567
Vətən, qarşı yatan
dağlarını aşmağa gəlmişəm.
Sularından içdim
Vadilərindən keçdim,
Dərələrinə sığındım,
Ana
qoynunda
yaşamağa
gəldim.
Bu misralarda "qarşı yatan dağlar" Dədə
Qorquddan su içmiş ifadələrdir. Özü də tez-tez
müraciət olunan ifadələrdir və xalq o sözlərdə
vətənə olan sevgisini, ona ehtiyacını bildirir:
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya,
-Dədə Qorqud boylarından gələn bu ifadələri
Fikrət Sadıq hörgüsünə qoyub böyük imarətlər,
minarələr ucaldır:
Qara günündə, ağ günündə
Ağlamaq, gülmək öyrəndim.
Səni görməyə gəldim,
Səni bilməyə gəldim.
Son ucu uğrunda
Ölməyə gəldim.
Fikrət Sadıq Dədə Qorqud öyüdlərindən də
məharətlə
yararlanaraq
yurd,
el-oba
müqəddəsliyini uca tuta bilir. Bu öyüdlər də atalar
sözü və məsəllər kimi bu gün də xalq
ədəbiyyatımızın
nadir
inciləri
kimi
yüksək
qiymətləndirilir. Fikrət Sadıq onlardan belə
yararlanır. Öz şair təxəyyülünün xalq ədəbiyyatı
568
ilə
qovuşuğundan, bir-birinə
dəstək-dayaq
olmasından könül mülkümüzdən xəbər verən
sözlərini deyir:
Yüz gur bulaq yığıla,
Daşar, dəniz olmaz!
Yüz işıqlı daş parıldaya,
Baxar göz olmaz.
Yüz dovşan ürəklənə,
Dönüb qurd olmaz.
Yüz ögey el birləşə,
Doğma yurd olmaz.
Vətən, yurd, övlad
sevgisini-ümumi bir
müqəddəs sevginin işığında yaranan, yazılan,
deyilən deyiləndən qoşun olan, kəsərli olan,
təpərli-dizli olan sözlərdən yaranmış bu misralar
da Fikrət Sadığın xalq yaradıcılığı ilə birliyinin
ədəbiyyatımıza
verdiyi
yeni, zəngin, bədii
töhfələrdir. Sadə, lakin bitkin məzmunlu bu
şerlərin dili yığcamdır:
Bir ömür boyu
Ağırlayıb, əzizləyib
Ovudur bizi,
Yaşadır bizi.
Bir ana,
Bir də Vətən!
Oğlu ölən bir il ağlar.
Yüz il ağlar,
Min il ağlar,
Yurd itirən!
569
Bəkir Nəbiyev yazır ki, "Poeziyanın ən vacib
əlamətlərindən biri onun dili ilə əlaqədardır. Canlı
xalq danışıq dilinin geniş və bitməz-tükənməz
imkanları, ahəngdarlığı, vokal xüsusiyyətləri
qrammatik
quruluşundakı
incəliklər, fonetik
zəriflik geniş bədii axtarışlar aparmaq istəyən
müasir şair üçün çox zəngin xəzinədir. Bu
xəzinənin
dərinliklərinə
varıb
elmi-əsaslarla
tədqiq edən, axtaran, tapan, onun qiymətli
incilərindən yaradıcılıq yolu ilə bəhrələnən
sənətkarlar öz gözəl fikir və duyğularını gözəl,
oricinal poetik dillə də oxuculara çatdırmağa
müvəffəq olmuş, buna görə də sevilmişlər".
Ədəbi dilimizin təmizliyi, xalq dilinin ədəbi dilə
yaxınlaşması problemləri digər sənətkarlarımız
kimi
Fikrət
Sadığı
da
düşündürən
problemlərdəndir. O
həm
şerlərində, həm
publisistikasında, elmi-nəzəri məqalələrində xalq
dilinin
zənginliklərindən
istifadə
məsələsinə
xüsusi diqqət yetirir.
Şairin şe'rlərində söz oyunları şe'rin məzmun
və qayəsiylə sıx bağlıdır. Məsələn, "ümidin ümidi
qırılsın görüm", "sərsəngə başımın daşımı
deyim" və s.
Xəlil Rza Ulutürk yazır:" Fikrət Sadığın şairlik
gücü bundadır ki, məlum əfsanəni sadəcə nəzmə
çəkməklə bərabər ona poetik nəfəs gətirmiş,
ilham
qanadları
bağışlamışdır.
…yalnız
qəhrəman sərkərdənin deyil, eyni zamanda onun
570
vuruşa
apardığı
döyüşçüləri
də
nəzərdə
canlandıra bilmişdir. "Bir qoca hun "hu" çəkdi.
Dağlar yana çəkildi, çaylar qalxdı aradan". Bu
məcazlardan hər biri mənəvi qüvvətlə doludur".
"Vətənin əl boyda daşı" poemasında şair
qüdrətli, iradəli, tədbirli Metenin obrazını yaradır.
Xəlil Rza poemada Mete obrazının elə gözəl
təhlilini vermişdir ki, onun dediklərini olduğu kimi
versək daha yaxşıdır:" şairin təsvirində Mete
qüdrətli bir insan, güclü, ağıllı, müdrik bir
sərkərdədir. Düşmənin hətta birinci təklifini qəbul
etmək ona mənəvi ağrıları yenmək hesabına
başa gəlir. "qəzəbindən qəbzəsini elə sıxdı ki,
göy qılıncın göy daşları oldu xıncım-xıncım. Dedi:
-Qoca ərlər, ərənlər! Bir qılınc nədir ki, ondan
ötrü qan salaq. Eşidib bilənlər qınayar bizi. Qına
salın hirsinizi. Peşimançılıq olunca, düşmənçilik
qalınca, razı olun, aparsın göy qılıncı". İkinci
təklifi də qəbul etmək onun üçün asan deyil.
"Üzəngini elə sıxdı ki, Göydəmir atın qabırğaları
şaqqıldadı." Üçüncü təklif haqqında düşünərkən
Meteni daha qəzəbli, daha amansız və düşmənə
güzəştə getməz sərkərdə kimi görür və sevirik.
Sərt və barışmazdır. Ç ünki düşmən bu dəfə onun
şəxsi hissinə deyil, vətən hissinə əl uzatmışdır.
"Mete qocalmışdı. Amma damarında qeyrət
qalmışdı. Dişini-dişinə
sıxdı. Qan
apardı
dodağını".
571
Göründüyü kimi, Fikrət Sadığın seçdiyi
sözlər, ifadələr ciddi dramatik özəyə, böyük
mənəvi qüvvəiə malikdir. Poeziya bunsuz keçinə
bilməz. Şair poetik lövhəni tam dolğunluğu ilə
nəzərdə canlandırmaq üçün xalq incilərinə üz
tutur.
Xəlil Rza:" Fikrət Sadıq dili yaxşı bilir. Bəlli
olduğu kimi poeziyada milli dil ən yüksək həyat
mərhələsini yaşayır, dilin enercisi, qrammatik və
fonetik zənginlikləri ən çox poeziyada aşkarlanır.
Fikrət
Sadıq
Azərbaycan
dilinin
poetik
imkanlarını səfərbər edən şairdir. İfadələri diri,
canlı, dadlı, duzlu, poetik zərbələri sərrastdır.
"tərəzi ol iki gözüm, ağır çəkmə hər adamı.
Əməlinə
görə
ayır
nanəcibdən
ər
adamı"..insanlığı tutun uca, insanlığı unudunca,
yerdə nahaq yer tutunca, yeydir yesə yer adamı"
son ifadə də birbaşa folklordan gəlir və gözəl
təsir bağışlayır. Qeyri-fəal sözləri fəallaşdırmaq,
itiləmək,
pardaxlamaq
Fikrət
Sadığın
yaradıcılığının şakəridir: "səssiz çıxdı səhnəyə,
ilk addımı "lal"idi. Əlləriylə danışdı, gözlərilə
lalıdı".
Burada
"lalımaq"-yalvarmaq
mənasındadır. Həm ifadə yerindədir, həm də
qafiyə
gözəldir,
çünki
təsvir
obyektini,
Azərbaycan teatr səhnəsinin cəngavəri Abbas
Mirzə Şərifzadənin portretini dürüst əks etdirir.
"Pəncərədən gözünü ağardan səma", "dörd
yana, dörd nala at çapan mühasirə küləyi", "sevgi
572
od içində belə göyərər ümid ilə suvarılsa əgər",
"Ağacların düzümündə təsəlli var" "ölüm qaşnan
göz arasındadır", "Öz başıma bəla olub öz dilim",
" Ümidin ümidi qırılsın görüm", "Taleyin qapısı
vurulsun görüm" və s.
Fikrət Sadığın şerlərində istifadə etdiyi bədii
ifadə və təsvir vasitələri bir-birinə bənzərsizdir. O,
Gəncə
çinarlarını
Kəpəzdən
qopan
qaya
parçalarına
bənzədir.
Dözümdə,
səbirdə
balalarına bənzətdiyi bu çinarları vəsf etdiyi şer
başdan ayağa təşbehlərlə doludur. Şair demək
olar hər misrada maraqlı təşbehlər yaratmışdır.
Fikrət Sadıq sadə və aydın dildə yazan
sənətkardır. Onun dilində çətin başa düşüləcək
ifadələr, sözlər yoxdur. Xalq ədəbiyyatına, onun
böyük
ustadlarına
məhəbbətlə,
hörmətlə
yanaşan sənətkardır. Xəstə Qasım yaradıcılığı
üstündə
köklənmiş
"Yey
idi" şeri
onun
qoşmalarına
bənzəyir.
Bu
əsəri
onun
yaradıcılığındakı xəlqiliyi artırır.
Sənətə, sənətkara düzgün qiymət verməyən,
istedadlı, qüdrətli sənətkarı gözü götürməyənlərə
Fikrət Sadıq ancaq şeri, kəsərli misraları ilə
cavab verir:
Şer nədir, şair nədir, sən
bilməzsən.
Fəhm nəsə, səndə yoxdur, xamsan
hənuz.
Təşbeh-sehr, cinas-daş-qaş
573
Təlmih-eyham.
Sən girdiyin kol deyildir, heca, əruz.
Beyt evdir, misra -qapı, ağzıbağlı.
Bir vaxt aqil aça bilən o kilidi
İndi paslı bir mismarla nadan açır.
Ç ünki, indi bütün işlər ikilidir.
"Fikrət Sadıq söz zərgəridir. Onun hər
kəlməsi bir naxış, bir qədim…qədim babaların ta
sözü, nənələrin ilmələri, butasıdır. Fikrətin elə
şerləri vardır ki, şer sözünün özü qədər yığcam,
incəcik, zərif, müdrik olduğu qədər də şairanədir.
Gözlənilməz tapıntı qafiyələri şerinə əsl bəzəkdir,
poetik kəşfdir. Söz sanki şairin əlində mumdur, o
da heykəltaraş və istədiyi şəklə sala bilir, qüdrəti
də bundadır".
Burda uyuyan mənəm.
Mais Caybasarlıyam.
Orda qəm dustağıydım,
Burda dərd hasarlıyam.
Fikrət Sadıq şerlərində olduğu kimi ədəbi-
tənqidi məqalələrində də dilimizin saflığını
qorumağa çalışır və bu işdə öz vəzifə borcunu
duyur. Bir halda ki, Azərbaycan türkcəsi bu
pespublikanın, onun millətinin dövlət dilidir: "Biz
də bu dövlətin sahibiyik. Bu dövləti qoruyub
saxlamalıyıq. Dil xəzinədir, biz xəzinədarıq.
Bədxərclik, ya qənaət eləməyə haqqımız yoxdur.
Bu sərvəti yerində və ən vacib məqsədlər üçün
574
sərf etmək-bu dili olduğu kimi işlətmək, onun
kəpənək qanadlarındakı zəri dağıtmamaq şərtilə
qorumaq, onun
zərif
ləçəklərinə
ehmalca
toxunmaqla gözəlliyini saxlamaq bizim gündəlik
işimizdir". Şair öz işinin öhdəsindən ləyaqətlə
gəlir. Qəzetlərin çoxluğu, nəşriyyatların öz dili,
radio və telekanalların öz dili, hər qəzetin öz dili,
məktəblərin, şirkətlərin, idarələrin öz dili, dilimizi
şikəst eləyən reklamların da öz dili " şairi
hövsələdən çıxarır."Bu qədər dili olan bir dilin
özgələşməyinə nə qalır ki!" deyə hirslənir. Bu
hirslənmədə dəhşətli bir qəzəb var. Qəzet və
mətbuatın adlarının əcnəbi dillərdən götürülməsi,
radio və telekanalların adlarının əcnəbi sözlərlə
əlaqələndirilməsi onu dəhşətə gətirir. Və haqlı
olara irad tutur:"Restoranların, barların, şadlıq
saraylarının adları üçün də bir-birindən gözəl,
göz qamaşdırıcı sözlər seçilib, gərək yanında
lüğət kitabı gəzdirəsən ki, bunları başa düşəsən!
"Neolit", "Planet" "Qazis", "Flaminqo" və onlarca
belə adlar". Şair xalqını, millətini, qəflət yuxusuna
getmiş ağzı göyçək, özündən müştəbeh, dilinin
incəliklərindən, gözəlliklərindən xəbərsiz olan
"ziyalılarına" onu da deməyi borc bilir ki, " ta
qədimdən, tarixin əvvəlindən çiyin-çiyinə, əl-ələ
üzü bəri gələn türk dövlətləri içərisində ən
zəngin, ən zərif, ən geniş, ən imkanlı, ən kamil
dillərdən biri bizim Azərbaycan türkcəmizdir. Bu
dildə ən incə mətləbləri açmaq, ən mürəkkəb
575
hadisələri izah etmək olur. Bu dil yüksək bədii
imkanlar və heyrətamiz elmi kəşflər dilidir.
İşlətdikcə daha da parlaq olur".
Şair
şerlərində
bədii
təsvir
və
ifadə
vasitələrindən məharətlə istifadə edir. Urallı qızın
dağ laləsinə, dağ çiçəyinə bənzətməklə şerin
bədii təsir gücünü artırmış olur:
Əli qızıl, qəlbi qızıl.
Urallı qız dağ laləsi, dağ çiçəyi.
Bu yerlərin səma gözlü, ağ
çiçəyi.
İnsanlara olan sevgisini dağa
bərabər tutur.
Mən Uralam!
Dağdı mənim təbiətim.
Dağ boydadır insanlara
məhəbbətim.
Şairin şerlərində istiifadə etdiyi mübaliğə fikrin
lirik tutumunu, məna dəyərini qüvvətləndirir.
Anaların göz yaşından
Qayalarım oyuq-oyuq
Məğrur alnım qırış-qırış, çapıq-
çapıq.
Anaların göz yaşından qayaların "oyuq-
oyuq", dağın alnının "qırış-qırış, çapıq-çapıq"
olması mübaliğədir. Şairin məqsədi burada
müharibələrdə övlad itirmiş anaların çəkdiyi
əzabları, qəmi-qüssəni
daha
daha
təsirli
nəzərimizə çatdırmaqdadır.
576
Sabir kimi sənətkarları vəsf edən, xalq, millət
mənafeyini üstün tutan, xalq, vətən naminə
yazıb-yaradan,
xalqın
sevimlisinə
çevrilən
sənətkarların əksinə olaraq, pul-var naminə
yazanları,
qarınquluları
qınayır,
ikiüzlüləri,
xəbərçiləri, yalançıları, tənbəlləri, nadanları
minatür şerlərində elə ustalıqla tənqid edir ki, iki
misra gözümüz önündə bir dastana bərabər olur.
Paxıllıq şairin iki misrasında layiqli qiymətini alır:
Süründüyündən
ayaq üstə gəzənləri
götürmür gözü.
Qalıb qıvrıla-qıvrıla
ayağa dura bilmir özü.
Fikrət Sadıq yaradıcılığında bədii ifadə və
təsvir vasitələrindən də istifadə etmişdir. Bunlar
onun yaradıcılığına sözün deyildiyi məqamda
gəlir.
Ümidim-yaralı bir quş,
Qolum-qanadım qırılmış.
Üşüyürəm, xəzəl olmuş
Yarpağı örtün üstümə.
Burada
şair
ümidini
yaralı
bir
quşa
bənzətməklə keçirdiyi hissləri daha təsirli ifadə
edə bilmişdi.
Şair fikirlərini daha təsirli, qüvvətli vermək
üçün türkün qədim məskəni olan Kipr adasını
"türkün kövrək zərif bir kəpənək qanadı, türkün
577
"səbri" dözümü, inadı" adlandırır. Kipr adasını
"başı bəlalar çəkmiş Ada" kimi təsvir edir.
Fikrət Sadıq şerlərində xalq ədəbiyyatından
kəlmə
ifadələrdən
məharətlə
istifadə
edir.
Lermatova həsr etdiyi "Duel yerində" şerində
şairin
ölüm
səhnəsindən
doğan
kədərini,
qüssəsini:
Bu dağlar ulu dağlar,
Çeşməli sulu dağlar.
Burda bir qərib ölmüş,
Göy kişnər, bulud ağlar.
bayatısından götürdüyü misralarla daha da
dərinləşdirir, bədiiləşdirir:
Bir qartalın köksü qanadı burda,
Sındı bir şahinin qanadı burda,
Qırıldı bir selin inadı burda,
Şahiddir ulu dağlar?
Bir yanan şairin qəlbi dayandı,
Məşuqun ürəyi alışıb yandı.
Cəlladın əliylə qana boyandı,
"Çeşməli sulu dağlar".
Bir eşqin rübabı qırıldı burda,
Bir atəş parçası kül oldu burda.
Bir qərib, bir cavan vuruldu
burda,
"Göy kişnər, bulud ağlar".
578
Şerin məzmununda da bu bayatıdan doğan
kədərlə faciəli bir şair ömrünün yaratdığı kədər
ümumiləşdirilir.
Fikrət Sadığın şerlərinin dili xalq danışığı
dilində işlənən ifadələrlə zəngindir. Bu zənginlik
əsərlərinin
bədiiliyini, ahəngdarlığını
artırır.
Deyilən misralar oxucu qəlbini oxşayır. Onun
şerlərinin dil-üslub gözəlliyi dilinin incəliklərinə
dərindən
bələdliyindən
doğur. Dilə
yatımlı
ifadələri, sözləri ürəyə də yatımlıdır:
Nolaydı özüm də xəyal olaydım.
Və yaxıd:
Lahıcın yoları dolay-dolaydı.
Və yaxud:
Lahıcın yolları düyüm-düyümdü.
Yalçın qayaları löyün-löyündü.
Şerlərində istifadə etdiyi bənzətmələr də
şeriyyətdən doğur:
Qar yağır qu tükü tək.
Qarın yağımı, yağdıqca torpağın üstünü
örtməsi, ətrafın qar donunu geyinməsini şair elə
sözlərlə təsvir edir ki, könül oxşayır. Sənətkar
duyumunun,
sənətkar
təxəyyülünün
zənginliyindən xəbər verir. Qar yağan ağ çiçəyə
bənzəyir, qar yağan qu tükünə bənzədilir, qar
sapa da bənzədilir. O saplar ki,
Torpaqdakı
Kələ-kötür yerləri
Zərif-zərif közəyir.
579
O hər şeyi açıb tökmür, müraciət etdiyi
predmeti poetikləşdirmək qabiliyyətinə malikdir.
Onun şerlərinin poetik təsiri bədii məntiqi, məna
çaları o qədər zəngindir ki, "atam keçid deyil,
addamacdır, addamac" kimi ilk anda qəribə
səslənən ifadələri oxucuya şirin gəlir. Onun öz
dəsti-xətti, özünəməxsus oricinal nəfəsi, ifadə
tərzi var. O, yaradıcılığını sadə insanların
həyatıyla bağlamaqla, bir sıra yeni bədii surətləri
ədəbiyyata gətirməklə, realizm və humanizm
motivlərini gücləndirməyi bacarır. O gülüş və
parodiya ilə iş görmür.
Fikrət Sadığın "Kim dedi bəs" minatür şeri
"Kitabi-Dədə
Qorqud"
dastanındakı
Dədə
Qorqudun dediklərini xatırladır:
Gəlinə ayran demədim mən Dədə
Qorqud.
Ayrana doyran demədim mən Dədə
Qorqud.
İynəyə tikən demədim mən Dədə
Qorqud.
Tikana sökən demədim mən Dədə
Qorqud.
Fikrət Sadıq isə öz "Bənzətmə"sində ona
çalarlar vurur:
Oğlağa quzu demədi o Dədə
Qorqud.
Gödəyə uzun demədi o Dədə
Qorqud.
580
Bütövə dilim demədi o Dədə
Qorqud.
Nadana alim demədi o Dədə
Qorqud.
Kim dedi bəs?
("Kim dedi bəs").
Görkəmli akademik Bəkir Nəbiyev Fikrət
Sadığın beş misralıq "Bənzətmə" şerini tədqiqat
obyekti kimi götürür. Xalq ədəbiyyatından gələn
motivlər üzərində köklənmiş misralara diqqəti
yönəldir və haqlı olaraq bu əsəri "ən azı min illik
bir
tarixə
malik
"Kitabi-
Dədə
Qorqud"
dastanlarınn müdriklik motivlərinə söykənərək
yazılmış "müasir şer nümunəsi kimi" yüksək
qiymətləndirir və yazır ki, "xalq müdrikliyinin
ifadəsi olan bu sətirlərə Fikrət Sadıq öz şerinin
düşündürücülük qüvvəsini artırmaq, onu daha da
təsirli etmək üçün müraciət etmiş "çox yaxşı da
səmərəsini görmüşdür".
Fikrət Sadıq düzüb-qoşduğu misralarda elə
bitkin ifadələr vardır ki, onlar bədii təsvir və ifadə
vasitələrilə zəngindir:
Yaşıl budaq Yanina!
Sarı yarpaq Yanina!
Günəşin bir sapına
Düyün vurub uçurtdum.
Xəyalımı yanına.
581
Burada "günəşin bir sapına düyün vurub
uçurtdum xəyalımı yanına" ifadəsi öz bədii
zənginliyi ilə seçilir.
Və yaxud;
"Baykal" şerində Baykalı başı müsibətlər
çəkmiş yetimə, "sürgün yeri", "qəm diyarı",
sinəsinə çəkilmiş dağlardan "qolu qanadı qırılmış
xan göl", "göllər sultanı" adlandırır. Göygölü
Baykalın nəvəsinə bənzədir, onun Xəzər qədər
özünə
doğma
olduğunu
poetik
misralarla
tərənnüm edir, görkəminə, duruşuna, varlığına
elə sözlər tapıb inci kimi bir-birinin arxasınca
düzür ki, könül oxşayır:
Göz yaşları acı olur, acını udub
Ürəyində çeviribdir şirin nisgilə.
Başı üstə çətir tutub arzu buludu.
O buluddan gecə-gündüz bal
yağır gölə.
("Baykal")
Fikrət Sadığın şerlərində elə ifadələr vardır ki,
bəlkə də ilk dəfə bu xalq ifadələri onun
misralarında öz əksini tapıb. "Ümidimə uğur
diləyən, arxasınca
dalğalarını
yaylıq
edib
yelləyən Xəzərdən keçib gəlib" və yaxud,
"Kamanın bəyaz gecələri" şerində "göylər qız
evin"nə, gecə "gəlin"ə bənzədilir və bu bəyaz
gecənin "ilin bu çağında" gəlişini "gecə yer üzünə
gəlin gəlirmiş"- misrasında daha təsirli, təbii, bədii
lirik boyalarla tərənnüm edir, könül oxşayan
582
detallardan yararlanmaqla təsirli, gözəl bir bəyaz
gecəsinin yaratdığı səhnəni təbiətin möcüzələrlə
zəngin gözəlliyini verir. Ağ libas qızların,
gəlinlərin
geyimiylə
qarşılaşdırdığı
"duman
ümiddən" olan buludların, ağappaq üfüqlərin
görkəmindəki
o
bəyazlığı, ağlığı
sahildə,
küçələrdə, Kama boyunca səpilən ağ işıqdan
aldığı təəssüratı, hissinə, duyğusuna təsirini "bu
ağ sakitliyi içdim doyunca"misrasında daha
qüvvətli vəsf etmiş olur.
Ural qızlarını "dağ lalə"sinə, "dağ çisəyi"nə
bənzədir, təbiətin möcüzəsi, "heyrəti", "böyük ulu
bir ölkənin qeyrəti" kimi vəsf edir.
"Ay haqqında daha bir şer"ində ay "göylərin
çırağı"na bənzədilir. Bu bənzətməylə şair Aya
vurğunluğunu daha qüvvətli bir dillə ifadə etmiş
olur.
"Girdman qayalarında payız" şerində bütün
bəndlər
Girdman
qayalarının
vüqarından,
təmkinindən, tarixindən, görkəmindən bəhs edən
özünəlayiq tutumlu misralarla poetik ifadələrlə
zəngindir. Gözümüz önündə payızına bürünmüş
Girdman qayaları bütünlüklə canlandırılır. Artıq
bir söz, ifadə, bir kəlmə, bir misra olmayan bu
şerdə ana torpağın hər guşəsinə, hər qayasına,
daşına, təpəsinə məhəbbətin qüdrətini, gücünü
duyuruq:
Ağ qaya, boz qaya durub yanaşı,
Dağa kəmər olub qızılı qaya.
583
Bərk
qaya,
toz
qaya
qucaqlaşıbdı,
Ağır dayanıbdır yazılı qaya.
Ox qaya dəlibdir ötən dumanı,
Xəzəlli qayanın xəzəli uçur.
Mağara qayada yatan dovşanı,
Qanadlı qayanın qartalı pusur.
Qoç qaya, qurd qaya dostlaşıb
xəlvət,
Gizlədib onları məğrur sal qaya.
Köç qaya, yurd qaya qoynuna
həsrət,
Yol üstə dinməzcə durub lal
qaya.
Bu cəngavər qaya, bu igid qaya.
Bu da ağ ciyərdir, yastı qayadır.
Bu çapıq qayadır, bu-şəhid qaya.
Bu da qara qaya, yaslı qayadır.
Girdiman dərəsi-qaya diyarı,
Cürbəcür
biçimdə
cürbəcür
rəngdə.
"Kim düzüb dərəyə bu qayaları"-
Özüm də bilmədən qışqırdım
bərkdən.
|