515
ədalətsiz dünyada çox günah işləməsi - bütün bu
məsələlər
şairin
əsərlərinin
mövzu
və
ideyasındadır. Şair insan əməlini yazan iki mələk
obrazından
yararlanmaqla
insan
övladının
ehtiyac və tamah üzündən və digər səbəblərdən
Allah yolundan dönməsinin səbəblərini daha
təsirli verir. Bir mələyin bekar qalması da
dünyanın ədalətsizliklərindən doğur, ehtiyacdan
doğur ki, insanın yaxşı əməlləri azdır, onu yazan
mələk də "bekar qalıb". Göz açıb gördüyü
dünyanın ədalətsizlikləri içərisində ancaq yaxşı
əməl
sahibi
olub
qala
bilməyin
qeyri-
mümkünlüyünün
ağrısını
çəkir.
Gördüyü
ədalətsizliklərə göz yuma bilmir. Bərabərsizliyin,
bu düynanın bərabərsiz insanlarının bərabərsiz
əməllərinin, törətdikləri günahların baş alıb
getdiyini iki mələk- dini mifik görüşlərin işığında
daha təsirli, bədii cəhətdən qüvvətli tərənnüm
etməyə nail olur:
Daş da yuvarlansa olar daş
təkər.
İnsan ömrü boyu əziyyət çəkər.
Bir yanda bir mələk dayanıb
bekar,
O yanda bir mələk bağlayıb
kitab.
Ömrü boyu əziyyət çəkən insan övladının
qayğısı, əzabı, gördüyü haqsızlıq, dünyanın
ədalətsizcəsinə
qurulumuş
qanunlarındandır.
516
Gördüklərinə
dözməyən, düşüncələri
yoran
insanın dözümü də şairi düşündürür. İnsandakı
bu dözümə məətəl qalan şair insan övladının
əzablar üzərində kökləndiyini hər yerdə külli-
kainatda
qismətinə
əzab
dolu
bir
ömür
düşdüyünü bilir. O da bu dünyanı övladıdır, o da
ehtiyac içərisində bəlkə də zərrəcə belə günah
işləməmək eşqi ilə yaşayıb, bütün ömrünü saf
vicdanla, yaxşı
insan
kimi
başa
vurmaq
arzusunun hardasa qırıldığını görüb qüssələnib,
bəlkə
də
qəzəblənib,
bəlkə
də
fəlsəfi
düşüncələrini vermək üçün bu mövzunu şeri
üçün əsas götürüb. Bəlkə də özünün dediyi kimi
"çətin suallar"a bu insan aləmində cavab
tapmayacağını duyub və bu duyğuları folklor
içində əridib.
Fikrət Sadıq dualarında, yalvarışlarında elə
ifadələr işlədir ki, bunlarda şeriyyət, lirika o qədər
şirin, həzin, könül oxşayandır ki, hər biri xalq
ifadəsini, folklor nümunəsini xatırladır:
Allah eşit fəryadımı,
Qırma mənim soy adımı.
Rəhm et, düymə göy əskiyə,
Mənim dərdli həyatımı,
Bir nəvə bəxş elə mənə!
Və yaxud:
Ya küləyə bələ göndər.
Ya buluda bələ göndər.
Ya da elə-belə göndər.
517
Bəsdir bəla göndərdiyin,
Bu dəfə də bala göndər.
Fikrət Sadıq gördüyü haqsızlığın, insan
övladının törətdiyi faciələrin kökünü araşdırarkən
yenə folklor, dini -mifik inamlara üz tutur.
Dünyanın ilkin başlanğıcı, ilk insan Adəmin bu
dünyaya gəlişinə barmaq uzadan bir cinayətkar,
zülüm, şər törədən qüvvəni ortalığa çəkir. Dünya
bu qədər zülm, ədalətsizlik yuvasıdırsa, Tanrı
yaratdığı
Adəm
övladına
bəslədiyi
sevgi
müqabilində
ona
belə
dərdli-bəlalı
ömür
verməzdi. Dünyanı da, Adəmi də Allah yaradıb.
Sülh, əmin-amanlıq sevən Allah övladı -Adəm
oğluna o barmağı uzadan Şeytan- İblisdir. İblis
dini
mifologiyada
Adəm
oğlunu
tanımaq
istəməyən, ona baş əyəməyən mələkdir. Allah
Adəmi gildən yaradıb ona can verib, bütün
mələklərə onun yaratdığı bu canlı varlığa təzim
etməyi tapşırır. Bütün mələklər Tanrının bu
istəyini yerinə yetirir, yalnız Şeytan özünü od
övladı kimi gildən yaranmış Adəmdən üstün
tutub, Allahın əmrindən çıxır. Belə olduqda Allah
onu Cənnətdən qovur. Yerin yeddinci qatında
məskunlaşan İblis dini ayətlərə görə yeddinci
qatda oturub özünə tabe olan bədxah, şər
qüvvələrə
başçılıq
edir. İnsanlardan
qisas
alacağına and içmiş, Adəm və Həvvanın
cənnətdən qovulmasına nail olmuşdu. İblisin əmri
ilə şeytanları yer üzərinə gəlir və burda Adəm
518
övladlarını yoldan çıxarır və onların günah
işləməsi üçün çalışır.
İlk insan olan Adəmin dünyaya gəlişində şair
bir qəribəlik görür və onun fikrincə, Adəm yer
üzünə göndərilərkən İblis onu oğurlayıb, ona
oxşar Adəmi yerə göndərib və buna görə də
insanın əməllərində bir iblisanəlik də var:
Tanrı cənnətdən qovanda Adəmi
İblis yolda oğurlayıb,
Dəyişib onu.
Dünyaya göndərib öz adamını.
Elə o vaxtdan çaş-baş salıb
hamını.
Odur ki, hər birimizdə bir az iblis
var.
Yoxsa nədir dünyanı bürüyən
Bu şübhələr, xəyanətlər
Fəlakətlər, davalar?
Dünyanı
bürüyən
bu
çaxnaşmalar,
qarışmalar, xəyanətlər, fəlakətlər təmiz Adəm
övladının deyil, insanlığa düşmən Şeytanın
əməlləri olduğunu bildirən şair insanlığı, saflığı,
bəşəri gözəlliyi, hümanizmi əsas götürən Allah
övladı -Adəmi xislətliləri onlardan ayırır və bu
ayırmada oxucu kütləsinin fikirlərini bir nöqtəyə-
yaxşılığı, yaxşı əməlləri, insani keyfiyyətləri
qoruyub saxlamağı, təmizliyi, dincliyi, firavanlığı,
insan xoşbəxtliyinin təminatçısı olması arzusunu
daha təsirli, qüvvətli verir.
519
"Qonşun pisdir, köç qutar" atalar sözündən
yararlanmaqla şair öz fikirlərini daha təsirli, tutarlı
verməyə nail olur. Hikmət dolu mənəvi xəzinəmiz
olan atalar sözləri qısa, yığcam olsalar da,
onların məna dərinliyi yüksəkdir və bu şerilə şair
əsl vətəndaş şairdir. Bir atalar sözünün fövqündə
Qərbi, Şərqi, Şimali, Cənubu olan Azərbaycanın
taleyinə
yazılan
qara
baxtı
ümumiləşdirir.
Mövzusu bu günümüzlə səsləşən, ideyasında
Azərbaycanın
Qərb, Şərq, Şimal, Cənub
sahillərini əlindən alıb, bu torpaqları zorla
mənimsəyib, buralarda öz dövlətini yaradıb,
özünü Azərbaycanın qonşuları kimi tanıdanların
pozucu
siyasətlrini,
Azərbaycanın
başına
açdıqları oyunun "qonşu" dövlət adı altında
törətdikləri cinayətlərin xalqın səbir kasasını
daşdırdığını, naəlac qalan xalqın düşdüyü
çətinlikləri, üzüntüləri təsirli bir dillə verilir. Bu
ümumiləşdirmənin bədii dəyərini, təsir qüvvəsini,
atalardan gətirdiyi bir misalla qüvvətləndirir.
"Qonşun pisdir, köç qurtar" atalar sözünün də
çox zaman mümkün olmadığını ictimailəşdirir:
Hara köçüm axı,
Vətənimdir bu diyar.
-deyir. Qonşu sayılan erməni murdarlarının,
dostluq pərdəsi altında öz siyasi məqsədlərini
həyata keçirməsinin , Şərqi Azərbaycanın, Şimali
Azərbaycanın, Cənubi Azərbaycanın, gürcü, fars,
rus
imperialist
qüvvələri
tərəfindən
qəsb
520
edilməsinin Azərbaycan üçün nə kimi faciələr
törətdiyini, bu xalqın öz torpağından bu gün
məhrum edildiyini hələ də dözüm, səbr, iradə
göstərməsini, yurddaşlarının taleyini, əzab dolu
həyatını ön plana çəkir.
O uzanan güllü-çiçəkli dərə də,
O ucalan qarlı dağ da mənimdir.
Şimal, Cənub, Qərb, Şərq,
Sol da, sağ da mənimdir.
Qonşumun yaşadığı
O torpaq da mənimdir.
"Vətənin əl boyda daşı" əsərinin mövzusu
xalq
ədəbiyyatından
götürülmüşdür. Əsərin
qəhrəmanı Mete özündən əvvəl və sonrakı
hökmdarlar arasında dövlət qurmaq, onu idarə
etmək, qonşu dövlətlərlə əlaqə yaratmaq, onlarla
diplomatik münasibətlər saxlamaq qabiliyyətinə,
bacarığına, intizamlı, qüdrətli ordu yarada bilmək
səriştəsinə görə xalq ədəbiyyatında əfsanəvii bir
obraz kimi xatırlanır. Şair onu əsərinin qəhrəmanı
seçməkdə, onunla bağlı əfsanə və rəvayətlərin
mövzusundan, sücetindən istifadə etməkdə öz
şair marağını əsas götürür. Meteni ona sevdirən
onun qüdrətli sərkərdə, uzaqgörən türk xaqanı
olması, vətənpərvərliyidir. Onun torpaqla bağlı
əfsanələşmiş rəvayətlərindən birinin mövzusunun
obraz və motivlərindən öz əsərində qoyduğu
mövzunun, ideyanı güclülüyü, təsirliliyi üçün
yararlanır. Onun vətənpərvərliyi torpağa, yurda
521
bağlılığı ilə səsləşən rəvayətlərdən birində deyilir
ki, atasının ölümündlən sonra taxta çıxan Mete
gəncliyində Tunqhu dövlətlə üz-üzə gəlməli olur.
Həmin dövrdə Tunqhu çox güclü dövlət idi. Onun
dövləti həmin dövlətə xərac verirdi. Qonşu
dövlətlərin hesabına güclənmiş Tunqhu dövləti
bundan istifadə edib, öz iradəsini qonşu tayfalara
zorla
yerinə
yetizdirirdi. Mete
hakimiyyətə
gələndən sonra onu gənc və təcrübəsiz bir
hökmdar sanan Tunqhu xaqanı elçisini onun
yanına göndərir. Ən yaxşı atını verməsini tələb
edir. Əks təqdirdə xalqını və torpağın ayaqlar
altına salacağını bildirir. Mete elin ağsaqqallarını,
nüfuzlu adamlarını toplayıb məşvərət keçirir.
Onlar bildirir ki, at türk üçün qiymətli varlıqdır. O,
igidin həm dostu, həm də yaraşığıdı. Tunqhulara
at vermək xalqa əskiklik gətirər.
Mete onları dinləyib, axırda öz hökmünü verir
və bildirir ki, biz bir ata görə vuruşa girib, xalqın
qanının axıdılmasına dözə bilmərik.
Bir müddət keçəndən sonra yenə tunqhuların
elçiləri xaqanın irəli sürdüyü tələbi Meteyə
çatdırır və ondan hun xaqanın ən sevimli
kənizlərindən birinin verilməsini, əks təqdirdə
döyüşə başlayacağı fikrini çatdırır. Mete yenə
igidlərinin qanı tökülməməsi üçün ən sevimli
kənizlərindən birini göndərir.
Qəddar, amansız, aldığı qiymətli xəraclardan
gözü doymayan Tunqhu hökmdarı üçüncü dəfə
522
elçilərini Metenin üstünə göndərir və onun
sərhəddi yaxınlığındakı çınqıllı, istifadəyə yarasız
torpağı istəyir və verməsə müharibə edəcəyini
bildirir.
Üçüncü dəfə yenə Mete məşvərət etməli olur,
Düşmənin
tələbini
onlara
çatdırır."Ağsaqqallardan
biri
ayağa
qalxıb
əksəriyyətin fikrini belə ifadə etdi":-
-Xaqan sağ olsun, sən qonşu dövlətin bütün
tələblərini yerinə yetirmisən. Bizə qulaq asmayıb,
ən gözəl sevimli atını, ən yaraşıqlı kənizini
tunqhulara vermisən. İndi bu kimsəsiz çınqıllı,
heç nə bitməyən bu torpaq nədir ki, ondan ötrü
qonşu
dövləti
özümüzdən
narazı
salaq,
igidlrəimizin qanını tökdürək. Onsuz da tunqhular
bəhanə gəzirlər. Mən həmin torpağın verilməsini
təklif edirəm.
Mete hiddətlənib ayağa qalxdı:
-Torpaq dövlətin təməlidir. Onu heç kəsə
vermək
olmaz. Torpağı
əcdadlarımız
bizə
əmanət qoyub getmişdir, orada babalarımızın
sümükləri uyuyur. Torpaq mənim deyil, xalqındır.
Xalqın torpağını verməyə heç kimin ixtiyarı
çatmaz. Mən öz atımı, yaraşıqlı kənizimi
tunqhulara ona görə verdim ki, onlar mənim
özümün idi. Amma torpağı verə bilmərəm. Bu
torpaq gələcək nəsillərə çatdırılmalıdır. Ya xalq
məhv olmalı, ya da torpağını öz qanı hesabına
qorumalıdır". (Vəli Həbiboğlu. Türk dünyasının
523
qüdrətli hökmdarları, xaqanları, sərkərdələri 1-ci
kitab. Bakı 1995. səh. 61)
Mete bu müharibədə qalib çıxır. Onun
qüdrətinə, qüvvəsinə, cəsarətinə bələd olan
Tunquların xaqanı onun atını da, kənizini də geri
qaytarmalı olur.
Fikrət Sadıq bu mövzuda yayılmış rəvayətin
motivlərindən istifadə etməklə "Vətənin əl boyda
daşı" poemasını yaratmışdır. Poemada Metenin
qəhrəmanlığı,
torpağına,
xalqına
sevgisini
ümumiləşdirir. Hökmdar "ölü çol" adlandırılan
torpağın müdafiəsinə qalxır:
Kim Vətənin övladıdır.
Gəlsin mənim ardımca.
Ölü olmaq yeydir bizə
Düşmən bizdən
"ölü çölü" alınca.
Bu mübarizədə Metenin arxasınca gedən
bahadırların, onlara bu mübarizədə mənəvi
qüvvət verən qoca hunların obrazlarını şair
poetik misralarında qüvvətli, təsirli bir dillə
tərənnüm edir. Metenin Tunqhu hökmdarına
göndərdiyi bu sözlərdə torpağı sevən, vətənə
layiqli başçı olan qüdrətli sərkərdənin, alovlu,
odlu, mübariz hökmdarın, "torpağı verməzlər,
torpağıı alarlar" kəlməsinin arxasında yatan
böyük mənanı lirik bir dillə oxucuya çatdırır:
Torpağı verməzlər,
Torpağı alarlar.
524
Torpağın qəbzəsi yoxdur,
Tutasan, oğul.
Torpağın yüyəni yoxdur,
Ç əkəsən, oğul!
Torpağı almaq üçün
Gərək üstündə qan tökəsən,
oğul!
Gedin deyin xaqana,
Ana Asiya keçilərini sağanda
Sabah dan üzü,
Ala dağın ətəyində
Gözləyirəm sizi.
Gəlsin diri ikən
Alsın məndən "ölü çölü".
Xas igidin sözü
Əməliylə ölçülür.
Bu poema (eyni zamanda onun əsasında
yazılmış "Bir parça Vətən" dram əsəri) şairin
Vətən,
yurd,
torpaq
sevgisindən,
onun
müqəddəsliyindən,
məğlubedilməzliyindən,
torpaq uğrunda can qoyan igid, məğrur Metedən
əvvəl və ondan sonra bu günümüzə qədər
torpaq, vətən uğrunda çalışan, çarpışan mübariz
sərkərdələrin, xaqanların
nəcib
əməllərinə
bəslədiyimiz məhəbbətdən, xalq-dövlət-torpaq
mənafeyini dünyada hər şeydən uca olduğundan
bəhs edir və vətənə, xalqa, torpağa bağlı istər adi
əsgər, istər general olsun, istər sərkərdə, istər
dövlət başçısı olsun, onun bu böyük insani
525
kefiyyətinin həmişə ona başucalığı gətirdiyinə,
xalqı tərəfindən daima sevildiyinə, ona bəslənən
inam hisslərini artırır. Fikrət Sadıq xalq içərisində
yayılmış çin səlnamələrində mifoloci bir obraza
çevrilmiş
Metenin
sərkərdəlik
qabiliyyətinin
çoxlarına örnək olduğunda yanılmır. Ondan
sonra gələn çox böyük tarixi şəxsiyyətlərin
torpaq, dövlət mənafeyini hər şeydən üstün
tutduğunu bilirik və şair mövzuda bu rəvaəytin
sücetinə, obraz və motivlərinə yaradıcı surətdə
yanaşaraq
bədii
cəhətdən
qüvvətli, bitkin,
samballı yeni səpgidə bir sənət əsəri yaratmağa
müvəffəq olmuşdur.
"Ana əli" haqqında yayılmış xalq əfsanəsi
milli-mənəvi dəyərlərimizə hörmət prinsipləri
əsasında
yazılmış,
poetik
tutuma
malik
poemanın mövzusudur. Burada ana məhəbbəti,
ana sevgisi- ana qayğısı uca tutulur. Analıq
duyğularının müqəddəsliyi, kövrək ana qəlbinin
övlad yolunda hər şeyə dözdüyünü, ana üçün
övladdan əziz ikinci bir varlığın olmadığını şirin
boyalarla verir. Xalq arasında yayılmış əfsanəyə
görə ölüm ayağında olan ana ərindən xahiş edir
ki, o öləndən sonra qolunun birini kəsib götürsün,
ondan sonra evlənsə, evə ögey ana gətirsə,
körpələrini ögey ana əli ilə deyil, kəsilmiş əli ilə
döysün. Ata ananın bu vəsiyyətinə əməl edir. Bir
müddət sonra evə ögey ana gətirməli olur. Başı
işə-gücə qarışdığından, ögey ananı uşaqlara
526
verdiyi
zülümdən
xəbərsiz
olur. Get-gedə
uşaqların saralıb-solduğunu görür, nəhayət, hər
şeydən xəbərdar olan ata ögey anaya yaylığın
arasındakı- büküb saxladığı ana əlini göstərir və
deyir:
Ananın arzusunu
Başa saldı "ana"ya.
"Əgər qalmaq istəsən
qal",-dedi.
"Amma qalmaq istəsən,
gəl bu əli al"-dedi.
Analarına oxşa.
"Döyəndə bu əllə döy,
oxşayanda da oxşa!
Unutma ki, anasan.
Analıq deyil asan!"
Bu misralarda kövrək, ülvi ana duyğuları, ana
qayğısı müqəddəs ana böyüklüyü on plana
çəkilir. Xalq ədəbiyyatından gəlmə bir mövzunun
süceti əsasında kamil, realist bir əsər yaradan
Fikrət Sadıq folklor ənənələrinə sadiq qalaraq
yaratdığı
əsərin
dilinin
sadəliyinə,
şerin
oxuculluğuna
diqqət
yetirdiyi
kimi, poetik
zənginliyinə də eyni hisslərlə yanaşır. Həm
mövzu, həm forma, həm də məzmun cəhətdən
bir-birini tamamlayan bu gözəl xalq ədəbiyyatı
əsasında
yazılmış
əsərdə
güclü
duyum
sənətkarın imkanları, Fikrət Sadıq incəliyi,
kövrəkliyi, saflığı duyulur.
527
"Arzu bulağı" əsərinin süceti də bir Krım
əfsanəsindən götürülmüşdür. Şair bu əfsanənin
motivləri əsasında Yalta yaxınlığındakı-Misxorda
sahildən azca aralı qucağında körpə tutmuş Su
pərisi abidəsiylə bağlı bildiyi, eşitdiyi xalq
əfsanəsini poetik misralara çevirir. Dənizin bu
tayından oğurlanıb aparılan Arzu adlı qız vətən
həsrətinə dözməyib, "Qürbət eldə qalmaqdansa
ölüm yaxşı", qurbətin nur dənizindən "qaragölüm
yaxşı"-deyərək körpəsini qucağına alıb dənizə
atılır. Dərdli ana o sahildən bu sahilə üzənə
qədər çox əzablar çəkir və nəhayət, su pərisinə
çevrilib öz doğma sahillərinə üz tutur. Ana vətənə
məhəbbəti, qürbət elin ağrı-acısını ümumiləşdirir.
Yurda, el-obaya məhəbbət üzərində qurulmuş bu
əsərin sücetində ən müqəddəs duyğular yaşayır.
Qürbət elin darıxdırıcı mühitində yaşamaqdan
ölməyi üstün tutan Arzu körpəsini bağrına basıb
doğma sahillərinə doğru üzməsini şair folklor
motivləri üzərində kökləyir. Vətənpərvər qızın
vətənə müqəddəs məhəbbətində, ona qovuşmaq
istəyində Yunisin balıqları ilə bağlı folklor
motivlərdən, su pərisi obrazlarından yararlanır.
Bu Krım əfsanəsində yüksək bəşəri duyğular
zamanından, məkanından asılı olmayaraq hər bir
oxucu üçün doğmadır, əzizdir.
Vətən-qürbət bir-birinin əksi olan bu varlıqlar
insanın alın yazısına, qismətinə, baxtına çevrilib.
Qürbət vətənini sevən hər kəsin içində bir
528
yaradır. Vətən yatağı daş-qaya olsa da insan
üçün ən müqəddə, sevimli bir varlıqdır. "Vətənə
gəldim-imana gəldim"-nahaq deməyiblər. Fikrət
Sadıq bu əfsanənin sücetini real əsaslar üzərində
qurur, folklordan gəlmə motivlərlə onun bədiiliyini
artırır:
İldə bir gün, qürub çağı
Qədim Misxor qayaları,
Ovum-ovum ovular,
Qəlpə-qəlpə dağılar.
Eşidincə bu naləni
"Oyan bala, oyan bala!,
Vətən sarı boylan, bala!"
Görənə görk olar, dərd olar.
Eşidənə ibrət olar.
Bu əfsanə öz dərin məzmunu ilə doğrudan da
ibrətamizdir. Arzu qızın taleyini, qismətini bu gün
minlərlə Azərbaycanlı qadını, qızı yaşayır.
Obasına, elinə həsrət, dağlarının gülünə-çiçəyinə
həsrət Azərbaycan qadını, qızı bu gün Kəlbəcər,
Zəngilan, Ağdam, Qarabağ həsrətilə yaşayır.
Arzu o qızların istək və arzularının ifadəçisidir.
Litva əfsanəsi əsasında yazılmış "Balıqçı və
su pərisi" əsərində də insan sevgisi, saf
məhəbbət lirik bir dillə tərənnüm edilir."Bacı-
qardaş nağılı" da xalq içərisində yayılmış bir
rəvayətin sücetidir.
529
Bir gün şahın adamları elan edir ki,
meydanda üç kişi asılacaq, hamı meydana
yığışsın.
Meydana gələn qadınlardan biri üç kişinin biri
əri, biri olğlu, biri qardaşı olduğunu görüb
padşahın ayaqlarına yıxılıb onları bağışlamasını
istəyir. Padşah biləndə ki, bu üç şəxsin hər üçü
bu qadının əzizləridir, onların yalnız birini-ya
oğlunu, ya ərini, ya da qardaşını seçib
götürməsini, qalanların isə edam olunacağını
bildirir. Ç arəsi kəsilmiş qadın məcbur olub
kişilərdən birini-qardaşını götürür. Padşah ondan
soruşur ki, nə üçün ciyərparasını, başının
sahibini deyil, qardaşını seçdi. O vaxt qadın
deyir:
-Ər eldən gəlir, oğul beldən,
Qardaş amanı.
Padşah bunu eşidib o biri əsirləri də qadına
bağışlayır.
Şair bu əsərində bacı-qardaş məhəbbətini
yüksəkliklərə qaldırır, bu sevgini uca tutur.
Bacıların
qardaşlara
bəslədiyi
məhəbbətin
ülviliyini tərənnüm edir. Bacını ana qeyrətli, ana
əvəzi, evin dirəyi, şəfqət bacısı, yeddi qardaşın
möhtacı", "yeddi dərdin dərmanı", "yetim evin
ocağını közərdən", "qara daşda mehribanlıq
göyərdən" adlandırır:
Bacılı ev nur ətirli, abad, firavan.
530
Hər guşədə bacı əli, səliqə,
sahman.
Bacısız
ev
bacası
kor
zülmətxanadır,
Bacı-qayğı, bacı
işıq, bacı
anadır.
Şair anaya bənzətdiyi, ana qədər müqəddəs
sandığı bacının yüksək insani keyfiyətlərini lirik
bir dillə vəsf edir. Bacı məhəbbətini, ana
duyğularını, qadın ismətini, etibarını ananın
çəkdiyi daxili iztirablar aləmini səmimi biri dillə
ifadə edir:
Qadın baxdı həsrət-həsrət alışa-
yana,
Gah qardaşa, gah ərinə, gah da
oğluna,
Neyləsin, o kimi seçsin, kimi bir
anlıq,
Buludlanmış
gözlərinə
çökdü
qaranlıq.
Arvad susdu, Ana susdu, ayıldı
Bacı.
Handan-hana
qaranlıqdan
sıyrıldı Bacı.
"Bu
ərimdir,
bu
oğlumdur,
qardaşım hanı?
Ər eldəndir, oğul beldən, qardaş
amanı."
531
Şah diksindi bu bölgüdən xəyala
daldı,
Bacı-qardaş nağılından bir ibrət
aldı.
"Əsil bacı məhəbbəti sarsıtdı
məni,
Azad edin əsirləri, kəsin naləni!".
Üç əziz insanı itirməkdə olan qadının vüqarını
əzmiş, qırıb düşmən ayağına aparan sinəsində
yaşatdığı
məhəbbətdir-övlad
məhəbbəti, ər
məhəbbəti, qardaş məhəbbəti. Bunların qadın
üçün
nə
qədr
əziz
olduğunu
şair
belə
ümumiləşdirir:
"Yç lay divar birdən uçsa evdən
nə qalar.
Üç şah budaq birdən sınsa çinar
da solar.
Üç xəncəri bir ürəyə birdən
vurma şah!
Heç olmasa birciyini saxla, sən
allah!
Yanağından damcı-damcı axan
göz yaşı
Axıb, şahın ürəyində əritdi daşı".
Şair bacı-qardaş məhəbbətini bir rəvayətin
sücet və motivlərindən faydalanmaqla daha
qüvvətli, təsirli, oricinal bir səpgidə tərənnüm
edərkən, folklorumuzun zəngin nümunələrindən
olan, bacı-qardaş məhəbbətini ülvi, lirik bir
|