Arif MƏMMƏDLİ
Fotolar Cənnətalı Çingizindir
m
Dekabrın 11-də Azərbaycan Tibb Universitetində xalqımızın ümum-
milli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.
Azərbaycan Tibb Universitetində ulu öndərin
anım günü qeyd olunub
D
ekabrın 9-da Azərbaycan
Tibb Universitetinin Tədris
Terapevtik Klinikası və
Türkiyənin “Klinik Biokimya Uz-
manları” dərnəyi “Hipokrat” labo-
ratoriyası ilə birgə “Laboratoriyala-
rın akkredittasiyası və keyfiyyətə
xarici nəzarət” mövzusunda elmi-
praktik seminar keçirmişlər.
Seminarı giriş nitqi ilə açan Tədris Te-
rapevtik Klinikanın direktoru, professor
Surxay Musayev qonaqları salamlaya-
raq universitet klinikalarının yaradılma-
sı, inkişafı və göstərilən dövlət qayğısı
barədə ətraflı məlumat verdi. S.Musayev
qeyd etdi ki, ulu öndər Heydər Əliyevin
böyük siyasətini layiqincə davam
etdirən cənab prezidentimiz İlham
Əliyevin yaxından köməkliyi ilə yara-
dılan bu klinikalar qısa zaman ərzində
dünyanın aparıcı klinikaları
ilə birgə ışgüzar əməkdaşlıq
edirlər. Hazırda Tədris Te-
rapevtik Klinika universi-
tetimizin rektoru, akademik
Əhliman Əmiraslanovun bö-
yük təşkilatçılığı sayəsində
beynəlxalq nüfuz qazana-
raq dünyanın tanınmış 50
klinikası ilə yaxından əlaqə
saxlayır. Klinikada aparılan
müasir müalicə üsullarından
və yeni yaradılan şöbələrin iş
fəaliyyətindən bəhs edən kli-
nika rəhbəri bildirdi ki, bizim
hədəfimiz yaxın aylarda klinikada sü-
mük iliynin köçürülməsini uğurla həyata
keçirməkdir. Respublikamızın aparıcı la-
boratoriya mütəxəsisslərinin də iştirak
etdiyi seminarın işinə uğurlar diləyən
S.Musayev laborator xidmətin klinika-
nin ən vacib sahələrindən biri olduğunu
və bu baxımdan da burada
ediləcək çıxışların faydalı
olacağını söylədi.
Türkiyəli alimlər-“Klinik
Biokimya
Uzmanları”
dərnəyinin başqanı, profes-
sor, doktor Necip İlhan və
uzman, doktor Cüneyit Can-
bolat bu dərnəyin bir sıra
dünya ölkələrində həyata
keçirdiyi layihələrdən, iş
prinsipləri və laboratoriyalar-
da aparılan işin keyfiyyətinə
xarici nəzarət üsullarından
və onların mühüm əhəmiyyətindən
bəhs etdilər. Qonaqlar laboratori-
ya sahəsində çalışan mütəxəsisslərə
işlərini necə qurmaları üçün dəyərli
məsləhətlər verdilər. Onlar bildirdilər
ki, seminar təşkilatçıları Azərbaycan
Səhiyyə Nazirliyi ilə birlikdə gələcəkdə
də klinik laboratoriyaların əməkdaşları
üçün belə tədbirlərin keçirilməsini da-
vam etdirəcəklər.
Tədris Terapevtik Klinikanın baş
həkimi Ramin Bayramlı və Türkiyədə
fəaliyyət göstərən “Hipokrat” laborato-
riyasının rəhbəri doktor Oktay Öztürk
Klinik laboratoriyaların akkredittasiyası-
nın əhəmiyyəti haqqında çıxış etmişlər.
Toplantının sonunda Türkiyəli alimlər
yerli mütəxəsisslərin onlara verdikləri
sualları cavablandırmışlar.
Dostları ilə paylaş: |