M.ƏLƏKBƏRLİ
Türkiyəli alimlər ATU-da elmi-praktik
seminar keçirmişlər
u
Sağlam həyat tərzi insanların sağ-
lamlığının qorunmasına və yaxşı-
laşmasına yönələn həyat fəaliyyəti
üsuludur. Əməyin və istirahətin gigiyenası
sağlam həyat tərzinə kömək edir, siqaret
çəkmək, alkoqollu içkilər və narkotik kimi
zərərli vərdişlər isə mane olur.
“Sağlam ailə” Tibb Mərkəzinin sosial
əlaqələr üzrə şöbə müdiri Nigar Rüstəmli
AzərTAc-a eksklüziv müsahibəsində gənclər
arasında tibbi maarifləndirmənin zəruri oldu-
ğunu bildirib. O deyib: “Mərkəz gəncləri elmin
son nailiyyətləri barədə məlumatlandırmaq,
sağlam həyat tərzini təbliğ etmək, habelə
tibbi maarifləndirmə məqsədi ilə artıq 11 ildir
vaxtaşırı konfranslar, forumlar təşkil edir.
Azərbaycan Respublikası Gənclər Təşkilatları
Milli Şurasının və “Euromed” Tibb Mərkəzi
ilə birlikdə keçirilən “Sağlam gənclər, sağlam
gələcək” mövzusunda forum Gənclər və İdman
Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri
Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
Tədbirlər zamanı gənclərin məlumatlılıq
səviyyəsinin zəif olduğu üzə çıxıb. Gənclərin
məlumatsız olmasının səbəbi mentallıq fak-
torudur. Bu səbəbdən gənclər arasında tibbi
müayinə mədəniyyətini inkişaf etdirmək üçün
həmin tədbirləri sistemli şəkildə keçirmək
zərurəti göz qabağındadır. Nikaha girən
gənclər bir-birinin sağlamlığı barədə məlumatlı
olmalıdırlar. Son statistik məlumatlar göstərib
ki, Azərbaycan ailələrində boşanmaların
çoxu sonsuzluq, talassemiya, genetik qan
xəstəlikləri səbəbindən baş verir. Bu məsələ
barəsində məlumatsızlıq mənfi nəticələrə (ağır
infeksion xəstəliklərə yoluxma, xəstə uşağın
doğulması və s.) gətirib çıxara bilər.
Dostları ilə paylaş: |