyallar onun misralarında ola
bilməz. Onun yazdığı şerlərdə zəmanədən,
güzərandan, dolanacaqdan şikayət var. İnsan
çörək dərdi, işıq, qaz, su, metro, avtobus pulu,
vergilər əlində "dolaşır". Bu yaşamaq deyil, onun
nəzərində "dolanmaq"dır:
Yaxşıca dolayıblar.
Səni, məni, hamını,
Qırıblar şairin də
Yaralı ilhamını.
Budur mənim həyatım,
Təmtəraq gözləməsin.
Məndən mənim qəzetim,
Mənim ədəbiyyatım.
Fikrət
Sadıq
şerin, sənətin, sənətkarın
yaşadığı ömrü yazır, qələm əhlinin faciəli,
acınacaqlı taleyini yazır. Gözü önünə ruhu
qırılan, hörmətdən düşən sözün arxasında duran
insanı, onun taleyini çıxarır. Mersedeslərdə
gəzən, villalarda yaşayan, İstambulda, Parisdə,
Dubayda istirahət edən-cənnət qapıları ağaların
üzünə açıq olan bu dünya sadə "sözün qara
fəhləsi" üçün cəhənnəmdir. Ona görə də o fəhlə
səsiylə qara camaata üz tutur. O, yetim-yesirin,
kasıbın dərdini qələmə alır. "Aşıq gördüyün
çalar" məsələsinə üz tutur. Belə bir zamanda Uca
559
ulu şerimizin ayaqlar altına düşüb qalması"nı
görüb qəmli, hüznlü şerlər yazır şair. Fikrət
Sadığın şerlərindən qayğı, dərd tökülür. O yaylıq
götürüb ağlamır, dərdləri elə verir ki, istər-
istəməz oxucu duyur onu. Bir şair kimi Sabir
məktəbini keçmiş bir müasir qələm sahibi kimi nə
çəkdiyini bilir. O dərdin çoxu bu gün insan kimi
yaşamaqdan məhrum şairin, alimin, ziyalının
acınacıaqlı güzəranından doğur.
Yunis İmrənin, Xəstə Qasımın, Ələsgərin,
Aşıq Şəmşirin, Aşıq Hüseyn Bozalqanlının və
digər
folklor
dəryasının
qəvvaslarının
yaradıcılığına
dərindən
bələd
olmasından,
onların şerinə, sözünə, sözünün qüdrətinə
vurğunluğundandır ki, "Yey idi" şeri də öyüd-
nəsihət ruhlu zəngin bədii dəyərə malik bir əsər
kimi qiymətləndirilməlidir:
Adəm ata behiştdəki almanı,
Dərdiyindən dərməsəydi yey idi.
Fələk mənə bu dünyanı, bu
canı,
Verdiyindən verməsəydi yey idi.
Pis adamdan bəri başdan həzər
et.
Nə sultan ol, nə peyğəmbər, nə
həzrət,
Ağız dişə, göz ağıza nəzarət,
560
Göz nə gördü, görməsəydi yey
idi.
Fikrət Sadığın xalq şerinə, aşıq sənətinə,
qüdrətinə hörmət və məhəbbətin ifadəsçi kimi
Dədə Şəmşirə həsr etdiyi "Üç yarpaq" silsilə
şerləri
dilinin
sadəliyi,
rəvanlığıyla
aşıq
qoşmalarını xatırladır.
Aşıq Şəmşirin şerinə, sənətinə hörmətlə
yanaşan şair onun aşıqlıq istedadına, qüdrətinə
heyranlığını gizlətmir:
Telli sazı sinəsinə sıxanda,
Hünərvərdir əli Dədə Şəmşirin.
Aşıb-daşıb
məcrasından
çıxanda,
Sazı dönür selə Dədə Şəmşirin.
Aşıq Şəmşir müasir aşıq poeziyasının
inkişafında mühüm rol oynamış saz və söz ustadı
kimi həm yazıçı və həm də şifahi xalq
ədəbiyyatının
ən
gözəl
ənənələrinini
yaradıcılığında yaşadan xalq sənətkarıdır və
F.Sadıq onun yaradıcılığına, sözünə, sənətinə bir
ədəbiyyatşünas
kimi
qiymət
verir.
Ədəbiyyatşünaslıq cəhətdən dəyərli fikirlərini
nəzmlə
oxucuya
çatdırır. Onun
yaratdığı
qoşmaların, gəraylıların, təcnislərin sənətkarlıq
baxımından yüksək qiymətini verərkən, bir
şəxsiyyət, qocaman el ustadı, xalq aşığı kimi ona
bəslədiyi
səmimi
duyğularını da
bildirməyi
yaddan çıxarmır:
561
Qoşmaları qoşun-qoşun sıralı,
Gəraylısı-qəm harayı, yaralı,
Cinasları-uçundurur xəyalı.
Bal-şəkərdir dili Dədə Şəmşirin.
Dağlarına, düzlərinə vurğun olduğu bu yerləri
seyr edən şair, Aşıq Şəmşiri dünyanın bəxtəvəri,
xoş baxtlı, xoş taleli bir insan kimi vəsf edir. O,
dərəsi, dumanı, dağı xoşbəxt Kəlbəcər elindən
olan Dədə Şəmşirin gözəlliklər diyarı, füsunkar
bir təbiət, şeriyyət dolu bir aləmə məxsus
Azərbaycan torpağında-Kəlbəcərdə doğulmasını,
bu yerlərin övladı olmasını da ana vətənin bu
guşələrinin xoşbaxtlığı kimi qiymətləndirməkdə
haqlıdır. Səksən beşi haqlamış qocaman aşığın
istedadını, sənətkarlıq qüdrətini duyan şair onun
duyğularını
ömrünün
bu
yaşında
Günəşə
bənzədir. Şair onu dinlədikcə, "Dədə Şəmşir
oddur, atəşdir"- deyə heyrətini gizlətmir. Odu qor
olsa da "atəşi qal"an, ayını "bulud" örtsə də
"günəşi qal"an ürəyi aya, duyğuları günəşə
bənzəyən Dədə Şəmşir öz şerilə, sənətilə,
sazının qüdrətilə hamını öz işığına yığıb və şair
bu qocaman söz ustadını:
Şer ayağına yığıb elləri,
Ümidlə titrəyir sazın telləri.
Pəhləvan sözləri yıxıb illəri
İndi əsrlərlə güləşi qalıb.
-deyir və yüzü haqlayacaq aşığın səksən beşi
keçmiş ömrünə on beş il də arzulayır və sözlə-
562
ümidin işığında 85 yaşa çatan şairi yaşadan
sözün, aşıqlıq sənətinin belə yüksək zirvəsini fəth
etməkdə rolunu xüsusilə vurğulayır.
Aşıq Şəmşir sözünə, şerinə, sazına hörmət
və məhəbbətin nəticəsidir ki, Fikrət Sadıq
gəraylıların ən yaxşı nümunələrini də bir sənətkar
kimi yaratmağı bacarıb. Körpəlikdən laylalar ilə
yatan, nağıllarla boy atan sənətkar məhəbbəti
yolunda alışmağı-yanmağı Məcnundan öyrənib.
Ana
yurdunun
şirin
nəğmələrindən
doya
bilməyən şair üçün qapısını ümid əvəzinə qorxu
döyərsə, köməyinə gələcək, əlindən tutacaq
qopuzlu Dədə Qorqudu görür. Dara düşəndə
harayına
gələcək
Qoç
Koroğlunu,
nağıl
qəhrəmanlarını görən şair öz arxasını, dayağını
"şirin-şirin nağıllarda" olduğunu söyləyərkən xalq
sənətinə, xalq ədəbiyyatına dərin köklərlə bağlı
olduğunu tərənnüm edir.
"Tələbəlik illərindən xatirələr" silsilə şerləri
şairin tələbəlik illərini, gənclik dövrünün şirin
anlarını əhatə edir. Ən ülvi, bəşəri hiss kimi
tərənnüm
olunan
məhəbbət
şairin
mənəvi
aləminin zənginliyindən xəbər verən misralarını
da qoşma üstündə yazmışdır.
Fikrət Sadıq müasirləri kimi xalq ədəbiyyatına
dərin köklərlə bağlıdır.
O, "hər şeyin zarafat damarını tutmaq"la
bərabər dediyi fikirlərində Bəhlul Danənədəni,
Molla
Nəsrəddini
neçə-neçə
söz
ustasını
563
xatırladır. İlk
baxışdan
zarafata
bənzəyən
atmacalarında dərin məna gizlənir. Bu bir-iki
kəlmə, bir-iki cümlə dünyanın qayğılarıyla, insan
taleyi, insan
istək-arzularıyla, narahat
bir
vətəndaş şairin iztirablarıyla köklənib. "Balıq
dükanında başsız balıq görən uşaq təəccüblə: -
"Bu balığın başı yoxdur ki?"-dedi. Mən də əyilib
uşağın qulağına: "başı olsaydı tora düşməzdi"-
dedim. Təhlilə, izaha ehtiyacı qalmayan bu bir-iki
kəlmədəki dərin məna, sətiraltı eyham Fikrət
Sadıq təfəkkürünün məhsuludur. Tarixən xalq
içərisində Fikrət Sadıq kimi çox hazırcavab, bilikli
mütəffəkkir şəxsiyyətlər olmuş, nitqi, danışığı,
elmi-ədəbi qabiliyyəti ilə xalq içərisində yaşamış,
qiymətli kəlamlar söyləmişlər. Sonralar onların
adları unudulmuş, özlərindən sonra qoyub
getdikləri sözlər qalmış, xalq yaradıcılığının
məhsulu kimi qorunub saxlanmış və öz tərbiyəvi,
fəlsəfi zənginliyi ilə bu gün də sənət inciləri kimi
qorunub
saxlanır.
Fikrət
Sadıq
da
öz
zəmanəsinin hazırcavab, sabiranə ruhlu, Molla
Nəsrəddin deyimli, Danəndə tutarlı sözləri ilə
sevilir, seçilir, hörmətlə adı çəkilir. "Bir sərxoş
uzun bir çubuğa bir "sosiska" keçirib, "26-lar"ın
məzarı
üstündə
yandırılan
əbədi
məşəldə
qızardırdı. Dedim:-Adlarından bir xeyir görmədik,
heç olmasa, odlarında bu yazıq bir "sosiska"
qızartsın".
564
Onun nağıl dünyası böyükdür. O, müasir
nağıllarının elə qurur ki, orda bəşəri arzular
yaşayır. Anarın "Ağ qoç-qara qoç" ütopik-qeyri
utopik
nağılları
kimi
onun
da
nağılları
könüloxşayandır,
düşündürəndir.
Folklor
üzərində qurulmuş bu nağıllarda Fikrət Sadıq
ozandır, nağıl söyləyən nurani bir babadır. İnsan
arzusu, istəyi, insan səadəti, xoşbəxtliyi ilə
bərabər ümumbəşəri duyğular cəmləşən hər bir
sənət əsəri sevilir. Fikrət Sadığın əsərlərində elə
müasi nağıllar var ki, onlar real həyat həqiqətləri
ilə
doludur. Fikrət
Sadıq
romantik
uşaq
dünyasının
düşüncələrini
yaşaya
bilir,
nağıllaşdıra bilir, İlkinin, Ayselin dünyasını
oxucunun yaşadığı zamana uyğunlaşdıra bilir.
Hər bir balaca oxucu üçün əlçatmaz deyil, o
nağıllarda qoyulan mövzular. Bir zamanlar uçan
xalçaları yaradan
da
insan təfəkkürü idi,
dəryalarda, dənizlərdə bu gün Fikrət Savdığın
nağıllarında gəmiləri idarə edən uşaqlar da Fikrət
Sadığın arzularının, düşüncələrinin məhsuludur.
Hər bir nağılda insan istəyi, arzusu, xoşbəxt
həyat məsələsi əsasdır. İstər qədim-qədim
nağıllarımızda, istərsə də Fikrət Sadığın, Anarın
və adını çəkmədiyim neçə -neçə müəllifin
imzasını özündə yaşadan nağıllar olsun, fərqi
yoxdur,
bəşəridirsə,
hümanist
prinsiplərə
əsaslanıb qurulubsa demək gözəldir, istər şifahi
xalq ədəbiyyatında bizə miras qalan olsun, istər
565
yazılı
ədəbiyyatımızın
nümunələri
olsun.
Ədəbiyyatda müasir nağıl yeni bir canr olmasa
da son dövrlərdə bir-birindən mənalı, zəngin
ideyalı, müasir həyatla səsləşən nağıllar, onlarda
qoyulan
problemlər
milli-mənəvi
dəyərlər
əsasında yaranan bu nəsr əsərlər də diqqəti cəlb
etməkdədir. Onun ilk yaradıcıları, o cümlədən
Fikrət
Sadıq
da
yeni-yeni
nümunələrlə
ədəbiyyatımızı zənginləşdirmiş olurlar.
DİL
Ədəbi dilimizin təmizliyi, xalq dilinin ədəbi dilə
yaxınlaşması problemləri digər sənətkarlarımız
kimi
Fikrət
Sadığı
da
düşündürən
problemlərdəndir. O həm şerlərində, həm də
publisistikasında, məqalələrində
xalq
dilinin
zənginliklərindən istifadə məsələsinə xüsusi
diqqət yetirir.
"Onun şer dili sadədir, təbii axarlıdır,
yığcamdır, obrazlıdır, görümlüdür. Əsl sənətkar
qələmində bir-birinə söykənib misra yaradan
sözlərin öz boy sırası var. Burada sözü sürtüb
qafiyəpərdazlıq,
nəzmçilik
eləmək
ibtidai
sənətdir, xırda peşəkarlıqdır. Fikrət Sadıq kiçikli-
böyüklü bütün yazılarında sözü yonub cilalayan,
566
sözlə oynayan, ondan istədiyi fiquru yaradan
şairdir".
Şairin kiçik bir yazısının dilinə diqqət yetirək:"
bazara girdim, bazar od tutub yanırdı. Dilləndim
dilim yandı, əl uzatdım, əlim yandı, qəlbim yandı.
Dedim: Dedilər ki, "büt"ləri qırın!
Demədilər ki, lütləri qırın!"
Və yaxud: "Bir gənc şair məndən soruşdu:
-Yuxuda
yazdığım
şeri
kimə
oxusam
yaxşıdır?
Dedim:
-Yuxuya getmiş tənqidçiyə."
Sadə, tutarlı, şillə kimi sərt bu kəlmələr bəs
edər ki, zamanın, dövranın çətinliyini, sadə xalq
kütlələrinin güzəranını, bundan istifadə edib öz
cibini
doldurmağa
çalışanların
qeyri-insani
keyfiyyətlərini göz önündə canlandırsın şair
Fikrət Sadıq. Ümumiyyətlə onun elə misraları var
ki, özləri ədəbiyyatımızda bəlkə də yeni bir canrın
gəliindən xəbər verir:"Biri paxıl, biri simic, biri
nadan, biri mizi, biri dodu, o birisi itoynadan. Bu
dərdlərin içində, bu fərdlərin içində, adam necə
olsun adam". "Simic", "mizi", "dodu", "itoynadan"
kimi xalq ifadələri şairin dilinin sadəliyini,
şerlərinin bədii tutumunu artıran ifadələrdir.
Anayurda, Vətənə, doğmalığını, məhəbbətini
ifadə edən şerlərində şair "Kitabi-Dədə Qorqud"
dastanlarındakı ifadələrdən yaralanmaqla yurda,
elə ürəkdən bağlılığını tərənnüm edir:
|