Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   29   30   31   32   33   34   35   36   37

584

Dindi qayaların əks -sədası.

"Bizi qəsdən bura düzüb təbiət;

Təəccüb


mat

qalsın,  xəyal

utansın,

Heyrətdən

ayrıla

bilməsin, 



heyrət".

Bu misralarda Girdman qayalarının sözdən

portreti yaradılıb; poetik misralar,  bədii ifadələr

təbiətin bu möcüzəsinə vurulan bədii çalarlardır

şerin çəkisini, tutumunu artıran. Buradakı təbiətin

bu möcüzəsinə heyrəti ifadə edən misralar o

qədər ağır çəkili,  təpərli,  dizli ifadələrdir ki,  şit

məhəbbəti, vurğunluğu burada görə bilmərik. Hər

misrada

dağların


bu

gözəl


mənzərəsinə

məhəbbət qurğuşundan tökülüb.  Sanki şair

vurğunu olduğu ana təbiətin hər gözəlliyini açıb

tökməkdən qorxur.  Elə bil Qarabağ dərdləri

qorxudub onu.  Bir zamanlar dilbər guşələrimiz

deyib


vəsf

etdiyimiz,  vurğunu

olduğumuz

Qarabağı o qədər vəsf elədik ki,  düşmən birinci

onun bağrında məskən saldı öz ürəyimizin

yuxalığından, 

qonaqsevərliyimizdən

istifadə


edərək, sonra da o bağrı əsir elədi. Fikrət Sadıq

elə bil bu gözəlliyi açıb tökməkdən qorxub,  bir

qədər təbiət gözəlliklərinə az qələm çəkib, amma

üstü örtülü çəkdiyindən sərraf gözü lazımdır ki, 

görsün,  duysun,  sənətkar qələminin ecazkar

qüvvəsindən hali olsun.



585

Lahıcın gözəlliyini, duruşunu, vüqarını da şair

elə misralarla vəsf edir ki,  hər misra özü poetik

bir tapıntıdır:

Lahıcın yolları nağıl körpülü,

Baxırsan elə bil izəlr hörülüb.

Yollar kənarına köbə yerinə

Gözəllik hörülə harda görülüb?

Təbiətin möcüzələrindən olan qövsü-qüzehi

şair "nurlu körpü",  səma rəngli,  "torpaq rəngli", 

"çörək rəngli",  "yarpaq rəngli",  "nur çələngli", 

"yeddi rəngli"  qövsü-qüzeh kimi tərənnüm edir. 

Fikrət Sadığın dünya xalqlarının yaradıcılıq

motivlərindən yararlanmaqla daha dəyərli,  bədii

tutumlu tfadələr yaratmış olur. O vaxtı başımızın

üstündə dayanmış Demokl qılıncına oxşatmaqla, 

hər işi vaxtında görməyi, vaxtın üstünü almağına

imkan verməməyi məsləhət bilir;  Vaxt səni

gözləmir,  boş keçən vaxtın sənin çox şeyi

itirməyindir,  ömrü mənasız keçirməyindir.  İnsan

övladı isə dünyada yaşadığı müddətdə nə isə

etməli,  vaxtını boş keçirməməli,  qayğıdan, 

yuxudan

belə


vaxtı

"borc"  almaqla,  ona

əyilməməklə,  onun səni öz əsiri etməsinə yol

verməməklə gözəl əməllər uğrunda vaxtı sərf

etməyə, ucalmağa çağırır.

Şairin şerlərində insanı cəzb edən ifadələr

çoxdur.  "Dağ boyda dağımı üyütdü torpaq", 

"insan insaf balasıdır", "hər ürəkdə insaf bitməz", 



586

"köklü budaqlarım yaşıl qalsa da,  kökünü sel

yumuş ağacam indi",  "  əcəlin gözləri kor olsun

görüm" ifadələrində bir dünya məna yaşayır. Ata

həsrətilə yaşayan,  ona ehtiyac duyan şair "  ona

möhtac olmuşam Günəşə möhtac olan qüzey

çəməni kimi" misrasında ata həsrətini, həsrətdən

doğan nisgilini daha təsirli şəkildə ifadə etmişdir.

El arasında qəlbində kini-küdurəti çox olan

insanlara dəvə kinli deyilir.  Şair bu motivdən

istifadə etməklə özünü kindən,  qəm-qüssədən

uzaq olmağa,  kişi kimi dəyanəti qoruyub

saxlamağa səsləyir.  "Ürək kinli olma,  dəvə

deyilsən"  misrasında demək istədiyi fikirləri

ümumiləşdirir.

"Kişi köksündəsən,  kişi ol ürək",  "cınqırın

çıxmasın gülərlər sənə"  misrasında "çınqır" sözü

ədəbi dildən fərqli olaraq xalq içərisində daha çox

işlənir. "Özün yan, özün çək, öz əcirindir", "ölüm

qaşnan göz arasındadır" misrasında qaşnan göz

deyimdə olduğu kimi    şerə gətirilməklə bir növ

şeri daha ürəyə yatımlı etmiş olur.

"Nədən ötrü dustaq olub ixtiyarım",  "nədən

ötrü güllələnir arzularım",  "kiminin səbri bir

kasalıqdı,  kimininki-bir

çimdik",  "cızza-cızza

deyib çox ağlamışam"  misralarında "cızza",  "bir

çimdik"  daha çox el içərisində işlənən    xalq

ifadəsidir.

"Yeddi dağ aşırır təkcə bir loğma",  "başına

daş salıbdı erməninin,  urusun",  "torpağı örtün


587

üstümə",  "qalanları gəlmədi,  gəlmədi,  gəlmədi

qardaş,  vallah gəlmədi,  billah gəlmədi"  misraları

da təbii və bədiidir.  "Vallah"    ifadəsi şairin

keçirdiyi təzadlı hisslərin açılması üçün şairin

qəlbinin, fikirlərinin açarıdır.

Erməni murdarlarına silah,  sursat göndərib

onları xalqımıza qarşı qaldıran ermənipərəst rus

havadarlarını erməniyə tank verən,  bizim isə

"üzümüzə gülən", "ay ilana ağı verən kərtənkələ" 

adlandırır,  "çatlasan da,  partlasan da ər igidlər

alacaqlar qarabağı ermənidən"-deyir.

"Arxalı köpəklər qurd basan olur"  hikmətli

xalq ifaədsindən şair fikirlərini daha tutarlı, kəsərli

vermək üçün istifadə edir:

"Ho


deməklə

donuz


darıdan

çıxmaz" 


misalından

yararlanmaqla

düşmənini

həm


donuza oxşadır,  həm də onu torpaqlarımızdan

qovmaq çıxarmaq üçün silah götürüb döyüşə

qalxmağımızın vacibliyini xüsusilə vurğulamış

olur:


Allah bir bizə baxmaz?

Göydə bir ümid çaxmaz?

Bu aydındır hər kəsə.

Dəyənək götürməsən

Donuz darıdan çıxmaz.

"İş belə getsə yenə bəlalar çəkər,  bəlalar

çəkən başım"  ifadəsindəki söz oynaqlığı həm

mənanı qüvvətləndirir,    axıcıllığı ilə əsərin bədii



588

dəyərini artırır,  həm də keçirilən narahatçılığı, 

təlaşı daha təsirli əks etdirməyə kömək edir.

"Gəncə


çinarları" 

şerində


şair

elə


bənzətmələrdən,  poetik ifadələrdən istifadə edir

ki, bunlar gözümüz önündə Gəncənin möhtəşəm

çinarlarının canlandırır.  Gəncə çinarları "mərmər

sütunlar"a,  "Kəpəzdən qopan qaya parçaları"na

bənzədilir, eyni zamanda "süd yerinə", su yerinə

Nizaminin şerini "iç"miş bu çinarlarda "babaların

dözümünə, səbrinə" oxşarlıq da görür. Gəncənin

çinarlarını görməyən hər kəs bu deyimlərdən onu

öz gözləri önundə canlandırır,  təbiətin vurğunu

olan insan o gözəllikləri görməyə can atır,  bu

deyimdən,  bu ifadədən keçirdiyi daxili hisslərin

istisində isinir.  Bu misralar həm insan qəlbinə

sevinc,  həm fərəh,  həm də bir vüqar hissləri, 

duyğuları gətirir.

Şairin şerlərində rəqəmlər də poetik donunu

geyinir.  "Qoca ilə qarı"  şerində yetimişyaşı

"murada yetmişlərin, kmala çatmışların yaşı" kimi

vəsf edilir.  Əlli rəqəmi şairin 50  illik ömrünün

hesabatıdır.  Bu əlli yaş onun gözündə "kiminə

çox görünən, kiminə az görünən", özünə "təsəlli", 

"dünyanın gün yumağından bir sapı-ağ, biri qara

ömür hör"ən,  ömrünə "tələs"  -deyən,  "tufanlı", 

"selli" yaş-50 yaş indi də onu "dağa-daşa sal"an

"şerli" yaş kimi əzizlənir, oxşanılır.



589

Fikrət Sadıq elə xalq ifadələrini şerə, 

ədəbiyyata gətirib ki,  onlar poetikanın da ən

gözəl dil vahidləridir:

Ömrüm tara bənzəyir,

Üstünü simlər bəzəyir.

Bir sim ağ, bir sim sarı.

Ç evril bax səsim sarı.

Payız görmüş könlümün

Qalmayıb bir simsarı.

Yüksək

bədiilik


üstündə

köklənmiş

bu

misralardakı "sim"  sözü şerin bədii bəzəyi, 



yaxını, doğması mənasını bildirən "simsarı" sözü

poeziyada az-az görünən incilərdəndir.

"Gözləməkdən

gözümün


kökü

saralıb" 

frazeoloci ifadə xalq içərisində işlənən ifadədir. 

Şairə imkan verir ki,  keçirdiyi hissləri,  sevgi

yolunda çəkdiyi həsrəti, üzüntüləri bir sözlə, qəlb

çırpıntılarını bu ifadənin köməyi ilə daha təsirli

şəkildə versin:

Gözlərimin kökü-gözləməkdən,

Yarpaqlarımın rəngi-payızdan,

Tarımın


simləri-həsrətdən

saralıb.


Gözlərimin kökü də,

Yarpaqlarımın rəngi də,

Tarımın simi də,

Məhəbbətdən saralıb.

"Sənə səndən yaxşı göz olub eşqim", "bu göz

tünlüyündə qarışıq düşüb,  gözünə dəyməyib



590

gözlərim yəqin",  "saralıb hicrandan gözümün

kökü",  "yoxsa gözə gəldin",  "gözümə bu boyda

dünya görünmür",  "sevda dünyamıza aparam

səni"  kimi misralar,  ifadələr Fikrət Sadığın

məhəbbət mövzulu şerlərində çoxdur.  Bunlar

şairin lirik duyğularını, gənclik hisslərini incə, lirik

bir dillə tərənnümünə xidmət edir.  "Gecənin bir

ətəyi sən olan tayda,  bir ətəyi mən olan tayda" 

ayrılıqdan doğan qüssəni,  həsrəti dolğun əks

etdirmək imkanını özündə saxlayır.

"İki gilə qara şanı"  şerində iki gilə qara şanı

şairə könlündən keçən həsrəti,  sinəsinə yığılıb

qalmış ayrılıq qüssəsindən doğan kədəri göz

yaşına çevirib onu ağladan,  sinəsini boşaltmağa

"yardım etsin". Qəfil küləyin zərbəsinə dözməyən

iki gilə qara şanı yerə düşür. Şair bu iki gilə qara

şanını "iki sönmüş közə",  iki par-par yanan

"kürəyə",  eyni zamanda indi həsrətini çəkdiyi, 

sevdiyi    insanın həsrət qaldığı qara gözlərinə

bənzədir.  "Qara gözlüm mənim"-dediyi,  oxşadığı

gözlərlə, yerə düşmüş bu qara şanılar ona imkan

verir ki,  ürəyindən keçənləri,  orda yatan həsrəti, 

qubarı "qövr elədi yenə odum-közüm mənim" 

misrasında

əks


etdirsin,  unuda

bilmədiyi

məhəbbətinin sinəsində qoyub getdiyi ağrı-acını

daha təsirli misralarında verə bilsin.

"Saçları günəş saçağı, cəngələyib atdı yana" 

misralarında "cəngələyib"  şifahi nitqdə daha çox

işlənən leksik vahiddir.  Bu sözdəki samitlərin


591

ahəngi şerin ahəngini də bəzəyir.  "Cəngələyib" 

sözünü  başqa sözlə də ifadə etmək olardı. Lakin

şerdə bədiiliyi,  ahəngi,  lirizmi əsas götürən şair

yaratdığı misraların bəzəyi üçün belə  tapıntılarla

həm də şerimizin lüğəvi zənginliyini də artırmış

olur.  Deməli,  belə ifadələr göstəirir ki,  qüdrətli, 

istedadlı

sənətkar

sözdən


yararlanma

qabiliyyətinə daha çox malikdir.  Söz onun əlinin

oyuncağıdır,  onu muma döndərə bilər,  istədiyi

şəklə sala bilər.  Əsas da odur ki,  saldığı şəkldə

də söz öz məharətini göstərmiş olsun.  Söz özü

də çox sərtdir. Hər deyəndə özünü ələ vermir. O

istedadın işığına gedir ki,  ondan istifadə edə

biləcək,  onun nəyə qadir olduğunu üzə çıxara

biləcək.  Söz özü də şöhrəti sevir.  Niyə də ki. 

sevməsin?  Ustad əlinə düşsə tağı qızıldan olar. 

Naşı əlinə düşsə çürüyər, itər, batar. Söz özü də

bir meyardır;  istedadın çəkisini,  tutumunu deyə

bilən meyar.  "Xəyalım əlçim-əlçim dağıldı sənin

üçün"  misrasında "əlçim-əlçim"  ifadəsi imkan

verir ki,  şairin sevgisinin yaratdığı,  unuda

bilmədiyi xəyalları bir də ortalığa "qoysun"  və

desin ki,  "Xəyaldan keçmək olar,  bəs səndən

necə keçim?" 

Fikrət Sadıq şerlərində elə ifadələr işlədir ki, 

bunlar canlı danışıq dilindən mayasını götürmüş

ifadələrdir.  "Qonur gözlərinə qonur gözlərimin

həsrəti oğlum"  misrası yadımıza "Kitabi-Dədə

Qorqud"  dastanlarındakı

Buğacın


anasının

592

nalələrini salır;"oğul, ay oğul, evimin dirəyi oğul". 

..  nələr,  nələr,  nələr yoxdur bu misraların

ahəngində, ritmində, canında.

"Ad günündə"  şerini bir yaşı tamam olarkən

oğlu Orxana  həsr edib.  Ata sevgisindən doğan

sevinci,  səadəti görürük bu misralarda.   Bir yaşı

"ömür sarayının ilkin daşı"na, ömrü "uzun, əzablı, 

mərtəbəli"  yola bənzədir.  Ona su ömrü,  su

gərəkliyi arzulayır.  Onu insanlara gərək olmağa, 

yaratmağa,  yaşatmağa

səsləyir.    Dualara

bənzəyən bu şerin işığında bəlkə bu gün Orxan

Fikrət oğlu olub, çoxlarının qorxub ağzına su alıb

oturduğu,  danışmadığı dərdi

qulaqlarımızda

"topa qoyub atır",      çoxlarının kürkünə birə salır

ki, insan övladının əsəblərini tarıma çəkmə, səni

didər,  parçalayar,  o da ki,  o xalq ki,  200  il  

əsarətində olduğu bir imperiyanı diz üstə

çökdürdü və sizləri də əridib,  yox edə bilər.    Bu

gün o sözləri ki,  cəsarəti çatıb çox ziyalılarımız

demir,    gördüyündən içində yanıb kül olsa da

deməyə ürək eləmir, Orxan deyir. Özü də böyük

bir uzaqgörənliklə deyir.  Və bu gün taleyinə

qələmini,  sözünü silah etmək nəsib olubsa bu

yolla da xalqına xidmət edə bilirsə deməli, o atası

Fikrət Sadığın dualarından yararlanıb,  onların

işığında böyüyüb və o böyük amallar yolunda da

gedir.  O amalları şair Fikrət Sadıq yaratdığı

Dünyaqayğı obrazında cəmləşdirmişdir.


593

Bu

Dünyqayğı



müasir

dünyamızın

nağıllarının

yaratdığı, 

ehtiyac

doğurduğu  



həmişə,  hər yerdə    insana lazım olanıdır. 

Dünyanın bütün qayğılarını özündə cəmləşdirən

Dünyaqayğı obrazı rişəsini xalq yaradıcılığından

götürdüyündən lazımlıdır;  insanların xislətindəki

ikilikdəki

yaxşıları qorumaq

üçün

dünyaya


Dünyaqayğı lazımdır. 

"Onda necə"  şerində dərin,  fəlsəfi duyğular

əsasdır:

Bir damcı şehdən şer olarmı?-

Bir gilə göz yaşıdırsa,  onda

necə?


Günəşin bir telindən şer olarmı?-

Bir


yarpağı

yaşadırsa,  onda

necə?

Sahildəki qumdan şer olarmı? -



Ovulmuş qaya daşıdırsa,  onda

necə?


Ç eçələ barmaqdan şer olarmı?-

Beş


barmağın

qardaşıdırsa, 

onda necə?

Bu sual dolu misraların kölgəsində gizlənən

mənaları görürük; Burada şair təxəyyülü əsasdır; 

insanın göz yaşı doğurduğu qüssə şer ola bilər; 

Günəşin bir teli bir yarpağı    yaşadırsa şer ola


594

bilər;  sahildəki qum ovulmuş qaya daşıdırsa şer

ola bilər; çeçələ barmaq beş barmaqla birgədirsə

şer ola bilər.  Deməli,  insan özünü dünyadakı

insanlarla qoşa görməlidir,  sevincinə sevinməli, 

kədərinə göz yaşı axıtmalı,  qayğılarına ortaq

olmalı, 

yaratmalı, 

yaşatmalı, 

yaradılanları

qorumalı,  dağılıb-tökülməyə qoymamalı,  bir əlin

barmaqlarının zəhmtini itirməməli,  beş barmaq

birliyində

bərabərlik

görməli, 

o

birliyi



arzulamalıdır.  Başdan-başa ümid,  qayğı,  sevinc, 

yaratma,  yaşatma,  birlik,  bütövlük arzusu bu

beytlərin hər birinin canındadır.

"Dəli şeytan deyir…"  ifadəsi el içində tez-tez

işlənən ifadədir.  Şair bu ifadəni şerə gətirməklə

həm şerinin bədiiliyinə,  həm    dilinin sadəliyinə

xidmət edir,  həm də fikrini,  daxili əhval-

ruhiyyəsini daha təsirli şəkildə,  emossionallıqla

vermiş olur.

Budaqlar boylanır

Pəncərəmdən içəri.

Qaçmaq istəyirlər

Qapının ağzını kəsən payızdan.

Bir dəli şeytan deyir,

Yığ bu meşəni,

Otağında gizlət!

"And"  sözündən,  andlardan içində tüğyan

eyləyən duyğularını, hisslərini daha təsirli vermək

üçün yararlanır:

Bulud, səndən bir umacağım var.



595

Bulud, sənə bir andım var.

Yağışından salla məni.

Göy üzünə qaldır məni.

Bir ağaca gərək olmaq,  bir quruyan meşəni

yaşatmaq-bir sözlə ancaq    kiməsə,  nəyəsə

yaramaq,  gərək olmaq istəyinin gücü "bir and

var"da toplanıb.

Və yaxud:

Səhər mehi

Səni and verirəm

Dan ulduzuna!

Asfalta tökülən xəzəlləri

Süpür tök torpağa.

Meşənin içinə asfalt çəkilib,

Torpağı da çox görüblər

Solmuş yarpağa.

Ana


təbiətə,  onun

canlı-cansız

bütün

varlıqlarına məhəbbətin,  qayğının ifadəsidir ki, 



şair dözmür torpağın ağuşuna düşə bilməyən

solmuş yarpaqların son qismətinə- onunla torpaq

arasına sədd çəkən bu asfalt    zərif yarpaqlar

üçün də bir dərd imiş. 

"Div yuxusu"  ifadəsi də şairin şerlərində

yararlandığı bədii ifadələrdəndir.    Nağıllarda

Məlikməmmədin üç gün,  üç gecə yuxuya gedib

yatan divin nə qədər xəncərin ucuyla ayağının

altını dəlsə də oyanmaması,  bərk yatma

xüsusiyyəti haqqında nağıllardan gələn bu



596

motivlər əsasında    yaranan "div yuxusu"  ifadəsi

şairin qəlbindən keçən yaşamaq eşqini daha

təsirli şəkildə ifadə etmək üçün karına gəlir: 

Bu payız-ömrün payızı.

Vermə div yuxusuna məni.

Dünya bir də sına məni.

Fikrət Sadığın şerlərindəki "Qəlbimi şan-şan

etdilər",  "qurğuşundan bələyi var",  "göyün çərxi-

fələyi var",  "qarışan başıma qarışıb başım", 

"axşamın boynuna dolanır səhər", "yerin tüstüləri

dirəkdi ərşə",  "ara qarışsa da məzhəb itməyib", 

"dərd məni çaş-baş eyləyib,  özü də çaş-baş

qalıb",  "dalğalar oyub səbrimi",  "dərd mənimlə

tutub qurşaq", "mənə də əl tutar ümid", "gümanın

haləsiyəm",    "ürəyi



pərdə-pərdəyəm", 

"başdan-ayağa

dərdmişəm", 

"sıxıram


dan

ulduzunun əlini",    "yuxumda yuxumu qırıb

çatıram",    "üzümə soyuq baxıblar",    "Sərsəngə

başımın daşımı deyim"  və s.  yüzlərlə,  minlərlə

belə ifadələrlə yanaşı,  xalq dilində olan vahidləri

də şerə gətirmiş, onların bədiiliyini yüksəltmişdir. 

Məsələn "Yepyekə bir ümid istə,  gətir qoyum

yaram üstə"    misrasında "yepyekə",  "Dar

macalda dara düşsəm"  misrasında "dar macal", 

"mürmücük olub dilim"  misrasında "mürmücük", 

"diş-dişə zuqqu gəlir"  misrasında "zuqqu",  

"olmuşam lalapitik" misrasında "lalapitik", "Şəhər

oldu bir anda gölməçəli irəmə"  misrasında

"irəmə",  "açıldı mərci gözlər"  misrasında "mərci



597

gözlər",  "Ciyərimə xalvar-xalvar çəkdiyim soyuq" 

misrasında "xalvar-xalvar",  "O qədər işlənib

sürçək olub"  misrasında "sürçək",  "Şinəyib

durubdu

üzə


qafiyə"  misrasında

"şinəyib", 

"Çoxlarına sısqa bulaq"  misrasında "sısqa"  kimi

sözlər- xalq içərisində işlənən bu ifadələr şerin

bədii gözəlliyini də artırır. Buradakı sözlərin bəlkə

də çoxu ilk dəfə Fikrət Sadığın şerlərində yazılı

ədəbiyyata gəlib. 

Şair "caynaq"  sözünü cansız bir varlığa aid

etməklə

elə


ifadələr

qurur


ki,  üzərində

düşünməyə bilmirsən:

Küləyin caynağında

Boğulmuşdu bu sərçə.

Sərt əsən külək elə bir tufan qoparır ki, körpə

quşcuğazı lirik qəhrəmanın pəncərəsinə çırpır. 

İnsan bəzən külək kimi amansız deyil. Onu içəri

gətirib ovucunun "içindəcə ovutdu səhərəcən". 

"Üstümü

unlu


görüb

adımı


dəyirmançı

qoyma" məsəli xalq içərisində yaşayır. Şair tutarlı

fikir üçün bu misala üz tutur:

Ystümü unlu görmüsən,

Mən dəyirmançı deyiləm.

Fikrət


Sadıq

şerlərində

canlı

lövhələr


yaratmaqda da mahirdir.  "Natürmort-1"  şeri bu

cəhətdən diqqətə layiqdir.  Gözümüz önündə

sözlərdən çəkilmiş bir mənzərə canlanır.  Əl

vurmadan, söz demədən olduğu kimi şerə diqqət

yetirək. Oxucu  burada canlı  bir lövhəni görəcək:


598

Pəncərə taybatay açıq.

Səhər küləyi qırıb,

Pərdənin birini.

O biri yernən sürünür.

Uzaqda görünür;

Mavi, mahud örtüklü stol;

Üstündə, suyu yarıyacan.

İçilmiş qrafin,

İki ağır fincan.

Papiros kötüklərilə

Dolmuş külqabı.

Ç içəkləri solmuş güldan.

Kitablar, kağızlar qarmaqarışıq…

Bir az gümana oxşayan kölgə.

Bir az ümidə bənzəyən işıq.

Ç ənələrə söykənmiş dirsəklərin

Mahuda höpmuş yorğunluğu.

Varaqlanmış səhifələrdə

Barmaqların hərarəti.

Bir də inadı qırılmış yuxu.

Bir də küncə qısılmış

Elə burdaca qalmış

İmtahanqabağı qorxu.

Buradakı qorxu məsuliyyət hissindən doğan

qorxudur. Səmimi, təmiz, ülvi qorxudur. 

Fikrət Sadıq yaradıcılığı haqqında fikirləri

hörmətli


şairimiz,  xalqımızın

sevimli


şairi

Məmməd Arazın bu sözləri ilə bitirmək istərdim.



599

"Fikrət Sadıq böyük poeziya salonunda öz

kürsüsü olan,  öz oxucularına əsl sənət örnəkləri

oxuyan,  əvəzində xalqın minnətdarlıq alqışını

qazanan bir şairdir.  Əsl xoşbəxt şair çox yazan, 

çox dərc olunan deyil,  çox oxunan sənətkardır. 

Sənətdə mütləq meyar    budur;  çoxun az

təsirindən,  əbəttə azın çox təsiri gərəklidir. 

Burada söz cilası,  söz zərgərliyi vərdişinə

yiyələnmək bacarığı həqiqi istedada qismətdir. 

Fikrət Sadıq ədəbiyyata sakit,  hay-haraysız, 

özünü təqdimatsız gəlib;  aramla yazıb,  çox

oxunub, çox düşündürüb".

Tərcümeyi-hal.

Şükürova Gülxani (Pənah)  Vaqif qızı şair, 

ədəbiyyatşünas, 

publisist, 

1996-cı

ildən


Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.  1958-ci

ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli

kəndində qulluqçu ailəsində anadan olmuşdur.  

Oğuz rayonunun Kərimli kənd orta məktəbini

bitirdikdən sonra.  Bakı Dövlət Universitetinin


600

filologiya fakültəsinə daxil olmuş,  fərqlənmə ilə

oranı bitirmişdir (!979-1985). 

70-80-ci illərdən mətbuatda şeir,  hekayə, 

poema və elmi-publisist məqalələrlə çıxış edir. 

Bakı Dövlət Universitetinin aspiranturasını bitimiş

və «İlyas Əfəndiyevin yaradıcılığında folklor

motivləri» 

mövzusunda

namizədlik

dissertasiyasını  müdafiə etmişdir..

Respublikanın ictimai həyatında yaxından

iştirak etmiş, Respublika Ziyalı Qadınlar Birliyinin

idarə heyətinin üzvü olmuş, Müstəqil Azərbaycan

Respublikası ilk qadınlar qurultayına nümayəndə

seçilmişdir.

"Göydən ulduzları gözlə dərərdik"  (1996), 

"Yurd yanğısı"  (1998),  "Oğuz şəhidləri,  itkinləri" 

(2000),  "Bura Vətəndir (2001),  «Dədə Şəmşir

harayı»,  «Qarabağ dərdi»(2005)  kitablarında

müxtəlif

illərdə


yazdığı

şeirlər,  poemalar, 

hekayələr və dram əsərləri çap olunmuşdur.

"Xocalı, ay Xocalı", "El bir olsa…", "Sınaq" 



dram əsərlərinin müəllifidir..

Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin